Press "Enter" to skip to content

Neoklasik İqtisadiyyat Nəzəriyyəsi nədir

Neoklasik iqtisadiyyat nəzəriyyəsi, iqtisadiyyata tələb və təklif yolu ilə bazarlarda mal, məhsul və gəlir bölgüsünün təyin edilməsinə yönəlmiş bir yanaşmadır.

İqtisadi nəzəriyyənin digər elmlərlə əlaqəsi

İqtisadi nəzəriyyə başqa iqtisadi elmlərin, həmçinin sosiologiya, psixologiya, tarixin əldə etdikləri bilikləri nəzərə alır, çünki onlar nəzərə alınmazsa, iqtisadi nəzəriyyənin gəldiyi qənaətlər səhv ola bilər. İctimai elmlərin hamısı bir-biri ilə sıx əlaqədədir. İqtisad elminin digər ictimai elmlərlə qovşağında yerləşən ən müasir sahələri kimi davranış iqtisadiyyatı, xoşbəxtlik iqtisadiyyatı, müasir iqtisadi fəlsəfəni və s. misal göstərə bilərik.

İqtisadi nəzəriyyə insan davranışlarını öyrənən elm olsa da, bu sahəni öyrənən yeganə elm deyildir. Məsələn, psixologiya elmi də insanların etdikləri seçimlərin öyrənilməsi ilə məşğul olur. Son zamanlar davranışın iqtisadi nəzəriyyəsi adlandırılan yeni bir elm sahəsi ortaya çıxaraq, psixologiyada əldə olunan ən sadə nəticələrin iqtisadi nəzəriyyəyə tətbiq olunmasına başladı. İqtisadi nəzəriyyədə xüsusi növ canlı varlıqlardan söz edilir. Bəzən bu canlı varlıqlara homo ekonomikus (iqtisadi insan) deyilir. Bu növün üzvləri həmişə rasional davranır. Firma rəhbərİəri kimi, onlar mənfəətlərini maksimallaşdırır. İstehlakçı kimi isə öz faydalarını maksimallaşdırır (və ya ən yüksək bitərəflik əyrisindəki nöqtəni seçir). Bu canlı varlıqlar, mövcud məhdudiyyətləri nəzərə alaraq, bütün fayda və məsrəfləri qiymətləndirir və hər zaman ən düzgün yolu seçir.

Real insanlar isə, homo sapiensdir. Bir çox hallarda onlar iqtisadi nəzəriyyədə iştirak edən rasional, hər şeyi dəqiqliklə hesablayan insanlara bənzəsələr də, əslində onlardan çox mürəkkəbdirlər. Real insanlar bəzən yaddan çıxartmaq, hirslənmək, çaşmaq və uzağı görməmək kimi xüsusiyyətlərə malik olur. İnsan düşüncəsində olan bu cür qeyri-mükəmməlliklər psixoloqların çörək ağacı olsa da, çox yaxın vaxtlara qədər, iqtisadçılar bunlara məhəl qoymurdu. Belə ki, davranış iqtisadiyyatı psixoloji, idrak, emosional, mədəni və sosial faktorların fərdlərin və institutların iqtisadi qərarlarına necə təsir etdiyini öyrənən sahədir.

Bir ictimai elm kimi iqtisad elmində də xüsusilə 20-ci əsrin 70-ci illərindən başlayaq Xoşbəxtlik anlayışı daha da önəm qazanmış və bir çox iqtisadi ədəbiyyatda “Xoşbəxtlik iqtisadiyyatı” deyilən anlayış formalaşmışdır. Hətta 2015-ci il İqtisadiyyat üzrə Nobel Mükafatı laureantı Angus Deaton bu mükafatı bir növ ”xoşbəxtliyin qiyməti”-ni ölçdüyü üçün qazanıb. Belə ki, Deaton 2008-ci ildə 450 min Amerika vətəndaşının iştirak etdiyi sorğu-araşdırmasında bu nəticəyə gəlib ki, illik 75 min ABŞ dolları həcmində gəlir günlük yaşayışda nisbətən xoşbəxtlik gətirə bilər. Ümumi olaraq xoşbəxtlik iqtisadiyyatı dedikdə fərdlərin xoşbəxtlik səviyyəsini artıracaq sosial siyasətin nələrdən ibarət ola biləcəyini araşdıran bir sahə başa düşülür.

