Press "Enter" to skip to content

Bir insanın 30 güclü və zəif tərəfi

Dözümlülük pis təcrübələri şəxsi böyümək üçün öyrənməyə çevirmək və dəyişdirmək qabiliyyətidir. Buraya insanın bütövlüyünü və şəraitin təzyiqinə qarşı müqavimətini qorumaq qabiliyyəti daxildir.

Cənubi Qafqazda regional və milli təhlükəsizlik: real təhdidlər kontekstində

Təhlükəsizlik müasir geosiyasət üçün aktual nəzəri və praktiki məsələdir. Mütəxəssislər bu anlayışın müxtəlif məzmun çalarlarını vurğulayırlar. İndiki tarixi mərhələdə təhlükəsizliyin təhdidlər, risklər və çağırışlarla əlaqəsi barədə analizlər aparırlar. Meydana olduqca maraqlı mənzərə çıxır. Məlum olur ki, təhlükəsizliyin qlobal, regional və milli səviyyələri bir-biri ilə sıx əlaqəlidir. Bütövlükdə isə təhlükəsizliyin təməlində milli təhlükəsizlik dayanır. Milli təhlükəsizlik təmin edilmədən regional və qlobal təhlükəsizlik sisteminin yaradılmasından söhbət gedə bilməz. Odur ki, mütəxəssislər milli təhlükəsizlik probleminə xüsusi diqqət yetirirlər. Bu anlayışın müxtəlif aspektlərini əlaqədə götürdükdə, problemin sistemli xarakter daşıdığını görərik. Bu yazıda Cənubi Qafqazın timsalında milli təhlükəsizliklə regional təhlükəsizlik arasındakı əlaqələrə nəzər salmağa, həmin kontekstdə Ermənistanın oynadığı mənfi rolun bir sıra aspektlərini təhlil etməyə cəhd göstərəcəyik.

Anlayışların nəzəri müqayisəsi: təhlükə, təhdid, risk və çağırışlar

“Təhlükəsizlik” müasir siyasətşünaslıqda ən çox işlənən anlayışlardandır. Onu müxtəlif kontekstlərdə işlədirlər. Belə ki, bu termin “təminatlılıq”, “inam”, “sığortalanma”, “sakitlik”, “sabitlik”, “təhdidlərin yoxluğu” kimi məna çalarları kəsb edə bilir. Zəngin məzmuna malik olması təhlükəsizliyin “təhlükəsizlik paradiqması”, “təhlükəsizlik mədəniyyəti”, “təhlükəsizlik sərhədi”, “təhlükəsizlik rejimi”, “təhlükəsizliyin idarə edilməsi”, “təhlükəsizlik kompleksi”, “geotəhlükəsizlik” və s. kimi bir neçə vacib konseptlərini meydana gətirib (bax: Николай Баранов. Современные представления о безопасности / http://nicbar.ru/nazbez_lekzia1.htm).

“Təhlükəsizlik paradiqması” cəmiyyətdə təhlükəsiz inkişaf haqqında kök salmış təsəvvürləri əhatə edir.

“Təhlükəsizlik mədəniyyəti” konkret sosial qrupu digərlərindən fərqləndirən rəmzlər, obrazlar, ideyalar və təsəvvürlər çoxluğunu əks etdirir. “Təhlükəsizlik mədəniyyəti” öz “kod”larını formalaşdırır ki, bu da “təhlükəsizlik məkanı”nı müəyyənləşdirir.

“Təhlükəsizlik sərhədi” müxtəlif “təhlükəsizlik məkanı”nı cızır.

“Təhlükəsizlik rejimi” prinsiplərin, qaydaların və normaların çoxluğudur ki, təhlükəsizlik aktorları üçün davranış çərçivəsini müəyyənləşdirir və onlar arasında qarşılıqlı əlaqəni, müsbət qarşılıqlı təsirləri təmin edir.

“Təhlükəsizliyin idarə edilməsi” təhlükəsizliyi təmin edən aktorlar arasında vacib sferalarda əməkdaşlıq qaydasıdır.

“Təhlükəsizlik kompleksi” təhlükəsizlik haqqındakı dayanıqlı təsəvvürləri və həmin sahədəki münasibətləri birləşdirən transmilli regiondur.

“Geotəhlükəsizlik” müəyyən ərazidə təhlükəsizlik praktikasını və identikliyini özündə cəmləşdirən və “təhlükəsizliyin məkan obrazı”nı formalaşdıran geniş anlayışdır (bax: əvvəlki mənbəyə).

Bununla təhlükəsizliyə aşağıdakı 3 aspektdə yanaşmaq olar – birincisi, təhlükə və təhdidlərin yoxluğu, ikincisi, meydana gələn təhlükələrə qarşı kifayət qədər dayanıqlılıq, müəyyən mənada “immunitet”in mövcudluğu və üçüncüsü, bu təhlükələri aradan qaldırmaq, yaxud onlardan müdafiə olunmaq, “status-kvo”nu bərpa etmək hazırlığı və qabiliyyəti. Mütəxəssislər yuxarıda vurğulanan xüsusiyyətləri ümumiləşdirərək təhlükəsizliyə belə tərif verirlər: “Təhlükəsizlik sosiumun həyat fəaliyyətinin, onun etibarlı mövcudluğuna və dayanıqlı inkişafına keyfiyyət təminatı verən struktur və institutlarının durumudur” (bax: əvvəlki mənbəyə). Bu tərifi dövlətlərə, dövlətlər qrupuna, regionlara və bütövlükdə dünyaya tətbiq etmək olar. Çünki onların hər birinə avtonom sistem kimi baxmaq olar. Yuxarıdakı tərif də məhz açıq və mürəkkəb sistemlərə aiddir. Bu baxımdan dövlət, milli, regional və qlobal təhlükəsizliklər üçün həmin tərifi işlətmək olar. Həmin anlayışların təhlilinə keçməzdən öncə xarakter aspektində təhlükəsizliyin səviyyələrinə baxaq. Təhlükəsizliyin xarakteri obyektə təhlükə və təhdidlərin təsir dərəcəsi ilə müəyyənləşir. Burada iki istiqamətli faktorların nisbəti əhəmiyyətlidir. Birincisi, təhlükə və təhdidlər, ikincisi, onları neytrallaşdırmağa yönəldilmiş amillər. Bunların qarşılıqlı təsiri nəticəsində yaranan vəziyyət təhlükəsizliyin xarakteristik (səciyyəvi, özünəməxsus) səviyyəsini müəyyənləşdirir. Onun aşağıdakı səviyyələri qeyd edilir (bax: əvvəlki mənbəyə).

