Press "Enter" to skip to content

İqtisadiyyatın öyrənilməsi üsulu nədir

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

Iqtisadi nəzəriyyənin tədqiqat metodları

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki­şaf qa­nun­larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el­mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun­duq­da mümkündür.

Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha­di­sə­lərinin dərk olunmasına yanaşılmasını, elmi tə­fək­kür qaydalarını və ob­yektiv aləmin qanunauyğun­luq­larını əks etdirən üsul və vasitələrin toplusudur.

Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top­­lanır. Buna təsvir və ya empi­rik metod deyilir. Bundan sonra fakt­la­ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad­la­nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh­lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his­sə­lə­ri­nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi­ri­nin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərq­lənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Mak­roiq­tisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ay­rı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda apa­rılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi prob­lem­lər makroiqti­sadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərc­lərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.

Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sa­hə­lər, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailə­nin gəliri və s. göstəricilərdən istifadə olunur.

Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiy­yəti ay­dın­laşdırıldıqdan sonra idrak prosesi başqa for­mada, təhlilin nəticə­lə­ri­nin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ay­rıl­mış və təhlil olunmuş ün­sürlərin yenidən vahid tam halında bir­ləş­di­ril­mə­si sintez ad­lanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürək­kəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliy­yatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ün­sür­lərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan son­ra təhlil pro­sesində əldə edilmiş məlumatlar ümumiləşdiril­məklə tədqiq olunan ha­disə haqqında ümumi təsəvvür əldə edilir.

Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və de­duk­si­ya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nə­zəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hal­­larda isə qarşıya qoyu­lan vəzifələrin yerinə yetirilməsinə nəzəriy­yə­dən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yox­la­nı­­lır, nəzərdə tutulan, gözlənilən nəticə alın­dıqda tətbiq olu­nur, alın­ma­dıq­da isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) me­to­du deyilir. Beləliklə, iqtisadi hadisə və pro­ses­lər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşa­hi­dəyə, ab­strakt müha-kiməyə, məntiqə, yaxud da intiusiya­ya arxa­lan­maq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yü­rüt­mək olar ki, alıcılar ərzaq məhsul­larını qiy­mətlər aşağı olduqda al­sa­lar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – ol­ma­ma­sı sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə də­fə­lərlə yox­lanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nə­zə­riyyədən faktlara doğru gedilir.

Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat me­tod­la­rıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən em­pi­rik məlumatların toplanması və sistem-ləş­dirilməsi üçün istifadə olunur. Fakt­lar isə öz növbəsində da­ha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.

Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar təd­qiq edilərkən nə mik­ros­kop­dan, nə də kimyəvi reaktiv­lərdən istifadə etmək mümkün deyildir. Bun­ların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır 1 ».

«Abstraksiya» termini sözün hərfi mənasında «yayın­dır­­maq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsə­lən, kapitalizm bü­töv bir tam kimi iqtisadi münasibət­lərin müxtəlif növlərinin toplu­sun­dan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sis­te­mə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aş­kara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin ha­mısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cə­hət­lə­rindən biri­ni, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək la­zımdır. Yalnız bu yolla kapi­ta­lizm haqqında konkret və tam təsəvvür əl­də etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olu­nar­kən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi da­ha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mü­­hüm­lə­rini, başlıcalarını seçib ayırmağa, ikin­ci dərəcə-li, ya­xud da təd­qiqatı mürəkkəbləşdirən, çətin­ləşdirən, lakin onun mahiyyətinə xələl gə­tirməyən məsələlər­dən sərfnəzər etməyə, onları nəzərə almamağa im­kan verir. Bununla əla­qədar olaraq, iqtisadi hadisə və proseslər öy­rəni­lər­kən «baş­qa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Baş­qa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin də­yişməz qaldığı fərz edilir.

Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kə­miy­yət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin key­fiy­yət tərəfi onun ma­hiy­yətini ifadə edir. Kəmiyyət isə hadi­sənin miqdar ölçüsüdür. Bun­la­rın dialektik vəhdətində key­fiyyət müəyyənedicidir. Kəmiyyət də­yiş­mə­ləri isə öz növ­bəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru apa­rır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mül­kiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli in­ki­şa­fı­nı təmin etmişdir.

Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iq­tisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisa­di hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələri­nin xarakteri haqqında da­ha konkret təsəv­vürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyə­tini aşkara çıxarmaq yox, həm də onun nor­masını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nə­zə­riy­yədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsul­lardan, modelləşdirmədən geniş istifadə edilir.

Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metod­lardan bi­ri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olun­masıdır. Qra­fiklər materialları daha yaxşı mənimsəməyə, ay­dın ba­şa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifa­də olunan qa­nunauyğunluqları sezməyə imkan verir, onla­rın əyaniliyini, aydın və yad­­da qalan olmasını təmin edir.

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar.

İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.

İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır.

İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.

Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.

İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:

1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri

İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.

Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:

1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. )

2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).

İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.

Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər.

Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə – maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir.

Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.

Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.

Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.

İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.

Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.

İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.

Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.

İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.

İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.

İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.

Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir.

İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir.

İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər.

İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.

İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.

  1. Təşkilati- iqtisadi münasibətlər.
  2. Sosial- iqtisadi münasibətlər.

Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.

2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
Iqtisadiyyatın əsasını təşkil edən başlıca prob­lem iqtisadi eh­tiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iq­ti­sa­di ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət gös­tə­ri­l­mə­si üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən is­teh­sal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsər­rü­­fatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin bi­naları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə va­­sitələri, əməyin müxtəlif növləri, tor­paq, faydalı qazıntılar və i. a. aiddir.

Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.

Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.

Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.

Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.

Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də də-yişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.

Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.

Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şey­dən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan eh­ti­yat­lara bölmək olar. Birinciyə tor­paq, su hövzəsi, meşələr, habelə əmək eh­tiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bi­lər.

Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məh­sulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bö­lü­nür: 1) Istehsal prosesini təmin edən iq­tisadi ehtiyatlar; 2) Məhsulda mad­diləşən iqtisadi ehtiyat­lar. Maşınlar, avadanlıqlar, bina və tikililər, ha­belə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak et­mək­lə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xam­mal və materiallar, yanacaq isə bir istehsal döv­ründə iştirak etməklə, is­teh­sal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar ob­yek­tiv (mad­di) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara bi­na­lar, ma­şın­lar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehti­yat­la­ra isə əmək ehtiyatları daxildir.

Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nə­zərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olu­nan ehtiyatların miqyası genişlə­nir, istehsal prosesinə daha çox iqti­sadi ehtiyatlar cəlb olu­nur.

Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhə­miy­yə­ti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənə­nəvi əl “əməyi”, dartıcı qoş­qu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, səna­yeləş­dir­mə­nin həyata keçiril­mə­si istehsal olunan maşın və xammalların ön pla­na keçməsi­nə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.

Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsul­ları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təka­mül, həm də in­qilab yolu ilə baş verə bilər.

Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial im­kanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsa­lın amillərinə çevrilir. Da­ha konkret desək, müəyyən texno­logiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehti­yat­lar istehsalın amilləri adlanır.

Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyat­ları da deyi­lir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan iba­rətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik de­dikdə cəmiyyətin artan sonsuz tələbatını da­ha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.

Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olu­nan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı ara­sın­dakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” prob­lemini əhatə edir.

Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri ara­sındakı qar­şı­lıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasi­təsilə təzahür edir. Bun­lar da öz növbəsində iqtisadi ehtiyat­ların hər vahidinə düşən məhsulun həc­mi ilə ölçülür. Iqti­sadi səmərəliliyə qiymət verərkən təkamilli və ço­xa­milli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci hal­da bu­ra­xılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyat­ların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.

