Press "Enter" to skip to content

Magistr OL

4. Yəqin ki ötən dərslərimizdən xatırlayırsan İnformatika elmi İnformasiya və onun prosesslərini öyrənir. İnformasiyanın hansı prosessləri var?

VİRTUAL-KURS.COM

Yeni Tədris metodları: VİDEO DƏRSLƏR, ONLINE TESTLƏR.

Sayfalar

  • Ana Səhifə
  • İnformatika VİDEO DƏRSLƏRİ
  • Riyaziyyat VİDEO DƏRSLƏRİ
  • Blogger VİDEO DƏRSLƏRİ
  • MBA VİDEO DƏRSLƏRİ
  • MƏQALƏLƏR
  • ONLINE Testlər
  • informatika
  • ƏLAQƏ

14.08.2020

İnformasiya sistemləri və onun elementləri

İnformasiya sistemləri

Sistem anlayışı:

  • Sistem dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu başa düşülür. Məsələn: Əməliyyat sistemi
  • Sistemi təşkil edən hissələr isə sistemin elementləri adlanır.
  • Ümumi sistemlər nəzəriyyəsinə görə istənilən gerçək obyektə (əşya və ya hadisəyə) sistem kimi baxmaq olar.

İnformasiya sistemi:

İnformasiyanın toplanması, saxlanması və əlçatan olmasını təmin edən sistemlərə informasiya sistemləri deyilir.

İnformasiya sistemləri 5 əsas komponentdən ibarət olur:

  1. Aparat təminatı
  2. Proqram təminatı
  3. Verilənlər
  4. İstifadəçilər
  5. Proses

İlk 3 komponent informasiya texnologiyaları kateqoriyasını təşkil edir.

İnformasiya sistemlərinin komponentləri:

  1. Aparat təminatı (hardware) – bura kompüter və onun hissələri, periferiya qurğuları daxildir;
  2. Proqram təminatı (software) – bu qola proqramlar aiddir;
  3. Verilənlər (data) – kompüterin yaddaşında saxlanılan nə varsa veriləndir. Adətən böyük həcmli verilənlər berilənlər bazasında saxlanılır;
  4. İstifadəçilər (uzers) – sistemdən istifadə edən insanlar;
  5. Proses (process) – hədəfə çatmaq üçün atılmış addımlar ardıcıllığıdır.

4 və 5-ci komponentlərə ətraflı baxaq:

İstifadəçilərin qrupları:

  1. Təsadüfi istifadəçi – xidməti vəzifəsi ilə bağlı olmadan informasiya sistemi ilə əlaqədə olan istifadəçi;
  2. Son istifadəçi – informasiya sistemi bu şəxslər üçün (onların istifadə etməsi üçün) nəzərdə tutulur;
  3. İnformasiya sistemləri (İS) heyəti – sistemi yaradanlar:
    • Verilənlər bazasının inzibatçısı (database administrator) – bazanın yaradılması, qorunması kimi vacib işləri icra edir;
    • Sistem analitiki (systems analyst) – informasiya sisteminin riyazi modelini qurur;
    • Sistem proqramçısı (systems programmer) – sistem və ya şəbəkə proqramını işləyib hazırlayan mütəxəssis;
    • Tətbiqi proqramçı (applications programmer) – bazada işləyən, sorğuları hazırlayan mütəxəssis.

    Prosesin tərkibi:

    • Daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;
    • Giriş informasiyanın emalı və onun əlverişli şəkildə təqdim olunması;
    • Müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;
    • Əks-əlaqə – giriş informasiyanın korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya

    _____________________________

    Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS):

    • VBİS –lər informasiya sistemlərinin vacib tərkib hissəsidir. Bu sistemlər informasiyanın optimal şəkildə saxlanmasını, yüksəksürətli və effektiv axtarış aparılmasını, filtirləmələri təmin edir.
    • Kiçik informasiya sistemlərində daha çox lokal VBİS-dən istifadə edilir. Böyük həcmə malik informasiya sistemlərində isə çoxistifadəçi rejimini dəstəkləyən müştəri-server arxitekturalı güclü VBİS-dən istifadə edilir.
    • Çox istifadə edilən bəzi VBİS-lər: ORACLE, SQL Server, Informix, Sybase, DB2.

