Press "Enter" to skip to content

Tez-tez soruşulan suallar

1.4.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş). Bu sənədin əvəzinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş) təqdim edilə bilər.

“Azercell” abunəçisi kim ola bilər?

1. 18 yaşına çatmış bütün fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər).

2. 16-18 yaşında vətəndaşlar, əgər:

  • əmək müqaviləsi ilə işləyirlərsə, işə götürənin rəsmi arayışını təqdim etməlidirlər;
  • sahibkarlıqla məşğul olurlarsa, sahibkarlıq uçotu haqqında şəhadətnamə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamə) təqdim etməlidirlər;
  • 18 yaşına çatanadək nigaha girmiş vətəndaşlar nigah haqqında şəhadətnaməni (ailə vəziyyəti ilə bağlı müvafiq qeyd öz əksini tapmış şəxsiyyət vəsiqəsi ilə birlikdə) təqdim etməlidirlər;
  • digər hallarda valideynlərinin və ya qəyyumlarının bu barədə notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər (bax 3-cü bənd).

3. 16 yaşından 18 yaşınadək olan şəxslər, abunəçi olmaq üçün müqaviləni yalnız (2-ci bənddə qeyd edilən bəzi hallar istisna olmaqla) öz qanuni nümayəndələrinin (valideynlərinin və ya valideynlərindən birinin) və ya rəsmi qəyyumun razılığı ilə bağlaya bilərlər. Bunun üçün notarial qaydada təsdiq edilmiş rəsmi razılıq təqdim olunmalıdır.

4. Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələri 16, 25, 35, 50 yaşlarına çatdıqda dəyişdirilir. Abunəçi tərəfindən təqdim edilən şəxsiyyət vəsiqələrinin qüvvədə olduğu müddət yoxlanılmalıdır və etibarlılıq müddəti keçməmiş sənədlər qəbul edilməlidir.

5. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və hüquqi şəxslərə bərabər tutulan qurumlar “Azercell Telekom” MMC tərəfindən təqdim edilən rabitə xidmətləri çərçivəsində abunəçi ola bilərlər.

Abunəçi olmaq üçün zəruri sənədlər:

Fiziki Şəxslər:

1.1. Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax: Qeyd 1);

1.1.2. Abunəçi olmaq istəyən 16 yaşından 18 yaşınadək olan şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər (həmçinin, bax I Hissə);

1.1.3. Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi;

1.1.4. Azərbaycan Respublikası vətəndaşının passportu (yalnız Fakturasız Xətt sisteminə aid nömrələrdə).

Qeyd 1: Fiziki şəxslər tərəfindən təqdim edilən bütün sənədlərin qüvvədə olduğu müddət yoxlanılmalıdır və qüvvədə olma müddətinə uyğun olaraq (etibarlılıq müddəti keçməmiş sənədlər) qəbul edilməlidir.

1.2. Əcnəbilər (bundan sonra xarici vətəndaşlar):

Fakturalı xətt sisteminə aid nömrələrdə aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.2.1. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən bank və ya hər hansı bir hüquqi şəxs (Hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın surəti təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu (bax: Qeyd 2).

1.2.2. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən bank və ya hər hansı bir hüquqi şəxs (Hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surəti təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu (bax: Qeyd 2).

Qeyd 2: Müvafiq zəmanət məktubu təqdim edilməsə nömrə fakturalı xətt sistemində istifadəyə verilsə də nömrəyə kredit limit təyin edilmir. Əgər bu hal abunəçini qane etmirsə, nömrənin avans hesabına müəyyən məbləğ ödənilərək və yaxud aktiv hesabı olduğu bank tərəfindən verilən müvafiq ödənişə təminat verən zəmanət məktubunu təqdim edərək istifadə etdiyi nömrənin kredit limitinin artırılmasını təmin edə bilər.

1.3. Xarici vətəndaşlar Fakturasız xətt sisteminə aid nömrələrdə aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.3.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi.

1.3.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.

1.3.3. Müvafiq xarici ölkənin vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb).

1.4. Vətəndaşlığı olmayan şəxslər:

1.4.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş). Bu sənədin əvəzinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş) təqdim edilə bilər.

Lakin vətəndaşlığı olmayan şəxsin yaşı 18 yaşdan aşağıdırsa (16-18 yaşında), bu halda digər vətəndaşlarda olduğu kimi əlavə sənədlər tələb olunur (bax 2,3,4 bəndlərinə).

