Press "Enter" to skip to content

Anatomiyanın 5 qolu (və xüsusiyyətləri)

DAYAQ-HƏRƏKƏT APARATI
1. Fəqərələr: inkişafı, quruluşu, nahiyələrdə tanınma xüsusiyyətləri. Fəqərələrin birləşməsi. Tam onurğa.
2. Qabırğalar və döş sümüyü. Onların inkişafı, quruluşu və birləşmələri. Tam döş qəfəsi: quruluşu və tipləri.
3. Ətrafların inkişafı. Onların funksiyalarından asılı olaraq quruluş xüsusiyyətləri.
4. Aşağı ətraf qurşağı sümükləri və onların birləşmələri. Tam çanaq, topoqrafiyası və ölçüləri.
5. Gicgah sümüyü: quruluşu, kanalları və onların əhəmiyyəti.
6. Kəllə sümüklərinin inkişafı, xüsusiyyətləri. Kontrosofları inkişafı və funksiyası.
7. Kəllənin üz hissəsi sümükləri. Qanadabənzər–damaq çuxuru, divarları, möhtəviyyatı və keçəcəkləri.
8. Oynağın quruluşu; forma və oynaq səthlərinə görə təsnifatı. Oynaqların qidalanma xüsusiyyətləri.
9. Hərəkətli birləşmələr. Oynaqların inkişafı, quruluşu və təsnifatı.
10. Yuxarı ətrafın inkişafı, quruluşu və xüsusiyyətləri. Dirsək oynağı, quruluşu, forması, hərəkətləri, qidalanması və innervasiyası.
11. Əzələlərin quruluşu, işi və qüvvəsi. Əzələnin qüvvəsinə təsir edən amillər.
12. Əzələlərin köməkçi aparatı. Fassiya və onun törəmələri, lifli və sinovial vətər yataqları, onların quruluşu
13. Qarın əzələləri: quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
14. Qasıq kanalı: topoqrafiyası, divarları və möhtəviyyatı.
15. Aşağı ətraf əzələlərinin quruluşu. Bud üçbucağı, yaxınlaşdırıcı kanal və dizaltı çuxurun topoqrafiyası.

