Press "Enter" to skip to content

Inkişaf etmiş ölklrin iqtisadiyyatı

Azərbaycan əhalisinin borc yükü azalmaqla paralel nominal gəliri də artır. Bu ilin ölkə vətəndaşları 33 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. Nəzərə alsaq ki, ölkədə illik inflyasiya 12,9% olub, deməli əhali gəlirinin artımının xeyrini görüb, təxminən 7% artım vətəndaşların sərəncamında qalıb.

Ölkə iqtisadiyyatı nə qədər inkişaf edib?

Axar.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi açıqlayıb.

Sevindirici haldır ki, Azərbaycan iqtisadi artıma mürəkkəb iqtisadi şəraitdə nail olub. Nəzərə almaq lazımdır ki, 2019-cu ilin sonlarından dünyanın cənginə almış koronavirus (COVID-19) pandemiyası zəifləsə də, hələ də davam edir və onun qlobal iqtisadiyyata təsirləri qalmaqdadır. Üstəlik, bu ilin əvvəlindən Rusiya və Ukrayna arasında müharibə gedir və bu da dünya iqtisadiyyatına, onun bir parçası olan Azərbaycana təsirsiz ötüşmür. Bununla belə, ölkəmiz bütün çətinliklərə baxmayaraq iqtisadiyyatını ötən ilin eyni dövrü ilə müqayisədə 6%-dən çox böyütməyi bacarıb.

İqtisadi artımın strukturuna nəzər salanda qeyri-neft-qaz sektorunun artım tempinin neft-qaz sektorunun artım tepmini kəskin üstələməsi diqqəti cəlb edir. Belə ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri neft-qaz sektorunda isə 9,6% artıb. Bu isə ölkədə kənd təsərrüfatının, qeyri-neft-qaz sənayesinin, turizin inkişaf etdirilməsi və iqtisadiyyatın neft-qaz asılılığının aradan qaldırılması ilə bağlı hədəflərə çatdığımızdan xəbər verir.

Sənaye demişkən, 6 ay ərzində ölkədə 63 milyard 364 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 33 milyard 773 milyon manatlıq hissəsi sənaye sahəsinin payına düşüb. İl ərzində neft-qaz sektorunda məhsul istehsalı 0,6%, qeyri-neft-qaz sektorunda isə 11,5% artıb. Göründüyü kimi, qeyri-neft-qaz sənayesinin böyümə tempi neft-qaz sənayesinin böyümə tempini nəzərəçarpacaq dərəcədə arxada qoyub.

Hesabat dövründə iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli irəliləyişlər əldə olunub. Belə ki, nəqliyyat sektorunda əlavə dəyər artımı 27%, turizm və ictimai iaşə sektorunda əlavə dəyər artımı 85,8%, informasiya və rabitə sektorunda isə əlavə dəyər artımı 14,2% təşkil edib.

Sirr deyil ki, ölkənin iqtisadi inkişafını əks etdirən göstəricilərdən biri onun xarici ticarət dövriyyəsi, xüsusilə də ixracıdır. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyin dövrü ilə müqayisədə 74,% çoxdur. Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9% artıb. Göründüyü kimi ixracla idxalın dəyəri, eləcə də artım tepmləri arasındakı fərq göz qabağındadır. Son nəticədə xarici ticarətdə 12,1 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 3,5 dəfə çoxdur.

Daha bir ürəkaçan məqam isə son 1 ildə qeyri-neft-qaz ixracının 25%-dən çox artmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda istehsal olunan qeyri-neft-qaz məhsulları təkcə yerli tələbatın ödənilməsi üçün nəzərdə tutulmayıb. Onların təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində alıcıları var.