1) Mütləq təhlükəsizlik – faktiki olaraq təhlükənin yoxluğudur. Bu səviyyə müasir dünyada demək olar ki, yox dərəcəsindədir. Elə bir sosium, millət, dövlət və region yoxdur ki, mütləq mənada təhlükəsiz olsun. Bu, artıq mütəxəssislər tərəfindən yekdilliklə qəbul edilən həqiqətdir. Mütləq təhlükəsizlikdən yalnız nəzəri olaraq danışa bilərik.

2) Real (faktiki) təhlükəsizlik – həqiqi mövcud olan təhlükəsizlikdir. Onun üçün obyektiv olan təhlükə və təhdidlər, bu faktorlara qarşı dura bilən sistem elementləri də mövcuddur. Ancaq bütün hallarda təhlükə və təhdid amilləri yox olmur, qalır. Burada əsas məqam sistemin dağıdıcı qüvvələrə qarşı dayana bilən gücünün daim var olmasından ibarətdir. Yalnız bu halda faktiki təhlükəsizlikdən bəhs etmək mümkündür.

3) Qəbul edilə bilən təhlükəsizlik – bu, sistemin məqbul səviyyədə dayanıqlı inkişafın tələblərini ödəyə bilməsidir. Təhlükə və təhdidlər obyektə əhəmiyyətli zərər verə bilmir.

4) “Həddi” təhlükəsizlik (tələbatları minimum səviyyədə ödəyən təhlükəsizlik) – sistemin elə bir vəziyyətidir ki, təhlükə və təhdidlərin sonrakı təsiri əhəmiyyətli itkilərə aparıb çıxara, bununla da obyektin bütövlüyü təhlükə altına düşə bilər. Buna geosiyasi nəzəriyyələrdə “sərhəd durumu”, “uçurumun astanası” da deyirlər.

5) İllüziyalı (yalançı, təxəyyüli) təhlükəsizlik – real təhlükə və təhdidlərin qeyri-obyektiv, subyektiv qavranılması ilə xarakterizə olunan psixoloji durum. Bu, mövcud vəziyyət haqqında qeyri-adekvat təsəvvürlərin olmasıdır (bax: əvvəlki mənbəyə).

Yuxarıdakı təriflərdən görünür ki, təhlükəsizliyin dərkində “təhlükə” və “təhdid” anlayışları əsas rol oynayır. Lakin məsələni çətinləşdirən odur ki, bu anlayışların özü ilə bağlı birmənalı mövqe yoxdur. Bir sıra hallarda təhlükə ilə təhdid eyniləşdirilir, başqa variantlarda isə onlar risk və çağırışlarla qarşılıqlı əlaqədə izah olunur. Hər bir halda, müasir dövrdə təhlükəsizlik təhlükə və təhdidlə yanaşı, risk və çağırışlarla da əsaslı şəkildə əlaqəlidir. Xüsusilə qlobal təhlükəsizlik üçün risklər və çağırışlar ciddi əhəmiyyət kəsb edir. Beynəlxalq səviyyədə problemin bu aspekti ilə bağlı yüksək səviyyəli tədbirlərin keçirilməsi təsadüfi deyil. Məsələn, sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərdə dialoqa olan ehtiyac müasir dövrün çağırışları sırasındadır. Qlobal miqyasda risk faktoruna misal olaraq isə iqlim dəyişikliyinin qeyri-xətti xarakter alması, yaxud terror qruplarının kütləvi qırğın silahlarına sahib olması ehtimalının yüksəlməsini göstərmək olar. Onu demək lazımdır ki, müasir mərhələdə bu faktorların heç biri praktiki olaraq ayrıca təsir göstərmir – onlar digər risklər və çağırışlarla sıx bağlılıqda fəaliyyətdədirlər. Bu da indiki dövrdə təhlükə, təhdid, risk və çağırışlar kompleksindən danışmağın daha doğru olduğunu təsdiq edir. Müasir geosiyasətdə özünü göstərən qeyri-müəyyənliklərin hamısı faktiki olaraq sadalanan faktorların kompleks təsiri nəticəsində meydana gəlir.

Məsələn, Yaxın Şərqdə uzun illərdir cərəyan edən proseslərdə həmin məqamlar tam olaraq özünü göstərməkdədir. Burada təhlükələr konkret terror qruplarının və məzhəblər üzrə formalaşan təşkilatların mövcudluğu, avtoritar rejimlər, böyük qüvvələrin öz maraqları üçün fəaliyyət göstərməsindən qaynaqlanır. Təhdidlər isə həmin qüvvələrin konkret fəaliyyəti nəticəsində meydana gələn aqressiv davranışları ifadə edir. Risk faktorları bir tərəfdən yerli hakimiyyətlərin və cəmiyyətlərin zəifliyindən, digər tərəfdən totalitar idarəetmənin yaratdığı anormal sosial-siyasi mənzərədən və böyük güclərin hər an durumu öz xeyrinə dəyişmək üçün müxtəlif təzyiqlərdən istifadə etməyə hazırlığından qidalanır. Bütün bunlar kompleks şəkildə region üçün ciddi çağırışlara səbəb olub ki, onlara da birlikdə cavab vermək zərurəti yaranıb. Hələlik bu tələbat ödənmədiyindən, həmin regionda sabitlik bərqərar olmur.