Anatomiyanın tarixi

Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.
Babilistan mədəniyyəti zamanı cərrahlığın yüksək dərəcədə inkişafına əsasən, cərrahların bir sıra üzvləri və toxumaları bildikləri gümanı vardır. Bəzi qədim mədəni xalqların da (misirlilərdə, yunanlarda və romalılarda) heyvanların və insanın quruluşu haqqında məlumata malik olduqları güman edilirdi.
Misir mədəniyyəti zamanı meyitlərin balzamlanmasının (mumiyalanmasının) geniş inkişaf etməsi, bu işlə məşğul olanların (paraxistlərin) bəzi daxili üzvlərin və damarların quruluşu haqqında məlumatlanmalarına imkan yaranmışdı. Lakin İ.Hirtl demişkən «onların anatomiyadan qətiyyən başları çıxmırdı». O zamanlar cərrahlıq kahinlərin əlində olduğu üçün bunların da insan orqanizminin quruluşu haqqında bir qədər məlumatları olmuşdur. Lakin kahinlərin bilikləri dinə xidmət etdiyindən elm onlardan az məlumat əldə etmişdir.
Yunan mədəniyyəti zamanı heyvan və insan orqanizminin öyrənilməsi Misirə nisbətən daha yüksək səviyyədə idi. Hələ eramızdan beş əsr əvvəl insan anatomiyası haqqında ilk əsəri Kroton məktəbinin alimi Alkmeon (Alkmeon — xalq arasında böyük hörmət qazanmış, hələ də bu vaxtadək kim olduğu dəqiq öyrənilməmiş məşhur Loğman bəzi tarixi məlumata görə həmin yunan həkimi Alkmeondur) yazmışdır.
Qədim Yunanıstanın məşhur xadimləri təbabətin atası Hippokrat — Buqrat (yeni eradan qabaq 460 — 377ci il) və Aristotel — Ərəstu (eramızdan qabaq 384 — 322ci il) olmuşdur. Tamamilə sübut olunmuşdur ki, Alkmeon, Hippokrat və Aristotel insan meyiti yarmamışlar, lakin çoxlu miqdarda heyvan yarıb öyrənmişlər. Hippokrata kəllənin örtük sümükləri, qara ciyərin qan yaradıcı üzv olduğu məlum idi. Hippokratın fikrincə, hava nəfəs borusundan və ağ ciyərlərdən keçib ürəyə daxil olur və buradan «pnevma» halında orqanizmə yayılır. Aristotel qədim dövrün məşhur filosofu və təbiətşünası olmuşdu. O, heyvan anatomiyası haqqında qiymətli məlumat toplamış, qan dövranı prosesində ürəyin əhəmiyyətini göstərmişdir.
Anatomiya Ellin dövründə yeni eradan qabaq III əsrdə İskəndəriyyə məktəbində tərəqqi etmişdir. Bu məktəbdə insan meyiti yarılmışdı. O vaxtın böyük ticarət şəhəri hesab olunan İskəndəriyyədə çoxlu miqdarda qullar, əsirlər və sahibsiz şəxslər olduğundan, həkimlər üçün həmin şəxslərin meyitlərini yarmaq imkanı var idi. İskəndəriyyə məktəbinin ən görkəmli alimlərindən Herofil (eramızdan əvvəl 304-cü il) beyin, vegetativ sinir sistemini, duyğu üzvlərini və damar sistemini öyrənmişdir. Erazistrat (eramızdan əvvəl 300 — 250-ci il) hərəki sinirləri hissi sinirlərdən ayırmış, ürəyi öyrənmiş, onun qapaqlarını müəyyən etmişdi. İnanmışdı ki, venalarda qan, arteriyalarda isə hava cərəyan edir.
Kiçik Asiyada Perqam şəhərində anadan olmuş Roma şəhərinin görkəmli həkim-alimi və filosofu Klavdi Qalen (e.ə. 201 — 131) bir çox elmi əsərlər yazmışdır. Alim böyük nüfuz sahibi olmaqla onun əsərləri üç əsr istifadədə olmuşdur. Meyit yarmamış, it və digər heyvanlar üzərində tədqiqatlar aparmışdır.
Ərəb hakimiyyəti dövründə anatomiya sahəsində o qədər də mühüm tədqiqatlar aparılmamışdır ki, bunun səbəbi islam və musa dini olmuşdur. Çünki dində meyit yarmaq müsəlman və yəhudilərə qadağan idi.
Əl Razi (850 — 923) dövrünün Qaleni adlandırılmışdır. Çox istedadlı filosof olaraq «Əl-havi», «Mənsuri» adlı böyük əsərlər yazmışdır.
Əbu Əli ibn-Sina (980 — 1037) Buxara yaxınlığında Afşanda anadan olmuş, kiçik yaşlarında zəkası ilə fərqlənmiş, hüquq, fəlsəfə, riyaziyyat, astronomiya və təbabətlə məşğul olmuşdur. O, 5 kitabdan ibarət «Təbiət qanunu» və ondan başqa yüzə qədər böyük əsərlər yazmışdır.
Qədim və orta əsr xalqlarının ictimai-siyasi həyat şəraitinin pis olması, arasıkəsilməz müharibələr, dini təriqətlər və bunlardan doğan mövhumat, meyit yarmanın qadağan edilməsi orta əsrlərdə anatomiyanın inkişafını çox ləngitmişdi. Onun həqiqi inkişafı yalnız XVI əsrdən İntibah dövründən başlanmışdır. O Dövrün məşhur alimləri əsasən Vezali, Fallopi və Yevstaxi olmuşdur.
Andrey Vezali (1514 — 1564) 1537-ci ildə Bazeldə doktorluq elmi dərəcəsi almış, anatomiya professoru olmuşdur. Anatomiya elmi sahəsində böyük islahatçı olmaqla müasir anatomiyanın banisi hesab edilir. O, bir çox heyvan və insan meyitləri üzərində tədqiqatlar aparmaqla Qalenin doqmatik anatomiyasına böyük zərbə vurmuşdur. Böyük əsərlərindən biri «İnsan orqanizminin quruluşu haqqında 7 kitab» olmuşdur.
Qalendən sonra birinci anatomik əsəri XIV əsrin əvvəllərində Boloniya universiteti professoru Mondino de Lyutsi yazmışdır. O, yalnız iki insan meyiti yarmış, lakin günah etməkdən qorxaraq, kəllə sümüklərini müayinə etməmişdi. Yalnız Vezali o vaxta qədər toplanmış bütün materialı, Qalendən qalmış irsi sistemləşdirmiş və yeni anatomiyanın əsasını qoymuşdu.
Vezalinin şagirdi Qabriel Fallopi (1523 — 1562) 1548-ci ildə əvvəlcə Ferrare və sonra Piza şəhərlərində anatomiya professoru olmuşdur. İlk dəfə müfəssəl olaraq skeleti və onun inkişafını, eşitmə üzvünü tədqiq etmişdir. Bəzi anatomik törəmələr: uşaqlıq borusu, üz siniri kanalı onun adını daşıyır.
Roma şəhərində anatomiya və təbiət professoru Bartolomeo Yevstaxi (1510 — 1574) dişlərin və böyrəyin inkişafını tədqiq etmişdir. Aşağı boş venanın qapağı və eşitmə borusu onun adı ilə adlanır.