Son illər Azərbaycan hökuməti həm də xarici dövlət borcunu azaltmağa və gələcək nəsillərə borc saxlamağa çalışır. Əgər ötən il iyulun 1-nə ölkənin xarici borcunun ÜDM-nə nisbəti 16,6% olubsa, bu il iyulun 1-nə 10,7% təşkil edib. Hazırda Azərbaycan demək olar ki, kredit almır və əvvəlcədən aldığı kreditləri qaytarır. Bundan başqa, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsul artdıqca xarici borcun ÜDM-ə nisbəti də azalır. Halbuki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borcun məbləği ÜDM-in dəyərindən 2 dəfə çoxdur. Azərbaycanla uzun illər münaqişəli vəziyyətdə yaşamış Ermənistanda isə xarici borcun ÜDM-ə nisbəti 50% civarındadır.

Azərbaycan əhalisinin borc yükü azalmaqla paralel nominal gəliri də artır. Bu ilin ölkə vətəndaşları 33 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. Nəzərə alsaq ki, ölkədə illik inflyasiya 12,9% olub, deməli əhali gəlirinin artımının xeyrini görüb, təxminən 7% artım vətəndaşların sərəncamında qalıb.

Zəif inkişaf etmiş ölkələr

Zəif inkişaf etmiş ölkələrin ümumi iqtisadi xaraktetiktikası. Müstəqillik əldə etdikdən sonra Afrika ölkələrinin iqtisadi inkişafı üçün rahat şərait yarandı. Müasir dövrdə Afrika müxtəlif dövlət hakimiyyəti forması və müxtəlif iqtisadi səviyyə ilə müstəqil ölkələrin konqlomeratını özündə əks etdirir. Bu ərazidə mineral və təbii ehtiyatlar coğrafi cəhətdən son dərəcə qeyri-bərabər bölünüb. Qara metal, enerji (yanacaq), o qədər də çox olmayan neft ehtiyatlarına yalnız Misir, Liviya, Əlcəzair, Nigeriya, Kamerun, Konqo, Anqola kimi ölkələr malikdir.Burada hidroenerji (dünya ehtiyatlarının təxminən 44 %) ehtiyatları həmçinin əlvan metallar-sink, qalay, qızıl, gümüş,almaz, ehtiyatları ilə zəngindir. Qızılın çıxarılması dünya üzrə 55 % , almazın çıxarılması 95 %-dən çoxdur.Zəif inkişaf etmiş ölkələrin mineral xammal bazarları qiymətləri böyük enib-qalxması nəticəsində (bu zaman tələb gölənilmədən artır və ya azalır) depresiya vəziyyətindədir. Nəticədə konvertləşən valyutaların alınma ( daxilolma) mənbələrinin qeyri sabitliyi yaranır. İnkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığı iqtisadi gerililiyi konkret öxünə məxsus faktlara əsaslanır.Bunlar əsasən aşağıdakılardır:

  1. Azad olan gənc dövlətlər öz məhsullarının dünya bazarında reallaşdırılmasından (satışından) bilavasitə asılılıqda olurlar. Həm də bu məhsullar qərbin inkişaf etmiş sənaye ölkələrinin tələbindən asılıdır.
  2. Bu ölkələrinin əksəriyyətinin iqtisadiyyatında xarici kapital vacib mövqe tutur.İqtisadı asılıq və iqtisadi gerililik-postmüstəmləkə dövründə inkişaf etməkdə olan ölkələrin dünya təsərüfatının əmək bölgüsü sisteminə qoşulcağında mürəkkəb maneədir.

