Press "Enter" to skip to content

Şirkətinizin ləğv olunduğunu necə bilə bilərəm?

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Tibbi sığorta hansı xidmətləri əhatə edəcək?

Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub.

1 aprel tarixindən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edəcək. Bu sonuncu – üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunacaq.

Artıq ölkə ərazisinin böyük hissəsini əhatə etsə də, hələ də icbari tibbi sığorta ilə bağlı əhali üçün qaranlıq məqamlar var.

Tibbi sığorta nədir? Hansı xidmətləri əhatə edəcək? Sığortalı vətəndaşlar dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin xidmətlərindən də istifadə edə biləcəklərmi?

İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edəcək. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.

Xidmətlər zərfinə nə daxildir?

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, artıq tibbi sığorta ölkənin böyük hissəsini əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər:

“İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2 550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə Agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.

İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək.

Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Həmçinin xidmətlər zərfinə 1 100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.

Bir sıra xidmətlər var ki, bunlar İTSDA tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir.

Rayonda yaşayıb Bakıda müayinə olunmaq istəyiriksə…

İTSDA-nın rəsmisi Vüqar Qurbanov bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri – həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.

Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:

“Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.

İcbari tibbi sığortanın tətbiqindən tibb işçiləri nə qazanacaq?

İTSDA dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini öz tabeliyinə alıb və həm tibbi xidmətin təşkili, həm də ödənişlərini həyata keçirən qurumdur. Agentlik rəsmisinin sözlərinə görə, hər tibbi xidmətə görə həkimlər həm əmək haqqı, həm də bonuslar alırlar. Orta və kiçik tibb işçiləri göstərilən tibbi xidmətin qarşılığında yalnız əmək haqqı alacaqlar. Lakin bu əmək haqqı əvvəlki kimi deyil, bura həm də həvəsləndirici ödənişlər daxildir:

“Bu qaydalar artıq tənzimlənib. Ölkənin 23 bölgəsində həkimlərə tibbi xidmətə görə bonuslar verilir. Ötən il 9 ixtisas növü üzrə həvəsləndirici nəzərdə tutulurdusa, bu il bu ixtisasların sayı 16-ya çatdırılıb. Məsələn, hemodializ şöbəsində işləyən həkimlərin əmək haqqına 360 manat həvəsləndirici əlavə olunacaq və bu proses daim yenilənəcək. Tibb müəssisələri nə qədər çox və keyfiyyətli xidmət göstərəcəksə, aldıqları vəsait də çox olacaq. Artıq Azərbaycanda yeni maliyyələşmə metodu ortaya çıxır. Xəstəxanalar onlara ayrılan vəsaiti xərclədikdən sonra yerdə qalan məbləği tibb işçilərinin dəyərləndirilməsi üçün də istifadə edə bilərlər”.

Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?

İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir. Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.

Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.

Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.

Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər.

İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?

İcbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.

Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər.

Qeyd edək ki, gələcəkdə icbari tibbi sığorta xarici ölkələrdə də keçərli olacaq. Artıq qarşılıqlı tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır.

Şirkətinizin ləğv olunduğunu necə bilə bilərəm?

Qaynarinfo xəbər verir ki, “Bərəkət-2013”, “Lotuspromo” “Səfalı – El”, “Çinar AR”, “Flaminqo F” və “İdeal-Dizayn 77” MMC ləğv olunduğunu elan edib. MMC-lər onlarla bağlı maliyyə tələblərini iki ay müddətində müvafiq ünvanlara bildirə bilərlər.

Ləğv olunmuş şirkətlərindən 5-nin Sumqayıtda qeydiyyatdan keçməsi diqqət çəkir. Şirkətlərdən ikisi eyni ünvanda yaradılıb – “İdeal-Dizayn 77” və “Çinar AR” MMC. Onların qanuni təmsilçisi də eyni şəxsdir.

