Press "Enter" to skip to content

Intiqam cəbrayılov azərbaycan tarixi

V.İ.Lenin və İ.V.Stalinin rəsmi göstərişi ilə S.Şaumyana, onun rəhbərlik etdiyi antiazərbaycan qüvvələrinə Moskvadan həm maddi yardım (pul, ərzaq, silah və s.), həm də mənəvi dəstək verilirdi. V.İ.Leninin 1917-ci ilin dekabrında Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsi haqqında sənəd imzalaması da bolşevik-daşnak ittifaqını möhkəmləndirmiş və onların birgə fəaliyyəti üçün daha geniş imkanlar açmışdı. 1918-ci ilin martında S.Şaumyan V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuşdu. Bu da S.Şaumyanın antiazərbaycan siyasətini həyata keçirmək imkanlarını genişləndirdi. O, azərbaycanlılara qarşı mart soyqırımının əsas təşkilatçısı və icraçısı oldu.

Intiqam cəbrayılov azərbaycan tarixi

2020-12-11 13:03:00

Ürəkdən deyilən söz-Akif Abbasov

Elm sahəsində yetirməmlə fəxr edirəm

Yubileylərlə bağlı yazı yazmaq dəbdədir. Bəzən 50, 60, 70 yaşı tamam olacaq bir adam siyahı tutaraq yoldaşlara özü haqqında kitab çap etdirəcəyini söyləyərək dost-tanışdan xahiş edir ki, onlar da öz ürək sözlərini yazsınlar. Hətta iş o yerə çatır ki, yaxşı tanımadığın, yaxud gözündə heç də ideal olmayan bir insan barəsində də məcburən nə isə yazmalı olursan! Fəqət ha yazdın a! Deyilən söz ürəkdən gəlməlidir. Söz sədəqə deyil ki, çıxarıb verəsən. O, insan deyilən sözə layiq olmalıdır. Həzrəti Məhəmməd peyğəmbərin belə bir hədisi var: “Ən yaxşı sədəqə ürəkdən deyilən sözdür”. Eşidəndə ki, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun anadan olmasının 60 illiyi tamam olur, yadıma peyğəmbərimizin həmin qiymətli kəlamı düşdü. İntiqam müəllim haqqında ürəkdən söz deməyə dəyər! İ.Cəbrayılovla tanışlığım ötən əsrin səksən doqquzuncu ilinə təsadüf edir. O zamanlar bizim institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Aspiranturaya qəbul imtahanları başa çatmışdı. Hündür boylu bir gənc mənə yaxınlaşaraq özünü təqdim etdi. Neftçalalı olduğunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix-hüquq-ictimaiyyat ixtisası üzrə ali təhsil aldığını, Neftçala rayonunun Xolqaraqaşlı kənd orta məktəbində tarix müəllimi işlədiyini və aspiranturanın əyani şöbəsinə qəbul olduğunu bildirdikdən sonra utana-utana məndən xəbər aldı: “Akif müəllim, mənim elmi rəhbərim olarsınızmı?” Onun gözlərinə baxdım, duruşuna, danışığına diqqət yetirdim və razı qaldım. Məlum oldu ki, İntiqam müəllim universiteti də fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya qəbul imtahanlarında da yaxşı qiymətlər alıb, bir şəxsiyyət kimi də müsbət fikir yaradır. Odur ki, tərəddüd etmədən əlini sıxıb: -Niyə olmuram ki?! – dedim. -Elmi rəhbər olaram. Onda İntiqam müəllimin 29 yaşı vardı. Çox sevindi. Razılığını bildirdi. Onun dissertasiya mövzusunu “Tarixi abidələr şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” müəyyənləşdirdik və o, elmi fəaliyyətə başladı. 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı. Zənnimdə yanılmamışdım. İntiqam Cəbrayılov yaxşı tarix müəllimi və eyni zamanda səriştəli tədqiqatçı idi. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirirdi. O zamanlar mən institutda şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor idim. Mənim zəmanətimlə rektor, professor Ağarəhim Rəhimov İntiqam Cəbrayılovu müəllim kimi işə götürdü. Hazırda o, Təhsil İnstitutunda çalışmaqla yanaşı həmin universitetdə tarix kafedrasının müdiridir. 2001-2008-ci illərdə İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı. Eyni zamanda elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. 2007-ci ildə “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda (təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi aldı. Həmin vaxt mən institutun elmi katibi və həm də institutda fəaliyyət göstərən dissertasiya şurasının da elmi katibi idim. İllərə nə var ki?! Quş qanadlıdır. Sezilmədən ötüb keçir, xoş xatirələr qoyub gedir. İllər bax beləcə günləri, həftələri, ayları qovub apardı. Gənclik illərimizi də əlimizdən aldı. Bu il mən 70, İntiqam müəllim də 60 yaşına çatdı. Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Mənim elmi məsləhətçiliyim və elmi rəhbərliyimlə onlar müdafiə edib ad-san qazanıblar. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və bir nəfər elmlər doktoru yetişdirmişdir. İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbənin əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil, eyni zamanda, bütün təhsil sahəsindən ötrü dəyərlidir. İntiqam Cəbyarılovun araşdırmaları aktuallığı ilə seçilir. Diqqət yetirək: milli mənlik şüurunun formalaşdırılması, tarixin tədrisində islam dəyərlərindən istifadə, Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri, ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri, tarixin tədrisində diyarşünaslıq materiallarından istifadə, Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması, tarix ixtisası üzrə müəllim kadrların hazırlığı məsələləri, Azərbaycan tarixinin tədrisində izah və mühakimə metodlarının rolu, Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltməyin şərtləri, Heydər Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri, tarix dərsliyinin müasir məzmun problemləri, Azərbaycanın dövlətçilik tarixinin tədrisi problemləri, seminar dərslərinin təşkili, tarixi təfəkkürün metodoloji xüsusiyyətləri, tarix fənninin təlim strategiyaları, Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması, əlavə təhsilin təşkilinin müasir problemləri, təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi və s. İntiqam Cəbrayılov öz fəaliyyətini elmi-tədqiqatlar aparmaqla, doktorant və dissertantlara elmi rəhbərlik etməklə, rəsmi opponent olmaqla və eyni zamanda ali məktəblərdə tarix fənnindən mühazirə oxumaqla məhdudlaşdırmır. Fəal ictimai iş aparır, müxtəlif elmi qurumların, təşkilatların işində yaxından iştirak edir. O, respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019-cu illərdə); bir müddət ARTPİ-nin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə dissertasiya şurasının nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, 2000-ci ildə “Azərbaycan məktəbi” jurnalının məsul katibi; bütün bunlarla yanaşı, BDU-nun və ADPU-nun nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuşdur. İntiqam müəllim həm də ümumtəhsil məktəbləri üçün tarix və həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında komissiya üzvü kimi də iştirak etmiş, Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur. Hazırda o, ümumi təhsilin milli standartlarını hazırlayan işçi qrupunun üzvüdür. Tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur. Bundan başqa, şagirdlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində münsiflər heyətinin üzvü; respublika təhsil işçilərinin sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edir. Bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının; Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) tarix fənni üzrə ekspert komissiyasının üzvü, III ixtisas qrupu üzrə ali məktəblərə tələbə qəbulu imtahanında tarix fənni üzrə rəhbər-eksperti (2007-ci ildə bunkerdə) olmuşdur. İ.H.Cəbrayılov “Qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur. İntiqam müəllimin zəngin elmi yaradıcılığı vardır. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir. “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Azərbaycan tarixinin tədrisi metodikası”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə), “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə), “ Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını; “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”, “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti” (T.M. Məmmədovla), “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə) dərs vəsaitlərini nümunə göstərmək mümkündür. Beləcə pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarını diqqət mərkəzinə gətirdik. Bildirirəm ki, elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji elmin zirvəsinə qalxmağa müvəffəq olmuşdur. İntiqam müəllim təcrübəli ali məktəb müəllimi, istedadlı metodist və pedaqoq, səriştəli tədqiqatçıdır! Bir Allah şahiddir ki, yuxarıda bütün dediklərim ürəkdən gələn sözlərdir, həqiqətdir! Mən pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun 60 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm: 60 yaşın mübarək, İntiqam müəllim. Akif ABBASOV, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

