Press "Enter" to skip to content

Sərbəst İşlər

iqtisadiyyatında həmin proseslərin 3.Po səviyyəsi, onlar tədqiq olunur:

Azad iqtisadi zona nədir?

Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il tarixli, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanının icrası istiqamətində bu gün Ələtdə sözügedən iqtisadi zonanın təməli qoyulub.
Yeniavaz.com
açıq internet resursları əsasında Azad İqtisadi Zona (AİZ) haqqında məlumatı təqdim edir:

Mahiyyəti və yaradılması məqsədləri
1973-cü il mayın 18-də Kiotoda (Yaponiyada şəhər) keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. Bu da özündə aşağıdakı vacib məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; viza rəsmiləşdirilməsi; bank fəaliyyəti; mülkiyyət və girov münasibətləri (o cümlədən, torpağa sahiblik hüququna dair məsələlər); konsessiyanın (imtiyazın) verilməsi; azad zonanın idarə edilməsi. Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunmasıdır. Azad zonaların problemlərinə həsr edilmiş müasir nəzəri işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar, dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması aləti kimi göstərilir. “Azad zona” anlayışına bu cür izahat verilməsi, onun təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etməsi deməkdir. Bu cür yanaşmaya görə “azad zona – təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir”. Azad iqtisadi zonaların aşağıdakı xarakterik cəhədlərinə baxaq:
müxtəlif növ güzəşt və stimulların tətbiqi, o cümlədən;
xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi);
fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əmək haqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər;
maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər.
administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.
Azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur: misal üçün, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər orta hesabla ildə 40% mənfəət əldə edirlər. Qoyulan sərmayələrin özünü ödəməsi müddəti isə əhəmiyyətli dərəcədə qısalır (2-3 dəfəyədək). Azad iqtisadi zonalar üçün bu müddət 3-3,5 ili keçməyənədək normal hal kimi sayılır.
Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir. Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəaliyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiyyət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı “Makiladoras” ərazisini göstərmək olar. Bu konsepsiya firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır. Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Əgər ölkə hər hansı səbəblər üzündən birbaşa xarici kapital üçün açıq iqtisadiyyatı təmin edə bilmirsə, onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə bilər. Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla, ilk növbədə isə idxaləvəzedici məhsullarla doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır. Göründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlərin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır. Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla aşağıdakı kimi izah etmək olar.
İqtisadi məqsədlər:
Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;
Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;
İxrac məhsullarının genişləndirilməsi üçün BƏB-in üstünlüklərindən istifadə edilməsi;
Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması.
Sosial məqsədlər:
İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;
İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilmə-si;
Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;
Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması.
Elmi-texniki məqsədlər:
Ən yeni xarici və yerli texnologiyadan istifadə;
İdarəetmənin yeni formalarının həyata keçirilməsi;
Mühəndis-texniki mərkəzlərin təcrübi və elmi nailiyyətlərinin cəlb edilməsi;
İstehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması.

Təsnifatı
Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq. Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:

Azad ticarət zonaları
Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

Xüsusi gömrük zonaları
İqtisadi zonaların sadə formalarından biri olmaqla, xüsusi gömrük zonaları özlərində ixrac üçün nəzərdə tutulmuş xarici malların qorunması, qablaşdırılması və emalı üçün yaradılmış tranzit və ya konsiqnasiya anbarlarını əks etdirir. Belə zonaları tez-tez azad gömrük əraziləri kimi də adlandırırlar. Xüsusi gömrük zonalarında malların idxalı və ixracına gömrük rüsumları tətbiq edilmir. Belə zonalar dünyanın bir çox ölkələrində mövcud olur.

Xüsusi ticarət-sənaye zonaları
Güzəştli ticarət rejiminə malik əraziləri özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, məhsulların ixracı üçün çoxsaylı güzəştlər tətbiq edilir. Xüsusi ticarət-sənaye zonalarının istehsal və ticarət fəaliyyəti zonalar içərisində daha geniş yayılmış formalardan biridir. İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları UNCTAD-ın materiallarına görə, belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir. Lakin bu hal, həmin məhsullara, onların qəbul edən ölkənin milli gömrük ərazisinə daxil olduğu zaman şamil edilmir. Bu cür zonalara daha çox sənayeləşmənin idxaləvəzedici tipindən ixracyönümlü tipinə keçid strategiyasını həyata keçirən inkişaf etməkdə olan ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni Sənaye Ölkələrində nail olunur. Hazırda dünyada belə zonaların sayı 350-ni ötmüşdür. İxracyönümlü sənaye zonaları əsasən valyuta sərvətləri qazanmaq məqsədilə xarici bazara çıxış yönümündə yaradılır.

