Press "Enter" to skip to content

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Karib birliyi (KARİKOM — CARİCOM — of the Caribean Community-dan ixtisarla — Red. qeydi) Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır.
Hökumət başçılarının konfransı Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir.

Beynəlxalq təşkilatlar

ASOİƏ təşkilatı (APEC — Asia-Pacific Ekonomic Cooperations-dan ixtisarla) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır. ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu Dünya ticarət təşkilatının prinsiplərinə əks olan ticarətdə olan həmin maneələrin əmtəə və xidmətlərlə aradan qaldırılması APEC-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə. Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil; elektrik enerjisi; ətraf mühit və davamlı inkişaf; əmək ehtiyatlarının inkişafı; elm və texnologiyada əməkdaşlıq; kiçik və orta biznesin təşkili; telekommunikasiya və informasiya sənayesi; ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing. SPF) müşahidəçi statusuna malikdirlər. İcraiyyə direktorunun rəhbərlik etdiyi ASOİƏ-nin katibliyi Sinqapurda yerləşir.

Ərəb liqası/Ərəb dövlətləri liqası

Ərəb liqası 1945-ci ildə bağlanmış, 1959-cu ildə birgə müdafiə və əməkdaşlıq Müqaviləsi ilə təkmilləşdirilmiş Ərəb dövlətləri liqasının Qahirə paktı əsasında yaradılmış ümumi mədəni irsi və qarşılıqlı maraqları olan ölkələrin birliyini təmsil edir. Liqanın subyektlərinin vəzifəsi üzv-dövlətlər arasında əlaqəni möhkəmləndirmək; ərəb ölkələrinin təhlükəsizliyini, müstəqilliyini və maraqlarını yerinə yetirmək məqsədilə siyasi fəaliyyətini koordinasiya etməkdir. Liqa həmçinin mədəniyyət, səhiyyə, sosial təminat, nəqliyyat və kommunikasiya, pasportlaşdırma və vizaların rəsmiləşdirilməsi, milli mənsubiyyət qanunları, ticarət, gömrük, valyuta, kənd təsərrüfatı və sənaye də daxil olmaqla iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində əməkdaşlığı daha da sıxlaşdırmağa səy göstərir. Liqaya üzv-dövlətin təcavüz yaxud təhdid hallarında Liqa Şurasını çağırmaq hüququ vardır. Qurumun üzvləri Əlcəzair, Bəhreyn, Cibuti, Yeqipet, İordaniya, İraq, Yəmən, Qatar, Kanar adaları, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan və Tunisdir. Ərəb ölkələri Liqası Baş məclisdə və tabelikdə olan təşkilatlarda müşahidəçi statusuna malikdir. Liqanın katibliyi və qərargahı Qahirədə yerləşir.

Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası

ASEAN-ın (ASEAN — Assosiation of South-East Asian Nations-dan ixtisarla) əsası İndoneziya, Malayziya, Sinqapur, Tayland və Filippin tərəfindən 8 avqust 1967-ci ildə Banqkokda qoyulmuşdur. Bruney və Darüssəlam 1984-cü ildə, Vyetnam 1995-ci ildə, Laos və Myanma 1997-ci ildə təşkilata qoşulmuşlar. Assosiasiyanın fəaliyyəti iqtisadi inkişafın sürətləndirilməsinə, sosial inkişafa və mədəni tərəqqiyə, həmçinin regionda sülhün və sabitliyin saxlanmasına yönəldilmişdir.
Əməkdaşlıq sahələri — siyasət, təhlükəsizlik, iqtisadiyyat, daxili və xarici əlaqələrdir. ASEAN-ın əsas siyasi təşəbbüslərinə sülh, azadlıq və bitərəflik (uyğun olaraq ing. -ZOPFAN) zonaları haqqında 1971-ci il Deklarasiyası, Cənub-Şərqi Asiyada dostluq və əməkdaşlıq haqqında 1976-cı il Müqaviləsi (TAS) və Cənub-Şərqi Asiyada 1995-ci ildə bağlanmış nüvəsiz zona haqqında Müqavilə (SEANÜFZ) əlavə edilir. 1994-cü ildə təsis edilmiş ASEAN-ın regional forumu Asiya, Sakit okean regionunda siyasi dialoqun və təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır.
İqtisadi əməkdaşlıq sahəsi ticarət və investisiya; sənaye; ərzaq məhsulları; kənd təsərrüfatı və meşəbəyilik; maliyyə və bank xidmətləri; nəqliyyat və kommunikasiya; mineral ehtiyatlar və elektrik enerjisi və xüsusi sektoru əhatə edir. ASEAN 1992-ci ildə özünün müstəqil iqtisadi zonası (AFTA) üçün ümumi qüvvədə olan, 2000-ci ilə kimi tarif vergilərini 0-5 dərəcəyə qədər azaltmağa, 2003-cü ilə kimi isə tamamilə ləğv etməyə çalışan preferensial tarif Sisteminə (uyğun olaraq ing. — CEPT) qoşuldu. Emal edilmiş və kənd təsərrüfatı məhsullarının emal edilməsində istifadə edilməmiş bütün sənaye malları, o cümlədən istehsal vasitələri ümumi qüvvədə olan preferensial tarif Sisteminə daxil olur. ASEAN həm də qeyri tarif məhdudiyyətlərini aradan qaldırmaqla, tarif nomenklaturası ilə razılaşdıraraq, gömrük proseduralarının və dəyərlərinin təyin edilməsi yolu ilə ticarət üçün əlverişli şəraitin yaradılmasına çalışır. Assosiasiyanın digər fəaliyyət sahələrinə elm və texnologiyada əməkdaşlıq, ətraf mühitin mühafizəsi, mədəniyyət və informasiya təminatı, sosial inkişaf, narkotik maddələr üzərində nəzarət daxildir.
ASEAN-ın böyük xidməti hövzə ölkələrinə, xüsusilə də Kambocaya, Laosa, Myanmaya kömək göstərilməsi məqsədilə 1995-ci ildə Mekonq çayı hövzəsinin inkişaf Korporasiyasının təşkil edilməsi oldu. Əməkdaşlıq sahəsi infraquruluşu, ticarət və investisiyanın cəlb edilməsini, kənd təsərrüfatını, meşə təsərrüfatını, mineral ehtiyatları, sənayeni, turizmi, əmək ehtiyatlarını, elm və texnologiyanı əhatə edir; işçi ekspert qrupları təşkil edilmişdir — maliyyə inkişafına, texniki yardıma, nizamnamə kapitalının və borclarının iqtisadi səmərəliliyi analizinin aparılmasına, Sinqapur və Çinin Kunminq şəhəri arasında dəmiryolu üzrə qrup (baxılma prosesində). ASEAN-ın xarici əlaqələri iki təşkilatda cəmlənmişdir:

ASEAN-ın regional forumu
Regionda təhlükəsizliyin gücləndirilməsi üzrə ASEAN-ın regional forumu (ARF) xarici dialoqun inkişaf etdirilməsi məqsədilə 1992-ci ildə təşkil edilmişdir və Sakit okean regionunda davam edən təhlükəsizlik üzrə dialoqu tamamlayır. ASEAN dövlətləri Forumun üzvləridirlər, müşahidəçi statusuna Papua Yeni Qvineya malikdir, dialoq üzrə tərəfdaşlar Avstraliya, Avropa ittifaqı, Hindistan, Kanada, Çin, Yeni Zelandiya, Koreya Respublikası, Rusiya, Amerika Birləşmiş Ştatları və Yaponiyadır. Forum Cənub-Şərqi Asiyada dostluq və əməkdaşlıq haqqında müqavilənin prinsiplərini və məqsədlərini dəstəkləyir və onu region dövlətləri arasında rəftar kodeksi qismində qəbul edir; Asiyanın Sakit okean regionunda daha qabaqcadan nəzərə alınmış və konstruktiv əlaqələr təşkil etmək məqsədilə dövlətlər arasında etimadın bərqərar edilməsi tədbirlərinə diqqət yetirir, həmçinin önləyici diplomatiyaya diqqət ayırır və münaqişələrin nizama salınması mexanizmini qabaqcadan nəzərə alır.

Asiya-Avropa görüşü
Asiya-Avropa görüşü (uyğun olaraq ing. — ASEM) Avropa və Asiya arasında «birləşdirici həlqə» kimi ASEAN tərəfindən düşünülmüşdür. Birinci Asiya-Avropa görüşü dövlət və hökumət başçılarının iştirakı ilə 1-2 mart 1996-cı ildə Banqkokda keçirilmişdir. Bu Asiya və Avropa rəhbərlərinin yüksək səviyyədə keçirilən ilk görüşü idi. Qurultay iştirakçıları Asiya-Avropa görüşlərinin açıq və təkamül xarakterli olmasını və iclaslar arasındakı müddət ərzində təşkilatlarda tədbirlər keçirməyin labüdlüyünü qəbul etdilər. Asiya-Avropa görüşləri mövcud olduğu müddət ərzində iqtisadiyyata, ətraf mühitə, elm və texnologiyaya, siyasətə, mədəniyyət və iki ölkə arasında əməkdaşlığın inkişafına aid on yeddi layihə-proqram təklif etdi. Bu layihə-proqramlar müxtəlif səviyyələrdə həyata keçirilirlər və Universitet asiya-avropa mübadilə proqramını, Sinqapur və Kunminq arasındakı transasiya dəmiryolunu birləşdirirlər. Asiya-Avropa görüşlərinin üzvləri Çin, Koreya Respublikası, Yaponiya, Avropa ittifaqının on beş üzv-dövləti və Avropa komissiyasının prezidenti, həmçinin ASEAN-a üzv-dövlətlərdir.