2.1. Kommersiya hüquqi şəxsləri (o cümlədən hüquqi şəxsin filial və nümayəndəlikləri):

2.1.1. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti (bax Qeyd 3 və 4 );

2.1.2. Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına dair şəhadətnaməsinin (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamə) surəti (zəruri deyil);

2.1.3. Hüquqi şəxs tərəfindən onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd;

2.1.4. Hüquqi şəxsin möhürü (bax Qeyd 5);

2.1.5. Hüquqi şəxsin Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil);

2.1.6. Hüquqi şəxs ilə bağlı kommersiya qurumunun dövlət reyestri məlumatları – rəsmi dövlət orqanlarına (Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə) aid internet resurslardan əldə edilib, çap edilərək sənədlərə əlavə edilir.

Qeyd 3: Hüquqi şəxs ƏDV-dən azaddırsa və ya ƏDV-yə Sıfır Faiz Dərəcə ilə cəlb olunmalıdırsa, müvafiq sənədlərin surəti təqdim olunmalıdır (Fakturasız xətt abunəçiləri üçün zəruri deyil).

Qeyd 4: Kommersiya hüquqi şəxsi elektron qeydiyyatdan keçibsə, onun sənədləri məhz elektron formada olur (elektron çıxarış üzərində möhür və bunun üçün yer olmur). Kommersiya təyinatlı hüquqi şəxs nömrə almaq üçün Azercell Eksklüziv ofislərinə müraciət etdikdə həmin elektron formada olan çıxarışı çap edib təqdim edir. Belə hallarda, 2.1.6-cı bənddə göstərilən məlumatları əldə edib, reyestrdən çıxarış üzərində olan müvafiq məlumatlarla müqayisə edir, bilgilərin üst-üstə düşdüyünü yoxlayaraq, hər hansı uyğunsuzluq aşkar etməsə, icra üçün qəbul edilə bilər.

Qeyd 5: Əgər Müqaviləni HŞ-in qanuni təmsilçisi özü şəxsən bağlayırsa, müqavilənin arxasında möhür qoyulur, HŞ-in rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi yazılır və HŞ-in qanuni təmsilçisi tərəfindən imzalanır. Bu zaman əlavə sənəd kimi HŞ-in rəhbərinin müvafiq vəzifədə olduğunu təsdiq edən sənədin (reyestrdən çıxarış) surəti və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd mütləq təqdim edilməlidir. Digər hallarda müqavilədə nömrəni istifadəyə götürən HŞ-in möhürünün olması tələb olunmur və yalnız etibarnamə əsasında səlahiyyət verilmiş şəxsin imzası əks olunmalıdır.

2.2. Qeyri-kommersiya hüquqi şəxslər:

2.2.1. Yuxarıdakı 2.1-ci bənddə sadalanan bütün sənədlər (2.1.6-cı bənd istisna olmaq ilə).

Banklar:

3.1. Hüquqi şəxslərə aid olan 2.1-ci bənddə qeyd olunan sənədlər.

Xarici ölkələrin Səfirlikləri, Nümayəndəlikləri, Konsulluqları:

4.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

4.2. Səfirlik, Nümayəndəlik, Konsulluq tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə.

4.3. Əgər varsa, ƏDV-nin sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur) surəti (Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün zəruri deyil) (bax Qeyd 6).

4.4. Səfirlik, Nümayəndəlik, Konsulluq möhürü (bax Qeyd 5).

4.5. Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil).

Beynəlxalq Təşkilatlar:

5.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti .

5.2. Beynəlxalq Təşkilat tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.

5.3. Əgər varsa, ƏDV-nin sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur) surəti (Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün zəruri deyil) (bax Qeyd 6).

5.4. Beynəlxalq Təşkilatın möhürü (bax Qeyd 5).

5.5. Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil).

Qeyd 6: Əvəzsiz maliyyə yardımının (qrantın) hesabına fəaliyyət göstərdiyini təsdiq edən (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınmış) müqavilənin (qərarın) surətini və “Azercell Telekom” MMC tərəfindən xidmətlərin təqdim edilməsinə görə ƏDV-nin sıfır faiz dərəcə ilə tutulması barədə yazılı müraciət (məktub) təqdim etməlidir.

4.2. və 5.2. bəndlərdə, həmçinin Qeyd 3 və Qeyd 6-da göstərilənləri nəzərə alaraq, qanunvericiliyin müvafiq tələblərinə riayət edilmədiyi təqdirdə “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərə görə müvafiq qaydada ƏDV tətbiq edilir.