Texniki-iqtisadi inkişaf zonaları
Texniki-iqtisadi inkişaf zonaları milli iqtisadiyyatda effektli, yüksək texnologiyaya malik istehsalın təşkili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf zonalarında yerləşən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından, təşkilatçılığın və marketinqin proqressiv metodlarından geniş istifadə olunur və qabaqcıl sənaye texnologiyası işlənib hazırlanır, tətbiq edilir. Texniki-iqtisadi inkişaf zonaları da daha çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Təşkilati və fəaliyyət göstərmə xüsusiyyətlərinə görə texniki-iqtisadi inkişaf zonalarına yaxın olan AİZ formalarından biri də Yeni və Yüksək Texnologiyanın İnkişafı Zonalarıdır.

Yeni və yüksək texnologiyanın inkişafı zonaları
Belə zonalar əsasən ABŞ, Yaponiya və Çin kimi ölkələrdə geniş yayılmışdır. ABŞ-da onları “texnoparklar”, Yaponiyada – “texnopolislər”, digər ölkələrdə isə – biznes-innovasiya mərkəzləri və “inkubatorlar” kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf zonalarından fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın inkişafı, elmtutumlu məhsullar istehsalına yönəlir. Belə zonalarda cari və perspektiv elmi-təcrübi məsələlərin həlli ilə, yeni növ məhsul və material istehsalı ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.

Açıq rayonlar
Belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi məqsədilə güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. “Açıq rayonlar” daha çox Çində inkişaf etmişdir və demək olar ki, ölkənin bütün sahilboyu ərazilərini əhatə etməklə, ölkənin daxilinə doğru genişlənirlər. Belə rayonlarda texniki-iqtisadi inkişaf zonaları, ixracyönümlü istehsalı həyata keçirən texnoparklar yerləşir.

Offşor zonaları
Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır.

Sərbəst İşlər

İqtisadi proseslərin və ya obyektlərin riyazi modellərini qısaca iqtisadi–riyazi modellər adlandırırılar. Bu modellər iqtisadi proseslərin qanunauyğunluqlarını riyazi münasibətlərin köməyi ilə abstrakt şəkildə ifadə edir.

Təyinat məqsədinə görə iqtisadi-riyazi modellər iki tipə bölünür: nəzərianalitik və tətbiqi modellər. Nəzəri- analitik modellər iqtisadi proseslərin ümumi xassələrinin qanunauyöunluqlarının tədqiqində, tətbiqi modellər konkret iqtisadi məsələlərin həllində isifadə edilir.

Riyazi modellərin ümumi təsnifatına uyğun olaraq, iqtisadi-riyazi modellərdə struktur və funksional modellərə, həmçinin aralıq forma olan struktur-funksional modellərə ayrılır. Planlaşdırmada və idarə etmədə obyektlərin daxili quruluşunu və altsistemlərin qarşılıqlı əlaqəsini bilməyin böyük əhəmiyyəti var. Ona görə də iqtisadiyyatda tez-tez struktur və struktur-funksional modellər tətbiq olunur. Struktur modellərin tipik nümunəsi sahələrarası əlaqələr modelidir. Funksional modellər iqtisadi tənzimləmədə tətbiq edilir. Bu zaman obyektin fəaliyyətinə “giriş” parametirlərini dəyişməklə təsir edilir. Əmtəə-pul münasibətləri şəraitində istehlakçıların davranışı modeli belə modeldəndir. İqtisadi tədqiqatlara prinsipcə müxtəlif yanaşma tərzinə görə deskriptiv və normativ modelləri fərqləndirirlər. Deskriptiv modellər müşahidə olunan hadisələri yalnız izah edir və ya passiv proqnoz verir, obyekt necədir? nədən ibarətdir? Və ya nə cür inkişaf edər? suallarını cavablandırır. Normativ modellər məqsədyönlü fəaliyyəti əsas tutur, obyekt necə olmalıdır, necə qurulmalıdır? Və ya necə fəaliyyət göstərməlidir? suallarını cavablandırır. Normativ modellərə optimal planlaşdırma modelləri nümunə ola bilər. Bəzi istehsal funksiyaları və istehlakçının tələb funksiyaları deskriptiv modellərdəndir.

İqtisadi-riyazi modelin deskriptiv yaxud normativ olması təkcə onun riyazi strukturunun deyil, bu modelin istifadə olunma xarakterindən də asılıdır. Məsələn sahələrarası balans modeli keçmiş dövrün təhlili yaxud passiv proqnoz üçün istifadə edilərsə, deskriptiv hesab olunur. Həmin riyazi model xalq təsərrüfatının inkişafının balanslaşdırılmış variantlarının hesabatı üçün tətbiq olunursa, onda normativdir.

