Iqtisadiyyatın ənzimlənməsi
Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif mərhələlərinə nəzarət etməklə, lazımi şəraitdə müəssisənin və onun bölmələrinin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə mərhələlərində idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
“Az Accounting Services” LLC Your Accounting Department
I MÖVZU: BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TƏSƏRRÜFAT UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ 1 comment
1 .1. Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri
1.2. Mühasibat uçotu idarəetmədə mühüm amildir
1.3. Təsərrüfat uçotunun növləri
1.1.Təsərrüfat uçotunun mahiyyəti, xüsusiyyəti və vəzifələri
Təsərrüfat uçotuna tələbat insan cəmiyyəti inkişafının ən ilk mərhələlərində meydana gəlmiş və ictimai-iqtisadi formasiyalarda öz təsirini göstərmişdir. Lakin müxtəlif ictimai-iqtisadi formasiyalarda təsərrüfat uçotunun aparılması eyni formada olmamışdır. Hər bir ictimai formasiyada təsərrüfat uçotunun öz məqsədi, vəzifəsi, forması olmuşdur.
Uçotun yaranmasının və inkişafının qədim inkişaf tarixi vardır. Arxeeoloqlar və tarixçilər müəyyən etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə mövcud olmuşdur. Həmin dövr üçün uçot qədim Rim dövlətində daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti inkişaf etdikcə uçotun aparılması və maddi istehsal əməliyyatlarının əks olunmasının metodiki prinsipləri dəyişmişdir. İctimai-iqtisadi formasiyalar sistemi feodalizmin dağılması ilə əlaqədar olaraq köhnə şəhərlər canlanmağa və yenilərinin əmələ gəlməsi ilə əlaqədar olaraq uçot yazılışlarının təkmilləşdirilməsi və inkişafını vacib etmişdir.
Dünya ölkələri iqtisadiyyatında baş verən dəyişikliklər uçotun sərbəst elmə çevrilməsinə və onun metodoloji prinsiplərinin tərkibinə şərait yaratmışdır. Kapitalizmin inkişafının ilk mərhələlərində mühasibat uçotuna dair elmi mülahizələr irəli sürüldü.
1445-1515-ci ildə yaşamış, mühasibat uçotuna dair ilk əsərin müəllifi Luka Paçoli ikili sistem üzrə uçot yazılışlarının aparılması qaydasını şərh etmişdir. Luka Paçoli tərəfindən yazılmış «Hesab, həndəsə məbləği, bərabərlik və münasibətlər elmi haqqında» adlı əsəri vurma cədvəli kimi bütün ölkələr və xalqlar üçün çoxsaylı elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən etmişdir. Bu əsər böyük riyaziyyata açılış olmasına baxmayaraq, o, mühasibat üzrə ilk əsərin müəllifi kimi tanınmışdır. Həmin əsərdən bir neçə əsr dövründə İtaliyada, Fransada, Almaniyada, İngiltərədə mühasibat uçot üzrə dərslik kimi istifadə edilmişdir. Çox maraqlıdır ki, Luka Paçolinin 1494-cü ildə nəşr etdirdiyi «Məbləğ» («Summa») adlandırılan kitabının bir nüsxəsi XVI əsrdə Kiyevə gətirilmiş və Kiyev kollegində dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Böyük alman şairi Qete ikili mühasibat yazılışını «İnsan düşüncəsinin ən yüksək ixtirası» adlandırmışdır. Məşhur iqtisadçı və sosioloq Verner Zombart hesab edirdi ki, «İkili yazılış həyatda Qaliley və Nyuton sistemi kimi» qəbul olunmuşdur.
Beləliklə, mühasibat uçotu bir iqtisadi elm olmaqla, ilk əvvəl onun əsası bir elm kimi Benedetto Kotruli (1458) və Luka Paçolinin (1494) əsərlərində qeyd olunmuşdur. Onlar mühasibat uçotunun müəssisənin idarə olunmasında mühüm vasitə olduğunu göstərmiş və universal metodiki elm kimi qiymətləndirmişlər.
Bununla yanaşı mühasibat uçotu bir iqtisadi elm kimi, onun nəzəri və metodiki əsasları daha sonra dünya ölkələrinin alimləri və mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir. Mühasibat uçotu daima təkmilləşdirilməklə bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının formalaşması, sahibkarlığın inkişafı və idarəetmə sistemində mühüm amilə çevrilmişdir.
Mühasibat uçotu müxtəlif inkişaf mərhələlərində idarəetməni zəruri uçot informasiyaları ilə təmin edə bilmək üçün planlaşmanın, proqnozlaşmanın və təsərrüfat fəaliyyətinin təhlilinin tələblərinə uyğun qurulmalıdır. Müəssisənin idarə edilməsində mühasibat uçotunun informasiyalarından daha səmərəli istifadə edə bilmək üçün mühasibat uçotunun qabaqcıl uçot metodlarından, mühasibat uçotu beynəlxalq standartlarından istifadə olunması, uçot əməliyyatlarının kompüterləşməsi istiqamətində ətraflı iş aparılması günün vacib məsələsidir.
Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu idarəetmə uçotuna çevrilir. Müasir şəraitdə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə mühasibat uçotu bir iqtisadi elm olmaqla özünün fəaliyyətində maliyyə və idarəetmə mühasibatlığına ayrılmışdır. Bununla əlaqədar mühasibat uçotunun beynəlxalq standartlara keçmək şərtlərinin yerinə yetirilməsində birinci tələb uçotun iki hissədə – Maliyyə və İdarəetmə uçotu üzrə ayrılıqda aparılmasıdır.
Mühasibat uçotu informasiyalarından müəssisə və şirkətlərin mühasibləri ilə yanaşı menecerlər, mülkiyyət sahibləri, investorlar, bank mütəxəssisləri, hüquqşünaslar və s. geniş istifadə edirlər. Ona görə də bir sıra hallarda mühasibat uçotunu «sahibkarlığın dili» kimi adlandırırlar. Bu dildə danışmalı olan sahibkarın fəaliyyətinin bütün iştirakçıları mühasibat uçotunun nəzəri və təcrübi əsaslarından və onun anlayış və terminlərindən istifadə edirlər.
Mövcud qanunçuluğa görə Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün müəssisələr, idarələr, təşkilatlar və başqaları mühasibat uçotu aparmağa borcludurlar. Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri aşağıdakılardır:
1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun mövcud qanunçuluğa uyğun işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasibat uçotunun hesablar planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılır.
2. Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarının uçotda düzgün əks etdirilməsi, əmlakın qiymətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul olunmuş uçot siyasətinə və qanunauyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.
3. Hesabat dövründəki (ay, rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventarlaşmasının nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.
4. Uçotda cari xərclərin istehsala (tədavül xərclərinə) və kapital qoyuluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları ilə üzləşərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.
5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək mühasibat (maliyyə) hesabatının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaqdır.
1.2. Mühasibat uçotu idarəetmədə mühüm amildir
Mühasibat uçotu prinsipləri, sistemi və standartları daima təkmilləşdirilməklə, bazar iqtisadiyyatının formalaşmasında «sahibkarlıq dili» vəzifəsini yerinə yetirməklə, idarəetmədə mühüm rol oynayır. Mühasibat uçotu idarəetmədə mühüm vasitə olmaqla yanaşı planlaşdırmada, müəssisə təsərrüfat-maliyyə fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək səviyyədə təşkil olunmasında əsaslı rol oynayır. Müasir idarəetmə sisteminin bazar iqtisadiyyatı tələblərinə uyğun təşkili bilavasitə mühasibat uçotunun beynəlxalq uçot sistemlərinə uyğun inkişafı və təkmilləşdirilməsi ilə əlaqədardır.
Təsadüfi deyildir ki, bir sıra iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş dünya ölkələrinin iqtisadçı mütəxəssislərinin hesablamalarına görə idarəetmədə istifadə olunan informasiyaların 70 faizdən çoxu ancaq mühasibat uçotu məlumatları hesab olunur. Bir qayda olaraq iqtisadi subyektlərin bütün əmlakı, o cümlədən əsas vasitələr, xammal-materiallar, yanacaq-energetika, əmək və maliyyə ehtiyatları informasiyaları mühasibat uçotunda sistemləşmiş şəkildə toplanaraq istehsalat, maliyyə-təsərrüfat fəaliyyəti üzrə istənilən nəticələrin əldə olunmasına şərait yaradılır.
Mövcud olan informasiyaların idarəetmə sistemində faydalı istifadə olunmasını təmin etmək üçün isə mühasibat uçotunun elə bir sistemli təşkili lazımdır ki, o müasir dövrdə dünya ölkələrində istifadə olunmuş qabaqcıl mühasibat uçotu və beynəlxalq standartların metodu və prinsiplərindən istifadə edilməsinə uyğunlaşmaqla, hesablama texnikasından geniş istifadə edilməsinə şərait yaratsın.
İdarəetmə sistemində mühasibat uçotu bir sıra vəzifələr yerinə yetirir ki, onlar içərisində mühüm əhəmiyyəti olan nəzarət funksiyasıdır. Onu da qeyd etmək lazımdır ki, idarəetmənin təkmilləşdirilməsi dövriyyədə müxtəlif mülkiyyət formalarının yaranması ilə bazar münasibətlərinin formalaşması mühasibat uçotunun nəzarət funksiyası və onun forma, metodları xarici ölkələrin təcrübələrindən istifadə edilməsi ilə daha da genişlənir və möhkəmlənir.
Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif mərhələlərinə nəzarət etməklə, lazımi şəraitdə müəssisənin və onun bölmələrinin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə mərhələlərində idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
İdarəetmə sistemində mühasibat uçotu bir sıra vəzifələri yerinə yetirir. Həmin vəzifələr sırasında nəzarət, əmlakın qorunub saxlanması, informasiya və analitik vəzifələri xüsusi əhəmiyyətə malikdir.