Orta əsrlərin sonunda yaşamış məşhur alimlərdən biri də Leonardo da Vinçidir (1452 — 1519). O, İntibah dövrünün məşhur incəsənət nümayəndəsi, rəssam, heykəltəraş, musiqiçi, şair və alimi Leonardo da Vinçi xüsusi olaraq anatomiya ilə də məşğul olmuşdur.
XVI əsrdən etibarən anatomiya obyektiv müayinə yolu ilə inkişaf etməyə başlamışdır. Odur ki, XVI və XVII əsrlər boyu bir sıra kəşflər edildi. Onlar kəşfləri edən alimlərin adı ilə adlandırılmışdır.
Varolio (1543 — 1575) beyin və beyin sinirlərini tədqiq etmişdir. Q.Arantsi (1530 — 1589) insan dölünü müayinə etmiş və ürəyin aypara qapaqlarını müəyyənləşdirmişdir. N.Stenon (1638 — 1687) vəzilərin anatomiyası və limfa sistemi ilə məşğul olmuşdur. M.Malpigi (1628 — 1694) mikroskopik anatomiyaya dair əsərlər yazmış, kapillyarları kəşf etmişdir.
XVII əsrdə mikroskopun yaradılması olunması ilə əlaqədar olaraq mikroskopik anatomiya inkişaf etməyə başlamışdır. V.Harvey (1578 — 1657) XVII əsrin əvvəllərində qan dövranının indiki təlim əsaslarını yaratmış, bütün heyvanların yumurtadan inkişaf etdiklərini sübuta yetirmişdir.
XVIII əsrdən başlayaraq cərrahlar və terapevtlər anatomik məlumatlardan istifadə etməyə başlayırlar. Anatomiya elmi ali məktəbdə tədris edilməyə başlayır.O zaman anatomiya hüquqən meyiti sərbəst surətdə yarmaq ixtiyarı əldə etdisə də, işdə bunun tətbiq olunmasına din və şəriət imkan vermirdi.
Rusiya elmlər akademiyasının üzvü K.F. Volf (1733 — 1794), əsərləri ilə anatomiyada embrioloji müayinə metodunun əsasını qoydu. XIX əsrdə K.M. Ber (1792 — 1876) və başqa rus alimləri bu metodu daha da genişləndirdilər. Müqayisəli anatomiyanın inkişafı ilə əlaqədar həmin dövrdən müqayisəli anatomiya metodu anatomiyada tətbiq edilməyə başlanmışdır.
Vyana anatomik muzeyinin professoru, sonra Praqada anatomiya professoru və nəhayət, Vyanada təsviri, topoqrafik və müqayisəli anatomiya professoru olmuş, Y.Hirtl (1811 — 1894), keçən əsrin sonunda Rusiyada geniş yayılmış məşhur anatomiya dərsliyini yazmışdır.
XVIII — XIX əsrlərdə təbiət elmləri və anatomiya sahəsində çalışmış məşhur rus alimlərindən M.V. Lomonosov, A.F. Kaverznev, M.İ. Şein, A.P. Protasov, S.Q. Zıbelin, A.M. Şumlyanski, P.A. Zaqorski, N.İ. Piraqov və İ.V. Buyalskini göstərmək olar.
M.V. Lomonosov (1711 — 1765), Rusiyada təbiət elminin əsasını qoymuş, ilk dəfə enerjinin itməməsi qanununu söyləmişdir.
A.F. Kaverznev XVIII əsrin məşhur rus təkamülçüsü olmaqla, Ç.Darvindən 100 il əvvəl «Heyvanların dəyişkənliyi haqqında» dissertasiyada belə nəticəyə gəlmişdir ki, növlər daimi deyildir, orqanizm xarici mühitin təsiri nəticəsində dəyişir.
M.İ. Şein (1712 — 1762) — həkim, anatom olmuş, 1744-cü ildə ilk dəfə Rusiyada çap olunmuş anatomiya atlasının şəkillərinin əksəriyyətini hazırlamışdır.
A.P. Protasov (1723 — 1796), rus anatomlarından birinci olaraq Peterburq Elmlər Akademiyasının nəzdində olan universitetdə rus dilində anatomiya kursunu oxumuşdur. O, rusca anatomik terminləri tərtib edənlərdən biri olmuşdur.
Akademik S.Q. Zıbelin (1723 — 1796) Moskva universitetinin nəzəri təbabət professoru olmuşdur.
Böyrəklər haqqında dissertasiya müdafiə etmiş A.M. Şumlyanski (1748 — 1815) 1793-cü ildə böyrəkdə olan kapsulu kəşf etmişdir (lakin kapsul səhvən Boumen kapsulu adlanır).
Akademik, məşhur anatom, rus dilində ilk dəfə yazılmış anatomiya dərsliyinin müəllifi P.A. Zaqorski (1764 — 1846) olmuşdur.
Görkəmli cərrah, hərbi-tibb akademiyasının anatomiya professoru İ.V. Buyalski (1789 — 1866) dünya şöhrətli iki atlas tərtib etmiş və meyitləri balzamlamaq metodunu işləmişdir.
Məşhur alim və cərrah N.İ. Piraqov (1810 — 1881) əvvəlcə Derpt universitetində cərrahlıq kafedrasının və sonra (1841-ci ildən) Peterburq tibb-cərrahlıq akakdemiyasında hospital cərrahlıq kafedrasının müdiri olmuşdur. O, cərrahlığa və anatomiyaya aid bir çox əsərlər yazmış, cərrahi anatomiyanın əsasını qoymuşdur. N. İ. Piraqov rus cərraşlığının atası sayılır. O, ilk dəfə üzvlərin topoqrafiyasını öyrənmək məqsədi ilə dondurulmuş meyitlərdən kəsiklər hazırlamaq metodunu təklif və tətbiq etmişdir.
V.L. Qruber (1814 — 1890), hərbi-tibb akademiyasında anatomiya institutunun əvvəlcə prorektoru, sonra direktoru və nəhayət, professoru olmaqla zəngin muzey təşkil etmiş və anatomiyaya aid əsərlər yazmışdır.
XIX əsrin ikinci yarısında Çarlz Darvinin (1809 1882) təkamül nəzəriyyəsi meydana çıxmışdır. Ç.Darvin «Növlərin mənşəyi» adlı əsərində heyvan növlərinin yaşadıqları şəraitə uyğunlaşmaları prosesində onların dəyişkənliyini isbat etdi. O, insanın yüksək dərəcədə inkişaf etmiş insanabənzər meymunlardan əmələ gəlməsini göstərdi. F.Engels isə onun səbəbini izah etdi və insanın ictimai əmək nəticəsində meydana çıxdığını göstərdi.
O dövrdə yaşamış digər alimlərdən: Kiyev universitetində anatomiya professoru olmuş V.A. Bets (1834 — 1894), beynin mikroskopik quruluşu haqqında qiymətli əsərlər yazmışdır. Beyin qabığı sitoarxitektonikasının əsasını qoymuşdur. Beyin qabığında olan div — piramid hüceyrələri onun adı ilə adlanır.
P.F. Lesqaft (1837 — 1909) «Nəzəri anatomiya əsasları» adlı qiymətli əsər yazmış və Rusiyada bədən tərbiyəsinin əsasını qoymuşdur. Əsərlərində formanın, inkişaf proseslərinin fizioloji proseslər ilə əlaqədar olduğunu təbliğ etmişdir.
V.L. Qruberin şagirdi A.İ. Tarenetski (1845 1905), kəllə və kor bağırsaq haqqında əsərlər yazmışdır.
