Press "Enter" to skip to content

Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası adlı elmi konfrans keçirilib (FOTO)

Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur.

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” adlı elmi konfrans keçirilib – FOTOLAR

Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumların nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ADPU-da xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə gələrək xatirəsini ehtiramla yad edib, önünə əklil və tər çiçəklər düzüblər. Sonra qonaqlar Universitetin Heydər Əliyev muzeyi ilə tanış olublar.

Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur.

Eldar Əzizov vurğulayıb ki, Ulu Öndərin ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində təsdiq olunub. Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb.

Konfransda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, ADPU-nun rektoru Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu Öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçıdır.

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” adlı elmi konfrans keçirilib (FOTO)

Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ADPU-da ümummilli lider Heydər Əliyevin heykəli önünə gələrək xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar universitetin Heydər Əliyev muzeyi ilə tanış olublar.

Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli olub.

E.Əzizov vurğulayıb ki, ulu öndərin ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində təsdiq olunub. Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb.

Ma Çi: “Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir”

Ma Çi: “Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir” “Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir və əlverişli biznes mühitinə malikdir, bu səbəbdən də getdikcə daha çox Çin şirkətləri Azərbaycana sərmayə qoymaq və biznes qurmaq imkanlarını fəal şəkildə araşdırır”.

17 Oktyabr , 2022 12:51

https://static.report.az/photo/d8985d06-6012-3534-a85c-4260fb5e6ee8.jpg

“Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikası nümayiş etdirir və əlverişli biznes mühitinə malikdir, bu səbəbdən də getdikcə daha çox Çin şirkətləri Azərbaycana sərmayə qoymaq və biznes qurmaq imkanlarını fəal şəkildə araşdırır”. Bunu “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib. Onun sözlərinə görə, Çin Azərbaycanın şəhər infrastrukturunun keyfiyyətli inkişafında, enerjiyə qənaət və tullantıların azaldılmasında, “yaşıl” iqtisadiyyatda, tibbi xidmətin, təhsilin və peşəkar hazırlığın təkmilləşdirilməsində fəal iştirak etməyə, eləcə də iki ölkənin maliyyə institutları arasında əlaqələrin və təcrübə mübadiləsinin təşviqinə, milli valyutalarda hesablaşmalar məsələlərini konstruktiv müzakirə etməyə, ölkələr arasında real iqtisadi əməkdaşlıq üçün daha da çox maliyyə məhsulları təqdim etməklə maliyyələşdirmə miqyasını genişləndirməyə hazırdır. Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Comments are closed, but trackbacks and pingbacks are open.