Nəzarət funksiyası. İdarəetmənin təkmilləşdirilməsi şəraitində müxtəlif mülkiyyət formalarının mövcudluğu, bazar münasibətlərinin formalaşmasında mühasibat uçotunun nəzarət funksiyası daha mühüm şəkil alır və bu da şübhəsiz uçotun forma və metodlarının daha da təkmilləşdirilməsi və dünya ölkələri təcrübəsindən istifadə edilməsini mühüm vəzifə olaraq qarşıya qoyur.
Müxtəlif mülkiyyət formalarının yaranması, müəssisə hüquqlarının genişləndirilməsi, xalq təsərrüfatında maliyyə-mühasibat nəzarətinin zəifləməsi deyil, əksinə onun daha da möhkəmlənməsini tələb edir. Uçot aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi orqanları yeni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud olan maddi ehtiyatların düzgün və səmərəli istifadə olunması üzərində nəzarəti təmin etməlidirlər. Mühasibat uçotunun nəzarət funksiyasının genişlənməsi bir daha onunla əlaqədardır ki, hazırki şəraitdə hər bir müəssisə rəhbərliyi, menecerlər öz müəssisələrini maliyyə-təsərrüfat göstəriciləri və ödəmə qabiliyyəti informasiyalarını əldə etmələri vacib şərtlərdir.
Nəzarət – qarşıda qoyulan məqsədə çatmaq üçün vəzifənin müəyyən olunması prosesidir. Nəzarət prosesini müəyyən olunmuş standartlar təşkil edir ki, onların icrası qarşıdakı vəzifənin yerinə yetirilməsini təmin etməyə yönəldilir.
Nəzarət üç formada yerinə yetirilir. Bunlardan birincisi ilkin nəzarət, ikincisi cari nəzarət və üçüncüsü isə sonrakı nəzarət adlanır.
İlkin nəzarət təsərrüfat əməliyyatının icra olunmasına qədər aparılmalı, cari nəzarət əməliyyatı icra olunduğu dövrdə, sonrakı nəzarət isə əməliyyatın icra olunmasından sonra aparılmış nəzarət formasıdır. Şübhəsiz bu əməliyyatların aparılması və icra olunması əvvəlcədən müəyyən vəzifəli şəxslər tərəfindən sənədləşdirilir. Hər bir əməliyyat ayrılıqda müəyyən sənədləşdirmə əsasında icra olunur. Müəssisələrdə ilkin nəzarət bir qayda olaraq kadrların seçilib yerləşdirilməsi, material və maliyyə vasitələri ehtiyatlarının istifadəsində icra olunur.
Kadr ehtiyatları üzrə ilkin nəzarət müəssisələrdə seçilən kadrların iş və peşəkar fəaliyyətlərinin müəyyən olunması və daha hazırlıqlı, yüksək ixtisasa malik olan mütəxəssislərin seçilməsini nəzərdə tutur.
Cari nəzarət müxtəlif təsərrüfat əməliyyatlarını icra edərkən tərtib olunmuş sənədləşmə dövrünü əhatə edir. Yəni cari nəzarət bilavasitə əməliyyatların yerinə yetirildiyi vaxtda icra olunur. İcra olunan əməliyyatın daimi olaraq yoxlanması, əmələ gəlmiş problemlərin müzakirəsi və təkmilləşməsi görülən əməliyyatın mövcud olan qanunvericilikdən və nəzərdə tutulmuş plan göstəricilərindən kənara çıxmasının qarşısını alır. Beləliklə ilkin aparılmış nəzarət vasitəsilə müəyyən olunmayan qanunsuz əməliyyata yol verilməsi cari nəzarət vasitəsilə aradan qaldırıla bilər.
Sonrakı nəzarət təsərrüfat əməliyyatının icra olunduğu vaxtda və ya icradan sonra aparılan nəzarət formasıdır. Müəssisədə fəaliyyət göstərən hər bir şəxs müəyyən təsərrüfat əməliyyatlarını icra edərkən bilməlidir ki, həmin sənəd ondan sonra başqa mütəxəssislər tərəfindən yoxlanacaqdır. Ona görə də təsərrüfat əməliyyatının icra olunmasında hər bir şəxs tərtib elədiyi əməliyyatın qanunçuluqda müəyyən olunmuş norma və standartlara uyğun olmasını təmin etməyə borcludur.
Müəssisələrdə sonrakı nəzarət forması bir qayda olaraq aparılan təftiş və auditor yoxlamalarının nəticəsi ilə müəyyən olunur. Aparılan audit və təftiş yoxlamaları nəticəsində müəssisənin bütün təsərrüfat-maliyyə və iqtisadi göstəriciləri əsaslı şəkildə araşdırılır və buraxılmış nöqsanlar, çatışmamazlıqlar müəyyənləşməklə onların aradan qaldırılması üçün konkret tədbirlər görülür.
Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatının müxtəlif mərhələlərinə bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
Əmlakın qorunub saxlanması. Əmlakın qorunub saxlanması vəzifəsinin yerinə yetirilməsi mühasibat uçotunun daha da təkmilləşdirilməsi və onun nəzarət funksiyasının möhkəmləndirilməsi ilə əlaqədardır. Xüsusi ilə qeyd olunmalıdır ki, göstərilən vəzifənin yerinə yetirilməsi üçün ilk növbədə müəssisədə yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş anbar təsərrüfatı, nəzarət və ölçü cihazları və digər şərait yaradılmalıdır.
İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bazar iqtisadiyyatının formalaşması, mülkiyyətçilərin sayının artması və xarici iqtisadi fəaliyyətin inkişafı mühasibat uçotunun əmlakın qorunub saxlanması vəzifəsinin daha da möhkəmləndirilməsini tələb edir. Elmi əsaslarla təşkil olunmuş mühasibat uçotu sistemi şəraitində əmlakın mənimsənilməsi faktlarının müəyyən olunması ilə yanaşı korrubsiyalaşmış qruplaşma faktları da aşkarlanır və onlara qarşı konkret tədbirlər görülməsi reallaşır.
Göstərilən məsələlərin həllində idarə və müəssisələrdə qalıqda olan əmtəə-material dəyərlilərinin dövrü inventarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. Aparılan inventarlaşdırma nəticəsində təsərrüfat əməliyyatlarının lazımi sənədlərlə rəsmiyyətə salınması, onların mühasibat uçotunda əks olunması müəyyənləşdirilir və yoxlama nəticələri əsasındakı sənədlər faktiki uçot göstəriciləri ilə müqayisə olunmaqla nəticə müəyyənləşdirilir.
Hazırda mövcud olan mühasibat uçotu sistemi müəssisənin digər xidmətlər ilə əlaqədə əmlakın qorunub saxlanmasını təmin edir və müxtəlif əksikgəlmə, xarabolma və itkilərin qarşısını alır.
İnformasiya vəzifəsi. Mühasibat uçotunun bazar iqtisadiyyatının formaları şəraitində idarəetmədə ən mühüm vəzifə informasiyaların hazırlanması və istifadə üçün təqdim olunmasıdır.
Mühasibat uçotu müxtəlif idarəetmə sistemində hazırladığı informasiyalar nəticəsində tələb olunan idarəetmə qərarları qəbul olunur. Mühasibat uçotu sistemi hər bir müəssisədə əmlakın hərəkəti, təsərrüfat əməliyyatları dövründə onun əmələgəlmə mənbələri ilə əlaqədar maliyyə və istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar sintetik və analitik informasiyaları cəmləşdirib istifadə olunması üçün hazırlanır.
Nəticə etibarı ilə mühasibat uçotu informasiyaları operativ-texniki, statistika uçotu, planlaşmada, proqnozların tərtibində və ümumiyyətlə müəssisə fəaliyyəti üzrə taktika və strategiyanın hazırlanmasında geniş istifadə olunur.
Onu da nəzərə almaq lazımdır ki, mühasibat uçotunun inkişafının bütün mərhələlərində onun təqdim etdiyi informasiyalarda obyektivliyin, doğruluğun, vaxtında tərtib olunması vəzifəsi qarşıya qoyulur. Müasir idarəetmənin təkmilləşdirilməsi şəraitində mühasibat uçotu informasiyalarının hazırlanmasına daha vacib tələblər qoyulur. Həmin informasiyalar yüksək keyfiyyətli və faydalı olmaqla mülkiyyət sahibini, xarici maliyyə vəsaiti qoyuluşları və digər maraqlı şəxslərin tələblərini təmin etməlidirlər.
Analitik vəzifəsi. Hazırda idarəetmənin təkmilləşdirilməsi və bazar münasibətlərinin formalaşdığı şəraitdə analitik vəzifə çox vacibdir. Belə ki, etibarlı və hüquqi cəhətdən əsaslandırılmış mühasibat uçotu informasiyaları əsasında müəssisə və onun tabeçiliyində olan filialların maliyyə, istehsalat-təsərrüfat fəaliyyəti təhlil olunur və hazırlanmış analitik şərhlər əsasında lazımi qərarlar qəbul olunur.
Bu vəzifənin yerinə yetirilməsi mühasibat uçotunun bütün bölmələri, o cümlədən mövcud ehtiyatlardan istifadə olunması məhsul istehsalı, sərf olunmuş məsrəflərin həcmi, qiymətlərin düzgün tətbiq olunmasının göstəricilərinin təhlilinə imkan verir ki, bu da sərbəst bazar iqtisadiyyatı şəraitində əhəmiyyətlidir.