Səmərəliliyin qiymətləndirilməsində çoxamilli ya­naş­ma meto­dun­dan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqti­sa­di ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.

Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyat­lar­dan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məq­səd­­lə də cəmiyyətin malik olduğu eh­tiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olun­malıdır.

Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehti­yat­lar­dan istifadə edilməsi nəzərdə tutulur.

Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri is­teh­salın ümumi həc­minə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun is­tehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada is­teh­sal etmək yolu ilə nail olunur.

Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkan­la­rı­nı nəzərdən keçirməklə daha aydın nümayiş etdir­mək olar. Bu məqsəd­lə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitin­də fəaliyyət göstərir və istehsalın tam həcmi tə­min edilmiş­dir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyiş­mir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şey­lə­ri istehsal olunur.

Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla ödəyən isteh­sal təyinatlı investisiya əmtəələridir.

Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə, bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məh­duddur, deməli, iqtisadiyyatın sənaye robotları və yemək şeyləri isteh­salını istənilən qədər genişləndirmək imkanları da məhduddur. Fikri­mi­zi bir qədər də sadələşdirsək, deyə bilərik ki, sənaye robotları istehsa­lı­nın müəyyən miqdarda artırılması yemək şeylərinin istehsalına sərf edi­lən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən “axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları iste­h­sa­lının azalması hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-bi­ri­ni qarşılıqlı surətdə inkar edən məqsədə çatmaq uğrunda mübarizə apa­ra bilməz. Qənaət prob-leminin mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı misalla izah edək (Cədvəl 2.1).

Cədvəl 2.1

Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər şərtidir)

İqtisadiyyatın öyrənilməsi üsulu nədir?

The iqtisadiyyat öyrənmə metodu Elmi metodun dörd əsas prinsipinin həyata keçirilməsinə qədər azaldıla bilər: müşahidə, induksiya, deduksiya və yoxlama. Bununla birlikdə, intizamın yaranmasından bəri, hansı tədqiqat metodundan istifadə ediləcəyi ilə bağlı ikitirəlik həmişə mövcud olmuşdur.

İqtisadiyyat bir elm sayılır, onun əsas məqsədi beynəlxalq və daxili maliyyə bazarlarının dinamikasını öyrənərək həm daxili, həm özəl sahədə, həm də ümumi və qlobal sahədə meydana çıxan iqtisadi hadisələrin izahına imkan verən prinsiplər, nəzəriyyələr və təhlil modelləri yaratmaqdır. .

İntizam 1776-cı ildə Adam Smith-in məşhur əsərinin nəşri ilə yaranır Millətlərin sərvəti, günümüzün əsas ictimai elmlərindən birinə çevrilir.

Ümumiyyətlə “malların və xidmətlərin istehsalı, mübadiləsi və istifadəsi ilə əlaqədar insan davranışlarını təhlil etmək məqsədi ilə cəmiyyətin az məhsul istehsal etmək və müxtəlif mallar əldə etmək və bu və ya gələcək istehlakları üçün paylamaq üçün istifadə etmə üsulu” kimi müəyyən edilir. ”.

İqtisadiyyat malların qiymətlərinin və məhsuldar amillərin müəyyənləşdirilmə yolunu, həmçinin maliyyə bazarlarının yerli və qlobal səviyyədə davranışını, dövlətin və hökumətlərin bazarda və beynəlxalq ticarətdə iştirakını öyrənir.

Bu elmin məqsədi hər cür hadisəni üç aspektdən təhlil etməkdir: təsviri iqtisadiyyat, iqtisadi nəzəriyyə və tətbiqi iqtisadiyyat.

İqtisadiyyat hansı problemlərlə üzləşir?

İqtisadi Nəzəriyyənin Tədqiqat Yanaşmaları

İqtisadiyyat iki əsas nəzəri yanaşmadan öyrənilə bilər:

Mikroiqtisadiyyat

Fərdi bazarların necə işlədiyini izah etmək üçün müxtəlif nəzəriyyələrdən istifadə edərək bir sıra nəzəri fərziyyələrdən ibarətdir: bazar nəzəriyyəsi, tələb və istehlakçı nəzəriyyəsi, təklif nəzəriyyəsi, şirkət və istehsal və quruluşlar nəzəriyyəsi bazarlar.

Bu yanaşma ümumiyyətlə əmək və ya şəhər iqtisadiyyatının öyrənilməsində, həmçinin bazarlar, daxili iqtisadiyyatlar və ya dövlət tərəfindən həyata keçirilən iqtisadi tənzimləməni təhlil etmək istədikdə tətbiq olunur.

Makroiqtisadiyyat

Bu dövrlər nəzəriyyəsi, dövlət maliyyə nəzəriyyəsi, pul və kredit nəzəriyyəsi və beynəlxalq iqtisadiyyat nəzəriyyəsi.

Bu yanaşma, dünyanın müxtəlif ölkələrində dövlət maliyyəsi, dövlət idarəçiliyi və iqtisadiyyatının öyrənilməsinə yönəldildikdən sonra beynəlxalq iqtisadiyyatla əlaqəli daha çox tətbiqə malikdir.

İqtisadiyyatın öyrənilməsinin əsas metodları

İnduktiv metod

Ampirik olaraq da adlandırılan Adam Smith tərəfindən iqtisadiyyatı öyrənmək üçün təklif etdiyi ilk metodlardan biri idi.

Bu metod, təcrid olunmuş konkret halları müşahidə etmək və təcrübə etməklə əldə edilmiş ümumi mülahizələrin, nəzəriyyələrin və ya təhlillərin qurulmasından ibarətdir. Məqsəd ümumi bir nəticəyə gəlmək üçün xüsusiyyətləri araşdırmaqdır.

İlk növbədə, tədqiq olunan müxtəlif iqtisadi hadisələrin müşahidə və qeyd mərhələsi həyata keçirilməlidir. Daha sonra, müşahidə olunan anlayışların aydın təriflərini quraraq, müşahidə olunanları təhlil edin. Nəhayət, elmi təklifləri və ümumi universal bəyanatları formalaşdırın.

Bu metodun bir nümunəsi, tələb və təklif qanunu ilə göstərilə bilər, burada fərqli məhsulların qiymətlərinin aşağı düşməsi bir ümumiyyətlə, daha çox təklifin mövcudluğu ilə bağlıdır.

Bu metod iqtisadiyyatı tənzimləyən qanunlara gəlmək üçün konkret işlərin araşdırılmasından başlamaq lazım olduğu fikrindən başlayır.

Hipotetik deduktiv metodu

David Ricardonun yazılarından götürülmüş, fərqli konkret halları təhlil və izah etmək məqsədi ilə ümumi bir prinsipdən, yəni bir fərziyyədən başlayaraq təkliflər, nəzəriyyələr və təhlillər qurmağa yönəlmişdir.

İlk növbədə istifadə ediləcək fərziyyə qaldırılmalı, daha sonra iqtisadi hadisələr sözügedən fərziyyəyə əsaslanaraq təhlil edilməli və daha sonra ümumi qanunlar qəbul edilməlidir.

Deduktiv metod induktivin əksinədir, çünki konkretliyi izah etmək üçün ümumi təklifi öyrənməyə çalışır. Eyni şəkildə, tələb və təklif qanunu da nümunə götürülə bilər.

Böyük bir məhsul təklifinin mövcudluğunun onların tələbinin azalmasına səbəb olacağını, bu səbəbdən qiymətlərin endirilməsinin məqsədəuyğun bir hərəkət olduğunu söyləmək olar.

İnduktiv və deduktiv metod: xüsusiyyətləri və fərqləri ilə maraqlana bilərsiniz.

