UoT 30. 47: 338. İnFormasiya iQTİsadiyyati inFormasiya cəMİYYƏTİnİn
ənənəvi iqtisadiyyatdan fərqləndirən mühüm özəllik isə onun məhsulun maya
Informatika – Dərslik
A pilot project was undertaken during kharif 2012 at Belaguthi village of Honnali taluk in Davanagere district, Karnataka state, India to study the spatial variability of nutrient in maize fields and to recommend nutrients for maize crop based on STCR approach. Georeferenced one hundred and forty two soil samples were drawn from fields of 88 farmers. Results of soil analysis revealed that the soils were acidic to neutral in reaction (5.13.-6.99), majority of soil samples (98 per cent) were low in available nitrogen, low to high (low: 13%, medium: 40%, high: 46% area) with respect to phosphorus and medium to high (medium: 75%, high: 23% area) in potassium status. Nutrient recommendation generated by adopting STCR approach revealedthat an addition of 50:30: 15 kg ofNPK ha-1 is required to match the crop need to achieve the target yield of 50 q/ha over state recommendation for maize crop (100:50:25 kg NPK ha-1). Maize fields receiving fertilizers in accordance with the site specificity have achieved largest yield (46.82 q/ha) followed by application of recommended fertilizers (39.72 q/ha).
Download Free PDF View PDF
See Full PDF
Sorry, preview is currently unavailable. You can download the paper by clicking the button above.
UoT 30. 47: 338. İnFormasiya iQTİsadiyyati inFormasiya cəMİYYƏTİnİn
malıdır ki, müasir məqamda informasiya özü unikal istehsal amilinə çevrilmişdir.
Bu unikallıq onun intəhasızlığı və bitməsi, yayılması və nadirliyi kimi müxtəlif as-
pektlərlə şərtlidir və belə xarakterik xüsusiyyətlər öncəki istehsal amillərinə heç də
xas deyildir. Digər tərəfdən, iqtisadi rifahlar kimi informasiya özü də bir qayda olaraq
Bu da mühümdür ki, informasiya resursları informasiyaların emalı və
ötürülməsinin texniki vasitələri ilə qarşılıqlı əlaqədə yeni “informasiya cəmiyyəti
nəzəriyyəsi” yaratmışlar. Bununla yanaşı, onlar həm də hazırda istehsal sahələrinə,
sənaye, nəqliyyat, rabitə, ticarət, maliyyə-kredit sisteminə inqilabi dəyişikliklər
gətirən təsirlə nüfuz edirlər. Buradan informasiyanın cəmiyyətdə və iqtisadiyyatda,
o cümlədən iqtisadi kateqoriya kimi də rolu və əhəmiyyətinin hərtərəfli öyrənilməsi
aktual bir məsələyə çevrilir. Belə vəziyyət informasiya resurslarını iqtisadiyyatın
artım və inkişaf nəzəriyyəsi və praktikası, vətəndaş cəmiyyətinin formalaşması,
ümumi iqtisadi və informasiya təhlükəsizliyi və eyniliklə yeni yaranmış “informasiya
iqtisadiyyatı” nöqteyi-nəzərdən tədqiqini obyekiv zərurətə çevirir.
2. İqtisadi informasiya anlayışı və onun interpretasiyası
İnformasiya iqtisadçı elm adamları üçün artıq yarım əsrdən çoxdur ki, böyük
maraq doğurur. Hələ XX əsrin 40-cı illərində Amerika alimləri Klod Şennon (1916-
2001) və Nobert Vinner (1894-1964) tərəfindən informasiyanın kəmiyyət nəzəriyyəsi
formalaşdırılmışdır [1, 4, 12]. Lakin bununla belə, müasir zamanda “informasiya”
anlayışına birmənalı təyinat vermək yenə də çətin olaraq qalır.
Ensiklopedik nəşrlərdə “informasiya” anlayışının latın “informati” sözündən
yarandığı göstərilir. Materialist fəlsəfə nöqteyi-nəzərindən informasiya məlumatların
(məlumatvermənin) köməyi ilə real dünyanın təsviri kimi nəzərdən keçirilərək dəyər-
ləndirilir. Məlumatvermə isə informasiyanın nitq, mətn, şəkil, rəqəmsal göstərici,
qrafik, cədvəl və s. təqdimatlar forması kimi səciyyələndirilir.
Çağdaş zamanda informasiya çox mühüm resurs kimi bəşər cəmiyyətinin əsas
hərəkətverici qüvvələrindən biri hesab olunur. O, idrakımızdan asılı olmadan
mövcuddur və bizim qavrayışda mütaliənin, siqnal formasında alınmanın, stimulların
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
qarşılıqlı təsirinin nəticəsi kimi əksini tapır. İnformasiya çoxtəsvirlik vəziyyətində
istənilən material obyektdə mövcuddur və bir obyektdən digərinə qarşılıqlı hərəkət
prosesi ilə ötürülür. Materilal dünyada, canlı təbiətdə, bəşər cəmiyyətində baş verən
informatizasiya prosesləri demək olar ki, elmin bütün sferalarında nəzərə alınır və
öyrənilir. Ayrılıqda isə informasiya özünün konseptual təyinatını “informatika” el-
mində tapır. Ötən əsrin ortalarında kibernetikadan ayrılaraq müstəqil elm sahəsinə
çevrilən informatikanın predmetini də məhz informasiyanın yaranış metodu, qəbulu,
emalı və ötürülməsi göstəriciləri xarakterizə edir.