ASEAN-ın təşkilat quruluşu
Hökumət başçılarının qurultayı ASEAN-a qərarları qəbul edən ali orqandır, xarici işlər nazirlərinin və iqtisadiyyat nazirlərinin hər il keçirilən iclasları da daxil olmaqla, eyni zamanda müəyyən sahələrə aid olan on üç nazirlər görüşü keçirilir. Baş katibin rəhbərlik etdiyi ASEAN-ın katibliyi Cakartada yerləşir.

Hind okeanı regional əməkdaşlıq Assosiasiyası

1997-ci ildə təsis edilmiş HORƏA qarşılıqlı qeyri-hərbi maraqlara aid olan əməkdaşlıq məsələlərinin genişlənməsi məqsədini daşıyır. Üzvləri Avstraliya, Hindistan, İndoneziya, Yəmən, Keniya, Mavrikiyə, Madaqaskar, Malayziya, Mozambik, Oman, Sinqapur, Tanzaniya, Şri-Lanka və Cənubi Afrikadır.

Beynəlxalq hesablar bankı

Beynəlxalq hesablar bankı (uyğun olaraq ing. BİS) hökumətlərarası Konvensiyanın qərarına müvafiq olaraq 20 yanvar 1930-cu ildə təsis edilmişdir. Bu dövlətlərarası təşkilatlara və mərkəzi banklara xidmət göstərən mərkəzi bank təşkilatıdır. Bank həmçinin iqtisadi və pul tədqiqatları mərkəzidir, müəyyən müqavilələrin bağlanmasında texniki vasitəçilik xidmətləri və məsləhətlərlə kömək edir, məsələn, iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı ilə və Avropa kömür və polad birliyi (ESCS) ilə. BHB BVF kimi digər təşkilatlarla da əməkdaşlıq edir və 1982-ci ildən başlayaraq borclu ölkələrdə qısamüddətli bank borclarının verilməsi vasitəsilə satılma problemlərinin həllində xüsusilə faydalıdır. BHB­-nin otuz iki üzvü praktik olaraq bütün Mərkəzi Avropa banklarını, o cümlədən Yaponiya və Birləşmiş Ştatlar da daxil olmaqla bir neçə qeyri Avropa ölkəsinin rəhbər pul kredit təşkilatlanın təmsil edirlər. Aksiyaların bir hissəsinin şəxsi əllərdə olmasına baxmayaraq bütün səsvermə hüququ və nümayəndəlik ölkənin aksiyaları buraxan mərkəzi bankına məxsusdur. Öz statusuna müvafiq olaraq Bank yalnız göstərilən mərkəzi bankın valyuta siyasəti ilə razılaşdırılmış əməliyyatları apara bilər və qayda üzrə əməliyyatlar qısamüddətli xarakter daşıyır. Beynəlxalq hesablar Bankının qərargahı Bazeldə yerləşir.

Vışeqrad qrupu

Vışeqrad qrupu ümumi maraqlar sahəsində əməkdaşlıq üzrə regional təşkilatdır; onun üzvləri Macarıstan, Polşa, Slovakiya və Çex Respublikasıdır. Əsas təşəbbüsü sonradan Sloveniya və Rumıniyanın da qoşulduğu Mərkəzi Avropanın azad ticarət zonasıdır.

Avropa azad ticarət assosiasiyası Avropa iqtisadi məkanı

AATA (uyğun olaraq ing. — EFTA ) 1960-cı ildə Stokholmda Avropa iqtisadi cəmiyyətinə daxil olmayan, Qərbi Avropa dövlətləri ailəsi tərəfindən təyin olunmuş qanunların bazasında sənaye malları ilə azad ticarət zonasını yaratmaq məqsədilə imzalanmış Konvensiya əsasında təsis edilmişdir. Həmin məqsədə 1966-cı ildə nail olunmuşdur və artıq 1972-1973-cü illərdə Avropa cəmiyyəti ilə, Qərbi Avropa azad ticarət sisteminin yaradılmasına səbəb olan, azad ticarət haqqında müqavilə bağlanmışdır. 1992-ci ildə AATA Avropa İttifaqı ilə sənaye mallarının, xidmətlərin, kapitalın və adamların sərbəst (müəyyən edilmiş məhdudiyyətlərlə) hərəkət sistemini təşkil edərək, Avropa iqtisadi məkanının uyğun olaraq ing. EEA ) yaradılması haqqında müqavilə imzaladı. AATA-nın orqanı — nazirlər Şurası, daimi Komitə, parlament üzvlərinin Komitəsi, Konsultativ komitə və Məhkəmədir — AATA və Aİ birgə təşkilatlarla təkmilləşdirilmişdir. Assosiasiyaya İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir. AİM Norveç, İslandiya, Lixtenşteyn və Avropa ittifaqının üzv dövlətlərindən təşkil olunmuşdur.

Qərbi Avropa ittifaqı

Qərbi Avropa ittifaqı (uyğun olaraq ing. — WEU ) özündə müdafiə və təhlükəsizlik sahəsində, soyuq müharibədən sonra Şimali Amerikanın, Qərbi, Mərkəzi və Şərqi Avropanın keçdiyi keçid dövrünün nümunəsini göstərir. Başlanğıcdan bu birlik ilk növbədə hərbi ittifaq kimi hesab edilirdi. Birliyə daxil olan ölkələr silahlı hücum zamanı «onların sərəncamında olan bütün hərbi və digər vasitələrlə» 1954-cü ildə Brüssel müqaviləsində dəyişdirilmiş V maddə) Avropa çərçivəsində bir-birinə kömək etməyi öhdələrinə götürmüşlər. Sonralar Qərbi Avropa ittifaqı Maastrixt müqaviləsi üzrə ona verilmiş tərifə müvafiq olaraq «Avropa ittifaqının inkişaf sisteminin ayrılmaz hissəsi» (maddə j4 ) oldu və onun üzvləri “Şimali atlantika müqaviləsinin (B4 Deklarasiyası) blokuna daxil olan ölkələrin təhlükəsizlik və müdafiə sahəsində konsultasiyalar və razılaşmalar keçirilən əsas təşkilat olaraq qalmaqda davam edən NATO-ya konsultasiyaların gedişində vahid mövqedən çıxış etmək üçün ümumi maraqlara toxunan məsələlərin İttifaq çərçivəsində koordinasiyasının təkmilləşdirilməsi” haqqında razılığa gəldilər. Qərbi Avropa ittifaqı yeni tərifə müvafiq olaraq «Avropa birliyi prosesinin ayrılmaz hissəsi və Avropa ittifaqının NATO və OBCE ilə vəzifələrinin müdafiəsinin gələcək aləti», həmçinin Avropada Şimali Atlantika blokunun statusunun möhkəmlənməsi vasitəsi oldu. Bundan başqa Petersberqdə imzalanmış Deklarasiya çərçivəsində Qərbi Avropa ittifaqına humanitar və sülhməramlı sahələrdə, həm də böhran vəziyyətlərin həll edilməsinin vacib olduğu yerlərdə hərbi əməliyyatlar aparmaq rolu verilir.
Qərbi Avropa ittifaqının orqanları: ildə iki dəfədən az olmayaraq iclasları keçirilən nazirlər Şurası, İttifaqa daxil olan ölkələrin hər həftə görüşü keçirilən nümayəndələrinin Daimi şurası, həmçinin 115 üzvü olan, Parisdə ildə iki dəfə görüşü keçirilən Parlament assambleyasıdır. Qərbi Avropa ittifaqına Avropa ittifaqının on ölkəsi daxil olur: Belçika, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq və Fransa, Avstriya, Danimarka, İrlandiya, Finlandiya və İsveç müşahidəçi statusuna malikdirlər. Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Çexiya və Estoniya assosiasiya edilmiş tərəfdaşlardır, İslandiya, Norveç və Türkiyə isə assosiasiya edilmiş üzvlərdir. Təşkilatın katibliyi Brüsseldə yerləşir.

Karib regional təşkilatı Karib dövlətləri assosiasiyası

Karib dövlətləri assosiasiyası siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidadda və Tobaqoda yerləşir.

Karib birliyi (KARİKOM — CARİCOM — of the Caribean Community-dan ixtisarla — Red. qeydi) Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır.
Hökumət başçılarının konfransı Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir.