İqtisadiyyatda istifadə olunan digər tədqiqat metodları

Analitik-sintetik metod

Analitik metoddan istifadə etməklə iqtisadi hadisəni təşkil edən müxtəlif dəyişənlərin dərin təhlili axtarılır.

Məqsəd, tədqiqat zamanı sosial və siyasi kimi müxtəlif aspektlərin təsirini və hadisələrini nəzərə almaqdır. Beləliklə, ümumilikdən, iqtisadi faktı çürütən xüsusiyyətlər öyrənilir.

Sintetik bir mühakimə edərkən məqsəd, vəziyyəti araşdıran bütöv bir şəkildə başa düşmək üçün fərqli heterojen və təcrid olunmuş elementləri sistematik şəkildə birləşdirməkdir.

Riyazi və statistik metod

İqtisadiyyatın bir elm olduğu və təklif olunan bütün nəzəriyyələri yoxlamaq və təsdiqləməyin vacib olduğu fikrindən başlayaraq riyaziyyat və statistik metodlardan istifadə vacibdir.

Bunlar iqtisadi fenomenin əvvəllər hazırlanmış proqnozlara, nəzəriyyələrə və fərziyyələrə uyğun olub-olmadığını yoxlamağa kömək edir.

Bunun bariz nümunəsi toplanan iqtisadi məlumatlarla nəzəriyyələrin və modellərin empirik sınağına həsr olunmuş iqtisadiyyatın bir sahəsi olan ekonometriyadır.

Davranış metodu

Sosial elm olduğu üçün sosial davranışların yerli və qlobal iqtisadiyyata necə təsir etdiyini öyrənmək üçün sosiologiya və ya psixologiyadan metodlar götürmək vacibdir.

İqtisadiyyat bazarlara müdaxilə edən müxtəlif iqtisadi agentlərin davranışlarını və onları müxtəlif iqtisadi dövrlərin bir hissəsi olmağa sövq edənləri təhlil etməsinə baxmayaraq, insan davranışlarını anlamağa kömək edən fənləri öyrənmək lazımdır.

İqtisadi siyasət

İqtisadi siyasət, hökumətlərin və Dövlətin bir ölkənin iqtisadiyyatını aparmaq üçün tətbiq etdikləri müxtəlif strategiyaları nəzərdə tutur.

Beləliklə, iqtisadiyyat öz növbəsində iqtisadi faktı və ya hadisəni bütövlükdə təhlil etmək üçün hökumətlərin tətbiq etdiyi maliyyə və ticarət siyasətlərini öyrənməli və anlamalıdır.

İstinadlar

  1. Amerika İqtisadi Birliyi. İqtisadiyyat nədir? 29 iyul 2017-ci ildə aeaweb.org saytından alındı.
  2. İqtisadiyyat: ilk yanaşma. 28 iyul 2017-ci il tarixində conevyt.org.mx saytından alındı.
  3. İqtisadiyyat. 29 iyul 2017-ci ildə investopedia.com saytından alındı.
  4. Guru, S. İqtisadi təhlil metodları: deduktiv metod və induktiv metod. 29 iyul 2017-ci il tarixində yourarticlelibrary.com saytından alındı.
  5. İqtisadi təhlil metodları. 29 iyul 2017-ci il tarixində iqtisadiconcepts.com saytından alındı.
  6. İqtisadi təhlil metodları. 29 iyul 2017-ci il tarixində accountlearning.com saytından alındı.

MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n

4. İqtisadi nəzəriyyənin predmeti. İqtisadi anlayışlar və qanunlar.

5. İqtisadi nəzəriyyənin metodu.

  1. Anikin A.B. Elmin gəncliyi: Marksa qədərki mütəfəkkir iqtisadçıların həyatı və ideyaları. V., “Politizdat”, 1985.
  2. İqtisadi nəzəriyyə. Dərslik. 2001-2014. Bakı Təhsil Nazirliyinin şifrəsi əsasında təsdiq edilib.
  3. İqtisadi təlimlər tarixi. Dərslik. 1965.
  4. T.S.Vəliyev, A.Həsənov. Azərbaycan iqtisadi fikir tarixi. Bakı, 1996.
  5. Kitabi-Dədə Qorqud. Bakı, 1988.

1. İqtisadiyyatın cəmiyyətdə rolu

Maddi nemətlər istehsalı ilə məşğul olmaq daha həlledici və əsasdır. Məhz elə buradan da insan cəmiyyətinin inkişaf tarixi öz başlanğıcını götürmüş olur.

Beləliklə, bəşəriyyət həmişə istehsal edərək yaşamış və yalnız bu əsasda siyasət, din, elm, incəsənət və s. mövcud olmuşdur.

Cəmiyyətin inkişafının ilk pillələrində, hər cür sadə primitiv istehsalı, ibtidai insanın ilk dəfə daş balta və yaxud kaman düzəltməsini iqtisadiyyat adlandırmaq olmaz. Lakin bu kimi alətlərin düzəldilməsi təkmilləşdirildikcə ovçular, balıqçılar, sənətkarlar arasında, icma daxilində əmək məhsullarının mübadiləsi meydana gəlir. Ayrı-ayrı icmalar, qəbilələr əmək məhsullarını bir-biri ilə mübadilə etməklə iqtisadi münasibətə girirlər.

İstehsal prosesində insanların təbiətə və eləcə də əmək alətləri olan baltaya, kamana, əkinçilikdə istifadə edilən alətlərə, əmək məhsullarına münasibəti əks olunur. Mübadilədə isə həmin məhsulların mübadiləsi baxımından insanların bir-birinə münasibəti əks olunur. Deməli, söhbət ümumiyyətlə münasibətdən deyil, insanların həyatı üçün zəruri olan maddi nemətlərin istehsalı və bölgüsü ilə bağlı olan maddi münasibətdən gedir.

Təbiətin öz məhsulu olan insan maddi nemətlər istehsalında təbiətə təsir etmək üçün mübarizə aparır. Bunun üçün onların birlikdə, bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda, münasibətdə olması zərurəti yaranır. Bir qrup istehsalçının məhsulu digər qrup istehsalıçının məhsulu ilə mübadilə olunur.

Burada maddi nemətlərin istehsaldan istehlaka (son istifadə) olan bütün hərəkəti bir-biri ilə üzvi bağlılıqda əks olunur.

Deməli, iqtisadiyyat dedikdə maddi nemətlərin (istər dəyər və istərsə natural formada) istehsal, bölgü, mübadilə və istehlak mərhələlərindən keçməsi və bu sahədə yaranan iqtisadi münasibətlər sistemi başa düşülür. Bu bir bütöv sistem təşkil edir.

Ayrı-ayrı sahələrin iqtisadiyyatı, regional iqtisadiyyat, milli iqtisadiyyat, dünya iqtisadiyyatı və s. anlayışlar formalaşır.

İqtisadiyyat – iqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işləmişlər. O, Ksenofontun (e.ə.-430-355) “Ev təsərrüfatı” və ya “Ev iqtisadiyyatı” deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384-322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan “Oykonomiya” iki sözdən – “oykos” (ev, təsərrüfat) və “nomos” (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada “Ekonomika” antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə “ekonomika” anlayışının bildirdiyi mənaya uyğundur. Dilimizə daxil olan “iqtisadiyyat” məfhumu “təsərrüfatı idarəetmə”, “təsərrüfatçılıq”, “qənaət”, “İqtisad elmi” kimi anlayışları ifadə edir. Adi həyatda, xalq arasında “iqtisadiyyat” sözündən daha çox “təsərrüfat”, “təsərrüfatçılıq” kimi məfhumlar geniş yayılmışdır. Çox hallarda “təsərrüfat” dedikdə, kiçik və iri təsərrüfatların maddi ünsürlərini, avadanlıq, ləvazimat, mal-qara və sairləri nəzərdə tuturlar. Əslində təsərrüfatın görülən tərifləri də bunlardan ibarətdir. Lakin, bütün istehsal və xidmət dairələrini, sahələrini və onların subyektlərini özündə birləşdirən təsərrüfat anlayışı daha mürəkkəb bir mexanizmdir. Bu heç də üzdə göründüyü kimi müxtəlif elementlərin və sahələrin mexaniki birləşməsindən də ibarət deyildir.

