Press "Enter" to skip to content

Iqtisadiyyat tədqiqat metodları unec

Prioritet istiqamətlər

UNEC-in elmi tədqiqat fəaliyyəti: yeni çağırışlar və adekvat cavablar

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ali təhsil sistemində radikal transformasiyalar müşahidə olunur. Bunların mahiyyəti universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici rolu ilə bağlıdır. Deməli, universitetlərin sosial-iqtisadi funksiyaları dəyişilir: artıq ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferası yaranır. Bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması və nəhayət, gəlir əldə etmək məqsədilə əqli mülkiyyətin menecmenti daxildir.

Bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun SİA-ya-a təqdim etdiyi “UNEC-in elmi tədqiqat fəaliyyəti: yeni çağırışlar və ona qarşı adekvat cavablar” məqaləsində yer alıb. Məqalədə universitetdə aparılan islahatlardan, iqtisad elminin və təhsilin inkişafından, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edə biləcək elmi mərkəzlərin yaradılmasından bəhs olunur.

Otuz bir tədqiqat mərkəzi yaradılıb

UNEC-də elmi fəaliyyətin idarə edilməsi sistemi araşdırma layihələri, universitet-biznes və ya real sektor əməkdaşlığı, tədqiqat mərkəzləri və institutlar, real və virtual araşdırma laboratoriyaları, texnologiyaların transferi və s. prioritet istiqamətləri əhatə edir.

Universitetdə elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ilk olaraq hansı işlər görülüb?

2016-cı ildən “Thomson Reuters”in (“Clarivate Analytics” şirkəti) ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunə yazılıb. Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İqtisad Universitetində təşkil olunub. MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək nəşr olunub.

UNEC-də Tədqiqat Fondu, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti, 31 tədqiqat mərkəzi, Gənc alimlər şurası təsis edilib, “UNEC Ekspert” jurnalı nəşr olunub. “Tədqiqat universiteti” statusunun tələblərinə uyğunlaşdırılması, rəqəmsal resurslardan istifadə etməklə müasir elmi ədəbiyyat və məcmuələrə daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması və kitabxana sisteminin modernləşdirilməsi məqsədilə əsaslı kitabxananın bazasında UNEC Kitabxana İnformasiya Mərkəzi (KİM) yaradılıb.

Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards – 2018” və “Most progressive universities in “Web of Science for the last 3 years” mükafatlarını qazanıb. Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin “Web of Science”ə daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə “Web of Science”ə daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür.

Prioritet istiqamətlər

Azərbaycan Dövlət İqtisad Universitetində elmi fəaliyyətin bir sıra prioritet istiqamətləri müəyyən edilib: iqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin edilməsi; elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması; professor-müəllim heyətinin aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb edilməsi; iqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən istifadə; müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində effektiv tətbiqi; universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi; elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən olunması; müasir elmi təcrübələrin universitetdə tətbiqi; qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında elmin maddi-texniki bazasının inkişaf etdirilməsi; iqtisad elmi ilə bağlı nəşrlərin hazırlanması və yayılması; universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili.

Texnologiya parkları ilə əməkdaşlıq

İnnovasiya yönümlü universitetlərdə elmi tədqiqatların və biliklərin kommersiyalaşdırılması təmin olunur. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi istiqamətində UNEC texnologiya parkları ilə əməkdaşlıq çərçivəsində 500-dən çox sahibkarlıq qurumu, o cümlədən 60 iri müəssisə ilə əməkdaşlıq edir.

