Press "Enter" to skip to content

YENİ AZƏRBAYCAN PARTİYASI

Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düs­turla hesablanır:

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2 Bizim üçün müstəqilliyimizin gücləndirilməsi, islahatların davam etdirilməsi və insanlarımıza daha yaxşı həyat şəraitinin yaradılması ən yüksək prioritet təşkil edir. İLHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

3 Mündəricat 01 Fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahatların hüquqi əsası 3 07 Ortamüddətli Xərclər Çərçivəsi 9 02 Fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahatların iqtisadi əsası 4 08 OMXÇ-nin hazırlanması və təsdiqi prosesi Fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahatlar 5 09 Dövlət borcunun idarə edilməsinə dair Strategiyanın hazırlanmasının məqsədləri Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər 6 10 Strategiyada icrası nəzərdə tutulan tədbirlər Kontrsiklik siyasətə keçid 7 11 İslahatlar nəticəsində fiskal dayanıqlılıq Büdcə qaydasının tətbiqinin gözlənilən müsbət təsirləri 8 12 Nəticə 14

4 Fİskal dayanıqlılığın gücləndirilməsi İstİqamətİndə aparılan İslahatların hüquqi əsası Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanı. 3

5 Fİskal dayanıqlılığın gücləndirilməsi İstİqamətİndə aparılan İslahatların İqtİsadİ əsası İqtisadi artımın neft ixracından asılılığı ilə əlaqədar olaraq ölkə iqtisadiyyatına təsiri olan risklərin daha təkmil idarə edilməsinin vacibliyi Gəlirlərin sabitliyinin təmin olunması və proqnozlaşdırılmasının asanlaşdırılmasına ehtiyacın artması İnvestisiyaların artması üçün m a n a t ı n s a b i t l i y i n i n t ə m i n olunmasının vacibliyi Xərclərin səmərəliliyinin artırılması və prioritetləşdirilməsinə tələbin dərinləşməsi Özəl sektorun inkişafı üçün Crowding out təsirin azaldılmasına tələbin yaranması Borclanmanın tənzimlənməsinə ehtiyacın dərinləşməsi 4

6 Fİskal dayanıqlılığın gücləndirilməsi İstİqamətİndə aparılan İslahatlar Həm institusional, həm də praktiki tədbirlər fiskal dayanıqlılığın təmin edilməsi və maliyyə siyasəti nəticəsində davamlı iqtisadi inkişafa nail olunması üçün önəmlidir. Təməl hüquqi bazanın möhkəmləndirilməsi, gəlir və xərc siyasəti üçün müasir institusional çərçivənin inkişaf etdirilməsi, fiskal risklərin qiymətləndirilməsi və tənzimlənməsinin gücləndirilməsi dövlətin maliyyə idarəetməsinin təkmilləşdirilməsinə gətirib çıxaracaqdır. Büdcənin daxilolmaları və xərclərinin doğru şəkildə tənzimlənməsi, dövlət borcunun düzgün idarə edilməsi bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün qarşıda duran əsas məsələlərdəndir. Dövlət vəsaitinin idarə edilməsinin islahat tədbirləri həyata keçirilmişdir: optimallaşdırılması məqsədi ilə mühüm Büdcə sistemi haqqında Qanununda dəyişikliklər edilmişdir. Ortamüddətli Xərclər Çərçivəsinin hazırlanması Qaydası təsdiqlənmişdir. Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya hazırlanmışdır. 5

7 Büdcə sistemi haqqında Azərbaycan Respublİkası Qanununda edilmiş dəyişikliklər Büdcə qaydasına əsasən: Qaydaya yeni Büdcə qaydası başlıqlı 11-1-ci maddə əlavə edilmişdir. Növbəti il və sonrakı üç il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi cari ilin icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz. İcmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları nəzərə alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası Maliyyə Nazirliyi tərəfindən hazırlanıb iki ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Əks təqdirdə, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi uyğun olaraq azaldılır. İcmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Büdcə qaydasının tətbiqinin dayandırılması halında icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, Maliyyə Nazirliyi icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış yuxarı həddə çatdırılması üzrə təkliflərini təqdim edir. 6

