Sirvansahlar dovleti
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.
Şirvanşahlar dövləti
Açar sözlər:
✓ İlk Şirvanşahlar
✓ Məzyədilər
✓ Kəsranilər
✓ Dərbəndilər
• Şirvan anlayışı necə formalaşdı?
Orta əsr erməni , ərəb və fars müəllifləri Xəzər dənizinin qərb sahilində , Kürdən şərqdə yerləşib , Qədim Qafqaz Albaniyasının , yaxud erkən orta əsrlərArranının bir hissəsi olan vilayəti Şərvan və ya Şirvan adlandırırdılar.
Antik müəlliflər Şirvanın adını çəkmirlər . Bu ad Sasanilər dövründən məlumdur. Bu dövlətin əsasının qoyulması Sasani hökümdarı Ərdəşirin digər halda isə Xosrov Ənuşirəvanın adları ilə bağlıdı. Xosrovu iddia edənlər öz fikirlərini onun İran , o cümlədən Azərbaycan “tərəqqisinə” yardım etmiş imperiya miqyaslı islahatları və Şimal vilayətlərinin mühafizəsini etibar etdiyi hakimlərin təyinatı ilə əlaqələndirirlər. Orta əsr ərəb müəllifləri “şah” titulu almış həmin hakimlər arasında Şirvanşahın da adını çəkmişlər. V.F.Minoriski “Şirvan və Dərbəndin tarixi”nin ingiliscə mətnində Şirvanşahların dörd sülaləsini ayırd edir;
• Sasanilərin dağ keçidlərini mühafizə üçün təyin etdikləri qədim
Şirvanşahlar
• Məzyədi ərəblər
• Kəsranilər
• Üçüncü sülalənin bir qolu olan Dərbənd Şirvanşahları
Həmin əsərinin rusca nəşrində Minoriski göstərir ki , Məziyədilərlə Şirvanşahların üçüncü sülaləsi arasında
genoloji qırıqlıq görmür. “….Lakin görünür ki , Fəribürzdən sonrakı qarmaqarışıq səlcuq basqınları zamanı Məzyədilərin tarixi yolunu dumanlandıran hökmdardızlıq dövrü olmuşdur….” Beləliklə , Minoriskinin fikrincə , Şirvanşahlar sülaləsi fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür. Azərbaycan və xüsusilə Arran (Şirvan) tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbilə nümayəndələri böyük yer tutur; bunlar əvvəlcə mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik , sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmışdılar. VIII əsrin
70-ci illərində Şeyban qəbiləsinin başçısı Məan ibn Zahidin vəfatından sonra , o öz uşaqları deyil qardaşı oğlu
Yəzid ibn Məzyədi qəbilə başçısı seçir. Məna bunun səbəbini soruşan xanımına Yəzdin oğlanlarından daha istedadlı olduğu cavabını vermişdir.
Xəlifə Harun ər-Rəşid taxta çıxan zaman Yəzid Zaqafqaziya vilayətlərində hakim idi. Yəzidin bu vəzifəyə nə vaxt gəlməsi bilinməsə də xəlifə Hadinin dövründə gəlməsi təxmin edilir. Belə ki , Harun taxta çıxanda onun qardaşı
Hadi hakimiyyətə oğlunu gətirmək istəyirdi və Yəzid də Hadi tərəfdən çıxış etmişdi. Harun taxta çıxanda onu Ərməniyyədən geri çağırıb yerinə öz qardaşını təyin etsə də , bir müddət sonra Yəzidi yenə Ərməniyyə , Azərbaycan
və Arrana hakim təyin etdi. Çünki vilayətlərdəki iğtişaşları ancaq Yəzid yatıra bilirdi. Əl-Cəzirə vilayətində xilafətə qarşı əl-Vəlidin üsyanını yatırdıqdan sonra Harun Yəzidi özünə yaxınlaşdırmağa və hörmət göstərməyə başladı.
Bununla da Yəzidin şöhrəti xilafətə yayıldı Əgər Yəzidlə onun ilkin igidlikləri olmasaydı, Mürtəd Vəlid hələ çox yaşayardı!(Müslim ibn-əl Vəlid (şair)) Beləliklə , Şirvanın birinci rəsmi məliki(padşahı) , eyni zamanda Azərbaycan , Ərməniyyə , Arran və Dərbənd hakimi Yəzid ibn Məziyəd əş-şeybani olmuşdur. Onun oğulları Əsəd , Xalid , Məhəmmədin eləcə də nəvələrinin fəaliyyəti xilafətin bu bölgəsi ilə bilavasitə bağlı olmuşdur. Adlarına kəsilmiş pullardan bilinir ki , Əsəd 802-ci ilədək , Məhəmməd isə 803-cü ilədək burada hakimlik edib. Xalid ibn Yəzid 20 il ərzində üç dəfə Azərbaycan , Arran və Ərminiyyə hakimi vəzifəsinə təyin olmuşdu.
• Gözlənilən şərait vaxtı çatdımı?