Bütün göstəricilərin təhlil və öyrənilməsi ilə hər bir müəssisənin iqtisadiyyatına dair ətraflı analitik informasiyalar əldə olunur ki, bu da idarəetmə sistemi tələblərinin icrasında əsaslı əhəmiyyətə malikdir.
1.3. Təsərrüfat uçotunun növləri
Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin yaranması, müxtəlif mülkiyyət formalarının istifadəsi, xarici ölkə şirkətlərinin iştirakı ilə müəssisələrin təşkili əsasında Beynəlxalq mühasibat uçotu standartlarından istifadə olunması prinsipləri, ölkədə idarəetmə prinsiplərinin təkmilləşdirilməsi mühasibat uçotunun rolunu daha da artırılmasını tələb edir.
Azərbaycan Respublikasında müasir şəraitdə təsərrüfat uçotu sistemi bir-birilə əlaqədar olan üç formada ifadə olunur. Bunlardan birincisi operativ, ikincisi statistika və üçüncüsü mühasibat uçotudur.
Operativ uçot vasitəsilə idarə, müəssisələrin, istehsal sahələri, sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə istifadə edilir. Operativ uçot vasitəsilə müəssisənin idarə heyətinə müəssisədə material ehtiyatlarının hərəkəti, məhsul buraxılışının həcmi, onun alıcı təşkilatlara yüklənməsi və miqdarı, istehsal ehtiyatlarının həcmi və s. informasiyalar daxil olur. Bu kimi informasiyaların alınması mənbəələri sənədlər əsasında, telefon, teletayp, faks və şifahi formada verilə bilər. Operativ uçot bir sıra hallarda həmin məlumatlara tələbat olduğu vəziyyətdə hazırlanır və təqdim olunur.
Operativ uçot bir qayda olaraq tələb olunduğu halda aparılır. Onun təqdim olunması üçün vaxt müəyyən olunmur. Bu isə göstərilən uçot formasının başqa uçot formalarından fərqləndirən birinci göstəricidir.
Operativ informasiyanın ikinci fərqi onun istənilən vaxtda, sənədləşdirilmədən hazırlanıb təqdim olunmasıdır. Yuxarıda qeyd olunduğu kimi operativ informasiyanın şifahi formada, telefon, teleqraf və teletaypla verilməsi də onu digər uçot formalarından fərqləndirən əlamət hesab olunur.
Bir sıra hallarda, ehtiyac olması lazım gələn şəraitdə operativ uçot statistika və mühasibat uçotu informasiyalarından da istifadə edilə bilər.
Statistika uçotu xalq təsərrüfatının iqtisadiyyatın, elmin, təhsilin müxtəlif sahələrində baş verən kütləvi əməliyyatları öyrənir. Statistika uçotu iqtisadiyyatın vəziyyəti, onun inkişafı tendensiyası, fəhlə qüvvəsinin hərəkəti, əmtəə-material ehtiyatı, ölkə əhalisinin sayı, onların yaş, cins, ixtisas və s. göstəriciləri üzrə informasiyalar toplayır və araşdırma aparır. Statistika uçotu vasitəsilə geniş həcmdə müşahidə aparılmaqla yanaşı əhalinin vahid uçotunu təşkil edir. Bu məqsədlə statistika uçotu mühasibat və operativ uçotu informasiyalarından da istifadə edə bilər.
Statistika uçotu məlumatları əsasında dövlət idarəetmə orqanları proqnozları müəyyən edir, iqtisadi siyasət sahəsində qərarlar qəbul edir, ölkənin iqtisadiyyatının idarə olunması ilə əlaqədar olaraq konkret operativ tədbirlər görür.
Mühasibat uçotu təsərrüfat əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini mövcud qanunçuluqla müəyyən olunmuş sənədlər əsasında, pul və miqdar ifadəsində əks etdirməklə öyrənir və fasiləsiz nəzarəti həyata keçirir. Mühasibat uçotunda bütün əməliyyatlar tam və ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir. Mühasibat uçotunda əsasən pul ölçüsündən istifadə edilir.
Təsərrüfat uçotunun qəbul olunmuş üç forması bir-birilə sıx əlaqədə olmaqla biri digərini tamamlayır və vahid təsərrüfat uçotu sistemini təşkil edir. Lakin bu uçot formaları içərisində mühasibat uçotu aparıcı mövqe tutur. Mühasibat uçotunun informasiyaları əsasında müəssisənin bütün təsərrüfat-maliyyə fəaliyyətinə nəzarət təmin edilir və idarəetmədə əsaslı şəkildə istifadə olunur.
Mühasibat uçotu-iqtisadi elmdir. İlkin olaraq mühasibat uçotunun bir elm olması Benedetto Kotruli (1458) və Luki Paçoli (1494) əsərlərində qeyd olunur. Bilavasitə onlar mühasibat uçotunun müəssisənin idarə olunmasında rolunu əsaslı şəkildə göstərməklə, həm də elmi metodoloji əsaslarını şərh etmişdir.
