Press "Enter" to skip to content

Iqtisadi sistemdə mülkiyyət

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə “mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi”ndən geniş istifadə olunur [3] .

Mulkiyyet – Wikipedia

Mülkiyyət — münasibətlər sistemi, bütün iqtisadi sistemlərin əsası. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir [1] .

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Mülkiyyət hüququ
  • 3 Mülkiyyətin obyektləri və subyektləri
  • 4 Mülkiyyətin formaları
  • 5 Mülkiyyətin törəmə formaları
  • 6 İstinadlar

Ümumi məlumat

İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. Mülkiyyət real məzmuna malik olan iqtisadi kateqoriyadır. O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir [2] .

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə “mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi”ndən geniş istifadə olunur [3] .

Mülkiyyət hüququ

İngilis hüquqşünas A.Oner 1961-ci ildə aşağıdakı 11 mülkiyyət hüququnu sadalayır:

  1. Sahib olma hüququ – nemət üzərində tam fiziki nəzarət hüququ;
  2. İstifadə hüququ – nemətin faydalı xassəsini özün üçün istifadə etmək;
  3. İdarəetmək hüququ – nemətin istifadə olunmasını kimin və necə həyata keçirəcəyinə qərar vermək;
  4. Gəlir götürmək hüququ – nemətin istifadə olunmasından əldə olunan nəticəyə sahib olmaq hüququ;
  5. Suverenlik hüququ – neməti özgəninkiləşdirmə, istehlak etmək, məhv etmək, dəyişmək hüququ;
  6. Təhlükəsizlik hüququ – nemətlərdən məhrum olmaqdan və xarici mühitin vurduğu ziyandan qorunmaq hüququ;
  7. Nemətin vərəsəliyə verilməsi hüququ;
  8. Nemətlərə sahib olmanın möhkəmliyi hüququ;
  9. Ziyanlı istifadədən müdafiə hüququ – digər təsərrüfat agentlərinə ziyan vura biləcək formadan istifadəyə qadağa qoymaq;
  10. Cəzalandırmaq formasında cavabdehlik hüququ – yəni nemətin borca görə ödənilməsinin mümkünlüyü;
  11. Pozulmuş hüquqların bərpa etdirilməsi hüququ – bu qalıq xarakterli hüquq adlanır.

Mülkiyyətin obyektləri və subyektləri

Mülkiyyətin obyektləri – mülkiyyət ola biləcək hər şey, yəni mülkiyyətin maddi varlığı. Məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s [4] .

Mülkiyyətin subyektləri – kim mülkiyyətçi ola bilər: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.

Mülkiyyətin formaları

Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir.

  1. Fərdi mülkiyyət forması – bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);
  2. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.
  3. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.
  4. Kooperativ mülkiyyət forması – Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooperativ hüquqi şəxsdir.
  5. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənin bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, onu istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müəyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.
  6. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.
  7. Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində dividend (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.
  8. Şəxsi mülkiyyət — ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən na varsa hamısını əhatə edir.
  9. Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinin birgə səyilə həyata keçirilir [5] .
  10. İntellektual mülkiyyət – intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda “İntellektual mülkiyyət”lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. İntellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s ilə bağlıdır. İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.

Mülkiyyətin törəmə formaları

Bütün bunlarla yanaşı mülkiyyətin çoxsaylı törəmə formaları da vardır. Dini icmaların, könüllü ictimai təşkilatların və s. törəmə mülkiyyət formalarıdır [6] . Səhmdar, kooperativ, qarışıq mülkiyyətlər də müəyyən mənada törəmədir. Mülkiyyət formaları iqtisadi və hüquqi cəhətdən reallaşdırılır [7] .

İqtisadi cəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə gəlir gətirsin, yəni iqtisadi xeyir versin. iqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s [8] . əldə etməyə imkan yaradır [9] [10] .

Hüquqi cəhətdən reallaşdırma – sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir [11] .

İstinadlar

  1. ↑ Theory of Moral Sentiments. Ed. A.L. Macfie and D.D. Raphael. Indianapolis: Liberty Press, 1982, II.ii.2.3
  2. Scruton, Roger.The Palgrave Macmillan Dictionary of Political Thought. 2007-02-07. ISBN9780230625099 . 2022-04-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-10-08 .
  3. McConnell, Campbell; Brue, Stanley; Flynn, Sean. Economics. Boston: Twayne Publishers. 2009. səh. G-22. ISBN978-0-07-337569-4 .
  4. Ammer, Christine; Ammer, Dean S.Dictionary of Business and Economics. Simon and Schuster. 1986. səh. 83. ISBN978-0-02-901480-6 . may 13, 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: oktyabr 8, 2020 .
  5. ↑ Politics 1263a8 15 as quoted in Mayhew 1995 p. 566
  6. Bornstein, Marc H.The SAGE Encyclopedia of Lifespan Human Development. 2018-01-15. ISBN9781506353319 . 2022-07-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-10-08 .
  7. Scruton, Roger.The Palgrave Macmillan Dictionary of Political Thought (3rd). Palgrave Macmillan. 2007. 644–645. ISBN978-1-4039-8951-2 .
  8. ↑”Slavery Today”Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine. BBC.
  9. Mitchell Miller, J.The Encyclopedia of Theoretical Criminology. 2014-04-07. ISBN9780470658444 . 2022-05-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-10-08 .
  10. ↑ “Personal property”. Sir Robert Harry Inglis Palgrave. Dictionary of political economy, Volume 3. 1908. p. 96
  11. Collin, Peter Hodgson.Dictionary of Business. 1998. ISBN9781579580773 . 2022-05-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-10-08 .