Xalidin ölümündən sanra hakimiyyət bir müddət zəifləsə də Şirvanda hakimlik edən Heysəm ibn Xalid 861-ci ildə xəlifə əl-Mütəvəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə əlaqədar Bağdadda baş verən qarşıqlıqdan istifadə
edərək Məzyədilər arasında ilk dəfə qədim “Şirvanşah” titulunu qəbul etdi. Bununla da Şirvanşahlar adlanan
dövlətin əsası qoyuldu . Burda əsas məqsəd xilafətin zəifləməsindən istifadə edib hakimlərin müstəqil hakimiyyəti
ələ keçirməsi idi. Mənşəcə ərəb olan ilk Məziyədilərin hakimiyyəti qədim bütpərəstlik inamlarını mühafizə edən
“kafir qonşulara” qarşı yürüşlərlə əlamətdar idi. Heysəmin ölümündən sonra hakimiyyət başına keçmiş oğlu Məhəmməd , eləcə də onun varisi II Heysəm ibn Məhəmməd “kafirlərə” qarşı müharibələri davam etdirirdilər. Şirvanın iqtisadi və siyasi qüdrətinin artırılması , dövlət sərhədlərinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü.
• X əsrdə Şirvanşahların eniş və yüksəliş mərhələrinə səbəb nə oldu?
Əli ibn Heysəmin dövründə , 913-914-cü illərdə ruslar Abşeron sahilinə və Bakıya hücum etdilər. Şirvanşahların böyük quru qoşunu olsa da , hərbi dəniz donanması yox idi. Xəzər dənizində Şirvanın sadəcə ticarət gəmiləri
üzürdü. Nəticədə minlərlə müsəlman öldürüldü , qoşunun xeyli hissəsinin məhvi dövləti zəiflətdi. Və 917-ci ildə Şirvanşah devrildi. Layzan vilayətini idarə edən Əbu Tahir Yəzid ibn Məhəmməd hökümdara qarşı çıxaraq onu və ailəsini qətlə yetirdi. 943-cü ildə ruslar yenidən Şirvana hücum etdilər. Keçmiş məğlubiyyəti unutmayan Əbu
Tahir ruslarla döyüşə girmədi. Artıq bu dövürdən Şirvanşahlarda yüksəlmə dövrü başlayır. Öz əmirlərindən şikayət edən Dərbənd əhalisi Dərbəndin dövlətə birləşdirilməsi ilə bağlı Şirvanşaha müraciət edirlər. Əbu Tahir Haşimilərin hakimiyyəti altında olan Dərbəndə öz oğlunu göndərir . Lakin hakimin şəhərdən qovulması Əbu Tahirin qəzəbinə səbəb olur və o Dərbəndə hücum edərək buranı qarət edir.
Bu vaxt şirvanşahın ruslara qarşıqeyri-fəal hərəkətlərindən narazı qalan , həmçinin Şirvanı özlərinə tabe etmək fikrinə düşən Salarilər Şirvana hücum edir. Münaqişə tərəflər arasında sülhün bağlanması və Salarilərə vergi verilməsi ilə nəticələnir . İllər ərzində bir-birini əvəz edən qısa müddətli şirvanşahlardan sonra 991-ci ildə Yəzid
ibn Əhməd şirvan taxtına sahib oldu . O , Dərbənd , Qəbələ , Şəki hakimlərinə qarşı müharibələr aparırdı. 1025-ci
ildə oğlunun ona qarşı üsyanına görə Yəzid həbsxanaya düşdü . Aclıq və susuzluqdan sonra Yəzdin 37 illik hakimiyyətinə son qoyuldu. 1027-ci il Şirvanşah Yəzidin ölümü ilə Şirvanşahlarda Kəsranilər sülaləsinin dövrü başlayır.
• Niyə bəzi mənbələrdə Kəsranilər iran əsilli hesab olunur?
Yəzid ibn Əhmədən sonra ərəb adlarından qədim sasani adlarına dönüş başlamışdır. ( Yəzidin oğulları Ənuşirəvan , Mənuçöhr adlanırdı). Artıq X əsrin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli yerli əsilzadə ailələri ilə
qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi
943-cü ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. Bu yerli şahlardan biri ilə Sasani mənşəli Şirvanşahın nikah bağlaması ilə izah edilir. Yəni belə deyək ki , verdiyimiz suala cavab dövlətdə iran mənşəli adların daha çox işlənməsidir. 1027-ci ildə hakimiyyətə Mənuçöhr gəldi. Bu vaxt 1029-1030-cu illərdə dərbəndilər Şirvana hücum edərək , onun bir sıra yaşayış məntəqələrini viran qoydular. Bu illərdə Şirvanşahlar Kür ətrafında rusların hücumlarına qarşı da tab gətirə bilmədilər. 1032-ci ildə sərirlilər və alanların da bura hücum edib talan etməsi dövləti zəiflətdi.
