Press "Enter" to skip to content

İQTİSADİ VƏ SOSİAL COĞRAFİYA ELMİNDƏ TƏBİİ FƏLAKƏT PROBLEMİNİN ÖYRƏNİLMƏ

Yerin əsas ölçüləri aşağıdakılardır:

Fiziki coğrafiya

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri”dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.

Coğrafiya elmi iki əsas sahəyə bölünür:
Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.

  • İbtidai coğrafi təsəvvürlər
  • Orta əsrlər
  • Böyük coğrafi kəşflər
  • Müasir coğrafi tədqiqatlar

Tanınmış səyyah və coğrafiyaşünasların bəziləri:
492-ci il –X.Kolumbun Amerika qitəsini (Vest Hind adlarını) kəşf etməsi
1498-ci il V.Qamanın Avropadan Hindistana olan dəniz yolunun kəşfi
1502-ci il-A.Vespuççinin “Yeni Dünya”nın (Amerika qitəsinin) kəşf olunmasının sübutu
XVI əsr-P.Rəisin Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib etməsi
1642-ci il A.Tasmanın Avstraliya sahillərinə çatması
1771-ci il-C.Kukun Avstraliyanın materik olmasını sübut etməsi
XIX əsr-H.Z.Şirvaninin Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrini tədqiq etməsi
1909-cu il-R.Amundsenin şimal qütbünü kəşf etməsi
1911-ci il-R.Amundsenin cənub qütbünü kəşf etməsi
1912-cu il-R.Skottun cənub qütbünü kəşf etməsi
Azərbaycanın tədqiq etmiş səyyahlar: A.Düma, A.Nikitin, M.Polo və s.

  1. Ədədi (kəsr):1:200.000
  2. İzahlı ( adlı):1 sm-də 200.000 sm=2000 m=2 km
  3. Xətti (qrafik):
  1. Kontorlu (sahəvi) şərti işarələr obyektin yerini və ölçülərini göstərir. Məsələn: bağ, göl, və s.
  2. Miqyassiz şərti işarələr obyektin yerini göstərir. Məsələn: su quyusu
  3. Xətti şərti işarələr obyektin yerini və uzunluğunu göstərir .Məsələn dəmiryolu, sahil xətləri və s.

Məhəldə görünən ərazi üfüq adlanır. Üfüqün əsas cəhətləri: şimal,cənub.şərq,qərb;
aralıq cəhətləri: simal-şərq, cənub-şərq,cənub-qərb ,şimal-qərb.
Üfüqün cəhətlərinin dərəcə qiymətinə azimut deyilir. Azimut 00- 3600 olur və saat əqrəbi üzrə hesablanır. Azimutu məhəldə kompasla , planda isə transportirlə ölçürlər.
Dənizçilər üfüqün cəhətlərini rumb (lat. “istiqamət”) adlandırırlar.
Məhəldə üfüqün səhətlərini müxtəlif üsullarla (günorta vaxtı kölgənin istiqamətinə görə, qarışqa yuvalarına görə ,qəbir daşlarına görə, agacda bitən mamıra görə və s .) təyin etmək olar.
Məhəllin planında şimala olan istiqamət ox işarəsi ilə göstərilir. Xəritə və qlobuslarda isə üfüqün cəhətləri dərəcə toruna (coğrafi kordinatlara) əsasən müəyyən olunur.

Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur
Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür .
Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür.
Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar

Qeyd: Fiziki xəritələrdə relyef daha aydın təsvir etmək üçün üç rəngin müxtəlif çalarlarından istifadə olunur:qəhvəyi (dağlar),yaşıl (ovalıqlar), mavi (su obyektləri)