Bununla yanaşı olaraq mühasibat uçotunun bir iqtisadi elm kimi nəzəri və metodiki əsasları xeyli sonra dünya ölkələrinin bir sıra alimləri və mütəxəssisləri tərəfindən daha ətraflı göstərilmişdir.
Mühasibat uçotunun mühüm əhəmiyyətini nəzərə alaraq hələ 1590-cı ildə ispan alimi Bartolomeo de Salazio yazmışdır: «Mühasibat uçotu bütün elm və incəsənətdən yüksəkdə dayanır, çünki hamının ona ehtiyacı olduğu halda, onun heç kimə ehtiyacı yoxdur. Mühasibat uçotu olmadan dünya qəbul olunmaz olardı, insanlar isə bir-birini başa düşməzdilər».
Özünüyoxlama sualları
- 1.Təsərrüfat uçotunun yaranması hansı dövrə təsadüf edir?
- 2.Təsərrüfat uçotunun hansı növləri mövcuddur?
- 3.Operativ texniki uçot, statistik uçot və mühasibat uçotunun oxşar və fərqli cəhətlərini izah edir.
“Azərpoçt” Novruz bayramı ilə əlaqədar növbəli iş rejimində xidmət göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Novruz bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək. MMC-dən AZƏRTAC-a bildirilib ki, martın 25-də respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək .
Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupun 2-ci iclası keçirilib
AzerTAg.az
18.03.2023 [10:41]
Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupun 2-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda strategiyanın hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb .
Nyu-York birjasında təbii qaz 7 faiz ucuzlaşıb
AzerTAg.az
18.03.2023 [10:32]
Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,18 ABŞ dolları .
AZAL Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir
AzerTAg.az
18.03.2023 [10:22]
AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir. AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə .
Azərbaycan neftinin bir bareli 75,4 dollara satılır
AzerTAg.az
18.03.2023 [10:20]
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,85 dollar azalaraq 75,4 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) .
Dünya birjalarında neft ucuzlaşıb
AzerTAg.az
18.03.2023 [10:13]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,73 dollar azalaraq 72,97 dollar olub .
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq məhsul satılıb
AzerTAg.az
18.03.2023 [07:01]
2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin .
Yeni rezidentlər Ağdam Sənaye Parkına 36 milyon manatadək sərmayə yatıracaq
AzerTAg.az
18.03.2023 [06:14]
Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. AZƏRTAC xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam .
İki ayda özəlləşdirmə və icarədən büdcəyə 20,7 milyon manat vəsait ödənilib
AzerTAg.az
18.03.2023 [02:39]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi məqsədilə yanvar-fevral aylarında 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib .
Kreditlərin 97,1 faizi banklar tərəfindən verilib
AzerTAg.az
18.03.2023 [01:50]
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, milli valyuta ekvivalentində 20 milyard 259,2 milyon manat təşkil edib .
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,7 dəfə artım qeydə alınıb
AzerTAg.az
17.03.2023 [23:49]
Yanvar-fevral aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 96,2 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə .
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
AzerTAg.az
17.03.2023 [22:25]
Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1724,9 milyon manat olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1310,7 milyon manatlıq .
Azərbaycanda ət istehsalı 2,8 faiz artıb
AzerTAg.az
17.03.2023 [21:43]
Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton tərəvəz istehsal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-fevral .
AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək
AzerTAg.az
17.03.2023 [21:18]
İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək. AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq. İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə ediləcək .
ADY Astanada “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib
AzerTAg.az
17.03.2023 [20:20]
Martın 15-16-da Qazaxıstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə “Avro-Asiya kənd təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki .
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
AzerTAg.az
17.03.2023 [19:00]
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 147 avtobusun hərəkət intervalında gecikmələr var .
® “Galaxy S23 Ultra 7” Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında birinci oldu
AzerTAg.az
17.03.2023 [18:41]
“Galaxy S23 Ultra 7” Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında mobil telefon icmalının nəticələrinə görə birinci yerə çıxıb. İcmal Belçika, Danimarka, İtaliya, Niderland, Portuqaliya və Birləşmiş Krallıqda aparılıb. “Ultra”nı fərqləndirən xüsusiyyətlər möhtəşəm çalışma .
Korporativ Sosial Məsuliyyət “PAŞA Holding”in strategiyasının mərkəzində qalmaqdadır
AzerTAg.az
17.03.2023 [18:15]
2023-cü ildə “PAŞA Holding” öz cari strateji dövrünün son ilinə daxil olub. “PAŞA Holding”dən AZƏRTAC-a bildirilib ki, hazırda şirkətin prioritetlərindən biri 2024-2026-cı illəri əhatə edəcək yeni strategiyanın hazırlanmasıdır .
