İnsan hüquqlarını qoruyan 10 qurum
Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)
İkinci dünya müharibəsi ərəfəsində insan hüquqları, daha dəqiq desək, “insanın dövlətin özbaşınalığından müdafiə olunmaq hüquqları” Qərb ölkələrinin yalnız bir neçəsinin Kon¬¬s¬titusiyasında əks olunmuşdu. Bundan əlavə, o dövrdə dövlətlərin öz vətəndaşları ilə davranışı hər yerdə dövlətin digər dövlətlərin qarışmağa haqqı olmadığı sırf daxili işi sayılırdı.
Müharibənin və faşist diktaturasının dəhşətləri dünyanın öncül demokratik dövlət¬lərinin ictimaiyyətlərini belə fikrə gətirib çıxardı ki, dünya ölkələri öz “evlə¬r”ində insan hüquqlarını pozmağa son verməyənə qədər dünyanı ədalətli şəkildə nizama salmaq mümkün olmayacaqdır.
Müharibə başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə döv¬¬¬lətlər arasında sülhü və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı — Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının (nizamnaməsinin — red.) maddə¬lərinin birində göstərilirdi ki, bu təşkilatın vəzifəsi “hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir” (1.55-ci maddə). Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı.
Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin arvadı Eleonorun başçı¬lıq etdiyi xüsusi komitə özündə dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahı¬sını əks etdirməli olan beynəlxalq bəyannamə üzərində işə başladı. Bu, böyük gərginlik və həssaslıq tələb edən bir iş idi: Qərb ölkələri bəyannamədə əsasən siyasi və vətəndaş hüquqlarının əks olunmasına çalışdıqları halda, SSRİ nümayəndələri tələb edirdilər ki, bəyannamədə üstünlük sosial və iqtisadi hüquqlara verilsin, belə ki, onların fik¬rincə, bu hüquqlar SSRİ-də lazımınca təmin edilmişdi və bunlarsız siyasi hüquqların heç bir əhəmiyyəti yox idi. Bəyannamədə hər iki tələbə əməl olundu, lakin sosialist ölkələri onu imzalamaqdan imtina etdilər.
Bəyannaməni 10 dekabr 1948-ci ildə BMT-nin 48 ölkəsi qəbul etdi (həmin gün Beynəlxalq insan hüquqları günü sayılır). Sənədi din azadlığı barədəki müddəa ilə razı¬laşmaq istəməyən Səudiyyə Ərəbistanı, irqi bərabərliklə razılaşmaq istəməyən Cənubi Afrika Respublikası və bəyannamədə göstərilmiş siyasi hüquqlardan ehtiyatlanan SSRİ, Polşa, Çexoslovakiya və Yuqoslaviya imzalamaqdan imtina etdilər.
Bəyannamənin beynəlxalq sənəd statusu yox idi, o, yalnız insan hüquqları sahəsində ölkələ¬rin can atmağa vəd etdikləri beynəlxalq standart kimi qəbul olunmuşdu. Lakin bu sənədin olduqca böyük mənəvi və ideoloji əhəmiyyəti var idi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal — ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa, insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi.
Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir də. Sənədin mətni insanları höku¬mə¬tin bəyannamədə göstərilmiş standarta uyğun şəkildə təmin etməyə borclu olduğu hüquqlar uğrunda mübarizəyə ruhlandırırdı.
Bəyannamədə yazılmış hüquqları
təxminən bir neçə qrupa bölmək olar:
Fərdi hüquqlar — fiziki və mənəvi təhlükəsizliyin minimum təminatlarını qoruyur (1; 2; 4; 5; 6; 15-ci maddələr);
Prosessual hüquqlar — insanın dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşanda onun prosedur müdafiəsini təmin edir (9; 10; 11-ci maddələr);
Vətəndaş azadlıqları — dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm də ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyur (18; 19; 20-ci maddələr);
Siyasi hüquqlar — insanın dövlətin idarə olunmasında və onun üzərində nəzarət işində iştirak etmək hüququdur (21-ci maddə). Siyasi hüquqlara həmçinin bəzi vətən¬daş azadlıqları — fikir, vicdan, söz, mətbuat, yığıncaqlar və təşkilatlar azad¬lığı da aid edilir;
Yaşamaq (ömür sürmək) hüququ — insanın sağ qalıb yaşaması üçün minimum zəruri şərtləri təmin edir; bu, başlıca olaraq qidaya və tibbi xidmətə aiddir (25-ci maddə);
İqtisadi hüquqlar — buraya sosioloji təhlükəsizlik, əmək, istirahət və həmkarlar azadlığı hüquqları daxildir (22; 23; 24-cü maddələr);
Sosial hüquqlar — bunlar təhsil almaq, ailə qurmaq və onu qoruyub saxlamaq hüquqla¬rıdır (12; 16; 26-cı maddələr);
Mədəni hüquqlar — cəmiyyətin mədəni həyatında iştirak etmək hüququdur. Bəzən buraya təhsil hüququ da aid edilir (27-ci maddə).