Iqtisadi sistemdə mülkiyyət

Mülkiyyət müxtəlifliyindən doğan münasibətlər

Vətəndaş cəmiyyətində mülkiyyətin müxtəlifliyi arzulanan və vacib hesab edilən şərtlərdəndir. Bu cür cəmiyyətlərdə dövlətin iqtisadi sistemdə iştirakının minimuma endirilməsi üçün mülkiyyət müxtəlifliyinin təmin edilməsi əhəmiyyətlidir. Buna görə də mülkiyyət müxtəlifliyi vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri kimi çıxış edir .

Qeyd edək ki , mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün münasibətlərin əsasını təşkil edir . Onun meydana gəlib formalaşmasını cəmiyyətdən kənarda axtarmaq lazım deyil . Mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya əmtəələri, yəni mülkiyyətin obyekti ilə əlaqədardır. Mülkiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq , yeraltı sərvətlər, meşələr, sular , dəmir yolları, banklar , firmalar (müəssisələr), sığorta şirkətləri və s . daxildir . Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz . Bununla birlikdə, mülkiyyət münasibətlərini mülkiyyətin obyekti ilə eyniləşdirmək də düzgün deyil . Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki , mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənilməsini səciyyələndirən, istehsal , bölgü , mübadilə və istehlak prosesində insanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər sistemidir .

Əmək prosesini həyata keçirən işçi qüvvəsinin investisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında meydana çıxan qarşılıqlı münasibətlərin xarakteri mülkiyyət münasibətlərindən asılıdır. İnvestisiya əmtəələri üzərində mülkiyyət m ünasibətləri iqtisadi münasibətlərin xüsusi hissəsi olmaqla , həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir .

Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müxtəlif mülkiyyət münasibətlərinin daşıyıcısı ola bilər. Məsələn, feodalizmin çərçivələri daxilində meydana gəlib formalaşan sənətkarlıq emalatxanaları burcua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilində meydana gəlib formalaşan fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mülkiyy ətinin obyektinə çevrildi .

Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a .) sahib olmaları nəzərdə tutulur . Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və i.a .) ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.

Məlum olduğu kimi , istehsaldan sonrakı mərhələlərdə hazırlanan müxtəlif təyinatlı nemətlər bölünür , mübadilə edilir və istehlaka daxil olur . Bununla əlaqədar olaraq investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.

Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əlaqədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə etməklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur .

Mülkiyyət müxtəlifliyi onun formalarında öz əksini tapır. Lakin mülkiyyətin formaları əbədi deyildir , tarixən dəyişir və bu , məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşıb və inkişaf edib .

Müasir dövrdə ölkələrdə mülkiyyətin geniş yayılan 3 forması var . Bunlar özəl, bələdiyyə və dövlət mülkiyyətidir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra gördüyü ən mühüm tədbirlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulmasına yönəldilib. �Mülkiyyət haqqında� Azərbaycanın 9 noyabr 1991-ci il tarixli qanununda ölkəmizdə mülkiyyətin 3 forması – dövlət, kollektiv və xüsusi mülkiyyət fərqləndirildi. Sonralar qəbul edilən Konstitusiyada mülkiyyətin 3 forması (dövlət, bələdiyyə və şəxsi) tanındı.

Ölkəmizdə dövlət mülkiyyəti bütün xalqa məxsusdur. Bu mülkiyyətin obyektinə respublikanın ərazisi hüdudlarında olan torpaq , yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi və s . daxildir . Qanunda nəzərdə tutulduğu kimi dövlət mülkiyyətinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının əmlakı, mənzil fondu , mühəndis infrastrukturu obyektləri ( su kəməri, kanalizasiya təsərrüfatı, qaz , istilik və enerci təchizatı), təhsil, mədəniyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil ola bilər.