Ümumi elmi anlamda informasiya insanlar arasında, həmçinin insanlar və qurğu-
lar arasında məlumat, canlı və cansız təbiətlə siqnallar mübadiləsini əks etdirsə də,
müasir iqtisadi ədəbiyyatlarda onun müxtəlif təriflərinə rast gəlinir. Tanınmış
Amerika sosioloqu Manuel Kastels (1942) informasiyaya bəsit tərif verir: “İnfor-
masiya təşkil edilən və ötürülən göstəricilərdir” [9, s. 39]. Kibernetikanın banisi
N.Vinner isə qeyd edir ki, “İnformasiya nə materiyadır , nə də enerjidir, informasiya
elə informasiyadır”. İnformatizasiyanın tərifini tanınmış rusiyalı filosof Arkadi Ursul
(1936) da verir. Onun təbirincə “İnformatizasiya dedikdə, sivilizasiyanın intellektual
səviyyəsinin köklü yüksəlməsi və bunun əsasında insanın bütün həyat fəaliyyətinin
humanist yenidənqurulması məqsədilə informatika vasitələrinin köməyilə mühüm
inkişaf resursu kimi informasiyaya tam malik olmağın yaradıcı prosesi başa düşülür”
İnformasiyanın müxtəlif növləri arasında iqtisadi informasiya mühüm yer tutur.
Fərqləndirici xüsusiyyəti kimi iqtisadi informasiyanı insan kollektivlərində, təşki-
latlarda idarəetmə prosesləri ilə bağlılıq səciyyələndirir. İqtisadi informasiya istehsal,
bölgü, mübadilə və material nemət və xidmətlərin istehlakı proseslərini müşayiət
edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal infor-
masiyası kimi qəbul edilir.
İnformatika üzrə mütəxəssislər dünyanın ən inkişaf etmiş ölkələri üçün ilk olaraq
“informasiya cəmiyyəti” və “informasiya iqtisadiyyatı” terminlərini bir araya gətir-
mişlər. Bu anlayışlar isə öz növbəsində “innovasiyalı iqtisadiyyat”, “yeni iqti-
sadiyyat”, “açıq cəmiyyət”, “biliklər cəmiyyəti”, “biliklər iqtisadiyyatı” kimi
terminlərin sinoniminə çevrilmişdir [9, 12, 15].
Bu təriflərdən və onların mahiyyətindən iki hal irəli gəlir [12, 15, 18]:
1) informasiya inkişafın ən mühüm istehsal, ictimai və sosial resursuna
2) informasiya demək olar ki, biliklər sinonimidir və ya başqa sözlə, biliklər in-
formasiyanın özəyidir, onun mühüm hissəsidir;
3) müasir informasiya sistemləri və texnologiyaları, onların qloballaşması vahid
informasiya məkanına, mədəniyyətlərin, təhsilin, biliklərin və qismən iqtisadiyyat-
ların qloballaşmasına gətirmişdir.
İnformasiya və informasiya iqtisadiyyatı haqqında işləmələr nobel laureatları –
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
amerika iqtisadçıları Cozef Arroru (1921), Herbert Saymon (1918-2001), Robert
Lukas (1937), Vilyam Vikri (1914-1996), Corc Akrlof (1940), Maykl Spens (1943),
Cozef Stiqles (1943), Robert Merton (1944), ingilis iqtisadçıları Vilyam Lüis (1915-
1991), Ceyms Mirrlis (1936) və başqalarının tədqiqatlarında da mühüm yer tutmuş-
dur. 1994-cü ildə iqtisadiyyat sahəsində nobel mükafatı almış ABŞ iqtisadçısı Con
Harsaninin (1920-2000) tədqiqatları isə o zaman iqtisad elminin nisbətən yeni sahəsi
kimi intişar tapan informasiya iqtisadiyyatı üçün nəzəri təməl olmuşdur [18].
İnformasiya və onunla bağlı texnologiyalar ÜDM-in inkişaf sürətlərini müəyyən
edir. Həmçinin, vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsini, inkişafını və təşəkkülünü
müəyyən edir ki, bu da öz növbəsində, sosial sferanın iqtisadi artım və inkişafının
sürət yüksəlişində əks olunur.
İqtisadi informasiyaya dəqiqlik, doğruluq və operativlik kimi tələblər xasdır. İn-
formasiyanın dəqiqliyi bütün istehlakçılar tərəfindən birmənalı qəbul olunmanı təmin
edir. Doğruluq iqtisadi informasiyanın sistemin fəaliyyət effektivliyinin saxlanıl-
masına zəmin olur. Operativlik isə zəruri hesablamalar və dəyişən şəraitdə qərarların
qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir.
İqtisadi informasiyanın təhlili səmərəli idarəetmədə qərarların qəbul edilməsinin
mühüm şərti olaraq çıxış edir. Tədqiqat predmetini idarəetmənin ümumi qanunları
təşkil edən kibernetika nəzəriyyəsində informasiya xarici aləmdən alınaraq idarəet-
mədə adaptə olunan məlumatlar sistemi kimi anlaşılır [4, 7]. Eyni zamanda, risk
amilinə rəğmən natamam informasiya şəraitində qərarların qəbul edilməsinin məx-
susi nəticələri yaranır. Belə ki, gələcək heç də hər zaman bizim proqnozlarımıza
uyğun inkişaf etmir. Qəbul edilmiş qərarlar çox vaxt səhv, qazanclar yetərsiz, məs-
rəflər isə gözlədiyimizdən artıq olur. Səhvlərin isə əvəzini ödəmək lazım gəlir. Qeyri-
müəyyənlik effektiv bazara aparan yolda ciddi maneəyə çevrilir, xeyli qüvvə, vəsait,
vaxt və enerji sərfinə gətirir, mal və resursların qeyri-optimal bölgüsünə səbəb olur.
Buna görə də, iqtisadi informasiya sferasında onun doğru və dürüstlüyü, müfəssəlliyi
xüsusi önəm daşıyır.