Klinisist, pediatr və anatom N.P. Qundobin (1860 -1908) yaş anatomiyasının banisi olub, böyük əhəmiyyətə malik «Uşaq yaşının xüsusiyyətləri» adlı əsərini yazmışdır.
Görkəmli histoloq və embrioloq, A.S. Dogel (1852-1922), Petroqrad universitetinin professoru olmaqla, sinir sisteminə aid bir çox əsərlərin müəllifidir.
Biologiya, anatomiya, histologiya və fiziologiya sahəsində görkəmli əsərlər yazmış bir sıra başqa alimlər A.O. və V.O. Kovalevski qardaşları, İ.İ. Meçnikov, V.M. Bexterev, M.V. Şimkeviç, K.A. Timiryazev, İ.V. Miçurin, A.N. Severtsov, A.A. Zavarzin, B.İ. Lavrentyev, S.İ. Şelkunov, məşhur fizioloqlar İ.M. Seçenov, A.L. Ostroumov, İ.P. Pavlov və başqaları morfologiyanın inkişafına böyük təsir göstərmişlər.
Böyük rus fizioloqu, akademik, hərbi-tibb akademiyasının professoru İ.P. Pavlov (1849 — 1936), müasir həzm fiziologiyasının, şərti reflekslər və ali sinir fəaliyyəti nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük eksperimentator, mahir operativ müdaxilə aparan Pavlov dünya miqyasında böyük əhəmiyyəti olan məşhur fizioloji məktəbini yaratmışdır.
XX əsrdə insan anatomiyası üzrə görkəmli tədqiqatçılar, alimlər yetişmişdir.
Moskva universitetinin professoru D.N. Zernovun (1843 — 1917), «İnsanın təsviri anatomiyasından rəhbər kitab» adlı məşhur dərslik 14 dəfə nəşr olunmuşdur. O, mərkəzi sinir sistemi və duyğu üzvləri haqqında da bir çox əsərlər yazmışdır.
P.İ. Karuzin (1864 — 1939), Moskva universitetində normal anatomiya professoru olmaqla, mərkəzi sinir sisteminin aparıcı yolları haqda bir çox müayinələr aparmışdır. O, rus dilində birinci və yeganə «Anatomik terminlər lüğəti»ni tərtib etmişdir.
Anatom və rəssam N.K. Lısenko (1865 — 1941) Odessa universitetində tibb fakültəsinin professoru vəzifəsində işləmişdir. O, V.İ. Buşkoviçlə birlikdə «İnsanın normal anatomiyası» adlı dərs kitabını yazmışdır. Bu əsərin beşinci nəşri M.Q. Privesin iştirakı ilə 1958-ci ildə çapdan çıxmışdır.
Moskva II tibb institutunun professoru A.A. Deşin (1869 — 1946) D.N. Zernovun dərsliyinə «Onurğa beyninin, beynin aparıcı yolları və vegetativ sistemi təlimi» adlı bölmə əlavə etmişdir (1939).
Q.M. İosifov (1870 — 1833), Tomsk və Voronej universitetlərində anatomiya professoru olmuş, limfa sistemi sahəsində bir çox tədqiqatlar aparmış, «İnsanın limfa sistemi» adlı böyük əsərini yazmışdır (1908).
Akademik, əməkdar elm xadimi V.P. Vorobyov (1876 — 1937) Xarkov tibb institutunun normal anatomiya kafedrasının müdiri olmuş, sinir sisteminin makro-mikroskopik metod üzrə müayinə edilməsinin əsasını qoymuş və bir sıra daxili üzvlərin innervasiyası haqda müayinələr aparmışdır. Anatomiyadan dərs kitabı yazmış və öz şagirdi, professor R.D. Sinelnikovla birlikdə 5 cilddən ibarət atlas tərtib etmişdir. V.P. Vorobyov, B.İ. Zbarski ilə birlikdə xüsusi metodla V.İ. Leninin bədənini mumiyalamışdır.
V.N. Tonkov (1872 — 1954), keçrmş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasında normal anatomiya kafedrası professoru, eksperimental (funksional) anatomiyanın banilərindən biri olmuşdur. Öz şagirdləri ilə birlikdə kollaterial qan dövranı təlimi üzərində çalışmışdır. O, anatomiyanı öyrənmək üçün ilk dəfə rentgen şüalarından istifadə etmişdir (1896). Anatomiyadan yazdığı qiymətli dərs kitabının 6-cı nəşri 1962-ci ildə çapdan çıxmışdır. Onun məşhur şagirdlərindən B.A. Dolqo-Saburov (1900 1960) sinir-damar rabitələri və venaların innervasiyası haqqında qiymətli əsər yazmışdır.
V.N. Şevkunenko (1872 — 1952), keçmiş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasının topoqrafik anatomiya professoru olmuşdur. Fərdi dəyişkənliyin kənar formaları haqda təlimi genişləndirmiş və bu təlimin cərrahlıqda əhəmiyyətini göstərmişdir. O, öz şagirdi və sonradan onu əvəz edən professor A.N. Maksimenko ilə birlikdə «Ucqar sinir və venoz sistemlərin atlası» adlı böyük əsər yazmışdır. Alim bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına vaxtilə rus alimlərindən V.İ. Razumovski, K.N. Malinovski və N.İ. Anserov rəhbərlik etmişlər. Onlardan V.İ. Razumovski (1857 — 1935) — məşhur cərrah və təşkilatçı olmuşdur. Kazanda 25 ilədək operativ cərrahlıq kafedrasının müdiri işləmiş, bir çox əsərlər yazmış, neyrocərrahiyyə sahəsində böyük xidmət göstərmişdir. 1909-cu ildə Saratov universitetini təşkil etmiş, 1919-cu ildə Bakı universitetinin təşkilində çalışmış və onun ilk rektoru olmuşdur. Eyni zamanda 1919-cu ildən 1920-ci ilə kimi tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmişdir.
K.N. Malinovski (1876 — 1926) — böyük alim, görkəmli anatom olmuş, Kuban Dövlət Tibb İnstitutunun təşkilində iştirak etmiş və həmin institutun normal anatomiya kafedrasına rəhbərlik etmişdir. 1922ci ildən 1926-cı ilə kimi Bakı universitetində tibb fakültəsinin normal anatomiya kafedrasının müdiri olmaqla, limfa sistemi və dayaq-hərəkət aparatına dair bir çox əsərlər yazmışdır.
N. İ. Anserov (1893 — 1944) — təcrübəli anatom olmuş, Rostov universitetində çalışmış, əvvəlcə Perm Tibb İnstitutunda və sonra 1926-cı ildən 1937-ci ilə kimi Azərbaycan Dövlət Tibb İnstitutunda normal anatomiya kafedrasının müdiri olmuşdur. Orqanizmin fiziki inkişafı, bir sıra üzvlərin qan damarları ilə təchizi, sümüklərin arxitektonikası və antropologiyaya dair əsərlər yazmışdır.
1937-ci ildən Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına K.A. Balakişiyev rəhbərlik etmişdir.

Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA

Anatomiyanın 5 qolu (və xüsusiyyətləri)

Son araşdırmalara görə planetimizdə təxminən 8,7 milyon canlı növü mövcuddur, baxmayaraq ki bu rəqəm 3 ilə 100 milyon arasında ola bilər. İndiki vaxtda insanlar 1,400,000 heyvanı və demək olar ki, 324,000 bitkini təsvir etdilər, bu səbəbdən qlobal biomüxtəlifliyə gəldikdə buzdağının ucunu az cızdığımızı söyləmək olar.

Taksonomiya və filogenetik canlıları təsnif etmək məsələsində ön cəbhələrdir, çünki təşkilatlanmayan bu qədər həyat elmi səviyyədə əsl xaos olardı. İnsanlar ətrafdakı bütün canlıları genetiklərinə və paylaşdıqları əcdadlarına görə əhatə etmək üçün ailələr, əmrlər, cinslər və daha çox şey kimi terminlər hazırlamışlar.

Buna baxmayaraq, daha çox “pərdə arxasında” işləyən, bizi və hətta özümüzü əhatə edən həyatın funksional mexanizmlərini təsnif edən və təsvir edən digər vacib elmlər var. Anatomiyadan danışırıq və bu gün sizə bütün qollarını və xüsusiyyətlərini izah edirik.

  • Əlaqədar məqalə: “İnsan bədəninin 12 sistemi (və necə işlədikləri)”

Anatomiya nədir?

Ümumi səviyyədə anatomiyanı tədqiq edən elm olaraq təyin edə bilərik canlıların quruluşu, yəni orqanlarının yeri və düzülüşü və aralarında mövcud olan əlaqə / əlaqə. Bəzi qollar, bu morfoloji xüsusiyyətləri təsvir etməklə yanaşı, onları taksonlar arasında müqayisə edirlər.

Anatomiyanın canlı varlıqların üzvi hissələrinin təsviri analizini aparmaqdan məsul olmasına baxmayaraq, “nöqtələrin” hər birinin dərk edilməsi onun funksionallığı və ətraf mühitlə əlaqəsinin birləşdirilməsini tələb edir. Buna görə bir çox hallarda anatomiya və fiziologiya (müqayisəli anatomiya da deyilir) praktik olaraq ayrılmazdır. İnkişaf biologiyası, fiziki antropologiya və histologiya (toxumaların öyrənilməsi) da bu intizamın əsas götürdüyü köməkçi elmlərdir.

Anatomiyanın qolları hansılardır?

Bu termini ümumi səviyyədə atdıqdan sonra, anatomiyanın X qollarını və xüsusiyyətlərini təsvir etməyə hazırıq. Bunun üçün gedin.

1. İnsan anatomiyası

Adından da göründüyü kimi, insan anatomiyası insan bədəninin makroskopik quruluşlarını öyrənməkdən məsul olan bir elmdir. Ümumiyyətlə, növlərimiz birbaşa özünə aid olan şeylərə daha çox meyllidir və buna görə də ümumiyyətlə məktəblərdə və institutlarda ən çox tədris olunan anatomiyanın qoludur. Hamımızın anatomiya dünyası ilə əlaqəli ilk əlaqə nöqtəsidir.

Terminlə bağlı müəyyən müşahidələr aparmaq lazımdır, çünki, məsələn, vücudumuzun hüceyrələri hüceyrə biologiyası, histoloji toxumaları və metabolizma yolları / fiziologiya və biokimya elementləri arasındakı əlaqədir. İnsan anatomiyası bizi “sistemlər” və “cihazlar” əsasında öyrənir, onları meydana gətirən makroskopik orqanların və ya mərkəzi oxların hər birinə xüsusi əhəmiyyət verir.

