Press "Enter" to skip to content

Rövşən Abdullaoğlu/Biblioqrafiya/Kitabları

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Insan dünyadan əvvəl

“Azərbaycanda gənclər zamanın inkişaf sürətindən çox geri qalırlar”

“İnsan özünü tanımayana qədər problemləri həll olunmayacaq”

Modern.az saytının dövrün problemlərinə, insan-insan, insan-zaman qarşılıqlı münasibətlərindən bəhs edən “XXI sərin adamı” rubrikasının budəfəki qonağı ilahiyyatçı-filosof, psixoloq Rövşən Abdullaoğludur. Onun psixoloji janrda yazdığı, insan motivasiyasının inkişafına hesablanan “Arxadakı körpüləri yandırın”, “Üsyan”, “Bu şəhərdə kimsə yoxdur” kitabları bestsellerlər siyahısındadır

– Sizi həm filosof, həm ilahiyyatçı, həm də psixoloq kimi təqdim edirlrər. Daha çox kimsini

– Elə yazıçı olaraq yazsanız kifayətdir

– Hazırda ən çox kitabları satılan müəlliflərdən biri də sizsiniz. Bu kitablar hansı zərurətdən yazıldı?

– Məndə kitab yazmağa cəhdlər universitet illərində yarandı. İlk işim darvinizm nəzəriyyəsi haqqında olub. Geniş bir araşdırma aparmışdım. Bunu kitab formasına saldıq. İstədik ki, çap edək, alınmadı. Sonra bir qəzetdən təklif gəldi. Bildirdilər ki, məqalələrin xülasəsini qəzetdə yaymaq olar. Darvinizm nəzəriyyəsinin müasir elmlə uzlaşıb-uzlaşmaması istiqamətində yazdığım məqalələr həmin qəzetdə getdi.

Bununla paralel başqa araşdırma ilə də məşğul olurdum. O zamanlar məşhur psixoloq-motivator Deyl Karneginin bir neçə kitabını oxumuşdum. O kitablar mənə çox təsir etmişdi. Gördüm ki, həqiqətən də orada istiqamətləndirmə, insan daxilinə xitab var. O zaman heç bir kitabda görmədiyimiz mövzular var idi. Amma Korneginin də öz üslubu tamam fərqli idi. Quru akademik üslubdan kənara çıxaraq konkret bir şəxsin həyatı timsalında izah edirdi.

Akademik kitablarda olmayan təsir gücü onda var. Düşündüm ki, mən də o istiqamətdə yazım. Universitetdə oxuyan zaman bu üslubda bir məqalə də yazmışdım. Universiteti bitirdim, bir müddət bu işdən uzaqlaşdım. Sonradan ikinci təhsil zamanı fikirləşdim ki, artıq yazmaq lazımdır.

O vaxt mənə filosof alim Cavadi Amili dərs deyirdi. O zaman iki kitab üzərində işləyirdim. İrfanın insan şəxsiyyətinə bir baxışı var. O baxışa əsasən insanın ruhunda zülmət və nur pərdələri yaranır.İnsanın kamilliyi zülmət və nur pərdələrindən qurtulmağındadır. Bir gün onun dərsində idik.

Dedi, insanlarda belə bir fikir var ki, kitab ancaq yaşlı olan zaman yazılmalıdır. Amma siz indi başlamasanız qocalıqda da heç yaza bilməyəcəksiniz. Orta əsrlərin filosofları, alimləri də gənc yaşdan kitab yazmağa başlayıblar. Bu söz mənə təsir etdi. İlk kitabımı da bu təsirin köməkliyi ilə yazdım. Adətən, birinci kitab uğur qazanmır. Amma bizim ilk kitab çox uğur qazandı. O vaxt bu janrda demək olar kitab yox idi. Məsləhət də vermişdilər ki, bu biçimdə olan kitablar oxucu üçün ağırdır və s. Amma praktika bunun əksini göstərdi. İlk kitab oxucular tərəfindən yaxşı qarşılandı.

– İrfan nədir? XXI əsrdə irfanın müsbət istiqamətdə edə biləcəyi hansı işlər var?