Beləliklə, iqtisadi informasiya sosial-iqtisadi prosesləri əks etdirən və onların
idarəedilməsinə, həmçinin istehsal və qeyri-istehsal sferasında insan kollektivlərinə
xidmət göstərən məlumatlar məcmusunu ehtiva edir. İnformasiya resursu və ona
daxil olan bilik və məlumatlar isə insan kapitalının tərkib hissəsi kimi onun təməlində
dayanır. Bu səbəbdən də informasiya, o cümlədən də, iqtisadi informasiyanın insan
kapitalı ilə birlikdə müasir cəmiyyətin və bütövlükdə dünya iqtisadiyyatının
inkişafının əsas amillərinə çevrildiyi əsaslandırılır.
3. İnformasiya cəmiyyətinin yaranışı və inkişaf meyilləri
Son bir neçə ildə “yeni iqtisadiyyat”ın gəlişinin çox da uzaqda olmadığı faktı
daha aydın görüntüyə gəlmişdir. Bu görüntünün təzahürləri belədir ki, “köhnə in-
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
dustrial qaydalar”ın yerinə informasiya texnologiyaları və internetin hərəkətə
gətirdiyi yeni bir iqtisadiyyat paradiqması gəlir. Yeni iqtisadiyyat informasiya kom-
munikasiya texnologiyalarının sürətli inkişafına əsaslanaraq dinamik, elmtutumlu
olmaqla dəyişikliklərə daha çox həssaslıqla reaksiya verir. Əslində texnoloji nöqteyi-
nəzərdən müasir informasiya kommunikasiya texnologiyalarının geniş və hərtərəfli
yayılmasını Elmi-Texniki Tərəqqinin növbəti mərhələsi kimi nəzərdən də keçirmək
olardı. Lakin baş verən yeni elmi-texniki inqilabın xüsusiyyəti ondan ibarətdir ki, o
insan fəaliyyətinin bütün başlıca növləri üçün əsas olan informasiyanın istehsalı,
emalı və ötürülməsi kimi proseslərə toxunaraq informasiya sferasına müdaxilə edir.
Bu isə iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində köklü sosial transformasiyalara,
insanların şüurunda dəyişikliklərə, yeni postindustrial cəmiyyət tipinin – informasiya
cəmiyyətinin meydana çıxmasına zəmin olur [7, 8].
Tədqiqatlar əsaslandırır ki, informasiya cəmiyyətinin yaranışı Amerika iqtisadçısı
Fris Maxlup (1902-1983) və yapon sosioloqu Umesao Tadaonun (1920-2010) adları
ilə bağlıdır. Bu anlayış ABŞ və Yaponiyada onlar tərəfindən eyni vaxtda elmi
dövriyyəyə çıxarılmış və sonradan informasiya cəmiyyəti konsepsiyası yapon sosi-
oloqu və futroloqu Yonedzi Masuda (1905-1995), Amerika iqtisadçısı Mark Porat
(1932), ingilis alimi Tom Stounyer (1929) və başqaları tərəfindən inkişaf et-
dirilmişdir. İnformasiya cəmiyyəti anlayışı ilə yanaşı, eyni zamanda, “texnotron
cəmiyyət”, “biliklər cəmiyyəti”, “postindustrial cəmiyyət”, “açıq cəmiyyət” kimi
anlayışlardan da istifadə olunmuş və olunmaqdadır [1, 10, 11, 15, 16].
İqtisadi sistemlərin bölgüsünü texnika və texnologiyaların inkişaf səviyyəsindən
asılı olaraq ABŞ iqtisadçıları Con Qelbreyt (1908-2006), Saymon Kuznets (1901-
1985), fransız iqtisadçısı və sosioloqu Raymon Aron (1905-1983) və tanınmış iqti-
sadçılar da həyata keçirmişlər. ABŞ sosioloqları Daniyel Bel (1919-2011) və Uolt
Rostou (1916-2003) iqtisadi sistemlərin təsnifatına xüsusi nəzəri dəyərlər gətirərək,
onları industrialaqədər, industrial və postindustrial cəmiyyətlər kimi ayırmışlar [2,
5, 6, 9]. Hal-hazırda iqtisadi sistemlərin cəmiyyət aspekti təsnifatında bu yanaşma
daha geniş yayılmışdır.
İlkin iqtisadi sistem olaraq industrialaqədər cəmiyyət mərhələsini, həmçinin
ənənəvi və ya aqrar adlandırmaq da olar. Bu sistemdə təsərrüfat fəaliyyətinin hasilat
növləri – əkinçilik, balıqçılıq, faydalı qazıntıların çıxarılması üstünlük təşkil edir və
burada əsas istehsalçı insan deyil, təbiətin özü götürülür. Ona görə də, ənənəvi və
ya aqrar cəmiyyətdə əhalinin əksər hissəsinin (təxminən 90%-i) məşğulluğu kənd
təsərrüfatı sferası ilə bağlıdır və bundan irəli gələrək də onun başlıca vəzifəsi sadəcə
əhalini qidalandırmaq üçün yeyinti məhsullarının istehsalı olmuşdur. Qeyd edilmə-
lidir ki, industrialaqədər cəmiyyət üç mərhələli təsnifatı verilən iqtisadi sistemlərin
ən davamlısıdır və onun tarixinin minlərlə il yaşı vardır. Bununla belə, yaşadığımız
dövrdə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyəti hələ
də bu inkişaf mərhələsində qalmaqdadır.
