Press "Enter" to skip to content

Fərdi Sahibkar Kimdir

VÖEN-in açılması

Fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət

Ölkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zəruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində mühüm addımlar atılır. İndiyədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yenicə başlamaq istəyənlərlə vergiləri və sosial sığorta ayırmalarını hesablamaq və ödəmək, vergi və mühasibat uçotunu aparmaq kimi məsələlərlə bağlı çoxlu maarifləndirici görüşlər, seminar və treninqlər təşkil edilib. Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinə məsləhət xidmətləri göstərilir. Bununla belə, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı proseduru ilə bağlı suallar aktuallığını itirmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

VÖEN-in açılması

Fiziki şəxs vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqdan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs fərdi sahibkar kimi, yəni hüquqi şəxs yaratmadan gəlir əldə etmək məqsədilə müstəqil qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə fəaliyyət göstərə bilər.

Bəs ilk dəfə fərdi sahibkar kimi fəaliyyətə başlamaq istəyənlər vergi orqanlarında qeydiyyatdan keçmək üçün nə etməlidir? Fərdi sahibkar kimi fəaliyyətin rəsmiləşdirilməsi sahibkarlıq fəaliyyətinə başlayan şəxsin (vergi qanunvericiliyində belə şəxslər «fiziki şəxs» adlandırılır) rəsmi qeydiyyatı öz adına VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmaqdan başlayır. Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən «ASAN imza») əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. «ASAN imza» sertifikatlarının verilməsi «ASAN xidmət» mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. «ASAN imza» üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan («Azercell», «Bakcell», «Nar Mobile») «ASAN imza» SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Bu sənədlərə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanılması üçün ərizə, «e-təmsilçi» qismində tanınma barədə ərizə, «ASAN imza» SİM kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Rəqəmsal ID kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə və digərləri daxildir. Bu sənədlərin hər biri «ASAN xidmət» mərkəzlərində elektron qaydada hazırlanır. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə «ASAN xidmət» Mərkəzi arasında yazılı müqavilə bağlanılır və müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda ona təqdim edilir.

İlk dəfə sahibkarlıq fəaliyyətinə başlayan şəxs yerli vergi orqanına müraciət etməklə də qeydiyyata alına və VÖEN şəhadətnaməsi əldə edə bilər. Bunun üçün həmin şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) «Fiziki şəxsin vergi uçotu haqqında ərizə» və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer (şəxsiyyət vəsiqəsində göstərilən) üzrə vergi orqanına və ya onun əhatə dairəsinə aid müvafiq vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlidir. Tələb olunan sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır.

Beləliklə, cəmi 6 addımla sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək və ən qısa müddətdə VÖEN şəhadətnaməsini almaq mümkündür:

VÖEN almaq üçün ərizənin doldurulması

Ərizənin vergi orqanına təqdim olunması

Məlumatların ilkin yoxlanılması

Ərizənin məlumat bazasına işlənilməsi

Fiziki şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin hazırlanması

Şəhadətnamənin vergi orqanından alınması.

Fiziki şəxs vergi orqanında uçota alındıqdan və VÖEN şəhadətnaməsini əldə etdikdən sonra Vergilər Nazirliyinin göndərdiyi məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınmalı və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi sahədən əldə etdiyi gəlirdən dövlətə vergi və sosial sığorta ödəməlidir. Vergilərin həcmi aylıq gəlirin (əməkhaqqı, xidməthaqqı və s.) 4 faizini (regionlarda 2 faizini), DSMF-yə ödənilən sosial sığorta ödənişlərinin məbləği isə sahibkarın hansı regionda fəaliyyət göstərməsindən asılı olmayaraq, 23 manat 20 qəpik təşkil edir.

