Isə qəbul olanların sihayisi
Asif Bəkirli SOCAR-ın adından istifadə edərək insanlara guya işə qəbul etməklə bağlı yalan vədlərin verilməsi hallarının da olduğunu deyib: “Biz dəfələrlə bəyan etmişik ki, şirkətin adından istifadə edərək, insanları işlə təmin etmək kimi yalan vədlər verilir. Biz bu kimi halların hüquq mühafizə orqanları tərəfindən həll olunmasının tərəfdarıyıq. Ona görə də bizim departamentin giriş qapısında böyük elanlar yazıb vurmuşuq. Hər hansı bir neqativ halla rastlaşdıqda, şübhəniz olduqda birbaşa hüquq mühafizə orqanlarına müraciət edin. Sadəlövh insanlar fırıldaqçıların əllərinə düşür, sonra şirkətin adı hallanır və kimi neqativ hallar şirkətin imicinə təsir edir”.
VERGİLƏR
Əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif normativ hüquqi aktlar qəbul edilib, dövlət tərəfindən proqramlar həyata keçirilib. Sərbəst auditor Altay Cəfərov bu şəxslərin işlə təmin olunmasına dair öhdəliklərə aydınlıq gətirir.
“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanununda əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında müxtəlif tələblər, öhdəliklər, vəzifələr qoyulub. Onların işlə təmin olunması məsələləri isə Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarları ilə tənzimlənir. Həmin qaydalar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Deməli, istənilən kommersiya qurumuna əlillərin işləməsi üçün kvota təyin edilib. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
Qanunvericiliyə əsasən, kvota əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi təyin edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
Misal 1: Tutaq ki, “AA” MMC-nin 24 nəfər işçisi var. Kvota 25 nəfərdən az işçisi olan müəssisələrə tətbiq edilmədiyinə görə, bu halda MMC-yə kvota tətbiq olunmayacaq.
Misal 2: Tutaq ki, “AA” MMC-nin 25 nəfər işçisi var. Bu halda, həmin şirkətə kvota tədbiq edilir. Yəni həmin müəssisədə 26-cı işçi əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxs ola bilər.
Kvota müəyyən edilərkən işçilərin orta illik siyahı sayı nəzərə alınır. Yəni işəgötürən hər dəfə əvvəlki 12 ay üzrə işçilərin siyahı sayını cəmləməlidir və 12-yə bölməlidir. Kvotalar nəticəyə uyğun müəyyənləşdirilməlidir.
Misal 3: Tutaq ki, “AA” MMC-nin 40 nəfər orta siyahı üzrə işçisi vardır. Burada 40 * 3% = 1,2 nəfər. Göründüyü kimi, tam 2 nəfər olmadığına görə bu işçi sayı 25-40 nəfər arasında olduqda kvota ilə 1 nəfər kifayətlənməlidir. 50 nəfər işçi üzrə də hesablamalar aparsaq, yenə də tam 2 nəfər olmur:
50 * 3% = 1,5 nəfər
Ona görə də 50 nəfər işçisi olan şirkətdə də 1 nəfərlə kifayətlənilir.
Misal 4: Tutaq ki, “AA” MMC-nin 51 nəfər işçisi var. Hesablama belə aparılacaq:
Qaydalara görə, artıq işçi sayı illik 50-100 nəfər arasında olan müəssisələrdə 4 faiz kvota kimi götürülməlidir. Odur ki, son hədd kimi 100 nəfər olanda kvota üzrə işə 4 nəfər qəbul edilməlidir.
Misal 5: İşçi sayı 100 nəfərdən çox olan halda işə 5 faiz kvota üzrə müəyyənləşdirilir. Tutaq ki, “AA” MMC-nin 190 nəfər illik orta siyahı üzrə işçiləri vardır. Hesablamalar belədir:
Deməli, kvota üzrə 9 nəfər əlilliyi olan şəxs işə qəbul edilməlidir.
Qanunvericilikdə yer alan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları da nəzərə alınmalıdır. Siyahıya aşağıdakılar aid edilir:
- 20 yaşadək gənclər;
- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
- sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər;
- pensiya yaşına 2 ildən az qalmış şəxslər;
- əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər;
- cəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar;
- məcburi köçkünlər;
- müharibə veteranları;
Kvota şamil edilməyən qurumlara bunlar aiddir:
- dövlət orqanları;
- mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
- elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
- işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
- hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.