    __________________________

    CASE proqramlaşdırma mühiti:

    CASE (Computer Aided Software Engineering – kompüter dəstəkli proqram mühəndisliyi) – proqramlaşdırma mühiti mürəkkəb kompüter proqramlarının kodlaşdırılması, işlənib hazırlanması, modelləşdirilməsi kimi bütün mərhələlərini əhatə edir. CASE texnologiyalarının yaranmasına qədər mürəkkəb informasiya sistemlərinin yaradılması daha uzun və mürəkkəb proses idi.

    İnformasiya sistemlərinin təsnifatı:

    • İnformasiya və ölçmə sistemləri – araşdırılan obyekt haqqında məlumatlar xüsusi texnologiyalarla (sensorlar, radiodalğalar və s.) əldə edilir. İstifadə sahələri: kosmiq tədqiqatlar, tibb, seysmologiya.
    • İnformasiya əldəetmə (axtarış) sistemləri – bura elektron lüğətləri, elektron ensklopediyaları, informasiya əldə etmək üçün nəzərdə tutulmuş müxtəlif sistemləri aid etmək olar;
    • Sənədlərin idarəedilməsi (və ya elektron sənəd dövriyyəsi) sistemləri – bu sistemlərdən müəssisələrarası və ya müəssisədaxili yazışmalar zamanı istifadə edilir;
    • Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) – müxtəlif obyektlərin modellərinin (sadə alətlər, kosmik gəmilər, təyyarələr, . ) hazırlanması
    • Ekspert sistemlər – hər hansı sahə üzrə biliklər (məlumatlar) bazası bu sistemlərin əsasını təşkil edir. Tibbi diaqnozların qoyulması, uzunmüddətli praqnozların verilməsi üçün bu sistemlərdən istifadə edilir;
    • Avtomatlaşdırılmış idarəetmə sistemləri (və ya Sənayeyə nəzarət sistemləri) – müxtəlif texnoloji proseslərin və ya istehsalın tam şəkildə idarə edilməsinin təmin edən sistemlərdir;
    • Coğrafi informasiya sistemləri – xəritələrin, sxemlərin, fəza verilənlərinin daxil edilməsini, saxlanmasını, əks etdirilməsini təmin edir;
    • Öyrəcidi informasiya sistemləri – elektron dərsliklər, online testlər, öyrədici proqramlar (həmçinin təyyarə və kosmik gəmilərin idarə edilməsinin öyrədilməsi üçün vasitələr) bura daxildir.

    Coğrafi informasiya sistemləri:

    • Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər və ya fəza verilənləri deyilir.
    • Obyektlərin təsvir edilməsi zamanı müxtəlif atributlar (mətn, ədəd, qrafika, audio, video) istifadə edilir.
    • Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji, tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.

    Coğrafi informasiya sistemlərində informasiya qatları:

    • Coğrafi informasiya sistemlərində verilənlər bazası informasiya qatları şəklində təşkil edilir.
    • Goğrafi informasiya sistemlərində təsvir edilən obyektlər 2 kateqoriyaya ayrılır:
      • Kəsilməz obyektlər: relyef, yağıntı səviyyəsi, orta temperatur, .
      • Diskret obyektlər: evlər, obyektlər, ərazi zonaları, .

      GPS (Glogal Positioning Sysyem)

      • Yer səthində və ya fəzada obyektlərin yerini, hərəkət sürətini təyin etmək üçün Qlobal Mövqetəyinetmə Sistemindən (GPS) istifadə edilir. Hal hazırda GPS-dən naviqasiya sistemlərində istifadə edilir.
      • GPS kosmik, idarətetmə və istifadəçi olmaqla 3 əsas seqmentdən ibarətdir. Bu sistem peykdən qəbul etdiyi siqnallarla olduğu yerin koordinatlarını təyin edir.

      Kadastr

      • Hər hansı obyekt və ya hadisələr haqqında məlumatların (keyfiyyət, kəmiyyət göstəriciləri) saxlanıldığı coğrafi sistemlərə kadastr deyilir.
      • Kadastrların yaradılması zamanı obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparılır.
      • Katastrların növləri: su kadastrı, torpaq kadastrı, iqlim kadasrtı, meşə qadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı, .