İqtisadiyyat fəlsəfəsi iqtisad elminin fəlsəfi problemlərini tədqiq edir. O “Müasir iqtisadi sistem” nədir? Müasir kapitalist sistemdə “Ədalət” məfhumunun yeri varmı? Əxlaq, hüquq və iqtisadiyyat bir araya gələ bilərmi? İqtisadiyyat, mədəniyyət və sivilizasiya arasında nə kimi əlaqə var? Müasir dünyaya hakim olan siyasi-iqtisadi sistem hansıdır? Tam sərbəst iqtisadiyyatı tətbiq edən sistem bütün hüquqları qoruya bilirmi? Müasir dünyaya hakim olan sistem üçün insan faktoru önəmlidir, yoxsa burada yalnız kapital vacib şərtdir? Müasir kapitalist sistem nə istəyir? Hara gedir? Məqsədi nədir? İqtisadiyyatda həqiqətin meyarı nədir? İqtisadi təfəkkür nədir və necə formalaşır? Hər bir şeyi pulla almaq mümkündürmü? Dünyanı kapital idarə edir, yoxsa mütəfəkkirlər? Əgər dünyanı kapital idarə edirsə o zaman Əxlaq filosoflarının-mütəfəkkirlərin humanist tövsiyələri absurd deyilmi? Bütün bunlar iqtisadi fəlsəfənin fundamental suallarıdır.

  1. Resurslar onların məhdudluğu və tələbatların sonsuzluğu problemi

Birincisi insan cəmiyyəti yarandığı dövrdən bizim günlərimizə qədər onun ayrı-ayrı
üzvlərinin, müxtəlif təsisatlarının, nəhayət bütövlükdə məcmu maddi-mənəvi təlabatları
artmağa doğru getmiş və bu meyl indi də davam etməkdədir. Təsadüfi deyildir ki, iqtisadi
ədəbiyyatda belə bir fikir xüsusi vurğulanır: tarixən cəmiyyətin maddi-mənəvi tələbatları
sonsuzdur, hüdudsuzdur və görünür heç vaxt tam ödənilməyəndir. Çünki planet
miqyasında əhalinin sayının son 200 ildə 6-7 dəfə artması, insanların zövq, seçim,
tələblərinin dəyişməsi, «arzunun özündən doğan arzular» kimi elmi-texniki kəşflər, yeni
mütərəqqi texnologiyalar bazasında əvvəllər məlum olmayan xüsusi keyfiyyətlərə malik
materiallardan hazırlanmış əmtəələr istehsalı, habelə müxtəlif təyinatlı xidmətlərin
göstərilməsi, bu prosesə istər mütləq, istərsə də nisbi mənada həqiqətən müəyyən bir
sonsuzluq xarakteri verir. Son 100 il ərzində cəmiyyətin iqtisadi-sosial həyatına, gündəlik
məişətinə, mənəviyyatına daxil olmuş saysız-hesabsız məhsullar, xidmətlər, dəyərlər,
habelə bunların durmadan artması gözlərimiz önündə baş verir. Hesablamalar göstərir ki,
hazırda dünyada 40 milyon adda, necə deyərlər iynədən tutmuş hərbi raketlərə qədər və
ərzaq məhsullarından başlamış qiymətli zinyət əşyalarına kimi məhsullar istehsal olunur,
habelə xidmətlər göstərilir. Həmin məhsul-xidmətlərin illik ümumi dəyəri 60 trilyon dolları
ötür.

Bütövlükdə iqtisadi tələbatlar daim kəmiyyət və keyfiyyət cəhətdən qeyri-məhdud şəkildə artsa da, onların, yalnız bəzilərini tam qaydada təmin etmək və ödəmək mümkündür. Lakin var-dövlətə, pula və sərvətə münasibət-də insanların fərdi arzularının konkret ifadə edilmiş hüdudu yoxdur. Əgər, söhbət kollektiv, ictimai və dövlət tələbatlarından gedirsə, onların tam şəkildə təminatının konkret sərhədlərini təyin etmək, ümumiyyətlə mümkün deyil. Tələbatların artması qanunu o deməkdir ki, cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır. Tələbatların artması obyektiv bir zərurətdir və qanun statusuna malikdir. Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiyyətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir.

İkincisi, cəmiyyətin iqtisadi resursları, onun sərancamında olan istehsal vasitələri
(maddi-texniki imkanları), ayrı-ayrı növ və çeşidləri ilə seçilən, habelə müxtəlif təyinatlı
xidmətlər göstərmək üçün tələb olunan xammal, yanacaq, materialları isə qismən, yaxud
tamamilə məhduddur. Tələbatları ödəmək üçün istehsalı genişləndirmək lazımdır. Bundan ötrü isə istehsal üçün tələb olunan resurslar lazımi qədər olmalıdır. Lakin hər bir konkret zamanda istehsal üçün lazım olan resurslar məhduddur, yəni tələb olunandan azdır.