Şərqikarib dövlətləri Təşkilatına (uyğun olaraq ing. OECS) Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir. Bu xidmətlərin fəaliyyəti razılaşdırılmış xarici siyasəti və birgə diplomatik nümayəndəliklərin təşkilini əhatə edir. Əsas məqsədi hökumətlərarası danışıqlarda şərqi karib ölkələrinin işgüzar dairələrinin statusunun möhkəmləndirilməsidir.

Latın Amerikası iqtisadi təşkilatı

Latın Amerikası inteqrasiya assosiasiyası (uyğun olaraq ing. LAIA yaxud ALADI) Latın Amerikasında azad ticarət zonasını (uyğun olaraq ing. — LAFTA) təsis etmiş 1960-cı il müqaviləsini əvəz edən, 1980-ci ildə Montevideoda imzalanmış yeni Müqavilə əsasında yaradılmışdır. Yeni Müqavilənin məqsədi regionun sosial-iqtisadi inkişafını harmonizasiya və tarazlaşdırma yolu ilə inteqrasiya prosesinə irəliləməkdən ibarətdir; uzunmüddətli məqsəd Latın Amerikasında ümumi bazarın yavaş-yavaş və ardıcıl surətdə qurulması (1-ci maddə). Yeni Müqavilənin gücü əvvəlkindən daha böyükdür, amma sıx əməkdaşlığa nail olma metodları daha çevikdir, quruluşu isə müəyyən məqsədlərdə nailiyyətlərin əldə olunmasından fərqli olaraq daha praqmatik yanaşma əks etdirir. Müqavilə az inkişaf etmiş üzv-dövlətin başqa regional təşkilatlarla əlaqələrinin qurulmasında kömək edir, regional əməkdaşlıq haqqında regional və subregional sazişlər sistemini, tariflərdə preferensiyaları təmin edir. Katiblik Montevideoda yerləşir üzv-dövlətlər isə bundan əvvəlki Müqavilədə olanlardır, yəni: Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Meksika, Paraqvay, Peru, Uruqvay, Çili və Ekvadordur. Siyasəti hər üzv-ölkənin lazım gəldikdə toplaşan xarici işlər nazirləri Şurası tərəfindən müəyyən edilir, nümayəndələr Komitəsi isə daimi icraiyyə orqanıdır. Əslində assosiasiya Latın Amerikasının müxtəlif subregional təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinə kömək edən və müşahidələr aparan “çətirşəkilli təşkilat«dır.
Əlavə təşkilatları bunlardır: tərkibinə bütün Latın Amerikası ölkələrinin daxil olduğu iqtisadi planlaşdırmanın və siyasətin əlaqələndirilməsinin zərurətini müəyyən edən intervallarla görüşlər keçirən Latın Amerika iqtisadi sistemi (uyğun olaraq ing. — SELA) və İqtisadi və sosial informasiya mənbələrinin iqtisadi tədqiqatlar mərkəzi sayılan Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası Kariblər üçün İqtisadi komissiyası. Komissiya Çilinin Santyaqo şəhərində yerləşir.

And inteqrasiya sistemi And birliyinin yaradılmasını nəzərdə tutur və And qrupunun varisi sayılır, Latın Amerikasının azad ticarət zonası hüdudlarında daha sıx iqtisadi ittifaqın təmin edilməsi məqsədlərində subregional qrup kimi 1969-cu ildə yaradılmışdır, — hazırda Latın Amerikası Assosiasiyasının inteqrasiyası. Məqsəd malların, xidmətlərin və kapitalın səyyar azadlığı, habelə MERKOSUR ilə azad ticarət zonasının yaradılması. Üzvləri Boliviya, Kolumbiya və Ekvador (azad iqtisadi zonanı 1993-cü ildə yaradanlar), Venesuela və Perudur.

MERKOSUR (uyğun olaraq ing. MERCOSUR/MERCOSUL) Asunson müqaviləsinə əsasən 1991-ci ildə təsis edilmişdir. Malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin səyyar azadlığı, həmçinin regional kapital qoymanın irəliləyişi də daxil olmaqla məqsədi 2006-cı ildə gömrük ittifaqının yaradılmasından ibarətdir. Üzv-dövlətlər — Argentina, Braziliya, Paraqvay və Uruqvaydır. Paraqvay və Uruqvay üçün bəzi istisnalar olmaqla 1995-ci ildə tariflər 85 faiz aradan qaldırılmışdı. Azad ticarət haqqında Müqaviləyə Boliviya və Çili də qoşulmuşlar.

Üçlər qrupu — azad ticarət zonasının yaradılmasına yönəldilmiş, siyasi konsultasiyalar və iqtisadi inteqrasiyanın fəaliyyətinin həyata keçirilməsi üçün forumdur. Üzvləri Kolumbiya, Meksika və Venesueladır. Katibliyi Boqotada yerləşir.

Qərbi Afrikanın hökumətlərarası iqtisadi birliyi

Qərbi Afrikada otuzdan çox iqtisadi birlik vardır. Onların əmələ gəlməsi əsasən region çərçivəsində tarixi ayrılıqlarla bağlıdır və təşkilatların çoxu nəticədə birləşməyə gətirib çıxaran iqtisadi harmonizasiya məqsədini güdür. Nisbətən əhəmiyyətli birliklər bunlardır:

Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi (EKOVAS, uyğun olaraq ing. — ECOWAS) kənd təsərrüfatının, sənayenin və pul sisteminin təkmilləşdirilməsi, həmçinin enerji istehsalı, faydalı qazıntıların çıxarılması və birgə infraquruluşların yaradılması sahəsində inkişaf strategiyası da daxil olmaqla, dövlətlər arasında iqtisadi sazişlərin bağlanması zamanı və müxtəlif iqtisadi strategiyaların harmonizasiyasına yönəldilmiş bütün ayrı-seçkilik hallarının tədricən ləğv edilməsi əsasında Qərbi Avropa ölkələrində iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə 28 may 1975-ci ildə Laqosda yaradılmışdır. 1993-cü ildə Birliyin məqsədləri sırasına „siyasi sahədə əməkdaşlıq“ və 1981-ci ildə qəbul olunmuş qarşılıqlı kömək və müdafiə haqqında Protokol çərçivəsində regionlarda sülhməramlı qüvvələrin yaradılması tapşırığı da əlavə edildi. Bu məqsəd üçün təşkilat tərəfindən Müşahidəçi qrup (ECOMOG) yaradılmışdır.
EKOVAS regionun iqtisadi cəhətdən müxtəlif birliklərinin „çətirşəkilli təşkilatdır“. Təşkilata on altı ölkə daxildir: beş ingilisdilli Namibiya, Qana, Liberiya, Nigeriya və Serra-Leon, səkkiz fransızdilli Benin, Burkina-Faso, Qvineya, Mali, Niger, Fil Sümüyü Sahilləri Respublikası, Seneqal və Toqo, portuqaliya dilində danışan iki ölkə Qvineya Bisau və Yaşıl Burun Adaları və bir ərəbdilli ölkə — Mavritaniya. EKOVAS-ın orqanları: dövlət başçılarının illik Konfransı, ildə bir dəfədən az olmayaraq keçirilən nazirlər Şurasının müşavirəsi, Müqavilənin müddəalarını şərh edən və mübahisəli məsələlərin həllində arbitr olan Tribunal, əməkdaşlıq və inkişaf Fondu, Qərbi Avropa dövlətləri birliyinin İqtisadi Bankı (EKOBANK), altı ixtisaslaşdırılmış komissiya və qərargahı Abuyda yerləşən icraiyyə katibliyi. Dövlətlərin həmrəylik Şurası qədim təsisatlardan biridir. Benin, Burkina-Faso və Fil Sümüyü Sahilləri Respublikası daxil olduğu təsisatın əsası 3 iyun 1959-cu ildə qoyulmuşdur və 1966-cı ildə Toqo da bu təşkilata qoşulmuşdur. Bu birlik rəsmi birlik deyildir və onun məqsədi iştirakçı-ölkələr arasında iqtisadi siyasət məsələlərinin koordinasiyasından ibarətdir. Dövlətlərin həmrəylik Şurası iqtisadi əməkdaşlığa kömək edən qarşılıqlı yardım və təminat Fonduna malikdir.

Mano çayı dövlətləri İttifaqı (uyğun olaraq ing. — MRU) 1973-cü ilin oktyabrında Liberiya və Serra-Leon tərəfindən yaradılmışdır, sonra isə təşkilata 1980-ci ilin oktyabrında Qvineya da qoşuldu. Birliyin məqsədləri bunlardır: gömrük ittifaqının təşkil edilməsi və bütün maneələrin aradan qaldırılması yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi, birgə istehsal gücünün genişləndirilməsi üçün, yeni istehsalın qurulması sahəsində əməkdaşlıq üçün və iqtisadi əməkdaşlıq nailiyyətlərinin ədalətli bölüşdürülməsini təmin etmək üçün əlverişli şəraitin yaradılması.