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
Təsnifatı verilən iqtisadi sistemlərin ikinci mərhələsini təşkil edən “İndustrial
cəmiyyət” termini ilk dəfə fransız filosofu Sen-Simonun (1760-1815) əsərlərində
səslənmişdir. İndustrial cəmiyyətdə zəruri malları istehsal etmək üçün bütün qüvvələr
sənaye istehsalına yönəldilmişdir. Bu cəmiyyətin formalaşması iri maşın istehsalı,
urbanizasiya (əhalinin kəndlərdən şəhərlərə axını), bazar iqtisadiyyatının bərqərar
olması, sahibkarların (burjuaziya) və muzdlu işçilər (proletarlar) sosial qruplarının
meydana gəlməsi ilə sıx əlaqədar olmuşdır [1, 16].
Mövcud nəzəriyyəyə əsasən XX əsrin sonunda industrial cəmiyyəti postindustrial
cəmiyyət əvəzləyir. Postindustrial cəmiyyət konsepsiyasının banisi D.Bell hesab
edilir. Onun 1973-cü ildə nəşr edilmiş “Gələcək postindustrial cəmiyyət” kitabında
postindustrial cəmiyyət konsepsiyasının geniş şərhi verilmiş ictimai istehsalın sek-
torları arasında münasibətlərin dəyişməsində əsas meyilləri, xidmətlər iqtisadiy –
yatının yaranması, məhsuldar qüvvələrin sərbəst elementi kimi elmi biliyin
formalaşması ətraflı təhlil olunmuşdur [2, 121s.]. Lakin “postindustrial cəmiyyət”
termininin özü iyirminci yüzilliyin ortalarında Amerika kapitalizminin 1929-1933-
cü illərdə Böyük Böhrana qədər mövcud olmuş industrial kapitalizmdən çox
fərqləndiyi aydınlaşdıqda meydana gəlmişdir.
Postindustrial cəmiyyətinin dəyərli keyfiyyətləri işçinin təhsilinin səviyyəsi,
peşəkarlığı, tədrisi mənimsəməsi qabiliyyəti və kreativliyi ilə ölçülür. Müasir za-
manda xidmət sahəsinin payı ÜDM-in yarıdan çox təşkil edən postindustrial ölkələr
hesab olunurlar. Bu meyar altına ABŞ (80%), Avropa İttifaqı ölkələri (70%-dən çox),
Yaponiya (75%), Kanada (70%) düşür.
Postindustrial cəmiyyətdə milli informasiya resursları sərvətin çox böyük poten-
sialı hesab olunur. Burada postindustrial iqtisadiyyat sənaye məşğulluq göstəri-
cilərinə və milli məhsulda payına görə xidmət sferasından geridə qalır. Xidmət
sferasında isə informasiya emalı üstünlük təşkil edir.
ABŞ futroloqu, iqtisadçı və sosioloqu Elvin Toffler (1928) XX əsrin 80-ci il-
lərində nəşr etdirdiyi “Üçüncü dalğa” kitabında insan cəmiyyətinin inkişaf tarixini
üç dalğanın ardıcıl meydana gəlməsi və qarşılıqlı əlaqəsi kontekstində nəzərdən
Birinci dalğa (kənd təsərrüfatı sivilizasiyası) – 10 min il əvvəl meydana gəlmiş
və hazırda öz enerjisini itirən;
İkinci dalğa (industrial sivilizasiya) – 300 illik aktiv dövrünü başa vuran;
Üçüncü dalğa (informasiya cəmiyyəti) – XX əsrin 50-ci illərində meydana gəlmiş
və hələ indi güclənməyə başlayan.
E.Toffler yeni sivilizasiyanın – üçüncü dalğanın təşəkkülünü və yaranmasını iqti-
sadiyyatın informasiya sektorunun kənd təsərrüfatı, sənaye və xidmətlər sahəsi kimi
ənənəvi sektorlarından üstünlüyü ilə əlaqələndirir. Yeni cəmiyyətdə informasiya daha
yüksək dəyərə malikdir və işləyən insanların yarıdan çoxu informasiya xidməti
göstərməklə məşğuldur. Onun başlıca xüsusiyyətləri industrial cəmiyyət üçün
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
ənənəvi olan eynitipli malların kütləvi mədəniyyəti, kütləvi istehsalı, cəmiyyətin və
mədəniyyətin iyerarxik təşkilindən imtina, informasiya mübadiləsinin artırılması,
istehsalla istehlakın yaxınlaşmasıdır. Beləliklə, E.Toffler belə nəticəyə gəlir ki, in-
formasiya cəmiyyəti, inkişafında bilik amili və bilik sahəsi həlledici rol oynayan
İnformasiya cəmiyyəti haqqında Y.Masuda öz konsepsiyasında onun fərqli
əlamətləri kimi aşağıdakıları ayırır [10]:
yeni cəmiyyətin əsası – insana zehni işində kömək etməyə qabil olan kompüter
koqnitiv informasiyanın, texnologiyaların və biliklərin kütləvi istehsalı;
iqtisadiyyatın qabaqcıl sahəsi – intellektual istehsal;
yeni cəmiyyətin başlıca məqsədi – vaxtın dəyərliliyinin realizasiyası.
İqtisadi sistemlərin formaları və transformasiyası sahəsində fransız filosofu və
sosioloqu Alen Turenin (1925) konsepsiyası da fərqli xüsusiyyətlərə malikdir.
A.Turen insan fəaliyyətinin bir cəmiyyət tipindən digərinə keçidini “sosietal tip”
kateqoriyası ilə bağlayır və burada dəyişkənliklər motivasiyası ticarətdən – istehsala,
istehsaldan – kommunikasiyalara, bir mədəniyyət tipindən digərinə və s. sosioloji
transformasiyalar çevrəsində izlənilir.