Bu bölməyə aid digər xəbərlər

Azərbaycanda əhalinin sayı açıqlanıb – RƏQƏM

2023-03-17 13:22:10

5-dən çox uşağı olan 2600 qadına müavinət verilib

2023-03-17 12:46:16

İmtahanlara qumbara keçirmək istəyənlər belə olub – Məleykə Abbaszadə

2023-03-17 11:19:00

DİM sədri buraxılış imtahanlarındakı şikayətlərdən DANIŞDI

2023-03-17 11:11:21

Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib

2023-03-17 10:43:00

“Bayram günlərində yeməyinizə fikir verin!” – Həkim XƏBƏRDARLIĞI

2023-03-17 10:00:44

Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür – QƏRAR

2023-03-17 09:36:00

Günün havası – Yağış, 21 dərəcə isti.

2023-03-17 07:53:00

“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri bu tarixdə AÇIQLANACAQ

2023-03-16 17:10:00

Sabahın hava proqnozu açıqlanıb

İntiqam Cəbrayılov

Cəbrayılov İntiqam Hilal oğlu — pedaqoji elmlər doktoru.

Mündəricat

  • 1 Həyatı
  • 2 Bədii əsərləri
  • 3 Tərtibçisi olduğu kitab
  • 4 Monoqrafiyalar
  • 5 Dərs vəsaitləri
  • 6 Filmoqrafiya
  • 7 Mənbə

İntiqam Cəbrayılov 15 dekabr 1960-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. 1979-1981-ci illər Novosibirsk şəhərində hərbi xidmət keçmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini tarix, hüquq və ictimaiyyət ixtisası üzrə bitirmişdir. 1986-1989-cu illərdə Neftçala rayonu Xolqaraqaşlı kəndində ixtisası üzrə müəlllim işləmişdir. 1989-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) əyani aspiranturada (doktoranturada) təhsilini davam etdirmişdir. 21 iyun 1994-cü ildə “Tarixi abidələr şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş, fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1992-ci ildən ARTPİ-də kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirinin müavini, hazırda baş elmi işçi və 2011-ci ildən Təhsilin konseptual problemləri şöbəsinin müdiridir. 2007-ci il sentyabrın 25-də “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda dissertasiya müdafiə edərək tarixin tədrisi metodikası ixtisası üzrə elmlər doktoru dərəcəsini almışdır. Bakı Qızlar Universitetində 1992-ci ildən pedaqoji fəaliyyət göstərir. 1996-cı ildən həmin universitetin Tarix kafedrasının müdiridir, universitetin professorudur.

Ailəlidir, iki oğul atasıdır.

Bədii əsərləri

  1. Anama məktub (şeirlər və hekayələr). Bakı: Mütərcim, 2008, 124 səh.

Tərtibçisi olduğu kitab

  1. Hilal Cəbrayılov. Xoşbəxtliyin açarı. Bakı: Mütərcim, 2007, 92 səh.

Monoqrafiyalar

  1. Azərbaycan tarixinin tədrisi metodikası, Bakı: Mütərcim, 2006, 236 səh.
  2. Ali məktəblərdə Azərbaycan tarixinin tədrisi: nəzəriyyə və təcrübə məsələləri, Bakı: Mütərcim, 2008, 264 səh.

Dərs vəsaitləri

  1. Azərbaycan tarixi (ali məktəblər üçün mühazirə mətnləri). Bakı: Mütərcim, 2009, 416 səh.
  2. Azərbaycan tarixi (abituriyentlər üçün dərs vəsaiti). Bakı: Mütərcim, 2010, 368 səh. (T.M. Məmmədovla birgə)

Filmoqrafiya

  • “Zəhmətkeş müəllim və fədakar alim” – Malik Rəcəb, Təhsil Problemləri qəzeti. 8-16 dekabr 2010
  • “Şərəfli müəllim və alim ömrü” – Gülnarə Xəlilova, “Təhsil və zaman” qəzeti, 15 dekabr 2010

