İnnovasiya Sahibkarliği Və Texnoparklar
2020-ci ilə qədər daha sürətlə inkişaf etmək, iqtisadiyyatın modernləşdirilməsi və ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq, ümumiyyətlə, Dünya İqtisadi Forumu (DİF), “Doing Business” və “İqtisadi Azadlıq İndeksi – 2014” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə bir az da irəli getməyimiz üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli fasiləsiz xarakter daşımalıdır.
Xankəndi
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahibkarlıq fəaliyyətindən və bunu stimullaşdırmaqdan ibarət olduğundan, hökumətin bu sahədə maksimum əlverişli nəticə əldə etmək məqsədilə getdikcə daha çox səy göstərdiyi nəzərə çarpır. Prezidentin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixdə imzaladığı Fərman da buna sübutdur.
2020-ci ilə qədər daha sürətlə inkişaf etmək, iqtisadiyyatın modernləşdirilməsi və ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq, ümumiyyətlə, Dünya İqtisadi Forumu (DİF), “Doing Business” və “İqtisadi Azadlıq İndeksi – 2014” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə bir az da irəli getməyimiz üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli fasiləsiz xarakter daşımalıdır.
Çünki iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması sahibkarlıq fəaliyyətini genişləndirməkdən və məhz, bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən asılıdır.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında DİF-in açıqladığı hesabatda rəqabət qabiliyyətinə görə qlobal iqtisadiyyatda 2012-ci illə müqayisədə 7 pillə irəliləyərək 148 ölkə sırasında 39-cu yerə, ardınca icə “Doing Business 2014” hesabatı üzrə 189 ölkə sırasında 1 pillə qabağa gedərək 70-ci yeri çıxmışdıq.
Bütün bunların ardınca isə ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014” adlı hesabatda da Azərbaycan 100 mümkün baldan 61,3-nü toplamaqla dünyanın 186 ölkəsi sırasında 81-ci yerə çıxmaqla, iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil oldu. Qeyd olunan hesabata əsasən, ötən illə müqayisədə ölkəmiz 6 pillə irəliləyərək iqtisadi azadlıq indeksini 1,6 bal yaxşılaşdırdı ki, buna da mülkiyyət hüququ və maliyyə idarəçiliyi sahəsində irəliləyiş nəticəsində nail olunduğu bildirildi.
Sahibkarlığın inkişafına dair əlavə tədbirlər haqda Fərmanın tədbiqi qeyd olunan hesabatlarda nəzərə alınan göstəriciləri şübhəsiz, bir az da yaxşılaşdıracaq. Belə ki, məsələn, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən hazırlanan “Doing Business” hesabatında ölkələr üzrə biznesin tədbiqi sahəsində bir sıra göstəricilər üzrə əlverişlilik səviyyəsi nəzərdən keçirilir ki, həmin göstəricilərə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin ödəməməyə icazə və yaxud iflas kimi məsələlər daxildir.
Ölkəmiz “Doing Business 2014” hesabatında bu göstəricilərin hər biri üzrə 2013-cü ildəkindən fərqli olaraq bəzisində 1, digərində isə 6-7 pillə irəliləməklə müxtəlif yerlər tutmuşdur. Sözümüz bunda deyil.
Ancaq sahibkarlığın inkişafı təkcə stimullaşdırmadan, qeydiyyat və ilkin fəaliyyət üçün hər hansı problemlərin yaranmasının qarşısını almaqdan, maliyyə dəstəyi və digər prosedur məsələlərdən ibarət deyil. Yeri gəlmişkən, hökumət tərəfindən lazımsız və yersiz yoxlamalara yol verməmək, inzibati müdaxilə və məmur himayəçiliyinə də son qoymaq vacibdir.
Və bu baxımdan, adını çəkdiyimiz Fərmanla bahəm, cari aydan qüvvəyə minən 2013-cü ilin 2 iyul tarixində qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun xüsusən, əhəmiyyətə malikdir. Qanunun 37-ci maddəsində yazılmışdı ki, sənəd dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.
Sözügedən sənəd 29 avqust 2013-cü il tarixdə dərc edildiyi üçün 1 mart 2014-ci il tarixdən qüvvəyə minməklə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə bütün növ yoxlamaların, araşdırmaların, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, reydlər, baxışlar və bu kimi digər tədbirlərin həyata keçirilməsi zamanı sahibkarların işini asanlaşdırmalıdır.