Hər bir cəmiyyətdə təsərrüfat bir sistem şəklində fəaliyyət göstərir və inkişaf edir. Bu baxımdan “iqtisadiyyat” və “təsərrüfat” anlayışları üst-üstə düşür. Əgər onlara quruluş baxımından yanaşılarsa yenə də bu oxşarlıq aydın görünər. Məlumdur ki, iqtisadiyyat sənaye, kənd təsərrüfatı, inşaat, xidmət və s. sahələri özündə birləşdirir. Təsərrüfat anlayışı da təxminən bu çərçivə daxilindəki obyektləri əhatə edir. Buna baxmayaraq, “təsərrüfat” anlayışı daha çox işlədilən, daha çox praktiki əhəmiyyət kəsb edən bir ifadə kimi çıxış edir. Bundan fərqli olaraq “iqtisadiyyat” ən çox elm anlamında, bir çox elmlərin adı kimi də işlədilən bir ifadədir. Məsələn, iqtisadi tarix, iqtisadi coğrafiya, iqtisadi fikir tarixi, iqtisadi kibernetika, sənaye iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı və s. elmlərin adının daşıyıcısı da iqtisadiyyatdır.

İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.

  1. Məşğulluq səviyyəsini müəyyənləşdirən amillərin aşkar edilməsi.
  2. İşsizliklə mübarizə metodlarının müəyyənləşdirilməsi.
  3. Pulun rolunun və pula tələbi müəyyənləşdirən amillərin öyrənilməsi.

Müasir iqtisadi nəzəriyyə iqtisadi dinamika, inflyasiya, dövlət borcu, dövlətin, digər institutların iqtisadi siyasəti, beynəlxalq iqtisadiyyatın problemlərini tədqiq etməklə bu siyahını genişləndirdi.

Makroiqtisadiyyat mikroiqtisadiyyatla kifayət qədər sıx bağlıdır. Elmin müstəqil bölməsi kimi makroiqtisadiyyat mikroiqtisadiyyatdan azı yarım əsr gec formalaşmışdır, lakin iqtisadi nəzəriyyənin bu iki bölməsi arasında müəyyən qarşılıqlı əlaqə var.

Mikroiqtisadiyyat. İqtisadiyyat kursunun 2-ci ən mürəkkəb bölməsi “Mikroiqtisadiyyat”dır. İqtisadiyyatın bu bölməsində cəmiyyət üçün lazım olan maddi həyat nemətləri və xidmətlər istehsal edilir. Hər bir ölkənin müasir təsərrüfatı özünün ictimailəşmə səviyyəsinə görə müxtəlif olur. Mikroiqtisadiyyat iqtisadiyyatın ən aşağı pilləsidir, ilkin qatıdır.

Mikroiqtisadiyyat (yunanca “mikros” – “kiçik” deməkdir) – vahid xalq təsərrüfatının bir hissəsidir. Bütün istehsal amillərinə sahib olan xüsusi mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan təsərrüfatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır.

Mikroiqtisadiyyat kapitalizmin azad rəqabətə, azad sahibkarlığa əsaslandığı dövründə, yəni klassik kapitalizm şəraitində sürətlə inkişaf edib formalaşmışdır. Xüsusi kapitalist müəssisələri, bazarın müxtəlif növləri, istehsal və bazar infrastrukturları mikroiqtisadi səviyyədə yaranıb fəaliyyət göstərir. Son iki əsr ərzində mikroiqtisadiyyatda böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən birincisi, istehsalın maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində; ikincisi, təsərrüfatın formasında; üçüncüsü də milli istehsalın tərkibində baş vermişdir. Başlıca dəyişiklik onun quruluşunda olmuşdur. Bu dəyişiklikləri ilk növbədə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin timsalında aydın görmək olar.

Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.

Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür.

Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

Meqoiqtisadiyyat – bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.

İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir.

2. İqtisadi fikirlərin yaranması və inkişafının əsas mərhələləri
İnsan cəmiyyəti inkişaf etdikcə müəyyən növ məhsul istehsalı üzrə onlarda az-çox adət-ənənə, vərdiş, üsul, təcrübə və bacarıq yaranır. Bütün bunlar getdikcə nəsildən-nəslə keçir, təkmilləşir, yeniləşir, bilik halında təzahür edir. Müəyyən növ məhsul istehsalının necə təşkili, nə qədər işçi lazım olması, onların hər birinin hansı işi yerinə yetirməsi, işin başlanması, qurtarması və s. barədə təcrübə və bilik toplanır.

Əlbəttə bunları elmi bilik adlandırmaq olmaz. Hər halda ev, ev təsərrüfatının aparılması, idarə edilməsi barədə, adamların (istehsala görə) davranış qaydaları barədə müəyyən ənənə, qanun-qayda olması barəsindəki məlumatlar çox qədim dövrlərə gedib çıxır. Bu mənada iqtisad elminin ilkin mənbəyini məhz qədim dünyanın mütəfəkkirlərinin əsərlərində axtarmaq lazımdır.

Qədim iqtisadi fikir tarixinə qısa səyahət.

Qədim Hindistanda bizim eradan əvvəl IV-III əsrdə ictimai əmək bölgüsünün, ağalıq-tabeçilik münasibətlərinin olmasını göstərmişdilər. Hindistan yazılarında hər kəsin ictimai borcu, quldarlığın xüsusiyyətləri açıqlanırdı.

Qədim Çin mütəfəkkirlərinin əsərlərində və xüsusilə Konftusi tərəfindən (b.e.ə. 551-479) zehni əməklə fiziki əmək fərqləndirilmişdir. Maraqlıdır ki, zehni əməyin “yuxarı” təbəqəyə, fiziki əməyin isə əksəriyyəti qullardan ibarət olan “aşağı” təbəqəyə xas olması qeyd edilmişdir. O, vergi sisteminin dəyişilməsini təklif edirdi.

Çin filosofu Syun-Szı (b.e.ə. III əsr) göstərirdi ki, bütün insanlar doğulduğu gündən bərabər hüquqludurlar. “Toplanmış sərvətdən” hamısı bərabər istifadə etməlidir. Hələ o vaxt əkinçilikdəki və sənətkarlıqdakı qulların azad olması barədə çağırışlar səslənirdi. Bu kimi iqtisadi fikirlər sonralar qədim Yunanıstanda öz inkişafını tapmışdı.

Qədim Yunan filosoflarından Ksenofontun, Platonun (b.e.ə. 427-347), Aristotelin əsərlərindəki fikirlərini müasir iqtisadi nəzəriyyənin giriş nöqtəsi kimi xarakterizə etmək olar. Məsələn, maddi dəyərlərin mübadiləsində onlar faydalılığı əsas götürürdü, çünki o dövrdə qul olmayan azad, sərbəst vətəndaşlar üçün fiziki əmək qəbahət hesab edilirdi. Ona görə də onlar məhsulu əməyə görə deyil, faydalılığa görə qiymətləndirdilər.

Qədim Roma mütəfəkkirlərindən Varrona (b.e.ə. 116-2), Böyük Katon (b.e.ə. 234-149), Kalumelli (b.e. I əsr), Seneki (b.e. 4-65), Lukresiya (b.e. 99-55) və s. müəyyən mənada qədim Yunanıstandakı iqtisadi fikirlərin davamçıları olmuşlar. Quldarlığın zəruriliyi və sonra isə dağılması barədəki onların fikirləri çox maraqlıdır.