1966-cı ildə BMT Qərb ölkələrinin təzyiqi ilə insanların “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” və “Mülki və siyasi hüquqlar haqqında” Ümumdünya Bəyannaməsi¬nin müddəalarını inkişaf etdirən paktları qəbul edir. Bu paktların artıq beynəlxalq müqavi¬lə statusu var idi. İnsanların “Mülki və siyasi hüquqlar haqqında Pakt¬”da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və b. hüquq¬larının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş külli miqdarda paktlar və konvensiyalar qəbul edir.
Bütün bu sənədləri Azərbaycan da imzalamışdır və onların yerinə yetirilməsi yalnız özümüzdən asılıdır. Bu gün BMT Bəyannaməsində yazılmış insan hüquqları yeni-yeni demokratik ölkələrin konstitusiyalarına daxil edilir, bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da əks olunmuşdur.
1998-ci ildə bəyannamənin qəbul olunduğu gündən əlli il ötdü. BMT-nin üzvü olan bütün ölkələr bu əlamətdar hadisəni təntənə ilə qeyd etməklə dünyanın simasını dəyişmiş sənədə ehtiramlarını bildirdilər.
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)
Hər bir insan. heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalı¬dır¬.
Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; və
insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddət¬ləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azad¬lığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq; və
insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; və
xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; və
Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında insanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və
üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq; və
bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq
Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlər səy göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və həyata keçirilməsi yolu ilə çalışsınlar.
Bütün insanlar azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.
Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidə¬sinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara ma¬lik olmalıdır.
Bundan başqa, insanın mənsub olduğu ölkə, yaxud əraziyə siyasi, hüquqi, yaxud beynəlxalq statu¬su əsasında, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir fərq qoyulmamalıdır.
Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.
Heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.
Hər bir insan, harada olursa-olsun, hüquq subyekti kimi tanınmaq hüququna malikdir.
Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır.
Hər bir insan onun Konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən səmərəli şəkildə bərpa olunması hüququna malikdir.
Heç kəs özbaşına həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.
Hər bir insan öz hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, ona qarşı irəli sürülən cinayət ittihamının əsaslılığının təsdiqlənməsi üçün onun işinə tam bərabərlik əsası¬n¬da, aşkarlıqla və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri müdafiəsinə bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında qanuni qaydada sübut edilənədək günahkar sayıla bilməz.
2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətə cəlb edilə bilməz. Eləcə də cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.
Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.
1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.
2. Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.
1. Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.
2. Bu hüquqdan əslində qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan fəaliyyət üstündə təqibolunma hallarında istifadə edilə bilməz.
1. Hər bir insanın vətəndaşlıq hüququ var.
2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.
2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.
3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ var.
2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.
Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəslə¬mək azadlığı daxildir.
Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var.
2. Heç kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz.
1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.
2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər
hüquqa malikdir.
3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyniəhəmiyyətli formalarda keçirilən dövri və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır.
Hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qurumuna və ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.
1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.
2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var.
3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.
4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.
İş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, hər bir insanın, istirahət və asudə vaxt, ödənişli dövri məzuniyyət hüququ var.
1. Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsiz¬lik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardım göstərilmək hüququna malikdirlər. Nikah¬dan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.
1. Hər bir insanın təhsil hüququ var. Təhsil (heç olmasa ibtidai və ümumi təhsil) pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil hər kəsin qabiliyyətinə görə eyni dərəcədə müyəssər olmalıdır.
2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və azadlıqlarına ehtira¬mın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.
3. Valideynlər öz azyaşlı uşaqlarına təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər.
1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir.
2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.
Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir.
1. Hər bir insan cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür.
2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir insana yalnız başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblə¬rini yerinə yetirmək məqsədilə qanunun müəyyənləşdirdiyi məhdudiyyətlər tətbiq edilmə¬lidir.
3. Bu hüquq və azadlıqların həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə qətiyyən zidd olmamalıdır.
Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı qətnaməsi ilə qəbul və bəyan edilmişdir
İnsan hüquqlarını qoruyan 10 qurum
Tarix boyu millətlər və vətəndaş cəmiyyətinin özü bu hüquqların qorunması və yerinə yetirilməsini təmin etmək üçün müxtəlif qurumlardan istifadə etmişdir. Sonra, İnsan hüquqlarını qoruyan bir neçə əsas qurumları görəcəyik dünya ətrafında.
- Əlaqədar məqalə: “10 növ dəyər: həyatımızı idarə edən prinsiplər”
İnsan hüquqlarını qoruyan əsas təşkilatlar
İnsan hüquqları, yaşamaq və azadlıq, köləliyə və işgəncəyə məruz qalmamaq, fikir və ifadə azadlığı, təhsil və iş başqaları arasında azadlığı da əhatə edir. Bu hüquqlar irq, cinsiyyət, milliyyət, etnik mənşə, dil, din və digər şərtlər ayrılmadan bütün insanlara xasdır, Ümumdünya İnsan Haqları Bəyannaməsinə görə 1948-ci ildə təsdiq edilmişdir.