1063-cü ildə hakimiyyətə Fəribürz gəldi . 1064-cü ildə Şirvanşahlar 40 min dinar təzminat ödəməklə Şəddadi
Şavur ibn Fəzllə müqavilə bağladı. 1066-cı ildə hökmdarın ötən illərin xəracını tələb etməsi ilə əhali arasında çaxnaşma baş verdi. Bu illər ərzində ölkəyə Səlcuq hücumları nəticəsində Şirvanşahlar Alp Arslanın himayəsi
altına düşdü. 1120-ci ildə hakimiyyətə gələn III Mənuçöhr İraq səlcuqlarından aslılığı sikkələr üzərindəki yazılardan bilinir. Lakin 1121-ci ildə Trialetdə , Didiqori döyüşündə Səlcuq sultanının birləşmiş qaşunlarının darmadağın edilməsi və bir il keçmiş IV Davidin Tiflis və Dmanisi şəhərlərini tutmasından sonra şirvanşah soltanla əlaqəni
pozub, gürcülərin tərəfini tutdu , və səlcuqlara verilən 40 min dinar təzminat daha verilmədi.
Bu addım Sultan Mahmudun bura hücumu və şirvanşahın əsir düşməsi ilə nəticələndi. Sultanın qoşunlarını
burdan çıxarması ilə IV David buraya hücum edərək Gülüstan qalasını tutdu. Onun 1125-ci ildə ölməsi ilə
III Mənuçöhr şirvanda öz hakimiyyətini bərpa etdi və gürcülərdə I Demetrenin gəlişi ilə onlarla Şirvanşahlar
arasında sülh və dostluq münasibətləri başladı. 1160-cı ildə Mənuçöhrün ölümü ilə hakimiyyət uğrunda
mübarizə başlayır. Mübarizədə onun gürcü əsilli həyat yoldaşı Tamar da iştirak edir. O kiçik oğlunu
hakimiyyətə gətirməklə Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərirdi.
Lakin hakimiyyət Eldənizlərin köməyi ilə Axistan gəldi. Onun dövrü İraq Səcuq sultanlarının üstünlüyünü
başa düşüb xərac verməsi , III Georginin (gürcü) əlehinə çıxan feodalların və Demnanın üsyanının yatırmaqda
kömək etməsi , 1174-1175 -ci ildə rusların və qıpçaqların Şirvana yürüşünün qarşısını almaqda fəal iştirak etməsi
ilə xarakterizə olunur. 1195-ci ildə Şirvan və gürcü birləşməsi Şəmkir yaxınlığındakı döyüşdə atabəy Əbu Bəkrə
qalib gəlir. Öz qoşunları ilə Şirvana qayıdan Axistan 1197-ci ildə vəfat edir. 1204-cü ildə hakimiyyətə Gərşəsb
( Gurşəsb) gəlir.
Hakimiyyətinin son illərində Şirvan monqolların 1-ci yürüşü nəticəsində(1220-1221) xarbalığa çevrildi.
1225-ci ildə Şirvan və bütün Qafqaz xarəzmşah Cəlaləddinin hücum təhlükəsi qarşısında olduğu bir zamanda monqolların , qıpçaqların , gürcülərin , dağıdıcı yürüşlərindən xeyli zəifləmiş Şirvanşahlarda Gərşəsbin hakimiyyətindən narazı qüvvələr baş qaldırdı.
• Gərşəsbə qarşı üsyanın səbəbi?
İbn əl- Əsirin məlumatına görə , “1225-ci ildə şirvanşaha qarşı onun oğlu çıxış etdi , atasını taxtdan salıb onu
qovdu . Səbəb o idi ki, şirvanşah əxlaqsız və ədalətsiz bir adam olub. Təbəələrinin mal və mülkünə əl uzadıb,
bəziləri hətta qadın və az yaşlı uşaqlara sataşdığını iddia edir. Şirvanşahın adamlara olan zülmü artmış buna görə
də qoşunun bir hissəsi onun oğlu ilə birgə Şirvan hökmdarını ölkədən qovmuşdu”.
Hakimiyyətə gələn III Fəribürzün dövründə həm gürcülərin, həm də xarəzmşahın hücumu başladı Gərşəsbə
kömək etməyə çalışan gürcülər Şamaxı yaxınlığında məğlub oldular. Xarəzmşahlarla aparılan danışıqlardan
sonra şirvanşah Cəlaləddin xəzinəsinə 50 min dinar verməyə razılıq verdi. 1231-1232-ci illərdə ölkə monqolların
ikinci hücumuna məruz qaldı. Bundan keçən səkkiz il ərzində bütün Cənubi Qafqaz , o cümlədən Şirvan ələ keçirildi və böyük monqol imperiyasının tərkibinə daxil oldu.
XIV əsrin birinci yarısında Şirvanı Keyqubad və Kavus idarə edirdi. 1318-ci ildə Qızıl Orda xanı Özbək Şirvana müdaxilə etdi və müqavimətə rast gəlib geri çəkildi. 1324-cü ildə Şirvan vilayəti Əmir Çobanın oğlu Şeyx
Mahmuda tapşırıldı. 1328-ci ildə isə Əmir Əqbəxi Şirvana hakim təyin olundu. 1335-ci ildə Şirvan iki dəfə
Qızıl Orda qoşunlarının hücumlarına məruz qaldı. 1338-ci ildə şirvanşah Kavus Çobanilərə tabe olmadı və
Şirvanı müstəqil idarə etdi. 1345-1348 – ci illər arasındakı Çobani- Şirvanşah çəkişmələrinin sonunda Kavus
onların ağalığını qəbul etdi. Daha sonra Kavus Qızıl Orda xanı Canı bəylə əlaqəyə girib Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etmişdi.