– Bizim əsrdən əvvəl də, bizim əsrdə də bütün problemlərin kökündə insan faktoru durur. Bunun əsas səbəbi ondan ibarətdir ki, insan özünü tanımağa çox da cəhd etmir. O, təbiətin ən gizli qatlarını, kosmosu, bir sözlə, hər şeyi öyrənməyə, tanımağa cəhd edir. Bircə özündən başqa. İnsan özünü tanımayana qədər problemləri öz həllini tapmayacaq. İnsanın özünü tanıması üçün iki elm sahəsini çox vacib bilirəm. Onlardan biri irfan fəlsəfəsidir, o biri isə psixologiyadır. Ürfan özü “ərəfə” sözündən götürülüb. Mənası “tanımaq” kimi başa düşülür. Burada əsas meyar insanın özünü və özünü tanıyandan sonra da xaliqini tanımasından gedir. Bütün irfani mövzulara aid kitabların əsas qayəsini bu düşüncə təmsil edir.

– İslam bu gün, XXI əsrdə bəşəriyyət üçün öz aktuallığını hansı rakursdan qoruyub saxlaya bilib?

– İslam insanın düzgün yaşaması üçün həyatını tənzimləyən bir konsepsiya irəli sürür. Təbii ki, bir konsepsiya irəli sürürsə, onun əsasında olan insan faktorudur. İnsan mövzusundan başqa mövzuya İslamda o qədər də yer verilmir. Məsələn, götürək biologiya sahəsini. İslam biologiyanın insanı xoşbəxt etməsi barəsində, onun özünü tanınası üçün heç nə yazmır. Sadəcə olaraq insana ağıl verilir və o yeri gələndə həm biologiya, həm fizika, həm də informatika sahəsində öz elmi kəşflərini edə biləcək. Amma İslamın əsas təməl nöqtəsində saf insan mənəviyyatı dayanır.

Bu dəqiqə İslamın insana, toplumlara verə biləcəyi əsas fayda onun özünü tanıması üçün bilməli olduğu ideyalar toplusudur. XIX əsrin ortalarında psixologiya fəlsəfədən ayrıldı və bu zaman böyük psixoterapevtlər belə bir ideya ortaya atdılar: onlar insan fenomenini onun daxili yaşantılarını və kimliyini araşdırmaq üçün psixologiyanı dinlə sintez etmək qərarına gəldilər.

Çünki dində də məhz özünü axtaran insan fenomeni əsas götürülürdü. Karl Qustav Yunq, Viktor Emil Frankl, Erix Fromm

kimi psixoterapevt filosoflar ilk dəfə olaraq bu istiqamətdə məqalələr yazmağa başladılar. Amma onlar din deyərkən, yalnız Əhdi- Ətiq və Əhdi-Cədidi nəzərdə tuturdular. Materiallar çox kasad olduğu üçün başqa dinlər bu sintezi axıradək apara bilmədilər. Amma İslamda bu yöndə xeyli material olduğundan, yəni insan psixologiyasının həllinə yönələn qanuna uyğunluqlar olduğu üçün bunları sintezləşdirmək mümkün oldu. Hazırda işlədiyimiz kitablarda çalışırıq ki, İslamı psixoloji tərəfdən tanıdaq. İslamın müasir dövrdə ən faydalı cəhəti kimi bunu görürəm. Psixologiya tarixində elə ideyalar var ki, onlar yalnız öz nəzəri həllini tapıblar. Amma onları islam fəlsəfəsi ilə əlaqələndirən zaman daha effektli nəsə əldə etmək olar. Məsələn, psixoanalitikanın banisi olan Ziqmund Freyd insanın psixoloji problemlərini bilməkdən ötrü onun yuxularına diqqət edirdi. Çünki o elə hesab edirdi ki, insanın bütün şüurlatı problemləri onun yuxularında öz əksini tapacaq.

Xəyali də olsa kimlərlə görüşmək istərdiniz? Kimlərin bu əsrdə yaşamasını istərdiniz?

– İki şəxsiyyətin bizim dövrümüzdə yaşaması, fikrimcə, çox maraqlı olardı. Onlardan biri Molla Sədra ləqəbli Sədruddin Şirazidir. Onun yazdıqları irfan və fəlsəfədə çox mühüm kitablardan sayılır. Molla Sədaraya qədər o vaxtın filosof və alimləri öz fikirlərini fəlsəfi və əqli sistemə salmamışdılar. Molla Sədra isə bunu çox peşəkarcasına sistemləşdirdi. O, tez-tez həcc ziyarətinə gedərdi. Sonradan Kəbənin ziyarətinə gedərkən səfərdə dünyasını dəyişir.

Molla Sədraya qədər Muhyiddin Ərəbi də bu barədə dəyərli işlər görsə də, irfanın sistem halına salınmasında əsas rol sahibi Molla Sədradır.