Bu hüquqların yerinə yetirilməsini izləmək və nəzarət etmək üçün hansı təşkilatların məsul olduğunu görək.
1. Beynəlxalq Amnistiya
150-dən çox ölkədə mövcud olan bu qlobal qeyri-kommersiya təşkilatı, həqiqət, ədalət və sui-istifadə qurbanları üçün təzminat hüququ üçün çalışırədalətsiz məhkəmələr, təsadüfi həbslər, məhkəmədən kənar edamlar və ya gender əsaslı zorakılıq kimi.
Bundan əlavə, Amnesty International miqrantların, sığınacaq axtaranların, qaçqınların, köçkünlərin və insan alveri qurbanlarının insan haqlarını müdafiə edir. Silahlı qarşıdurmalardakı mülki əhaliyə və dövlətlər və digər siyasi və ticarət aktyorlar tərəfindən zorakılıq qurbanlarına.
Bu sivil təşkilat ümumiyyətlə işgəncə və pis rəftara qarşı, cinsi və reproduktiv hüquqlar lehinə ölüm hökmünə qarşı və silahlara təsirli nəzarət üçün kampaniya aparır.
2. Şəffaflıq Beynəlxalq
Transparency International, 1993-cü ildə Almaniyada qurulmuş bir qeyri-hökumət təşkilatıdır beynəlxalq cinayətlər və siyasi korrupsiyaya qarşı tədbirləri təbliğ edir. Fərqli ölkələrdə 100-dən çox nümayəndə heyətindən ibarətdir.
Bu təşkilat ümumiyyətlə hər il və 1995-ci ildən bəri mütəxəssislər və şirkətlərin sorğularına əsasən dövlət sektorundakı korrupsiya səviyyələrini ölçən Korrupsiya Qavrama İndeksini dərc edir. Bu indeks zəif etibarlılığı üçün tənqid edilmişdir.
İspaniyada Transparency International 2000-ci ildə işə başladı və hal-hazırda José Ortega y Gasset Vəqfi tərəfindən idarə olunur. Dövlət səviyyəsində, Bələdiyyələrdə, muxtar icmalarda və il məclislərində korrupsiyanı ölçən göstəricilərə də malikdir..
3. Ombudsman
Ombudsman bunun institusional fiqurudur vətəndaşların əsas hüquqlarını və ictimai azadlıqlarını qorumaqdan məsuldur, dövlət idarələrinin fəaliyyətinə nəzarət etməklə.
İspaniyada, Deputatlar Konqresi və Senat, beşdə üç səs çoxluğu ilə seçilir. İcra hakimiyyətləri olmayan bir qurumdur, buna görə gücü kifayət qədər inandırıcı və siyasi xarakter daşıyır. Cortes Generales-ə məcburi olmasa da, hesabat vermək qabiliyyətinə malikdir.
4. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası
2006-cı ildə yaradılan İnsan Hüquqları Şurası Birləşmiş Millətlər Təşkilatının hökumətlərarası bir qurumudur dünyada insan hüquqlarının təbliği və qorunmasının gücləndirilməsindən məsuldur, habelə insan hüquqları pozuntusu halları ilə məşğul olmaq və bu barədə tövsiyələr vermək.
Bu qurum il boyu diqqətini tələb edən bütün insan hüquqları məsələlərini və vəziyyətləri müzakirə etmək qabiliyyətinə malikdir. Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində görüşür.
Şura Birləşmiş Millətlər Təşkilatının 47 Üzv Dövlətindən ibarətdir Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən seçilənlər. İnsan Hüquqları Şurası keçmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını əvəz etdi.
5. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
UNICEF, Amerika Birləşmiş Ştatlarında yerləşən və 190-dan çox ölkədə iştirakı olan Birləşmiş Millətlər Təşkilatıdır inkişaf etməkdə olan ölkələrdə uşaqlara və ailələrə humanitar yardım göstərmək.
1959-cu ildə irəli sürülən Uşaq Hüquqları Bəyannaməsi ilə UNICEF uşaqların ehtiyaclarına cavab vermək və hüquqlarını qorumaq üçün vacib bir agent oldu. 1965-ci ildə Nobel Sülh Mükafatını aldı.
Onun prioritetləri arasında Afrikanın və dünyanın digər yerlərinin son dərəcə yoxsul bölgələrindəki uşaqlara və ailələrə kömək etməkdir. UNİCEF ayrıca təhsili təbliğ etməklə yanaşı, səhiyyə, su, kanalizasiya və qidalanma proqramları üzərində işləyir və uşaqların sosial iştirakı.