Tanınmış ABŞ sosioloqu, siyasətçisi və görkəmli dövlət xadimi Zbiqnev Bzejinski
(1928) özünün 1970-ci ildə nəşr etdirdiyi “İki əsr arasında. Texnotron eraya girişdə
Amerikanın rolu” adlı kitabında bəşəriyyətin sosial inqilablarla deyil, Elmi-Texniki
Tərəqqi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması konstatasiya olunur. Z.Bzejin-
skinin texnotron nəzəriyyəsinə görə bu keyfiyyət şıçrayışı təkamüllə alt hədd aqrar-
dan sənaye vasitəsi ilə “texnotron era”ya daxil olur. Həlledici rol burada avtomatlara,
kompüter və kibernetik sistemlərə buraxılır. Başlıca funksiyanı isə elm ifa edir.
Bununla belə, Z.Bzejinski qeyd edir ki, dünyada inkişaf etmiş və etməmiş ölkələr
arasında başlıca ziddiyyətlər qalacaqdır. Ona görə də, antoqonizm və konfliktlərdən
uzaq olan daimi vahid dünya birliyi yaratmaq üçün inkişaf etməmiş ölkələr arasında
“texnotron era”ya yaxın olanlara güclü dəstək verilməlidir [3, 18].
Göründüyü kimi həm A.Turenin və həm də Z.Bzejinskinin cəmiyyət konsep-
siyalarında əsas hərəkətverici qüvvə olaraq informasiya kommunikasiya texno –
logiyaları irəli çəkilir.
Bu gün postindustrial cəmiyyət paradiqması hərtərəfli olaraq informasiya
cəmiyyəti kimi xarakterizə olunur. Belə təyinat yuxarıdakılara istinadən həm də
onunla əsaslandırılır ki, bəşər cəmiyyətinin indiki inkişaf mərhələsində informasiya
sosial tərəqqinin başlıca amilinə çevrilir və o, cəmiyyətin mövcudluğunu və inkişaf
xarakterini bütün parametrlərdə təyin edir. İnformasiya mübadiləsi və reallaşması
informasiyanın özündən belə üstünlük qazanır. Bu reallıq isə bir daha onu göstərir
ki, texnoloji determinizm konkretləşir və yerini informasiya determinizminə verir.
Eyni zamanda, qeyd olunur ki, postindustrial nəzəriyyəyə yaxın konsepsiyalar olan
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
“informasiya cəmiyyəti”, “postiqtisadi cəmiyyət”, “postmodernizm”, “dördüncü for-
masiya cəmiyyəti”, “istehsal prinsipinin elmi-informasiya mərhələsi” və digərlərində
də informasiya determinizmi prioritet statusda çıxış edirlər.
4. İnformasiya iqtisadiyyatı: özəlliklər və səciyyəvi cəhətlər
Klassik iqtisad elmində kapital əmək sərf etməklə sərvəti artırmaq (gəlir yarat-
maq) qabiliyyətində olan əşyalar məcmusu (torpaq, binalar, maşınlar, xammal) kimi
maddi formada başa düşülürdü. İqtisadiyyatda pulların böyük rol oynadığı sonrakı
mərhələdə isə kapital əmək alətlərinin və əmək xidmətlərinin pulla alınması forması
kimi də dərk edilməyə başlanıldı. Biliklərdən istifadənin həcminin genişlənməsi isə
intellektual mülkiyyətin xüsusi çəkisinin artması, fiziki obyektlər mülkiyyətinin xü-
susi çəkisinin azalması ilə müşayiət olunmuşdur. Bu da öz növbəsində pul iqtisadiy –
yatının innovasiyalı olmasına gətirmişdir. İnnovasiyalı pul iqtisadiyyatında istifadə
olunan informasiya bilikləri əks etdirir və üç şəkildə: sahibkar və işçinin peşəkar bi-
likləri, mütəxəssisin texnoloji bilikləri və işlərin gələcəkdə necə qurulacağından asılı
olaraq bütün marağı olan subyektlərin mülahizələri kimi başa düşülür. Bu iqtisadiy –
yatda əmək xidmətləri sadəcə peşəkar vərdişlərə deyil, həm də fərdiləşmiş bilik və
qabiliyyətlərə istinad edir. Əmək bazarı artıq simasız “istehsal xidməti” deyil, tələb
olunan peşəkar diapazonda nisbətən nadir, hətta unikal keyfiyyətlərə malik şəxsiyyət
təklif edir [7, 8].
Bütün bunlara rəğmən qeyd olunmalıdır ki, müasir iqtisadiyyat çoxsektorludur.
Buraya ayrı-ayrılıqda ənənəvi industrial iqtisadiyyat, ənənəvi postindustrial iqti-
sadiyyat, innovasiya iqtisadiyyatı, informasiya iqtisadiyyatı, vençur biznesi və digər
klaster və sektorlar daxildir. İqtisadiyyatın və dövlətin bütün sektorlarının sistemli
fəaliyyətini təmin edən fundament isə bütövlükdə informasiya sektorudur.
İqtisadiyyatda informasiya aspektlər çoxluğunda təzahür edir və bu cür təzahür
üsullarından bəzilərini aşağıdakılara ayırmaq olar [8]:
informasiya istehsalı – istehsal sahəsidir, başqa cür iqtisadi fəaliyyət növüdür;
informasiya istehsal amilidir – istənilən iqtisadi sistemin fundamental
informasiya alqı-satqı obyektidir, yəni o özü əmtəə olaraq çıxış edir;
informasiyanın müəyyən hissəsi cəmiyyətin bütün üzvləri tərəfindən istehlak
olunan ictimai rifahdır;
informasiya – iqtisadi sistemin qiymət və faydalılıqla yanaşı, optimal və taraz –
lıq hallarının müəyyənləşdirilməsinə təsir edən bazar mexanizmi elementidir;
müasir şəraitdə informasiya rəqabət mübarizəsində daha mühüm amillərdən
informasiya işgüzar və hakimiyyət dairələri tərəfindən qərarlar qəbul olunması
və ictimai rəy formalaşdırarkən istifadə edilən ehtiyata çevrilir.