8 Kontrsİklİk siyasətə keçid Neft qiymətlərinin artımı nəticəsində nominal iqtisadi artımın potensial iqtisadi artımdan çox olması, başqa sözlə istehsalın artmadığı, lakin gəlirlərin gözlənilən miqdardan və tələbatdan çox olduğu təqdirdə baş vermiş artım sadəcə qiymətlərin artması ilə nəticələnir. Yəni, inflyasiya ilə müşayiət olunan belə iqtisadi artım sadəcə nominal xarakter daşıyaraq real iqtisadi artımın baş verməsinə mənfi təsir göstərir. Belə hallarda aşağıdakı siyasət istiqamətləri seçilə bilər. Prosiklik maliyyə siyasəti Ənənəvi olaraq həyata keçirilən siyasət dövlət xərclərinin istehsalın artımına sərf edilməsi ilə xarakterizə olunur. Bu siyasət aparılarkən iqtisadi inkişafın cari fazasına uyğun aparılır və inkişafın tsiklik olduğu nəzərə alınmır. Bu isə neft qiymətlərinin azalması nəticəsində iqtisadi tənəzzülün baş vermə riskini yaradır. Bundan əlavə, özəl sektor sıxışdırıcı effektlə qarşılaşır. Bu səbəbdən prosiklik siyasət qeyri-neft sektorunun inkişafı və investisiyaların artmasında özəl sektorun payının çoxalması, neft gəlirlərindən asılılığın azaldılması üçün ehtiyac olan münbit şəraitin yaradılmasına dair Azərbaycan iqtisadiyyatının hazırki koniyukturunun tələblərinə cavab vermir. Kontrsiklik maliyyə siyasəti İqtisadiyyatın tsiklik olduğunu nəzərə alan bu siyasət isə neft gəlirlərinin daha səmərəli istifadəsini və iqtisadi inkişafın enmə mərhələsi yaşandığı zaman ehtiyac olan miqdarda büdcəyə köçürülməsini nəzərdə tutur. Prosiklik siyasətin tam əksinə dövlət xərclərinin azaldılması vasitəsilə investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir. Eyni zamanda kontrsiklik siyasətin yürüdülməsi nəticəsində dövlət investisiya xərclərinin səmərəliliyi artırılır. 7

9 Büdcə qaydasının tətbiqinin gözlənilən müsbət təsirləri DÖVLƏT VƏSAİTİNİN OPTİMALLAŞDIRILMASI Özəl sektorun iqtisadiyyatdakı payı artacaq Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri artacaq Büdcədə neft gəlirlərinin payı azalacaq Crowding-in (genişlənmə) effektini yaradacaq Xarici investisiyalar üçün mövcud olan mühit daha da yaxşılaşdırılacaq Manatın mübadilə məzənnəsinin proqnozlaşdırılması asanlaşacaq 8

10 Ortamüddətlİ Xərclər Çərçİvəsİ (OMXÇ) Büdcənin hesablanmış gəlir və daxilolmaları, büdcə təşkilatlarının cari və əsaslı xərclərinə dair sifarişləri və dövlətin əsas hədəflərinə uyğun olaraq prioritetləşdirilmiş xərcləri nəzərə alınaraq dövlət büdcəsinin çərçivəsini formalaşdıran sənəddir. ORTAMÜDDƏTLİ XƏRCLƏR ÇƏRÇİVƏSİNİN YARADILMASININ MƏQSƏDLƏRİ Dövlət qurumlarının məsuliyyətliliyini artırmaq Fiskal inzibatçılığı daha səmərəli etmək Milli xərc prioritetlərini önə çəkmək Mövcud büdcə planlaşdırılması prosesini təkmilləşdirmək Maliyyə şəffaflığının daha da artırmaq 9

11 OMXÇ-nİn hazırlanması və təsdiqi prosesi İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi və sosial inkişafa dair cari və proqnoz göstəricilər, büdcə təşkilatları tərəfindən isə təşkilatın strateji planı Maliyyə Nazirliyinə təqdim edilir. Maliyyə Nazirliyi tərəfindən ortamüddətli resurs zərfinin (icmal büdcənin və dövlət büdcəsinin hesablanmış gəlir və daxilolmaları) ilkin layihəsi hazırlanır. Büdcə təşkilatlarının cari və əsaslı xərclərinə, həmçinin, əlavə maliyyələşmənin tələb olunduğu yeni siyasət təşəbbüslərinə dair sifarişləri Maliyyə Nazirliyinə təqdim edilir. Maliyyə Nazirliyi tərəfindən ortamüddətli resurs zərfi təkrar qiymətləndirilir, iqtisadi artım, inflyasiya, xərclənə bilən neft gəlirləri, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi, icmal büdcənin yuxarı həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və digər hədəf göstəriciləri dəqiqləşdirilərək OMXÇ sənədi hazırlanır. OMXÇ sənədi Maliyyə Sabitliyi Şurasına və Nazirlər Kabinetinə təqdim edilir. Milli xərc prioritetlərinin ilkin seçimi həyata keçirildikdən sonra sənəd Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. OMXÇ sənədi, ortamüddətli resurs zərfi, büdcə siyasəti və milli xərc prioritetləri cənab Prezident tərəfindən iyun ayının 15-dək təsdiq olunur. Qeyd: Yeni siyasət təşəbbüslərinə dair sifarişlər strateji yol xəritələrinə və sektor strateji planlarına uyğun olmalı və bunun üçün ayırmaların ümumi illik həcmi növbəti büdcə ili üçün ayırmaların 10%-dən çox olmamalıdır. 10

12 Dövlət borcunun İdarə edilməsinə dair Strategİyanın hazırlanmasının məqsədləri Dövlət borcalmalarında səmərəliliyin artırılması Maliyyə Bazarlarının inkişaf etdirilməsi ÖLKƏNİN MALİYYƏ DAYANIQLIĞININ DAHA DA GÜCLƏNDİRİLMƏSİ Dövlətin maliyyə ehtiyaclarının ən az risk-xərc prinsipi əsasında təmin edilməsi Dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi 11