Dövlət qurumları:

6.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

6.2. Hüquqi şəxslərə tələb olunması nəzərdə tutulan digər sənədlər (2.1.1. və 2.1.6-cı bənddəkilər istisna olmaqla).

Fərdi Sahibkarlar:

7.1. Azərbaycan Respublikasının vətəndaşları:

7.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax Qeyd 1) təqdim olunmalıdır;

7.1.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

7.2. Xarici vətəndaşlar:

7.2.1. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş);

7.2.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

7.3. Vətəndaşlığı olmayan şəxslər:

7.3.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

7.3.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

Tez-tez verilən suallar

Bir mobil operatordan digərinə necə keçmək olar?

Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?

Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.

Nömrənin xəttini necə bağlamaq olar?

Fiziki şəxs əməliyyatın aparılması üçün:

  • Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
  • Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

Tez-tez soruşulan suallar

Planlaşdırılmış başlama vaxtından 4 saat əvvələ qədər profilinizdəki dərsi ödənişsiz olaraq ləğv etmək və ya dəyişdirmək hüququnuz var. Müəlliminizə ən gec bu vaxta qədər məlumat verməyə çalışın.

Müəllimlə hazırlaşmaq üçün nə qədər ödəniş tələb olunur?

Savadly platforması müəllimin ödənişini müəyyənləşdirmir və buna təsir göstərmir. Hər müəllim öz qiymətini təyin edir və müstəqil fərd kimi fəaliyyət göstərir.

İlk dərsimin müddəti nə qədərdir?

Tam dərs saatından istifadə edib-etməməyinizdən asılı olmayaraq, standart olaraq bu müddət fərdi dərslər üçün 1 saat, qrup dərsləri üçün isə 1,5 saatdır. Bu müddət ödəniş etdiyiniz müddətdən nisbətən qısadırsa, müəlliminizlə qalan balansınızdan başqa dərs əlavə edə bilmərik.

Dərslər üçün ödənişi necə etməliyəm?

Ödənişlər baxımından platformamız təhlükəsizdir və istifadəsi rahatdır. Kredit və debet (Visa/Mastercard) kartlarınızdan, PayPal hesabınızdan və ya MilliÖn vasitəsilə nağd ödəniş formasından istifadə edə bilərsiniz (yalnız Azərbaycan üçün keçərlidir). Onlayn kurslar üçün bütün ödənişlər veb-saytımız vasitəsilə həyata keçirilir.

Müəllim haqqında necə rəy yaza bilərəm?

Müəllimin səhifəsinin aşağısında rəy yazmaq üçün hissə mövcuddur. Burada digər rəyləri də oxuya bilərsiniz. Eyni zamanda Savadly Facebook hesabında da rəy vermək mümkündür. Tələbələr müəllimlərin qiymətləndirilməsi prosesində iştirak edir və bu rəylər sayəsində gələcək tələbələr özlərinə düzgün müəllim tapa bilir.

Şifrəmi unutmuşamsa, nə etməliyəm?

Saytımızdakı “Giriş” düyməsinə kliklədikdə “Parolumu unutmuşam” adlı bölmə görünəcək. Üzərinə basdığınız zaman veb-sayt qeydiyyatdan keçdiyiniz e-poçt ünvanını daxil etməyinizi tələb edəcək. Sonra “Göndər” düyməsinə basın. Qeydiyyatdan keçdiyiniz e-poçt ünvana dərhal yeni parol göndəriləcək.

Savadly-da reklam yerləşdirə bilərəm?

Digər şirkət və ya şəxslər üçün heç bir reklam yerləşdirmirik. Saytımız müəllim və tələbələrin bir-birilərini tapmalarına kömək etmək məqsədilə yaradılmışdır.

Müəllimin cavab verməsi üçün gözləmə müddəti nə qədərdir?

Hər müəllimin sifariş etdiyiniz, yaxud e-məktub yazdığınız andan etibarən 48 saat ərzində cavab vermə hüququ var. Dərs təyin edildikdə dərhal müəllimə e-poçt bildirişi göndərilir.

İlk dərs olmasa, nə etməliyəm?

Dərsiniz Savadly-da yaranan hər hansı problemə görə baş tutmasa, tam geri ödəmə əldə edəcəksiniz və ya sizə başqa müəllim təyin ediləcək.

Müəllimlə söhbət edə bilərəm?

Bəli, tələbə hesabınız vasitəsilə dərsləri təyin etməzdən əvvəl seçdiyiniz müəllimə İsmarıc bölməsindən suallarınızı yazıb göndərə bilərsiniz.

Müəllimlər üçün suallar

Tələbə üçün ilk dərs pulsuzdur?