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
Beləliklə, informasiya cəmiyyətinin iqtisadiyyatı yaranması əmək, kapital, tor-
paqla yanaşı, həmçinin dördüncü, daim yenilənən nəzəri biliklər və müxtəlif növ
məlumatlar, o cümlədən insanların praktiki vərdişlərində ehtiva olunan relevant in-
formasiyadan istifadə etməyə başlayır. İnformasiya istehsal amili olaraq müasir
fəaliyyət şəraitində son dərəcə zəruridir. O, qəbul olunan qərarların operativliyini
təmin edir, sahibkarlıq qabiliyyətinin inkişafına və istehsal prosesinin səmərəliliyinin
yüksəldilməsinə kömək edir. İnformasiyanın mövcudluğu qeyri-müəyyənlik kimi
xarici amilin təsirini azaldır.
Bu gün “informasiya iqtisadiyyatı” termininin müxtəlif interpretasiyaları mövcud-
dur, bu da təbii ki, onun məqsəd və vəzifələrinin müəyyən edilməsinə təsir edir.
Qərbdə informasiya iqtisadiyyatını, iqtisadiyyatın informasiya ilə işə aid olan hissəsi
və həmçinin kompüter sənayesi kimi nəzərdən keçirməsi kimi meyilləri vardır.
İnformasiya iqtisadiyyatı postindustrial cəmiyyətdə insan fəaliyyətinin ictimai is-
tehsal, ictimai rifahların bölgüsü və istehlakı proseslərində elektron texnologiyaların
(informasiya-kommunikasiya) geniş tətbiqini nəzərdə tutan təsərrüfat fəaliyyətini
tədqiq edən elm sahəsi olaraq da çıxış edir. İnformasiya iqtisadiyyatının əsas xü-
susiyyətinin təsərrüfat qarşılıqlı əlaqələrinin kütləviliyi və qloballığı xarakterinə
yönümlülüyü və həmçinin yaradılmış rifahların dünya miqyasında istehlakçılar
arasında bölgüsü səciyyələndirir. Təsərrüfatçılığın ənənəvi metodlarından istifadədə
menecmenti və biznesin aparılmasının (“tələb – təklif” sxemi əsasında) bazar mo –
delini özündə birləşdirən ümumi qəbul edilmiş iqtisadiyyatdan fərqli olaraq, infor-
masiya iqtisadiyyatı menecmentə, innovasiyalı sahibkarlığa, informasiya
injinirinqinə və iqtisadi proseslərin avtoformalizasiyasına (avtostrukturlaşdırma)
İnformasiya iqtisadiyyatının başlıca vəzifələri həm makro və həm də mikro
səviyyədə təyinat alır. Makrosəviyyədə informasiya iqtisadiyyatının başlıca vəzi –
fələri baş verən qlobal proseslər çərçivəsində təsərrüfat inkişafının istiqamətinin
seçilməsinə əsaslanır ki, bu da cəmiyyətin təsərrüfat enerjisinin yeni xarici resurslara
və strukturunun keyfiyyət transformasiyalarına doğru hərəkəti qabiliyyəti ilə
müəyyən olunur. Daha geniş diapazonda bu tərkib hissələri texnosfera, antropsfera
və sosiosferanın təkamüllü qarşılıqlı əlaqəsi nəticəsində neosferin inkişafı kimi
görünür. Mikrosəviyyədə isə informasiya iqtisadiyyatının başlıca vəzifələri sahibkar-
lıq subyektləri tərəfindən xarici mühitin təsərrüfat enerjisini almaq və onun iş və iş
yerləri şəklində transformasiyasına yönəldilmiş təsərrüfatçılıq alqoritmlərinin
yaradılması kimi təyin edilir [7, 8].
İnformasiya iqtisadiyyatı məxsusi inkişaf mərhələlərinə malikdir ki, bunlar da
aşağıdakıları birləşdirir [12].
1. İnformasiya texnologiyalarının istehsala daxil olması.
2. İnformasiya texnologiyalarının kütləvi tətbiqi və standartlaşdırılmış sistemlərin
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
3. İnformasiya istehsalı və informasiya texnologiyaları sahəsində məhsuldarlığın
digər sahələrdən artıq yüksəldilməsi.
4. Üstünlüyü ələ almış informasiya və biliklər istehsalına keçid.
Bütün bunlar onu göstərir ki, informasiya və informasiya texnologiyaları stan-
dartlaşma keçərək istehsala daxil olmuş və buradakı məhsuldarlıq iqtisadiyyatın
digər sektorlarında da davamlı inkişafı təmin etmişlər. Hazırda informasiya iqti-
sadiyyatının mühüm elementi informasiya amilli texnologiyalar qismində dünya
bazarında yerini möhkəmləndirir. Tədqiqatlar göstərir ki, informasiya texnologiyaları
bazarlarında iki ölkələr qrupu səmərəli işləyir [17]:
1. İnkişaf etmiş fundamental elmi potensialı olan qabaqcıl ölkələr (ABŞ, Böyük
Britaniya, AFR, Yaponiya və bəzi başqaları);
2. Birinci qrup ölkələrin innovasiya və texnologiyalarından istifadə edən ölkələr
(Tayvan, Çin, Cənubi Koreya və başqaları).