Deməli, ölkədə iqtisadi resursların (ehtiyatların, sərvətlərin) məhdudluğu, yaxud

obyektiv-subyektiv səbəblər üzündən bunlardan cəmiyyətin tələbatlarını ödəməyin
çətinliyi, ya mövcud imkanlardan son dərəcə qənaətlə (effektli) istifadə olunmasını, ya da
həmin məhsul-xidmətlərə olan tələblərin başqa dövlətlərdən (beynəlxalq bazardan) idxal
edilməsi vasitəsilə yerinə yetirilməsini irəli sürür.

Zaman keçdikcə bütövlükdə cəmiyyətin və ailələrin, nəhayət hər birimizin

tələbatlarının tədricən artması, habelə dəyişkən zövq müxtəlifliyi reallığında iqtisadiyyatın
başlıca vəzifəsi, bu çoxsaylı tələblərin ödənilməsindən ibarətdir. Həmin fasiləsiz əmtəə-
xidmətlərin istehsal prosesini isə ölkənin imkanlarını nəzərə almaq, istehsalın optimal
strukturunu formalaşdırmaq, daxili-xarici iqtisadi əlaqələrin tarazlı nisbətini gözləmək yolu
ilə həyata keçirmək mümkündür.

Mütəxəssislərin hesablamalarına görə yer kürəsində mövcud olan bütün təbii ehtiyatlar 500 yüz ildən sonra tükənəcəkdir. Resurslar hər bir istehsalın əsasını təşkil edir. İqtisadi nəzəriyyə bütün resursları iki əsas tipə ayırır: maddi və insani resurslar. Maddi resurslar – kapital, təbii ehtiyatlar və torpaq, insani resurslar isə əmək, sahibkarlıq bacarığı və istehsal prosesində tələb olunan bilik və bacarıqlardır . Müasir qlobal cəmiyyətdə, biz iqtisadi resursların tükənən olması və iqtisadi tələbatların sonsuz olması faktı ilə daha tez-tez qarşılaşırıq. Təsərrüfat həyatında təzahür edən bu iki tipik mühit iqtisadiyyatın və iqtisadi nəzəriyyənin əsas motivlərini təşkil edir. Beləliklə, müasir iqtisadi nəzəriyyənin qarşısında duran ən vacib vəzifə məhdud və tükənən resurslardan effektli və səmərəli qaydada istifadə etməklə insanların maddi tələbatlarını maksimal şəkildə təmin etməkdən ibarətdir. Beləliklə, insan elə varlıqdır ki, onun iqtisadi tələbatları maddi nemətlərin istehsalı imkanlarını üstələyir. Bu onunla əlaqədardır ki, zəruri tələbatlar təmin olunan kimi, dərhal digər, yeni tələbatlar ortaya çıxır.

  1. İqtisadi resurslar və onların növləri

1. Sahibkarlıq potensialı (ing. businessman poten-tial) – nemətlərin istehsalında əhalinin müxtəlif formalarda təşkilatçılıq bacarığıdır. 2. Biliklər (ing. knowledge) – nemətlərin istehsalının və mənimsənilməsinin təşkili prosesində yüksək keyfiyyətli konkret elmi-texniki layihələrdir. 3. Təbii ehtiyatlar (ing. natutal resources) – konkret faydalı qazıntılar – torpaq, yeraltı sərvətlər, həmçinin coğrafi mühit və iqlim şəraiti. 4. İnsan resursları (ing. human resources) – ölkənin və planetin, müəyyən keyfiyyət göstəriciləri ilə – təhsil, mədəniyyət, peşəkarlıq, seçilən əhalisinin konkret sayı. 5. Maliyyə resursları (ing. financial resources) – milli və qlobal iqtisadiyyatda konkret pul vəsaitləri ilə təmsil olunan kapital.

Təbii ehtiyatlar kəşf edilmiş (istismar olunan), məlum olan (müəyyən səbəblərdən hələ istismar olunmayan) və proqnozlaşdırılmış (mövcudluğu fərziyyə olunan, lakin hələ məlum olmayan) kimi üç tipə ayrılır.