Azərbaycan vilayətləri Cəlairilər tərəfindən istila etdikdən sonra Kavus 1364-cü ildə onlara qarşı üsyan qaldırır .
O , Şeyx Üveysin Bağdad səfərindən istifafə edib iki dəfə Təbrizə daxil olsa da , Üveys Azərbaycana qayıtdıqda
geri çəkildi. Şeyx Üveysin Şirvana hücumu zamanı 3 aylıq qarətdən sonra Kavus tutularaq 3 ay həbsdə qalsa
da , Üveys onu Şirvana hakim təyin edir. Kavusdan sonra 1372-ci ildə hakimiyyətə oğlu Hüşəng gəldi. O Cəlairi hökmdarının etibarını qazandı və Sultan Əhmədlə ona qarşı çıxmış bəyazidin arasında münasibətlərin nizama salınmasına nail olur . 1382-ci ildə İbrahimin taxta çıxması ilə Dərbəndilər sülaləsinin dövrü başlayır.
Ədəbiyyat siyahısı:
Sara Aşurbəyli “Şirvanşahlar dövləti”
Azərbaycan Tarixi II cild
Azərbaycan Tarixi III cild
Ziya Bünyadov “VII-IX əsrlərdə Azərbaycan”
Yazar:Allahverdiyeva Vəsilə
- ← Zülallar , onların quruluş səviyyələri və funkusyaları.Genetik kod
- Bağırsaqboşluqlular tipi →
Sirvansahlar dovleti.
Ereb xilafetine daxil olan olkeleri buruyen azadliq herekatlari, , yerlerde eyalet hakimlerinin guclenmesi 9cu esrde Xilafeti zeifletdi . Onun ucqarlarinda xirda feodal dovletler-emirlikler yaranmaga basladi. Bu doletleri ayri-ayri serkerdeler-kecmis ereb canisinleri idare edirdiler. Bele bir seraitde Azerbaycan torpaqlarinda bir-birinin ardinca Sirvansahlar , Saciler , Saciler , Seddadiler ve Revvadiler dovletleri yarandi .
Yeni yaramis dovletlerden hec biri uzunmuddetli sabitlik yarada bilmediyinden 9-11 esrler Azerbaycan tarixinde feodal daginiqligi ve ara muharibeleri dovru kimi seciyyelenir .
Ereb xilafetinin dagilmasi gedisinde yaranan dovletlerden birincisi Sirvansahlar dovleti(861-1538)idi. Sirvan Azerbaycan simal-serqinde bir vilayet olub, Derbendden Kur cayina qeder Xezer sahillerindeki erazileri ehati edirdi. Merkez Sirvan seheri idi. Bu erazileri ereb menseli Mezyediler sulalesi idare edirdi . Mezyedilerin numayendesi Yezid Ibn Mezyed , xelife Harun er-Residin hakimiyyeti dovrunde (768-809) Cenubi Qafqazin hakimi idi. Mezyediler evvel Aranda paytaxti Berde olan yarimmusteqil feodal dovlet-emirlik yaratmisdilar . O zaman Berde Cenubi Qafqazda ereb idareciliyinin merkezi idi, 859-cu ilde Mehemmed ibn Yezid Genceni berpa etdirib , iqametgahini buraya kocurmusdu. 9 esrin sonlarinda Aranin cox hissesi, o cumleden Berde Sacilerin eline kecirdiyinden Mezyediler Sirvana kocduler.
861-ci ilde Mezyediler sulalesinin numayendesi Heysam ibn Xalid Sirvanin musteqilliyini etdi ve Sirvansah titulunun dasimaga basladi.917-ci ilde Lahicansahliq Sirvansahlara birlesdirildi . 918-ci ilde Sirvansah Ebu Tahir dovletin paytaxtini Sirvan seherinden Samaxiya kocurdu . Sirvansahlar 10esrde QEBELENI(981-982),BERDENI(982),SABRANI(983),ve ereb menseli Hasimiler terefinden idare edilen DERBENDI(988)ele kecirdiler. OOnlar Derbend seddini ve seherin qala divarlarini temir ve berpa etdirib mohkemlendirdiler. Derbendden sonra Xursan ve Tabasaran Sirvansahlar dovletine birlesdirirldi . Seki ve Senariyyede de Sirvansahlardan asili veziyyete dusmusdu.
Sirvansahlar dovletinin yaranmasi Azerbaycan dovletciliyin dircelmesine , simaldan Azerbaycan torpaqlarina olan hucumlarin def edilmesine serait yaratdigina gore mutereqqi hadise idi.
Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.
Mündəricat
- 1 Qafqazdilli tayfalar
- 2 Türkdilli tayfalar
- 2.1 Zakenlər, xenuklar, şirvanlar
- 2.2 Maskutlar
- 2.3 Maqlar
- 2.4 Hunlar
- 2.5 Sabirlər-xəzərlər
Qafqazdilli tayfalar Redaktə
VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar [1] Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar.