Eyni vaxtda, insan anatomiyası daha çox digər alt fənlərə bölünə bilərbunlar arasında aşağıdakıları tapırıq:

  • Sistematik / təsviri anatomiya: bədəni sistemlər və aparatlar səviyyəsində araşdırır.
  • Regional anatomiya: insan bədənini bədən bölgələrinə görə öyrənmək. Əgər döş qəfəsi öyrənilirsə, buraya daxil olan bütün strukturları təsvir etmək lazımdır.
  • Səth anatomiyası: bədənin səth morfologiyasının xüsusiyyətlərini (məsələn, sümüyün relyefi) araşdırdığı üçün işdə vacib bir sahədir.
  • Funksional anatomiya: strukturların məqsədini öyrənmək. “Form işləyir.”

İnsanın anatomiyasındakı cərgələr və xətlər zamanı kəsiklərin siyahısını davam etdirə bilərik, çünki biyoskopik, klinik, cərrahi və tətbiqi anatomiya kimi mürəkkəb qabıqlarında, məsələn, tibb sahəsində bir xəstəyə təsirli bir diaqnoz və ya müalicə üçün istifadə olunan terminləri buraxdıq. forma.

  • Sizi maraqlandıra bilər: “İnsan bədəninin 25 əsas orqanı”

2. Heyvan anatomiyası

Heyvanların müxtəlif daxili və xarici hissələrinin sayını, quruluşunu, ölçüsünü, formasını, düzülüşünü, vəziyyətini və əlaqələrini öyrənən elm. Şəxsi təcrübəmizə görə bu mövzuda mütəxəssislərin əksəriyyətinin zooloqlar olduğunu söyləyə bilərik, çünki bu ixtisas üzrə təhsil müddətində planetdəki bütün heyvan filaları haqqında anatomik ümumiliklər öyrənilir.

Heyvan anatomiyası mütəxəssisinin bütün canlıların cəsədini deyil, ixtisaslaşdıqları filumun və taksonun orqanlarını və xüsusiyyətlərini təsvir etdiyini bilmək maraqlıdır. Məsələn, nematodun cəsədinin quş cəsədi ilə çox az əlaqəsi var, xüsusən köhnəsinin öz skelet quruluşu olmadığından.

3. Bitki anatomiyası

Bitki anatomiyası bitki və yosun taksonlarında hüceyrə (hüceyrə biologiyası) və toxuma (histologiya) səviyyəsində tədqiqatları birləşdirir bu filomun meristemlərini və digər spesifik strukturlarını öyrənmək və təsvir etmək. Bu vəziyyətdə anatomiya, hüceyrə biologiyası və histologiya praktik olaraq fərqlənmir, çünki söhbət ümumiyyətlə orqan və sistemlərdən deyil, ixtisaslaşmış toxumalardan və hüceyrə təşkilatlarından gedir.

4. Müqayisəli anatomiya

Müqayisəli anatomiya orqanizmin müxtəlif morfoloji quruluşları arasındakı oxşar və fərqli cəhətləri öyrənən bir biologiya sahəsidir. Təqsonomiya və ya filogeniya kimi fənlərə baş vurduq, çünki genetik və molekulyar tədqiqat texnikalarının inkişafından əvvəl müqayisəli anatomiya növlər arasında qohumluq əlaqəsini çıxarmaq üçün yeganə vasitə idi.

Bu “həyat ağacları” na əlavə olaraq müqayisəli anatomiya bizə zooloqları anlamağa çalışmağa imkan verir niyə canlı varlıq necədir. Məsələn, iki növ eyni əcdaddan gəlirsə və sümük quruluşunu paylaşırsa, niyə su növləri üzgəc formalı bir üzv, digəri isə bir qol inkişaf etdirdi? Eyni anatomik əsasları (eyni təkamül mənşəli, homologdur) bölüşməsinə baxmayaraq, bu ekstremitələrin məqsədi və xarici mövqeyi tamamilə fərqlidir.

Homoloji, plesiomorfiya və ya apomorfiya kimi terminlər canlıların müqayisəli anatomik tədqiqatından irəli gəlir. Onun sayəsində insan genetika dünyasına girmədən əvvəl taksonomiyanın əsaslarını qoya bildi.

5. Patoloji anatomiya

Patoloji anatomiya budaqdır insan təbiətindəki orqan və toxumaların pozulmasının əsaslarını morfoloji üsullarla öyrənməklə məşğul olan dərman. Tamamilə bioloji təbiət baxımından daha da uzaqlaşdırılan, tibbi xidmətin funksional bir vahididir. Bu ixtisasın əsas məqsədi xəstənin xəstəliyini düzgün bir şəkildə həll etmək üçün biopsiya, cərrahi nümunələr, sitologiyalar və yarılmaların düzgün diaqnozudur.

Bu intizama görə, 3 xüsusi hadisə insan toxumaları səviyyəsində hüceyrə dejenerasiyasına səbəb olur:

  • İltihab: -it ilə bitən xəstəliklər, məsələn apandisit.
  • Dejenerasiya: bunlar osteoartrit kimi -oz ilə bitən xəstəliklərdir.
  • Nəzarətsiz hüceyrə böyüməsi: xərçənglər, yəni melanoma kimi -oma ilə bitən terminlər.