13 Strategİyada icrası nəzərdə tutulan tədbirlər Ümumi dövlət borcuna xidmət xərclərinin (borcların qaytarılmasına xərclənən vəsait) dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması təmin edilməsi Qeyd olunan göstəricinin ci illər ərzində 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunması və dövlət zəmanətinin təmin edilməsinin məhdudlaşdırılması Maliyyələşdiriləcək layihələr Strategiyada qeyd olunan prioritet layihələrin siyahısına əsasən təyin olunacaq. Dövlət borcu üzrə geri qaytarılan öhdəliklərə nəzərən cəlb olunan yeni borcların azaldılması yolu ilə Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizə çatdırılması 2021-ci ildə 21,7 faiz, 2025-ci ildə isə 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Faiz dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri ilə cəlb olunması Beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsi baxımından, yeni borcalmalar həyata keçiriləcəyi təqdirdə əlverişli şərtlərlə kreditlərin cəlb olunması, eyni zamanda, mövcud borcların daha əlverişli maliyyə şərtləri əsasında yenidən maliyyələşdirilməsi həyata keçiriləcəkdir. Daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması Daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilməsi nəzərdə tutulur. 12

14 İslahatlar nəticəsində fiskal dayanıqlılıq Dövlət vəsaitini formalaşdıran həm gəlirlərin, həm də xərclərin eyni anda sistemli olaraq tənzimlənməsi fiskal sektoru kompleks şəkildə gücləndirəcəkdir. Aparılan islahatlar büdcə daxilolmaları və xərclərinin daha səmərəli şəkildə tənzimlənməsini təmin edərək gəlirləri artıracaq, həmçinin, sabitliyini formalaşdıracaq və proqnozlaşdırılmasını asanlaşdıracaq (şəkil 1). Bütün bunlar fiskal dayanıqlılığı daha da artıracaqdır. Kontrsiklik siyasətin təsiri Prosiklik siyasətin təsiri Potensial ÜDM Həmçinin, Azərbaycanın strateji ehtiyatları dövlət borclarını 4dəfə üstələyir (şəkil 2). Bu baxımdan təsadüfi deyil ki, Beynəlxalq kredit reytinq agentlikləri ( Standard and Poor’s, Fitch Moody’s ) Azərbaycanın güclü fiskal mövqeyə malik olduğunu hesab edirlər. Aparılan islahatlar isə bu sahəni daha da gücləndirəcəkdir. Azərbaycanın strateji ehtiyatları Borclar Şəkil 1. İslahatların ÜDM-ə təsiri Şəkil 2. Azərbaycanın strateji ehtiyatları və borclarının müqayisəsi 13

15 Nətİcə Aparılan islahat tədbirləri ölkədə fiskal intizamının gücləndirilməsi, dövlət tənzimləmələrinin səmərəliliyin artması və ümumi makroiqtisadi sabitliyə müsbət təsir göstərəcək. Səmərəli xərc siyasəti resurslardan rasional istifadəni, investisiya qoyuluşlarından gəlir əldəetmə və kapitalın özünü ödəməsi kimi amilləri təmin edəcək. Kontrsiklik maliyyə siyasətinə üstünlüyün verilməsi iqtisadiyyatın mövcud vəziyyətini gücləndirərək tsikləri hamarlaşdıracaq, riskləri azaldacaq və gələcəkdə baş verə biləcək böhranlara yumşaldıcı təsir göstərəcəkdir. Aparılan siyasətdə hökumət münbit şərait yaradan tərəf kimi çıxış edərək özəl sektorun iqtisadi inkişafın aparıcı qüvvəsi olmasına şərait yaradır ki, bu da biznes mühitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına və ümumi olaraq makroiqtisadi sabitliyə səbəb olacaq. Zəruri texnoloji yüksəlişi və insan kapitalının inkişafını təmin etmək üçün xərclər gələcək artım üçün təkanverici rol oynayan ehtiyaclara yönəldiləcək. 14