Məhəllin plana alınması
Məhəllin plana alınması iki yolla həyata keçirilir.
I Havadan planaalma-aerokosmik foto-planalma adlanır və geniş ərazilərin dəqiq planını tərtib etmək üçün istifadə olunur.
II Yerüstü planaalma isə yer səthində aparılır və iki cür olur:
Dəqiq planaalmanı mühəndis-topoqraflar mürəkkəb alətlərlə (teodolit, bussol və s.) həyata keçirilir və nəticədə topoqrafik xəritələr tələb olunmur.
Gözəyarı (sadə) planaalma isə sadəalətlərlə(menzula, xətkeş,ruletka, pərgar və s.) həyata keçirilir və məsafələr və istiqamətlər gözəyarı təyin olunur. Gözəyarı planaalma iki üsulla aparılır:
Qütb üsulu ilə planaalma səthi açıq və hamar olan kiçik ərazilərin ortasında bir nöqtədə dayanmaqla aparılır.
Marşut üsulu ilə planaalma isə zolaq formasında və ya ətrafında gəzmək tələb olunan genişərazilər üçün tərtib olunur.

Yerin kürə formasında olması fikrini ilk dəfə (e.ə VI əsrdə) yunan alimi Pifaqor irəli sürmüşdür. Əslində Yer ekvatordan qabarıq, qütblərdən isə basıq olduğu üçün (bax: sxem 4) geoid(özünəməxsus) adlandırılmışdır.
Yerin kiçildilmiş modelinə qlobus deyilir. Tədris məqsədi üçün böyük miqyaslı (1:30.000.000) orta miqyaslı (1:50.000.000) və kiçik miqyaslı(1:83.000.000) qlobuslardan istifadə edilir.

Yerin əsas ölçüləri aşağıdakılardır:

Yerin ümumi sahəsi:510 mln.km2
Su sahəsi: 371 mln.km2
Quru sahəsi: 149 mln.km2
Ekvatorun uzunluğu:40076 km
Meridian çevrəsinin uzunluğu: 40009 km
Ekvatorial radius: 6378 km
Qütb radiusu: 6357 km
Yerin diametri:12756 km

Dərəcə toru. Coğrafi koordinatlar

Yerin xəyali oxunun Yer səthinə toxunduğu nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır.
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş və Yeri iki bərabər hissəyə bölən çevrəyə ekvator (lat. tənbölən) deyilir. Ekvatora paralel çəkilmiş çevrələr paralel adlanır. Onların uzunluqları (Yerin formasından asılı olaraq) ekvatordan qütblərə doğru getdikcə azalır.
Coğrafi qütbləri birləşdirən yarımçevrələr meridian adlanır.Bütün meridianlar eyni uzunluqdadır.
Qeyd: 10 –lik ekvator və meridian qövslərinin uzunluqları ≈111 km-dir.
Kartoqrafik təsvirlərdə paralel və meridianların kəsişməsi dərəcə torunu əmələ gətirir.
Paralellerin dərəcə qiyməti coğrafi enlik(şimal və cənub), meridianlarınki isə coğrafi uzunluq (şərq və qərb) adlanır. Coğrafi enlik ekvatordan (900sm-00 -90 0C) , coğrafi uzunluq isə Qrinviçdən (1800-00-1800) hesablanır.Coğrafi enlik və coğrafi uzunluğun cəmi coğrafi koordinatlar adlanır.

Yer səthinin müstəvi üzrərində kiçildilmiş və ümumiləşdirilmiş təsvirinə coğrafiya xəritəsi deyilir.
Xəritələrin təsnifatı:
I Miqyasına görə:
Böyük miqyaslı (topoqrafik) xəritələr : 1:10.000-1:200.000
Orta miqyaslı (icmal-topoqrafik) xəritələr:1:200.000-1.1000.000
Kiçik miqyaslı (icmal) xəritələr: 1:1.000.000-dan kiçik
II Məzmununa görə:
Ümumcoğrafi xəritələrdə bütün coğrafı obyektlər eyni dərəcədə təsvir olunur. Məsələn: Azərbaycanın (1:500.000) ümumcoğrafi məlumat xəritəsi.
Tematik xəritələrdə isə konkret(tələb olunan) komponentlər təsvir olunur. Məsələn: Azərbaycanın siyasi-inzibati xəritəsində inzibati rayonlar daha qabarıq şəkildə təsvir olunur.
Kompleks xəritələrdə qarşılıqlı əlaqədə olan komponentlər( məsələ: relyef və əkin sahələri ) birgə təsvir olunur.
III Ərazi əhatəsinə görə:
Dünya və ya yarımkürələr xəritəsi
Materik (qitə) və ya okean xəritəsi.
Dövlət və ya onun hissələrinin xəritəsi.
Qeyd: Kartoqrafik təsvirlərdə obyektlərin (əhəmiyyətinə görə) sadələşdirilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır. Təsvirin miqyası kiçildikcə generalizasiya artır.Məsələn: Dünyanın siyasi xəritəsində (1:20.000.000) Azərbaycanın yalnız paytaxtı (Bakı) təsvir olunub.