Kvotaya əməl etməyən müəssisələr qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilir. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən göndərilən əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri işə onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.
Məcəllənin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.
Fərqanə ALLAHVERDİQIZI
İslamı qəbul etmiş ilk insan
Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə’ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə’naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə’nayadır.)
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur’an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»
Qur’anın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah-taala onların hamısına [həm birincilərə, həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] və’d buyurmuşdur.»
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə, şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə’lum olur.
Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar
Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki, onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»
v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi, peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə, bilin ki, o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül-həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə’bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: “Bu çox böyük hadisədir!” O da mənə dedi: “Bu üç nəfəri tanıyırsan?” Dedim ki, xeyr. Abbas dedi: “Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki, onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»
Bu hadisədən çox gözəl mə’lum olur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissalam)
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini
İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də’vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!»
Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun də’vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni-Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də’vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni-Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»
Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə’ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə’lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.
Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18.
“Vaqiə” surəsi, ayə 10-11.
“Hədid” surəsi, ayə 10.
Əl-İstiab fi mə’rifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər.
İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.
Tarixül-üməm vəl-mülük, c.2, səh.57.
Tarixül-üməm vəl-mülük, c.2, səh.212.
“Şüəra” surəsi, ayə 214-216.
Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e’lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə’lumat almaq üçün “Şər’i Nəhcül-Bəlağə”, c. 13, səh. 234-235; “Rövzətül-kafi”, səh. 339-a müraciət edin.
Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.
- Teqlər:
- Dini şəxsiyyətlər
- , həzrəti Əli
SOCAR-da işə qəbul necə həyata keçirilir? – QAYDALAR AÇIQLANDI
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, SOCAR-ın Baş ofisi İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli deyib.
Asif Bəkirli İnsan Resursları Departamentinin iş prinsipi barədə məlumat verib: “Əvvəllər fəaliyyət göstərən kadrlar şöbəsinin əsas funksiyası işçilərin işə qəbulu, məzuniyyət və ezamiyyətləri planlaşdırmaq, əmək kitabçalarının hazırlanması, müqavilələrin bağlanması və s. idi. Lakin indi müəssisələr arasında rəqabət kadrlardan başlayır və müəssisələrin uğuru kadrların peşəkarlığından, səriştəsindən, keyfiyyətindən asılıdır. İnsan resursları xidmətinin yaranmasının əsas məqsədi subyektiv amillərin, neqativ halların, vəzifədən sui-istifadənin aradan qaldırılması, işçilərin işə qəbulunda, daxili yerdəyişməsində, karyera inkişafında peşəkarlıq, səriştəlilik, təhsilin ön plana çəkilməsi, kadrların arasında rəqabətin şəffaf prinsiplə idarə olunmasıdır. İnsan Resursları Departamentində bu xidmətlər daha çevik və müəyyən heyət tərəfindən kollegial şəkildə həyata keçirilir. Təəssüf ki, əvvəllər təhsili olmayan şəxslərə özlərinə aid olmayan işlərin həvalə olunması, başqa iş yerlərində nöqsanlar buraxanların, neqativ xasiyyətnaməsi olanların işlə təmin olunması baş verirdi. Bu isə qabiliyyətli, üstün keyfiyyətlərə malik şəxslərin kənarda qalmasına, layiq olmayanların onların yerini tutmasına səbəb olurdu”.