Məlum olduğu kimi nemətlər tələbatların ödənilməsi üçün istehsal prosesində yaradılır və bəşəriyyətin davamlı mövcudluğuna və inkişafına xidmət edir. Burada istehsal insan tələbatlarını təmin etmək üçün bəşəriyyət tərəfindən maddələrin (resursların) öz tələblərinə uyğunlaşdırması və onların mənimsənilməsidir.

Elmi ədəbiyyatda məqsədli qaydada istifadə olunan hər şey, o cümlədən insan fəaliyyətinin özü belə “resurs” (fr. resource – köməkçi vasitə) adlanır. Resurs anlayışı, həmçinin insanlar tərəfindən yaradılan məhsulun xarakterini təyin etmək üçün işlədilir. Resurslar, bütövlükdə insan fəaliyyətinin kəmiyyət baxımından ölçülə bilən imkanlarıdır. Müəyyən dəyişikliklər sayəsində arzu olunan nəticələrin əldə edilməsi üçün imkan yaradan real və potensial şəraitdir. İstehsal prosesində ümumiləşdirilmiş şəkildə “resurslar”, bir qayda olaraq “istehsal amilləri” adlanır. Ənənəvi olaraq istehsalın aşağıdakı amillərini ayırd edirlər:

5. İnformasiya amili

  1. İqtisadi tələbatlar və onların təsnifatı

Tələbat – ehtiyac duyulan bir şeyi müəyyən formada təsəvvür etməkdir. Tələbat insanın dünyagörüşünə, şəхsiyyətinə, həyat tərzinə və s. хüsusiyyətlərinə uyğun olaraq spesifik forma alan və ödənilməsi zəruri olan ehtiyaclardır. Bir qrup insan özünün yeməyə olan ehtiyacını bir fincan kofe, digər qrup insanlar isə müəyyən хörəklərlə təmin edə bilirlər. Tələbatı ödəmək imkanı isə tələbi yaradır. Tələb tələbatın ödənilmək imkanı olan (əldə edilməsi mümkün olan) hissəsidir.

Mənafe tələbatın ifadəçisidir. Tələbat insanın ictimai mühitə olan münasibətidirsə, mənafe dərk edilmiş tələbatdır. Tələbat insanda fəaliyyət yaratmır, yalnız fəaliyyətə sövq edir. İnsan öz tələbatını ödəmək üçün işə başladıqda tələbatlar “əşyaviləşməyə” başlayır, bir sözlə onların əsasında motivlər əmələ gəlir. Göründüyü kimi insan fəaliyyətə başlamasa motiv əmələ gəlməz. Motiv insanın öz fəaliyyətinin mahiyyətini dərk etməsidir. Motiv ilə digər kateqoriyalar arasında aşağıdakı əlaqə mövcuddur:

EHTİYAC

TƏLƏBAT

MƏNAFE

MOTİV

FƏALİYYƏT

İnsanın iradi fəaliyyət yolu

İstehsal bir neçə istiqamətdə insanların tələbatına təsir göstərir:

Birincisi, istehsal konkret bir nemət yaradır və insanın müəyyən ehtiyacının reallaşmasına səbəb olur. Bu isə özlüyündə yeni ehtiyaclar doğurur. Belə hesab edək ki, fərd bir maşın alıb. Bundan sonra onun yeni və çoxlu ehtiyacları meydana çıxır. O, maşını sığortalamalı, ona qaraj tikməli, yanacaq almalı, ehtiyat hissələri tapmalıdır.

İkincisi, istehsalın texniki yeniləşməsi sayəsində yeni şeylər meydana gəlir, həyat şəraiti dəyişir və keyfiyyətcə yeni tələbatlar meydana gəlir. Məsələn, yeni maşınlar, mobil telefonlar, videomaqnitofonlar və s. satışa çıxarılır və adamlarda onları almaq istəyi yaranır.

Öz növbəsində, tələbatlar da istehsala güclü təsir göstərir. Bu təsir iki xətlə baş verir:

Birincisi, tələbat yaradıcı fəaliyyətin daxili hərəkətverici qüvvəsi və istiqamətvericisidir. İkincisi, insanların tələbləri kəmiyyət və keyfiyyət baxımından tez dəyişəndir. İnsanların tələbatları yeni məhsulların meydana gəlməsinə təkan verir. Tələbat bəzən istehsalı qabaqlayır və istehsalı yeni məqsədlərə cavab verməyə təhrik edir.

Amerikalı psixoloq Abraham Maslounun “Ehtiyaclar pramidası” adlı bir nəzəriyyəsi var və bu nəzəriyyə ehtiyacları anlamaqda bizə kömək edə bilər. Maslou insanın ən əsas olan ehtiyaclarını nizamlayaraq, maraqlı bir sxem ortaya çıxarıb.