YENİ AZƏRBAYCAN PARTİYASI

-Məlahət xanım, Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər bütün sahələrdə müsbət göstəricilərin əldə olunmasını şərtləndirib. Eyni zamanda, bu inkişaf sosial siyasət sahəsində də mühüm uğurların qazanılmasını təmin edib. Ümumiyyətlə, ölkəmizdə sosial siyasət sahəsində atılan addımların – görülən işlərin əhəmiyyətinə dair nə deyə bilərsiniz? -Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”. Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 13 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. Və bu, özünü çox qısa müddətdə yoxsulluq səviyyesinin 50 faizdən 5 faizədək düsmesində göstərib. Əvvəlki illərdə olduğu kimi ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlü olması ilə fərqlənir. Belə ki, Milli Məclisin bir müddət öncə keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlı xarakter daşıdığını göstərir. Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görməsini də xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Son olaraq iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Mərasimdə çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir. Azərbaycanın sosial siyasətinin mahiyyətindən və bu istiqamətdə əldə edilən nailiyyətlərdən bəhs edərkən dayanıqlı iqtisadi inkişafın bu prosesə verdiyi töhfələrdən danışmaq lazımdır. Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və dövrün tələblərinə müvafiq şəkildə uğurla davam etdirilməsi bütün sahələrdə davamlı tərəqqinin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardicil islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı ve ugurlu addımlar atıb.Dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da mühüm göstəricidir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faiz respublikamızın payına düşür. Təbii ki, bütün bunlar sosial siyasətin uğurlu olmasını da şərtləndirib və qeyd etdiyim kimi, insanların rifah halı daha da yaxşılaşıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik ciddi şəkildə azalıb. -Yeri gəlmişkən, işsizliyin aradan qaldırılması və əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticələri nədən ibarətdir? -Dayanıqlı iqtisadi inkişaf və uğurlu sosial siyasət nəticəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub. Bu, özlüyündə dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Onu da diqqətə çatdırmaq istəyirəm ki, son illərdə qeyri-neft sənayesinin inkişafı da bu baxımdan böyük əhəmiyyətə malikdir. Son illərdə respublikanın butun resurslarindan ve potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin reallıqlarını xarakterizə edir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Qeyd etmek lazimdir ki, 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi də işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir. Onu da qeyd edim ki, 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir. Sadalananlarla yanaşı, ölkəmizdə iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsi də əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. -Məlahət xanım, ölkəmizdə sosial infrastruktur məsələlərinin həlli də daim diqqət mərkəzindədir. Bu baxımdan əminliklə söyləmək olar ki, Olimpiya İdman komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur da çoxsaylı sosial məsələlərin həllinə kömək edir. Bu barədə fikirləriniz nədir? -Bəli, paytaxt Bakıda və bölgələrdə müasir idman qurğularının yaradılmasına və müvafiq infrastrukturun inkişaf etdirilməsinə dair görülən işlər böyük əhəmiyyətə malikdir. Əlavə olaraq onu deyim ki, ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib, gənclərin öz asudə vaxtlarından səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb. Ümumiyyətlə, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Ölkəmizdə davamlı dövlət qayğısı sayəsində idmanın kütləvi hal alması, paytaxt Bakıda və bölgələrdə güclü idman infrastrukturu qurulması beynəlxalq idman ictimaiyyətinin də diqqətindən kənarda qalmır. Müxtəlif beynəlxalq idman təşkilatlarının rəhbərləri Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının, eləcə də Milli Olimpiya Komitəsinin fəaliyyətinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycandakı idman mühitini yüksək qiymətləndirməsi, əsas etibarilə, müxtəlif mötəbər yarışların respublikamızda keçirilməsi ilə bağlı çıxardıqları qərarlarda ifadə olunur. Təsadüfi deyil ki, son illərdə ölkəmiz bir neçə beynəlxalq turnirə uğurla ev sahibliyi edib. Onu da diqqətə çatdırmaq istəyirəm ki, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının nəticələri bu qəbildən olan nümunələr sırasındadır. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. -Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına əhəmiyyətli töhfələr verən amillərdən biri ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət müsabiqələrinə ev sahibliyi etməsidir. Son olaraq ölkəmizdə “Jara-2017” və IX Qəbələ Beynəlxalq Musiqi Festivallarının bu kontekstdə əhəmiyyətinə dair nə söyləmək olar? -Əvvəla qeyd edim ki, əslində bu cür tədbirlərxalq diplomatiyasının bir qoludur. Yəni mədəniyyət, idman diplomatiyası kimi bu cür tədbirlər Azərbaycan reallıqlarının, tarixininin və mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi önəm daşıyır. Tekce bu son gunlerde kecirilen “Jara-2017” və IX Qəbələ Beynəlxalq Musiqi Festivalları Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, eləcə də mədəniyyət festivallarına, müsabiqələrinə ev sahibliyi etməsi ənənəsinin nə qədər güclü olduğunu göstərir. Ölkəmiz barəsində yetərli informasiyaya, yaxud Azərbaycan mədəniyyəti ilə bağlı dərin biliklərə malik olmayan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin Azərbaycan musiqi mədəniyyəti ilə tanışlıq ölkəmizin qədim, zəngin, özünəməxsus musiqi irsinə, dəyərlərə sahib olduğunu və bu gün dünya musiqisi ilə əlaqəli surətdə inkişaf etdiyini sübuta yetirir. Əlbəttə, bu mədəniyyəti, incəsənəti, bu tarixi Azərbaycan xalqə yaratmışdır. Bele tədbirlər həm də xalqımızın sahib olduğu dəyərləri, zəngin ənənələrimizi dünyada tanıdır. Yeri gəlmişkən, Azərbaycanın mədəniyyətinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ayrı-ayrı ölkələrdə mütəmadi olaraq Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlərdə milli musiqimizin təbliğini də həyata keçirir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı isə ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir. Bütün bunlar isə, qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. -Məlahət xanım, 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalı təqdim olundu. Bu barədə fikirlərinizi bilmək istərdik. İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrın 25–27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bunun özü beynəlxalq aləmdə çox mühüm uğur kimi qiymətləndirilərək təqdir olunur. Qeyd olunduğu kimi, 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalı təqdim olundu.Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edildi. Təqdimatda Azərbaycanın bu sahədə, daha doğrusu, Dayanıqli İnkişaf Məqsədləri sahəsində ölkəmiz üçün əsas prioritetler üzrə əldə edilən nailiyyətlər və gələcək perspektivlər haqqənda geniş məlumat verildi. Hesabat ətrafında çıxış edənlər Azərbaycanda bu istiqamətdə görülən işləri təqdirəlayiq hesab etdilər, görülən işlərin əhəmiyyətinə toxunaraq bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırdılar. Bu, ölkəmizdə dayanıqlı inkişaf sahəsində görülən işlərin və həyata keçirilən siyasətin əhəmiyyətini, konkret nəticələrini ifadə edir.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)

Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada hök­mən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlə­rinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün isti­fa­də edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu öl­kələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, inflya­si­ya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, kon­yuk­turanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın də­rin­ləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çün­ki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güc­lənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inki­şafına əngəl törə­di­lir, böyük məbləğdə xərc tələb olunur.

Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulma-sına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:

Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyu-tanın alı­cılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyu-tanın qiymətdən düş­məsi isə valyuta dempinqinə səbəb olur.

Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına sə-bəb olur. In­flyasiyanın təsiri ilə dünya bazarlarında qiymət-lərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keç­mişdir. BVF-nin eks-pertləri bunu ixrac olunan neftin qiymətlərinin art­ması ilə izah edirlər.

Üçüncüsü, qiymətlərin artması ixrac olunan məh-sulların rə­qabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını güc­ləndirir, tədiyə balansının tarazlaşdı-rılmasını çətinləşqdirir.

Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşmə­sindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri – ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzən-nələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbə-sində valyuta məzənnələrinin sabitləş­diril­mə­sini çətinləşdi-rir, məzənnələr arasındakı nisbətlərə yenidən baxıl­ma­sını zəruri edir.

Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də beynəlxalq valyuta münasibətlərində dağı-dıcı qüvvəyə çevrilir.

Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqra-mın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, on­la­rın aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi təd­birlər sistemi təşkil etməlidir.

Inflyasiya şəraitində iki üsuldan istifadə edilə bilər. Bunlardan biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirləri həyata keçir­məklə onu aradan qaldırmaqdan ibarətdir. Ayrı-ayrı ölkələrdə bu di­lem­maya müxtəlif üsul-larla yanaşılır. Məsələn, ABŞ və Ingiltərədə in­flyasiya ilə fəal mübarizə aparılır, başqa ölkələrdə isə kompleks uy­ğun­laşma tədbirləri işlənib hazırlanır.

Uyğunlaşma siyasəti ona əsaslanır ki, bazar iqtisa-diyyatının bütün subyektləri (ev təsərrüfatları, firmalar, dövlət) öz fəaliyyətlərində inflyasiyanı pulun alıcılıq qabi-liyyətinin aşağı düşməsi nəticəsində on­la­ra dəyən ziyanın kəmiyyəti ilə ölçürlər. Dünya təcrübəsində pulun alıcı­lıq qabiliyyətinin aşağı düşməsi nəticəsində dəyən ziyanın ödənil­məsinin iki metodu vardır. Bunlardan ən geniş yayı-lanı faiz dərəcəsinin indeks­ləşdirilməsidir. Bu metodun ma-hiyyəti ondan ibarətdir ki, faiz dərəcəsi inflyasiya qədər artırılır. Ikinci metod isə qoyulmuş inves­tisiyaların ilkin məbləğinin indeksləşdirilməsidir. Başqa sözlə, bu, vax­taşırı olaraq qabaqcadan şərtləşdirilmiş indeksin köməyilə həmin məb­ləğin təshih olunması deməkdir.

Ev təsərrüfatları inflyasiyaya əlavə gəlir mənbələri axtarıb tap­maqla uyğunlaşmağa çalışırlar. Işçilər özlərini inflyasiyadan qorumaq üçün inflyasiyaya uyğun olaraq müqaviləyə əmək haqqının təshis olun­masına dair xüsusi bənd daxil edilməsinə cəhd göstərirlər.

Firmalar da inflyasiya şəraitində özlərinin iqtisadi siyasətlərini dəyişdirirlər. Bu, öz ifadəsini onda tapır ki, onlar investisiyaların daha tez qaytarılmasını təmin edən qısa müddətli layihələri həyata keçirməyə çalışırlar.

Xüsusi dövriyyə vəsaitlərinin çatışmaması firmaları səhm və istiqrazlar buraxmağa, habelə lizinq və faktorinq vasitəsilə yeni xarici ma­liyyə mənbələri axtarmağa sövq edir. Bu, dövriyyə vəsaitinin tərkibində cəlb edilmiş vəsa-itlərin xüsusi çəkisinin və firmaların maliyyə riskinin artma-sına səbəb olur. Onlar, həmçinin kreditor borclarının çox ol­ma­sına, bankdakı hesablarında az məbləğdə pul vəsaiti saxlamağa səy gös­tərirlər.