Buradan görünür ki, müasir dövrdə təhlükəsizliyin bütün növləri və səviyyələri üçün təhlükə, təhdid, risk və çağırış anlayışları əsas rol oynayır. Bu səbəbdən onlar üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Ümumi götürdükdə, təhlükə bu və ya digər subyektləri (o cümlədən xalq, dövlət, bəşəriyyət) məhv etməyə, onlara zərər verməyə, deqradasiyaya uğratmağa qadir olan mümkün, yaxud real hadisələr, təzahürlər, proseslərdir. Təhdid isə, yuxarıdakı misallardan da göründüyü kimi, imkandan gerçəkliyə çevrilməyə hazır mərhələdə olan təhlükədir (bax: əvvəlki mənbəyə). Bu mənada onu təhlükənin daha konkret və birbaşa forması hesab etmək olar. Deməli, təhlükə daha çox imkan kateqoriyasına yaxındır. Təhdid isə gerçəklik kateqoriyası ilə izah oluna bilər. Bu halda təhdid gerçəkləşən təhlükədir. Təhlükə abstrakt ola bilər, yəni mövcud şərtlər daxilində onun reallaşması mümkün deyil. Konkret təhlükə isə mövcud şərtlər daxilində dəqiq ünvanı olandır. Bu cür təhlükə məqsədyönlü fəaliyyətlə aktuallaşırsa, təhdidə çevrilir.

Belə çıxır ki, hər bir təhlükə özündə potensial olaraq təhdid daşıyır. Lakin hər təhlükə təhdidə çevrilmir. Təhlükə və təhdidin qarşılıqlı əlaqəsi zərurət və təsadüf kateqoriyalarını da nəzərə almağı tələb edir. Bu fikirlərdən aydın olur ki, nəzəri olaraq təhlükəsizliyin təmini təhlükə ilə mütləq təhlükəsizlik arasında olan “sahə”də reallaşa bilər. Konkret deyilsə, uyğun tədbirlərlə təhlükə və təhdidlərin aradan qaldırılması təhlükəsizliyi təmin edən real prosesdir. Bunun iki tərəfi vardır. Birincisi, təhlükəsizlik təhlükə faktorlarının təhdidə keçməsini önləmək qabiliyyəti ilə bağlıdır. İkincisi, o, heç zaman mütləq təhlükəsizlik səviyyəsinə yüksələ bilmir, çünki təhlükə və təhdidlərin aradan qaldırılması həmişə nisbi xarakter daşıyır.

Bunun da səbəbi odur ki, dünyada heç bir proses statik deyil, daim dəyişəndir. Şərtlərin yeniləşməsi onların yaratdığı təhlükəni dəyişir və deməli, bu dinamikanı neytrallaşdırmaq əbədi olaraq yeniləşmə tələb edir. Ona görədir ki, dünyada əbədi təhlükəsiz hesab edilən bir vəziyyət yoxdur və bu mənada mütləq təhlükəsiz olan xalq, millət, cəmiyyət, dövlət, region və bəşəriyyət mövcud deyil. Bu reallıq hər bir dövlət və etnos üçün təhlükəsizliyin daim aktual olmasını tələb edir. Milli, regional və qlobal təhlükəsizlik məsələsinə də bu müstəvidə yanaşmaq daha adekvat olardı.

Ümumi halda təhlükə və təhdidlərin mənbəyi təbii hadisələr, subyektlərin fəaliyyəti, siyasi və sosial institutların səhvləri, məqsədyönlü yanlış işlərin aparılması, bir sıra dairələrin qərəzli planları və s. ola bilər. Bütün hallarda cəmiyyət, dövlət, regionlar və bəşəriyyət üçün təhlükə subyektlərin məqsəd və planları ilə əlaqəli olur. Burada təbii ki, təbiətin qanunlarını, fəlakətləri, kataklizmləri, iqlim şıltaqlığını da unutmaq olmaz.

Xaos mənbəyi: Ermənistan milli və regional təhlükəsizliyə təhlükə kimi

Təhlükəsizliyin təhlükə və təhdidlər kontekstində yuxarıda şərh edilən tərifi müstəvisində milli təhlükəsizliyin dərki aktualdır. Bu, regional və qlobal təhlükəsizliyin təmini məsələsində mühüm məqam təşkil edir. Çünki milli təhlükəsizlik konkret ölkə səviyyəsində məzmun kəsb edən anlayışdır. Regional və qlobal təhlükəsizlik onsuz mümkün deyildir. Ayrıca götürülmüş ölkələrin təhlükəsizliyi təmin edilmirsə, regional və qlobal miqyasda çoxlu sayda ölkələrin təhlükəsizliyindən danışmağın mənası yoxdur. Xüsusilə qeyri-xəttilik və qeyri-müəyyənliklə müşayiət olunan müasir dünyamızda milli-regional-qlobal təhlükəsizlik bir-biri ilə sıx bağlıdır, onların biri digərini tamamlayır. Bu “zəncirvarı əlaqə” pozulanda real olaraq heç bir səviyyədə təhlükəsizliyi təmin etmək mümkün olmur.

Hazırda dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrə baxdıqda, həmin reallığı görmək olar. Sirr deyil ki, məhz bir sıra dövlətlərin milli təhlükəsizliyinin təmin edilməməsi üzündən regional və qlobal miqyasda müxtəlif növ təhlükə və risklər getdikcə artmaqdadır. Onların fonunda münaqişələr həll edilmir, bir sıra ölkələrdə sabitlik bərqərar olmur. Məsələ ondan ibarətdir ki, milli təhlükəsizliyin təmini ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təcavüzlərin və müharibə təhlükəsinin istisna edilməsini nəzərdə tutur (bax: Николай Баранов. Феномен национальной безопасности / http://nicbar.ru/nazbez_lekzia1.htm).

Əgər yerli hakimiyyətlər müəyyən səbəblərdən bunları təmin edə bilmirsə, milli təhlükəsizliyə ciddi təhdidlər meydana gəlir. Mütəxəssislərin fikrinə görə, burada əsas məqam müstəqil daxili və xarici siyasətin yeridilməsindən ibarətdir. Digər tərəfdən isə onların daxili işlərinə kənardan müdaxilənin olmamasıdır. Bunlarla yanaşı, ölkənin təhlükəsizliyinin vacib elementi insan haqlarının qorunmasıdır (bax: əvvəlki mənbəyə).