Maslou deyir ki, insanda ən vacib bu ehtiyaclar mövcuddur:

  1. Fizioloji ehtiyaclar (oksigen, su, qida).
  2. Təhlükəsizlik ehtiyacı.
  3. Sosial ehtiyaclar (dostluq, sevgi (sevmək və sevilmək), özünə hörmət istəyi).

Maslou iddia edir ki, insanın bu əsas ehtiyacları onda pərakəndə deyil, pramida şəklində düzlüb – üst-üstə. Yəni, ən alt qatda olan birinci-ikinci ehtiyaclar ödənməyincə insan sonrakı ehtiyaclarını arzulamır belə. Başqa sözlə desək, məsələn, müharibə şəraitində yaşayan, üstəlik gecələri ac-yalavac yatan insanın dostluq, sevgi, gözəllik, nə bilim, ədəbiyyat, kino və s. yadına düşmür. Çox vaxt şikayətlənirik ki, insanlarımız oxumur, teatra getmir, siyasətə qarışmır, haqqın keşiyində dayanmır. Əslində bütün bunlar insanın təbii ehtiyaclarıdır, fəqət baxın Maslounun pramidasında onlar neçənci pillədə dayanır? Çox qabaqda, 4-cü, dərketmə və estetik ehtiyacda. Bir cəmiyyət ta ən ibtidai ehtiyaclardan – iqtisadi yetkinsizlikdən əziyyət çəkirsə, onun nəyinə lazım kitab!

Maslou deyirdi ki, vur-tut bir-iki faiz insan ən üst pillə tələbata gedib çıxa bilir.. Qalanları isə əvvəlki pillələrin gah birində, gah digərindədir. Və bu, statik deyil. İnsan var ki, elə doğularkən artıq onun fizioloji və təhlükəsizlik tələbatı ödənib. Belə olanda, xoş halına, fərd birbaşa piramidanın üçüncü pilləsində olur. İnsan da var ki, ömrünü elə birinci-ikinci ehtiyacı təmin etməklə başa vurur, çox vaxt da bu onda doğru-dürüst alınmır da heç.

Maslounun qənaətinə görə, daha aşağı səviyyədə narahatlıq başlayanda, insanın bütün resursları həmin tələbatın ödənməsinə yönəldilir və bu vaxt nisbətən “yuxarı” tələbat unudulur.

  1. İqtisadi sistem və onun əsas ünsürləri

M.Fridmen “Kapitalizm və azadlıq” kitabında insanların iqtisadi fəaliyyətinin iki əlaqələndirilmə üsulunu nəzərdən keçirir. Birincisi, məcburetmə ilə müşayiət olunan mərkəzləşdirilmiş rəhbərlik və ya iyerarxiyadır; ordunun, müasir totalitar dövlətin metodları belədir. İkincisi, fərdlərin könüllü əməkdaşlığı və ya spontan (kortəbii) nizamdır; burada fəaliyyətə əsas siqnal qiymətlərdir. Resurslara və əməyin nəticələrinə qiymətin enməsi və ya qalxması təsərrüfatçılara hansı istiqamətdə hərəkət etmək lazım olduğunu göstərir.

İqtisadi sistem anlayışı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif cür şərh edilir. “İqtisadi sistem – müəyyən coğrafi ərazi hüdudlarında istehsal, gəlir və istehlakla bağlı qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı mexanizmlər və institutların cəmidir”.

“İqtisadi sistem – özündə iqtisadi davranış və nəticələrə bilavasitə və ya dolayısı ilə təsir edən bütün institutlar, təşkilatlar, qanun və qaydalar, ənənələr, mövqelər, dəyərləndirmələr, qadağalar və davranış sxemlərini əhatə edir”.

İqtisadi sistemlər özlərinin texniki inkişaf səviyyəsinə, mülkiyyətin münasibətlərinə, təsərrüfat mexanizminə və idarəetmə sistemlərinə görə və başlıca sosial-iqtisadi problemlərin həllinin təşkili və həlli üsullarına görə fərqlənirlər.

Neoklasik İqtisadiyyat Nəzəriyyəsi nədir?

Neoklasik iqtisadiyyat nəzəriyyəsi, iqtisadiyyata tələb və təklif yolu ilə bazarlarda mal, məhsul və gəlir bölgüsünün təyin edilməsinə yönəlmiş bir yanaşmadır.