Niger çayı dövlətləri Komissiyası yaxud Niger çayı hövzəsi dövlətləri Şurası (uyğun olaraq ing. — RNC) Benin, Burkina-Faso, Kamerun, Mali, Niger, Nigeriya, Fil Sümüyü Sahilləri Respublikası tərəfindən 1983-cü ilin oktyabrında Niger çayı hövzəsində yerləşən dövlətlərin inkişafı ilə bağlı layihələrin və proqramların stimullaşdırılması və əlaqələndirilməsinin təbliği məqsədilə yaradılmışdır.

Seneqal çayı dövlətlərinin inkişafı üzrə Təşkilat 1972-ci ildə Mali Respublikası, Mavritaniya və Seneqal tərəfindən Nuakşotda yaradılmışdır. Əgər bağlanmış Konvensiyanın üslubu və şərtləri ilə razılaşsalar, ərazisindən Seneqal çayı axıb keçən bütün dövlətlər bu koalisiyaya qoşula bilərlər.

Qərbi Afrikanın iqtisadi və valyuta ittifaqı (UEMOA) Qərbi Afrika dövlətlərinin Mərkəzi bankı adlanan öz mərkəzi bankı ilə fəaliyyət göstərərək İttifaqa daxil olan ölkələrin valyutalarının fransız frankına nisbətinə nəzarət edir.
İttifaqa Benin, Burkina-Faso, Mavritaniya, Mali, Niger, Fil Dişi Sahilləri Respublikası, Seneqal və Toqo daxildirlər, qurumun tapşırıqları bunlardır: (a) regional səviyyədə iqtisadi əməkdaşlıq və ilkin emal prosesini keçməmiş (yəni xammal) kənd təsərrüfat məhsullarının, balıq və təbii sərvətlərin də daxil olduğu yerli istehsal malları ilə azad ticarət bazasında iqtisadi inkişaf; (b) Şura üzvü olan ölkələrdə istehsal olunmuş malların idxalı üçün daha əlverişli gömrük şəraitinin təşkil edilməsi (regional kooperativ vergisi); © vahid xarici tarifin qoyulması.

Cənub-Şərqi Afrika ölkələrinin Ümumi bazarı

Cənub-Şərqi Afrika ölkələrinin ümumi bazarı (uyğun olaraq ing. — COMESA) Şərqi və Cənubi Afrika dövlətlərinin preferensial ticarət zonası fəaliyyəti əsasında 1993-cü ildə təsis edilmişdir. Şərqi Afrika ölkələrinin inkişaf üzrə Birliyi kimi, Cənubi Afrika ölkələrindən Namibiya, Svazilenda, Lesoto və Botsvandan — ibarət olan (uyğun olaraq ing. — SACU) Cənubi Afrika ölkələrinin gömrük ittifaqı kimi Təşkilat iqtisadi birləşməyə kömək edir, üzvləri — Anqola, Burundi, Cibuti, Zambiya və Zimbabve, Komor, Keniya, Lesoto, Madaqaskar, Malavi, Mavrikiyə, Mozambik, Ruanda, Seyşel adaları, Somali, Sudan, Svazilend, Tanzaniya, Uqanda, Eritreya, Efiopiya olan dövlətlər arasında öz pul-hesab vahidindən istifadə etməklə maliyyə əməliyyatlarının aparılması üçün hesabat palatasına xidmətlər təklif edir. Cənub-Şərqi Afrika ölkələrinin Ümumi bazarının katibliyi Lusakda yerləşir.

Amerika dövlətləri Təşkilatı

ADT (uyğun olaraq ing. — OAS) Şimali, Mərkəzi və Cənubi Amerika arasında çoxdan mövcud olan əməkdaşlıq ənənələrinin davamçısı oldu və hazırda həmin regionda dövlətdaxili münasibətlərə aid olan bütün məsələlər üzrə regional əlaqələndirici ali orqandır. Onun əsası ADT-nin 1948-ci il xartiyasında qoyulmuşdur və 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə Kartagen de İndiasda, 1992-ci ildə Vaşinqtonda və 1993-cü ildə Manaquada tərtib edilmiş Protokollarla əlavələr edilmişdir.
Təşkilatın üzvləri bu ölkələrdir: Antiqua və Barbuda, Argentina, Bahama, Barbados, Beliz, Boliviya, Braziliya, Venesuela, Haiti, Qvatemala, Honduras, Qrenada, Quayyana, Dominika, Dominikan Respublikası, Kanada, Kolumbiya, Kosta-Rika, Kuba (müvəqqəti olaraq xaric edilmişdir), Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Surinam, ABŞ, Trinidad və Tobaqo, Uruqvay, El-Salvador, Ekvador, Çili və Yamayka. Daimi müşahidəçi statusu otuz yeddi ölkəyə və Avropa ittifaqına verilmişdir.
Siyasi məsələlər hər il və bəzən xüsusi iclasları keçirilən, habelə lazım gəldikdə keçirilən xarici işlər nazirlərinin konstruktiv görüşləri prosesində Baş assambleya tərəfindən həll olunur. Hər biri bir iştirakçı-dövlətin nümayəndəsindən ibarət olan üç şura Baş katibliyin yerləşdiyi Vaşinqtonda görüşlər keçirirlər. Bu şuralar təşkilatın işini təşkil edən və siyasi xarakterli məsələləri həll edən daimi şuradan, Amerikaarası iqtisadi və sosial şuradan və Amerikanın təhsil, elm və mədəniyyət üzrə şuralarından ibarətdir. Bunlara əlavə olaraq bir də Amerikaarası hüquq komitəsi, insan haqları üzrə Amerikaarası komissiya və Amerikaarası inkişaf bankı fəaliyyət göstərir.

Afrika birliyi təşkilatı

ABT (uyğun olaraq ing. — OAU) Təşkilatın 25 may 1963-cü ildə Əddis-Əbəbədə üzv-dövlətlər tərəfindən imzalanmış xartiyasına əsasən Afrika dövlətlərinin ali təşkilatıdır. Təşkilatın üzvləri müvəqqəti xaric edilmiş Mərakeş istisna olmaqla Afrika kontinentinin bütün dövlətləri və ona aid olan adalardır (Madaqaskar və Mavritaniya da daxil olmaqla).

Təşkilatın əsas tapşırıqları bunlardır: Afrika dövlətlərinin həmrəyliyinə və ittifaqına köməyi; daha yüksək həyat səviyyəsinə nail olmaq üçün Afrika xalqlarının əməkdaşlığının əlaqələndirilməsi və genişləndirilməsi; öz suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi; bütün Afrika ərazisində müstəmləkəçiliyin aradan qaldırılması; BMT Nizamnaməsinə və Ümumi insan haqları deklarasiyasına uyğun olaraq beynəlxalq əməkdaşlığa yardım edilməsi.
Təşkilatın əsas təsisatları: ildə ən azı bir dəfə çağırılan dövlət və hökumət başçılarının Assambleyası siyasi kursu işləyən, formalaşdıran və həyata keçirən ali orqan; nazirlər şurası ildə ən azı iki dəfə toplaşır; Assambleya tərəlindən təyin edilən baş katibin rəhbərlik etdiyi, təşkilatın Əddis-Əbəbədə yerləşən Baş katibliyi; 21 iyul 1964-cü ildə Qahirədə ABT-nin üzv-dövlətləri tərəfindən imzalanmış Protokol əsasında və 21 üzv tərəfindən təşkil edilmiş arbitraj, nizamlayıcı və vasitəçi komissiya; Dar-əs-Salamda yerləşən Afrika azadlıq hərəkatı üzrə əlaqələndirici komitə və səkkiz xüsusi komissiya.

İslam konfransı təşkilatı

İslam konfransı təşkilatı (İKT, uyğun olaraq ing. İCO) 1971-ci ildə yaradılmışdır və Zanzibar ilə birlikdə əlli dörd üzv-dövlətdən ibarətdir. Mərkəzi Afrika Respublikası, Toqo və Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdirlər. Təşkilatın məqsədi islam maraqlarının inkişafından və bütün sahələrdə həmrəyliyin əldə edilməsindən ibarətdir; Fələstin xalqının öz vətənlərində milli hüquqlarını tam təsdiq edən 1974-cü il Laxor Deklarasiyasına əsasən konfransın qərarı ilə 1975-ci ildə gələcək Yerusəlim məsələləri üzrə daimi komitə (Əl-Qüds komitəsi) yaradılmışdır; Kasablanka xartiyasına əsasən 14 yanvar 1984-cü ildə regional barışıq və üzvlər arasında razılıq üzrə komitələr yaradıldı.
İKT beynəlxalq münasibətlərdə aktiv rolunu saxlayır, buna misal olaraq Əfqanıstana aid olan 28 yanvar 1979-cu il Məkkə deklarasiyasını və körfəzdə vasitəçiliyin gücləndirilməsi missiyasını göstərmək olar. Dövlət başçılarının konfransı hər il bir dəfə keçirilir, xarici işlər nazirlərinin görüşləri də ildə bir dəfə yaxud vəziyyət tələb edərsə daha tez keçirilir. Müxtəlif əlavə təşkilatlar vasitəsilə iqtisadi işlər komitəsi qarşılıqlı iqtisadi əməkdaşlığı və müsəlman ölkələri arasında həmrəyliyi inkişaf etdirir. Təşkilatın katibliyi Ciddədə yerləşir.

Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı

ATƏT-in (uyğun olaraq ing. OSCE) mənbəyi hələ soyuq müharibə dövründə də fəaliyyətdə olan və 1994cü ilə qədər Avropada əməkdaşlıq və təhlükəsizlik üzrə konfrans kimi fəaliyyət göstərən qurumdan başlayır. O zaman 1975-ci il Son Helsinki aktına əsaslanan qarşılıqlı etimadın müəyyən edilməsi prosesi təzə yaranırdı. ATƏT özünün hazırkı vəzifəsinə 1990-cı ilin yeni Avropası üçün Paris xartiyası, 1992-ci il Helsinki və 1994-cü il Budapeşt sammiti vasitəsilə gəlmişdi. ATƏT-in hazırkı məqsəd və tapşırıqlarının tərkibinə münaqişələrə xəbərdarlıq edilməsi, silahlanmaya nəzarət, insan haqlarının müdafiəsi, böhranların aradan qaldırılması, həmçinin demokratik cəmiyyətdə silahlı qüvvələrin vəzifələri və səmimiliyi üzrə davranış kodeksinin yaradılması aiddir. Yuxarıda sadalanan prinsiplərə müvafiq olaraq ATƏT 1966-cı il Deyton sazişinə dəstək üçün Bosniya və Herseqovinada seçkilərdə müşahidəçi rolunda çıxış etdi.
ATƏT-in orqanları bunlardır: iki ildə bir dəfə toplaşan dövlət (hökumət) başçılarının sammiti; ildə bir dəfə toplaşan ATƏT-in üzv-ölkələrinin xarici işlər nazirlərinin şurası; Praqada toplaşan siyasi məsələlər üzrə Ali şura və hər il Vyanada toplaşan Daimi parlament Şurası. Varşavada yerləşən demokratik institutlar və insan haqları üzrə büro öz gücünü insan haqlan problemlərinin və milli səviyyədə demokratik seçkilərin keçirilməsinin həllinə yönəldir. Milli azlıqların işləri üzrə ali komissar Haaqada, Dünya və arbitraj məhkəməsi isə Cenevrədə yerləşir. Hər həftə Vyanada təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə forumun iclası keçirilir.
ATƏT-ə xüsusi əhəmiyyət verən amillər: keçmiş soyuq müharibənin bütün iştirakçıları da daxil olmaqla, üzvlərinin tərkibidir. ATƏT tam həmrəylik prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir və kontinentdə Birləşmiş Ştatların iştirakı ilə Yeni Avropa Qaydasının təşkil edilməsi üçün əməkdaşlıq və diskussiyalara şərait yaradan vahid regional təşkilatdır. Keçmiş „Şərq“ və „Qərb“ arasındakı əlaqələrin qaydaya salınmasında vasitəçi kimi ATƏT-in missiyasının əhəmiyyətliliyi NATO və Rusiya arasında əməkdaşlıq və təhlükəsizlik qarşılıqlı münasibətləri haqqında Aktın preambulasında qeyd edilmişdir. Burada xüsusilə ATƏT-in „fəaliyyət göstərdiyi sahələrdə qarşılıqlı fəaliyyətə, konsultasiyaların alınmasına və qərarların qəbul edilməsinə kömək edən hər şeyi əhatə edən təşkilat“ kimi, həmçinin regional səviyyədə fəaliyyətlərə aid olan beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin dəstəklənməsi problemləri ilə məşğul olan regional müqavilələr yaxud təşkilatlar haqqında danışılan BMT nizamnaməsinin VIII maddəsinə müvafiq olaraq Regional müqavilə kimi vəzifələri müəyyən edilmişdir. Hər iki tərəf „ATƏT-in Avropada rolunun gücləndirilməsinə kömək etmək“, həmçinin preventiv diplomatiyanın əsas aləti, münaqişələrə xəbərdarlıq edilməsi, böhranların aradan qaldırılması, təhlükəsizlik sahəsində mövqe toqquşma reabilitasiyası və regional əməkdaşlıq barədə razılıq əlaməti olaraq saziş imzaladılar. Bundan əlavə tərəflər göstərilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün fəaliyyətdə olan imkanlarının daha da genişləndirilməsi barədə razılığa gəldilər.
ATƏT-in üzvləri Avstriya, Azərbaycan, Albaniya, Andorra, Ermənistan, Belarusiya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Malta, Moldova, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Müqəddəs Prestol, Slovakiya, Sloveniya, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çex Respublikası, İsveçrə, İsveç, Estoniya, Yuqoslaviyadır (Serbiyanın və Çernoqoriyanın üzvlüyü dayandırılmışdır). Əməkdaşlıq üzrə tərəfdaşlar Yaponiya, Koreya; Aralıq dənizi tərəfdaşları — Əlcəzair, Misir, İsrail, Mərakeş və Tunisdir. Katibliyi Vyanada yerləşir.

Neft ixracat ölkələri təşkilatı

OPEK (OPEC Orqanisation of the Petroleum Exporting Countries-dən ixtisarla. Red. qeydi.) 1960-cı ildə yaradılmışdır, onun üzvləri Əlcəzair, Venesuela, İndoneziya, İran, İraq, Qatar, Küveyt, Livan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. OPEK-in birinci dərəcəli tapşırığı istehsalçılar üçün neftin ədalətli və stabil qiymətini təmin etməkdən, həmçinin istehlakçılara daimi və kifayət qədər məhsul çatdırmaqdan ibarətdir, bununla belə qiymətqoyma siyasəti qalan neft ixracat ölkələrinə lazımınca təsir göstərir. OPEK-in neft nazirlərinin müntəzəm görüşləri, fövqəladə görüşlər sayılmadan yarım il intervalı ilə keçirilir. OPEK-in katibliyi Vyanada yerləşir.

İqtisadi əməkdaşlıq təşkilatı

İqtisadi əməkdaşlıq təşkilatı iqtisadi əməkdaşlıq üzrə regional qrupdur, üzvləri Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandır. Fəaliyyət dairəsi nəqliyyat, rabitə, ticarət, enerji təchizatı, həmçinin regional ödəmə sisteminin yaradılması sahələrini əhatə edir.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT, uyğun olaraq ing. — OECD) Avropa iqtisadi əməkdaşlıq Təşkilatının (AİƏT) davamçısı kimi 30 sentyabr 1961-ci ildə yaradılmışdır. Onun məqsədi iqtisadi və sosial rifahın Avropa regionu ərazisində yayılmasına kömək etməkdir və təşkilata üzv-ölkələrin hökumətlərinə bu məqsədə nail olmaq üçün yönəldilmiş siyasətin hazırlanmasında və əlaqələndirilməsində yardım göstərir. Bundan əlavə İƏİT üzv-ölkələrin inkişaf etməkdə olan ölkələrə kömək üçün istiqamətləndirilmiş güclərinin stimullaşdırılmasını və əlaqələndirilməsini də qarşısına məqsəd qoyur. Üzv-ölkələrin nümayəndələrindən ibarət olan Şura İƏİT-ə rəhbərlik edir. Şura baş katib başda olmaqla müntəzəm olaraq səfirlər səviyyəsində həftədə bir dəfə, nazirlər səviyyəsində isə özlərindən hər il yeni sədr seçilməklə ildə bir dəfə çağırılır. Tövsiyələr və qərarlar Şuranın bütün üzvlərinin razılığı əsasında qəbul edilir. Şuraya hər il təyin edilən, on dörd üzvdən ibarət İcraiyyə komitəsi kömək edir.
Təşkilatın işinin əsas hissəsi iki yüzə yaxın ixtisaslaşdırılmış komitələr və işçi qruplar tərəfindən hazırlanır və yerinə yetirilir. Bunların sırasına iqtisadi siyasət üzrə, iqtisadiyyata və inkişafa yardım üzrə, ticarət üzrə, qeyri-müəyyən sövdələşmələr üzrə, maliyyə bazarları 155 üzrə, vergi qoyma üzrə, biznesdə məhdudlaşdırmalar üzrə, istehlak sahəsində siyasət üzrə, turizm üzrə, dəniz nəqliyyatı üzrə, beynəlxalq investisiyalar və müəssisələr üzrə, energetika sahəsində siyasət üzrə, sənaye üzrə, polad üzrə, elm və texnika sahəsində siyasət üzrə, təhsil üzrə, əmək ehtiyatları və sosial siyasət üzrə, ətraf mühitin mühafizəsi üzrə, kənd təsərrüfatı üzrə, balıq təsərrüfatı üzrə və s. komitələr daxildir. Təşkilatın tərkibinə daha dörd muxtar orqan da aiddir: Beynəlxalq energetika agentliyi (BEA, uyğun olaraq ing. — İEA), Nüvə enerjisi üzrə agentlik (NEA, uyğun olaraq ing. — NEA), təhsil sahəsində inkişaf Mərkəzi və tədqiqatlar və yeniliklər Mərkəzi (TTYM). 1990-cı ildə keçid iqtisadiyyatı münasibətilə məqsədi İƏİT ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında əlaqələrin qaydaya salınması olan, bazar iqtisadiyyatına keçid prosesində köməyi lazım olan Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi açılmışdır.
İƏİT-in üzvləri Avstraliya, Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Türkiyə, Finlandiya, Fransa, Çex Respublikası, İsveç, İsveçrə və Yaponiyadır. Avropa birliyi Komissiyası adətən İƏİT-in işində iştirak edir. Baş katibin rəhbərlik etdiyi katiblik Parisdə yerləşir.