Firmalar inflyasiya şəraitində özlərinin mənfəətdən istifadə olunması sahəsində yeritdikləri siyasətlərini də də-yişməyə məcbur olur­lar. Belə ki, onlar həm maddi marağın təmin olunmasına yö­nəldilən və­saiti artırır, həm də xalis mənfəətdən istehsalın inkişaf etdirilməsinə da­ha çox vəsait sərf edirlər.

Tarixdə hökumətin inflyasiya şəraitinə uyğunlaşması siya­səti­nin bir çox variantları məlumdur. Məsələn, XX əsrin 60-70-ci illərində In­giltərədə və digər ölkələrdə çox ehtiyatla irəliləmə siyasəti yeridil­mişdir. Lakin bu, özünü doğrultma-mışdır. Çünki qiymətlərin artmasının qarşı­sı­nın alınmasına yönədilmiş tədbirlər əmək məhsuldarlığının və əhali­nin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

Başqa bir siyasət qiymətlərlə əmək haqqı arasındakı nisbətə nə­za­rət qoyulmasına əsaslanmışdır. Lakin bu siyasət qısa müddətli dövr­də (məsələn, ABŞ-da 1951-1952-ci, Fin-landiyada 1967-1971-ci il­lərdə) müsbət nəticələr versə də, uzun müddətli dövrdə özünü doğ­rult­­mamış, məşhurlaşa bilməmişdir.

Inflyasiyanın Keynscəsinə izah edilməsinin tərəfdar-ları, “struk­tur inflyasiya” və “təklifin iqtisadiyyatı” nəzəriy-yəsinin nümayəndələri öz proqramlarında daha təsirli vasi-tələrdən istifadə olunmasını təklif edirlər. Bunlara qiymət-lərin və əmək məhsuldarlığının müvəqqəti don­durulmasını, vergi sisteminin köməyilə sahibkarlığın stimul­laş­dırıl­ma­sı­nı, əmanətlərə təminat verilməsində əhalinin etibarının qazanıl­masını, çox böyük həyati əhəmiyyətə malik olan sahə və istehsalatların fəaliyyət göstərmələrinin təmin edilməsini və s. misal göstərmək olar.

Inflyasiya şəraitində yeridilən dövlət siyasətinin baş­qa bir vari­an­tı, onun qarşısının alınması üçün həyata keçi­rilən tədbirlərə dövlətin mü­daxilə etməsinin son dərəcə azaldılmasıdır. Buna firmaların daxili və dünya bazar­larında fəaliyyətlərinin və qiymətlərin liberal­laş­dırılmasına imkan verən proqramları (əmək haqqının artırılması məh­dudlaşdırılan za­man sərbəst qiymətlərdən istifadə olun­ması, milli valyutanın sabit­li­yinin qorunub saxlanması üçün tədbirlər görülməsi və i.a.) misal gös­tər­mək olar.

Qərbin müxtəlif ölkələrində yüksək inflyasiya ilə mü-barizədə hər iki proqramdakı müsbət cəhətlərdən qarşılıqlı surətdə istifadə olu­nur.

Reyqanın prezidentliyi dövründə ABŞ-da həyata keçirilən iq­tisadi tədbirlər diqqəti daha çox cəlb etdiyinə görə onu qısaca nəzərdən ke­çirək. Bu dövrdə ABŞ-da inflyasiya əleyhinə həyata keçirilən siya­sə­tin əsasını sosial proqramların və dövlət xərclərinin xeyli azaldılması, döv­lət büdcəsi kəsirinin ləğv edilməsi və ardıcıl olaraq kəskin, məh­dud­laşdırıcı kredit-pul siyasətinin yeridilməsi təşkil etmişdir. Proq­ramın məqsədi yüksək inflyasiya və işsizliyə qarşı mübarizə apar­maqdan iba­rət olmuşdur. Beləliklə, “reyqanomika” “təklif iqtisa­diy­yatının”, Mone­tar və Keyns metodları və konsepsiyalarının əlaqə­lən­dirilməsinə əsas­lan­mışdır. Bütün bunlar hətta ETT-ni sürətləndirmək və əmək məh­sul­dar­lığını yüksəltməklə “çaparaq” inflyasiyanın illik səviyyəsinin 4-6% aşağı salınmasına səbəb olmuşdur.

Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin hamı-sında de­mək olar ki, inflyasiya olmuş, onlar bunun ağrı-acısını bu və ya digər dərəcədə görmüşlər. Bütün bunlar isə həmin ölkələrin bu sahədə təc­rü­bə­lərinin öyrənilməsini zəruri edir.

Bəzən inflyasiyanın və onun nəticələrinin aradan qal-dırılması üçün daha sərt tədbirlərə əl atılır. Belə tədbirlərə valyutanı sabitləş­dir­mə­yin aşağıdakı metodlarını misal göstərmək olar:

1) Nullifikasiya 1 . Bu o deməkdir ki, qiymətdən düşmüş pul ni­şanı ləğv edilir, etibarsız elan olunur və onun əvəzinə tədavülə yeni val­yuta buraxılır.