Yekun fikirlər

İnsan səviyyəsində növümüzün anatomiyasının budaqlarını özbaşına parametrlərə bölmək nisbətən faydasızdır, çünki bir toxuma və ya onu poza bilən xəstəlikləri təsvir edərkən “makroskopik” və “mikroskopik” arasında fərq qoyulması klinik səviyyəyə çox uyğun gəlmir. İnsanın anatomik tədqiqi müxtəlif qolların çoxsahəli müdaxiləsini tələb edir, bir mütəxəssisin hüceyrəyə, digərinin də bir toxuma üçün ayrıldığı bir “montaj xətti” deyil.

Digər tərəfdən, müqayisəli, bitki və heyvan anatomiyası başqa bir elmi intizamla əvəz edilə bilməz. Buna baxmayaraq və bu günə qədər müqayisəli anatomiya da çox güc itirdi, çünki genetik analizlər (xüsusilə mitokondrial DNT və digər texnikalar) canlıların taksonları arasında filogenetik əlaqələr qurmaq üçün istifadə olunur. Buna baxmayaraq, Bütün bu alətlər tarixən çoxsaylı elmi fənlərin təməllərini tarixi səviyyədə qurmaq üçün vacib olmuşdur..

Xülasə

Bu sətirlərdə oxuduğunuz kimi anatomiya bir-birindən tamamilə fərqli dallara ayrılan bir elmdir. Bir qurdun öyrənilməsi, məsələn, bir insanın orqan və sistemlərinin və ya özünəməxsus patologiyalarının təsviri ilə heç bir əlaqəsi yoxdur.

Heyvan və bitki anatomiyasının günümüzdə istifadəsiz olduğu görünsə də, məsələn, hər il kəşf olunan növlərin fizioloji xüsusiyyətlərini təsvir etmək üçün hələ də vacib alətlərdir. Anatomiyada bizi əhatə edən hər şeyin morfoloji təsviri yatır.

Insan anatomiyası

DAYAQ-HƏRƏKƏT APARATI
1. Fəqərələr: inkişafı, quruluşu, nahiyələrdə tanınma xüsusiyyətləri. Fəqərələrin birləşməsi. Tam onurğa.
2. Qabırğalar və döş sümüyü. Onların inkişafı, quruluşu və birləşmələri. Tam döş qəfəsi: quruluşu və tipləri.
3. Ətrafların inkişafı. Onların funksiyalarından asılı olaraq quruluş xüsusiyyətləri.
4. Aşağı ətraf qurşağı sümükləri və onların birləşmələri. Tam çanaq, topoqrafiyası və ölçüləri.
5. Gicgah sümüyü: quruluşu, kanalları və onların əhəmiyyəti.
6. Kəllə sümüklərinin inkişafı, xüsusiyyətləri. Kontrosofları inkişafı və funksiyası.
7. Kəllənin üz hissəsi sümükləri. Qanadabənzər–damaq çuxuru, divarları, möhtəviyyatı və keçəcəkləri.
8. Oynağın quruluşu; forma və oynaq səthlərinə görə təsnifatı. Oynaqların qidalanma xüsusiyyətləri.
9. Hərəkətli birləşmələr. Oynaqların inkişafı, quruluşu və təsnifatı.
10. Yuxarı ətrafın inkişafı, quruluşu və xüsusiyyətləri. Dirsək oynağı, quruluşu, forması, hərəkətləri, qidalanması və innervasiyası.
11. Əzələlərin quruluşu, işi və qüvvəsi. Əzələnin qüvvəsinə təsir edən amillər.
12. Əzələlərin köməkçi aparatı. Fassiya və onun törəmələri, lifli və sinovial vətər yataqları, onların quruluşu
13. Qarın əzələləri: quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
14. Qasıq kanalı: topoqrafiyası, divarları və möhtəviyyatı.
15. Aşağı ətraf əzələlərinin quruluşu. Bud üçbucağı, yaxınlaşdırıcı kanal və dizaltı çuxurun topoqrafiyası.

DAXİLİ ORQANALR BƏHSİ
16. Ağız boşluğu orqanları. Dişlərin anatomiyası: qidalanması və innervasiyası.
17. Nazik bağırsaq: inkişafı, hissələri, quruluşu, funksiyası, peritona münasibəti, qidalanması və innervasiyası.
18. Yoğun bağırsaq: inkişafı, quruluşu, nazik bağırsaqdan fərqlənmə əlamətləri, peritona münasibəti. Yoğun bağırsağın qidalanması və innervasiyası.
19.Qaraciyər: inkişafı, quruluşu, funksiyası və topoqrafiyası. Qaraciyərin qidalanması və innervasiyası.
20. Qaraciyər: inkişafı, quruluşu, topoqrafiyası və funksiyası. Qaraciyərin qidalanması və innervasiyası.
21. Ağciyərlər: inkişafı, quruluşu, funksiyası, topoqrafiyası. Qidalanması və innervasiyası. Ağciyərlərin seqmentar quruluşunun klinik əhəmiyyəti.
22. Qırtlaq: quruluşu, birləşmələri, funksiyası və topoqrafiyası. Qırtlağın qidalanması və innervasiyası.
23. Daxili sekresiya vəzilərinin xüsusiyyətləri. Qalxanabənzər vəzi: inkişafı, quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
24. Ekdodermal vəzilər. Böyrəküstü vəzin topoqrafiyası, quruluşu və funksiyası.
25. Kişi daxili cinsiyyət orqanları. Xayalar, inkişafı, quruluşu, qidalanması və innervasiyası. Xayanın sekretor və daxili sekrotor hissələri.
26. Sidik orqanları. Böyrəklər inkişafı, quruluşu, topoqrafiyası, qidalanması və innervasiyası.
27. Böyrəklər: inkişafı, quruluşu, topoqrafiyası və funksiyası. Böyrəklərin qidalanması və innervasiyası.
28. Sidik axarları, sidik kisəsi və sidik kanalının quruluşu və topoqrafiyası.
29. Immun sistemin mərkəzi və periferik orqanları. Dalaq: quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
30. Qadın daxili cinsiyyət orqanları. Onların inkşafı. Yumurtalıq: quruluşu, topoqrafiyası və funksiyası.