Bu tayfalardan bəziləri “Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı” Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar.
Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.
Türkdilli tayfalar Redaktə
Zakenlər, xenuklar, şirvanlar Redaktə
“Erməni coğrafiyası”nda adı çəkilən zekenlər (tsekanlar), ehtimal ki, Şəki vilayətinin əhalisi – şəkililərdir. [2] Erməni mətnindəki xenukların (antik müəlliflərdə genioxlar) adlan Şəki rayonundakı Yuxarı və Aşağı Göynük və Bozdağın ətəyində balaca Göynük çayının adlarında həkk olmuşdur. Kaspilər Abşerondan cənubda, Kür və Araz çaylarının arasında və Xəzər (Kaspi) dənizinin sahillərində yaşamışlar. [3]
Şərvanlar Şirvan vilayətində yaşayırdılar. Bu, Şirvanın qədim etnotoponim formasında rast gəlinən ilk adıdır. Xsranlan anonim X əsr mənbəyində adı çəkilən Xursan (Xunsar) vilayəti ilə əlaqələndirmək mümkündür. Bu vilayət Dərbənd rayonunun cənub hissəsində, Beşbarmaq dağına qədərki ərazidə yerləşirdi. [4] [5] [6]
Maskutlar Redaktə
Maskutlar indiki Quba rayonunda və Abşeronda yaşamışlar. Bu toponimlərin adı IV əsrin birinci yarısında Maskut hökmdarı Sanesananın erməni hökmdarı ilə müharibəsini təsvir edən V əsr müəllifinin əsərində çəkilir. Bu mənbədə “böyük Kür çayı” [7] maskutların sərhədi kimi göstərilir.
V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın “müxtəlif köçəri tayfalardan” ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. [8]
Massaget – maskut tayfaları Şabran səddindən şimalda, dəniz sahili boyunda yaşayırdılar. VII əsrə aid anonim mənbədə aşağıdakılar bildirilir: “Xəzər dənizinin şimal tərəfində, Qafqaz sıra dağlarının gəlib çatdığı dənizə qədər Vardanian düzənliyində maskutlar yaşayır. Dərbənd səddi buradadır”. [9] Erməni və ərəb mənbələrinə görə maskutların ölkəsi indiki Dağıstanın Dərbənd rayonunun Xəzərsahili ərazisində eləcə də, Azərbaycan Respublikasının Quba, Qusar və Şabran rayonlarında, Abşeron və Muğan düzündə yerləşirdi. [10]
Massagetlər Baş Qafqaz silsiləsi ilə dəniz sahili arasında, Dərbənddən Abşerona və Muğan düzünə qədərki bərəkətli vilayətdə məskun idilər. Bu ərazilər Samurçayın aşağı axını və cənuba doğru axan başqa çaylar vasitəsilə suvarılırdı. [11] . VII əsr məxəzində Samur və Gilgilçay çayları arasındakı düzənlik Mazkutk [12] , IX–X əsrlər ərəb mənbələrində Məsqət [13] [14] [15] , sonralar orta əsrlərdə isə Müşkür [16] adlanmışdır. Artıq eramızın I əsrində maskutların öz hökmdarlığı var idi. Hökmdarlığın paytaxtı adı ehtimal ki, Xosrov Ənuşirəvan tərəfindən məğlub edilmiş çol adlı türk tayfasının adından götürülmüş Çor, yaxud Çol şəhəri idi. [17] [18]
Məlumdur ki, skif tayfaları Azərbaycandan keçmiş və şübhəsiz, onların müəyyən hissəsi bu bölgədə məskən salmışdı. Bunu arxeoloji materiallar da təsdiqləyir. [19] .