Bu cür nəzəri izahların prizmasından Cənubi Qafqaz ölkələrinin milli təhlükəsizliyinə hazırda qlobal və regionla miqyasda baş verən geosiyasi proseslər müstəvisində nəzər salsaq, həm maraqlı, həm də ziddiyyətli məqamları görə bilərik. Onların kökündə milli təhlükəsizliyin şərtlərinin hər şeydən əvvəl güclü dövlətlər tərəfindən gözlənilmədiyi dayanır. Bu, özlüyündə paradoksdur. Çünki obyektiv olaraq böyük dövlətlər bütün regionlarda ölkələrin milli təhlükəsizliyinin qayğısına qalmalıdırlar ki, dünya miqyasında şəffaf mənzərə yaransın. Bu şəraitdə dünyanı idarə etmək daha asan olur. Qeyri-müəyyənlik qaldıqda isə daim risk faktoru özünü göstərir. Bu da, yuxarıda vurğulandığı kimi, təhlükələrin təhdidlərə çevrilməsi anlamına gəlir.

Problemin digər tərəfi region dövlətləri sırasında milli təhlükəsizliyi təmin edən şərtlərdən yayınanların mövcudluğu ilə əlaqəlidir. Konkret olaraq bu ölkə Ermənistandır. Deyək ki, Ermənistan müstəqil daxili və xarici siyasət yeridə bilmir. Keçən əsrin 90-cı illərindən aydın olub ki, rəsmi İrəvan kənardan verilən əmrlərlə hərəkət edir. Bunun nəticəsində indi ölkənin iqtisadi və enerji infrastrukturu xarici ölkələrin nəzarətindədir. Ermənistan iqtisadiyyatının müstəqil inkişaf proqramı mövcud deyil. Ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmasından sonra isə həmin sahədə asılılıq daha da artıb. Aİİ-nin Astana sammitində Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı göstərdi ki, İrəvan tamamilə Rusiya, Belarus və Qazaxıstandan imdad umur. Təşkilatın yaratmaq istədiyi azad ticarət zonalarına ümid bəsləyir. S.Sarkisyan faktiki olaraq özlərinin hansı iqtisadi layihələr həyata keçirmək istədiklərindən danışmır. Deməli, bu ölkənin daxili siyasətinin müstəqilliyindən danışmaq yersizdir.

Xarici siyasətdə vəziyyət daha acınacaqlıdır. Bütün regional layihələrdən kənarda qalan Ermənistanın vəziyyəti olduqca faciəlidir. İrəvan məhz yeritdiyi asılı xarici siyasətə görə bu vəziyyətə düşüb. Onun Cənubi Qafqaz ölkələrinin heç biri ilə strateji tərəfdaş olmaması bu səbəbdən təsadüfi deyil. Azərbaycana qarşı təcavüz siyasəti yeritdiyinə görə düşmən statusundadır, Gürcüstan isə rəsmi olaraq bəyan etdi ki, Ermənistan strateji tərəfdaş deyil, ancaq dost, qonşu ölkədir. Deməli, region ölkələri ilə strateji əməkdaşlıq münasibətləri yoxdur, deməli, təhlükəsizliyə təminat da yoxdur.

Rusiya Ermənistanı regionda ən yaxın müttəfiqi sayır, lakin o, strateji müttəfiqliyə yaramır. Çünki müstəqil deyil. İranla münasibətlər normaldır, lakin Tehran da İrəvana real strateji tərəfdaş ola bilmir. Burada həm Rusiya faktoru, həm də Azərbaycana təcavüz məsələsi vardır. Belə çıxır ki, İrəvanın xarici siyasəti regional miqyasda iflasa uğramaqdadır. Bu əsasda Ermənistanın qlobal səviyyədə təhlükəsizliyini təmin edə biləcəyi absurddur. Doğrudur, ona havadarlıq etmək istəyən böyük dövlətlər mövcuddur. Ancaq dünyaya bir sistem kimi baxsaq, təhlükəsizlik məsələsində bu havadarlığın yetərli olmadığını görərik.

Bu şərtlər daxilində Ermənistanın dövlət kimi suverenliyindən danışmağın mənası yoxdur. Üstəlik, onun yeritdiyi aqressiv xarici siyasət müharibə təhlükəsini real edir. Cənubi Qafqazdakı durumun geosiyasi özəlliyi ondan ibarətdir ki, Ermənistana qarşı müharibə təhlükəsinin mövcudluğu onun özünün qonşu ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə təhlükə yaratmasından qaynaqlanır. Çünki BMT Nizamnaməsinə görə, təcavüz obyekti olan ölkə, bu halda Azərbaycan, təbii özünümüdafiə hüququna malikdir və ondan istifadə edə bilər. Əslində, bu işdə Bakıya BMT üzvləri kömək etməlidirlər. Bu olmasa belə, Azərbaycan özünü müdafiə üçün Ermənistanın təcavüzünə sərt təpki ilə cavab verə bilər. Aprel ayındakı döyüşlər bunun sübutu oldu. Ermənistan ağır hərbi zərbə aldı və bu, təkrar oluna bilər.

Ermənistan insan haqlarının qorunmasında da autsayderdir. Hər şeydən əvvəl bu ölkədən yüz minlərlə insan deportasiya edilib və terrora məruz qalıb. Onlar indi də tarixi torpaqlarına qayıda bilmirlər. İrəvan nəinki bu faktı qəbul edir, hətta özünü elə aparır ki, guya həmin ərazidə ermənilərdən başqa kimsə yaşamayıb. Hər nə etsələr də, nə rəsmi İrəvan, nə də onun havadarları bu tarixi həqiqətdən qaça bilməyəcəklər. Ermənistan dünyada insan haqlarının ən çox pozulduğu ölkədir və bunun hüquqi təsdiqi mütləq olacaq.

Digər fakt hazırda Ermənistanda yaşayan insanların hüquqlarının daim tapdanmasından ibarətdir. Erməni ekspertlərin özləri yazırlar ki, həmişə vətəndaşlar hüquqlarının pozulmasından şikayət edirlər. Xüsusilə seçkilərdə rəsmi orqanlar vəhşiliklər törədirlər. Məlumdur ki, prezident seçkisində İrəvanda əsgərlər nümayişçiləri gülləboran etmiş, nəticədə, adamlar həlak olmuşdu. Bundan əvvəl isə Ermənistan parlamentinin üzvləri terrora məruz qalmışdılar.