İkinci şəxs isə Əllamə Təbatəbaidir. O, həm Molla Sədranın həm də işraqilik məktəbinin bəzi zəif nöqtələrini kamilləşdirdi. Fəlsəfə və irfanın sintezini yarada bildi.

– Avropa filosoflarının tələbəsi olmaq yaxud, onlarla bərabər müzakirələr aparmaq istərdiniz?

Onlardan heç birinin tələbəsi olmaq istəməzdim. Daha çox Devid Yumla fikir mübadiləsi aparmaq istərdim. Onun fikirləri Avropa fəlsəfi məktəbinə çox təsir edib. Onun fikrincə, insan əsasən mərifətyönlü fikirləri təcrübədən almalıdır. Yəni burada əqli kənara qoyur. Rene Dekartda isə bunun tam əksinədir.

– Bizim ədəbiyyatdan kimləri mütaliə edirsiniz?

Məhəmməd Füzuli və Nizami Gəncəvini demək istərdim. Amma sonrakı dövrlərdə tam dəstəklədiyim mütləq olaraq tövsiyə edəcəyim kimsə yoxdur. Çünki hər hansı bir şəxsin əsərlərini oxuyanda mümkündür ki, oradakı bəzi fikirləri qəbul edək, bəzilərini yox. Odur ki, mütləq olaraq kimisə göstərmək çox çətindir.

– “Arxadakı körpüləri yandırın” adlı motivasiya kitabının müəllifisiniz. Bu gün arxadakı körpüləri yandırmaq nə dərəcədə çətindir?

– “Arxadakı körpüləri yandırın” tarixdən gələn bir deyimdir. Biz də psixologiyada ondan istifadə etməyi lazım bildik. Mahiyyəti isə belədir: insan uğura az qalmış, öz işinin müsbət sonluğunun astanasında ondan bezir, əl çəkir. Sambonun yaradıcılarından biri deyir ki, mən ən yaxşı fəndləri çıxılmaz vəziyyətdə olanda tətbiq edə bilirəm. Bir pişiyi küncə sıxsaq o qorxusundan, çıxılmaz vəziyyətdə qaldığından insanın üzərinə həmlə edəcək, sanki şirə dönəcək. İnsan öz daxilinə yatan potensiallardan xəbərsizdir.

Günümüzün insanı da özünə konkret bir yol seçsə, ancaq irəliyə doğru hərəkət etsə, arxaya baxmayıb arxadakı körpüləri yandırsa, o öz potensialından çox gözəl istifadə edə bilər. Azərbaycan cəmiyyətində, xüsusən də gənclərdə bəzən ruhsuzluq müşahidə olunur.

Onlar hər şeyi tez bir zamanda əldə etmək istəyirlər. Bu baş verməyəndə isə ruhdan düşmə və işlərini yarıda qoyma müşahidə olunur. Amma uğurun əsas şərti odur ki, insan özü üçün seçdiyi konkret bir yolla hərəkət etsin. Mən dünyada ayrı-ayrı sahələrdə uğur qazanan minə yaxın insanın avtobioqrafiyası ilə tanış olmuşam. Onların hamısını birləşdirən yeganə bir meyar var: yalnız bir yolu seçmək və bu yolla sonadək getmək. Onlar düşünməyiblər ki, əgər bu alınmasa mən başqa bir yol seçə bilərəm.

– İnsan və zaman münasibətində birincinin təfəkkürü ikincinin gərdişinə mane olmur?

– Azərbaycan cəmiyyəti bir çox sahələrdə zamanın gərdişindən geri qalır. Xüsusən də müasirlik baxımından Azərbaycan gənci zamanın inkişaf sürətindən çox geri qalır. Mən burada müasirlik deyərkən, ən son model avtomobili, geyim tərini nəzərdə tutmuram. Sırf intellektual düşüncə metodunu nəzərdə tuturam ki, burada da Azərbaycan gənci çox geridə qalır.

– Ümumiyyətlə, dərviş anlayışına münasibətiniz necədir?