Azad ticarət haqqında Şimali Amerika müqaviləsi

NAFTA (NAFTA — North Amerikan Free Trade Agreement-dən ixtisarla. — Red. qeydi.) Kanada, Meksika, Amerika Birləşmiş Ştatları arasında 1992-ci ildə imzalanmış müqavilə ilə təsis edilmişdir. Onun əsas məqsədi on il müddətində (kənd təsərrüfatı və nəqliyyat vasitələri üçün on beş il) sənaye və kənd təsərrüfatı mallarının tariflərinin və faizlərinin aradan qaldırılması yolu ilə azad ticarət zonasının yaradılmasından, xidmət sahələrində sərbəstliyin təmin edilməsindən ibarətdir.
Müqavilənin məqsədləri dövlətlərin tərəflər kimi qəbul etdiyi preambulada aşağıdakı qaydada əks etdirilmişdir:
Xüsusi dostluq bağlarını və onların millətləri arasında əməkdaşlığı gücləndirmək; harmonik inkişafa yardım və dünya ticarətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın artımının təmin edilməsi; üzv-dövlətlərin ərazisində istehsal edilmiş malların və xidmətlərin genişləndirilmiş və təhlükəsiz bazarının yaradılması; ticarətdə maneələrin aradan qaldırılması; ticarətin idarə edilməsində dəqiq və qarşılıqlı sərfəli qaydaların təyin edilməsi; biznes-planlaşdırma və kapital qoyma üçün qabaqcadan nəzərdə tutulmuş kommersiya çərçivələrinin formalaşdırılması; Ümumdünya ticarət təşkilatının və başqa çoxtərəfli və ikitərəfli əməkdaşlıq orqanlarının qanunlarına və prinsiplərini nəzərə almaqla vəzifələrinə hörmət göstərmək; onların firmalarının dünya bazarında rəqabətqabiliyyətliliyini gücləndirmək; yaradıcılığa və yeniliklərə yardım göstərmək; zehni mülkiyyət haqqında hüquq obyekti sayılan mallarla və xidmətlərlə ticarəti inkişaf etdirmək; yeni iş yerlərinin təşkil edilməsi və müvafiq ərazilərdə həyat və əmək şəraitinin, yaşayış göstəricilərinin yaxşılaşdırılması; bu məqsədlərdən hər birinə ətraf mühitin mühafizəsini və saxlanmasını təmin etmək yolu ilə nail olmaq; dövlətlərdə ictimai firavanlığın çevik və etibarlı sisteminin saxlanması; davamlı inkişaf; ətraf mühit problemləri üzrə qanunun gücləndirilməsi; zəhmətkeşlərin əsas hüquqlarının müdafiəsi və möhkəmləndirilməsi.
Xüsusi qaydalar ozon qatını zəiflədən maddələr haqqında Monreal protokolunda, məhv olmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri üzrə 1973-cü il beynəlxalq ticarət Konvensiyasında, 1989-cu il Bazel konvensiyasında və ABŞ və Meksika arasında sərhəd zonasında ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üzrə 1986-cı il Sazişində əks etdirilmişdir.
1996-cı ilin yanvarında Çili NAFTA-nın üzvü olur ki, bu da „Alyaskadan Tyer-del-Fueqoya kimi Amerika azad ticarət zonası“ prosesinin formalaşmasının başlanması olur.

Avropa şurası

Avropa Şurası 1939-1945-ci il müharibəsindən sonra Avropada təsis edilmiş ilk beynəlxalq təşkilatdır. Təşkilatın 5 may 1945-ci ildə on müəssis-ölkə tərəfindən imzalanmış Nizamnaməsinə müvafiq olaraq Avropa Şurasının fəaliyyəti sıx Avropa birliyinin, parlament demokratiyası prinsiplərinin saxlanmasının, ümumi insan dəyərlərinin saxlanmasının, həyat səviyyəsinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldilmişdir. Hazırda təşkilatın fəaliyyətinin prioritet istiqamətləri insan haqlarına riayət edilməsi, təhsil, mədəniyyət və idman, sosial məsələlər, gənclər arasında işsizlik, səhiyyə, ətraf mühit və arxitektura mirası, yerli və məhəlli idarə və hüquqdur. Təşkilat həm də ümumi mirası olan ideyalarının və prinsiplərinin təhlükəsizliyini və reallaşdırılmasını təmin etmək məqsədilə üzv-dövlətlərin çoxluğunun razılığını əldə etməyə, həmçinin iqtisadi və sosial tərəqqi üçün əlverişli şəraitin yaradılmasına səy göstərir. Bir sözlə Avropa Şurasının əsas tapşırığı „bütün kontinentdə Avropa mədəniyyətinin orijinallığının saxlanmasına kömək etməkdir“.
Şuranın fəaliyyətinin nailiyyətlərinə insan haqları üzrə Avropa konvensiyasının qəbul edilməsi, Avropa komissiyasının və insan haqları Məhkəməsinin yaradılması, hazırda otuz dörd üzv-dövlət tərəfindən tanınmış məcburi yurisdiksiya, həmçinin hansı cinayətlərin siyasi cinayət olmadığını, hansıların siyasi cinayət olduğunu və hansı cinayətlərin siyasi motivlərlə nəticələnəcəyini qabaqcadan nəzərə alan terrorizmlə mübarizə üzrə Avropa konvensiyasının qəbul edilməsi aiddir.
Avropa Şurasının orqanlarına təşkilatın bütün üzv-ölkələrinin ildə iki dəfə çağırılan nazirlər Komitələri, bir sıra ixtisaslaşdırılmış idarələr, 286 üzvdən ibarət və özünün konsultasiya orqanı olan ildə üç dəfə çağırılan Parlament assambleyası aiddir.
Avropa Şurasına Avstriya, Albaniya, Andorra, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Lixtenşteyn, Makedoniya, Malta, Moldaviya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Birləşmiş Krallıq, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çexoslovakiya, İsveçrə, İsveç və Estoniya daxildir. Baş katiblik Strasburqda yerləşir.

Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurası

Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının əsası 1981-ci ildə qoyulmuşdur, onun siyasəti 1981-ci ildə ratifikasiya edilmiş Xartiya ilə müəyyən edilmişdir. Üzv-dövlətlər Bəhreyn, Qatar, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır. Əsas məqsədi bütün iqtisadi, sosial və mədəni məsələlərdə əlaqələndirmə, əməkdaşlıq və inteqrasiyadır. Nisbi nizamlama iqtisadi və maliyyə məsələlərində; kommersiyada, gömrükdə və kommunikasiyada; təhsil və mədəniyyətdə; sosial və səhiyyə problemlərində; SMİ və turizmdə; qanunverici və inzibati məsələlərdə həyata keçirilir. Saziş həmçinin sənayedə, kənd təsərrüfatında və su ehtiyatlarının saxlanmasında elmi və texnoloji tərəqqini stimullaşdırmalıdır. Birləşmiş iqtisadi sazişin şərtlərinə görə altı dövlət arasında tarif maneələri ləğv edilmişdir və Körfəz xalqları hər hansı dövlətdə istehsal açmaqda azaddırlar və kontraktların bağlanmasında bərabər hüquqludurlar. Bundan əlavə cəld manevr edilməsi üçün birləşmiş müdafiə qüvvələrinin yaradılması da planlarda vardır.
Hər il görüşü keçirilən dövlət başçılarının Ali şurası və üç aydan bir iclası keçirilən nazirlər Şurası Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının orqanlarıdır. Baş katiblik Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşir.