Sözügedən qanuna əsasən, ölkədə sahibkarlar xüsusi risk qruplarına bölünəcəklərindən, onların yoxlanılması konkret mexanizm çərçivəsinə salınacaq. Və nəticədə biznes mühiti bir az da əlverişli xarakter alacaq. Bundan əlavə, məmur himayəçiliyi sayəsində biznes strukturları arasında ortaya çıxan haqsız rəqabət də bizcə, sözügedən qanunun tədbiqi nəticəsində məhdudlaşmalıdır.
Ancaq iş ondadır ki, bu cür qanunların qəbulu və Fərmanların verilməsi hər şeyin həll olunduğu demək deyil. Onların icrası dəqiq və əməli surətdə həyata keçirilməsə bu sənədlərin ölkədə sahibkarlığın inkişafı baxımından səmərəsi olmaya da bilər.
Ümumiyyətlə, biznez mühitinin yaxşılaşdırılması öz əksini ilk növbədə sahibkarın iqtisadi marağının hökumətin büdcə öhdəliklərini yerinə yetirmək istəyi ilə üst-üstə düşməsində göstərməlidir ki, iqtisadi inkişaf qanunlarının da diqtə etdiyi bu zərurət təsdiqini tapmasa qeyd olunan hüquqi-normativ aktlar kağız üzərində qalacaq.
Birincisi, orta və kiçik biznes sahibkarlığın inkişafının “bel sütununu” təşkil etdiyindən onlara tam sərbəstlik əldə etmələri üçün iqtisadiyyatda inhisarçılıq, habelə kölgə iqtisadiyyatı üçün münbit şərait yaradan mövcud vergi yükü və sosial ayırmaların nisbətən ağır olması mütləq nəzərə alınmalı və sözügedən istiqamətdə də tədricən, yumşaldıcı addımlar atılmalıdır.
Belə ki, hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatından başlamış, onlar tərəfindən tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkəsinə qoşulma, habelə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı kimi sahələrdə mövcud prosedur və müddətlərin azaldılması tədbirləri ilə yanaşı, ölkədə xırda və orta qazanc əldə etmək istəyənlər üçün geniş imkanlar açılmalıdır.
İşəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isә maaşlarından 3 % sosial ayırma tutulması və üstəlik, aylıq gəlirləri 2500 manatadək olan fiziki şəxslərə də 14 % vergi tədbiqi sahibkarlıq fəailiyyəti üçün kifayət qədər ağır yük sayılır.
İkincisi, iqtisadiyyatın inkişafında sahibkarlıq fəaliyyətinin “katalizator” olması üçün ölkədə gəlirlərin bəyannaməsinə nail olmaq da mühüm şərtdir. Bu, gəlirlərin gizlədilməsi və ikili əməkhаqqı sistеmi kimi amillərin formalaşması qarşısını almaq üçün olduqca vacib sayılır.
Və nəhayət, üçüncüsü isə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və müxtəlif çeşid alması üçün ölkədə iqtisadi gəlir əldə etmək sahəsində müvafiq rəqabət şəraiti təşkil olunmalı və bu, daim mühafizə edilməlidir. Bunun üçün isə yeni “Rəqabət Məcəlləsi”nin qəbuluna böyük ehtiyac var.
Doğrudur, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda İqtisadiyyat və Sənaye, o cümlədən Ədliyyə Nazirliklərinə tapşırılıb ki, birlikdə “Müflisləşmə və iflas haqqında” qanunun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etsinlər. Həmçinin, investorların maraqlarının qorunması ilə bağlı müvafiq tapşırıq da əksini tapıb. Ancaq rəqabətə dair mükəmməl hüquqi-normativ aktın olması bizcə, birinci şərtdir.