Fərdi Sahibkar Kimdir

Fərdi özəl sahibkarlıq, qanun çərçivəsində ticarət fəaliyyətini həyata keçirmək istəyən hər bir ölkənin vətəndaşı üçün mövcuddur. Bu təşkilati-hüquqi forma, lazımi icazə və qeyd sənədlərinin hazırlanmasını xeyli asanlaşdıran və azaldan bir hüquqi şəxs yaratmamağa imkan verir. Fərdi sahibkar kimdir

Kim fərdi sahibkar ola bilər

Qanun sahibkarlıq fəaliyyətini sistematik olaraq gəlir əldə etmək məqsədi ilə müstəqil olaraq öz təhlükəsi və riski ilə həyata keçirilməsini müəyyənləşdirir. Özlərini fərdi fərdi sahibkar kimi göstərən şəxslərin fəaliyyəti Rusiya Federasiyası Mülki Məcəlləsinin 23-cü maddəsi ilə tənzimlənir. Orada deyilir ki, bu cür fəaliyyət göstərmək üçün bir vətəndaşın yalnız qeydiyyat prosedurundan keçməsi lazımdır, bundan sonra əməliyyatlar bağlaya, mal istehsal edə və ya xidmətlər göstərə bilər. Fərdi sahibkarlar əslində hər bir fiziki şəxs, həm yetkinlik yaşına çatanlar, həm də müəyyən yaşdan yetkinlik yaşına çatmayanlar, həm sakinlər, həm də digər dövlətlərin vətəndaşları və ya ümumiyyətlə vətəndaşlığı olmayan şəxslər ola bilər. Bələdiyyə və ya dövlət işçisi belə özəl təşəbbüskar ola bilər və rəsmi qeydiyyatdan keçə bilər. Bütün bu vətəndaş kateqoriyası üçün bir şərt məhkəmə proseduru ilə məhdudlaşmayan hüquq qabiliyyətidir. 18 yaşına çatmayan bir şəxsin ticarət fəaliyyətini həyata keçirmək istəməsi halında, valideynlərinin və ya qəyyumlarının razılığına ehtiyac duyulacaq, belə bir razılıq olmadığı təqdirdə, gənc sahibkar, məhkəmə qərarı əsasında onun hüquq qabiliyyəti. 18 yaşına çatmamış, lakin artıq evli olan şəxslərin valideynlərindən və ya qəyyumlarından icazə almasına ehtiyac yoxdur.

Fərdi sahibkarın fəaliyyəti necə həyata keçirilir

Bildiriş xarakteri daşıyan vergi bürosunda qeydiyyatdan keçdikdən sonra sahibkar özü üçün daha əlverişli və sərfəli vergi sistemini seçməkdə sərbəstdir. Rusiya Federasiyasının Vergi Məcəlləsi, mövcud sahibkarlıq subyektləri tərəfindən büdcəyə ödənilməli olan mövcud vergi sistemlərini, vergilərin hesablanması və ödənilməsi qaydalarını ətraflı təsvir edir. Vergilərin ödənilməməsi və ya müqavilə münasibətlərinin yerinə yetirilməməsi halında sahibkar məsuliyyət daşıyır, o cümlədən öhdəliklərinə və şəxsi əmlakına görə cavabdeh ola bilər. Bu səbəbdən gəlir əldə etmək məqsədi ilə ticarət fəaliyyətinə başlamazdan əvvəl bütün mümkün riskləri diqqətlə hesablamalı və məsələnin iqtisadi tərəfinə ciddi yanaşmalısınız. Bir iş planı yazmaq və peşəkar iqtisadçılara göstərmək ən yaxşısıdır, bir çox səhv və məyusluqdan qaçınmağa kömək edəcəkdir.

Şirkət fərdi sahibkarlara necə nəzarət edə bilər

Bir qisim insanın hobbi kimi baxdığı lotereyaları anidən varlanmaq üçün şans kimi dəyərləndirənlər də var. Bəs iştirakçısı olduğumuz lotereya oyunlarını özümüz də təşkil edə bilərikmi? Ümumiyyətlə, Azərbaycanda lotereyanı kimlər keçirə bilər, bu barədə qanunvericilik nə deyir?