Beləliklə, Cənubi Qafqazda təhlükəsizlik üçün real təhlükə mənbəyi mövcuddur. Ermənistan milli təhlükəsizliyin heç bir şərtini ödəyə bilmir. O, dövlət kimi formalaşmayıb və kənar qüvvələrdən tam asılıdır. Belə bir vəziyyət Cənubi Qafqazda unikal təhlükəli situasiya yaradır. Regionun ölkələrindən biri özünün və qonşularının milli təhlükəsizliyinə ciddi təhdid qaynağı olaraq qalır. Daha pisi odur ki, bu təhlükə kənardan idarə edilir. Bu halda regional təhlükəsizliyi praktiki təmin etmək imkansızdır. Təcrübə də sübut edir ki, Ermənistan çox riskli təxribatları ilə bütövlükdə Cənubi Qafqazı xaosa sürükləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bir insanın 30 güclü və zəif tərəfi

Güclü və zəif tərəflər insanı xarakterizə edən müsbət və mənfi keyfiyyətlərə aiddir. Bunlar sırasıyla şəxsi, iş və ya akademik hədəflərə çatmaq üçün fürsətlər və ya təhdidlər yarada bilər.

Bir keyfiyyətin nəzərə alınması üçün güc insanda dominant bir xüsusiyyət olmalı, bir mədəniyyətdə xüsusi bir şey kimi qiymətləndirilməli və istənməyən bir əksinə sahib olmalıdır. İstənməyən əks tərəf dediyimiz şeydir yumşaq nöqtə. Zəif cəhətlər, güclü tərəflərin əksi bir mədəniyyət tərəfindən rədd edilən qüsurlardır. Yəni onlar arzuolunmaz xüsusiyyətlərdir.

Budur rəqibin güclü və zəif tərəflərinin izahlı siyahısı. Bu, əhəmiyyətini və sosial dəyərini anlamağımıza imkan verəcəkdir.

1. Dürüstlük vs. Korrupsiya

Bütünlük İnsanlarla münasibətlərimizdə və işimizdə və ya akademikdə dürüst və şəffaf olma qabiliyyətindən ibarət olan bir gücdür. Dürüst insan hər şəraitdə yaxşılığı üstün edəndir.

Korrupsiya bütövlüyün əksidir və bu səbəbdən zəiflikdir. Şəxsi münasibətlərində və fəaliyyətində ümumi rifahı və dəyərləri birinci yerə qoymayan insan pozğun və nəticədə arzuolunmaz bir insandır.

2. Müqəddəs Kitlərə qarşı üstünlük göstərmək istəyi Uyğunluq

Üstün olmaq arzusu ehtirasdan başqa bir şey deyil, amma müsbət mənasında. Bu, inkişaf etdirmək, böyümək və özünüzün ən yaxşı versiyasına doğru tam inkişaf etmək üçün canlı və açıq bir istəkdən bəhs edir. Bir insanı yaxşılaşdırmaq istəyi başqalarını yaxşılaşdırmağa təşviq edə bilər və ətrafında rifah yaradır. Sağlam inkişaf arzusu olan insanlar həmişə ilham mənbəyidir.

KonformizmBunun əvəzinə, öz reallığına uyğunlaşmaq və orada yerləşmək, şeyləri yaxşılaşdırmaq və irəliləmək üçün mütləq maraqsızlıq göstərməkdən ibarət olan bir zəiflikdir. Konformist insanlar indi “rahatlıq bölgəsi” adlandırılan ərazidə yerləşməyə çox meyllidirlər. Bu, aradan qaldırmanın dəyərinə ziddir.

3. Empatiyaya qarşı Laqeydlik

Empati özünü başqasının vəziyyətinə qoymaq qabiliyyətidir. Dialoq, anlaşma və ortaq həll yolları axtarmağı asanlaşdırdığı üçün bir gücdür. Empatiya ekpatiya ilə tamamlanır ki, bu da həddinizi aşma və ya sui-istifadə hallarına qarşı həssaslığınız üçün məhdudiyyətlər təyin etməyə imkan verir.

Laqeydlik Bu, empatiyanın əksinədir və zəiflikdir, çünki insan digər insanların ehtiyacları və baxışları ilə əlaqə qura bilməz. Vaxt keçdikcə laqeydlik zalım davranışa, həm də təcrid olunmaya səbəb ola bilər.

4. Təqaüd vs. Fərdiyyətçilik

Yoldaşlıq Tələbə yoldaşları və ya həmkarları ilə səmimi və işbirlikçi bir münasibət göstərməkdir, buna görə də komanda işində vacibdir.

Fərdiyyətçilik bir zəiflikdir, çünki bir tərəfdən özünü iş kollektivindən uzaqlaşdırmağı, digər tərəfdən lazım olduqda kömək istəməməyi nəzərdə tutur.

5. Həmrəylik vs. Eqoizm

Həmrəylik bir qaladır. Dəstək olmaq, ehtiyac vəziyyətində birinə, hətta dərhal qrup xaricində olsa da, dəstək verməkdir. Bu səbəbdən həmrəylik cəmiyyətdə çox dəyərli bir dəyərdir.

Eqoizm Diqqəti yalnız öz mənafelərinə yönəltməkdən ibarətdir ki, bu da həmrəyliyin olmamasına deyil, həm də başqalarına qarşı potensial zərərli təcrübələrə səbəb olur.

6. İntizam vs. İntizam

İntizam Məqsədlərə çatmaq üçün nizamlı və davamlı bir şəkildə işləmək bacarığıdır. Gücdür, çünki insanın daim yaxşılaşmasına imkan verir və eyni zamanda ətrafdakılar arasında stimuldur.

İntizam həm birgəyaşayış qaydaları, həm də iş və ya iş qaydaları baxımından nizamsız davranışdır. Bu zəiflikdir, çünki iş qruplarının harmonik münasibətlərini və şəxsi inkişafa qarşı təhdid edir.

7. Məsuliyyətə qarşı Məsuliyyətsizlik

Məsuliyyət öz iradənlə vəzifələrə cavab verə bilməkdir. Buna görə də, bu yüksək qiymətləndirilən bir gücdür.