Avqust 12, 2021
Ən son məqalələr

HTC One X

HTML

HTTP

HTTPS

Hoçaz

Hoşaf

Hoşimin

Hoşimin Texnologiya Universiteti

Hoşyar Qadınəfəndi

Hoşyar Sultan

Ən çox oxunan

1241

1242

1244

1244 (film, 2004)

1245

intiqam, cəbrayılov, cəbrayılov, intiqam, hilal, oğlu, pedaqoji, elmlər, doktoru, intiqam, hilal, oğlu, cəbrayılovdoğum, tarixi, dekabr, 1960, yaş, doğum, yeri, neftçala, rayonu, qırmızıkənd, azərbaycan, ssrtəhsili, azərbaycan, dövlət, pedaqoji, universiteti, . Cebrayilov Intiqam Hilal oglu pedaqoji elmler doktoru Intiqam CebrayilovIntiqam Hilal oglu CebrayilovDogum tarixi 15 dekabr 1960 60 yas Dogum yeri Neftcala rayonu Qirmizikend Azerbaycan SSRTehsili Azerbaycan Dovlet Pedaqoji Universiteti Mundericat 1 Heyati 2 Bedii eserleri 3 Tertibcisi oldugu kitab 4 Monoqrafiyalar 5 Ders vesaitleri 6 Filmoqrafiya 7 MenbeHeyati RedakteIntiqam Cebrayilov 15 dekabr 1960 ci ilde Neftcala rayonunun Qirmizikend kendinde anadan olmusdur 1979 1981 ci iller Novosibirsk seherinde herbi xidmet kecmisdir 1986 ci ilde Azerbaycan Dovlet Pedaqoji Universitetini tarix huquq ve ictimaiyyet ixtisasi uzre bitirmisdir 1986 1989 cu illerde Neftcala rayonu Xolqaraqasli kendinde ixtisasi uzre muelllim islemisdir 1989 1992 ci illerde Azerbaycan Respublikasi Tehsil Problemleri Institutunda ARTPI eyani aspiranturada doktoranturada tehsilini davam etdirmisdir 21 iyun 1994 cu ilde Tarixi abideler sagirdlerde milli menlik suuru formalasdirmagin vasitesi kimi movzusunda felsefe doktorlugu dissertasiyasi mudafie etmis felsefe doktoru elmi derecesini almisdir 1992 ci ilden ARTPI de kicik elmi isci boyuk elmi isci aparici elmi isci sobe mudirinin muavini hazirda bas elmi isci ve 2011 ci ilden Tehsilin konseptual problemleri sobesinin mudiridir 2007 ci il sentyabrin 25 de Pedaqoji temayullu ali mekteblerde Azerbaycan tarixi tedrisinin nezeri ve praktik problemleri movzusunda dissertasiya mudafie ederek tarixin tedrisi metodikasi ixtisasi uzre elmler doktoru derecesini almisdir Baki Qizlar Universitetinde 1992 ci ilden pedaqoji fealiyyet gosterir 1996 ci ilden hemin universitetin Tarix kafedrasinin mudiridir universitetin professorudur Ailelidir iki ogul atasidir Bedii eserleri RedakteAnama mektub seirler ve hekayeler Baki Mutercim 2008 124 seh Tertibcisi oldugu kitab RedakteHilal Cebrayilov Xosbextliyin acari Baki Mutercim 2007 92 seh Monoqrafiyalar RedakteAzerbaycan tarixinin tedrisi metodikasi Baki Mutercim 2006 236 seh Ali mekteblerde Azerbaycan tarixinin tedrisi nezeriyye ve tecrube meseleleri Baki Mutercim 2008 264 seh Ders vesaitleri RedakteAzerbaycan tarixi ali mektebler ucun muhazire metnleri Baki Mutercim 2009 416 seh Azerbaycan tarixi abituriyentler ucun ders vesaiti Baki Mutercim 2010 368 seh T M Memmedovla birge Filmoqrafiya RedakteCanavar balasi film 1997 Menbe Redakte Zehmetkes muellim ve fedakar alim Malik Receb Tehsil Problemleri qezeti 8 16 dekabr 2010 Serefli muellim ve alim omru Gulnare Xelilova Tehsil ve zaman qezeti 15 dekabr 2010Menbe https az wikipedia org w index php title Intiqam Cebrayilov amp oldid 5975374, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Intiqam cəbrayılov azərbaycan tarixi

Azərbaycan tarixinin hər bir mövzusu milli şüurun formalaşmasına ciddi təsir göstərir.