Xəritə riyazi (miqyas və coğrafi koordinat- lar), eyni zamanda təhrifli (xətalı) təsvirdir. təhriflərin olmasının səbəbi Yerin kürəvi səthinin müstəvi üzərində (kartoqrafik proyeksiya)təsviridir.
Xəritədə olan təhriflər: forma, uzunluq, sahə, bucaq;
Kartoqrafik proyeksiyaların növləri: silindrik, azimutal, konus, çoxüzlü;
Xəritələrdə olan təhrifləri aradan qaldırmaq və ya minumuma endirmək üçün bərabərsahəli, bərabər- bucaqlı və ixtiyari (sərbəst) proyeksiyalardan istifadə olunsa da, forma və uzunluq təhrifləri həmişə olur.

Bizi əhatə edən sonsuz və əbədi aləm kainat (kosmos) adlanır.
Kainatda olan (külli miqdarda) səma cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqədə təşkil etdiyi sistemə qalaktika (kəhkəşan ) deyilir.
Bizim qalatikamız “Süd yolu” adlanır. Kainatda olan göy cisimləri aşağıdakı kimi qruplaşdırılır:
Ulduzlar – özlərindən işıq və enerji saçırlar.
Planetlər – ulduzların şüaları ilə işıqlanırlar. (Bax :sxem5)
Asteroidlər – planetlərin hərəkəti istiqamətində dövr edirlər. Onlara kiçik planetlər də deyirlər
Peyklər – planetlərin cazibəsində olan kiçik səma cisimləridir. Yerin peyki Aydır.
Kometlər – kiçik səma cisimlərdir. Onlara “quyruqlu ulduz da deyirlər.
Meteoritlər – göy cisimlərindən qopub ayrılan hissələrdir. Onlar Yerin atmosferinə daxil olarkən alışıb yanaraq kosmik toza çevrilir. Bəzən Yer düşürlər.

Yerə ən yaxın (150 mln) olan ulduz Günəşdir.
İşıq süaları Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır.
Günəşin səthində temperatur 6000 0C –dir.
Bu enerji hidrogenin (70 %) heliuma (29 %) çevrilməsindən alınır.
Günəşin diametri Yerin diametrindən 109 dəfə, kütləsi 332 min dəfə , həcmi isə 1 milyon 300 min dəfə böyükdür.

Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri:
Yer Günəş ətrafında 29,8 km/ san sürəti ilə orbit üzrə il ərzində 940 min .km məsafə qət edir.
Nəticədə:

İL-365/366 gün (365 gün 5 saat 48 dəq.46 san.)
Fəsillər- Yerin fırlanma oxunun orbit müstəvisinə 66,50 meyilli olması nəticəsində
21 mart – yaz gecə-gündüz bərabərliyi
22 iyun – yay gündönümü
23 sentyabr – payız gecə-gündüz bərabərliyi
22 dekabr – qış gündönümü

3. İşıqlanma qurşaqları – 1 tropik , 2 mülayim, 2 qütb
tropik- yunanca “dönmə xətti”
qütb dairələri – (66,50 şimal və cənub enlikləri) qütb gecə -gündüzlərinin başlama enlikləri
zenit – Günəş şüalarının 900 bucaqla düşməsi

Qeyd : Günəşin zenitdə olduğu enliklə tələb olunan enlik eyni yarımkürədə yerləşərsə, coğrafi enlik fərq; müxtəlif yarımkürələrdə yerləşərsə, coğrafi enlik cəmi tapılır.

Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri
Yer öz oxu ətrafında qərbdən şərqə doğru 24 saat (23 saat 56 dəq. 4 san .) ərzində tam dövr edir.
Nəticədə:
Atmosfer sirkulyasiyası – hava dövranı.
Sutka (gün)-gecə ilə gündüzün növbələşməsi yaranır.
Müxtəlif coğrafi uzunluqlarda günün vaxtını müəyyən etmək üçün Yer kürəsi 24 saat qurşağına bölünmüşdür.
eməli, 10 saat qurşağı 150 ,iki qonşu meridian (10) arasında vaxt fərq isə 4 dəqiqədir. İnzibati vahidlərə görə saat qurşaqlarının sərhədi yuvarlaq hesablanır.
Məsələn , respublikamız III saat qurşağında yerləşir.
Hər bir meridian üzərindəki vaxt isə yerlı vaxt adlanır və dəqiq hesablanır. Məsələn, respublikamızın şərq və qərb ucqar nöqtələri (450 və 510) arasında yerli vaxt fərqi 24 dəqiqədir:
Beynəlxalq sazişə görə saatın həsablanması Qrinviç meridianına əsasən aparılır. Yeni sutka(gün) XII saat qurşağının orta meridianından (1800) hesablanır.
Qeyd: Bəzi ölkələrdə iş günü ərzində gündüz işığından səmərəli istifadə etmək üçün yay vaxtı (martın son bazar günü saatların əqrəbi 1saat irəli) və qış vaxtı (oktyabrın son bazar günü saatların əqrəbi 1saat geri çəkilir) tətbiq olunur.

  • Teqlər:
  • fiziki coğrafiya

İQTİSADİ VƏ SOSİAL COĞRAFİYA ELMİNDƏ TƏBİİ FƏLAKƏT PROBLEMİNİN ÖYRƏNİLMƏ İSTİQAMƏTLƏRİ.doc

The international conference “Mountains: culture, landscapes and biodiversity”was held at the West Caspian University in Baku from may 10 to 12, 2019. Famous scientists from many countries came to the conference in the capital of Azerbaijan: Russia, Turkey, USA, Germany, great Britain, France, Holland, Italy, China, Indonesia, Iran, Georgia, Poland, Kazakhstan, etc. The theme of the conference is due to the fact that in recent years, mountain regions around the world have been subjected to severe pressure due to unlimited exploitation of resources (excessive mining, extensive agriculture, and a growing tourism industry that seems to know no borders). Such processes have a devastating impact on nature and life in the mountains. Against this background, the goal of the conference was to bring together scientists, ecologists, biologists, tourism experts and other interested specialists to discuss the problems of mountain territories and find creative solutions to overcome them. Topical issues of montology – the science of mountains – were discussed by scientists in four sections, reports were read out in English and Azerbaijani.

I hissə. Ümumi icmal
I bölmə: Giriş

§1. İqtisadi və sosial coğrafiya nəyi öyrənir?. Hissə 1.

Test ID – 80799
Müəllif: Qonaq__216669 (Əlavə edilib: 25.09.2016)

İqtisadi və sosial coğrafiya nəyi öyrənir?

Ərazinin geoloji quruluşu
Çayların illik axım rejimini
Yerin öz oxu ətrafında hərəkətini
Əhalini və onun təsərrüfat fəaliyyətinin nəticələrini
Təbii ərazi komplekslərini

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Afrikada ən çox əhalisi olan ölkə:

Üç dinin yarandığı region:

Şərqi Asiya
Mərkəzi Asiya
Cənub-Qərbi Asiya
Şimali Afrika

Dünya əhalisinin sayı nə qədərdir?

Cənub-qərbi Asiyada hansı aşağıdakı bitkilərdən hansı bir o qədərdə geniş yayılmayıb?

şəkər çuğunduru

Amerika Birləşmiş Ştatlarında ən az əhalinin yaşadığı ştat hansıdır?