Səbəb-nəticə əlaqələrinin əks etdirilməsi xarakterinə görə sərt determinist modelləri və təsadüfi, qeyri -müəyyən amilləri nəzərə alan modelləri ayırırlar. Determinist modellər iqtisadi hadisələrin tamamilə müəyyənliyinə əsaslanır. Ehtimallı adlanan ikinci tip modellərin ifadə etdiyi proseslərin nəticələri təsadüfü kənar amilərin təsindən aslıdır və onu bu və ya digər dərəcədə öncədən görmək olar. Bəzən planlı təsərrüfatı determinə olunmuş qəbul edirlər. Lakin, iqtisadi sistemlərə ehtimalla yanaşmaq məsləhətdir. Ehtimallı iqtisadi sistemlərin modelləri iqtisadi – statistik üsulların tətbiqini tələb edir.

Zaman amilinə görə iqtisadi – riyazi modellər statik və dinamik modellərə bölünür. Statik modellər iqtisadi sistemin müəyyən andakı halını əks etdirir, dinamik modellər isə sistemin zamana görə inkişafını, hərəkətini öyrənir. Obrazlı ifadə ilə desək, birinci halda kinofilmdən bir kadrı, ikinci halda bütöv kinonu görürük. Zaman bir dəyişən kəmiyyət kimi bu modellər də kəsilməz və ya diskret şəkildə iştirak edə bilər.

Riyazi aslılıqların forması baxımından iqtisadi- riyazi modellər daha müxtəlifdir: xətti, qeyri-xətti, qabarıq və s. Təhlil və hesablamalar nöqteyi nəzərindən xətti modellər daha geniş yayılmışdır. Xətti və qeyri – xətti modellər arasındakı fərq təkcə riyazi deyil, həm də nəzəri xətt iqtisadi baxımdandır.
Modeldə iştirak edən ekzogen və endogen dəyiçənlərin nisbətinə görə açıq və qapalı modellər var. Tam açıq model yoxdur: modeldə heç olmasa bir endogen dəyişən var. Tam qapalı iqtisadi-riyazi modellər (ekzogen dəyişənləri olmayan) lap azdır. Açıq modellər modelləşdirilən obyektin xarici mühitlə qarşılıqlı təsirini nəzərə alır, əksinə qapalı modellərdə bu nəzərə alınmır. Qapalı modellərdə obyekt xarici mühitdən təcrid olunmuş kimi götürülür. Etiraf etmək lazımdır ki, əslində belə iqtisadiyyat mümkünsüzdür. Hər ölkənin ixracı da var, idxalı da, yəni sistem qapalı deyil.
İqtisadi-riyazi modellərin təsnifatını yenə davam etdirmək olar: kəsilməz və diskret dəyişənli modellər, qarışıq dəyişənli modellər; mikro və makro modellər, nöqtəvi və fəza modelləri və s. İqtisadi-riyazi tədqiqatlar intensivləşdikcə təsnifat problemi də çətinləşir. Əlbəttə, şübhəsiz ki, yeni tip modellərin və yeni təısnifat əlamətlərinin yaranması ilə yanaşı müxtəlif tipli modellərin inteqrasiyası prosesi də gedir.

Ümumiyyətlə, iqtisadi-riyazi üsullar, iqtisadi-riyazi fənnlər kompleksinin ümumi adıdır. İqtisadi-riyazi üsullar iqtisadi sistemin ayrı – ayrı elementlərinin əlaqəsini formalizə etmək üçün tətbiq olunan riyazi aparatdır, ümumi kibernetik qanunauyğunluqlar və prinsiplərdir. Riyaziyyat, kibernetika və iqtisadiyyat elmlərinin qovuşuğunda yerləşən bu fənlərin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Lakun bu üsulların səmərəli tətbiqi hər şeydən öncə onların ciddi və dərindən öyrənilməsini və deməli müəyyən sistemçatikasını tələb edir. Məqsədəuyğun təsnifat əlaməti də seçilir. İqtisadi-riyazi üsullarını öyrənilməsinin məqsədi onların realizə edilmə məqsədini açmaqda,daha səmərəli tətbiq sahələrini müəyyənləşdirməkdən ibarət olduğuna görə təsnifat əlaməti olaraq, məsələn, istifadə olunan riyazi aparatının xarakterini götürmək mümkündür. Bu əlamətə görə klassik və tətbiqi riyaziyyatın üsullarını ayırmaq olar.

1) ADİU, Əliyeva Xumar Cəlil qızı, Mövzu: “Modelləşdirmə məsələləri və Azərbaycanda iqtisadi fəaliyyətin modelləşdirilməsində informasiya texnologiyalarının rolu”, Magistr Dissertasiyası, səhifə 32-35.

