Press "Enter" to skip to content

Inzibati xetalar haqqında qanun

Bu Məcəllənin 598.1-ci maddəsində nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

YENİ AZƏRBAYCAN PARTİYASI

01 Dekabr 2017 16:13 Dekabrın 1-də parlamentin plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi nəzərdən keçirilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib. Bildirilib ki, təqdim edilən dəyişikliklər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif olunur. Həmin qanunlardan irəli gələn müddəalara uyğun olaraq İnzibati Xətalar Məcəlləsində İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçotadurma qaydalarının pozulmasına (maddə 370-1) və internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına (maddə 388-1) görə məsuliyyət müəyyən edilir. Həmçinin sonuncu maddədə (388-1) nəzərdə tutulmuş pozuntulara aid işlərin rayon (şəhər) məhkəmələri tərəfindən baxılması məsələsi İnzibati Xətalar Məcəlləsinin 43 maddəsində tənzimlənir. Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Inzibati xetalar haqqında qanun

İnzibati Xətalar Məcəlləsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

“Unikal” xəbər verir ki, FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələrinin hazırlanması ilə əlaqədar Azərbaycanın Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişiklik layihəsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə bir sıra cəzalar nəzərdə tutulub.

Layihəyə görə, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən xarici dövlətlərin siyasi xadimləri ilə bağlı tələblərə əməl edilməməsinə; monitorinq iştirakçıları tərəfindən onların xarici ölkələrdə yerləşən filialları və törəmə hüquqi şəxsləri ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 598.1-ci maddəsində nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

Inzibati xetalar haqqında qanun

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381,1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.1-ci maddənin ikinci cümləsinə birinci halda “habelə” sözündən sonra “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa,” sözləri əlavə edilsin.

2. 102.1-ci maddəyə “351-1-ci,” sözlərindən sonra “398-ci,” sözləri əlavə edilsin.”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 05 noyabr 2021-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.