Xeyr. Platforma bu seçimi təmin etmir. Bununla belə, tələbə, əvvəlcə, kursun keyfiyyətini yoxlamaq üçün sınaq dərsi satın ala bilər. Müvafiq kurs üzrə sınaq dərsi satın almış tələbə məmnun qaldığı halda yenidən dərsdə iştirak etmək istəyərsə, artıq dərsləri ayrı-ayrı deyil, yalnız bütöv paket şəklində satın ala bilər.

Tələbə dərs üçün ödəniş etdikdən sonra bütün vəsaiti əldə edə bilərəm?

Müəllim tamamlanmış dərslərin sayına əsasən hər növbəti ayın ilk həftəsi ödəniş əldə edəcək. Hər dərsdən sonra ödəniş əldə etmək mümkün deyil.

Ödəniş müəllimin hesabına necə daxil edilir?

Hər bir dərs, Təqvim hissəsində kurs satın alındıqdan sonra planlaşdırılır. Platforma tələbəyə avtomatik olaraq kursun təsdiqlənməsi və qiymətləndirilməsi üçün sorğu göndərir. Bunu etdikdən sonra müəllim hər növbəti ayın ilk həftəsi dərsin sayına əsasən ödəniş alır.

Ödəniş mərhələləri hansılardır?

Tələbə kurs seçmək və ya kursun keyfiyyətini yoxlamaq üçün mövcud paketlərdən birini almaq seçiminə sahib olacaq: 1, 6, 8 və 12 saat. Tələbə platforma vasitəsilə seçdiyi dərs paketi üçün əvvəlcədən ödəniş etdikdə e-poçt ünvanınızda təsdiq əldə edəcəksiniz və kurs, yaxud həmin dərs başa çatdıqdan sonra məbləğ hesabınıza əlavə ediləcək.

İlk dərsimin müddəti nə qədərdir?

Tələbənin tam dərs saatından istifadə edib-etməməyindən asılı olmayaraq, standart olaraq bu müddət fərdi dərslər üçün 1 saat, qrup dərsləri üçün isə 1,5 saatdır. Tələbənin dərsdə iştirak müddəti ödəniş etdiyi müddətə nisbətən qısadırsa, onun üçün qalan balansdan yeni dərs əlavə edilmir.

Savadly-da qeydiyyatdan keçmək üçün nə qədər ödəniş tələb olunur?

Savadly-da qeydiyyat pulsuzdur.

Savadly-da reklam yerləşdirə bilərəm?

Başqa şirkətlər və ya digər şəxslər üçün heç bir reklam yerləşdirmirik. Saytımız müəllim və tələbələrin bir-birilərini tapmalarına kömək etmək məqsədilə yaradılmışdır.

Tələbədən necə və nə vaxt rəy ala bilərəm?

Səhifənizin aşağısında rəy yazmaq üçün hissə mövcuddur. Burada mövcud rəyləri görə bilərsiniz. Eyni zamanda Savadly Facebook hesabında da rəy vermək mümkündür. Tələbələr müəllimlərin qiymətləndirilməsi prosesində iştirak edir və bu rəylər sayəsində gələcək tələbələr özlərinə uyğun müəllim tapa bilirlər.

Tələbə platformadan kənarda ünsiyyət qurmaq üçün əlaqə məlumatlarımı istəsə, nə etməliyəm?

Tələbəyə izah edin ki, dərslərdən tutulan komissiya haqqı marketinq, proqramlaşdırma, bank işi, vergilər və platformanın təkmilləşdirilməsi üçün istifadə edilir. Savadly ailəsinin üzvü olmaq qaydalarımızı və prinsiplərimizi başa düşmək və qəbul etməklə yanaşı, bizə qarşı dürüst olmaq deməkdir.

Dərsimlə bağlı problemi necə bildirim?

Problem haqqında bildirmək üçün [email protected] mail ünvanına yaza, yaxud saytda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda bizə sosial şəbəkələrdən yaza bilərsiniz.

Planlaşdırılan dərsi keçə bilmirəmsə, nə etməliyəm?

Planlaşdırdığınız dərsin başlama vaxtından ən azı 4 saat əvvəl tələbənizə məlumat verin. Əlavə olaraq, bu müddət ərzində “Mənim Kurslarım” bölməsində dərsin vaxtını dəyişdirə və ya ləğv edə bilərsiniz.

Hesabımdan necə pul çıxara bilərəm?

Bütün kursları bitirdikdən sonra növbəti ayın ilk həftəsi ödəmə hesabınıza köçürüləcək.

Profilimi, sorğumu, dərsimi və s. yaddaşda saxlaya bilmirəm. “Yadda saxla” düyməsinə basdığım zaman heç nə baş vermir.