Zəngəzur dəhlizi istifadəyə verilməklə əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli şəkildə artacaq
AzerTAg.az
17.03.2023 [18:00]
Azərbaycan və Rusiya əməkdaşlığın, o cümlədən iri təşəbbüs və layihələr vasitəsilə gələcək inkişafına tərəfdardır. Onların arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, yanacaq-energetika kompleksində əməkdaşlıq, sənaye istehsalında kooperasiya .
Iqtisadiyyatın ənzimlənməsi
Elşən NƏSİROV Naxçıvan Dövlət Universitieti Dünya İqtisadiyyatı və Menecment kafedrasının müəllimi
Ümumiyyətlə iqtisadiyyatın iki tipi mövcuddur:
1. Açıq iqtisadiyyat
2. Qapalı iqtisadiyyat
Bunların hər birinin özünəməxsus xüsusiyyətləri, göstəriciləri inkişaf meylləri var. Açıq iqtisadiyyat olduğuna görə biz qapalı iqtisadiyyat yox, açıq iqtisadiyyat haqqında söhbət açacağıq. Açıq iqtisadiyyatın bütün göstəricilərini, inkişaf meyllərin, qanunauyğunluqlarını üzə çıxaracaq, ona daxil olan sistemlər haqqında ətraflı məlumat verəcəyik. İndi isə bu dediklərimiz haqında qurduğumuz plan əsasında daha ətraflı tanış olaq.
Açıq iqtisadiyyat haqqında danışarkən ilk növbədə onun nə demək olduğunu bilmək lazımdır. Açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında çox böyük fərq vardır. Belə ki, açıq iqtisadiyyatda bazar iqtisadiyyatı hökm sürür. Burada sağlam rəqabət gedir. Ölkələr arasında qarşılıqlı idxal-ixrac olur. Açıq iqtisadiyyatın hökm sürdüyü ölkə tam müstəqil olur, heç bir ölkədən asılı və heç kimin himayədarlığı altında olmur. Bütün bu dediklərimiz qapalı iqtisadiyyatda yoxdur. Deməli, bu sadalananlar açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında olan fərqi təşkil edir.
Açıq iqtisadiyyatda həmçinin xarici iqtisadi əlaqələr də mühüm rol oynayır. Məs: keçmiş SSRİ ilə Türkiyə arasında münasibətlər çox gərgin olduğuna görə Naxçıvan Muxtar Respublikasında sərhəddə yerləşən Sədərək qəsəbəsi çox əlverişsiz iqtisadi-coğrafi mövqeyə malik idi. Azərbaycan Respublikası müstəqilliyə nail olduqdan və Türkiyə ilə özünün dostluq, qardaşlıq münasibətlərini bərpa etdikdən sonra Sədərək qəsəbəsinin iqtisadi-coğrafi mövqeyi təkcə bu iki ölkə üçün deyil, həm də mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Yaxud, Bakı-türkmənçay gəmi-bərə xətti işə düçdükdən sonra Mərkkəzi Asiya respublikalarınıın, Rusiyanın Sibir, uzaq şərq rayonlarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrində Respublikamızın iqtisadi-coğrafi mövqeyinin qat-qat artmışdır.
Son illərdə İran və Türkiyə ilə mehriban qonşuluq münasibətləri möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Babək, Sədərək rayonlarında yeni yaradaılmış sərhəd keçid məntəqələri və dömrükxanalar, Araz çayı üzərində salınan yeni körpülər, İranla birgə tikilməkdə olan Muğan SES və s. buna əyani nümunədir.
Respublikamızın mavi yanacaqla təmin olunmasında İran-Azərbaycan qaz kəməri mühüm rol oynayır. Gələcəkdə İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.
Azərbaycan öncə qeyd etdiyimiz kimi, açıq iqtisadiyyatda qarşılıqlı idxal-ixracda mühüm rol oynayır. Respublika daxilində istehsal olunan məhsulların xarici ölkələrə satılması və xarici ölkələrdən lazım olan məhsulun alınması xarici ticarət adlanır və əsas xarici-iqtisadi əlaqə hesab edilir. Hal-hazırda respublika 52 xarici ölkə ilə ticarət edir. Ən sıx iqtisadi əlaqə İran, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ, Qazaxıstan, Ukrayna, Almaniya, Fransa, BƏƏ, Macarıstan, Polşa və digər dövlətlərdir. Danimarka, Yaponiya, Finlandiya, İraq və digər ölkələrə Azərbaycan yalnız mal ixrac edir. İrlandiya, Kanada, Misir, Norveç, İsveç, Sinqapur, Hindistan və s. ölkələrdən isə mal idxal edir. Azərbaycandan əsas ixrac olunan mallar neft və neft məhsulları, xam neft, pambıq lifi, əlvan metallar, kimya məhsulları, soyuducular və onlar üçün buraxılacaq neft avadanlığı, kondisionerlər, şərab məhsulları, meyvə konservləri və s. mallardır. Ümumi dəyərinə görə neft və neft məhsuları əsas yer tutur.