Qeyd: Sərbəst iş mövzuya aid olmaya bilər.

İqtisadi-riyazi üsullar və modellər

maddi və mücərrəd insanlar onların fəaliyyətinin müxtəlif sahələrində istifadə Bütün modellər iki qrupa bölmək olar. ilk onlar həqiqətən toxunmaq olar, obyektiv var. Sonuncu yalnız insan ağlı mövcud olsa da. Bu maddənin çərçivəsində iqtisadiyyat yalnız riyazi metod və modellər baxılacaq. Onlar bu sahədə baş verən proseslərin və hadisələrin təhlili üçün istifadə olunur. Onların istifadə yeni iqtisadi hədəflər üçün imkan verir. Bu təşkilat artıq firma idarə edilməsi ilə bağlı qərarlar dərslik üçün təşəkkür edirik.

Riyaziyyat tədqiqat üsulları iqtisadiyyatına əməliyyatlarda bu sahədə problemlərin öyrənilməsi ən təsirli vasitədir. müasir elmi və texniki fəaliyyət, onlar modelləşdirmə kritik formada olur. Və planlaşdırma və idarəetmə təcrübəsində, bu üsul – əsas.

müxtəlif proqramları, ilk planlaşdırma, təhlil və idarəetmə problemləri həll etmək üçün nəzərdə tutulmuşdur olan əsasını iqtisadi-riyazi üsullar və modelləri. Birlikdə texniki vasitələrlə, bir verilənlər bazası, onlar insan-maşın sisteminin bir hissəsidir. Bu (nekonstrukturirovannyh və slabokonstrukturirovannyh kimi) problemlərin bütün növ həll etmək üçün model və bilik istifadə etməyə imkan verir.

aşağıdakı bölgüsü əsasını təşkil meyarlara asılı olaraq, iqtisadi və riyazi metodlar və modellər təsnif edilir.

– müraciət ki, onların köməyi ilə konkret problemləri həll;

– (bu ümumi nümunələri və iqtisadiyyatda baş verən proseslərin xüsusiyyətləri yoxlamaq lazımdır zaman istifadə olunur) nəzəri.

Bundan əlavə 2. Hər hansı bir causal əlaqələr, onlar əks etdirir:

– ehtimal (qeyri-müəyyənlik amili yaranır nəzərə almaq).

iqtisadiyyatında həmin proseslərin 3.Po səviyyəsi, onlar tədqiq olunur:

– sənaye və texnoloji;

vaxt amili əks bu üsulla, 4.:

– Dinamik, bu dəyişikliklər görülə bilər;

– burada statik asılılıqlar və ya an yalnız bir müddət əks etdirir.

5. ətraflı səviyyəsi:

– makro model (məcmu);

riyazi münasibətlər ifadə edilə bilər ki, formada 6.:

– xətti – onlar daha geniş yayılmasına səbəb hesablamalar və təhlili üçün istifadə etmək çox əlverişlidir.

İqtisadi-riyazi metodlar və modellər inşaat onların prinsipləri var. Bunlar:

1. məlumatların unikallığı prinsipi. simulyasiya əvvəlində istifadə edilən bu məlumata görə, istintaq bu mərhələdə belə məlum deyil gələcək sisteminin parametrləri asılı olmamalıdır.

2. ilkin məlumatların tamlığı prinsipi. Bu ilkin məlumat onlar əldə nəticələrindən asılı bəri, çox dəqiq olmalıdır istifadə deməkdir.

3. davamlılıq prinsipi. O, daxil və ya ilk modelləri quraşdırılıb obyekt, o xüsusiyyətləri bölüşdürülməmiş və hər sonrakı etmək lazımdır ki, deyir.

4. effektiv həyata keçirilməsi prinsipi. Hər bir model praktikada istifadə olunmalıdır. Onun həyata keçirilməsi son hesablama resursları kömək etməlidir.

İqtisadi-riyazi üsullar və modellər həmişə bir neçə mərhələdə inşa edilir:

Problemin 1) müəyyən, onun təhlili.

2) Tikinti riyazi model. Bu funksiyaları, çizelgeleri, tənliklər şəklində onun ifadəsidir.

riyazi üsulları istifadə edərək nəticəsində modelinin 3) təhlili.

İlkin məlumatlara 4) hazırlanması.

5) Bu faktiki proqramlaşdırma, alqoritmlər və hesablamalar həyata keçirən.

onların praktiki tətbiqi nəticələrinin 6) təhlili.

bu mərhələlərin hər biri ekspertizası hesab sahəsindən asılı olaraq, öz xüsusiyyətləri ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.