Maqlar Redaktə
Ərəb müəlliflərinin məlumatına görə, Muğan əyalətində körfəzdən aralı maqların yaşadığı böyük kənd var idi. [20] Bəzi alimlərin fikrincə, Muğanda qədim maq tayfası yaşamış, Sasanilər dövründə və daha əvvəl onlarm arasında kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, o cümlədən Muğan düzü, [21] Muğan şəhəri toponimik terminlərinin əsasını təşkil edir. [22]
Hunlar Redaktə
Bir sıra erkən orta əsr müəllifləri hunların, sabirlərin, xəzərlərin Albaniyaya keçib gəlmələrindən, basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk dəfə eramızın II əsrinin ikinci yarısında görünmüşlər. [23] Aqafangelə görə, hunlar Albaniyaya Dərbənd (Çor) keçidindən III əsrin birinci yarısında və sonralar, IV əsrin birinci yarısında və axırında (395-ci il) girmişlər. [24] Hunların Albaniyaya – Dərbəndə, Şirvana, Muğana və başqa vilayətlərə basqınları V–VI əsrlərdə də davam etmişdir. [25] [26] Həm də, hun ordası konqlomeratında bulqarlar, haylandurlar, V–VI əsrlərdə isə sabirlər də var idi. [27] [28] [29] [30] [31] [32]
VII–IX əsrlərdə [33] Qəbələyə, Muğana girən sabirlər, xəzərlər və bulqarlar bu vilayətlərin toponimikasında öz izlərini qoymuşlar. [34] [35] [36]
Narrativ (təhkiyə xarakterli) mənbələrlə yanaşı lapidar (yığcam) mənbələrin toponimikasının öyrənilməsi köçəri türklərin Şirvana hələ erkən orta əsrlərdə gəldiklərini göstərir. Panili Priskin verdiyi məlumata görə erkən orta əsr mənbələrində türklərlə eyniləşdirilən hunlar [37] V əsrdə Abşerona köç etmişdilər. [38] [39] Hunların, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Şirvan vilayətinə soxulmalarını və basqınlarını erməni müəllifləri Yeqişe [40] , Favstos Buzand [41] (V əsr) və Gevond [42] (VIII əsr) da qeyd etmişlər. [43] [44] Yeqişeyə görə, hunlar artıq V əsrin ikinci yarısında Şimali Qafqaza gəlmiş, Xəzər dənizi və Qafqaz dağları boyunca uzanan vadini Dərbəndədək tutmuşdular. 503-cü ildə sabirlər Zaqafqaziyaya və Albaniyaya hücum etmişdilər. [45]
Sabirlər-xəzərlər Redaktə
VII əsrin əvvəli anonim müəllifin məlumatına görə Xəzər dənizinin şimal-qəribndə Atil (Volqa) çayınadək türkdilli savir–sabir tayfalan yaşayırdı. [46] İbn Xordadbeh (IX əsr) qeyd edir ki, Bab əl Əbvabdan o yana Suvar (Savir) səltənətidir. [47] Mitilenli Zəkəriyyə 555-ci ilə aid salnaməsində qeyd edir ki, qapının, yəni Dərbəndin arxasında, Dağıstanda və Şimali Qafqazda “avqar (auanqur), sabir, burqar, alan, kurtarqar, avar, xəzər, dirmar, sirurqur, baqrasik, kulas, abdel, eftali tayfaları yaşayır. Bu on üç xalq çadırlarda yaşayır, mal-qara, balıq və vəhşi heyvan əti ilə dolanırlar”. [48] VI əsrə aid bu salnamədə adı çəkilən tayfalar çadırlarda yaşayan köçərilər kimi xarakterizə olunur. Onlardan burqarlar (bulqarlar), sabirlər, avarlar, xəzərlər, abdellər, eftalilər, saraqurlar (sirurqurlar), onoqurlar (auanqurlar) və başqalarının türkdilli olmaları digər mənbələrdən məlumdur. [49]
Mənbələr təsdiq edir ki, I Xosrov Ənuşirəvan (531–579) xəzərlər üzərində qələbə çaldıqdan sonra üç min əsir türk ailəsini (50 min nəfər adam) Arrana və Azərbaycana köçürmüşdü. İbn Misqəveyhin sözlərinə görə türk əsirlərinin cərgəsi on fərsəngə (təqribən 60 km) qədər uzanırdı. [50] Başqa mənbələrə görə, köçürülən ailələrin sayı 10000-ə çatırdı. Beləliklə, VI əsrdə türklərin Arrana, Şirvana və Muğana güclü miqrasiyası baş verirdi. Bu ölkələrin toponimikasında türk ünsürlərinin mövcud olmasına – (Qobu, Türkan – Abşeronda, Qala, Suvar, Sabiroba-Xaçmaz rayonunda, Balisakan, Biləcəri, Biləsuvar, Biçənək, Qıpçaq, Xəzəryurd, Xəzəryaylaq, Xəzər – Salyan rayonunda) müxtəlif türkdilli tayfaların Şirvan zonasına və qonşu vilayətlərə gəlmələrinə dair narrativ və lapidar mənbələrin verdiyi məlumatları da təsdiq edərək, ölkədə erkən orta əsrlərdən – III–IV əsrlərdən (hunlar) başlayaraq, VI–VIII əsrlərdə daha intensiv şəkildə (sabirlər, xəzərlər, peçeneqlər və b.) türkləşmə prosesi getdiyini göstərir.
Mənbələr və toponomik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızm əvvəlindən etibarən yerli türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk ünsürlərinin davamlı və sabit olduğunu göstərir. [51] Eramızın əvvəlindən Şirvanda, Arranda oturaq həyata keçən həmin türk tayfaları Azərbaycan türklərinin təşəkkülündə iştirak edən mühüm komponentlərdən olmuşlar.