Bu ölkələrə nəzəri konsepsiyalar, o cümlədən neoliberal (neoklassik) konservatik ideyalarla təsir göstərilir. Qərb ölkələri zəif inkişaf etmiş ölkələri dövlət sektorunu azaltmaq və özəl sahibkarlığı inkişaf etdirmək üçün həvəsləndirmək (denosionalizasiya) yolundadırlar. Lakin bu yol da hələlik elə bir səmərə vermir. Eyni zamanda borclar artır, qərb bankları isə dahada varlanırlar. Afrika ölkələri üçün bir neçə Afrika dövlətinə məxsus müştərək firmaların böyük sayda mövcudluğu xarakterikdir. Bu firmaların subregional və ya ikitərəfli əsaslarla yaradılır. Bu cür firmalara maliyyə-bank sistemində, nəqliyyat və rabitə sahələrində, eləcədə bir sıra digər sənaye sahələrində rast gəlmək olar.
Zəif inkişaf etmiş ölkələrdə təkrar istehsal prosesi kredit, borc və digər subsidiyalar şəkilində olan xarici mənbələr hesabına baş verir. Bu təsir xarici texnika və texnologiyanın importunda hiss olunur ki, təbii olaraq bo ölkələri inkişaf etmiç ölkələrdən texnoloji asılıqda saxlayır.
Eyni zamanda dünya iqtisadi mərkəzləri üçün vacib əmək resursları olaraq zəif inkişaf etmiş ölkələrin işçi qüvvəsinən istifadə olunur.Bu ölkələrdən çıxanlardan qeyri ixtisaslı işçilər və fəhlələr kimi istifadə olunur.
İnkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin dərinləşən problemlərin həllini və ziddiyyəti ötürmək tendensiyası parlaq şəkildə müşahidə olunur. Əsasən xammal sahəsində, enrgetika, ətraf mühitin qorunması, məşğulluq, valyuta münasibətləri sahələrində daha çox müşahidə olunur.
Sənaye istehsalı qeyri bərabər inkişaf edir. Hasilat sənayesində artım tempi daha sabitdir.Bu sahələr sənaye istehsalının ümumi həcmində böyük yer tutur və inkişaf əsasən eksporta orentasiya edir. Emal sənayesi ayrı-ayrı qabaqcıl ölkələrdə daha uğurla inkişaf edir (Əlcəzair, Misir, Mərakeş və başqaları). Digər ölkəlrdə isə bu proses ləng gedir. Afrika və Asiya ölkələrinin sənayesinin inkişafını xarakterizə edəndə onu da qeyd etmək lazımdır ki, ölkədə hər şeyə daxili bazarın məhdudluğu (və yaxud darlığı) və sənaye strategiyası üzrə ölkələr arası kordinasiyanın yoxluğu təsir göstərir.
Afrika-Asiya ölkələrinin xalq təsərrüfatının strukturu. Zəif inkişaf etmiş ölkələrin əksəriyyətində başlıca sahə kənd təsərrüfatıdır. Lakin son vaxtlara qədər Afrika-Asiya ölkələri dünya bazarında uyğun məhsulun (yəni kənd təsərrüfatı məhsulunun) göndəricisi kimi deyil. əksinə istehlakçısı kimi çıxış edirlər. Bu ölkələr daima ərzaq defisiti ilə üzləşirlər ki. Bu da təbii olaraq onların importuna səbəb yaradır. Çay, qənd və digər qida məhsullarına təlabat onların xaricdən gətirilməsinə əsas yaradır. Maldarlıq yerli əhəmiyyət kəsb edir, yerli qoyunçuluğun inkişafı və yun istehsalı yalnız XX əsrdə aktiv şəkil almışdır.