İlk qanunda nəzərdə tutulan kollektiv mülkiyyət Konstitusiya ilə mahiyyətini itirmədi, sadəcə forma kimi fərqləndirilmədi. Mülkiyyətin kollektiv formalarının əsas cəhəti ondan ibarətdir ki , onlar investisiya əmtəələri və onların nəticələ-rinin mənimsənilməsinin kollektiv xarakterini ifadə edirlər. 1991-ci ildə qəbul olunan qanuna görə kollektiv mülkiyyətin 5 forması ola bilər. Bunlar müəssisələrin mülkiyyəti, sahibkar birliklərinin mülkiyyəti, ictimai birliklərin mülkiyyəti, xeyriyyə fondlarının və başqa fondların mülkiyyəti və dini təşkilatların mülkiyyəti.

Mülkiyyət münasibətləri arasında özəl mülkiyyət daha böyük əhəmiyyət kəsb edir . Vətəndaş cəmiyyətinin təməl şərtlərindən biri olan azadlıq hüququ ilk növbədə xüsusi mülkiyyətdə öz əksini tapır. Xüsusi mülkiyyət dedikdə, bəzi hallarda dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur .

Vətəndaşların mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar , bağ evləri, qaraclar , ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, nəqliyyat vasitələri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahələrində binalar , tikililər və başqa investisiya əmtəələrinin olması mümkündür . Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.

Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri var . Odur ki , onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur . Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir . Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir .

Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki , bu da onların daha da təkmilləşdirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsədəuyğundur. Bu , o deməkdir ki , mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz . Bu sahədə də plüralizm sözdə yox , işdə olmalıdır.

Mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraitini müəyyən və ifadə edir , müxtəlif təyinatlı nemətlərin istehsalı və mənimsənilməsi formasıdır. İqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.

Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu , insanların şeylərə olan subyektiv münasibətləri deyildir , o , insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir .

Mənimsəmə olduqca geniş anlayışdır. İqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının mövcüdluğu ilə əlaqədardır.

Başqa iqtisadi hadisələr kimi , mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir . O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir , yeni məzmunla tamamlanır, zənginləşir.

Bununla belə mülkiyyətin, həm də mənimsəmə olduğu qəbul edilən fikirdir . Lakin bunların tamamilə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadəetməni, mülkiyyət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddələşməsi də mümkündür . Çünki təcrübədə mülkiyyətçi, sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir .

Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir . Lakin mülkiyyətçi, habelə sahiblik və istifadəetmə səlahiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur . Sahiblik , istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlərinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.

Beləliklə, sahiblik , sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar arasında meydana çıxan mülkiyyət münasibətlərini ifadə edirlər.

Vasif CƏFƏROV

Ekspress.-2016.-17 noyabr.-S.10.

Mülkiyyət

Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bü­tün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib forma­laş­masını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşə­də, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sü­rən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.
Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbə­də investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mül­kiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl in­vestisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, bank­lar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mül­kiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlik­də, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdir­mək də düzgün deyildir. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki, mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənil­mə­sini səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində in­sanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər siste­midir.

Iqtisadi amillər istehsal prosesinin həyata keçirilmə-sinin əsası olduğuna görə tarixi inkişafın bütün mərhələ-lərində iqtisadi münasi­bət­lər sistemində investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri başlıca yer tutur. Əmək prosesini həyata keçirən işçi qüvvəsinin inves­tisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında mey­dana çıxan qarşılıqlı münasi­bətlərin xarakteri mülkiyyət münasi-bətlə­rindən asılıdır. Investisiya əmtəə­ləri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlərin xüsu­si hissəsi olmaqla, həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir. Buradan aydın olur ki, mülkiyyət münasibətlərini bütün iqtisadi münasibət-lərdən fərqləndirmək lazımdır.
Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müx-təlif mülkiy­yət münasibətlərinin daşıyıcısı ola bilər. Məsə-lən, feodalizmin çərçivə­ləri daxilində meydana gəlib forma-laşmış sənətkarlıq emalatxa­na­ları burjua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilin-də meydana gəlib formalaşmış fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mül-kiyyətinin obyek­ti­nə çevrilmişlər.

Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib olmaları nəzərdə tutulur. Mülkiyyət hüqu­qunun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssi­sələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və as­so­siasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini təşki­latlar, vətəndaşlardır.
Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələ-lərdə hazırlanmış müxtəlif təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla əlaqədar olaraq investisiya əmtəələri üzə­rində mülkiyyət münasi-bətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.
Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əla­qədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə et­məklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur.

Mülkiyyətin tarixi tipləri və formaları.

