Investisiya layihələrinin qiymətləndirilməsi
[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477 ) ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 1.3-cü (hər iki halda), 2.4-cü, 3.1-ci bəndlərində, 3.4.1-ci−3.4.4-cü yarımbəndlərində, 3.5-ci, 3.6‑cı bəndlərində, 3.7-ci bəndinin birinci cümləsində, 3.11-ci−3.13-cü, 3.15‑ci−3.17‑ci, 3.19-cu, 3.20-ci bəndlərində, 3.21-ci bəndinin birinci və ikinci cümlələrində, 4.2-ci−4.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
İnvestisiyaların qiymətləndirməsi əmsalları: NPV və IRR
İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı maliyyə qurumları və investisiya fondları tərəfindən qəbul edilən bir çox beynəlxalq maliyyə əmsallarından istifadə olunur. Bunlardan ən çox istifadə edilən NPV və IRR əmsallarıdı.
Xalis bugünki dəyər (Net present value – NPV)
Xalis bugünki dəyər investisiya imkanlarını müqayisə etmək və ya investisiya imkanının əlverişli olub olmadığını ölçmək üçün istifadə edilən metodlardan biridir. Bu metodda investisiyaya çəkilən xərclərin və investisiyadan gələcək gəlirlərin hər birinin, investisiyanın risk səviyyəsinə uyğun faiz dərəcəsi ilə bugünki dəyəri tapılaraq cəmlənilir və nəticədə alınan cavab müsbətdirsə investisiya əlvərişli, mənfidirsə investisiya əlverişsiz olaraq qiymətləndirilir. Daimi pul axınlarının (pul girişi və ya çıxışları) xalis bugünki dəyərini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
- CFt = t tarixindəki gözlənilən net pul axınları,
- N = İnvestisiyanın müddəti,
- r = faiz dərəcəsi (investisiyanın gəlirlilik faizi)
Yəni bu məbləğ bu investisiyaya qoyulmaq əvəzinə, bir banka depozit qoyulsa idi bankdan alınacaq faiz bu faizi (opportunity cost for the investment) ifadə edir. Xalis bugünki dəyəri daha yaxşı anlamaq üçün misal üzərindən baxaq: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya $5 milyon pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın gəlirli olub-olmadığını hesablayaq (faiz dərəcəsi – 12%). Bunun üçün biz pul axınlarının Xalis bugünki dəyərini hesablamalıyıq:
Nəticə: investisiya üzrə pul axınlarının xalis bugünki dəyəri 334,800 dollardır, bu o deməkdir ki, bu investisiya bugünə 12% (risk səviyyəsinə uyğun faiz dərəcəsi) dərəcəsi ilə hesabladıqda bizə 334,800 dollar gəlir gətirəcək.
Daxili gəlirlilik faizi (İnternal rate of return – IRR)
İnvestisiyanın xalis bugünki dəyərini sıfra bərabərləşdirən faiz dərəcəsinə daxili gəlirlilik faizi (IRR) deyilir. Bu faiz elə bir faizdir ki, bu faiz həddində investisiya üzrə gəlirlərin bugünki dəyərinin cəmi xərclərin bugünki dəyərinin cəminə bərabər olur. Bu faiz dərəcəsi ilə hesablanan xalis bugünki dəyər sıfıra bərabərdir.
İnvestisiya, daxili gəlirlilik faizi (IRR) dərəcəsində gəlir gətirərsə, bu investisiya üzrə gəlir investisiyaya çəkilən xərc miqdarında olacaqdır. İnvestisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) yüksəkdirsə investisiya əlverişsiz (investisiya üzrə gəlir xərcdən az olacaq), əks halda investisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) aşağıdırsa investisiya əlverişlidir (investisiya üzrə gəlir xərcdən çox olacaq).
Daxili gəlirlilik faizi (IRR) aşağıdakı düsturla hesablanır:
Misal: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya 5 milyon dollar pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın daxili gəlirlilik faizi (IRR) nə qədərdir?
İRR = 15.52%
İnvestisiyanın daxili gəlirlilik faizinin 15.52% olması o deməkdir ki, 15.52% dərəcəsində investisiyanın xalis bugünki dəyəri sıfıra bərabərdir. Bu misalda Xalis bugünki dəyərin hesablanmasında investisiyanın gəlirlilik faizini 12% götürmüşdük və investisiyanın bizə 334.800 dollar gəlir gətirəcəyini hesablamışdıq. Yuxarıda qeyd etdiyimiz kimi, gəlirlilik faizi < daxili gəlirlilik faizi (IRR) onda Xalis bugünki dəyər >0 (12% < 15.52%, Xalis bugünki dəyər = 334.800).