Regionun iqtisadi geriliyi ümumdaxili məhsulun strukturunda da özünü büruzə verir. Region üzrə orta hesabla ümumdaxili məhsulun yalniz 27%-i sənayedə istehsal olunur, kənd təsərrüfatının payına isə 32% düşür. Emal sənayesinin payı ümumdaxili məhsul istehsalında cəmi 11% təşkil edir. Yeri gəlmişkən, böyük bir qrup ölkələrində bu göstərici daha azdır. Məsələn: Cibutidə 1.8% , Əlcəzairdə 2.1% Tanzaniyada 3.5% və s. Regionda xidmət sferası böyük yer tutur (UDM-nun 38% -i qədər ). Lakin, elm, təhsil, səhiyyənin rolu o qədər də nəzərə çarpmır.
Aşağı həyat tərzi və sosial sfera zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatının xarakterik cizgisidir. Bu qəbildən olan ölkələrin əksəriyyəti “aşağı gəlirli ölkələr” kateqoriyasına daxildir. Orta ömür müddəti ”ən az inkişaf etmiş” kateqoriyaya daxil olan tropik Afrikanın 26 dövlətində (Birləşmiş Millətlər Teşkilatının metodologiyası üzrə müəyyən edilib) 50 ildən azdır.
İqtisadiyyatın struktur nöqteyi-nəzərincə əksər ölkələr üçün hasilat sənayesinin kend təsərrüfatının əhəmiyyətli rolu xarakterikdir.Bəziləri təbii coğrafi resursların yoxluğu üzündən inkişafın monokultur (dar ixtisaslaşma) xarakterinə malikdirlər.
Bütövlükdə inkişaf etməkdə olan dünya ölkələrində vəziyyət birmənalı deyildir. İnkişaf etmiş ölkələr keçmiş SSRİ-nin bəzi respublikalarına böyük yardım göstərmək məcburiyyətində oldular. Bu isə şübhəsiz olaraq “rəqabət” yaradır. Yəni, əksər zəif inkişaf etmiş ölkələrin vəziyyəti isə acınacaqlı hal alır. Ərzaq təminatı və yığım problemi ciddi sürətdə qarşıya çıxmaqla zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən böyük asılılıqda saxlayır.
Xarici ticarət dövriyyəsinin strukturunda xammal məhsulları üstünlük təşkil edir. Neft, qaz, kakao, kofe, daha doğrusu,dünya bazarının konyukturasından daha çox asılı olan məhsullar xarici iqtisadi fəaliyyət Afrika-Asiya ölkələrinin qorunmayan iqtisadiyyatlarını çətin şəraitə salır. Afrika ölkələrinin dünya ticarətində olan payı o qədər də əhəmiyyətli deyildir (təxminən 5%-ə yaxın təşkil edir). Bu hal Afrika daxili ticarətə də şamil edilir. Belə ki, inkişaf yetərincə zəifdir, bu isə qitədə inteqrasiya proseslərinin lazımi səviyyədə inkişaf etməsinə işarə edir.
Zəif inkişaf etmiş ölkələrin dünya təsərrüfatında rolu. İqtisadi inkişafda başlıca dəyişiklik “inkişaf etmiş ölkələr-inkişaf etməkdə olan ölkər” sistemində münasibətlərin əvəz olunması xarakteri üzrə yüksəliş tendensiyasıdır (yəni haqqında söz gedən ölkələrdə). İqtisadi inkişafda, müasir dövrdə baş verən dəyişiklik-istehsal prosesinin vahid səviyyədə yüksəlməsi və mütəmadi olaraq onun milli iqtisadi bazaya keçidindən ibarətdir. Öz resursları üzərində nəzarət əvvəliki dövürə nisbətən möhkəmlənir. Zəif inkişaf etmiş ölkələrin iqtisadi inkişafının əhəmiyyətli cisgisi əhali artımının sabit tendensiyasını ötüb keçməsi halı ilə izah olunur. Son onillikdə bu qrup ölkələrin iqtisadi artım spesifikasına mahiyyətcə təsir edən başlıca daxili amil-demoqrafiya amilidir.Bu faktor bazar strukturuna,məşğulluğa, istehsala güclü təsir göstərir.