Məsuliyyətsizlik bir öhdəliyi yerinə yetirmək istəməməsidir. Məsuliyyətsiz insanlar işlərini yerinə yetirməklə yanaşı, təsirlənmiş insanlara bunun üçün məmnun olmaq istəmirlər.

8. Sadiqliyə qarşı Mükəmməllik

Həsr bir gücdür, çünki insanın mümkün qədər keyfiyyətli bir işə nail olmaq üçün səy göstərməsini təmin edir. Bu hər zaman ümumi xeyir və fərdi böyümə ilə nəticələnir. Xüsusi və diqqətli olmaq gündəlik çətinliklər və ya səhvlərlə mübarizə aparmır.

Mükəmməllik çox vaxt mükəmməlliklə səhv olunur. Mükəmməlçi səhv etməkdən qorxur və əyilməzdir. Mükəmməllik olmadığı üçün mükəmməlçilər zəiflik olan yüksək səviyyədə məyusluq və dözümsüzlüyü ifadə edirlər.

9. Tolerantlıq vs. Dözümsüzlük

Dözümlülük Fərqliliklərdən asılı olmayaraq başqalarının sərbəst ifadəsini qəbul etmək qabiliyyətidir. Buna görə dəyərli bir hörmət sərhədini və demokratik münasibəti nəzərdə tutur.

Dözümsüzlük başqalarını olduğu kimi qəbul etmək və ya fikirlərini bizimlə zidd olduqda qəbul edə bilməməkdir. Dözümsüz insan başqalarına hörmət etmir və avtoritar xarakter göstərir.

10. Səxavətə qarşı Mənalılıq

Səxavət sahib olduğunuzu başqaları ilə bölüşmək bacarığıdır. Yalnız maddi şeylərə aid deyil. Səxavətli olmaq həm də bilik və hədiyyələr paylaşmaq və kömək üçün vaxt ayırmaqdır. Bu, qarşılıqlı böyümə və komanda ruhu ilə nəticələnir.

Xırdaçı həm maddi nemətləri, həm hədiyyələri, həm də bilikləri özünə ayırır, əksər hallarda başqaları tərəfindən aşılmaq qorxusu və ya rəqabət ruhu. Kiçiklik qarşılıqlı böyüməni dayandırır və inciklik yaradır.

11. Özünə inam vs. Təhlükəsizlik

Özünə inam Bu, birinin potensialına və xarakter xüsusiyyətlərinə güvənməyi və onları tanıtmağı nəzərdə tutur. Bu təhlükəsizlik və şəffaflıq başqalarında açıqlıq və özümüzə inam münasibəti oyadır.

Etibarsızlıq Xarakterimizə və ya hədiyyələrimizin keyfiyyətinə olan inamdan doğur ki, bu da davranışı maneə törədir və təcrid olunmağa səbəb olur. Özünə inamsız insanlar özlərini tanıtmaqda böyük çətinlik çəkirlər, nəticədə başqalarının müsbət diqqətini cəlb edə bilmirlər.

12. Səbir vs. Səbirsizlik

Səbir prosesləri və nəticələrini necə gözləməyi və hörmət etməyi bilmək hədiyyədir. Dözümlülük, nizam-intizam, rahatlıq və qarşılıqlı böyümə ilə əlaqəli bir gücdür.

Səbirsizlik Bu, nəticə əldə etmək üçün lazım olan vaxtı gözləmək imkansızlığından ibarətdir. Bu zəiflikdir, çünki nəticələr dərhal olmadığı zaman dözümsüzlüyü, xəyal qırıqlığı ilə qarşılaşa bilməməyi və proseslərdən imtina etməyi ifadə edir (uyğunsuzluq).

13. Davamlılıq vs. Sərtlik

Dözümlülük pis təcrübələri şəxsi böyümək üçün öyrənməyə çevirmək və dəyişdirmək qabiliyyətidir. Buraya insanın bütövlüyünü və şəraitin təzyiqinə qarşı müqavimətini qorumaq qabiliyyəti daxildir.

Sərtlik Dözümlülüyə əks münasibətdir. Sərt insanlar məyusluğu bir ehtimal kimi qəbul etmirlər. Buna görə vəziyyətləri qiymətləndirməkdə və çətinlikləri uyğunlaşdırmaq, öyrənmək və aradan qaldırmaq üçün özlərini qiymətləndirməkdə çox çətinlik çəkirlər.

14. Əzmlə qarşı Tutarsızlıq

Əzmkarlıq Şəxsi, iş və ya akademik hədəflərə çatmaq üçün lazımi hədəfləri və səyləri yüksək tutma keyfiyyətidir.

Tutarsızlıq Mövzunun əhval-ruhiyyəsinə uyğun olaraq hədəflərə çatmaq üçün səyləri və rutinləri tərk etməkdən ibarətdir.

15. Çox yönlülüyə qarşı Əyilməzlik

Çox yönlülük müxtəlif funksiyalara və tapşırıqlara tez və səmərəli uyğunlaşma qabiliyyətidir. Xüsusilə həm bilikdə, həm də təşkilati strukturlarda davamlı dəyişiklik tələb edən bir zamanda iş üçün əsas bir gücdür.

Əyilməzlik Vəziyyətlərin tələb etdiyi kimi dəyişikliklərə və yeni funksiyalara uyğunlaşmağın mümkün olmamasıdır.

16. Motivasiya vs Apatiya

Motivasiya Layihə və fəaliyyətlərin inkişafına, xüsusən orta və ya uzun müddətə bağlılıq və nizam-intizam tələb etdikdə, maraq və sevincin əsl ifadəsidir. Məqsədlərə çatmaq üçün bir komanda üzvlərini həvəsləndirmə prosesində kömək edir.

Apatiya Həyatın tələbləri və vəzifələri qarşısında maraq, ehtiras və ya sevgi hiss etməyinizə mane olur. Laqeyd bir insan maraq əlamətləri göstərmir və ya öz və ya ümumi məqsədlərinə çatmağı bacara bilər.

17. Proaktivlik vs. Reaktivlik

Fəaliyyət Bu təşəbbüs qabiliyyəti əmr olunmasa da, səylə, lazımlı və vaxtında hərəkət etməkdən ibarətdir. İnteqrasiya, komanda ruhu və məsuliyyət göstərin.