- Sizi maraqlandıra bilər: “Yoxsulluq uşaqların beyin inkişafına təsir göstərir”
6. Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP)
BMTİP 1958-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən millətlərin və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə vermək üçün yaradılmışdır. Hal-hazırda 178 ölkədə və Davamlı İnkişaf hədəflərinin həyata keçirilməsindən məsul orqandırİqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, barışın və ya ədalətin təşviqi kimi məqamları əhatə edir.
Prioritetləri yoxsulluğun azaldılması, iqtisadi böhrandan qorunma və xilas olmaq, enerji və ətraf mühit, informasiya texnologiyaları və ya HİV-AİDS. 1990-cı ildən bəri, UNDP, uzun və sağlam bir ömrə sahib olmaq, bilik əldə etmək və ləyaqətli bir həyat yaşamaq kimi insanların inkişafının təməl istiqamətlərindəki nailiyyətlərin göstəricisi olan İnsan İnkişafı və ya İnkişaf İndeksi (İİ) haqqında hesabat dərc etmişdir.
7. Human Rights Watch
Human Rights Watch, dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın üzvdən ibarət olan qeyri-hökumət, qeyri-hökumət təşkilatıdır.1978-ci ildə qurulan bu qurum, ciddi araşdırma, qərəzsiz reportajlar, medianın effektiv istifadəsi və aydın hüquq hədəflərinə riayət olunması ilə tanınan bir qurumdur.
Bu təşkilat ölüm hökmü və cinsi ayrı-seçkilik daxil olmaqla əsas insan hüquqları pozuntularına qarşı çıxır. Dini etiqad və mətbuat azadlığı kimi vətəndaş azadlıqlarını və əsas hüquqlarını müdafiə etməsi ilə də tanınır.
Human Rights Watch hər il dünyada insan haqlarını müdafiə etməkdə liderlik və cəsarət nümayiş etdirən fəallara İnsan Hüquqları Müdafiəçiləri Mükafatını təqdim edir.
8. Sərhədsiz İnsan Haqları (HRWF)
Bu qeyri-hökumət təşkilatı 1989-cu ildə Belçika’da qeyri-kommersiya birliyi olaraq yaradılmışdır. Əsas məqsədləri demokratiyanı gücləndirmək üçün Avropa və beynəlxalq siyasəti formalaşdırmaq; qanunun aliliyini müdafiə etmək; və dünyada insan haqlarını qorumaq.
HRWF insan hüquqları mədəniyyətini gücləndirməyə çalışır məlumat mübadiləsi, hesabat dərc etmək və siyasət qərar verənləri maarifləndirən və geniş ictimaiyyəti məlumatlandıran seminar və tədbirlər təşkil etməklə.
Digər prioritetlər bunlardır: din azadlığının pozulması, cinsi istismar və ya etnik və linqvistik azlıqların qorunması üçün qadın ticarəti və Çin, Koreya və ya Rusiya kimi ölkələrdə insan hüquqlarının pozulmasına qarşı ittihamların aradan qaldırılması.
9. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
UNESCO, 1945-ci ildə qurulan insan hüquqlarını və qanunun aliliyini təbliğ edən bir qurumdur, təhsil, məlumat, fikir və ifadə azadlığına xüsusi vurğu ilə, mədəni hüquqlar və elmi inkişaflarda iştirak etmək və texnoloji və sosial inkişafda iştirak etmək hüququ.
Bu təşkilat pasifist bir peşəyə malikdir və digər məsələlərlə yanaşı, savadlılığı xüsusilə dəstəkləyir.
Təhsildə bu qurum cari ehtiyaclara uyğunlaşdırılmış ibtidai təhsilin əldə olunmasına üstünlük verir. Müəllimlər, ailə planlaşdırıcıları, təhsil inzibatçıları ilə əməkdaşlığı təşviq edir və məktəblərin inşasını və işə salınması və istifadəsi üçün lazım olan avadanlıqlarla təmin olunmasını təşviq edir.
10. Beynəlxalq Əmək Təşkilatı (BƏT)
BƏT 1919-cu ildə qurulmuş olan Birləşmiş Millətlər Təşkilatının bir agentliyidir iş və əmək münasibətləri məsələlərini həll edir. Əsas məqsədləri aşağıdakılardır: əmək hüquqlarını təşviq etmək, layiqli iş imkanlarını təşviq etmək, sosial müdafiəni yaxşılaşdırmaq və iş ilə əlaqəli problemləri həll etmək üçün dialoqu gücləndirmək.
Fəaliyyəti üçtərəfli bir quruluşa əsaslanırişçilərin və işəgötürənlərin əsas orqanlarının müzakirəsi zamanı hökumətlərlə eyni səs hüquqlarına sahib olduqları. Hər il Cenevrədə Beynəlxalq Əmək Konfransını qeyd etmək üçün bir araya gəlirlər. 1969-cu ildə sosial ədalətdəki uğurlarına görə Nobel Sülh Mükafatını aldı.