Nəzərə almaq lazımdır ki, bəzi layihələrdə NPV və IRR arasında ziddiyyətlər yaranır. Bu zaman hansını seçmək lazımdır? Bunu anlamaq üçün icrası eyni anda mümkün olmayan iki layihə üzrə NPV və IRR dərəcələri aşağıdakı cədvəldə qeyd edilmişdir:
Layihə A-nın qəbulu investora 2 272.72 dollar gəlir gətirəcək, lakin Layihə B-nin qəbulu investora 6 363.64 dollar gəlir gətirəcəkdir. Investorların başlıca məqsədi maksimum mənfəət əldə etməkdir. Bu səbəbdən də investisiya layihəsi seçilərkən minmum məbləğlə maksimum gəlir qazandıran layihələrə üstünlük verilir. Təcrübədə NPV və IRR arasında ziddiyyət yarandığı zaman adətən NPV-si böyük olan layihə seçilir.
Investisiya və onun mahiyyəti
İnvestisiya – ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
– Xalq arasında: investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir,
– İş mühitində: İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir”,
– Müəssisə səviyyəsinə görə: İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.
Bütün bu tərifləri nəzərə alaraq investisiyanın son və geniş tərifini vermək olar: Maliyyə ehtiyatlarının dövlət və özəl sektor səviyyəsində, şəxsi və ictimai məqsədlərin izlənməsi arzusu ilə istehsal və qeyri-istehsal sahələrinə, uzun bir müddət bağlanmasıdır.
İnvestisiya qoyuluşunda ilk hərəkət nöqtəsində: texnoloji, xammal və iş-gücü xərcləri nəzərdə tutulur. Son hərəkət nöqtəsi isə bazara çıxarılan hazır məhsulun mənfəəti ilə iqtisadi ömürləri başa çatan texnologiyanın qalıq dəyərinin satışı ilə kapitalın geri dönməsidir.
“İnvestisiya prosesləri yeniliklərin işlənib hazırlanması, obyektlərin layihələndirilməsi və onların həyata keçirilməsi prosesi olub iqtisadi inkişafın əsasını təşkil edir və əsaslı qoyuluşların təhlilini, planlaşdırılmasını və idarə edilməsini özündə birləşdirən vahid kompleks sistem kimi fəaliyyət göstərir”.
İnvestisiya sonralar mənfəət (gəlir) əldə etmək və ya sosial iqtisadi səmərəyə nail olmaq məqsədilə iqtisadiyyatın bütün sahələri və obyektlərinə qoyulan əmlak və intellektual dəyərlərin bütövlükdə toplusudur.
İnvestisiyada şəxsi məqsədlə yanaşı dövlətin də məqsədi nəzərə alınmalıdır.
Müasir mühitdə xammal ehtiyatlarının qıtlığı, qeyri müəyyən təbii şərait, iqtisadi və siyasi hadisələr, investisiya məqsədilə hazırlanacaq layihələrin doğru, dəqiq və hərtərəfli şəkildə analiz edilməsini tələb edir.
Mənbə İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov
Investisiya layihələrinin qiymətləndirilməsi
“Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasında dövlət investisiya qoyuluşunun səmərəliliyini artırmaq və Dövlət İnvestisiya Proqramının tərtibi və icrası prosesini təkmilləşdirmək məqsədilə qərara alıram: 1. “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 2.1. qüvvədə olan normativ hüquqi aktların “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. bu Fərmanın 1-ci bəndi ilə təsdiq olunan Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan dövlət investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi və ekspertizasına dair təlimatı hazırlayıb təsdiq etsin; 2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində: 3.1. “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 3.21-ci bəndində nəzərdə tutulmuş sifarişçi təşkilatların layihələrin icrası ilə bağlı rüblük və illik hesabat formalarını və 4.2-ci bəndində nəzərdə tutulmuş “Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqinə dair xüsusi hesabat forması”nı hazırlayıb təsdiq etsinlər; 3.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 mart 2010-cu il № 239
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fermanı ilə TƏSDİQ EDİLMİŞDİR |
- 3 may 2019-cu il tarixli 672 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 824 )
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477 ) ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 1.3-cü (hər iki halda), 2.4-cü, 3.1-ci bəndlərində, 3.4.1-ci−3.4.4-cü yarımbəndlərində, 3.5-ci, 3.6‑cı bəndlərində, 3.7-ci bəndinin birinci cümləsində, 3.11-ci−3.13-cü, 3.15‑ci−3.17‑ci, 3.19-cu, 3.20-ci bəndlərində, 3.21-ci bəndinin birinci və ikinci cümlələrində, 4.2-ci−4.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Respublika ” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384 ) ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 1.3-cü (hər iki halda), 2.4-cü, 3.1-ci bəndlərindən, 3.4.1-3.4.4-cü yarımbəndlərindən, 3.5-ci, 3.6-cı bəndlərindən, 3.7-ci bəndinin birinci cümləsindən, 3.11-3.13-cü, 3.15-3.17-ci, 3.19-cu, 3.20-ci bəndlərindən, 3.21-ci bəndinin birinci və ikinci cümlələrindən və 4.2-4.4-cü bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.
[2] 3 may 2019-cu il tarixli 672 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 824 ) ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 3.15-ci və 4.3-cü bəndlərinə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilmişdir.
[3] 3 may 2019-cu il tarixli 672 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 824 ) ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 3.21-ci bəndinin birinci cümləsində “və Maliyyə Nazirliyinə” sözləri “, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri ilə əvəz edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.