Qərbi Virciniya

Dəmiryol nəqliyyatı güclü inkişaf etmiş ölkə:

Ekoloji problemlərə daxil deyil:

Qlobal istiləşmə
İstixana effekti
Sağlamlığın qorunması
Meşələrin qırılması

Qeyri – ənənəvi enerji ehtiyatlarına aiddir:
a) kömür
b) günəş və külək enerjisi
c) yanar şist
d) yerin daxili enerjisi
e) aqroiqlim ehtiyatları

Təbii artımı mənfi göstəriciyə malik olan ölkələr:

ABŞ, Kanada, Avstraliya
İtaliya, Böyük Britaniya, Polşa
Türkiyə, İtaliya, AFR
Rusiya, AFR, Ukrayna

Daha çox çirklənməyə məruz qalmış dənizlər:

Aralıq, Baltik, Karib
Yapon, Oxot, Sarı
Barens, Kara, Çukot
Laptevlər, Şərqi Sibir, Çukot

Ərazisi böyük, əhali sıxlığı kəskin fərqlənən və bununla da daxili miqrasiyanın geniş yayıldığı ölkələr:

Rusiya, Kanada, Çin
İsveç, Norveç, Qazaxıstan
Avstraliya, Fransa, Belçika
Norveç, Avstriya, Braziliya

Federativ quruluşa malik Okeaniya ölkəsi:

Qərbi Samoa
Mikroneziya
Yeni Zelandiya

Geridə qalmış rayonların iqtisadiyyatının yüksəlməsi üçün görülən tədbirlər necə adlanır?

Demoqrafik siyasət
Demarkasiya
Regional siyasət
Beynəlxalq siyasət

İnzibati ərazi strukturu necədir?

5muxtar rayon,4tabeli şəhər,22əyalət
7muxtar rayon,8tabeli şəhər,15əyalət
4muxtar rayon,7tabeli şəhər,20əyalət
1muxtar rayon,3tabeli şəhər,10əyalət

Tbilisi haranın paytaxtıdır?

Gürcüstanın
Türkiyənin
Ərəbistanın
Hindistanın

Mübahisəli əraziləri ayıran sərhəd necə adlanır?

Demoqrafiya
İqtisadi zona
Qaynar nöqtə
Demarkasiya xətti

Hindistan bu dövlətlərdən hansı ilə həmsərhədd deyil?

Polşanın paytaxtı hansı şəhərdir?

Neft ixrac edən varlı ölkələr:

Səudiyyə Ərəbistanı, Küveyt
İordaniya,BƏƏ
İran, Azərbaycan
Yəmən, Livan

Təbii artımın II tipindən I tipinə keçən ölkə:

İES-lər bölünür?

SES və İEM
DRES və İEM
AES və QES
SES və AES

Meşə ehtiyatları hansı ölkədə daha zəngindir?

Tacikistan
Qırğızıstan

Adambaşına düşən illik gəlirin yüksək olduğu (hər adama 10 min dollardan çox)ölkələr hansılardır?

Avropanın yüksək inkişaf etmiş kapitalist ölkələri, Avstraliya, Səudiyyə Ərəbistanı, Küveyt
Avropa və Şimali Amerika ölkələri, Avstraliya, Yaponiya, Yeni Zelandiya
Misir, Əlcəzair, Liviya, Qərbi Avropa ölkələri, Latın Amerikası ölkələri
ABŞ, Rusiya, Çin, AFR, Hindistan, Yaponiya
Səudiyyə Ərəbistanı, Küveyt, İran, Iraq, Türkiyə, Kanada

25 ostan və bir paytaxt mahaldan ibarət olan ölkə

Səudiyyə Ərəbistan

İslandiyanın paytaxtı:

Müasir dövrdə ən az mənimsənilən ərazilər:

Afrikanın səhra və yarımsəhraları
Alyaska yarımadası
Avrasiyanın dağlıq əraziləri
Rusiyanın Avropa hissəsi
Dünya okeanı

Avropanın yeganə teokratik monarxiya dövləti hansı dövlətin ərazisində yerləşir?

Portuqaliya

Bərpa olunmayan ehtiyatlar:

Torpaq Ehtiyatları
Filiz Faydalı Qazıntılar
Su ehtiyatları
Okean ehtiyatları

Biri immiqrasiya regionu deyil?

Qərbi Avropa
Şimali Amerika
Cənub Qərbi Asiya
Cənubi Asiya

Hansı ölkə emal sənayesinin payı yüksəkdir

Özbəkistan

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.