Neoklasik iqtisadiyyat mikroiqtisadiyyatda üstünlük təşkil edir və Keyns iqtisadiyyatı ilə birlikdə bu gün əsas iqtisadiyyatda üstünlük təşkil edən neoklassik sintezi meydana gətirir.

Neoklasik iqtisadiyyat çağdaş iqtisadçılar tərəfindən geniş qəbul olunmasına baxmayaraq, neoklasik nəzəriyyənin yeni versiyalarına daxil edilmiş neoklasik iqtisadiyyatın bir çox tənqidi olmuşdur.

Neoklasik iqtisadiyyat, tələb və təklifi bir şəxsin rasionallığı və faydasını və ya qazancını maksimum dərəcədə artırma qabiliyyəti ilə əlaqələndirən iqtisadiyyata yanaşmadır.

İqtisadiyyatın müxtəlif aspektlərini öyrənmək üçün riyazi tənliklərdən də istifadə edir. Bu yanaşma 19-cu əsrdə William Stanley Jevons, Carl Menger və Leon Walras’ın kitablarına əsaslanaraq inkişaf etdi və 20-ci əsrin əvvəllərində populyar oldu.

Neoklasik İqtisadiyyat Nəzəriyyəsinin vacib aspektləri

Neoklasik iqtisadiyyat nəzəriyyəsinin mənşəyi və inkişafı, mənfi nəzəriyyələri və digər xüsusiyyətləri bu mövzunu başa düşmək üçün vacib hissələrdir.

Budur neoklasik iqtisadiyyat nəzəriyyəsinin ən aktual cəhətləri.

Mənşə

18-19-cu əsrlərdə inkişaf etmiş klassik iqtisadiyyat dəyər nəzəriyyəsi və paylanma nəzəriyyəsini özündə cəmləşdirdi.

Bir məhsulun dəyərinin həmin məhsulun istehsalına sərf olunan xərclərdən asılı olduğu düşünülürdü. Klassik iqtisadiyyatda xərclərin izahı eyni zamanda paylanmanın izahı idi.

Ev sahibi kirayə, işçilər əmək haqqı alır və kapitalist kirayəçi yatırdığı pulu alırdı. Bu klassik yanaşma Adam Smith və David Ricardonun işlərini əhatə edirdi.

Bununla birlikdə, bəzi iqtisadçılar tədricən bir malın istehlakçı üçün qəbul edilən dəyərini vurğulamağa başladılar. Bir məhsulun dəyərinin istehlakçıya faydalılıq fərqləri ilə izah edilməli olduğuna dair bir nəzəriyyə təklif etdilər.

Siyasi iqtisadiyyatdan iqtisadiyyata gedən üçüncü addım, marginalizmin tətbiqi və iqtisadi aktyorların marjlara əsaslanaraq qərar qəbul etməsi idi.

Məsələn, bir nəfər ikinci sendviçi birincidən sonra nə qədər dolduğuna görə almağa qərar verir, bir şirkət işçinin gətirəcəyi fayda gözlənilən artımdan asılı olaraq yeni bir işçi götürür.

Bu, klassik siyasi iqtisadiyyatın ümumi qərar qəbulundan fərqlənir ki, su kimi həyati malların ucuz, lüksün bahalı olmasını izah edir.

İnkişaf

İqtisadi nəzəriyyədəki klassik iqtisadiyyatdan neoklasik iqtisadiyyata dəyişiklik, prosesin müddətin təklif olunduğundan daha yavaş olduğu iddia edilsə də, “marjinal inqilab” adlandırıldı.

William Stanley Jevons’un Siyasi İqtisadiyyat Teorisinden (1871), Carl Menger’in İqtisad Prinsiplərindən (1871) və Léon Walras’ın Saf İqtisadiyyatın Elementlərindən (1874-1877) tez-tez yazılır.

Xüsusilə, Jevons, iqtisadiyyatını Jeremy Benthamın faydacılığının tətbiqi və inkişafı kimi qəbul etdi və heç vaxt tam inkişaf etmiş bir ümumi tarazlıq nəzəriyyəsinə sahib deyildi.

Menger bu hedonik konsepsiyanı qəbul etmədi, marginal faydasızlığın azalmasını mümkün istifadələrin subyektiv prioritetləşdirilməsi baxımından izah etdi və qeyri-tarazlığı və mülahizəni vurğuladı.

Mengerin riyaziyyatın iqtisadiyyatda istifadəsinə bir etirazı var, digər ikisi də 19-cu əsr mexanikasından sonra nəzəriyyələrini modelləşdirdi.