Qonaq SOCAR-da işə qəbul qaydalarından danışıb: “İşə qəbul müvafiq mərhələlərdən ibarətdir. Müraciət edənlər bütün müsabiqə proseduralarından keçdikdən sonra iş yerinə təyinat alırlar. Bəzən 1 yerə 400-500 müraciət olur. Müraciət edənlər ilkin test mərhələsindən keçirlər. Sənət seçimi heç bir insan faktoru olmadan, onlayn şəkildə həyata keçirilir, sonra onların müəyyən qismi test imtahanına girirlər, testdən sonra müsahibələrə cəlb olunurlar. Müsahibədən ən yaxşılar seçilir. Azərbaycan Respublikası Qanunvericiliyinin Əmək Məcəlləsinə görə, müsabiqə yolu ilə işə qəbul olunan vətəndaşlar sınaq müddəti keçmirlər. Bundan sonra Dövlət Neft Şirkətinin təlim-tədris sertifikatlaşdırma mərkəzlərində əməyin mühafizəsi və təhlükəsizliyi texnikası ilə bağlı müvafiq kurslar keçdikdən sonra işə göndərilirlər. Digər kadrlar isə bizim kadr ehtiyatı bazasını müəyyənləşdirirlər. Gələcəkdə vakansiya yarandıqda onlar artıq müsahibəyə cəlb edilmədən birbaşa növbəlilik əsasında təyinat alırlar”.
SOCAR rəsmisi şirkətin təqaüd proqramlarından da danışıb: “Xarici təqaüd proqramlarına əsasən, Dövlət Neft Şirkətinin ayırdığı təqaüdlə təhsil alıb geri dönən bizim mütəxəssislər, həmin o müqavilə şərtinə uyğun olaraq, müsabiqədən kənar işlə təmin olunurlar və qarşılıqlı müqaviləyə görə, Dövlət Neft Şirkətində çalışmalıdırlar. Bu kadrlar Dövlət Neft Şirkətinin vitse-prezidentləri, müvafiq idarə rəislərindən ibarət komissiya qarşısında təqdimat edirlər və harada çalışmalarına qərar verilir. Bundan əlavə, bizdə Azərbaycanın daxili ali məktəbləri arasında daxili təqaüd proqramı həyata keçirilir. Bu tələbələr TQDK təşkil etdiyi testdən keçmiş şəxslərdir. Hər il 2000-3000 tələbə müraciət edir, müəyyən mərhələlərdən keçdikdən sonra onlar Dövlət Neft Şirkətinin daxili təqaüdçüləri olub, ən azı axırıncı semestrin təqaüdçüsü olmaq şərtilə ali məktəbi bitirdikdən sonra işlə təmin olunurlar. Bu ali məktəblərə Dövlət Neft Şirkətinə tələbat olanlar daxildir”.
SOCAR təmsilçisi üçüncü qrupa xüsusi istedada malik insanların daxil olduğunu deyib: “Bunlar o şəxslərdir ki, hər hansı böyük şirkətlərdə layihə həyata keçiriblər, böyük iş təcrübəsinə malikdirlər. Belə insanlar vitse-prezidentlərin təqdimatı əsasında işə cəlb olunurlar. Bunlar elə şəxslərdir ki, bu vakansiya üzrə yerləri doldurmaq imkanımız yoxdur. Şirkət rəhbəri əmindir ki, bu şəxslər Dövlət Neft Şirkətinə böyük fayda verə bilər. Bu cür işlə təminat müqavilə əsasında, müvəqqəti və ya mövsümi xarakterli də ola bilər”.
Asif Bəkirli SOCAR-ın adından istifadə edərək insanlara guya işə qəbul etməklə bağlı yalan vədlərin verilməsi hallarının da olduğunu deyib: “Biz dəfələrlə bəyan etmişik ki, şirkətin adından istifadə edərək, insanları işlə təmin etmək kimi yalan vədlər verilir. Biz bu kimi halların hüquq mühafizə orqanları tərəfindən həll olunmasının tərəfdarıyıq. Ona görə də bizim departamentin giriş qapısında böyük elanlar yazıb vurmuşuq. Hər hansı bir neqativ halla rastlaşdıqda, şübhəniz olduqda birbaşa hüquq mühafizə orqanlarına müraciət edin. Sadəlövh insanlar fırıldaqçıların əllərinə düşür, sonra şirkətin adı hallanır və kimi neqativ hallar şirkətin imicinə təsir edir”.