“UNEC İnkişaf İqtisadiyyatı” tədqiqat mərkəzi ilk dəfə “Azeri Light” neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması modelini qurub. Bu layihə SOCAR-ın sifarişi əsasında yerinə yetirilib və bu layihənin nəticəsi kimi hazırlanmış monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çap olunub. UNEC-də aparılan elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən işlər özəl şirkətlərdə, xüsusilə istehsal sahələrində ciddi maraq doğurur. Bununla bağlı UNEC və “Carlsberg Azerbaijan” MMC arasında əməkdaşlıq planları hazırlanıb. 2020-ci ilin fevral ayında UNEC dünya üzrə iqtisadi elmi tədqiqatlar sahəsində ən nüfuzlu mərkəzlərindən biri kimi Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Beləliklə, müasir dövrün çağırışlarına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə UNEC elmin keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcək.

Iqtisadiyyat tədqiqat metodları unec

“UNEC-100” İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.

Unikal.org xəbər verir ki, strategiyaya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq universitetin büdcəsinin 20%-nə çatdırmağı əsas hədəfə çevirib.

Bununla yanaşı, 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrin beynəlxalq tələbə elmi konfransını təşkil etmək UNEC -in İnkişaf Strategiyasında hədəf kimi müəyyən olunub.

Hazırda isə UNEC-də konkret və spesifık tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta məktəbi və İnkişaf iqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə isə UNEC Tədqiqat Fondu, Differensial Əmək Haqqı Sistemi və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma mexanizmi mövcuddur. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir.

Iqtisadiyyat tədqiqat metodları unec

2019-08-08 13:49:00

UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar hazırlanıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ali təhsilin magistratura pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar hazırlanıb və tətbiq edilib. UNEC-dən AzEdu.az verilən məlumata görə, yeni standartlarla tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırılaraq 2 semestri əhatə edib və tədqiqat prosesinə daha çox yer ayrılıb. Həmçinin magistr dissertasiyasına ayrılan kreditlər və dissertasiyanın hazırlanması üçün müddət daha da artırılıb. Tədqiqat prosesinin operativ qaydada, magistrant-elmi rəhbər arasında effektiv təşkil olunması üçün “Tədqiqatlar, kommunikasiya və innovasiya” və “Tədqiqat işinin aparılması” fənləri əlavə edilib. Bu dərslərin əsas cəhəti ondan ibarətdir ki, magistrant elmi rəhbəri ilə mütəmadi əlaqədə olaraq tədqiqatın gedişi barədə ona hesabatlar təqdim edir. Müvafiq hesabatları təqdim etməyən magistrant fənn üzrə qeyri-müvəffəq hesab olunur. Bundan əlavə, bütün ixtisaslar üzrə məcburi olaraq “Tədqiqat metodları” fənni standartlara əlavə edilib. Bu fənnin əlavə olunmasında əsas məqsəd magistrantlara yeni tədqiqat və analiz metodları haqqında məlumat verərək onları tədqiqat prosesinə hazırlamaqdır. Eyni zamanda, yeni standartlara əsasən, tədrisin keyfiyyətinin artırılması məqsədilə təhsilini dünyanın nüfuzlu ali məktəblərində başa vuran və ölkənin öndə gedən qurumlarında çalışan, akademik fəaliyyət bacarıqlarına və minimum magistr dərəcəsi olan mütəxəssislərin tədris prosesinə cəlb edilməsinə şərait yaradılıb.

Bu bölməyə aid digər xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində növbəti tələbə elmi konfransı keçirilib

2023-03-18 10:48:00

Azərbaycan Universitetində Çin mədəniyyətinə həsr olunmuş sərgi

2023-03-18 10:29:00

Mingəçevirdə tələbələr və şagirdlər Novruz bayramını birgə qeyd ediblər

2023-03-18 10:05:00

LDU –da bayram ovqatlı Novruz şənliyi

2023-03-18 09:43:00

Rektor universitet heyətini təbrik etdi

2023-03-18 09:22:53

Rektor universitet kollektivini təbrik etdi

2023-03-17 18:24:44

Meksika şah memarlıq əsərləri AzMİU-da

2023-03-17 17:52:00

BMU-da bu tələbələr mükafatlandırılıb

2023-03-17 17:39:00

UNEC Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

Comments are closed, but trackbacks and pingbacks are open.