Reaktivlik Yalnız əmr olunduqda əmr olunanları edən insanların passiv münasibətindən ibarətdir, yəni yalnız reaksiya verirlər. Məsuliyyət göstərə bilməməyi nəzərdə tutduğu üçün zəifdir.

18. Anlama və qarşı Şiddət

Anlama Bu, mühakimə etməzdən əvvəl başqalarının nöqteyi-nəzərlərini, vəziyyətlərini və imkanlarını qavramaq, anlamaq və qiymətləndirmək qabiliyyətidir. Geribildirim təmin edərkən və ya vacibdir rəy.

Şiddət qaydalarına uyğunluğu insan proseslərindən üstün tutaraq başqalarını sərt şəkildə mühakimə etməkdir. Bu kimi davrananlar insanları qorxudur, özlərinə olan inamlarını sarsıdır, öyrənmə və uyğunlaşma proseslərini pozurlar.

19. Qətiyyət qarşı Qətiyyətsizlik

qətiyyət Qərar qəbul etmək və onlara uyğun hərəkət etmək bacarığıdır. Aydınlıq və fokus göstərdiyindən işdə və işlərdə yüksək qiymətləndirilən bir keyfiyyətdir.

Qətiyyətsizlik Şəxsiyyət xüsusiyyəti olaraq, yalnız insanı deyil, layihəni həyata keçirtdikləri komandanı da təsir edə biləcək etibarsızlıq və ambivalentlik əlamətidir.

20. Effektivliyə qarşı Səmərəsizlik

Effektivlik İşdə yüksək qiymətləndirildiyi bir işi mümkün qədər yüksək keyfiyyətlə yerinə yetirmək və yerinə yetirməkdir.

Səmərəsizlik zəiflikdir, çünki vaxt itkisini, həm də istehsalın keyfiyyəti və ya miqdarı ilə kompensasiya olunmayan iqtisadi mənbələrin itirilməsini nəzərdə tutur.

21. Çalışqanlığa qarşı Süründürməçilik

Çalışqanlıq güc olaraq, təcili olmasa da, zəruri olan gündəlik tələblərin tez və vaxtında həll edilməsinə aiddir. Sadə dillə desək, “bu gün edə biləcəyinizi sabah üçün təxirə salmayın.” Səylə hərəkət etmək hər şeyin qaydasında olduğunu bilməklə rahatlığı təmin edir və böyük problemlər yaratmaq üçün kiçik tapşırıqların toplanmasının qarşısını alır.

Süründürməçilik Çalışqanlığın əksidir. Günün tələblərinə verilən cavabı və ya həllini təxirə salmaq və ya təxirə salmaq, vaxtı əhəmiyyətsiz şeylərdə tutmaq vərdişlərindən ibarətdir. Həyata keçirilməmiş tələblər həll olunmayan problemlər yaratmaq üçün toplanır və ya böyüdür.

22. İddialılıq vs. Passivlik

Dözümlülük dəyərlərimizi, fikirlərimizi, meyarlarımızı və ya sağlam maraqlarımızı qorumaq üçün möhkəm, şəfqətli, hörmətli və hər şeydən əvvəl vaxtında ünsiyyət qurma bacarığıdır. İddialı insanlar xərcləri bilə-bilə öz fikirlərini səsləndirirlər və lazım olduqda müdafiə edirlər.

The passivlikƏksinə, münaqişə və onun nəticələri ilə susqunluqdan və ya öz-özünə senzuradan ibarətdir. Passiv insanlar, başqaları ilə rəğbətli olsalar da, özlərini aşağı hiss edirlər və dəyişiklik yaratmaq iqtidarında deyillər və təslim olma rəftarlarını qəbul edirlər. Bu səbəbdən passivlik yalnız passivi deyil, sevdiklərini və ya iş və ya iş qrupunu da təsir edir. Hətta səssiz bir şiddət də ola bilər.

23. ünsiyyətliliyə qarşı Utancaqlıq

Ünsiyyət Bağlar və danışıqlar qurmaq üçün vacib olan hörmətli və dinamik sosial münasibətlərin inkişafına üstünlük verən bir münasibətdir.

Utancaqlıq Sosializasiyanı insan üçün çətinləşdirən, dəyərli münasibətlər şəbəkəsi yaratmaq imkanını təxirə salan və danışıqlar prosesinə mane olan bir şəxsiyyət xüsusiyyətidir.

24. Öyrənmək arzusu ilə qarşı. Öyrənməyə maraqsızlıq

Öyrənmək istəyi və maraq həm şəxsi, həm də peşə baxımından davamlı inkişaf üçün bir məqsədin ifadəsidir.

Maraqsız öyrənmək üçün zəiflik kimi qəbul edilən fərdi və peşəkar inkişaf üçün motivasiya çatışmazlığını vurğulayır.

25. Təlim və qarşı Məşq çatışmazlığı

Formalaşması işlərə və ya akademik təşkilatlara müraciət edərkən bir gücdür. Bu, şəxsin təhsil sahəsi ilə əlaqəli spesifik çətinliklər üçün hazırlandığını göstərir.

Məşq çatışmazlığı İş imkanlarına gəldikdə insana qarşı oynayır. Təhsili olmayan bir şəxs iş və daha yaxşı əmək haqqı seçimləri ilə məhdudlaşır.

26. Təcrübə vs. Təcrübəsizlik

Təcrübə əldə edilmiş bəzi ssenarilər üçün vacibdir, çünki biliklərin tətbiq olunduğu, təsdiqləndiyi və dəqiqləşdirildiyi həqiqətdir.

Təcrübəsizlik Müəyyən iş yerlərinə can atmağa qarşı bir amil ola bilər, çünki müəyyən vəziyyətlər yalnız təcrübənin özündən başa düşülə bilər.

27. Minnətdarlığa qarşı Naşükürlük

Minnətdarlıq bir gücdür, çünki subyektin bunun özünə görə deyil, insanlar arasında hədiyyələr mübadiləsi etdiyini tanıdığını göstərir. Bu səbəbdən ətrafdakı bütün insanlara dəyər verir və hörmət edir və komanda şəklində çalışmaqda daha asan vaxt keçirir.