Biblioqrafik istinadlar:
- Ümumdünya İnsan Haqları Bəyannaməsi (1948). Ümumdünya İnsan Haqları Bəyannaməsi. Ümumdünya İnsan Haqları Bəyannaməsi, (s. 5).
Insan hüquqları haqqında tdbir
21 sentyabr –Beynəlxalq Sülh Günüdür!
Sülh və insan hüquqları
Müasir dövrdə hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təmini üçün sülh və əmin-amanlıq mühüm rol oynayır. Belə ki, hər bir cəmiyyətin, bütövlükdə isə bəşəriyyətin azadlıq, bərabərlik və ədalətlə yanaşı, ən çox arzu etdiyi dəyərlərdən biri də məhz ədalətli sülhün mövcud olmasıdır.
Sülh – insanlar arasında körpülərin qurulması, ayrı-seçkiliklə mübarizə, insan hüquqlarının və qayğıya ehtiyacı olan şəxslərin müdafiə edilməsi deməkdir. Bu baxımdan bəşəriyyətin daim əbədi sülh axtarışında olması, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparması heç də təsadüfi olmamışdır.
Ümumiyyətlə, sülh hüququ azadlıq, bərabərlik və heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək istərdik ki, bu hüquqlar hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsində öz əksini tapmışdır. Həmin Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olması, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğu, bütün vətəndaşlara heç bir əlamətə görə ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqlar verilməsi, beynəlxalq birliyin üzvləri ilə, xüsusən həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin qurulması və bütün xalqların sərbəst inkişafına şəraitin yaradılması təsbit olunmuşdur.
Bütün tarix boyu bəşəriyyəti düşündürən ən ümdə məsələlərdən biri də sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusudur.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sülh Gününün əsası hələ 1981-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qoyulmuşdur. Əvvəllər bu əlamətdar gün hər il sentyabr ayının 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 20 il sonra, 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən yekdilliklə Sülh günü üçün 21 sentyabr dəqiq tarix kimi müəyyənləşdirilmiş və bu tarixin “qlobal atəşkəs və qeyri-zorakılıq, həmçinin bütün xalqları və insanları gün ərzində hərbi əməliyyatları dayandırmağa çağıran gün” olaraq qeyd edilməsi qərara alınmışdır.
Məhz insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərindən biridir. Yaşadığımız mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran ən mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ауrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır. Başqa sözlə hər zaman insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zərurəti vardır.
Yeri gəlmişkən, 2018-ci ildə Beynəlxalq Sülh Günü – “Sülh hüququ: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. Çünki bu il tarixi əhəmiyyət daşıyan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi qeyd olunur.
BMT hər il olduğu kimi, bu il də bütün ölkələri və xalqları Beynəlxalq Sülh Günü münasibətilə hərbi əməliyyatların dayandırılmasına və sülhlə bağlı ictimai məlumatlandırma formatlı bayram tədbirlərini keçirməyə çağırır.
Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, bir milyondan artıq soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi–dini abidələrimiz tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan təlafatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.
Bu gün hələ də atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, işğalçı erməni hərbi birləşmələrinin atəşkəs haqqında müqavilə şərtlərini mütəmadi olaraq kobud şəkildə pozması, işğal altındakı torpaqlarımızda kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif iriçaplı silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurulması, o cümlədən dinc əhalinin girov götürülməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və digər hüquqlarını pozur.
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin edilməsi və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnaməsinin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, Azərbaycana qarşı düşmənçilik siyasəti bu gün də davam etdirilir, atəşkəs rejimi mütəmadi pozulur, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Proseslərin bu yöndə cərəyan etməsi dünyada sülh baxışlarının inkişafına təsir edən neqativ amillərdən olduğundan, məsələnin həllində dünya ictimaiyyəti və beynəlxalq qurumlar öz dəstəyini əsirgəməməlidir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunmuşdur.
Təqdirəlayiq haldır ki, əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş sülhsevər siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atır.
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət strategiyası nəticəsində Azərbaycanın dünya birliyinə inteqrasiyası getdikcə sürətlənir, ölkəmiz dünyanın aparıcı dövlətləri ilə daha sıx əməkdaşlıq edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu günü-gündən artır. Buna görə də artıq bir çox aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının haqq işini dəstəkləyir, onun ərazi bütövlüyünü tanıyırlar.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hüquq siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir, müvafiq qanunvericilik aktları qəbul olunur və ya müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl işlər hazırda da əzmlə və uğurla davam etdirilməkdədir. Bu baxımdan, Fondun vitse-prezidenti Leyla Əliyevanın gerçəkləşdirdiyi “Xocalıya Ədalət” kampaniyası Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.
Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və onları uğurla həyata keçirir.
Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi müəyyən olunmuş və ötən dövr ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlər təşkil edilmişdir.
Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.
Artıq uğurla başa vurduğumuz “Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə qarşımızda duran BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.
İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblər səviyyəsində yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdəndir. Buna görə də Beynəlxalq Sülh Günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılmasına nail olmaq üçün bir imkandır.