Birlik

Britaniya imperiyasının bir hissəsini təşkil edən yaxud Kralın mühafizəsi altında olan dövlətlərin birləşməsi Birlik adlanır. Birlik ölkələrində keçirilən əməkdaşlıq və konsultasiyalar mədəniyyət və təhsil məsələlərinə aiddir. Hökumət başçılarının yaxud onların nümayəndələrinin görüşü qayda üzrə iki ildən bir praktiki məsələlərdə fikir mübadiləsi məqsədilə keçirilir. Birlik tərəfindən göstərilən kömək və yardım Kolombo planında, həmçinin Birliyin maarifləndirici proqramında; hazırda Lomey konvensiyasında qeyd olunmuş ticarət praktikasında, preferensial tariflər və faizlərdə əks olunmuşdur. Əlahəzrət Kraliça II Yelizaveta Britaniya Birliyinin başçısıdır; baş katiblik və katiblik Londonda yerləşir. Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Banqladeş, Barbados, Beliz, Botsvana, Bruney, Vanuatu, Qayana, Qambiya, Qrenada, Qana, Dominikan Respublikası, Zambiya, Qərbi Samoa, Zimbabve, Hindistan, Kamerun, Kanada, Keniya, Kipr, Kiribati, Lesoto, Mavrikiyə, Malavi, Malayziya, Maldiv adaları, Malta, Mozambik, Namibiya, Nigeriya, Yeni Zelandiya, Sent-Kits və Nevis, Sent-Lyusiya, Sent-Vinsent və Qrenadina, Pakistan, Papua-Yeni Qvineya, Svazilend, Seyşel adaları, Sinqapur, Böyük Britaniyanın Birləşmiş Krallığı və Şimali İrlandiya, Solomonov adaları, Syerra-Leon, Tanzaniya, Tonqa, Trinidad və Tobaqo, Uqanda, Fidji, Şri-Lanka, Cənubi Afrika və Yamayka Birliyin tamhüquqlu üzvləri statusuna malikdirlər. Birliyin Parlament assosiasiyası Birlik qanunvericiliyində qarşılıqlı maraqlara riayət edilməsinə nəzarət edir; o, konseptual yaxud praktiki parlament idarəetmə formasını təmin etməyi bacarmayan ölkələrin üzvlüyünü müvəqqəti olaraq dayandırır.

Müstəqil Dövlətlər Birliyi

Müstəqil Dövlətlər Birliyi (uyğun olaraq ing. — CİS) — Britaniya Birliyi və Fransız Cəmiyyəti ilə vəzifələri – üzv-dövlətlərin əməkdaşlığını və inkişafını effektli davam etdirmələri çərçivəsində institutsional quruluşun təmin edilməsi üçün səy göstərməkdir. MDB digər oxşar təşkilatlar kimi keçmiş Sovet İttifaqı ölkələrində ilkin iqtisadi qarşılıqlı asılılığın azaldılması və milli cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi yolunda fasiləsiz inkişaf prosesini həyata keçirir.
MDB-nin əsası 1991-ci ildə Rusiya, Belarusiya və Ukrayna arasında bağlanan müqavilə ilə qoyulmuşdur. Keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlikləri SSRİ-nin „coğrafi reallıq və beynəlxalq hüququn subyekti kimi fəaliyyətini dayandırdığını“ qəbul etdilər, bununla bərabər „Birliyin üzvləri arasında əməkdaşlığın bərabərlik prinsipləri əsasında koordinasiya idarəsi tərəfindən həyata keçiriləcəyini“ elan etdilər. Əməkdaşlıq sahəsi xarici siyasəti, vahid iqtisadi zonanın formalaşdırılmasını və inkişafını, həmçinin gömrük siyasəti, nəqliyyat və rabitə, ətraf mühit, miqrasiya və kütləvi cinayətkarlıqla mübarizə sahəsində ümumi Avropa və Avrasiya bazarlarını əhatə edir.
Digər keçmiş respublikalar — Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan və Özbəkistan — da Deklarasiyaya qoşuldular, „strateji qüvvələrə birgə komandanlığın zərurətini və nüvə silahı üzərində ümumi nəzarətin təmin edilməsini qəbul edən“ strateji qüvvələr haqqında Müqavilə və sülhün saxlanması üçün sonrakı ikitərəfli danışıqların bazası sayılan silahlı qüvvələr və sərhəd qoşunları haqqında Müqavilə imzaladılar. MDB qoşunlarının ümumi komandanlığının yaradılması təklifi qəbul edilmədi və hərbi əlaqələndirmə komitəsi yaradıldı, Rusiya isə lazım gəldikdə Mərkəzi Asiya və Zaqafqaziya respublikalarının sərhədlərinin qorunmasında onlara kömək göstərməyə razılıq verdi. Əməkdaşlığın digər sahələri MDB Bankının, Neft-qaz komitəsinin yaradılmasını, azad ticarətin təmin edilməsini və iqtisadi ittifaqın təşkil edilməsini, həmçinin MDB daxilində maliyyə əməliyyatlarının vəzifələrini iqtisadi məhkəmə vasitəsilə nizamlayan orqanı əhatə edir.
MDB-nin təşkilat quruluşunu dövlət başçıları Şurası və hökumət başçıları Şurası, həmçinin müxtəlif konsultativ və əlaqələndirmə təsisatları təmsil edir. Katiblik Minskdə yerləşir.

Ərəb Məğrib Şurası

ƏMŞ stabilliyə, təhlükəsizliyə və iqtisadi əlaqələndirməyə, kömək edən regional təşkilat kimi 1993-cü ildə Mərakeş müqaviləsi çərçivəsində yaradılmışdır. Onun tərkibinə Əlcəzair, Livan, Mavritaniya, Mərakeş və Tunis daxildir. Katibliyi Rabatda yerləşir.

Mərkəzi Amerika ümumi bazarı

Mərkəzi Amerika ümumi bazarının (uyğun olaraq ing.- MCCA) üzvləri Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua və Əl-Salvadordur. Ölkələr Manaqua və Qvatemala tərəfindən imzalanmış pul-kredit Deklarasiyasına uyğun olaraq bütün regiondaxili ticarət sövdələşmələrinə qoyulan tarifləri aradan qaldırmaq və sonra gömrük ittifaqını yaratmaq vəzifəsini öhdələrinə götürürlər. Həmin tədbir vergi siyasətinin uyğunlaşdırılmasını, gömrük rüsumlarının bölünməsini, monopoliya məsələlərini, dempinqi və ədalətsiz rəqabəti, əlaqələndirilmiş sənaye inkişafı və tranzit prinsiplərinin tətbiq edilməsini, həmçinin Mərkəzi Amerika iqtisadi inteqrasiya bankının təşkil edilməsini nəzərdə tutur. Mərkəzi Amerika ümumi bazarının struktur orqanlarına təşkilatın üzv-ölkələrinin nazirlərindən ibarət Mərkəzi Amerika iqtisadi şurası və hər bir ölkənin nümayəndəsinin daxil olduğu İcraiyyə şurası aiddir. Baş katib və katiblik Qvatemala şəhərində yerləşir.

Mərkəzi Avropa təşəbbüsü

MAT (uyğun olaraq ing.- CEİ) 1989-cu ildə Avstriya, Macarıstan, İtaliya, və Yuqoslaviya tərəfindən iqtisadi və siyasi əməkdaşlığın aktivləşdirilməsi, transsərhəd infrastrukturunun inkişafı və regionda baş verən problemlərin müzakirəsi üzrə forumların təşkil edilməsi məqsədilə yaradılmışdır. 1997-ci ildə təşkilatın üzvlərinin sayı on altıya çatdı. Hazırda MAT-ın əsas məqsədi hələ Avropa ittifaqına daxil olmamış, lakin parlament demokratiyasının, həmçinin insan hüquqlarına əməl etmənin prinsiplərini elan etmiş dövlətlər üçün əlverişli şəraitin yaradılması və Avropaya inteqrasiyasına kömək etməkdir. Üzvləri Avstriya, Albaniya, Belarusiya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, İtaliya, Makedoniya, Moldaviya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Xorvatiya və Çexiyadır.
MAT-ın təşkilat quruluşu hökumət başçılarının illik qurultayı, xarici işlər nazirlərinin illik görüşləri, milli əlaqələndirmə Komitələrinin müntəzəm iclasları, müəyyən sahələrin nazirlərinin xüsusi görüşləri və milli parlamentlərin nümayəndələrinin iştirakı ilə Parlament konfransı kimi müntəzəm forumlarda əsaslandırılmışdır. Bununla belə Avropa ittifaqı, Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa yenidənqurma və inkişaf bankı, Baltik dənizi ölkələri Şurası, Qara dəniz iqtisadi əməkdaşlığı, Alp Adriatik regionu ölkələri Birliyi və Dunay hövzəsi ölkələri Birliyi kimi təşkilatlarla əməkdaşlıq və dialoq saxlanılır.
Təşkilatın daimi katibliyi yoxdur, Triest mərkəzi (TSEİ) 1996-cı ildə İtaliyada yaradılmışdır.