Naşükürlük zəiflikdir, çünki insanı özündən uzaqlaşdırır və insanlıqdan çıxarır. Nankor insanlar, təkəbbür göstərməklə yanaşı, başqalarını da yüksəltmək üçün alət kimi istifadə edirlər və verdikləri töhfə üçün kredit vermirlər.

28. Təvazökarlıq Qürur

Təvazökarlıq bu bir qüvvədir, çünki insanın özünü bir komanda üzvləri ilə bərabər qəbul etmək və lazım olduqda həssaslığını qəbul etmək istəyini ifadə edir.

Təkəbbür zəiflikdir, çünki bir tərəfdən insanın başqalarından üstün olduğunu hiss edir. Digər tərəfdən, qürurlu insan zəifliklərini qəbul etmədiyi üçün inkişaf edə bilməz və başqalarının yaxşılaşmasına kömək edə bilməz.

29. Konsentrasiya vs. Dağılma

Konsentrasiya gücdür, çünki inkişafda olan tapşırıqlarda bütün zehni enerjini istifadə etməyə imkan verir ki, bu da vaxtdan və mənbələrdən səmərəli istifadəyə üstünlük verir.

Dağılma zəiflikdir, çünki bütün zehni səylərin davam edən vəzifələrə həsr olunmasının qarşısını alır. Xarakter xüsusiyyəti dağılma olan bir insan gündəlik problemlərlə qarşılaşmaq üçün bağlılıq, nizam-intizam və yetkinlik olmadığını göstərir.

30. Ehtiyatlılıq və qarşı Ehtiyatsızlıq

Ehtiyatlılıq Sözlərimizin və ya hərəkətlərimizin icrasından əvvəl daşıya biləcəyi riskləri nəzərə alaraq düşünmək və hərəkət etmək bacarığıdır. Buna görə də tədbirli insan da təmkinlidir. Hər iki şərt də hər sahədə inam və hörmət yaradır.

Səhlənkarlıq risklər və nəticələr barədə əvvəlcədən düşünmədən kompromis vəziyyətlərdə danışmaq və ya hərəkət etməkdir. Laqeyd insanlar çox vaxt idarə etdikləri məlumatlarla təmkinsiz olurlar və çox vaxt hörmətsizlik kimi qəbul edilirlər. Buna görə də ehtiyatsızlıq zəiflikdir.

Siz həmçinin bəyənə bilərsiniz:

  • Bir insanın 27 güclü cəhəti
  • SWOT: güclü, zəif tərəflər, imkanlar və təhdidlər
  • Bir insanın 60 keyfiyyəti və qüsuru
  • İnsanın inkişaf edə biləcəyi və etməsi lazım olan 31 zəiflik

AZƏRBAYCAN İQTİSADİYYATININ SWOT ANALİZİ

SWOT analizi, incələnən ölkənin, sektorun, quruluşun, üsulun, prosesin və ya vəziyyətin güclü və zəif tərəflərini müəyyən etməkdə və xarici çevrədən qaynaqlanan imkan və təhlükələri müəyyən etməkdə istifadə edilən bir üsuldur .SWOT analizi ilə hədəflənən; daxili və xarici təsirləri diqqətə alaraq, ən üst səviyyədə faydalanacaq şəkildə güclü olunan və böyük fürsətlərin yatdığı sahələrə hədəflənib, təhdid və zəif tərəflərin təsirini ən aza salacaq plan və strategiyalar inkişaf etdirməkdir.SWOT analizi, stratejik bir plan inkişaf etdirilməsi mərhələsində ya da problem müəyyən etmə və həll axtarılması mərhələlərində istifadə edilir.Yuxarıda qısa olaraq izah edilən SWOT analizi həm ölkə iqtidarı, həm yerli və xarici investor, həm də ölkə iqtisadiyyatı haqqında ümumi olaraq məlumat sahibi olmaq istəyənlər tərəfindən əhəmiyyət kəsb edir.Dövrümüzün qlobal rəqabət şəraitində, Azərbaycanda bazar iqtisadiyyatına keçid və iqtisadi inkişafı əldə etmək məqsədi ilə proqramlarla inkişaf siyasətləri və strategiyaları müəyyən edən ölkə iqtidarı üçün bilərəkdən və sistematik analizlər edərək, ölkənin potensial qaynaqlarını və imkanlarını ən yaxşı şəkilde istifadə edə bilməsi və yeni strategiyaları inkşaf etdirə bilməsi üçün, SWOT analizi stratejik əhəmiyyətə sahibdir.Yerli və xarici investor üçün isə, neft sektoru xaricindəki sektorlara investisiya qoya bilmə baxımından, ölkə iqtisadiyyatı haqqında makro iqtisadiyyat, sektoral və iqtisadiyyat xaric sahələrə dair ampirik olmayan bir analiz, stratejik ilk addım olaraq lazımdır.Yuxarıdaki əhəmiyyət və lazımlılığa sahib olan SWOT üsulu ilə bu hissədə Azərbaycan iqtisadiyyatı analiz ediləcəkdir. Analizdə metod olaraq ölkə iqtisadiyyatının güclü və zəif tərəfləri; makro iqtisadi, sektoral-regional və iqtisadiyyat xaric olaraq, təhdid və fürsətlər isə; iqtisadiyyat və qeyri-iqtisadiyyat olaraq analiz ediləcəkdir.SWOT analizinə aid güclü və zəif tərəflər, təhdid və fürsətlər əsas başlıqlar olaraq vəriləcəkdir. Bu səbəblə aşağıda bəhs olunan SWOT analizində bir tərəfdən daha əvvəlki hissələrdə edilən makro iqtisadi, regional və sektoral analizlərin və dünya iqtisadiyyatına inteqrasiya səviyyəsinin ümumi bir şəkli çəkilmiş olacaqdır.Həyata keçirilən analiz sonrasında ölkə idarəçiləri ilə yerli və xarici investorlara baxan tərəfləriylə xəbərdarlıq edəcəklər.

See Full PDF

See Full PDF

Related Papers

MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ

Comments are closed, but trackbacks and pingbacks are open.