Pərviz Heydərov
AzVision.az üçün
İnnovasiya Sahibkarliği Və Texnoparklar
nnovasiya yönümlü iqtisadiyyat indiki dövrdə ən dinamik və ən yüksək gəlirli istiqamətlərdən sayılır. Tarixə nəzər yetirdikdə görürük ki, dünyanın ən qabaqcıl iqtisadiyyatları yeniliklərə ən tez uyğunlaşa bilənlər sayılıb. Ona görə də Azərbaycan iqtisadiyyatının xammal ixracatçısından elm və innovasiya əsaslı iqtisadiyyata keçid strategiyası çox zəruridir. İndiki dövrdə rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılması ancaq bu proseslərə daha çox innovasiyanın tədbiq olunması ilə bağlı ola bilər. İnnovasiyalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından, əhali və ərazi göstəricilərinə görə, dünya bazarında bizi əhatə edən ölkələrdən daha əlverişsiz vəziyyətdəyik. Ona görə də bizim yeganə yolumuz, elmi texnoloji yanaşmalara daha çox əhəmiyyət verərək, bu əlverişsizliyi fürsətə çevirmək olmalıdır. Əlinizdə tutduğunuz bu kitabda innovasiya sahibkarlığı və təşəbbüskarlığı ilə bağlı problemlər və fürsətlər fundamental olaraq ələ alınıb. Bu işlərə daha çox ekosistem çərçivələri daxilində baxılmağa çalışılıb. Ekosistemdə mövcud olan bütün oyunçular o cümlədən, elm ocaqları, dövlət strukturları, özəl sektor, ixtisaslaşmış maliyyə qurumlarının rolu və adları qeyd olunan strukturlar arasındakı münasibətlər geniş şəkildə izah olunub. Bu oyunçuların ayrı ayrılıqda cəmiyyətə və iqtisadiyyata verdiyi dəyər və effektlər öyrənilməyə çalışılıb. Kitabla bağlı, diqqətlə qeyd etmək istədiyim məqamlardan biri isə, əsasən sahibkarlıq və təşəbbüskarlığın keçdiyi inkişaf və təkamül prosesidir. İndiki dövrdə bunun nə qədər çevik və digər biznes sahələri ilə sıx əlaqəli olduğu çox gözəl araşdırılmışdır. Kitabda yer verilən, ekosistemin əsas oyunçularından olan, o cümlədən ayrıca klaster sayılan texnoparklar haqqında geniş və ətraflı informasiyalar bu istiqamətdə daha koordinasiyalı və səmərəli fəaliyyət qurmaq üçün çox dəyərli sayıla bilər. Müxtəlif ölkələrdəki müsbət təcrübələr və konseptlər bizim milli konseptin hazırlanması üçün “benchmark” kimi dəyərləndirilə bilər. Düşünürəm ki, bu kitab bir çox yeni biznesə başlayanlar və mövcud innovativ bizneslə məşğul olanlar üçün yararlı bir vəsait olacaq, eləcə də məşğul olduqları biznes fəaliyyətləri ilə bağlı daha köklü və strukturlu biliyə sahiblənə biləcəklər.
Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər yeni yanaşmaları ortaya çıxarır. Baş verən proseslər innovasiya, təşəbbüskarlıq, ekosistem, texnopark, sənaye parkları, elm parkları, ağıllı zonalar, azad iqtisadi zonalar, innovasiya sahibkarlığı, sahibkarlıqda innovasiya, startap kimi anlayışların aktuallığının daha da artmasına səbəb olur. Hadisələrin sürətlə dəyişməsi, həmçinin yeni yanaşmaların təsiri ilə, tələb və təklifin müəyyənləşdirilməsi yeni metodların tətbiqinin əhəmiyyətini ortaya qoyur. Başqa sözlə, qeyd olunan proseslərin fonunda aktuallaşan rəqabət iqtisadiyyatda innovasiyaların tətbiqinə əsaslanan yanaşmaları zəruri edir. Texnoloji inkişaf sürətlə baş verdiyinə görə, texnologiya idxalı ilə sənayeləşməsini reallaşdıraraq iqtisadi inkişafı qarşısına məqsəd qoyan İEOÖ-lər, artıq bu imkanı itirmiş vəziyyətdədirlər. Çünki idxal olunan texnologiya, müəyyən müddətdən sonra əhəmiyyətini və etibarlılığını itirərək, bu sahədə rəqabət imkanı təmin edə bilmir. Universitetlərdə artıq nəzəri tədqiqatlarla yanaşı, nəticələri tətbiq oluna bilən tədqiqat işləri də reallaşdırılır. Bu proses kompleks şəkildə tədqiqat işlərinin patentləşdirilməsi və ticariləşdirilməsi işini həyata keçirən, universitet tabeçiliyində fəaliyyət göstərən texnoparklarda baş verir. Digər tərəfdən, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid ilə daha da aktuallaşan intelektual insan gücünün inkişafı problemi bu yanaşmanın əhəmiyyətini daha da artırır. Belə ki, informasiya cəmiyyətinin başlıca tələblərindən biri də bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Nəzərə alınmalıdır ki, bilik əsaslı iqtisadiyyatın başlıca hərəkətverici qüvvəsi isə, nəzəri bilikləri ilə yanaşı, həmin sahədə peşəkar bacarıqları ilə də fərqlənən intellektual insan gücüdür.
Yükləməyə Keç [3,17 Mb] [ : 406] –>
Comments are closed, but trackbacks and pingbacks are open.