      QEYD: materialın hazırlanması zamanı əsasən orta məktəb İnformatika dərsliklərindən istifadə edilmişdir.

      Magistr OL

      Salam Əziz Oxucu! Sən artıq keçən dərsimizlə tanış olmusan, bilirsən ki İnformatika hansı iki sözün birləşməsindən əmələ gəlib və İnformatika nəyi öyrənir. (R.Q. And iç ki, bilirsən 😉 )
      Hardware, Brainware, Software bu anlayışların nə olduğunu xatırla. Və İnformasiyanın xassələrini bir daha oxu onsuzda hamsı yadında qalmayıb)))
      Tamlıq, Faydalılıq, Dəqiqlik, Anlaşıqlıq, Obyektivlik, Etibarlılıq, Aktuallıq, Adekvatlıq, Təzəlilik
      Qısaca təkrardan sonra artıq yeni dərsimizə keçə bilərik.

      a. İnformasiyanın təqdim olunma forma və üsulları. İnformasiyanın növləri.

      İnformasiyanın müxtəlif növləri var.
      -Vizual (yəni gözlə gördüyümüz) gözümüzlə gördüyümüz nə varsa hamsı vizual informasiyadır.

      -Səs formasinda olan informasiyalar. Məsələn eşitdiyimiz bütün məlumatlar səs formasinda olan informasiyalardır.

      -Radiodalğalar. Məsələn telefonla danışarkən bizim telefonumuzdan danışdığımız adamın telefonuna informasiya radiodalğalar şəklində ötürülür.

      Bu siyahını böyütmək də olar lakin bunlar bizə o qədər də maraqlı deyil. Bizə maraqlı olan Kompyuterlərin informasiyanı hansı formada saxlaması, ötürməsi və qəbul etməsidir. Məsələyə İnformatikanın gözü ilə baxsaq informasıyanın cəmi 2 forması var. Analoq və Rəqəmsal informasiya.

      Analoq İnformasiya
      Rəqəmsal (Digital) İnformasiya

      Gördüyümüz, eşitdiyimiz, toxunarkən hiss etdiyimiz bütün informasiyalar analoq informasiyadır. Məsələn sən danışırsan dostun sənə qulaq asır. Sənin ağzından çıxan səs siqnalların onun qulağına daxil olur və o səni eşidə bilir. Yaxud sən hal hazırda bu yazını oxuyursan, yazıdan əks olunan işıq sənin gözlərinə daxil olur sən yazını görə bilirsən. Bu informasiyalar analoq informasiyalardır.

      Kompyuterin və bir çox müasir qurğuların “beynin”də informasiya analoq formada deyil rəqəmsal formada mövcud olur. Rəqəmsal informasiya kodlaşdırılmış informasiyadır. Bəs o zaman kodlaşdırılmış nədir?

      -Kompyuter bizim qədər ağıllı deyil. (eyni zamanda yemək yeyib, televizora baxib, facebookda yazışıb, musiqiyə qulaq asıb, dərs oxuyan nəslin nümayəndələriyik). Yəni eyni vaxtda həm işıq, həm səs, həm hissiyyat formasında informasiyaları qəbul edə bilirik. Ancaq kompyuter bunu bacarmır o ancaq rəqəmlərlə işləyə bilir. Kompyuterə daxil olan bütün informasiyalar nə olursa olsun daxil olan andaca rəqəmlərə (kodlara) çevrilir. 0 və 1 rəqəmlərinə.

      Analoq informasiya kəsilməz informasiyadır.
      Rəqəmsal informasiya diskret (kəsilən) informasiyadır.

      Verilənlər : Atalar deyir ki, “Su girdi qaba oldu içməli”. Təsadüf nəticəsində sağ qalmış o atalardan biri kompyuter ixtira olunduqdan sonra deyib ki “İnformasiya girdi kompyuterə oldu Verilən”. İngiliscəsi DATA. Başqa sözlə Verilən kodlaşdırılmış informasiyadır. 4 tipi var.

      hesabi (və ya rəqəm tipli) -bütün ədədləri yazarkən bu tipdən istifadə olunur
      mətn (və ya simvol tipli) -adından görünür (Görünən dağa bələdçi nə lazım?!)
      məntiqi tipli -yalnız iki qiymət alır: Doğru (True-1), Yalan (False-0)
      göstərici tipli -kompyuterdə yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur

      Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit – ikilik rəqəm) adlanır. Bit – informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir.

      b. İnformasiyanın əsas prosesləri: toplanılması, saxlanılması, emalı və ötürülməsi.

      İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. ((Məsələn siz hal hazırda informatika fənnindən informasiya toplayırsız.))

      İnformasiyanın saxlanması. İnformasiya emaldan əvvəl və sonra informasiya daşıyıcılarında saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və Flash kartlardan, yaddaş kartlarından istifadə olunur. ((Siz isə hal hazırda topladığınız informasiyanı çalışın beyninizdə saxlayın. Digər vasitələrin heç birin imtahan zalına buraxmırlar J ))

      İnformasiyanın və emalı İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Kompyuterdə informasiyanı emal etmək üçün alqoritm və proqramlardan istifadə olunur. Məsələn internetdən bir testlər olan fayl yükləmişik baxırıq ki onun içində bizə lazım olmayan beynimizi qarışdıran testlər var. Faylı açırıq və həmin testləri silirik. Başqa sözlə emal edirik. ((siz də öyrəndiklərinizin bəzilərin yaddaşınızdan silirsiz və ya çatışmayanları ora əlavə edirsiz və imtahana gedəndə ancaq sizə lazım olan informasiyanı özünüzlə aparırsız))

      İnformasiyanın ötürülməsi və istifadəçiyə çatdırılması . Topladıq, saxladıq emal etdik indi isə ötürmək zamanıdır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. ((Ötürmək deyilən qəliz bir məsələ deyil ki, hər gün paylaşdğınız statuslar hamsı elə informasiyanın ötürülməsidir))

      Xatırlatma: Bəyəndiyiniz dərsləri, dostlarınızın da görüb oxuması üçün paylaşın
      Dərsi necə mənimsədiyini bilmək istəyirsənsə aşağıdakı suallara cavab tap:
      1. İnformasiyanın hansı növləri var?
      2. İnformasiya Hansı formalarda olur?

      3. Hal hazırda sən bu bloqdan informasiyanı nə edirsən? (mənim cavabım informasiya ötürürəm, Bəs sənin cavabın?)

      4. Yəqin ki ötən dərslərimizdən xatırlayırsan İnformatika elmi İnformasiya və onun prosesslərini öyrənir. İnformasiyanın hansı prosessləri var?

      5. Və şərtimiz şərtdir, öyrəndiyin dərsi kiməsə öyrət.
      Unutmayın: Bir dəfə öyrətmək 100 dəfə təkrar etməkdən yaxşıdır. MagistrOL atalar sözü ))

      Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.