İnsan hüquqları sahəsində həyata keçirdiyimiz tədbirlər ölkəmizdə sülh mədəniyyətinin təbliğinə və inkişafına xidmət edir.
“Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərinin iştirakı ilə Bakı şəhərində və respublikanın rayonlarında silsilə tədbirlər davam etdirilmiş, bununla bağlı məlumatlar mütəmadi olaraq KİV-lər vasitəsilə yayımlanmışdır.
Belə ki, Ombudsmanın nümayəndəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində şəxsi heyətlə peşə hazırlığı məşğələsində məruzəçi kimi iştirak edərək, Beynəlxalq Sülh Gününün yaranma tarixi, onun əhəmiyyəti, Müvəkkil tərəfindən hər il ənənəvi olaraq elan olunan “Sülh aylığı”nın mahiyyəti barədə məlumat vermişdir.
Ombudsmanın Gəncə Regional Mərkəzinin və İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində, habelə Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lənkəran rayonları icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə adı çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərəfindən Oğuz, Şəki, Qəbələ və Zaqatala rayonlarının bir sıra kəndlərində, həmçinin Quba Regional Mərkəzi tərəfindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı “ASAN Həyat” kompleksində silsilə tədbirlər keçirilmişdir.
Bu tədbirlərdə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin, təhsil müəssisələrinin, icmaların nümayəndələri, ağsaqqallar, məktəb müəllimləri, dindarlar, fəal gənclər və geniş ictimaiyyət iştirak etmişlər.
Uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on səkkiz ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən, həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin gənc sülh elçilərinin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal iştirakı da uşaq və gənclərin iştirakçılığını təmin edən və bu sahədə formalaşan ən yaxşı təcrübələrdəndir. Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzun bitirmiş, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər alınmış, vətənpərvərlik tərbiyəsi, yurdsevərlik hissi aşılanmış, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqları öyrədilmişdir.
Bu tədbirlər vasitəsilə insan hüquqları, o cümlədən sülh şəraitində təhlükəsiz yaşamaq hüququ təbliğ olunur, bu hüququn isə yalnız sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmininin mümkünlüyü izah edilir. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəldilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi istiqamətində böyük səylər göstərilir.
Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların gənc yaşlarından hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı, əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində real icra olunur və təsdiqini tapır.
Aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar hazırlanaraq Müvəkkilə təqdim olunmuş və onlar təhlil edilərək ümumiləşdirilmişdir. Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün sosial qruplarını əhatə etmiş və fəal iştirakları ilə yadda qalmışdır.
Baş Prokurorluğun Təşkilat-analitik idarəsi tərəfindən keçirilən sülh və insan hüquqlarına həsr olunmuş seminarda “Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır” mövzusunda çıxışlar olmuşdur. Bundan başqa, prokurorluğun bütün qurumları tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmiş, o cümlədən KİV-də məqalələr dərc olunmuş, əhali ilə görüşlərdə bu barədə çıxışlar edilmiş, eyni zamanda həmin mövzular üzrə tədris məşğələlərində ətraflı müzakirələr aparılmışdır.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tərtib olunmuş bütün tədris proqramlarına “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində azadlıq hüququnun təmin olunması standartları”, “İnsanların sülh şəraitində yaşamaq hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi. Yaşamaq hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (işgəncələrin qadağan olunması)”, “BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası, onun mahiyyəti, iştirakçı dövlətlərin öhdəlikləri”, “İnsan hüquq və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının funksiyaları” adlı mövzular daxil edilmişdir.
Daxili İşlər Nazirliyi tərəfindən peşə hazırlığı məşğələlərində şəxsi heyətə “Beynəlxalq Sülh Günü”nün yaranma tarixi və əhəmiyyəti izah edilmiş, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konsitusiya Qanunu, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Hər hansı bir formada tutulan və həbs olunan şəxslərin müdafiəsinin Əsas Prinsipləri” üzrə mövzuların öyrənilməsi təşkil olunmuş, bununla yanaşı “İctimai Şura”lar da cəlb edilməklə əhalinin hüquqi maarifləndirilməsi işinə diqqət artırılmışdır.
Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən tərbiyəvi iş və hüquq saatlarında dövlətimizin insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xüsusi əhəmiyyət verməsi şəxsi heyətə çatdırılmış, xüsusi təyinatlı təhsil müəssisələrində “Sülh və insan hüquqları”, “İnsan və inkişaf” və “Beynəlxalq humanitar hüquq” mövzusunda dərslər tədris olunmuş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Sülh və dözümlülük” adlı seminar keçirilmişdir. Nazirliyin mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetində “İnsan hüquq və azadlıqları”, “Sülh və insan hüquqları” mövzularında yazılar dərc edilmişdir.