İqtisadiyyat və onu idarə edən qayda-qanunları ilk dəfə ardıcıl tədqiq edən antik yunan filosofları olmuşdur. Lakin onlar bu iqtisadi fikirləri ardıcıl davam etdirə bilməmişlər.

K.Marks (1818-1883) Avropada orta əsrlərdə iqtisadi fikrin inkişaf edə bilməməsini, katolizmin hökmranlığı ilə izah etmişdir. Uzun müddət iqtisadi fikir və təlimlər xüsusi bir elmin öyrənmə tərkibində, filosofların, tarixçilərin, sosioloqların, təbiətşünasların, şair və yazıçıların əsərlərində əks olunmuşdur.

Beləliklə, iqtisadi sistem, onun mahiyyəti, vəzifəsi, məqsədi və s. barədə sistem halında bilik kimi iqtisadi nəzəriyyə XVI-XVII əsrlərdə yaranmışdır. Həmin dövr kapitalizmin təşəkkül tapması, manufakturanın əmələ gəlməsi, ictimai əmək bölgüsünün dərinləşməsi, daxili və xarici bazarın genişlənməsi, pul tədavülü probleminin intensivləşməsi kimi hadisələrlə zəngin idi. Belə bir dövrdə merkantilizm cərəyanı deyilən cərəyan yaranır. Merkantilistlər ticarətin nümayəndələrindən ibarət olub onların mənafeyini əks etdirirlər. Xatırlatmaq yerinə düşərdi ki, merkantilizm cərəyanının fəaliyyəti iki mərhələyə ayrılır. İlkin (erkən) merkantilistlərin (XV-XVI əsr) əsas məqsədi ölkəyə pulun, qiymətli metalın cəlb edilməsini artırmaq idi. Onlar bunu xalis qanunvericilik yolu ilə həyata keçirməyi təklif edirdilər. Məsələn, xarici tacirlərin ölkə daxilində satdıqları əmtəələrin pulunun yerindəcə xərclənməsi üçün “nəzarətçilər” təyin edilir və beləliklə, qızılın və gümüşün xaricə daşınmasına yol vermişdilər. Deməli, pul balansı sistemini əsas götürürdülər.

İngilis U.Staford (1554-1612) 1581-ci ildə yazırdı ki, bir çox iqtisadi problemlərin həlli qiymətli metalların xaricə aparılmasını qadağan etməkdən, xaricdən mal almağı məhdudlaşdırmaqdan, xaricdən pul gətirilməsindəki təsərrüfat fəaliyyətini maraqlandırmaqdan asılıdır.

Merkantilizm spesifik ingilis hadisəsi deyildi. Pul yığımı, himayəçilik və təsərrüfatın dövlət tərəfindən tənzimlənməsi siyasəti XV-XVIII əsrlərdə Portuqaliyadan tutmuş Moskvaya qədər bütün Avropada həyata keçirilirdi. İtaliya iqtisadçıları merkantilizm nəzəriyyəsini daha geniş tədqiq etmişdilər.

Florensiyalı bankir B.Davanzatti (1529-1605) pulu – sikkəni məcazi mənada iqtisadi orqanizmin qanı hesab edirdi. O göstərirdi ki, çoxlu qan itirilməsi orqanizmin zəifləməsinə, hətta ölməsinə səbəb olduğu kimi, ölkədə cingiltili pulun çatışmaması da ölkənin inkişafını ləngidir. İngilislərdə hər bir merkantilist əsərin sərlövhəsinə “ticarət” sözü daxil olurdusa, italyanlarda bu sözü “sikkə” sözü əvəz edirdi.

Merkantilizmin nisbətən inkişaf etmiş ikinci mərhələsi XVII-XVIII əsrlərə təsadüf edir. Bu mərhələdə əsas ticarət balansının aktivliyi nəzərdə tutulurdu. Xaricə çoxlu mal satmaq, az idxal etmək. Ona görə də sənaye məhsulu istehsalını, manufakturanı artırmağa dövlət hamilik edirdi.

Beləliklə, merkantilizm siyasətindəki bu iki mərhələyə onun iqtisadi nəzəriyyəsinin inkişafındakı iki mərhələ uyğun gəlir.

Monetar sistem adlanan erkən merkantilizm qeyd etdiyimiz kimi, pulu ölkədə saxlamaq üçün inzibati tədbirlər hazırlanmasını təklif edirlər.

İnkişaf etmiş merkantilizm isə millətin varlanması üçün sərvətin bu cür qaydada artırılması deyil, xarici ticarətin inkişaf etdirilməsində, fəal ticarət balansında xarici iqtisadi münasibətlərin genişləndirilməsində axtarır. Onlar təbii hüququ prinsiplərinə uyğun olan dövlətin müdaxiləsinə üstünlük verirlər.

Öz dövrü üçün yetkin merkantilizm elmin ciddi nailiyyəti idi. Nəzəri bir sistem və siyasət kimi merkantilizmin milli xarakterinin öz əsasları var idi. Kapitalizmin sürətlə inkişafı yalnız milli çərçivədə mümkün idi və bununla da təsərrüfatın inkişafına kömək göstərən dövlət hakimiyyətindən çox cəhətdən asılı idi. Beləliklə, onlar iqtisadi inkişafın əsil qanunauyğunluqlarını və tələbatını ifadə etmişlər. Merkantilistlər “millətin sərvətinin” özünü mahiyyət etibarilə ticarət kapitalının mənafeyi baxımdan nəzərdən keçirirdilər. Buna görə də onlar mühüm iqtisadi kateqoriya olan mübadilə dəyərinin təhlili ilə bir nəzəriyyəçi kimi çox maraqlanırdılar. Əmək dəyər nəzəriyyəsinin inkişafında da özünəməxsus xidmətləri vardır. Demək olar ki, onlar kapitalist iqtisadiyyatının hərəkət qanunlarının və daxili mexanizminin dərk edilməsində ilk addım atmışdılar.

Merkantilizmin ən görkəmli nümayəndələrindən Tomas Man (1571-1641), Antuan Monkretyen (1575-1621), Devid Yum (1711-1776) və s. öz fikirləri ilə demək olar ki, “səmərəli təsərrüfatçılıq etmək” vəzifəsini iqtisad elminin vəzifəsi kimi irəli sürmüşlər.

İngilis iqtisadçısı Tomas Man merkantilizm ideyalarının tipik ifadəçisidir. O, varlı və geniş şöhrət qazanmış adı tacir deyil, ticarət strateji idi. Mandan iqtisadi ədəbiyyatın qızıl fonduna daxil olmuş iki kiçik əsər qalmışdır. Onlardan birincisi 1621-ci ildə çapdan çıxmış “İngiltərənin Şərqi Hindistanda ticarəti haqqında mülahizələri” adlanır. İkinci kitab Mana daha çox şöhrət gətirmişdi. Adam Smitin yazdığı kimi, “bu kitabın sərlövhəsi özü bu əsas ideyanı ifadə edir” “İngiltərənin xarici ticarətdə varı və ya bizim xarici ticarətimizin balansı sərvətimizin tənzimləyicisidir. Bu əsər 1664-cü ildə müəllifin ölümündən təqribən 23 il sonra nəşr edilmişdir. Həqiqi merkantilist kimi Man sərvəti, varı başlıca olaraq pul formasında, qızıl və gümüş formasında nəzərdə tuturdu. İstehsalın inkişafına ticarəti genişləndirmək aləti kimi baxırdı. Man əmtəə, mənfəət, kapital və bu kimi nəzəri anlayışları işlətmiş və bunlar arasındakı əlaqələri tapmağa çalışmışdır.