İrandilli tayfalar Redaktə
Quba rayonunun, Abşeronun və Muğanın bir sıra toponimləri irandili leksikaya mənsubdur. [52] [53] Erməni, ərəb və fars mənbələrinin verdiyi məlumata görə, Sasani hökmdarları, I Qubad, I Xosrov Ənuşirəvan V–VI əsrlərdə özlərinin şimal sərhədlərini köçəri türklərin basqınlarından qorunmaq üçün bir sıra istehkamlar və Dərbənd divarını tikdirmiş, [54] [55] [56] Lahican, Təbəristan, Gilan və s. yerlərdən bəzi irandilli tayfalar şimal-şərqi Azərbaycana, daha doğrusu, Şirvan vilayəti bölgəsinə köçürmüşdülər. Bu adlar həmin zonanın toponimikasında da əksini tapmışdır. (Şirvan, Lahıc – İsmayıllı rayonunda, Ləhəş – Abşeronda, Təbərsəran – Cənubi Dağıstanda, Gürgan – Abşeronda və s. Bəzi tədqiqatçıların (A. A. Bakıxanov [57] , M. H. Vəliyev-Baharlı [58] ) fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır.
Ərəb tayfaları Redaktə
Mənbələr göstərir ki, Şirvanda Qafqaz, İran və türk mənşəli qədim əhali ilə yanaşı, VI–IX əsrlərdə və sonralar ərəblər də yaşamışdır. [59]
X əsr ərəb müəllifi əl-Məsudinin yazdığına görə “Haydaqla əl- Bab arasında ərəb dilindən savayı heç bir dildə yaxşı danışa bilməyən müsəlman ərəblər yaşayır. Onlar meşələrdə, cəngəlliklərdə, vadilərdə, iri çayların sahilində, hələ vaxtı ilə ərəb səhralarından qaçıb gələnlərin tutduqları kəndlərdə yaşayırlar. Onlar Haydaq məmləkəti ilə sərhəddə yaşayır, lakin ondan cəngəllik iri çaylar vasitəsilə qorunurlar. Onlarla əl-Baibn arasında məsafə üç milə (bir fərsəng) qədərdir. Əl-Baibn əhalisi onlara kömək göstərir”. [60] Əl-Bəlazuri (IX əsr) və əl-Qərnatinin (XII əsr) məlumatına görə ərəb sərkərdəsi Məsləmə ibn Əbd-əl-Məlik (VIII əsr) Dərbənddə, onun ətraf kəndlərində və Təbəsəranda Mosuldan, Dəməşqdən, Tədmurdan, Hələbdən, Suriya və əl-Cəzairənin digər şəhərlərindən 24 min ərəb əsgəri (Qərnatidə – ailəsi) yerləşdirilmişdi; Dərbəndin dörd məhəlləsi müvafıq olaraq, Dəməşq, Hims, Kufə və əl-Cəzirə adlandırılmışdı. [61] [62] XII əsrdə İbn əl-Əzraq dağlarda və Dərbəndin ətrafında hələ ölkənin Xilafət tərəfindən istila edildiyi vaxtdan burada yaşayan ərəblərə rast gəldiyini göstərir. [63]
İstinadlar Redaktə
- ↑ Apмянckaя гeoфaфия, c.36–39; Гeorpaфия, изд. Cykpи, c.36–37
- ↑ Z. M. Bünyadov — Azərbaycan VII–IX əsrlərdə. Bakı. 1988, s.180
- ↑ A. B.Гaдлo-Этничeckaя иcтopия Ceвepнoгo Kaвкaзa IV–X вв. Л., 1979, c.89–91
- ↑ Гeoгpaфия. Изд. Cykpи, c.36–37
- ↑ Hudud al-Alam. The Regions of the world. A. Persian Geography, transl, and expl. By V. Minorssky, GMS New-Series XI, London, 1937, s.144–145
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.l 14–115
- ↑ Фaвcтoc Бyзaнд, c.15.
- ↑ Иcтopия Apмeнии Фaвcтoca Бyзaндa, Пepeв. M. A.Гeвopгянa. Epeвaн, 1953, c.15–16
- ↑ Гeorpaфия. Изд. Cykpи, c.37, дpeвнeapмянck. тekcт., c.27
- ↑ C. T. Epeмян — Шaпoтpeнa Птoлeмeя в cвязи c иccтopиeй cкифckoгo цapaвa пpикacпийckoгo пoбepeжья, Tбилиcи, 1966, c.76–77.
- ↑ K. B. Tpeвep — Oчepки пo иcтopии и kyльтype Kaaжaзckoй Aлбaнии. M.-Л.. 1959, c.192
- ↑ C. T. Epeмян — Apмeния пo “Aшxapaцyйuy” (Apмянckaя гeoгpaфия VII в.j, нa apмянck. яз., Epeвaн, 1963, c.64.
- ↑ Compendшm libri Kitab al-Boldan auctore Ibn al Fakih al- Hamadhani, BGA, V, ed. M. J. de Goeje. Lugd. Batav, 1885, s.293, 297–298
- ↑ İbn Xordadbeh, s.173
- ↑ Mинopcкий — Иcтopия Шиpвaнa.c.108–115
- ↑ Mинopcкий — Иcтopия Шиpвaнa, c. 180–185
- ↑ Mapквapт — Epaншaxp, c.73
- ↑ A.И. Koлecникoв — Иpaн в нaчaле VII. Пaлecтинcкий cб. вып. XXII/LXXXV, Л., 1970, cr.97, 99.