Eyni zamanda, Müvəkkilin Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrə başçəkmələr və hərbi qulluqçularla aparılan maarifləndirmə işi müntəzəm qaydada davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin qurumlarında keçirilən tədbirlərdə ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatlar, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı insanların müdafiəsinin təmin olunmasnda nazirliyin fəaliyyəti və rolu mövzusunda müzakirələr aparılmış, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı insan hüquqlarının qorunmasının vacibliyi bildirilmişdir.
İqtisadiyyat Nazirliyi tərəfindən insan hüquqlarının tərkib hissəsi olan istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə İKT-nin imkanlarından istifadə olunmaqla, Ombudsmanın əməkdaşlarının iştirakı ilə istehlakçıların və sahibkarların məlumatlandırılması həyata keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti “Əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı” mövzusunda seminar, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzusunda dəyirmi masa keçirmiş, Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələrində yaşayan uşaqların əl işlərindən ibarət sərgi, Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən isə respublikanın ümumtəhsil məktəblərində məktəblilər və onların valideynləri üçün peşəyönümlü tədbirlər təşkil olunmuşdur.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri tərəfindən sülh və insan hüquqlarına dair müxtəlif səpkili kütləvi maarifləndirmə tədbirləri, Azərbaycan Xalça Muzeyində “Mədəniyyətin sülhə töhfəsi” mövzusunda dəyirmi masa və muzeyin “Uşaq Muzeyi” şöbəsinin “Dünyaya sülh” adlı uşaq rəsm sərgisi keçirilmişdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində, habelə tibb müəssisələrində sülh və insan hüquqlarının təbliği məqsədilə KİV və səhiyyə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Sülh Günü” başlığı altında geniş tədbir keçirilmişdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycanda kommunikasiya hüququ və kommunikasiya hüququnun inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu” mövzusunda keçirilmiş tədbirdə insan hüquqlarının qorunması zamanı qanunçuluq prinsipinin rəhbər tutulması ilə bağlı müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yığcam məskunlaşdıqları qəsəbələrdə və yaşayış sahələrində yerli icra hakimiyyəti orqanlarının, təhsil müəssisələrinin, məcburi köçkün icmalarının iştirakı ilə sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans, Bakı Slavyan Universiteti Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərlə Uşaq hüquqları sahəsində “Öyrənək və Öyrədək” mövzusunda maarifləndirmə tədbiri, habelə AQUPDK-nın Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mövzu üzrə bir sıra tədbirlər keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən sülh və insan hüquqlarının maarifləndirilməsi məqsədilə dini icma sədrləri, din xadimləri, dindarlar, rayon ictimaiyyəti, təhsil işçiləri, gənclərin iştirakı da təmin edilməklə “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi”, “Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi”, “İslam sülh və həmrəylik dinidir”, “Sülh inkişafın əsas təməlidir”, “İslam sülh dinidir”, “İslam dinində sülhün mahiyyəti” və s. mövzularda tədbirlər keçirilmişdir.
Dövlət Statistika Komitəsi aparatının və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının iştirakı ilə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük, xalqımızın milli-mənəvi dəyərləri barədə mühazirələr oxunmuş, “Beynəlxalq Sülh Günü”nün əhəmiyyəti vurğulanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin struktur qurumlarında sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmişdir. Bundan əlavə 2018-2019-cu tədris ilində DTX-nin Heydər Əliyev adına Akademiyasında sülh və insan hüquqlarını təbliğ edən mövzuların tədris edilməsi nəzərdə tutulmuş və bununla bağlı müvafiq tədbirlər görülməsi təmin edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Quba rayonunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında miqrantların əmək və ailə birləşməsi hüquqlarının təmini” mövzusunda seminar keçirilmiş, Gəncə regional miqrasiya idarəsi tərəfindən Gəncədə “Dünyada sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq miqrasiya axınlarına təsiri” adlı tədbir təşkil olunmuş, DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi tərəfindən “Qaçqınların və sığınacaq axtaranların əsas hüquqları və vəzifələri” mövzusunda görüş keçirilmişdir.
Milli Televiziya və Radio Şurası tərəfindən respublikada fəaliyyət göstərən bütün teleradio yayımçılarına əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tövsiyələrə uyğun olaraq maarifləndirmə tədbirlərinin təşkil edilməsi məqsədilə Şura əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya televiziyasında olmuş və müvafiq tədbir təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra ictimai birliklər tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilmişdir.
Aylıq çərçivəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi və bu prosesdə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə şəhər və rayon icra hakimiyyətlərinə edilmiş müraciətə əsasən regionlarda silsilə maarifləndirmə tədbirləri, inşa və rəsm müsabiqələri, sərgilər və idman yarışları təşkil olunmuşdur.
Belə ki, “Sülh mədəniyyəti və insan hüquqları”, “Azərbaycan ədalətli sülhün tərəfdarıdır”, “Sülh və multikulturalizm”, “Tolerantlıq sülhün təməl prinsiplərindəndir”, “Ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti beynəlxalq sülhün təminatına istiqamətləndirilir”, “Beynəlxalq aləmdə sülhün qorunmasında Azərbaycanın yeri və rolu” və s. mövzularda keçirilmiş maarifləndirmə tədbirləri barədə məlumatlar yerli KİV-də işıqlandırılmışdır.