Qeyd etdiyim kimi, Fransada merkantilistlərin iqtisadi ideyalarını müdafiə edənlərdən biri də A.Monkretyen olmuşdu. Monkretyenin həyatı çox qalmaqallı keçmişdir. “Siyasi iqtisad” anlayışını ilk dəfə işlətmiş və bununla öz adını əbədiləşdirmişdir. A.Mokretyen 1615-ci ildə “Siyasi iqtisad haqqında traktat” adlı əsər yazmışdı. Qəti şəkildə qeyd etməliyik ki, buradakı siyasi – sözü, anlayışı nə siyasi hakimiyyət, nə də siyasət səpkisində işlədilməyibdir.

Etiraf etmək lazımdır ki, yunan filosoflarının iqtisadiyyat anlayışının mahiyyəti barədəki fikir söylədikləri dövrdən iki min ilə yaxın vaxt keçmişdir. Mərkəzləşmiş dövlət təsərrüfatları, milli iqtisadiyyat yaranmışdı. “İqtisadiyyat” anlayışı əvvəlki məhdud anlamında qala bilməzdi. Yəqin ki, Monkretyen “Siyasi iqtisad” dedikdə, bütövlükdə dövlət, ölkə təsərrüfatının, mərkəzləşmiş milli sərvətin saxlanılması, artırılması barədə nəzəri mülahizələr, məsləhətlər və s. bəhs edilməsini nəzərdə tutmuşdur. Ona görə də “Siyasi iqtisad” və yaxud “İqtisadi nəzəriyyə” anlayışlarının yanaşı işlədilməsindən ehtiyatlanmaq lazım deyil.

İqtisad elminin inkişafında əsas istiqamətlərdən biri də fiziokratlar cərəyanının meydana gəlməsidir.

Məlumdur ki, XVIII əsrin ortalarında İngiltərədə sənayenin inkişafı nisbətən sürətlə irəlilədiyi halda, Fransa manufaktura dövrünü yaşayırdı. XVIII əsrin axırlarınadək Fransa feodal aqrar ölkəsi kimi mövcud idi. Kənd təsərrüfatı bütün iqtisadi ziddiyyətlərin mərkəzinə çevrilmişdi. Natura və pul şəklində alınan töycü vergisi istismarın əsas forması kimi 1789-cu illərdə 2 milyondan çox kəndlinin müflisləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə qanunauyğun olaraq kənd nəzəriyyəçilərin diqqət mərkəzinə çevrilmişdir. Merkantilist iqtisadçılar isə tədqiqatçılarını ticarət dairəsindən keçirmişlər. Bununla da gələcəkdə kapitalist istehsal sisteminin elmi təhlilinin əsasını qoymuşlar. Onlar hər cür sərvətin mənbəyini ticarətdə deyil, kənd təsərrüfatı istehsalında görürdülər. Kənd təsərrüfatında sərf olunan əməyi məhsuldar əmək hesab edirdilər. Beləliklə, iri torpaq sahibliyinə üstünlük verir, kənd təsərrüfatını daha gəlirli, məhsuldar sahə hesab edirdilər. Buradan da yunanca hərfi mənası “təbiətin hakimiyyəti” (fizis – təbiət, kratos – hakimiyyət) sözünü ifadə edən fiziokratiya anlayışı meydana gəlir.

Fransada fiziokratiya cərəyanının əsasını qoyanlardan biri, bu məktəbin başçısı Fransuz Kene (1694-1774) olmuşdur. O, bu məktəbin nəzəri və siyasi proqramını hazırlamışdı. Fransada onun fikirlərini görkəmli dövlət xadimi A.Turqo (1727-1781), eləcə də Düpon və Nemur (1739-1817), V.Mirabo (1715-1789) və s. təbliğ etmişlər. Kene XVIII əsrin ən böyük fransız iqtisadi nəzəriyyəçisidir. O, həkim və təbiətşünas olmuşdur. İqtisadi nəzəriyyə ilə məşğul oluduğu vaxt 60 yaşı var idi. Fəlsəfənin köməyi ilə o, təbabətdən iqtisadi nəzəriyyəyə keçmişdi.

İnsan orqanizmi və cəmiyyət: insan bədənində qan dövranı, maddələr mübadiləsi və cəmiyyətdə məhsul tədavülü (burada tədavül məhsulun hərəkəti mənasında nəzərdə tutulur) kimi verilən bu bioloji analogiya Kenenin fikrini cəlb etmişdi.

İqtisadi nəzəriyyə ilə məşğul olduğu ilk vaxtlarda “ensiklopediyaya” salmaq üçün “Fürmürlər”, “taxıl”, “vergilər” kimi iqtisadi məqalələrini yazmışdır. Bu məqalələrdə Fransada XV Lüdovikin kənd təsərrüfatına dair iqtisadi siyasəti tənqid edilir. Zəngin statistika materiallarının təhlili ilə mövcud əkinçilik sisteminin geriliyini göstərməklə, kənd təsərrüfatı istehsalının aparılması metodunun və təşkilinin yenidən qurulması zəruriliyini əsaslandırmışdır. O, feodalizm qalıqlarının ləğv edilməsi və iri kapitalist əkinçiliyə keçilməsini üstün tuturdu. “Taxıl” məqaləsində kənd təsərrüfatına tam bütöv halında baxır, səmərəli təsərrüfatçılığa keçilməsi ilə onun effektivliyinin 2-4 dəfə artırılmasını göstərirdi. Kene merkantilistlərdən fərqli olaraq ekvivalentliklər mübadiləsinin tərəfdarı kimi çıxış edirdi. Hər cür sərvətin mənbəyinin ticarətdə – mübadilədə deyil, istehsalda olduğunu sübut etməyə çalışırdı. O, göstərmişdir ki, mübadilə dairəsində azad rəqabət şəraitində bərabər dəyərlər mübadiləsi baş verir. Əmtəələr bazara daxil olmamışdan bu dəyərə malikdirlər. Beləliklə, mübadilədə dəyər yarana bilmir və mənfəət meydana çıxa bilməz. O, kapitalist istehsalının təhlili üçün əsas yaratmışdı.

Kenenin iqtisadi proqramı ümumiləşdirilmiş şəkildə 1758-ci ildə dərc edilmiş “Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri” adlı əsərində verilmişdir. İngilis iqtisadçılarından fərqli olaraq kənd təsərrüfatının tədqiqinə geniş yer verməsini əsaslandırmağa səy göstərmişdir.

Fiziokratlar “xalis məhsul”, “pulun mahiyyəti”, “kapitalın mahiyyəti” və s. kimi iqtisadi anlayışlar barədə geniş təhlil aparmışlar.

Kene ictimai istehsalın təkrar istehsalı və tədavülü prosesinin şərhi ilə kapitalın quruluşunun təhlilinə yol açmışdır. Bu məqsədlə o, 1758-ci ildə özünün məşhur “İqtisadi cədvəlini” dərc etdirmişdir. Bu cədvəldə cəmiyyətə vahid orqanizm kimi baxılır və o üç əsas sinfə bölünür. İctimai məhsulun bu üç sinif arasında bölüşdürülməsi mexanizmi göstərilir. O yazmışdı ki, millət üç sinfə bölünmüş vətəndaşlardan ibarətdir: məhsuldar sahibkarlar, sənətkarlar və qeyri-məhsuldar siniflər.

Məhsuldar sinfə kənd təsərrüfatı ilə məşğul olan bütün işçilər; sahibkarlara – krallar, torpaq sahibləri, kilsə sahibləri və s. qeyri-məhsuldar sinfə isə sənayedə məşğul olan bütün adamları aid edirdi.