Şirkətlərdən birinin isə dövlət satınalmalarında maxinasiyalar edən şəbəkələrə aid olduğu şübhə doğurmur. Belə ki, “Bərəkət-2013” MMC-nin qeydiyyatdan keçdiyi ünvanda, yəni Sumqayıt şəhəri, 9 MKR, ev 52 A, m. 19-da başqa şirkətlər də yaradılıb. Və həmin şirkətlər şübhəli tenderlər qazanıblar.

Şirkətin qanuni təmsilçisi kimi göstərilən Nağı Mehti oğlu Qasımovun adı qalmaqallarda hallanıb. Mediada yayılan məlumatlara görə, Nağı Qasımov dövriyyəsi milyon manatlarla hesablanan “süzgəc şirkətlərin” sahibi və direktorudur. Etiraf edir ki, əslində işsizdir və bu şirkətlərin son benefisiarı (xeyirgötürəni) deyil:

“Şirkətləri yaradıb vermişəm qohuma. O işləri Sveta (Svetlana Gülməmmədovanı nəzərdə tutur- red.) və başqaları idarə edir. Nə iş görürlər, bilmirəm. Nə xərcə-borca görə qapımı döyən var, nə də bir manat xeyrini görmüşəm o şirkətlərin. Yəqin ki, iş azalıb, ona görə ləğv edirlər”.

Sözügedən ünvanda “İnter-Ko” MMC, MMC, “Milla” və “AS-Royal-1” MMC-lər qeydiyyata alınıb. Vergilər Nazirliyinin məlumatlarına görə, təkcə 2015-ci ildən indiyədək N.Qasımovun mənzilinə qeydiyyatda alınmış 21 belə şirkət ləğv olunub.

İki il əvvəl ləğvi barədə elan dərc olunan “Compakt-2013” təsis olunduğu il, yəni 2013-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu üçün mətbəə xidmətləri icra edib, Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna maşın və avadanlıq, Prezident yanında Gənclər Fonduna dəftərxana və təsərrüfat malları, Ədliyyə Nazirliyi üçünsə adları açıqlanmayan hədiyyələr alıb.

Ümumiyyətlə, 2013-2014-cü illərdə “Compakt-2013” MMC dövlət büdcəsi hesabına 76 min manatlıq rəsmi müqavilələr bağlayıb.

Göründüyü kimi şirkətlər yaradılır, dövlət satınalmalarında iştirak edir, sonra isə ləğv edilir və yeniləri yaradılır…

Xaricdə Təhsil Şirkətləri – Nələrə diqqət etməliyik? 2023 – ƏN YENİ

Xaricdə təhsil almaq istəyən gənclərin sayı günü-gündən artmaqdadır. Bu zaman gəncləri ən çox düşündürən “Hansı təhsil şirkətini seçməli ya bu işimi kimə həvalə etməliyəm?” mövzusudur. Təəssüfki günümüzdə gəncləri yalan vədlərlə aldadan şirkətlər və ya şəxslər də az deyil. Ona görədə gənclərimizi bu mözvzuda daha diqqətli olmağa və ya müraciət etdikləri şirkətləri və həmin insanları yaxşı-yaxşı araşdırmağa dəvət etməli olacağam. Bu yazımda isə sizə şirkət seçimində nələrə diqqət etməyinizdən və şirkətlərin müsbət və mənfi tərəflərindən bəhs edəcəyəm.