XX yüzilliyin son onilliyində Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa və inkişafı tarixin, o cümlədən Vətən tarixinin müasir metodoloji yanaşmalar əsasında öyrənilməsi üçün əlverişli zəmin yaratdı. Müstəqilliyin töhfələrindən biri də budur ki, vaxtilə öyrənilməsi mümkün olmayan, diqqətdən kənarda saxlanan bir sıra tarixi məsələlər arxiv sənədləri əsasında tədqiq olunur, dərslik və dərs vəsaitlərində əksini tapır, böyüməkdə olan nəsillərə çatdırılır. Bu baxımdan azərbaycanlıların soyqırımına aid məsələlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Tarixi tədqiqatlar göstərir ki, azərbaycanlıların soyqırımının həyata keçirilməsi üçün həmişə məqsədli planlar hazırlanmış və bu planları reallaşdırarkən ermənilər öz havadarlarına arxalanmışlar. 1813-cü il 12 oktyabr Gülüstan və 1828-ci il 10 fevral Türkmənçay müqavilələrindən sonra ermənilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülmələri gələcəkdə yaşanacaq faciələrin əsasını qoymuşdur.

XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi illərində erməni xəyanətkarlığı özünü daha aşkar şəkildə göstərməyə başladı. Həmin dövrdə çar Rusiyasının dəstəyinə arxalanan erməni cəlladları Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadolu ərazisində müsəlman-türk əhalisinə qarşı soyqırımı törətdilər. Onlar bu ərazidə yerli xalqları – müsəlman-türkləri qırıb məhv etmək və “Böyük Ermənistan” dövləti yaratmaq istəyirdilər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün ermənilər uşaqlara, qadınlara, qocalara aman vermir, onları vəhşicəsinə qətlə yetirirdilər. Tarixi faktlar göstərir ki, 1905-1907, 1918-1920-ci illərdə, sovet hakimiyyəti dövründə və sonrakı illərdə də azərbaycanlılar dəfələrlə soyqırımına məruz qalmış və bu soyqırımlarını törədənlər ermənilər olmuşlar.

Təəssüfləndirici haldır ki, sovet dövründə real tarix saxtalaşdırılmış və azərbaycanlılara qarşı törədilən soyqırımlar tarix kitablarına salınmamış, qaniçən erməni cəlladlarının bəzisi isə “xalq adamı” kimi qələmə verilmişdir. Bunlardan biri Stepan Şaumyan olmuşdur.

O, bolşevik qiyafəsini geyinmiş daşnak idi. V.İ.Lenindən – Rusiya bolşeviklərinin başçısından təlimat alan S.Şaumyan 1917-ci ildə Bakı Sovetində rəhbərliyi ələ keçirəndən sonra daha da azğınlaşdı. O,1918-ci ilin əvvəllərində Bakıda və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisini qırmaq, soydaşlarımızı məhv edərək, bu ərazini erməniləşdirmək üçün Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni hərbçilərindən silahlı birləşmələr (Qırmızı Ordu) yaradır, müsəlman-türk əhalisinə, ləzgilərə, talışlara, avarlara və başqalarına qarşı əks-təbliğat işi aparırdı.

Araşdırmalar göstərir ki, 1918-ci ilin yazında Azərbaycanda milli-dirçəliş prosesi xeyli güclənmişdi. Həmin dövrdə milli demokratik qüvvələrin Azərbaycanın müstəqilliyi, siyasi hakimiyyət uğrunda mübarizəsi bolşevikləri və daşnakları çox narahat edirdi. Ona görə də S.Şaumyan milli qırğın törətməklə Azərbaycan xalqını bu mübarizədən çəkindirmək istəyir, xalqı qorxutmağa, onun azadlığa inamını sarsıtmağa, milli oyanışı beşikdə məhv etməyə çalışırdı.

