Press "Enter" to skip to content

Inzibati prosessual məcəllə

179-1.1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak etməsinə görə –

İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib

BAKU.WS xəbər verir ki, sənədə əsasən, İnzibati Prosessual Məcəlləsinə aşağıdakı məzmunda XVIII-II fəsil əlavə edilib.

“AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQUNDAN İSTİFADƏ ETMƏSİ QAYDASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA MÜVAFİQ OLARAQ QƏBUL EDİLMİŞ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARININ MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİA ÜZRƏ İCRAAT

Maddə 130-2. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri

130-2.1. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Seçki Komissiyasının aşağıdakı qərarlarının mübahisələndirilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə verilə bilər:

130-2.1.1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtina barədə;

130-2.1.2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi barədə.

130-2.2. Bu Məcəllənin 130-2.1-ci maddəsində nəzərdə tutulmuş Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi həmin qərarın surəti Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun sədrinə təqdim edildiyi gündən 10 gün müddətində verilə bilər.

130-2.3. İddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

130-2.4. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

130-2.5. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

130-2.6. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.”.

Habelə, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 179-1-ci maddə əlavə edilib:

“Maddə 179-1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması

179-1.1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak etməsinə görə –

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

179-1.2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesinin və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə –

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir .”.

Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 161-1-ci maddə əlavə edilib:

“Maddə 161-1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması qaydasının pozulması

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imza toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa maneolma, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırma –

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlər ilə cəzalandırılır.”.

“Vətəndaşların müraciətləri haqqında” qanuna aşağıdakı məzmunda 5.4-1-ci maddə əlavə edilib:

“5.4-1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi ilə bağlı yaradılmış təşəbbüs qrupunun və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınması məqsədilə ərizələrin verilməsi və bu ərizələrə baxılması qaydası “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

Xankəndi

AzVision.az xəbər verir ki, sənədə əsasən, İnzibati Prosessual Məcəlləsinə aşağıdakı məzmunda XVIII-II fəsil əlavə edilib.

İnzibati Prosessual Məcəllədə dəyişiklik edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq.

Eyni zamanda, məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vacibliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcək və bu barədə proses iştirakçılarına məlumat veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

İnzibati Prosessual Məcəlləyə edilən digər dəyişikliyə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə biləcək.

Növbəti dəyişiklik məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəlləyə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

Edilən dəyişikliyə əsasən isə müəyyən edilmiş bu aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunacaq.

Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.