Bu iki qrup hələlik bir-birini effektiv tamamlayır və dünya informasiya
texnologiyaları bazarının əsas hissəsinə malikdirlər. Lakin yeni inkişaf mərhələsində
üçüncü ölkələr qrupu da meydana gəlmişlər. Bu sıraya özlərinin rəqabətqabiliyyətli
yüksək texnologiyaları ilə dünya bazarlarına çıxa bilən Finlandiya, Norveç və İsrail
daxil edilir. Bu imkanı onlar təlim, elm və təhsil sahəsindəki nailiyyətləri və infor-
masiya texnologiyaları sistemlərinin fövqəladə effektiv modernləşməsi ilə təmin et-
Aparılan təhlilin nəticəsi olaraq belə bir qənaət hasil edilir ki, informasiya
cəmiyyətinin üstünlüyü ələ aldığı hazırkı məqamda informasiya iqtisadiyyatı sürətli
atrım templəri ilə irəliləyir, dünya bazarının seqmental sistemini təbədüllatlara
uğradaraq qlobal xarakter alır. Bu əsnada bəşər sivilizasiyasının müasir inkişaf
mərhələsində iqtisadi münasibətlərin yeni tipi formalaşır. Yeni iqtisadiyyat tipini
ənənəvi iqtisadiyyatdan fərqləndirən mühüm özəllik isə onun məhsulun maya
dəyərindəki, ayrıca informasiya adlı xərc komponenti ilə təmsil olunmasındadır. İs-
tehsal amili, mühüm bazar mexanizmi elementi olmaqla həm də, iqtisadi fəaliyyətin
ayrıca növüdür. Əmtəə kimi istehlak olunan ictimai rifahdır. İqtisadi informasiya
işgüzar və hakimiyyət dairələrinin tərəfindən qərarlar qəbul olunması və ictimai rəy
formalaşdırılarkən istifadə edilən resurs və ehtiyatdır.
Texniki vasitələrin qarşılıqlı əlaqəsində informasiya resurslarının sürətli artımı
iqtisadiyyatın bütün sektorlarına inqilabi dəyişikliklər gətirən təsirləri ilə yeni
cəmiyyət paradiqması yaratmış, sivilizasiyanın hazırkı mərhələsində informasiyanın
iqtisadi kateqoriya kimi rolu və əhəmiyyəti əsaslı dərəcədə yüksəlmişdir. Tədqiqatlar
göstərir ki, informasiya iqtisadiyyatı müasir məqamda daha biçimli məcraya daxil
olaraq qlobal xarakter alır, iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində köklü sosial
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
transformasiyalara, insanların şüurunda dəyişikliklərə, yeni postindustrial cəmiyyət
tipinin – informasiya cəmiyyətinin təşəkkülü və təkamülünə zəmin olur. O, həmçinin
bazarın iqtisadi sistemini təbədüllatlara uğradaraq yeni iqtisadi münasibətləri for-
malaşdırır. İnformasiya mübadiləsi və reallaşması informasiyanın özündən belə
üstünlük qazanır, texnoloji determinizm konkretləşir, yerini informasiya və infor-
masiya iqtisadiyyatı determinizminə verir. Bu reallıq isə onu əsaslandırır ki, yeni
cəmiyyət paradiqmasının özəyini informasiya iqtisadiyyatı təşkil edir. Məhz buna
görə də, sosial-iqtisadi nöqteyi nəzərdən, informasiya cəmiyyətini xarakterizə edən
informasiya iqtisadiyyatına biliklərə, intellektual əməyə, yüksək və innovativ
texnologiyalara əsaslanan insan kapitalı iqtisadiyyatı kimi də tərif verilməlidir.
Ədəbiyyat siyahısı
1. Hacızadə E.M. (2006). Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.
2. Белл Д. (2004). Грядущее постиндустриальное общество. Образец социального прогнозирования.
М.: Академия, 578 с.(Bell D. (2004). Gələcək postindustrial cəmiyyət. Sosial proqnozlaşdırma nü-
munəsi. M.: Akademiya, 578s.)
3. Бжезинский З. (2004). Выбор: Мировое господство или глобальное лидерство. М.: Международные
отношения, 288 с. (Bjezinskiy Z. (2004). Dünyəvi hökmranlıq yaxud qlobal liderlik. M.: Beynəlxalq
əlaqələr, 288 s.)
4. Винер Роберт. (1983). Кибернетика. М.: Наука, 344 с. (Viner Robert. (1983). Kibernetika. M.: Elm,
5. Гэлбрейт Дж. (1976). Экономическая теория и цели общества. М.: Прогресс, 406 с. (Qelbreyt C.
(1976). İqtisadi nəzəriyyə və cəmiyyətin məqsədləri. M.: Proqress, 406 s.)
6. Гэлбрейт Дж. (2004). Новое индустриальное общество. М.: ACT, 602 с. (Qelbreyt C. (2004). Yeni in-
dustrial cəmiyyət. M.: AST, 602 s.)
7. Диметрий. (2010). Информационная сфера: общество в телекоммуникационной среде. Н.Новгород:
Престиж-Н; М.: Флинта. 156 с.(Dimetriy (2010). İnformasiya sahəsi: telekommunikasiya şəraitində
cəmiyyət. N.Novqorod: Prestij- N., M.: Flinta.156 s.)
8. Корнейчук Б.В. (2006). Информационная экономика. Учебное пособие. СПб.: Питер, 400 c. (Kor-
neyçuk B.V. (2006). İqtisadi informasiya.Ümumi vəsait. SPb.: Piter, 400 s.)
9. Костельс Мануель. (2000). Информационная эпоха. Экономика, общество и культура, М.: ГУ ВШЭ,
608 с. (Kostels Manuel. (2000). İnformasiya erası. İqtisadiyyat, cəmiyyət və mədəniyyət. M.: 608 s.)