Şaumyan mart soyqırımının təşkilatçısı və icraçısı idi

V.İ.Lenin və İ.V.Stalinin rəsmi göstərişi ilə S.Şaumyana, onun rəhbərlik etdiyi antiazərbaycan qüvvələrinə Moskvadan həm maddi yardım (pul, ərzaq, silah və s.), həm də mənəvi dəstək verilirdi. V.İ.Leninin 1917-ci ilin dekabrında Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsi haqqında sənəd imzalaması da bolşevik-daşnak ittifaqını möhkəmləndirmiş və onların birgə fəaliyyəti üçün daha geniş imkanlar açmışdı. 1918-ci ilin martında S.Şaumyan V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuşdu. Bu da S.Şaumyanın antiazərbaycan siyasətini həyata keçirmək imkanlarını genişləndirdi. O, azərbaycanlılara qarşı mart soyqırımının əsas təşkilatçısı və icraçısı oldu.

Mart soyqırımını həyata keçirmək üçün əvvəlcə “Evelina” münaqişəsi törədildi. O zaman Azərbaycan milyonçusu H.Z.Tağıyevin Lənkəranda xidmət edən və müəmmalı şəkildə ölən oğlu Məhəmməd Tağıyevin (əslində ermənilərin əli ilə qətlə yetirilmişdi) dəfnində iştirak etmək üçün müsəlman alayının zabitləri də Bakıya gəlmişdilər. Dəfn mərasimi başa çatandan sonra zabitlər yenə də “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Bu zaman ermənilər belə bir şayiə yaydılar ki, guya “Evelina” gəmisi ilə qayıdan zabitlər Muğandakı rus malakanları məhv etmək tapşırığı alıblar. Ona görə də Bakıda olan bütün antiazərbaycan siyasi, hərbi qüvvələr “Evelina” gəmisini tərksilah etdilər və gəminin Lənkərana yola düşməsinə icazə verilmədi.

Təyyarələr havadan, gəmilər dənizdən Bakını bombalayırdı

Martın 30-da saat 16.40-da Bakıda daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar. Sonra bolşevik-daşnak qüvvələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər məhəllələrə hücum etdilər. Tarixi mənbələr göstərir ki, S.Şaumyanın xahişi və V.İ.Leninin göstərişi ilə Rusiyanın Saritsin şəhərindən (sonrakı adı Stalinqrad, indiki Volqoqrad şəhəri) 2 təyyarə göndərilmiş və bu təyyarələr havadan, gəmilər isə dənizdən Bakını bombalayırdılar. Eyni zamanda erməni neft sənayeçilərinin birjalarında qoyulmuş toplardan Abşeronun şimal kəndləri də atəşə tutulurdu.

Erməni cəlladları müsəlman evlərinə soxulur, cinsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlını ya güllələyir, ya xəncərlə, bıçaqla doğrayır, süngüyə keçirir, uşaqları yanan evlərin, odun-alovun içinə atırdılar.

Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı.

Bakıda martın 31-də azərbaycanlılar müqaviməti dayandırsalar da ermənilər soyqırımı aprelin 3-dək davam etdirdilər. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dağıtmışdılar.

Təkcə Bakıda 30 min azərbaycanlı qətlə yetirilmişdir.

Azərbaycanın digər bölgələrində də kütləvi qətliamlar

Qeyd edək ki, həmin dövrdə Azərbaycanın digər bölgələrində də, Qarabağda, Naxçıvanda, İrəvanda, Qubada, Muğanda (Salyan, Neftçala bölgəsində), Şamaxıda, Lənkəranda, Zəngəzurda, Cənubi Azərbaycan ərazisində kütləvi qətliamlar törədilmiş, faktiki olaraq azərbaycanlıların soyqırımı baş vermişdir. 1918-ci ilin mart-iyul aylarında -5 ay ərzində Şimali Azərbaycanda 50 mindən çox soydaşımız erməni vandalistləri tərəfindən öldürülmüşdür.

1917-1918-ci illərdə Cənubi Azərbaycanda (Təbriz, Miyanə, Urmiya, Salmas, Xoy və s. yerlərdə) 100 minlərlə azərbaycanlının qətlə yetirildiyi məlumdur. Təkcə Urmiyada 1918-ci il soyqırımında 130 mindən çox azərbaycanlı erməni-aysor quldurları tərəfindən öldürülmüşdür.