Bunlarla yanaşı “İqtisadi cədvəldə” ölkənin iqtisadiyyatının inkişafını təmin edə biləcək xalq təsərrüfatının əsas proporsiyaları aydınlaşdırılmışdır. Bu cədvəl illik məhsulun reallaşdırılması və təkrar istehsalın formalaşdırılması sxemindən ibarətdir. K.Marks təkrar istehsal probleminin şərhində Kenenin “İqtisadi cədvəlindən” geniş istifadə etmişdir.

Fiziokratlar cərəyanının fəaliyyətini Ann Rober Jak Türqosuz təsəvvür etmək olmaz. Ona sadəcə olaraq Kenenin davamçısı da demək olmaz. K.Marksın sözü ilə desək, Türqoda fiziokratiya sistemi daha gözə çarpan şəkil almışdır. Kenedən və onun ardıcıllarından fərqli olaraq Türqo feodal imtiyazlarından azad idi. O, islahatlar yolu ilə feodalizmin yaxşılaşdırılmasına inanmırdı. Feodalizm çərçivəsində kapitalist cəmiyyətinin yaranması prosesinin inkişafını tədqiq edirdi. Ensiklopediya üçün iqtisadiyyat və fəlsəfəyə dair bir neçə məqalə yazmışdı. 1766-cı ildə böyük iqtisadi əsəri olan “Sərvətin yaranması və bölgüsü haqqında düşüncələr” əsərini yazıb qurtarmışdır. Həmin əsərdə fiziokratların nəzəriyyəsini (düzəliş və əlavələr etməklə) şərh etmişdir. Əsər tezis şəklində yazılmışdır. 100 tezisdən ibarətdir. Birinci hissədə (1-31 tezisdə) fiziokrat sistemini şərh etməklə göstərir ki, xalis məhsul sadəcə olaraq təbiətin vergisi (bəxşişi) deyil, əkinçilikdə işləyənlərin əmək məhsuldarlığının nəticəsidir. Bu da torpaq sahibləri tərəfindən mənimsənilir. İkinci bölmədə (32-49 tezislər) qiymət və dəyər problemləri tədqiq edilmişdir. Türqo əmək-dəyər nəzəriyyəsindən yan keçərək faydalılıq nəzəriyyəsinin əsasını qoyur. Kitabın son bölməsində kapitalizm cəmiyyətinin sinfi quruluşu, kapitalın və cəmiyyətin gəlirinin təhlili öz əksini tapır. İqtisadi fikir tarixində Türqoya ən şərəfli yerlərdən birini tutmaq hüququnu bu son bölmə – 53 teoremi vermişdir. Əvvəllərdə deyilmişdir ki, fiziokratlar sistemində cəmiyyət üç sinfdən ibarətdir. Türqo bu sxemə gözəl bir əlavə verir. Türqoya görə sonuncu sinif iki dərəcəyə bölünür: manufakturaçı sahibkarlar və fabrikçi ağalar.

Beləliklə, beş sinifdən ibarət olan bu cəmiyyət modeli, cəmiyyəti üç sinfə bölən Kene modelinə nisbətən həqiqətə daha yaxındır.

Türqo ölkənin maliyyə işlərinin sağlamlaşdırılmasında çox iş görmüşdür.

İqtisadi nəzəriyyənin yaranmasında və müstəqil tədqiqat sahəsi kimi nəzəri cəlb etməsində əsas istiqamətlərdən biri də ingilis iqtisadçılarının yaratdıqları klassik məktəb olmuşdur. Bu məktəb yeni istiqamət adlanır, ona görə ki, əvvəla, fiziokratlardan fərqli olaraq bu məktəbin nümayəndələri məhsuldar sahə kimi sənayenin inkişafına daha çox üstünlük verirdilər.

İkincisi, cəmiyyətin inkişafında istehsalın həlledici olduğunu daha inandırıcı şəkildə tədqiq edirdilər.

Üçüncüsü, bir çox yeni iqtisadi problemləri tədqiq etməklə iqtisadi nəzəriyyənin tədqiqat obyektini genişləndirirdilər.

Dördüncüsü, iqtisadi nəzəriyyənin müstəqil bir fənn kimi tədris edilməsinə nail ola bildilər və s.

İqtisadi nəzəriyyənin demək olar ki, əsasını məhz bu məktəbin nümayəndələrinin yaratdıqları müddəalar təşkil edir.

İngiltərədə klassik siyasi iqtisadın – iqtisadi nəzəriyyənin yaranmasının ilkin əsasını Uilyam Petti (1623-1687) qoymuşdur.

K.Marks iqtisad elminin inkişafında U.Pettinin xidmətlərini çox yüksək qiymətləndirmişdir. U.Pettinin iqtisadi görüşləri İngiltərədə kapitalist istehsal münasibətlərinin sürətlə artdığı bir vaxta təsadüf edirdi. Sənaye istehsalının səviyyəsinə görə İngiltərə digər Avropa dövlətlərini ötüb keçirdi. Bütün bunlar kapitalizm şəraitində baş verən iqtisadi problemlərin nəzəri cəhətdən əsaslandırılmasına zəmin yaradırdı və iqtisadi-nəzəri tədqiqat obyektini genişləndirirdi. U.Petti öz əsərlərini dövrün bütün iqtisadçıları kimi konkret, hətta bəzən xırda həcmlərdə çap etdirirdi. Onun özünə aid etdiyi ən böyük şey siyasi cəbrin (statistikanın) kəşf edilməsi idi. Müasirləri də bu xidməti yüksək qymətləndirirdilər. Həqiqətən də o, dəyər, renta, əmək haqqı, əmək bölgüsü haqqında və pul haqqında söylədiyi fikirləri ilə elmi siyasi iqtisadın əsaslarını qoymuşdur.

U.Petti bir neçə iqtisadi əsər yazmışdır: 1662-cı ildə “Vergilər və rüsumlar haqqında”, 1664-cü ildə “Müdriklərə söz”, 1672-ci ildə “İslandiyanın siyasi anatomiyası”, 1676-cı ildə “Siyasi hesab”, 1682-ci ildə “Pul haqqında müxtəlif rəy” və s. Adam Smitin XVIII əsrdə “Xalqların sərvəti haqqında” kitabı kimi U.Pettinin “Vergilər və rüsumlar haqqında traktat”nı da XVII əsrin ən mühüm iqtisadi əsəri hesab etmək olar.

U.Petti bir tərəfli iqtisadçı olmamışdır. Onun ideyalarında həm merkantilistlərin, həm də fiziokratların fikirləri öz əksini tapırdı. Lakin ölkənin sənayeləşməsinə daha üstünlük verirdi. Məsələn o, merkantilistlər kimi dövlətin iqtisadiyyata qarışmasının tərəfdarı idi. Lakin bu şərtlə ki, istehsalın inkişafına zəmin yaradılmalıdır və yaxud o, əmtəələrin qiymətləndirilməsini tədqiq etdikdə təsadüfi, bazar qiymətlərini deyil, orta qiyməti – təbii qiyməti əsas götürürdü. Bununla da əmək dəyər nəzəriyyəsinin əsasını qoymuş olurdu. O, dəyərin əməklə yaradılması ideyasını da aydınlığı ilə ifadə etmişdir.

U.Petti mahiyyəti etibarı ilə dəyər qanununu da formulə etmişdir.

U.Petti məhsul yaradılmasında əməyin roluna böyük əhəmiyyət verərək göstərirdi ki, “Əmək sərvətin atası və fəal prinsipi, torpaq isə anasıdır”.

İngilis iqtisadçısı Adam Smitin (1723-1790) və David Rikardonun (1771-1823) əsərlərində klassik siyasi iqtisad – iqtisadi nəzəriyyə öz inkişafını və ardıcıl ifadəsini daha parlaq tapmışdır.