SOCAR rəsmisi bildirib ki, iqtisadiyyatın güclü olması üçün dövlət müəssisələri keyfiyyətli məhsuldar çalışmalı, gəlirlə işləyib dünya bazarına çıxmalıdır: “Keyfiyyətli məhsulu isə keyfiyyətli kadr ortaya çıxarda bilər. Dövlətin iş bacaran, səriştəli kadrları olsa, ona uyğun müəssisələr formalaşsa bir çox layihələri öz gücü ilə həyata keçirə bilər. Azərbaycanda milli infrastruktura malik olan Dövlət Neft Şirkəti kimi həcmli bir şirkətdə insan resurslarının idarə edilməsi o qədər də asan məsələ deyil. Bu həm riskli məsələdir, həm də proses şirkət rəhbərinin idarəçiliyindən asılıdır. Prezident də çıxışında qeyd etdi ki, bütün dünyada tamam başqa görüntü var. Hər bir məsələdə risklər hesablanmalıdır. O cümlədən ərzaq, təhlükəsizliyi, enerji təhlükəsizliyi və sair məsələlərdə. Bunların hamısında uğur əldə etmək üçün həmin sahədə peşəkar və səriştəli kadrların çalışması vacibdir. Belə olmasa, əvvəl axır problem çıxacaq. Buna görə də ən qiymətli resurs insan resursudur”.
Asif Bəkirli SOCAR-da iş qəbulla bağlı vakant yerlərin açıqlanması proseduruna da aydınlıq gətirib: “Vakansiyanın elan olunması birbaşa müəssisə rəhbərləri tərəfindən həyata keçirilir, SOCAR-ın saytında elan verilir. Vakant yerə daxili yerdəyişmə əsasında kadrların yerləşdirilməsi struktur rəhbərlərinin səlahiyyətindədir. Bu mümkün olmayanda daxili vakansiya elan edilir. Əgər müsahibə yolu ilə kadr tapılmırsa, ümumi vakansiya elan olunur. O zaman vətəndaşlar şirkətin saytının karyera bölməsindən işə qəbul bölməsini seçir, müraciət formasını doldurur. İşə çüraciət etmiş şəxslərə gizli nömrədən zəng olmur. Nömrələrimiz İnsan Resursları Departamentinin saytında var. İkincisi, müraciət edən şəxslərin email ünvanlarına müraciətlər göndərilir, onlar test imtahanına dəvət olunur. İmtahanın gedişinə həm nəzarətçilər nəzarət edir, həm də prosesin video çəkilişi aparılır. İmtahan İnsan Resursları Departamentində keçirilir. Sonuncu dəfə biz bu işi regionlarda təşkil etdik, 400-ə yaxın insan işə qəbul olundu. Sumqayıtda da imtahan keçirmişik, orada da insanlar görür ki hara gəlib, imtahanı kim götürür. Bu məsələ ilə bağlı istənilən vaxt bizə müraciət edə bilərlər, məqsədimiz bu prosesi şəffaf həyata keçirməkdir”.
Asif Bəkirli SOCAR-ın brend şirkətə çevrilmək iddiasında olduğunu deyib: “SOCAR daha böyük layihələr uğrunda mübarizə aparır, bu layihələrin birbaşa icraçısı olmaq istəyir. Brend şirkətə çevrilmək iddiamız var. Bunun üçün də müvafiq, çevik, idarəetməyə malik struktura sahib olmalısan. İşçi sayının optimallaşdırılması, iki pilləli sistemindən bir pilləli sisteminə keçid zamanı çevik struktur dəyişiklikləri qaçılmazdır. İki-üç müəssisə birləşirsə, deməli burada işçi ixtisarı da baş verir. Şirkətin hədəf seçdiyi məsələlər var, hədəfə çatana kimi bu proseslər getməlidir”.
Departament rəisinin sözlərinə görə, ixtisara düşmüş işçilər taleyin ümidinə buraxılmır: “Onlara təkliflər olunur, 2-3 ay verilir, müvafiq proqramlara qoşulmaq təklif edilir. Bir il ərzində şərait yaradılır ki, o özü də iş axtarsın. Müəssisəyə lazım olduqda biz ixtisara düşmüş işçilər bazasından istifadə edib belə əməkdaşlarımızı işə cəlb edirik. Dövlətimizin və vətəndaşlarımızın qarşısında söz veririk ki, ixtisarlar zamanı, müxtəlif yerdəyişmələr yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qanunvericiliyi daxilində həyata keçiriləcək, heç kimin haqqı tapdanmayacaq”.
Comments are closed, but trackbacks and pingbacks are open.