10. Масуда Е. (2003). Информационное общество как постиндустриальное общество. М.: ЭКСМО-
Пресс, 448 с. (Masuda E. (2003). İnformasiya cəmiyyəti industrial cəmiyyət kimi. M.: EKSMO-Press,
11. Махлуп Ф. (1966). Производство и распространение знаний в США. М.: Прогресс, 462 с. (Maxlup
F. (1966). ABŞ-da biliklərin yaranması və yayılması. M.: Proqress, 462 s.)
12. Смирнова А.Е. (2008). Теория информационных систем. М.: ПРИОР, 411 c. (Smirnova A.E. (2008).
İnformasiya sisteminin nəzəriyyəsi. M.: PRİOR, 411 s.)
13. Тоффлер Э. (2004). Третья волна. М.: ACT, 784 с. (Toffler E. (2004). Üçüncü dalğa. M.: AST, 784 s.)
14.Урсул А.Д. (1971). Информация, методологические аспекты. M.: Наука, 293 c. (Ursul A.D. (1971).
İnformasiya, metodoloji aspektlər. M.: Elm, 293 s.)
15. Уэбстер Ф. (2004). Теории информационного общества. М.: Аспект Пресс, 400 c. (Uebster F. (2004).
İnformasiya cəmiyyətinin nəzəriyyəsi. M.: Aspekt Press, 400 s.)
16. www.postindustrial.net – Postindustrial cəmiyyət üzrə tədqiqatlar mərkəzinin saytı.
17. www.itu.int – Beynəlxalq Kommunikasiya İttifaqı.
18. www.elshanhajizadeh.com – i.e.d., prof. Elşən Hacızadənin saytı.
İnforMAsİyA İqtİsADİyyAtı İnforMAsİyA CƏMİyyƏtİnİn ƏsAsı kİMİ
Гаджизаде Эльшан Махмуд оглы
д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет
Информационная экономика как основа информационного общества
Цель исследования – характеризуя с научной точки зрения возникновение и эволюцию, характерные
и различные стороны информационной экономики, обосновать ее особую роль в нахождении в фунда-
менте информационного общества и развитии мировой экономики.
Методология исследования –ретроспективные, факторные и сравнительные методы анализа.
Результаты исследования – обретая глобальный характер своим ускоренным развитием информа-
ционная экономика обрекает на преобразования сегментальную систему мировой экономики и формирует
новые экономические отношения.
Ограничения исследования – продолжение широкой апробации информационной экономики и неза-
вершенность ее цикла.
Практическая значимость исследования – возможность использования в расширяющихся исследо-
ваниях в направлении концепции информационной экономики в качестве бизнеса и научной деятельности
как теоретического источника, связанного с информационно-коммуникационными технологиями.
Оригинальность и научная новизна исследования – исследование информационной экономики в ка-
честве базиса информационного общества и, подобный “экономике человеческого капитала” подход, ос-
нованный на знаниях, высоких инновативных технологиях, интеллектуальном труде.
Ключевые слова: информационная экономика, информационное общество, информационно-комму-
никационные технологии.
Hajizadeh Elshan Mahmud oglu
Prof. Dr., Azerbaijan State Economic University
ınformation economy as the basis of the information society
Purpose – describing scientifically the origin and evolution of the specific and different aspects of the in-
formation economy to justify its special role in finding a foundation of the information society and the global
Methodology – retrospective, comparative methods and factor analysis;
Findings – finding its global rapid development of the information economy doomed to convert segmental
global economic system and the formation of new economic relations.
Research limitations – continuation of the general approbation of the information economy and the incom-
pleteness of its cycle.
Practical implications – in expanding the use of research in the direction of the concept of knowledge-based
economy as a business and research activities, as a theoretical source of information and communication tech-
Originality – study the information economy as the basis of the information society, and this “economy of
human capital” approach, based on knowledge, high innovative technology, intellectual work.
Key words: information economy, information society, information and communication technology.
JEl Classification Codes: A13, D8, D83, E21, L86
Məqalə redaksiyaya daxil olmuşdur: 04.04.13.
Çapa qəbul olunmuşdur: 16.04.13.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
İqtisadi informasiya anlayışı
Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Müəssisələrdə idarəetmə prosesi nəzərdən keçirilərkən informasiya anlayışı kimi konkret idarəetmə obyektlərinə, konkret istehsal-texnoloji proseslərə, əmək və material ehtiyatlarına dair məlumatlar nəzərdə tutulur.
İqtisadi informasiya anlayışı
İstifadə obyektindən asılı olaraq müxtəlif tip informasiya mövcuddur. Onlardan biri iqtisadi informasiyadır
İqtisadi informasiya istehsalat-təsərrüfat fəaliyyətini xarakterizə edir və idarəetmə məqsədi üçün təyin edilir. İqtisadi informasiya müxtəlifdir. O ya artıq baş vermiş, yaxud baş verəcək hadisələri, prosesləri əks edir. Birinci halda hesablama ilə, ikincidə isə planlaşdırma ilə əlaqədər informasiya nəzərdə tutulur.
Yaranma mərhələsindən asılı olaraq ilkin və əlavə informasiya mövcuddur.
İlkin informasiya İstehsalat-təsərrüfat məsələlərinin həyata keçirilməsi, müəssisələrin maliyyə və digər fəaliyyəti nəticəsində yaranır. Beləliklə, ilkin informasiyanın mənbəyi istehsalatdır.
Əlavə informasiya ilkin informasiyanın emalı nətcsnidə əldə edlir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Sizə aşağıdakı mövzular faydalı ola bilər:
- İnformatikanın ilk anlayışları
- İnformasiya miqdarının ölçü vahidləri
- Əməliyyat sistemində fayl anlayışı
- Əməliyyat sistemi anlayışı
- Windows 7-də pəncərə anlayışı
Comments are closed, but trackbacks and pingbacks are open.