Texnoloji proseslər,bu qəbildan olan ölkələrdə təsərrüfat yüksəlişi imkanlarını əhəmyyətli dərəcədə genişləndirir.Lakin o, eyni zamanda “periferik” və ümumdunya məhsuldar qüvvələri arasında fərqləri dərinləşdirir, birincisinin sənayeləşdirilməsini çətinləşdirir. Periferiyaların sənayeləşdirilməsi vahid xarakterli olmadığı üçün milli-təsərrüfat komplekslərinin inteqrasiyasına gətirib çıxartmadı. Bundan əlavə, o,sahəvi disproporsiyaları gücləndirdi.İnkişaf etməkdə olan ölkələrin geridə qalması (bəzilərinin)dünya birliyini narahat edir.Belə ki,inkişaf etmiş ölkələr dəbundan əziyyət çəkir.Ona görə ki,zəif inkişaf etmiş ölkələrdə bazarların darlığı eksport imkanlarını azaldır.
“İmportun əvəzlənməsi”konsepsiyası özünü doğrultmadı. Birincisi,importu əvəz edən sahələr üçün bazarlar məhdud xarakter daşıyır.İilkin mərhələdə həyata keçirilən proteksionizm siyasəti ucuz xarici əmtəələr tərəfindən rəqabətin aradan qaldırılmasını təmin etdi.Üçüncüsü,işçi qüvvəsinə xərclər Asiya,Afrika və Latın Amerikasının bir çox ölkələrində nisbətən yüksəkdir.Özü də əmək məhsuldarlığı burada əlahiddə şəkildə aşağıdır.Dördüncüsü,aydın oldu ki,bu qrup ölkələrdən əmtəələrin xarici bazarlara girişi çox ciddi maneələrlə üzləşir,hətta onların əmtəəlıri yüksək rəqabət qabiliyyətli olduqları halda belə, qərb ölkələri bazarlara girişi mühasirəyə alırlar, istənilən yollarla ,”könüllü kvatolama” yolu da daxil olmaqla istədiklərinə nail olurlar.
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr, o cümlədən maşınqayırma, yüngül sənaye kimi məhsul növlərinə proteksionizm (himayədarlıq) baryerləri qoyaraq, Asiya və Afrika ölkələrində istehsal olunmuş və tamamilə rəqabətqabiliyyətli vəziyyətdə olan toxuculuq və ayaqqabı məhsullarına da maneə törətmişlər. Ayrı-ayrı Afrika-Asiya ölkələri xammalın iri istehsalçılarıdırlar. Lakin bu istehsal, bir qayda olaraq, dar ixtisaslaşma ilə xarakterizə olunur. Xammalın yarımfabrikat bazasına qədər emalı hələlik bu ölkələrdə aşağı səviyyədə qalır. Əsas emal sahələri inkişaf etmiş ölkələrin ərazisində yerləşir.
Enerji daşçıyıcıların çatışmaması üzündən zəif inkişaf etmiş ölkələrin eneri importundan asılılığı artır. Həmçinin, bütün həyati əhəmiyyətli məhsullar qrupu üzrə zəif inkişaf etmiş ölkələrin xarici bazardan asılılığı güclənmişdir. Bu ondan irəli gəlir ki, müharibədən sonrakı dövürdə zəif inkişaf etmiş ölkələr özləri xammal və ərzaq qrupu üzrə eksportlu mövqelərini inkişaf etmiş ölkələrə uduzdular.Beləliklə, dünya ticarətində zəif inkişaf etmiş ölkələrin iştirakının aktivləşdirilməsinin əsas, vacib vəzifələri aşağıdakı istiqamətlər üzrə olmalıdır:

  • emal sənayesinin məhsullarının eksportunun payını yüksəltməklə ticarətin strukturunun diversifikasiyası;
  • “Yeni beynəlxalq iqtisadi qaydalar” konsepsiyasında qeyd olunan beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulması üzrə tədbirlərin reallaşdırılmasının intensivləşdirilməsinin həyata keçirilməsi;
  • zəif inkişaf etmiş ölkələrdə istehsalın ərazi strukturunun diversifikasiyası;
  • hər şeydən əvvəl, regional əsaslarla, bu qrup ölkələrin özlərinin arasında olan əlaqələrin səmərələşdirilməsi.

Dünya birliyi BMT-nin fəaliyyət sistemi ilə dünya ticarətində zəif inkişaf etmiş ölkələr üçün daha yaxşı rejimi yaratmaq məqsədilə preferensial(yəni, imtiyazlı, üstun) şəraitin yaradılmasına çalışırlar.

Inkişaf etmiş ölklrin iqtisadiyyatı

Prezident İlham Əliyevin bu il fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə qarşısında duran mühüm məsələlərin səmərəli həlli istiqamətində növbəti addımdır.

Prioritetlər növbəti 10 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafında vacib olan istiqamətləri özündə əks etdirir.

Öncə qeyd edək ki, bu prioritetlərin müəyyən edilməsi günün tələbidir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Məqsədyönlü islahatlar sayəsində ölkəmizdə son 17 ildə iqtisadiyyatın həcminin 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastrukturun yaradılması da sıradan faktlar deyil. Məhz bunların sayəsində Azərbaycan mövcud maliyyə imkanlarını tarixi maksimuma çatdırmış və yuxarı orta gəlirli dövlətlər qrupunda yerini möhkəmləndirmişdir.

Prezidentin sözügedən sərəncamında qeyd edilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.

Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyini möhkəmlətməsinə zəmin yaratmışdır.

Milli Prioritetlərin əsas məqsədi də məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Bunun üçün güclü iqtisadiyyatın olması şərtdir. İndiyədək həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar buna real bünövrə yaratmışdır. Dövlət əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf modelini seçmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, aparılan islahatların məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bunu artıq neçə ildir dövlət büdcəsində gəlirlərin xərclənməsindəki dinamikadan aydın görmək olur.

Milli Prioritetlərin reallaşdırılması da əslində bu məqsədə xidmət edir. Bunun üçün qarşıdakı onillikdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, məqsədli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” kimi məsələlər hədəf götürülmüşdür.

Sənəddə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bütün üzvlərinin sosial rifahı nəzərə alınır. Qarşıya qoyulan hədəfə çatmaq üçün əməkhaqlarının artırılaraq layiqli səviyyəyə çatdırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, gəlirlərin ədalətli bölünməsinin təmin olunması, eləcə də əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının artırılması prioritet kimi göstərilib. Bununla yanaşı, sənəddə qeyd edilir ki, məqsəd ölkədə əhalinin pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərinin minimum məbləğinin layiqli səviyyəyə çatdırılmasına nail olmaqdır. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi də milli prioritetlər sırasına daxil olan məsələlərdəndir.

Məlumdur ki, müasir dünyada dövlətlərin siyasi çəkisi, beynəlxalq məsələlərdə söz sahibi olması onun iqtisadi inkişafı ilə ölçülür. İqtisadi müstəqilliyi olmayan ölkələrin siyasi müstəqilliyi təhdid altında olur. Bir dövlət digər dövlətə siyasi təsir göstərmək üçün, ilk növbədə, iqtisadi rıçaqlardan istifadə edir. Belə vəziyyət müasir dünya düzənində oturuşmuş hala gəlib. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu üzdən milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir.

Milli iqtisadiyyatımızın inkişafı dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatdan keçir. Bu cür iqtisadiyyat həmçinin vətəndaşların sosial rifahına təsir göstərən başlıca faktordur. İqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etməlidir. Dövlət bugünədək də sahibkarlığın inkişafına böyük dəstək verib. İndi də qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun artmasına əlavə dəstək göstərməyi qarşıya məqsəd qoyub. Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun təminatında mühüm rol oynaması danılmazdır. Bunun üçün biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır.

Azərbaycan xarici sərmayə qoyuluşunda da MDB məkanında lider dövlətdir. Buna səbəb ölkəmizdə xarici investisiyanın qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Mövcud münbit investisiya mühiti və dövlətin bu məsələyə xüsusi qayğı göstərməsi ölkəyə xarici kapitalın axmasını təmin edən başlıca amildir. Milli Prioritetlərdə bu məsələyə də xüsusi önəm verilir. Sənəddə qeyd edilir ki, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahəsinə investisiyaların cəlb olunması təmin edilməlidir.

Azərbaycan iqtisadiyyatında neft-qaz istehsalı və ixracının birinci yerdə qərarlaşdığı danılmazdır. Bununla yanaşı, dövlətin əsas məqsədlərindən biri iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə son dövrlər bir sıra mühüm islahatlar həyata keçirilir. Nəticədə özəl sektor sürətlə inkişaf edir. Qeyri-neft sənayesi məhsullarının istehsalının 80 faizindən çoxu da bu sahəyə məxsusdur.

Sonda onu qeyd edək ki, Milli Prioritetlərin istiqamətinin müəyyənləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına yeni dinamika verəcək. Həmin sənəddə nəzərdə tutulanların icrası iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.

Comments are closed, but trackbacks and pingbacks are open.