Brauzerinizdə problem ola bilər. Aşağıdakı brauzerlərdən birini istifadə etməyi məsləhət görürük:

  • Chrome (üstünlük verilir)
  • Firefox
  • Opera
  • Safari
  • Internet Explorer və bəzi digər brauzerlərin köhnə versiyaları veb-saytımız tərəfindən dəstəklənmir.

Reklam bloklama plaginlərindən istifadə edirsinizsə, saytın işinə mane ola biləcəyi üçün onları deaktiv etməyinizi məsləhət görürük. Brauzerinizi dəyişdirdiyiniz halda problem yenə də təkrarlanırsa, brauzerinizin keş məlumatlarını silməyi sınayın.

Yuxarıda göstərilən təlimatların heç biri kömək etmirsə, veb-səhifəni fərqli noutbukdan və ya kompüterdən istifadə etməyə çalışın.
Problem davam edərsə, problemin təsviri ilə dəstək qrupumuza müraciət edin. Əlavə olaraq, görünən səhvlərin ekran görüntülərini qeyd edin. Problemi həlli üçün sizə kömək etməkdən məmnun olarıq.

Planlaşdırılan dərsi keçə bilmədiyim təqdirdə, ödənişi tələbəyə geri qaytara bilərəm?

İstifadə olunmamış saatların ödənişi müəllimin sorğusu əsasında tələbəyə geri qaytarıla bilər.

Müəllimlər üçün Platforma Komissiyası

Savadly tələbələrlə tamamlanmış dərslərin sayından asılı olaraq, bütün dərslər üçün 39%-dən 30%-ə qədər komissiya haqqı tələb edir. Nə qədər çox dərs keçsəniz, o qədər az komissiya ödəyəcəksiniz.

Türk Telekom ev internet hesabını necə öyrənə bilərəm?

İçindəkilər: Türk Telekom ev internet hesabını necə öyrənə bilərəm?

Siz həmçinin Türk Telekom Onlayn Əməliyyatlar menyusu vasitəsilə və ya 4441444 nömrəsinə zəng edərək Cari Ödəniş Məlumatı xidmətindən yararlana bilərsiniz.

Türk Telekom hesablaşma tarixini necə öyrənə bilərəm?

Türk Telekom hesab-fakturasının verilmə tarixini öyrənmək üçün Türk Telekom müştəri xidmətlərinə zəng edə, Türk Telekom onlayn əməliyyatlar menyusundan və ya Türk Telekom mağazalarından öyrənə bilərsiniz. Türk Telekom fakturasının dəqiq tarixini də fakturanızda görə bilərsiniz.

Türk Telekom ev internet hesabını necə ödəmək olar?

Fatura əməliyyatlarınız və digər abunə əməliyyatlarınız üçün sizi Türk Telekom Onlayn Əməliyyatlarda gözləyirik. Türk Telekom internet ödənişinizi evdə 24/7 təhlükəsiz şəkildə hesab nömrəniz, xidmət nömrəniz və ya internet xidmətinizin qoşulduğu telefon nömrəsi ilə ödəyə bilərsiniz.

Türk Telekom internet hesabını necə ödəmək olar?

Avtomatik Ödəniş Sifarişini Necə Yerləşdirə bilərəm? Banklar və Müqaviləli QurumlarKassa (Nağd)Telefon BankçılığıTürk Ekonomi Bankası A.Ş.x444 0 666Türkiye Finans Katılım Bankası A.Ş.x444 2 444Vakıf Katılım Bankası A.Ş.x02Yapı ve Kredi Bankası A.Ş. Ş.444 0 444

Türk Telekom internet hesabı ödənilmədikdə nə baş verir?

Türk Telekom-un hesabı fakturanın ödənilmə tarixində ödənilmədikdə, xəttiniz ödəniş tarixinin keçdiyi barədə məlumat verilir və heç bir məhdudiyyət qoyulmadan əlavə 1 həftə vaxt verilir. . Hesabın ödənilməməsi davam edərsə, xətt bağlanacaq və girov qoyulacaq.

Ziraat-dan nə qədər nağd avans çıxara bilərəm?

Ziraat Bankı 100 TL ilə hissə-hissə Nağd Avans.

Kredit kartımdan nə qədər nağd pul çıxara bilərəm?

Nağd avans götürmək istədiyiniz zaman kredit kartınızın limiti bu halda vacibdir. İstifadə edə biləcəyiniz nağd avans limiti adətən kredit kartınızın limitinin 25%-ni təşkil edir. Çıxardığınız pul kredit kartınızın limitini doldurur. Çəkiləcəksinizsə, bu şərtləri nəzərə almalısınız.

Segirt Son Dəqiqə Mövcud Xəbərlər

Comments are closed, but trackbacks and pingbacks are open.