Qaradəniz iqtisadi əməkdaşlığı

Qaradəniz iqtisadi əməkdaşlığı (uyğun olaraq ing. BSEC) on bir ölkə tərəfindən İstanbulda keçirilən Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığı üzrə sammitdə 2 iyun 1992-ci ildə qəbul edilən Deklarasiyaya müvafiq olaraq yaradılmışdır. Təşkilatın fəaliyyəti, demokratiya, sosial ədalət, insan hüququ, qanunun aliliyi, əsas azadlıqlar və iqtisadi mülkiyyət kimi ümumi qəbul edilmiş dəyərlər əsasında regionda sülhün, stabilliyin və çiçəklənmənin saxlanmasına yönəldilmişdir. Qaradəniz iqtisadi əməkdaşlığının üzvləri Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldaviya, Rusiya, Rumıniya, Türkiyə və Ukraynadır. Avstriya, Misir, İsrail, İtaliya, Polşa, Slovakiya və Tunis müşahidəçi statusuna malikdirlər.
Qaradəniz iqtisadi əməkdaşlığının strukturunu dövlət və hökumət başçılarının illik görüşləri, Parlament assambleyası, Fessalonikada yerləşən Qara dəniz ticarət və inkişaf bankı, həmçinin Ankarada yerləşən statistik məlumatlar mübadiləsinin əlaqələndirmə mərkəzi təşkil edir. Qaradəniz iqtisadi əməkdaşlıq Şurası təşkilatın üzv-ölkələrinin işçi dairələrinin nümayəndələrindən ibarət və təşəbbüslərin irəli sürülməsi və xüsusi sahədə əməkdaşlığın möhkəmləndirilməsi ilə məşğul olan orqanı təmsil edir. Katibliyi İstanbulda yerləşir.

Cənubi Asiya regional əməkdaşlıq assosiasiyası

Cənubi Asiya regional əməkdaşlıq təşkilatının əsası (CARƏA, uyğun olaraq ing. — SAARC) Banqladeş, Butan, Hindistan, Maldiv, Nepal, Pakistan və Şri-Lanka dövlət və hökumət başçılarının 1985-ci ilin dekabrında Banqladeşin Dakka şəhərində keçirilən birinci görüşündə qoyulmuşdur.
CARƏA institutsional dərəcələri ali hakimiyyətdən ibarət olan dövlət yaxud hökumət başçılarının illik görüşləri; siyasətinin hazırlanmasına və qiymətinə cavabdehlik daşıyan əlavə fövqəladə sessiyalar şəraitində və yaxud ildə iki dəfə iclası keçirilən xarici işlər nazirləri Şurası; siyasətin ümumi əlaqələndirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə cavabdeh olan əcnəbi katiblərin Daimi komitəsi; təşkilatçılığa və idarəetməyə məsul böyük vəzifəli şəxslərin Proqramlaşdırıcı komitəsi; proqramların və proyektlərin hazırlanmasını həyata keçirən Texniki komitə və onların yerinə yetirilməsinə cavabdehlik daşıyan Məhkəmə komitəsidir.
Xüsusi əməkdaşlıq sahələri kənd təsərrüfatı, rabitə, ətraf mühit, sağlamlıq, əhali, meteorologiya, sui-istifadə və narkotika qaçaqmalçılığı, kənd yerlərinin inkişafı, elm və texnologiya, turizm, nəqliyyat, qadın problemləri və istehsalatda məşğulluqdur. CARƏA-nın mühüm əhəmiyyətli təşəbbüsü insanlar arasında anlamanın inkişafı üçün radio və videomateriallar mübadiləsini həyata keçirən audiovizual mübadilə proqramıdır. İqtisadi əməkdaşlıq Cənubi-Asiya inkişaf fondu və regionlararası ticarətin və regionun az inkişaf etmiş ölkələrinin təchizatının tədricən liberallaşdırılmasını nəzərdə tutan 1993-cü ildə yaradılmış CARƏA-nın Preferensial ticarət müqaviləsi formasında həyata keçirilir.
Qərarlar bütün səviyyələrdə yekdillik əsasında qəbul edilir; ikitərəfli və mübahisəli məsələlər CARƏA-nın iclaslarından çıxarılır; regional əməkdaşlıq ikitərəfli yaxud çoxtərəfli əməkdaşlığın əvəzi sayılmır, lakin ona suveren bərabərlik, ərazi toxunulmazlığı, siyasi müstəqillik və başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə hörmət göstərməyə əsaslanan əlavələr edilir.
CARƏA Cənubi Asiya regionu ölkələrinin iqtisadiyyat, mədəniyyət, texnologiya və elm sahəsində aktiv birgə işlər və qarşılıqlı yardım əməkdaşlıq forumunu özündə təmsil edir. O, həm də qarşılıqlı etimadın möhkəmləndirilməsi və bir-birinin problemlərinə düzgün münasibət kimi ümumi maraqlara aid olan məsələlər üzrə beynəlxalq forumlarda əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
Katibliyi Katmanduda yerləşir.

Cənubi Afrika inkişaf birliyi

CAİB (uyğun olaraq ing. — SADC) 1992-ci il Müqaviləsinin imzalanması nəticəsində yaradılmışdır və ümumi dəyərləri və məqsədləri olan ölkələrin postaparteid regional təşkilatı kimi inkişaf etmişdir. Onun əsas məqsədi nəqliyyat, demokratik idarələrin qurulması, münaqişələrin təhlükəsiz həll edilməsi sahəsində iqtisadi inteqrasiyaya və sıx əməkdaşlığa təkan verməkdən ibarətdir.
Dövlət başçıları ildə bir dəfə, xarici işlər nazirləri isə ildə iki dəfə görüşlər keçirirlər; CAİB-in üzvləri Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Zambiya, Lesoto, Mavritius, Malavi, Mozambik, Namibiya, Svazilend, Tanzaniya və Cənubi Afrikadır. CAİB-in katibliyi Qaboronda yerləşir.

Cənubi-Sakit okean regional təşkilatları

Cənubi-Sakit okean forumu (iqtisadi əməkdaşlıq üzrə Cənubi-Sakit okean bürosunun davamçısı) — Cənubi-Sakit okean regionunda əsas regional təşkilatdır. Bu formal təşkilat deyildir və Cənubi-Sakit okean regionunda əməkdaşlıqla bağlı olan iqtisadi məsələlərin, əmtəə bazarında problemlər üzrə „dialoq üzrə tərəfdaşlar“la görüş vasitəsilə xarici əlaqələrinin, sənayenin, turizmin, yük daşınmasının, mülki aviasiyanın, texnologiyaların ötürülməsinin, neft axtarışının və ətraf mühitin mühafizəsinin inkişafının, geniş spektri kimi məşğul olur. Həmin təşkilata üzvlük Cənubi-Sakit okean regionunun on altı suveren və muxtar dövlətləri (Avstraliya və Yeni Zelandiya da daxil olmaqla) ilə məhdudlaşır. Forum ildə bir dəfə görüşü keçirilən hökumət başçılarından ibarətdir; onların həm siyasi həm də iqtisadi məsələlər üzrə qərarları konsensusla müzakirə olunur və qəbul edilir; Forumun rəsmi Komitəsinin tərkibinə hər bir iştirakçı-dövlətin bir nümayəndəsi daxildir və bütövlükdə Forumun, həmçinin Şuvada yerləşən katibliyin siyasətini həyata keçirir.

Cənubi-Sakit okean komissiyası (uyğun olaraq ing.- SPC) əsasən kəndlərin inkişafı, gənclərin və cəmiyyətin inkişafı, xüsusi ekspert məsləhət fəaliyyəti, mədəniyyət mübadiləsi, tədris texnikasının inkişafı və dəniz ehtiyatlarının tədqiqatı ilə məşğul olur. O, iyirmi yeddi müstəqil dövlətdən və Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya və ABŞ da daxil olmaqla Cənubi-Sakit okean regionunda muxtar ərazilərdən ibarətdir. Katibliyi Yeni Kaledoniyada Numey şəhərində yerləşir.

Cənubi-Sakit okean təşkilatının əlaqələndirmə Komitəsi (uyğun olaraq ing. — SPOOC) Cənubi-Sakit Okean regionunda müxtəlif təşkilatların səylərinin təkrarlanmasına yol verməməyə və əməkdaşlığının gücləndirilməsinə çalışır.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

  • Teqlər:
  • beynəlxalq təşkilatlar
  • , beynəlxalq iqtisadi münasibətlər

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

“Report” xəbər verir ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etməkdir.

Qeyd edək ki, sabah- mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı keçiriləcək.

Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

Almaniya ilə Azərbaycan arasında münbit siyasi və iqtisadi əməkdaşlıq mövcuddur – Elşad Həsənov

Almaniya ilə Azərbaycan arasında münbit siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri münasibətlərin daha da inkişaf etdirilməsinə imkan verəcək.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

O qeyd edib ki, Almaniya Avropada Azərbaycanın ən vacib iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan isə Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.

“Azərbaycanla Almaniyanın iş birliyi XIX əsrin ikinci yarısından başlayır. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. Bundan əlavə, “Simens qardaşları” firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib”, – deyə E.Həsənov bildirib.

O qeyd edib ki, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. “Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib”, – deyə E.Həsənov bildirib.

O qeyd edib ki, Almaniya dünyanın ən iri iqtisadiyyatına malik olan ölkələrindən biridir, Avropanın lider ölkəsidir.

“Almaniya iqtisadiyyatında xüsusi avtomobil istehsalı, kimya sənayesi, hərbi sənaye və digər sahələr çox inkişaf edib. Azərbaycanla Almaniya arasında iqtisadi göstəricilər ildən- ilə artır. Azərbaycanda çoxlu sayda Almaniya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın inkişafında yeni bir səhifə açacaq”, – deyə o qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.