1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı törədilən soyqırımı o zaman S.Şaumyan özü də etiraf etmişdi. Bu barədə S.Şaumyanın Sovet Rusiyası hökumətinə verdiyi hesabat həmin hadisənin mahiyyətini aydın ifadə etmək üçün tutarlı bir mənbədir. Həmin hesabatda (1918) yazılır ki, Bakı Sovetinin hərbi qüvvələrinə Daşnaksütun partiyasının 4 minlik hərbi hissələri cəlb edilmiş və bu da nəticədə milli qırğına gətirib çıxartmışdı. Bu hesabatda S.Şaumyanın yazdığı digər fikrə diqqət edək: “Biz buna” (milli qırğına-İ.C.) şüurlu şəkildə getdik, çünki azərbaycanlı siyasi qüvvələr “Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”.

Təkcə bu fakt S.Şaumyanın, bolşevik-daşnak qüvvələrinin gələcək məqsədlərinin aydın təsəvvür edilməsi üçün kifayət edir. S.Şaumyan təkcə Bakıda deyil, digər bölgələrdə də təşkil olunan qətliam hərəkatına rəhbərlik edirdi. Şamaxıda Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov), Qubada, Şərqi Anadoluda, Qarabağda Hamazasp Srvantsyan bilavasitə S.Şaumyandan göstəriş alır, müəyyən olunmuş plan üzrə soyqırımı həyata keçirirdilər. S.Şaumyan Şərqi Anadoluda, Azərbaycanda böyük qırğınlar törətmiş Andraniklə də əlaqə saxlayır, Qriqori Korqanov (Korqanyan), Anastas Mikoyan, Baqdasar Avakyan, Prokofiy (Alyoşa) Caparidze, Serqo Martikyan və digər bolşevik-daşnak qaragüruhuna istiqamət verir, onların əslində bəşəriyyətə, insanlıq əleyhinə yönəlmiş cinayətkar əməllərini müdafiə edirdi.

Tarixin obyektiv tədqiqi və tədrisi

Bu gün Azərbaycan Respublikası müstəqil dövlətdir. Müasir dövrdə Vətən tarixinin obyektiv öyrənilməsi, mənbələr əsasında doğru, düzgün tədqiqi, eyni zamanda elmi prinsiplərə uyğun tədrisi üçün geniş imkanlar vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev tarixin obyektiv tədqiqi və tədrisini həmişə vacib saymış və böyüməkdə olan nəsillərin milli ruhda formalaşmasını müəllimlər qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

Azərbaycan tarixini tədris edən müəllimlərin bu baxımdan üzərinə böyük məsuliyyət düşür. Təcrübə göstərir ki, Azərbaycan tarixinin hər bir mövzusu, o cümlədən azərbaycanlıların deportasiyası və soyqırımı tarixi ilə bağlı mövzuların mənbələr əsasında sistemli öyrənilməsi təhsilalanların vətəndaşlıq, vətənpərvərlik hisslərinin, milli şüurunun formalaşmasına ciddi təsir göstərir.

Fənn müəllimi azərbaycanlıların soyqırımından bəhs edərkən ilk növbədə həmin dövrə aid tarixi şəraiti diqqətə çatdırmalı, regionda Azərbaycan uğrunda böyük dövlətlərin, xüsusilə Rusiyanın maraqlarını göstərməli, bu dövlətin ermənilərin çirkin niyyətlərini dəstəkləməsi, ermənilərdən alət kimi istifadə olunması səbəblərini izah etməlidir.

Tarixi faktlar göstərir ki, hələ I Pyotrdan başlayaraq Rusiya Qafqazla, ön Asiya ilə, Şərqlə bağlı siyasətində erməni faktorundan bəhrələnməyə çalışmış, hətta öz daxili siyasətində müəyyən böhran vəziyyətindən çıxmaq üçün ermənilərin vasitəsilə milli münaqişələrin törədilməsinə üstünlük vermişdir. Ermənilər məhz belə bir şəraitdən həmişə faydalanmağa, öz mənafelərinə uyğun qənimətlər əldə etməyə çalışmış, azərbaycanlıların soyqırımını törətmiş, Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş, vətən torpaqlarımızı zaman-zaman hissələrə bölərək işğal etmişlər.