– Dərviş təsəvvüfdən gələn anlayışdır. Bəzən onlara səhv olaraq ariflər də deyilir. Amma dərviş təsəvvüfdən gələn kəsdir və o, əsasın tərki-dünya, özünə qapanan, özü ilə Rəbbi arasında daxili rabitədə olan kəsdir. Günümüzdə dərvişlərə yer yoxdur. Ona görə ki, dərvişlər öz mənəvi- intellektual, irfani bacarıqlarını insanlarla bölüşmür, onları yalnız özlərində saxlamaqla məxsusdurlar. Amma ariflərdə bunun tam əksinədir. Biz irfan deyəndə heç vaxt dərvişlərin dediyi yolu nəzərdə tutmuruq. Amma həqiqi irfan sahibləri olan ariflər isə cəmiyyətdən ayrı olmayan şəxslərdir.

Onlar insanlarla bərabər yaşayar və fəaliyyət göstərərlər. İnsanların birinci yolu insandan Allaha gedilən yoldur. Bu zaman hər pərdəni keçdikcə insanda psixoloji halətlər yaranır. Bundan sonra insan bəzi şeyləri görməyə başlayır. İnsan xaliqinə çatandan sonra orada çox gözəl, sözlə deyiləsi mümkün olmayan mənəvi zövqlər keçirir. Odur ki, oradan qayıtmaq istəmir. Daima Allahla minacatda olmaq istəyir. Dərvişlərə də xas olan məhz budur.

Onlar çox zaman kəndlərə yaxın olan xanəgahlarda yaşayar və onların verdikləri ehsanla qidalanarmışlar. Amma arif isə fərqlidir. İrfan məktəbində təbii ki, hamısı Xaliqə qovuşur, amma, oradan ayrılıb yenidən xalqa, insanlara qayıtmaq həmin arifdən böyük cəsarət tələb edir. Çünki o Xaliqə qovuşmaqla öz missiyasını tamamlanmış hesab etmir. Onun əsas missiyası bundan sonra başlayır. Yəni, arif insanlara da o yolun sirrini göstərir. Qısası, onları bu cür müqayisə edirlər: hər ikisi suda batır, amma dərviş yalnız özünü xilas haqqında düşünür, arif isə özü ilə bərabər başqalarının da xilası haqqında fikirləşir.

– Ümumiyyətlə, ölüm nə olan şeydir? Onun başqa mənaları da var?

– Ölüm insanın bir yaradılış formasından başqa yaradılış formasına keçməsidir. Ölüm yoxluq və fəna mənasında anlaşılmır. İnsan həyatdan ibarət bir varlıqdır və həyatı da sevir. Ümumiyyətlə, ölümü faniliyin sinonimi kimi dəyərləndirsək, o zaman həyatda heç bir məna qalmaz.

– Sizin “İnsan dünyadan əvvəl” və “İnsan dünyadan sonra” adlı tərcümə kitablarınız var. Biz dünyadan əvvəl harada olmuşuq?

– İslamın insana baxışı bir az fərqlidir. Başqa məktəblər insanı bu cür dəyərləndirirdilər: insan dünyada meydana gəlib və öz missiyasını elə orada da bitirib. Bəzi məktəblər isə dünyadan sonrakı həyatın varlığını da qeyd edirdilər. Amma İslamın baxışı tam fərqli oldu. Burada insanın dünyadan əvvəl də mövcud olduğu, dünyanın onun mövcudluğu üçün ortaq bir məkan olduğu və dünyadan sonra da mövcud olması haqqında fikirlər var.

Dünyadan əvvəl insan təbii ki, individual şəkildə mövcud olmayıb. Biz necə bir-birimizi görürüksə, o cür mövcud olmamışıq. İnsan ruh halında, qeyri-maddi bir formada var olub. Dünya aləmi isə insanın qeyri-maddi olan ruhu ilə maddi olan cisminin vəhdətdə olduğu bir məkandır. Dünya kəlməsi ərəb mənşəli olub, “dunuv, dəniy” sözündən götürülmüşdür. Mənası isə “alçaq, aşağı” deməkdir.

İrfan məktəbində insanın müxtəlif aləmlər arasındakı seyrini qövsə bənzədirlər. Dünya isə bu aləmlər arasında ortada qərar tutmuş bir mərhələdir. Dünya insanın enmə qövsü ilə qalxma qövsünün tətbiq olunduğu bir yerdir. Enmə qövsü zamanı, yəni məlakut aləmindən alçaq yer olan dünyaya enmə zamanı bütün insanlar bərabərdir. Amma qalxma qövsündə, yəni dünyadan sonrakı aləmlərə keçiddə belə olmur. Dünyadan köçüb yenidən öz əsas vətəninə qayıdan zaman insan bir cür olmur. Dünyadan əvvəlki mərhələdə pis və yaxşı anlayışı yoxdur.