Jevons, Bentham və ya Mill hedonik konsepsiyasına əsaslanırdı, Walras isə fərdi psixikanı izah etməkdən daha çox bazarların qarşılıqlı əlaqəsi ilə maraqlanırdı.

Alfred Marshallın “İqtisadiyyatın Əsasları” (1890) kitabı, bir nəsildən sonra İngiltərədə hakim dərslik oldu. Marshallın təsiri başqa yerlərə yayıldı; İtalyanlar Maffeo Pantaleonini “İtaliyanın Marşalı” adlandıraraq təbrik edərdilər.

Marshall klassik iqtisadiyyatın qiymətləri istehsalın maya dəyəri ilə izah etməyə çalışdığını düşünürdü. Əvvəlki marginalların faydalılıq və tələbi şişirdərək bu balanssızlığı düzəltmək üçün həddini aşdıqlarını iddia etdi.

Marshall, “bir kağız parçasını kəsən bir qayçının üst və ya alt bıçağı olub olmadığına görə mübahisələndirə bilərik, sanki dəyər faydalı və ya istehsal dəyəri ilə idarə olunur” deyə düşünürdü.

Neoklasik iqtisadiyyat nümunəsi

Məsələn, neoklasik iqtisadiyyatın davamçıları hesab edirlər ki, bir məhsulun dəyəri istehlakçı qavrayışından qaynaqlandığı üçün ağıllı kapitalistlərin qazana biləcəyi gəlir və qazanc üçün heç bir yuxarı sərhəd yoxdur.

Məhsulun həqiqi xərcləri ilə onun satıldığı qiymət arasındakı bu fərq “iqtisadi artıqlıq” adlanır.

Lakin bu düşüncə qismən 2008-ci il maliyyə böhranına gətirib çıxardı. Bu müddət ərzində müasir iqtisadçılar sintetik maliyyə alətlərinin tavanın olmadığını və bazarı risk və qeyri-müəyyənlikdən sığortaladıqlarına inanırdılar.

Bu iqtisadçılar səhv etdilər və təriflədikləri maliyyə məhsullarının özü 2008-ci il mənzil bazarının çöküşünə səbəb oldu.

Neoklasik iqtisadiyyat nəzəriyyəsinə qarşı tənqidlər

Yarandığı gündən bəri neoklasik iqtisadiyyat müasir iqtisadiyyata dair əsas seçim halına gəldi. İndi iqtisadiyyatın ən çox öyrədilən forması olmasına baxmayaraq, bu düşüncə məktəbi hələ də onu pisləyənlərə sahibdir.

Əksər tənqidçilər neoklassik iqtisadiyyatın real vəziyyətləri təmsil etməyən bir çox əsassız və real olmayan fərziyyələr irəli sürdüyünə diqqət çəkirlər.

Məsələn, bütün tərəflərin rasyonel davranacaqları fərziyyəsi, insan təbiətinin digər qüvvələrə qarşı həssas olmasına, insanların məntiqsiz seçim etməsinə səbəb ola biləcəyi gerçəyini görməzlikdən gəlir.

Neoklasik iqtisadiyyat bəzən qlobal borc və ticarət münasibətlərindəki bərabərsizliklərdə də günahlandırılır, çünki nəzəriyyədə iqtisadi şərtlər nəticəsində əmək hüququ kimi məsələlərin təbii olaraq yaxşılaşacağını iddia edir.

İstinadlar

  1. Jevons, William Stanley. [1871] 2001. Siyasi İqtisadiyyat Nəzəriyyəsi. Adamant Media Corporation. ISBN 0543746852.
  2. Marshall, Alfred. [1890] 1997. İqtisadiyyatın əsasları. Prometheus Kitabları. ISBN 1573921408.
  3. Samuelson, Paul A. [1947] 1983. İqtisadi Analizin əsasları. Harvard Universiteti Mətbuatı. ISBN 0674313011.
  4. Süzgəc, David; Neoklasik İqtisadiyyatın Ölümü.
  5. Roy Weintraub. (2007). “Neoklasik İqtisadiyyat”. İqtisadiyyatın Qısa Ensiklopediyası. 13 Avqust 2017 tarixində alındı.
  6. Thompson, H. 1997. Cəhalət və İdeoloji Hegemonluq: Neoklasik İqtisadiyyata Tənqid. Fənlərarası İqtisadiyyat Jurnalı 8 (4): 291-305.