Tarix dərslərində, o cümlədən Azərbaycan tarixinin tədrisində soydaşlarımızın soyqırımından bəhs edərkən təhsilalanların diqqətini bu faktlara yönəltmək, S.Şaumyanın, Lalayanın, Hamazaspın, Andranikin və digər erməni quldurlarının törətdikləri vəhşilikləri izah etmək olduqca vacibdir.

Sovet tarixşünaslığında yanlış olaraq 1918-ci ildə 26 Bakı Komissarının başçısı kimi S.Şaumyanın güllələndiyi barədə məlumat verilir və çox təəssüf ki, tarix saxtalaşdırılır, erməni cəlladlarının iç üzünün açılması üçün dövrün zəruri arxiv sənədlərinin əldə olunması və təhlili qadağan idi.

Azərbaycanın müstəqilliyi dövründə əldə olunan tarixi sənədlərdən məlum oldu ki, S.Şaumyan güllələnən Bakı Komissarları sırasında olmamışdır. İndiki Sahil bağında (Bakıda) xüsusi komissiyanın iştirakı ilə 26-ların qəbirlərinin köçürülməsi zamanı məzardan 23 cəsəd çıxdı. Elmi araşdırmalar sübut etdi ki, S.Şaumyan hələ o zaman -1918-ci ildə Bakıdan qaçmış, Hindistanda yaşamış, orada da antiazərbaycan fəaliyyəti göstərmişdir.

Soyqırımla bağlı faktlar erməni və rus müəlliflərinə aid mənbələrdə

Azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı təkzibolunmaz faktlar mənbələrdə, o cümlədən erməni və rus müəlliflərinə aid mənbələrdə də geniş əksini tapmışdır. Soyqırımı həyata keçirən bolşevik-daşnak rəhbərlərinin yazışmaları, onların hadisələr haqqında fikirləri bu qətliamların məhz ermənilər tərəfindən törədildiyini bir daha təsdiqləyir. Məsələn, 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyan Həştərxandan S.Şaumyana yazdığı məktubunda göstərir ki, Bakıdan gələn ruslardan oradakı vəziyyət haqqında soruşduqda hamısı ermənilər tərəfindən törədilən soyqırımlardan bəhs edir.

Azərbaycan xalqına qarşı zaman-zaman, tarixin müxtəlif mərhələlərində soyqırım törədilsə də, xalq öz varlığını qoruyub saxlamış, mübarizə əzmi nəticəsində XX əsrin sonlarında yenidən müstəqil dövlət qurmuşdur.

Hər bir Azərbaycan gənci mübarizəyə hazır olmalıdır

Müstəqil Azərbaycan dövlətinin bərpası və inkişafında misilsiz xidmətləri olan, bu dövlətin yaradıcısı, qurucusu, ulu öndərimiz Heydər Əliyev azərbaycanlıların doğma yurdlarından deportasiyası və soyqırımına aid məsələlərin hərtərəfli öyrənilməsi ilə bağlı xüsusi fərman və sərəncam imzalamışdır. 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi ümumxalq, dövlət səviyyəsində qeyd olunur. Dövlətimizin bu məsələyə həssas yanaşması hər bir Azərbaycan vətəndaşını qürurlandırır, gənclərimizdə milli ruhu, əqidəni gücləndirir. Bu gün hər bir Azərbaycan gənci ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi itirilmiş torpaqlarımızın geri qaytarılması üçün hər an mübarizəyə hazır olmalıdır. Ümumtəhsil məktəblərində tarixin tədrisində şagirdlərə tarixi həqiqətlərin daha dolğun, məqsədyönlü çatdırılması vacibdir. Bundan ötrü təbii ki, müəllimlərin yeni təhsil proqramları ilə ardıcıl, sistemli işləmələri, yeni texnologiyalardan səmərəli istifadə etmələri vacibdir.

Azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi hər bir azərbaycanlının, müsəlmanın, Azərbaycan vətəndaşının şərəf, vicdan və namus işidir.

İntiqam CƏBRAYILOV,

pedaqogika üzrə elmlər doktoru, ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin müdiri

Comments are closed, but trackbacks and pingbacks are open.