Şirkətlərin Müsbət Tərəfləri

  • Şirkətlərin müsbət üstünlüyü ondan ibarətdir ki, sizi düzgün istiqamətləndirir. Sizinlə birbaşa konsultasiya aparılır
  • Bilik və bacarıqlarınıza əsasən düzgün ixtisas seçimi, istədiyiniz ölkə və universitet seçimi təyin edilir.
  • Sənədləşmə. Vaxtında müraciət və düzgün lazimi sənədlərin toplanmasına kömək edilir. Və eyni zamanda sizin avtovağzal və ya havalimanindan qarşılanma və Oturum icazəsinin alinib yaşayış yerinizin təşkil olunmasında yardımçı olunur.
  • Diplomlarn Azərbaycanda tam olaraq tanınması. Günümüzdə bu mövzu hələdə öz aktuallığını qorumaqdadır. Beləki bir çox tələbə təhsil aldıqları universitetlərin diplomunun ölkəmizdə tanınmamasından şikayətlənirlər. Bu zaman şirkət seçimində bu mövzuya diqqət etməlisiniz.
  • Xaricdə təhsil şirkətlərinin əsas iş prinsipi isə onların müəyyən göstəricilər ilə (məsələn İELTS 5 və GPA 68) hansı universitetlərdən müsbət rəy gələcəyini öncədən bilmiş olurlar. Bu baxımdan bu tərəflərə əsasən tələbə hər hansı bir şirkətə müraciət edə bilər.

Şirkətlərin Mənfi Tərəfləri

İELTS sertifikatı olmadan Qəbul

  • Sizə Qərb ölkələrinin hər hansı birində 100% təqaüd proqramı təklif edirlərsə. Bu zaman burda bir yalan vədin olmasından şübhə edə bilərsiniz. Bəs şübhə edici məsələ nədir? Çünki İtaliyada tələbələrin ən çox müraciət etdikləri təqaüd proqramının bir il üçün həcmi 5500 avrodur. Və rəqabətə əsasən o təqaüd proqramına kimlərin müraciət etdiklərini həmin şirkət bilə bilməz və sizə bu halda məbləğin tam həcmdə veriləcəyinin zəmanətini də verməyi son dərəcə absurddur. Çünki sizə bu məbləğ 2000 2500 3000 avro şəklində də ödənilə bilər.
  • Həmçinin Qərb ölkələrinə İELTS sertifikatı olmadan tələbə qəbulunu təşkil edirlərsə. Çünki həmin ölkələrin universitetlərine İELTS götəricisi 5.5dən az olan tələbə qəbul edilmir. Qəbul edən universistetlərin isə reytinq göstəricisi aşağı olur. Bu halda isə diplomun bir dəyəri demək olar ki olmur.

Viza məsələsi

Şirkətlərin və ya şəxslərin haqqında yalan danışdıqları məsələ məhz viza məsələsidir. Sizin müraciət etdiyiniz ölkənin şərtlərindən asılı olaraq tələblər dəyişilə bilər. Əgər sizin ölkədə hər hansı bir cinayət məsələsində, məhkəmə işlərində və vergi borcları məsələsində adınız hallanmırsa viza almaqda çətinlik çəkməyiniz gözlənilmir. Çətinlik çəkdiyiniz təqdirdə isə sizdən “yüzlərlə manat” tələb edirlərsə “adamimiz var düzüb qoşacaq” deyirlərsə burada diqqətli və ayıq-sayıq olmalısınız. Çünki bu kimi situasiyalarda fırıldaq hallarının yaşanması gözləniləndir.

Ümidvaram bu yazımla sizlərə kömək etmiş olaram, sonaqədər oxuduğunuz üçün təşəkkürlər. Təhsilinizdə uğurlar!

Tək attestatla hansı ölkələrdə təhsil ala bilərəm?

Türkiyə, Ukrayna, Rusiya ölkələrində sadəcə attestatla təhsil ala bilərsiniz.

Xaricdə təhsil üçün xidmət haqqı nə qədərdir?

Şirkətimiz hal-hazırda 50% endirim təşkil edir. Endirimlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz.

Türkiyə universitetlərinə qəbul üçün hansı sertifikatlar tələb olunur?

Qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq YÖS SAT İELTS TOEFL və s. sertifikatlar tələb oluna bilər.

Türkiyədə təqaüdlə təhsil ala bilərəmmi?

Bəli Türkiyədə tam təqaüdlə təhsil mümkündür. Ətraflı məlumat üçün Türkiyə bursları məqaləmi oxumağınızı tövsiyə edirəm.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.