Hamı bir-birinə taydır və pak həyat yaşayırlar. Amma dünyaya köçəndən sonra, maddi bədəndə qərar tutandan sonra onlar pis və yaxşıya bölünür. “Qalxma” zamanı isə əvvəlki kimi qalxa bilmir. Yəni, biz gəldiyimiz yolu elə gəldiyimiz kimi qalxa bilmirik. İki hissəsə bölünərək qalxırıq. Amma enmə prosesində yəni dünyaya gəlmə prosesində hamı eyni cür enir.

Elmin NURİ

Rövşən Abdullaoğlu/Biblioqrafiya/Kitabları

I nəşr: Bakı, “Qədim Qala” [1] , 2013. 192 səh. [2] .

II nəşr: Bakı, “Qədim Qala”, 2014. 184 səh. [3] .

2. “Hər bir insan hökmdardır”, – motivasiya psixologiyası kitabları silsiləsindən.

I nəşr: Bakı, “Qədim Qala”, 2012. 162 səh.

II nəşr, əlavələrlə: “Qədim Qala”, 2013. 246 səh.

III nəşr: Bakı, “Qədim Qala”, 2015. 246 səh. [4]

3. “Çətin olsa da, həyat davam edir”, – motivasiya psixologiyası kitabları silsiləsindən.

I nəşr: Bakı. “Qədim Qala”, 2013. 272 səh.

II nəşr: Bakı, “Qədim Qala”, 2014. 272 səh. [5]

4. “Üsyan”, – psixoloji kitablar silsiləsindən.

Bakı, “Qədim Qala”, 2014. 254 səh.

5. “Qorxular”, – Emosiyalar psixologiyası silsiləsindən.

Bakı. “Qədim Qala”, 2015. 208 səh. [6]

6. “Bu şəhərdə kimsə yoxdur”, – psixoloji roman. Bakı. “Qədim Qala”, 2015. 376 səh. [7]

7. “Ariflərin irfani məqamları” – İbn Sinanın “İşarat və tənbihat” kitabının doqquzuncu fəslinin şərhi. İrfani kitablar silsiləsindən.

I nəşr: Bakı: “Qədim Qala”, 2012. 202 səh.

II nəşr: Bakı: “Qədim Qala”, 2012. 212 səh.

III nəşr: Bakı, “Qədim Qala”, 2014. 212 səh. [8]

8. “Görüntülər” – İbn Sinanın “İşarat və tənbihat” kitabının onuncu fəslinin şərhi. İrfani kitablar silsiləsindən.

Bakı: “Qədim Qala”, 2014. 216 səh.

9. “O” – Hərf və irfan elmi kitabları silsiləsindən.

Bakı. “Qədim Qala”, 2011. 178 səh. [9]

10. “Nəfsi təzkiyyənin elmi əsasları” – İrfani kitablar silsiləsindən.

Bakı. “YEK production”, 2011. 164 səh. [10]

11. “Hidayət risaləsi” – İrfani kitablar silsiləsindən.

Bakı. “YEK production”, 2011. 146 səh. [11]

12. “Həyatın imzası” – Qədim irfani nəzəriyyələr silsiləsindən.

Bakı. “Qədim Qala”, 2012. 172 səh. [12]

13. “Mərifət” – epistemoloji kitablar silsiləsindən.

Bakı. “Qədim Qala”, 2012. 144 səh. [13]

14. “Bəla və Səbir” – İslamın çətinliklərə baxışı və İslam əxlaqı silsiləsindən.

I nəşr: Bakı, “YEK production”, 2011. 164 səh.

II nəşr, əlavələrlə: Bakı, “Qədim Qala”, 2011. 202 səh.

III nəşr, əlavələrlə: Bakı, “Qədim Qala”, 2011. 202 səh. [14]

15. “Ölülərin hakimiyyəti”, – İslam tarixi və ideologiyası silsiləsindən.

Bakı. “Qədim Qala”, 2012. 202 səh. [15]

16. “Xüsusiyyətlər”, – Hədis və İslam tarixi kitabları silsiləsindən. Ərəb dilindən tərcümədir.

Bakı. “Qədim Qala”, 2013. 138 səh.

17. “İlk Kitab”, – İslam tarixi və qədim tarixi mənbə kitabları silsiləsindən. Ərəb dilindən tərcümədir.

I nəşr: Bakı. “Qədim Qala”, 2012. 198 səh.