Xarici ölkələrdən şəkər, yağ, un, sitrus meyvələri, buğda, uşaqlar üçün süd, müxtəlif maşən və avadanlıq, hazır paltar, parçalar, ayaqqabı,məişət əşyaları və s. gətirilir. Rusiyadan əsasən taxıl, metal, meşə materialı, müxtəlif maşın və avadanlıq, Ukraynadan ət, şəkər, yağ, nəqliyyat vasitələri, Belarusiyadan ərzaq məhsulları, avtomobil, traktorlar, Qazaxıstandan taxıl, ət, metal və s. alır. Açıq iqtisadiyyat mövcud olan ölkələrdə həm də bazar iqtisadiyyatı mövcuddur. Çünki bazar iqtisadiyyatı hökmranlıq edən inkişaf etmiş ölkələrdə azad sahibkarlıq və azad ticarət prinsipi hökm sürür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər bir şəxs (fiziki və ya hüquqi) qanunla qadağan edilməmiş sənət və kommersiya fəaliyyətinin istənilən növü ilə məşğul ola bilər. Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir. Ancaq bundan başqa onlara daxili və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.
İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcud olduğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siaysəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.
Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqaladə hallarda, iqtisadiyyatın böhran keçirdiyi, sürətli inflyasiya təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini soial müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.
Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də onlarla dövlət arasındakı münasibətlər üçün hüquqi əsaslar yaradırlar. Bu qanunlar kompleksi mülki hüququn tərkib hissəsi olanqiymət hüququnu təşkil edir. Səlahiyyətli orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata keçirirlər. Onların pozulması zamanı günahkarlar məsuliyyətə cəlb olunurlar. Qiymətlərin tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və Milli Bank tərəfindən aparılır. Bir sıra dövlətlərdə tərkibinə tanınmış mütəxəssislər, həmkarlar təşkilatının nümayəndələri, sahibkarlar, fermerlər daxil olan ekspert komissiyaları yaradılır. Bu komissiyalar dövlət idarələrinə və hökumətə qiymət məsələləri üzrə məsləhətlər verir, eləcə də müvafiq qanun layihələri haqqında öz fikirlərini bildirirlər.
Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu istiqamətdə formalaşır. Getdikcə bazar münasibətləri daha geniş xarakter alaraq bütövlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona yeni məzmun verir. Bu proses getdikca daha da genışlənməli və mövcud iqtisadi böhrandan çıxmağın əsas yolu olmalıdır. Yalnız bazar iqtisadiyyatına keçıd, dünya iqtisadi sivilizasiyasına qayıdış respublikamızı düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahısində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:
1. Liberal model. (Amerika modeli)
2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli
3. Bazar iqtisadiyyatının sosial – demokratik modeli
Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilmsinə daha çox üstünlük verilirdi. Bunun səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.
Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında azad sahibkarlıq hökm sürür. Bəs Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir?
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.
Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər ölkələrə nisbətən xeyli azdır.
Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.
Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problemlərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.
Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı xarici bazarlar uğrunda mübarizədə ölkəərin iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc kapitalı formasını göstərmən olar.
Kapital ixrac edən xaricdə öz kapitalını, kənd təsərrüfatına, ticarətə və s. sahələrə qoyan sahibkar kimi çıxış edir. İxrac olunan kapital, sahibkar kapitalı formasında öz sahibinə sahibkar mənfəəti gətirir.
Dünyanın bazar iqtisadiyyatı ölkələrinin infrastrukturunda müxtəlif xidmətlər göstərən kompaniyaların rolu çox böyükdür. Bunların arasında ən geniş yayılmış kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq kompaniyası tərəfindən digər bir ölkədə xarici bir firmadan hər hansı bir əmlakın pulla alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti, dünayanın İEÖ-də son 25-30 ildə geniş vüsət almışdır. Lizinqin yayılmış növlərindən maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar.
Kapital ixrac edən, kapital qoyulan ölkədə fəaliyyət göstərən sahibkar rolunda çıxış etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər. Borc kapitalı mülkiyyətçilər tərəfindən fəaliyyətli sahibkarlara borc verən və faiz gətirən kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək üçün borc almış pulu kapital şəklində istifadə edirlər.
Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur. Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri dövlətin beynəlxalq təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları (Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Bərpa və İnkişaf Bankı və s.) mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət göstərirlər.
Beynəlxalq və xarici kapital bazarlarında beynəlxalq kredit müxtəlif formalarda, istiqraz, səhm və başqa qiymətli kağızlar emissiyası şəklində həyata keçirilir. Beynəlxalq kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir.
Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vasitələri hesabına yox, həm də özünəməxsus kapital vaitəsilə həyata keçirilir. Bundan əlavə, banklar ölkədə maliyyə vəziyyətinin normal gedişini, qiymətlrin səviyyəsini. Ölkənin tədiyə balansını və beləliklə də iqtisadi artım prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir
Comments are closed, but trackbacks and pingbacks are open.