  1. Ayrı-ayrı kapitalist-sahibkarlara məxsus olan investisiya əmtəələri üzərində fərdi mülkiyyət;
  2. Bir qrup kapitalist-sahibkara məxsus olan investi-siya əm­təə­ləri üzərində qrup (korporativ) mülkiyyəti. Bunla-ra səhmdar cəmiyyətləri və korporasiyaların mülkiyyəti daxildir.
  3. Iqtisadiyyatın bu və ya digər sahəsində istehsal ehtiyat­la­rı­nın həlledici hissəsini öz əlində cəmləşdirən iri kapitalist-sahibkar bir­liklərinin inhisar mülkiyyəti;
  4. Dövlət mülkiyyəti.

Mülkiyyət münasibətlərindən bəhs olunduqda xüsusi mülkiy­yəti yaddan çıxarmaq olmaz. Çünki ölkəmizdə, mülkiyyətin qanunla müəyyən edilmiş formalarından biri də xüsusi mülkiyyətdir. Xüsusi mül­kiyyət dedikdə, bəzi hallar-da dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur. .
Vətəndaşların mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sa­hələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsər­rü­fatı ləvazimatı və şəxsi istehsal pred­met-ləri; pul vəsaiti; səhmlər, istiqraz vərəqələri və başqa qiymət-li kağızlar; kütləvi informasiya vasitələri, nəqliyyat vasitə-ləri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahə­lərində bina­lar, tikililər və başqa investisiya əmtəələri. Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.
«Mülkiyyət haqqında» Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda nəzərdə tutulmuş mül-kiyyət formalarının qısa səciyyəsi belədir. Lakin 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaybaycan Respublikasının Konstitusiyasında ölkəmizdə aşağıdakı mülkiyyət növlərinin yaradılması nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Bələdiyyə mülkiyyəti; 3)Xüsusi mülkiyyət. Göründüyü kimi, ölkəmizin əsas qanununda bələdiyyə mülkiyyəti kallektiv mülkiyyətin tərkibində deyil, mülkiyyətin xüsusi növü kimi göstərilmiş, kollektiv mülkiyyətin isə adı çəkilmir.
. Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri vardır. Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəl­məsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mül­kiy­yət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da onların daha da təkmilləş-dirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsə­də­uy­ğundur. Bu, o deməkdir ki, mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.

Sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmə – iqtisadi kateqoriyalardır.

Məlum olduğu kimi, mülkiyyət iqtisadi münasibət kimi çoxcə­hətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraiti-ni müəyyən və ifadə edir, müxtəlif təyinatlı nemətlərin isteh-salı və mənimsənilməsi forma­sı­dır. Iqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzə­rin­dən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.
Istifadəetmə, sahiblik və sərəncamvermənin məzmu-nunu ay­dın­laş­dırmaq üçün hər şeydən əvvəl, qarşılıqlı əlaqədə olan kateqo­riya­lar sistemində “mənimsəmə” anlayı-şının yerini, onun istehsalla münasi­bətini müəyyən etmək lazımdır.
Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir. Mə­nim­səmə olduqca geniş anlayışdır. Iqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Bir sıra hüquqi aktlar əsasın­da – varislik, bağışlamaq və i. a. – mənimsəmə iqtisadi nəzəriyyənin tədqiqat obyekti deyildir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəf­dən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət forma­la­rının mövcüdluğu ilə əlaqədardır.
Məhz bu mənada istehsal və mənimsəmə bir-birinin eynidir. Lakin istehsal və mənimsəmə həm də eyni şey deyildirlər. Istehsalın müəyyən sosial-iqtisadi tərəfi–bilava-sitə istehsal prosesində investisiya əmtəələrinin mənimsə-nilməsi–öyrənildikdə o, mənimsəmə ilə uyğun gəlir. Digər tərəfdən, mənimsəmənin yalnız istehsaldan ibarət olduğunu təsəvvür etmək də yanlış fikirdir. Ola bilər ki, ayrı-ayrı şəxslər istehsal etsin, lakin mənimsəməsin, yaxud da əksinə, istehsal etməsin, lakin mənimsəsin.
Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mər­hə­lələrində inkişaf edir, yeni məzmunla tamamlanır, zənginləşir.
Mülkiyyət, həm də mənimsəmə deməkdir. Lakin bunların ta­ma­milə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müx­təlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadə-etməni, mül­kiy­yət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddə­ləş­məsi də mümkündür. Çünki təcrübə-də mülkiyyətçi, sahiblik və istifadə­et­mə vəzifələrini digər şəxslərə verir.
Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün for­ma­larına aiddir. Lakin mülkiyyətçi, habelə sahib-lik və istifadəetmə sə­la­hiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiy­yətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur. Sahiblik, istifa­də­etmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlə-rinin özü də iqti­sa­di münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.
Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsə­mə­nin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqori­ya­lardır və insanlar arasında meydana çıxan münasibətləri ifadə edirlər.

  • Teqlər:
  • mülkiyyət
  • , mülkiyyət hüququ
  • , mülkiyyət hüququnun anlayışı

Comments are closed, but trackbacks and pingbacks are open.