FED.az xəbər verir ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Lotereyaların təşkili və keçirilməsi sektorunun rəisi Xətai İsmayılov bildirdi ki, lotereyaların keçirilməsini dövlət tərəfindən yalnız “Azərlotereya” təşkil edə bilər. Fərdi şəkildə lotereya keçirmək olmaz: “Lotereya keçirmək istəyən şəxs bizə müraciət etməli, onu biz təşkil etməliyik. Ev və ya şirkətin hər hansı bir məhsulunu uduşa qoya bilərik. Bunu yalnız biz edə bilərik. Çünki qanunvericilik belədir, fərdi sahibkarlara lotereya oyunları təşkil etməyə icazə vermir. Qanunvericilik fərdi sahibkarlara stimullaşdırıcı, məqsədli lotereyaların təşkilinə icazə verir. Biz uduşları şirkət hesabına qoymuruq, biletlər satıldıqca uduşlar verilir. Qeyd edim ki, kiminləsə birgə lotereya oyunu keçirməyə ehtiyac olmur. Biz özümüz hər həftə lotereya təşkil edirik”.

X. İsmayılov bir daha qeyd etdi ki, lotereyaların təşkili hüququ yalnız “Azərlotereya” ASC-dədir və hazırda kiminləsə bir yerdə lotereya təşkil etmək niyyətində deyillər: “Hazırda heç kimlə lotereya oyunları keçirmək fikrimiz yoxdur. Çünki qazanılmış uduşlara görə qaliblərin problemləri yaranır. Ona görə də belə uduşlar keçirmirik”.

Lotereyaların keçirilməsi, təşkili qaydaları ilə bağlı aidiyyatı qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etdik. Palatadan bildirildi ki, həqiqətən də, “Azərlotereya”nın keçirdiyi lotereyaları digər şəxslər keçirə bilməz: “Lotereyalar haqqında qanuna görə, onun keçirilməsini yalnız Palata tərəfindən müəyyən edilmiş təşkilat keçirir. Ləğv olunmuş Qiymətli kağızlar üzrə Dövlət Komitəsi belə təşkilat kimi “Azərlotereya”nı müəyyən edib. Stimullaşdırıcı lotereyalara gəldikdə, vəziyyət bir qədər fərqlidir. Çünki bu, hər hansı malın və ya xidmətin satışını stimullaşdırmaq məqsədi daşıyır. Məsələn, kimsə hər hansı bir məhsul satır və deyir ki, kim bu məhsuldan alsa, lotereya iştirakçısı olur. O kampaniyalar zamanı uduş, məbləğ və ya hədiyyələr əvvəlcədən məlum olur. Yəni bu, o əmtəənin satışına bağlı deyil və reklam kampaniyası kimi bir haldır”.

Qurumdan verilən məlumata görə, istənilən hüquqi şəxs stimullaşdırıcı lotereya keçirmək üçün Palataya müraciət edə bilər: “Hüquqi şəxs lotereyalar haqqında qanuna və stimullaşdırıcı lotereyaların keçirilmə qaydalarına uyğun olaraq, şərtləri bizə təqdim edir. Bundan sonra biz şərtlərə baxırıq. Əgər istehlakçıların hüquqlarının qorunması təmin olunubsa, ədalətli lotereya keçirilməsi şərtləri varsa, qanunun digər tələblərinə riayət edilibsə, o zaman stimullaşdırıcı lotereyanın keçirilməsinə icazə verilir. Bayaqkı nümunəyə qayıdaq. Məsələn, həmin məhsuldan 10 manatlıq alan lotereya iştirakçısı olur. Tutaq ki, 1 aydan sonra tiraj keçirilir və verilən biletlərdən qalib olan maşın udur. Bu zaman fərq etmir ki, həmin sahibkar bu 1 ay ərzində 100 manat, yoxsa 100 min manat həcmində satış edib. “Azərlotereya” isə klassik lotereya keçirir. Bu zaman uduş məbləği satılan biletin sayına bağlıdır və heç bir mal satışından söhbət getmir. Bu cür lotereyaları ancaq “Azərlotereya” keçirə bilər”.
Eləcə də bax: Podratçıların sayı 3-dən az olduqda tender ləğv ediləcək – SATINALMADA YENİLİKLƏR

Comments are closed, but trackbacks and pingbacks are open.