- ↑ C.Б. Aшypбeйли — Oчepk иcтopии cpeднeвekoвoгo Бaky, Бaку, 1964, c.25–26
- ↑ A1-Istakhri — Kitab masalik al-mamalik. BGA, ed. M. J. de Goeje, I Lugd, Batav., 1870, s.190
- ↑ И. M.Дьякoнoв- Иcтopия Mидии. M.,-Л., 1956, c.374–379
- ↑ Иrpap Aлиeв — Иcтopия Mидии. Бaky, 1960, c.302–303.
- ↑ Ю.Г.Джaфapoв — Гyнны и Aзepбaйджaн. Aвтopeф. kaнд. диcc, Бaky. 1981, c.5–6
- ↑ Agathange — Histoire du renge de Tiridate, trad. en francais pap V. Langlois. Collection des histo. iens anciens et modernes de Armenie, Paris, 1867, p.l 15
- ↑ Фaвcтoc Бyзaнд — Иcтopия Apмeнии Фaвcтoca Byзaндa. Пepeв. c дpeвнeapмянck. M. A.Гeвopгянa. Epeвaн. 1953. c.15, 16
- ↑ М. И. Apтaмoнoв. Иcтopия xaзap. Л., 1962, c.52–53
- ↑ Ckaзaния Пpиcka Пaнийckoгo. Пepeв. Г. C.Дecтy ниca. Уч. зaп. II oтд. Имп. akaд. нayk, кн. VII, вып. I, CПб., 1861, c.61–65
- ↑ Eгишe, c.Зl, 170
- ↑ Moиceй Kaлaнкaтyйcкий, c.9
- ↑ Kapтлиc xoвpeбa, I. c. 15–17
- ↑ Meнaндpa Bизaнтийцa пpoдoлжeниe иcтopии Aıaфнeвoii. Bизaнтийcкиe иcтopики. Пepeв. c гpeч. C.Дecтyниca. CПб., 1860, c.411
- ↑ H.Пигyлeвckaя. Cиpнйcкиıe иcтoчники иo иcтopии нapoдoв CCCP. M.-Л., 1941, c.86–87
- ↑ J. Marquartt. Eransahr nach der Geographie des Ps. Moses Xorenac’i. Band III, N. 2, Beтlin, 1901, c.56, 96, 119
- ↑ Moиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, c.38–41
- ↑ Гeвoнд. c.Ю,71–72
- ↑ Cтeпaннoc Tapoнcкий (Acoгик)- Bceoбщaя иcтopия. Пepeв. c apмянck. H.Эминa, M, 1864, c.91
- ↑ Фeoфилaкт Cимokaттa — Иcтopия. M., 1957, c.36, 77, 102
- ↑ Пpиck Пaнийcкий, c.61–65
- ↑ Aшypбeйли. Toпoнимикa, c.62
- ↑ Eгишe, c. 116–117
- ↑ Фaвcтoc Бyзaнд, c.l5
- ↑ Гeвoнд, c.71–72
- ↑ Пигyлeвckaя, c.65–66
- ↑ Apтaмoнoв, c.69–70
- ↑ Джaфapoв — K вoпpocy o пepвoм пoявлeнии caбиp в Зakaвкaзьe. BДИ, 1979, c. 171–172
- ↑ Гeoгpaфия. Изд. Cykpи, c.37, дpeвнeapмянck. тekcт, c.27.
- ↑ İbn Xordadbeh, s.173
- ↑ The Syriac Chronicle known as that of Zachariah oi Mitlylene, XII, 7 London, 1899, s.215
- ↑ Пиryлeвckaя, c.83.
- ↑ Ибн Mиckaвeйx — Taджapиб aл-yмaм. Пepeв. c apaб. П. K. Жузе HAИИ, AHA, инв. #162, c.199.
- ↑ Aшypбeйли. Toпoнимикa, c.66
- ↑ Бaкиxaнoв, c.19
- ↑ Aшypбeйли — Toпoнимикa, c.54–60
- ↑ Eгишe, c.92, 117–118
- ↑ əl-Məsudi. Mürüc… s.213
- ↑ əl- Bəlazuri, s.5–7
- ↑ Бaкиxaнoв, c. 17–20
- ↑ Beлиeв-Бaxapлы — Aзepбaйджaн. Бaky, 1921, c.52
- ↑ Annales quos scripsit Abu Djafar Mohammed ibn Djarir at- Tabari, ed M. J. de Goeje, ser. 1. Lugd. Batav, 1879, s.894
- ↑ Əl-Məsudi. Mürüc… s.203
- ↑ Əl-Belazuri, s.17, ərəb mətni, s. 12
- ↑ Le Tuhfat al-Albab de Abu Hamid al-Andalusi a 1 Garnati, ed. par Gabriel Ferrand. (Journal Asiatique, Juillet-Septembre, 1925), Paris, s.83
- ↑ Иcтopия Maййaфapикинa ибн aл-Aзpaka. B.Ф. Mинopcкий.Истopия Шиpвaнa и Дepбeндa, пpил. B, M., 1963, c.222–225.
Həmçinin bax Redaktə
- Azərbaycan türklərinin etnogenezi
- Şirvanşahlar dövləti
Comments are closed, but trackbacks and pingbacks are open.