QAN-DAMAR SİSTEMİ
31.Ürəyin quruluşu, qişaları, qanla təchiatı və innervasiyası. Ürək tonlarının eşidilmə topoqrafiyası.
32. Ürək: topoqrafiyası, quruluşu. Ürək qapaqlarının döş boşluğunun ön divarına proyeksiyası. Ürək tonları və onların eşidilmə nahiyələri.
33. Ümumi, xarici və daxili yuxu arteriyaları. Daxili yuxu arteriyasının gedişi, şaxələri və topoqrafiyası.
34. Yuxarı boş vena, əmələ gəlməsi və topoqrafiyası. Tək və yarımtək venalar.
35. Körpücükaltı arteriya. Onurğa arteriyasının gedişi, hissələri, şaxələri, qidalandırdığı nahiyələr. Beynin dövranı.
36. Körpücükaltı arteriya, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
37. Daxili yuxu arteriyası, gedişi, hissələri, şaxələri və qidalandırdığı nahiyələr.
38. Yuxarı ətraf arteriyalarının şaxələri və topoqrafiyası. Ovucun səthi və dərin arterial qövsləri.
39. Aşağı boş vena, əmələ gəlməsi, topoqrafiyası və anastomozları.
40. Qarın aortası, topoqrfaiyası, şaxələri və vaskulizasiya zonası.
41. Qarın aortasının tək visseral şaxələri. Onların qidalandırdığı nahiyələr.
42. Döş aortası, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
43. Bud arteriyası, gedişi, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
44. Ümumi və xarici qalça arteriyaları. Xarici qalça arteriyasının şaxələri və anastomozları.
45. Daxili qalça arteriyası, şaxələri, anastomozları və qidalandırdığı nahiyələr.
46.Yuxarı ətrafın səthi və dərin venalarının topoqrafiyası.
47. Başın venaları. Sərt qişa cibləri, onların əhəmiyyəti. Ciblərin qovuşması.
48. Bazu-baş venaları, kökləri, venoz qanı yığdığı nahiyələr.
49. Yuxarı boş vena: kökləri, anastomozları və topoqrafiyası.
50. Tək və yarımtək venalar, kökləri, gedişi və anastomozları.
51. Aşağı boş vena:əmələ gəlməsi, topoqrafiyası və anastomozları.
52. Daxili qalça venasının topoqrafiyası: mənbələri və anastomozları.
53. Sağ limfa axacağı, quruluşu, venoz bucağa açılan yeri
54. Aşağı ətrafın səthi və dərin venalarının topoqrafiyası.
55. Venoz anastomozlar (kava-kava, porto-kaval və kava-porto-kaval). Onların əhəmiyyəti.
56. Beyin-onurğa beyni mayesinin cərəyanı. Onun axma yolları və funksiyası.
57. Limfa sisteminin quruluş elementləri. Limfa düyünü bir orqan kimi. Onun quruluşu, təsnifatı və funksiyası.
58. Limfa sahələri, kapilliyarları, damarları və kötükləri. Onların inkişafı, quruluş xüsusiyyətləri.
59. Sağ limfa axacağı, inkişafı, əmələ gəlməsi və topoqrafiyası.
60. Immun sisteminin mərkəzi orqanları. Onların inkişafı, quruluşu və topoqrafiyası.
61. Göz almasının quruluşu, qişaları və nüvəsi. Görmə analizatorunun aparıcı yolu.
62. Dəhliz-ilbiz orqanı, inkişafı, quruluşu. Eşitmə analizatorunun aparıcı yolu.
63. Bazu kələfi: əmələ gəlməsi və şaxələri. Bazu kələfinin uzun şaxələrinin topoqrafiyası.
64. Bazu kələfi. Uzun şaxələri və onların innervasiya zonası. Əlin dərisinin innervasiyası.
65. Bel kələfi: quruluşu, topoqrafiyası və şaxələri. Bud sinirinin gedişi, şaxələri və innervasiya zonası.
66. Oma kələfinin quruluşu, şaxələri və innervasiya zonaları.
67. Üz siniri, topoqrafiyası, şaxələri və innervasiya zonası.
68. Üçlü sinirin quruluşu və anatomiyası. Çənə sinirinin şaxələri, topoqrafiyası və innervasiya zonası.
69. Azan sinir: nüvələri, quruluşu, hissələri və innervasiya zonası.
70. Qarın boşluğunun divarlarının innervasiyası və qidalanması.
71. Baş beyinin inkişafı, quruluşu. Beyin qabığınin sitomieloarxitektonikası.
72. Oturaq siniri, quruluşu, topoqrafiyası, şaxələri və innervasiya zonası
73. Üçlü sinir. Göz sinirinin topoqrafiyası, şaxələri və innervasiya zonası.
74. Vegetativ sinir sisteminin parasimpatik hissəsi, düyünləri və şaxələri.
75. Vegetativ sinir sisteminin parasimpatik hissəsi, düyünləri və şaxələri.

FAYDALI LİNKLƏR
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Dövlət İmtahan Mərkəzi
  • Virtual Qarabağ

Comments are closed, but trackbacks and pingbacks are open.