II nəşr: Bakı. “Qədim Qala”, 2013. 202 səh. [16]

18. “İnsan dünyadan əvvəl”, – İnsan və taleyi silsiləsindən.

I nəşr: Bakı. “Qədim Qala”, 2011. 144 səh.

II nəşr: Bakı. “Qədim Qala”, 2012. 144 səh. [17]

19. “İnsan dünyadan sonra”, – İnsan və taleyi silsiləsindən.

I nəşr: Bakı. “Qədim Qala”, 2011. 150 səh.

II nəşr: Bakı. “Qədim Qala”, 2012. 160 səh.

III nəşr: Bakı. “Qədim Qala”, 2013. 172 səh.

IV nəşr: Bakı, “Qədim Qala”, 2015. 172 səh. [18]

20. “İnsan dünyadan sonradan sonra”, – İnsan və taleyi silsiləsindən.

I nəşr: Bakı. “Qədim Qala”, 2013. 224 səh.

II nəşr: Bakı, “Qədim Qala”, 2015. 224 səh. [19]

21. “Hikmətin əvvəli”, – fəlsəfi kitabları silsiləsindən

I nəşr: Bakı, “Qədim Qala”, 2016. 264 səh. [20] .

22. “Zamanı necə yeyək“, – fərdi inkişaf kitabları silsiləsindən

I nəşr: Bakı, “Qədim Qala”, 2016. 184 səh. [21] .

Türkcə [ redaktə ]

1. “Arkadaki köprüleri yakın” – motivasiya psixologiyası kitabları silsiləsindən.

1. baskı: İstanbul: “Sokak kitapları yayınları”, 2014. 184 səh. [22] [23]

Məqalələr [ redaktə ]

İstinadlar [ redaktə ]

  1. ↑qedimqala.az saytı
  2. ↑Arxadakı körpüləri yandırın — alokitab.az saytı
  3. ↑Rövşən Abdullaoğlu: Kitapları — vikitap.com saytı (türk.)
  4. ↑Hər bir insan hökmdardır, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  5. ↑Çətin olsa da, həyat davam edir, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  6. ↑Qorxular, Rövşən Abdullaoğlu — trend.az saytı
  7. ↑Bu şəhərdə kimsə yoxdur, Rövşən Abdullaoğlu — Az.Res. Mədəniyyət və Turizm Nazirliyinin saytı
  8. ↑Ariflərin irfani məqamları, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  9. ↑O, Rövşən Abdullaoğlu — kitabevim.az saytı
  10. ↑Nəfsi təzkiyyənin elmi əsasları, Rövşən Abdullaoğlu — kitabevim.az saytı
  11. ↑Hidayət risaləsi, Rövşən Abdullaoğlu — kitabevim.az saytı
  12. ↑Həyatın imzası, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  13. ↑Mərifət, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  14. ↑Bəla və Səbir, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  15. ↑Ölülərin Hakimiyyəti, Rövşən Abdullaoğlu — kitabevim.az saytı
  16. ↑İlk Kitab, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  17. ↑İnsan dünyadan əvvəl, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  18. ↑İnsan dünyadan sonra, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  19. ↑İnsan dünyadan sonradan Sonra, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  20. ↑Hikmətin əvvəli, Rövşən Abdullaoğlu — alokitab.az saytı
  21. ↑Zamanı necə yeyək, Rövşən Abdullaoğlu — milli.az saytı
  22. ↑”Arkadaki Köprüleri Yakın” ( (türk.) ). qedimqala.az. Arxivləşdirilib: [1] saytından 2016-07-24 tarixində . http://web.archive.org/web/20160727153534/http://qedimqala.az/index.php?do=kitab_inner&id=44 . İstifadə tarixi: 2016-07-24 .
  23. ↑Arkadaki köprüleri yakın, Rövşən Abdullaoğlu — sokakkitaplari.com.tr saytı

İnsan Dünyadan Əvvəl, Əllamə Təbatəbai

Gördüyünüz bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür. Bu kitab sizi yadınızdan çıxmış uzaq keçmişinizə aparacaqdır. Keçmişinizi mərhələ-mərhələ gözlərinizin önündə canlandıracaq, unutduğunuz həqiqətləri yenidən yada salacaqdır.

Əlaqədar şəxs
Kitab Evim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.05.2018

Xüsusiyyətlər Müəllif: Dania Florina Janr: Nağıl Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12,8×17,8

Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq

MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.