Iqtisadiyyat nəzəriyyəsi

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

ŞƏKİLLƏRİN TƏSVİRİ

RƏNGİN TƏSVİRİ

Nazirlik

Qanunvericilik

  • Nazirlər Kabinetinin qərar və sərəncamları
  • Dövlət qeydiyyatına alınmış normativ-hüquqi aktlar
  • Əsasnamələr

Sahibkarlıq

  • Sahibkarlığın inkişafı
  • Qrant müqavilələri
  • Sahibkarlıq subyektlərinin bölgüsü

Xidmətlər

  • E-xidmətlər
  • Dövlət xidmətləri

Media

Elanlar

  • Sahibkarların nəzərinə
  • Müflisləşmə elanları
  • İşə qəbul

Müraciətlər

  • Müraciət
  • 195-1 Çağrı Mərkəzi
  • Apellyasiya Şurası
  • Ən çox verilən suallar
  • AR İqtisadiyyat Nazirliyi üzrə rəhbər vəzifəli şəxslərin 2022-ci il üçün vətəndaşların qəbul qrafiki

Beynəlxalq əlaqələr

  • Hökumətlərarası komissiyalar
  • İkitərəfli iqtisadi sənədlər
  • Xarici ticarət
  • Beynəlxalq donorlar
  • Ticarət nümayəndələri
  • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
  • Maliyyə institutları ilə əməkdaşlıq

İqtisadiyyat

  • İqtisadi göstəricilər
  • İnvestisiya
  • İqtisadiyyatımız beynəlxalq hesabatlarda

Əlaqə

Xəbərlər

Mart 17, 2023 16:03 Ağdam Sənaye Parkında yeni rezidentlər

Mart 15, 2023 18:43 Avtomobil istehsalı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Mart 15, 2023 16:33 İqtisadiyyat naziri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

  • Bakı iqtisadi rayonu
  • Naxçıvan iqtisadi rayonu
  • Abşeron–Xızı iqtisadi rayonu
  • Dağlıq Şirvan iqtisadi rayonu
  • Gəncə–Daşkəsən iqtisadi rayonu
  • Qarabağ iqtisadi rayonu
  • Qazax–Tovuz iqtisadi rayonu
  • Quba–Xaçmaz iqtisadi rayonu
  • Lənkəran–Astara iqtisadi rayonu
  • Mərkəzi Aran iqtisadi rayonu
  • Mil–Muğan iqtisadi rayonu
  • Şəki–Zaqatala iqtisadi rayonu
  • Şərqi Zəngəzur iqtisadi rayonu
  • Şirvan–Salyan iqtisadi rayonu

Yaşayış məntəqələri

  • km 2

Ümumi məhsul buraxılışının həcmi

Kənd təsərrüfatı

Ümumi məhsul buraxılışının həcmi

Müəssisə və təşkilatların sayı

İnzibati rayonlar

İqtisadiyyat

Təbii ehtiyatlar

Sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi

Müəssisə və təşkilatların sayı

Yaradılmış yeni müəssisələr

Açılmış yeni iş yerləri

Qarabağı dirçəldək!

Neft (Brent) •

Şəkər Çuğunduru •

Nazirlik

Qanunvericilik

  • Nazirlər Kabinetinin qərar və sərəncamları
  • Dövlət qeydiyyatına alınmış normativ-hüquqi aktlar
  • Əsasnamələr

Sahibkarlıq

  • Sahibkarlığın inkişafı
  • Qrant müqavilələri
  • Sahibkarlıq subyektlərinin bölgüsü

Xidmətlər

  • E-xidmətlər
  • Dövlət xidmətləri

Media

Elanlar

  • Sahibkarların nəzərinə
  • Müflisləşmə elanları
  • İşə qəbul

Müraciətlər

  • Müraciət
  • 195-1 Çağrı Mərkəzi
  • Apellyasiya Şurası
  • Ən çox verilən suallar
  • AR İqtisadiyyat Nazirliyi üzrə rəhbər vəzifəli şəxslərin 2022-ci il üçün vətəndaşların qəbul qrafiki

Beynəlxalq əlaqələr

  • Hökumətlərarası komissiyalar
  • İkitərəfli iqtisadi sənədlər
  • Xarici ticarət
  • Beynəlxalq donorlar
  • Ticarət nümayəndələri
  • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
  • Maliyyə institutları ilə əməkdaşlıq

İqtisadiyyat

  • İqtisadi göstəricilər
  • İnvestisiya
  • İqtisadiyyatımız beynəlxalq hesabatlarda

Əlaqə

Saytın əvvəlki versiyasına keçid

Comments are closed, but trackbacks and pingbacks are open.