2) Valyutanın restavrasiyası (bərpa olunması). Qızıl monomet­a­lizm dövründə istifadə olunmuş bu metodda ban-knotun qızıla dəyiş­di­rilməsinin bərpa olunması istehsalın artımını, büdcə kəsirinin ləğv olun­masını və deflyasiya 1 apa-rılmasını qabaqlayır. Deflyasiya pulun qiymətindən düşmə-sini ləngidir. Deflyasiyadan bir qayda olaraq pul is­lahatına hazırlıq kimi stifadə edilir. Deflyasiya bir sıra maliyyə-kredit tədbirlərinin vasitəsilə həyata keçirilir. Belə tədbirlərə vergilərin artırıl­ması, dövlət xərclərinin azaldılması, əmək haqqının dondurulması, döv­lət tərəfindən buraxılan qiymət-li kağızların açıq bazarlarda satışının ix­tisar edilməsi, borc faizinin yüksəldilməsi və s. aiddir.

3) Devalvasiya 2 . Bu, bir ölkənin valyutasının məzən-nəsinin başqa bir ölkənin valyutasının məzənnəsinə nis-bətən aşağı düşməsi de­məkdir. Devalvasiya pulun qiymət-dən düşməsini hüquqi cəhətdən möh­kəmləndirir.

Devalvasiyanı doğuran səbəblər aşağıdakılardır: 1) Başqa öl­kə­­lərə “hərbi yardım” göstərmək məqsədilə xaricdə hərbi bazaların və si­lah­lı qüvvələrin saxlanmasına sərf olunan xərclərlə əlaqədar tədiyə ba­lansının daim kəsirli olması; 2) Hərbi xərclərin, dövlət borcunun və əm­təələrin qiymətlərinin artması ilə əlaqədar dərin inflyasiya pro­ses­lərinin getməsi 3) Dövlətin qızıl ehtiyatlarının azalması.

Inflyasiyanın və onun nəticələrinin aradan qaldırıl-masından söhbət gedərkən revalvasiyanı 3 yaddan çıxarmaq olmaz. Bu o deməkdir ki, hər hansı bir ölkənin valyutasının məzənnəsi başqa ölkələrin pul vahidləri ilə müqayisədə yüksəlir. Bu metoddan adətən inflyasiyadan sonra ölkənin pul sistemini sabitləşdirmək və pulun alıcılıq qabiliyyətini bərpa etmək, beynəlxalq valyuta bazarlarında valyutaların məzən­nəsi­nin sabit şəkildə yüksəldilməsinə xarakteristika vermək üçün isti­fadə olunur.

Beynəlxalq iqtisadi əlaqələrdə revalvasiya devalvasi­yanın ək­si­dir. Revalvasiya, borclu, öz borcunu revalvasiya onunan valyuta ilə ödədikdə kreditor, əmtəələrin haqqı ucuz qiymətlə satın alınmış valyuta ilə ödənildikdə isə idxal edən üçün sərfəlidir. Ixrac edən üçün reval­va­siya bir qayda olaraq itki verir, çünki onların əmtəələrinin başqa ölkə­lə­rin valyutasında ifadə olunan qiyməti artır.

Mövzu 21: Məşğulluq və işsizlik. ( 2 saat)

Plan
1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.

2. İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları.

3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.

Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək mü­na­sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək baza­rının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klas­sik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bu­nun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı kon­sep­siya­sı­nın tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu kon­sep­siyaya tərəfdar çıxmış-lar. Onlar belə hesab edirlər ki, bütün başqa ba­zarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqı­nın köməyilə tən-zimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ix­tisasın artırılmasına qoyulan investisiyalar da ma­şın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı ola-raq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdük-də isə işsizlik aradan qalxır.

Keynsçilər və monetaristlər isə əmək bazarının ma-hiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yana­şırlar. Onlar, neoklassik­lər­dən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçi­rirlər. C. M. Keyns, sonralar isə R. Qordon və baş­qa­ları id­dia edir-dilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəy­yən olun-muş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt he­sab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı ara­dan qaldır­malıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azalt­maqla tələ­bin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüd­etmələrlə de­yil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tən­zimlənir.

Monetarizm məktəbi nümayəndələrinin (M.Frid­men və baş­qa­ları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqı-nın minimum məbləğinin müəyyən edilməsi, həmkarlar itti-faqlarının mövqeyinin möhkəm ol­ması, boş iş yerləri haq-qında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasə­tin­dən, xüsusilə də mərkəzi bankın qeydiyyat normala­rın­dan, kommersiya banklarının mərkəzi bankların hesabla­rında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğul­lu­ğun artmasına səbəb ola bilər.

Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ide­ya­lardan biri də C.Danlop, L.Ulman və baş­qa­larının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin struk­turunda peşələr və sahələr üzrə müx­təlifliyin və əmək haq­qının səviyyəsinin təhlilinə yönəldirlər. Göründü­yü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və baza­rın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dina­mi­kasının xüsusiy­yət­ləri ilə əlaqələndirilməklə izah olun­ma­sına cəhd göstərilir.

Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərə­findən həmin dəyərin üzərinə keçirilir. Bu, iş qüvvəsini bütün digər ehti­yatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanu­nauy­ğun­luqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyət­ləri vardır. Be­lə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər.

Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamla­maqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.

Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçi­lərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və or­ta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini 1 , ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluq­çu­ları misal göstərmək olar.

Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qul­luqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədə­biyyatda həm də “iqtisadi fəal əhali” deyilir . Bundan başqa, statistikada “mülki iş qüvvəsi” (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesab­lanır.

Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, ba­zar günlərin-də, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəb­bü-sü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.

Məşğul əhali tam və natamam iş həftəsi ərzində işlə-yənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstə­rici­lərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çev­ril-məklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.

Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etmə­yən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləmə­yən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəs­sam­lar, hə­kimlər və b.) təşkil edir.

Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quru­luşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin su­rət­də azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məş­ğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrü­fatında məşğul olanların sayı 1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.

Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmə­nalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xa­rak­terinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qa­lan funksi­yalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa söz­lə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.

2. Işsizlik, onun səbəbləri, ölçülməsi və formaları.
Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.

Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axta-ranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir. Işsizliyi ifadə edən kateqoriyalar aşa­­ğı­dakılardır: 1) Işdən çıxarılma nəticəsində iş yerlərini itirənlər; 2) iş­dən könüllü çıxıb gedənlər; 3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələn-lər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.

Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düs­turla hesablanır:

Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə;

LFC – mülki iş qüvvəsinin sayını göstərir.

Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsiz­liyin səviyyəsi:
LUE = (67310 ∙ 100) : 1216990 = 5,5%-ə bərabərdir.
Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr möv­cud­dur. Bunlardan geniş yayılmışları aşağıdakı-lardır: 1) Əhali artıqlığı (mal­tusçuluq); 2) Texniki tərəqqi (“texnoloji nəzəriyyə”); 3) Kapital yığı­mı prosesi (marksist məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək haqqının səviyyəsinin yüksək olması (“azad sahibkarlıq” məktəbi).

Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün “Əhali qanunu haqqında təcrübə” əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra ar­tıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.

Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlı-ca səbə­binin texniki tərəqqi olduğunu elan edən “texnoloji işsizlikdir”. Bu nəzə­riyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edil­məsinin vasitə və yolları haq-qında diskussiyalarda müdafiə olun­muş­dur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal gücləri-nin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məq­sədəuy­ğun­luğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsiz­li­yin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi ka­pi­tal yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarət­dir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və ava-danlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, is­tehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-is­təməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə “Kompensasiya nəzəriyyəsi” meydana gəlmişdir. Bu nəzəriyyənin tərəf­darlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçi­lər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir.

Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik nəzəriyyəsidir . 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi” kita­bında kapitalist iqtisadiyya­tında məşğulluq səviyyəsini yeni tərzdə ay­dın­laşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət ve­rən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçək­lənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem de­yildir. Kapitalizmin “öz-özünə inkişaf” etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisa-di inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düz­gün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mü­hüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edi­lər­kən tam tarazlığın gözlənilməsində axtarmaq la­zımdır.

Keynsdən fərqli olaraq “azad sahibkarlıq” məktə­binin nüma­yəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məş­ğul-luğun və işçilərin sayının azalmasına və de­məli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayən­də­lə­rindən biri Kembric Universitetinin professoru A.Piqudur. Onun çıxar­dığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haq­qı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məş­ğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçi­lər ara­sında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə im­kan verən səviyyədə müəyyən olunmuşdur; 3) Birinci dün­ya mühari­bə­sindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gəti­rib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.

Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqi­qətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nə­zər­dən ke­çirək.

Insanlara fəaliyyət növünün və iş yerinin seçilmə­sində sərbəst­lik verildikdə istər-istəməz seçim qarşısında, “iki da­şın arasında” qa­lırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə də­yişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçün­cülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti səna­yesində hava şəraiti pis oldu­ğuna, avtomobil sənayesində model dəyiş­diyinə görə) itirirlər. Elə adam­lar da vardır ki, (bu xüsusilə gənclərə aid­dir) yenicə əmək fəaliy­yə­ti­nə başladıqlarına görə iş axta-rırlar. Bu adam­ların hamısı iş yerləri tap­dıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qa­yıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəq­qəti itirənlər “ümumi işsizlilər fondunda” onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion 1 işsizlik deyilir. Işsizliyin bu forması qaçılmaz və müəy­yən dərəcədə arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məh­sul­darlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoy­maq mümkün olmadığına görə, friksion işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün de­yildir.

Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqti­sadçılar struktur sözünü “tərkib” mənasında işlə-dirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyi­şik­liklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tə­lə­bin strukturu-nun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi pe­şə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzi­lərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kate­qoriya­la­rında iş­sizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əla­qədardır ki, iş qüv­vəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğun­la­şa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəq­qi sonsuz olduğuna görə struktur işsizliyin də tama­milə aradan qaldı­rılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdir-mək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar “əmək”lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə pe­şə­yə yiyələnmə-sələr, hət­ta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur iş­sizlik isə uzun müddət davam edir.

Işsizliyin növlərindən biri də tsiklik və ya dövri işsiz-likdir. Iş­sizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olu­nur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©atelim.com 2016
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.