XVIII əsrin ikinci yarısında və XIX əsrin birinci yarısında Böyük Britaniya istər kənd təsərrüfatının və istərsə sənayenin inkişafı baxımından çox sürətlə irəliləyirdi.

Fəal xarici ticarət həyata keçirilir, burjuaziya cəmiyyətinin əsas sinfi quruluşu kimi burjuaziya, fəhlə sinfi, torpaq sahibləri ayrılırdı.

Kapitalist istehsal üsulu iqtisadiyyatının inkişafındakı çoxcəhətli, mürəkkəb problemlər nəzəri təhlilə zərurət yaradırdı. Belə bir dövrdə Adam Smit və David Rikardo iqtisadi problemlərin təhlilinə çox zəngin töhfələr gətirmişlər. Onların hər ikisi dərin zəkaya malik mütəfəkkirlər idi.

K.Marks və F.Engels hər iki iqtisadçının iqtisad elminin inkişafındakı rolunu yüksək qiymətləndirmiş və onların görüşlərinin təhlilinə çoxlu səhifələr həsr etmişlər.

Adam Smit iqtisadi nəzəriyyə elminə klassik siyasi iqtisadi banisi kimi daxil olmuşdur. O. liberallaşmanın, iqtisadiyyatın işinə dövlətin az qarışmasının, tələb və təklifin təsiri altında bazar qiymətinin yaranmasının və bazar özünütənzimləməsinin kəskin tərəfləri kimi çıxış edirdi. Bütün bu iqtisadi tənzimləməni o, “görünməz əl” adlanırırdı.

A.Smit əmək dəyər nəzəriyyəsinin əsasını qoymuş, dəyərin yaranmasında məhsuldar əməyin rolunu yüksək qiymətləndirmiş, əmək məhsuldarlığının artmasında əmək bölgüsününün əhəmiyyətini göstərmiş, gəlirlər haqqında təlim yaratmış, vergiqoymanın dəqiq prinsiplərini işləyib hazırlamışdır.

A.Smit 1776-cı ildə “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərini çap etdirmişdi. Bu əsər çox vaxt sadəcə olaraq “Xalqların sərvəti” adı ilə ifadə edilir. Bu əsər demək olar ki, onun həyatının, ideyalarının yekunudur.

Beş kitabdan ibarət olan bu əsər iqtisadi nəzəriyyə tarixində maraqlı əsərlərdən biridir.

Birinci kitabda dəyərin və izafi dəyərin konkret formaları olan mənfəət və rentanın təhlili verilir.

İkinci kitab kapitala, onun yığımı və tətbiqinə həsr edilir. Qalan üç kitab Smit nəzəriyyəsinin tarixə, əsasən iqtisadi siyasətə tətbiqindən ibarətdir.

Dördüncü kitab geniş olub, iqtisadi nəzəriyyənin tarixindən və tədqiqindən ibarətdir.

Burada səkkiz fəsil merkantilizmə, bir fəsil isə fiziokratlara həsr olunmuşdur. Həcmcə ən böyük olan beşinci kitab maliyyədən – dövlətin xərclərindən və gəlirlərdən bəhs edir.

Bu kitab Kenenin quru analitik eskizlərindən, Türqonun teoremlərindən, Rikardonun seyrək atmosferli, dərin abstraksiyalı “prinsiplərindən” nəzərə çarpacaq dərəcədə fərqlənir. Əlbəttə D.Rikardonun İqtisadi ideyalarının formalaşmasında A.Smitin böyük rolu olmuşdur. O, 1799-cu ildə 27 yaşında olanda kütləvi kitabxanada təsadüfən A.Smitin “Xalqların sərvəti” əsərini vərəqləmiş, sonralar onu oxumuş və siyasi iqtisada olan marağı daha da artmışdır. Tezliklə siyasi iqtisadla məşğuliyyət onun başlıca işinə, əməyinə, istirahətinə və sevincinə çevrilmişdir. O, çox təvazökar idi, onun elmdə həvəskarlığı siyasi iqtisadın inkişafına çox kömək etmişdir. O, demək olar ki, ingilis siyasi iqtisadının yaradılmasını başa çatdırmışdır. İqtisad elminin pul tədavülü və kredit, beynəlxalq iqtisadi münasibətlər, vergilər kimi konkret sahələrinin inkişafında Rikardonun əsərləri böyük rol oynamışdı. Onun iqtisadi ideyaları aşağıda adları çəkilən əsərlərində öz əksini tapmışdır. İlk əsərləri pula və pul tədavülünün təhlilinə həsr edilmişdir. 1805-ci ildə “Qənaət və sabit pul tədavülü xeyrinə təklif”, 1809-cu ildə “Qızılın qiyməti haqqında üç məktub” və 1811-ci ildə “Sikkənin yüksək qiyməti – banknotun qiymətdən düşməsinə sübutdur”, 1817-ci ildə əsas əsəri olan “Siyasi iqtisadın başlanğıcı və vergiqoyma” əsəri dərc edilmişdir.

Bütün bunlarla yanaşı, iqtisad elmində elmi-tədqiqat metodlarının işlənməsi Rikardonun mühüm xidməti idi. O, iqtisadiyyatı mürəkkəb bir sistem kimi tədqiq etməyə və əsas müvazinət şərtlərini müəyyən etməyə çalışmışdı.

Rikardoda belə bir inam vardır ki, iqtisadiyyatda obyektiv qanunlar fəaliyyət göstərir və əsas meyllər kimi bu qanunların fəaliyyətini təmin edən mexanizmlər mövcuddur.

İqtisadiyyatda “özünü tənzimləmə mexanizmləri” problemi özünün nəzəri və praktiki əhəmiyyətini saxlamaqdadır. Əlbəttə dünya iqtisadi fikir tarixində və iqtisadi nəzəriyyənin inkişafında başqa iqtisadi məktəblərin və cərəyanların da rolu böyük olmuşdur. Lakin bunların hamısını bir mühazirə mətnində sadalamaq düzgün olmaz. Bütün bunlar sonrakı mövzularda öyrəniləcəkdir.

Hər halda məlumdur ki, iqtisadi nəzəriyyənin inkişafında istər tarixi mərhələ və istərsə də yeni istiqamət baxımından merkantilizm, fiziokratlar, klassik, yeni klassik, marksizm, marjinalizm, keynsçilik, yeni keynsçilik, riyazi məktəb və bu kimi məktəblər – cərəyanlar yaranmış və iqtisadi nəzəriyyənin inkişafında mühüm rol oynamışdır.

İqtisadi nəzəriyyənin inkişafında Marksist məktəbi və ya marksizm mərhələsi uzun bir dövrü əhatə edir.

Müasir Amerika iqtisadçısı P.Samuelson K.Marksın “Kapital” əsərinin A.Smitin “Xalqların sərvəti”, C.Keynsin “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri” əsərlərini dünya iqtisadi nəzəriyyəsinin inkişafının mərkəzi nöqtəsi hesab edir.

İqtisadi fikrin müasir inkişafında yeni klassik məktəbi qeyd etmək olar. Bu məktəbin münayəndələri subyektiv dəyər və müvazinətlik nəzəriyyəsi ilə çıxış edirlər. Onlar iqtisadi təsərrüfata mikroiqtisadi elementlərin məcmusu kimi baxır (az xərclə yüksək mənfəət götürmək).

Burada təhlilin əsasını tələb, təklif, tələbat və istehlak təşkil edir.

XIX əsrdə iqtisadi nəzəriyyə qiymətqoyma və ehtiyatlardan səmərəli istifadə edilməsi qanunlarını, istehsal amillərindən səmərəli istifadə edilməsi və yüksək nəticələr əldə edilməsi kimi problemləri daha geniş tədqiq edir (A.Marşal, K.Kobb, P.Duqlas).

Comments are closed, but trackbacks and pingbacks are open.