Etnik azlıqların sıx məskunlaşdığı bəzi rayonların icra hakimiyyəti orqanlarından aldığımız məlumatlara əsasən qeyd etmək olar ki, Ombudsmanın tövsiyəsinə uyğun olaraq onların nümayəndələri ilə də görüşlər təşkil olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Keçirilən bu tədbirlər ölkəmizdə formalaşmış sülh mədəniyyətini, sülh istəyini təcəssüm etdirən çıxışlar tolerant respublikamızın mövqeyini bir daha nümayiş etdirir.
Aylıq çərçivəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə məsul olan dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri tərəfindən müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmiş, onlarla sərgilər və inşa müsabiqələri təşkil edilmişdir ki, bu da minlərlə insanı əhatə etmişdir. Hər bir qurumun öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlər həyata keçirməsi bir daha ənənə olaraq hər il belə Aylığın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını və sülhün bərqərar olması sahəsində vahid bir hərəkatın formalaşdığını sübut edir.
Ombudsmanın fəaliyyəti dövründə sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq, xüsusilə də gənclər arasında sülh təhsili və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirilmiş, o cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr daha da genişləndirilmişdir.
Ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 2.1.3-cü bəndində gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi kimi müvafiq tədbirin də həyata keçirilməsinin bir vəzifə olaraq qarşıya qoyulması bu istiqamətdə görülən işlərin səmərəliliyini və əhatə dairəsini daha da artıracaqdır.
Bu günədək Ombudsman fəaliyyəti dövründə 125 bəyanatla çıxış etmiş və onlar nüfuzlu beynəlxalq təşkilatlara ünvanlamışdır. Həmin bəyanatlarda Azərbaycan dövlətinin sülhsevər siyasət yürütdüyü, respublikamızın Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etdiyi, lakin təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam etdiyi bildirilmişdir.
Yeri gəlmişkən, Müvəkkil BMT-nin İnsan Hüquqları Şurasının 25-ci sessiyasının münaqişə şəraitində uşaq hüquqları mövzusuna həsr edilmiş iclasında bəyanatla çıxış edərək bildirmişdir ki, müharibə vəziyyətində uşaqların hüquqlarının pozulması BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, “Müharibə qurbanlarının müdafiəsinə” dair Cenevrə Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə, habelə BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının münaqişənin sülh yolu ilə həllinə dair müvafiq qətnamələrinə riayət olunmamasının nəticəsidir.
Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.
2016-cı ilin aprel döyüşlərində əldə olunan Qələbənin ardınca, Azərbaycan Ordusunun bu ilin may ayında Şərur rayonu istiqamətində apardığı uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin və Şərur rayonunun Günnüt kəndinin işğaldan azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi də Ordumuzun gücünün, qüdrətinin bariz göstəricisidir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə (26 iyun), habelə Bakının işğaldan azad edilməsinin 100 illiyi (15 sentyabr) ilə əlaqədar Azadlıq meydanında keçirilən əzəmətli təntənəli hərbi paradlar da ölkəmizin hərbi-sənaye kompleksinin inkişafını və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir.
2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 22 il sürən sistemli danışıqlardan sonra imzalanması da mühüm bir tarixi hadisədir.
Müasir dövrdə bütün dünyada enerji sülhün və sabitliyin lokomotivi kimi qəbul edilir. Bu il mayın 29-da Səngəçal terminalında açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində təntənəli mərasimi keçirilən TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi enerji təhlükəsizliyi məsələlərinin həlli baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu layihələr sülhsevər ölkələrin əməkdaşlığı üçün geniş imkanlar yaradır.
Qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 16-cı məqsəd də məhz dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyəti təşviq etmək, hamı üçün ədaləti təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və geniş iştiraka əsaslanan təsisatlar yaratmaqdan ibarətdir.
Sülh Aylığı çərçivəsində keçirilən tədbirlər zamanı bir daha sülhün cəmiyyətimiz üçün önəmi vurğulanmış, sülh şəraitinin yaradılması və hər bir vətəndaşımızın əmin-amanlığının təmin olunması məqsədilə görülən işlər haqqında ictimaiyyətə geniş məlumat verilmişdir.
Bu aylığın keçirilməsi onu göstərir ki, Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə kütləvilik və ictimai iştirakçılıq təmin edilməklə davamlı olaraq həyata keçirilən bütün tədbirlər əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, hüquqların bərpası və qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV-lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən sülh və insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verir, bu sahədə Azərbaycan təcrübəsini daha da inkişaf etdirir.
Faiq Ağayev
Ombudsman Aparatının
Hüquqi maarifləndirmə, elmi-analitik,
informasiya və beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Comments are closed, but trackbacks and pingbacks are open.