      Mündəricata Keçid Et

      Müəllif: Rəşadət Şərifov

      Məqalələrin kataloqu

      İnformasiyanın emal edilməsi komputerin əsas funksiyalarındandır. Komputerdə informasiya emalı ilə prosessor adlanan ən böyük mikrosxem məşğul olur. Prosessor sözü “emaledici” mənasını verir. O çoxlu ayaqcıqları olan tekstolit və ya başqa izoləedici lövhənin (sahəsi 25 kv. sm və daha çox ola bilər) üzərində yerləşən bir – iki kv. sm böyüklüyündə olan informasiyanı (ədədi, mətn, qrafik, video, səsli və s.) emal edən elektron sxemdir. Qeyd etdiyimiz kimi informasiyanın bütün növləri 0 və 1 – lərin ardıcıllığı ilə — elektrik impulsları şəklində kodlaşdırılır (impuls varsa 1, impuls yoxdursa 0). Verilənləri emal etmək üçün onlar müvəqqəti olaraq əməli yaddaşa köçürülür. Prosessor komputerin “beynidir”. O, verilənləri diskdən əməli yaddaşa çağırır və oradan götürərək, emal edir. Sonra yenidən əməli yaddaşa göndərir və sərt diskdə fayllar şəklində yadda saxlayır.
      Prosessor ana platanın (əlavə/ şəkil 2,3) üzərində quraşdırılır. Hal hazırda müxtəlif növ prosessorlar mövcuddur – İntelliun, Pentium IV, Pentium III, Pentium II, Celeron, XEON, Pentium Pro, AMD, Surix, İBM və s. Fərdi komputerlərin prosessorları İntel firması tərəfindən qoyulmuş vahid standartlarla hazırlanır. Komputerin işləmə keyfiyyətin əsas göstəricisi prosessorun markası, həm də döyünmə tezliyidir. Bu haqda bir qədər sonra danışacağıq.
      Hesab və məntiq əməllərinin yerinə yetirilməsi, verilənlərin, əmirlərin yaddaşa yazılması və oradan oxunması, maşının bütün qurğularının işinin əlaqələndirilməsi, prosessorun funksiyalarına daxildir. Prosessorun tərkibi hesab – məntiq qurğusundan, idarəetmə qurğusundan və yüksək sürətli yaddaşdan ibarətdir.
      Prosessor da, yaddaş kimi oyuqlardan ibarətdir, amma bu oyuqlarda informasiya saxlanmır, emal edilir. Prosessorun oyuqları registr adlanır. Prosessorun müxtəlif oyuqlarının müxtəlif funksiyaları var. Ümumi təyinatlı oyuqlardan verilənlər üzərində aparılan əməliyyatlar zamanı istifadə olunur. Ünvan reqistri adlanan oyuqalarda isə ünvanlar saxlanılır. Bəzi xüsusi reqistrlərdən isə prosessoru yoxlamaq üçün istifadə olunur. Bayraqcıq reqistrləri və s. da vardır. Hər növ prosessorun öz reqistr tərkibi var və hər reqistrin də özünəməxsus funksiyası olur. Müasir komputerlərin prosessorlarında onlarla reqistr vardır.
      Əvvəlki mövzulardan birində şinlər bütün qurğular arsında informasiya qəbul edən və ötürən maqistral yollara bənzətmişdik. Prosessorla əməli yaddaşı birləşdirən şin əsasən iki hissədən ibarətdir (bu fikri prosessorun başqa qurğularla əlaqəsinə də şamil etmək olar). Hissələrdən bir ilə ünvan haqqında informasiya o birisi ilə verilənlər ötürülür. Şinlərlə prosessorun reqisrlərinə yaddaşın oyuqlarının məzmunu ötürülür. Verilənlər şini iki istiqamətlidir: Onların vasitəsilə verilənlər prosessora həm daxil olur, həm də emalın nəticələri yenidən yaddaşa ötürülür.
      Prosessorun bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı onun döyünmə tezliyi adlanır və gegaherslə (Ghs ) ölçülür. Bir hers saniyədə 1 dəyişiklik, 1 hadisədir.

      Bir Ghs=1 000 Mhs = 1 000 000 Khs = 1 000 000 000 hs, yəni bir gega hers — 1 saniyədə milyard takt (döyünmə) deməkdir. Prosessorun tezliyi (1 saniyədə apardığı sadə əməliyyatların sayı nə qədər çox olarsa o, daha sürətlə işləyər. Prosessorun daxilində əməliyyatlar çox böyük sürətlə aparılır. Ona görə də əməli yaddaşla aparılan informasiya mübadiləsi prosessor üçün qeyri – münasib olur. Prosesorun əməli yaddaşla işini asanlaşdırmaqdan ötrü onun daxilndə yaddaş üçün 256 , 512 , 1024, . Kb həcmində informasiya yerləşdirələcək sahə ayrılır. Bu “yüksək sürətli” yaddaş – keş (Ches) adlanır. O, verilənlərin prosessor və əməli yaddaş arasında ötürülməsinin sürətləndirilməsini təmin edən bufer rolunu oynayır. Prosesor hər hansı, verilənlər üçün əməli yaddaşa müraciət etdikdə onları yeni zamanda keş yaddaşa da yazır. Bu verilənlər bir daha lazım olduqda prosessor artıq onları keş yaddaşdan götürür. Tez – tez işlənən verilənlərin yüksək sürətli yaddaşda saxlanması verilənlərin keşləşdirilməsi adlanır. Bu üsuldan informasiya mübadiləsinin sürətləndirmək üçün başqa yaddaş qurğularında da istifadə olunur. Məsələn, sərt disk, CD – ROM və s. də keşləşdirilə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.