Press "Enter" to skip to content

Isa məsih

Məsihin inqilaba birbaşa çağıran moizələri çoxdur. Matveyin İncilində Məsihin son sözlərindən birini xatırlamaq yetərlidir:«Elə düşünməyin ki, mən dünyaya sülh gətirmək üçün gəlmişəm. Mən qılınc gətirmişəm, sülh deyil. Öz taleyini götürüb mənim arxamca gəlməyənlər mənə layiq deyillər».

İsa Məsih kimdir?

İsa Məsih kimdir? “Allah mövcuddurmu?” sualından fərqli olaraq, çox az adam İsa Məsih mövcuddurmu sualını verir. Ümumiyyətlə, İsa Məsihin 2000 il bundan əvvəl insan olub, yer üzündə İsraildə olması qəbul olunub. Mübahisə İsa Məsihin kimliyi haqqında müzakirə ediləndə başlayır. Demək olar ki, dinlərin əksəriyyəti İsa Məsihin peyğəmbər, yaxşı müəllim və ya Allah adamı olduğunu öyrədirlər.

K.S. Lüis “Həqiqi Məsihçilik” kitabında yazır: “Mən burada insanların tez-tez Onun [İsa Məsihin] haqqında dediyi səfeh deyimlərin qarşısını almağa çalışıram: “Mən İsanı yaxşı əxlaqi müəllim kimi qəbul etməyə hazıram, lakin mən Onun Allah olması iddiasını qəbul etmirəm.” Biz bunu deməməliyik. Adi insan olan və bu cür sözləri deyən sadəcə yaxşı əxlaqi müəllim ola bilməzdi. O ya dəli olmalı idi – ona bişməmiş yumurta deyən insanın səviyyəsində olmalıydı – ya da cəhənnəmin iblisi olmalı idi. Sən Onu susdura, Ona tüpürə və iblis kimi Onu öldürə bilərsən; yaxud Onun ayaqlarına düşə və Ona Rəbb və Allah deyə bilərsən.

Beləliklə, İsa kim olduğunu təsdiqləyirdimi? Bəs Müqəddəs Kitab Onun kim olduğu haqda deyirmi? Birinci, gəlin İsanın Yəhya 10:30-da dediyi sözlərə baxaq, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın Allah olduğunu təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin Onun bəyanatına olan reaksiyasına bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü Allah etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın Allah olması bəyanatını təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə “Mən Özümü Allah etmirəm” sözlərini deməklə İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın Allah olduğuna işarə edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa elan etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam.” Yenə də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). İsa Öz kimliyini “Var Olan Mənəm” kimi elan etdi ki, bu da birbaşa Əhdi-Ətiqdə Allahın adıdır (Çıxış 3:4). ). Əgər İsa Özünün Allah olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam Allah olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-aydın İsanın bədəndə olan Allah olduğuna işarə edir. İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və Allahım” (Yəhya 20:28). İsa onun səhvini düzəltmədi. Həvari Pavel Onu “. Böyük Allah və Xilaskarımız Məsih İsa” kimi təsvir edir (Titus 2:13). Həvari Peter də eyni şeyi deyir, “. Allah və Xilaskarımız İsa Məsih” (2Peter 1:1). Allah Onun kimliyinə tam şahiddir. Lakin “Oğlu haqqında isə bunları deyir: “Ey Allah, taxtın əbədi və daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.” Əhdi-Ətiq peyğəmbərləri Onun Allahlığı haqqında xəbər verir, “Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq.”

Beləliklə, K.S. Lüis mübahisə edir ki, İsa Məsihə yaxşı müəllim kimi inanmaq seçim deyil. İsa aydın və inkar olunmaz şəkildə Özünün Allah olduğunu təsdiqləyir. Əgər O Allah deyilsə, onda O yalançıdır, heç peyğəmbər, yaxşı müəllim və Allah adamı da deyil. İsanın sözlərini inkar etməyə təşəbbüs göstərən müasir “alimlər” “həqiqi tarixi İsanın” Müqəddəs Kitabın Onun haqqında yazdıqlarından bir çox şeyi demədiyini deyirlər. Biz kimik ki, İsanın nə deyib-demədiyi haqqında Allahın Kəlamı ilə mübahisə edək. “Alimlər” bunu Onunla birgə yaşayanlardan, Onunla xidmət edənlərdən və Onun öyrətdiyi adamlardan yaxşı necə görə bilər (Yəhya 14:26).

Nə üçün İsanın həqiqi kimliyi haqqındakı sual bu qədər vacibdir? İsanın Allah olub-olmaması nə məna verir? Ən vacib səbəb odur ki, İsa Allah olmasaydı, bütün dünyanın günahlarının cəzasını götürməzdi (1Yəhya 2:2). Yalnız Allah belə əbədi cəzanı götürə bilərdi (Romalılara 5:8; 2Korinflilərə 5:21). İsa bizim borclarımızı ödəmək üçün Allah olmalı idi. İsa ölə bilmək üçün Allah olmalı idi. Xilas yalnız İsa Məsihə iman edənlər üçün mümkündür. İsanın Xilasa yeganə yol olması Onun Allahlığını sübut edir. İsa elan etdi, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6).

İsa Məsih kimdir?

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Isa Mesih» есть на Facebook. Войдите, чтобы связаться с Isa Mesih.

Страница «Isa Mesih» есть на Facebook. Войдите, чтобы связаться с Isa Mesih.

Isa Mesih

@isamesihh

О пользователе Isa Mesih

Özdeyişler Kitabı deyimler ve özdeyişler biçiminde anlatılan ahlaksal ve dinsel öğretişlerin toplamıdır. Büyük bölümü günlük yaşamla ilgili konuları içerir. Kitap, “RAB korkusudur bilginin temeli” hatırlatmasıyla başlar (1:7). Sadece dinsel ahlak kurallarına dokunmakla kalmıyor, sağduyu ve örnek davranışlar üzerinde özellikle duruyor. Kitapta yer alan kısa deyimler, aklı başında kişilerin hangi durumda nasıl davranacaklarına ilişkin sezgi ve öğütleri açıklar. Bunların kimileri aile, kimileri de iş ilişkileriyle ilgilidir; yine kimileri toplumsal ilişkiler içinde önemli yer tutan görgü kurallarıyla, kimileri de kişisel özdenetimle ilgilidir. Kitapta çokça söz edilen konular arasında alçakgönüllülük, sabır, yoksulların hakkını gözetme ve dostlara sadakat anılabilir.

İlk sosialist – İsa Məsih

«Hədiyyə olaraq aldınız, hədiyyə olaraq verin» (İsa Məsih, Allahın peyğəmbəri)
Yəhudilər Musanın rəhbərliyi altında Misirdən çıxıb Fələstinə geri döndükdən təqribən min il sonra Babil şahı II Navuhodnasar Fələstini işğal etdi. Yerusəlimi yerlə-yeksan edən Babil şahı həmçinin Yahva məbədini (birinci məbəd) də dağıtdı və üsyankar yəhudi xalqını əsir edərək Babilə apardı.

Babil əsirliyində yaşayarkən yəhudi peyğəmbərlərindən biri olan İsayya yəhudi xalqının xilaskarının gələcəyi haqqında müjdə verdi. İsayyanın Maşiah (yunan dilinə tərcümədə Xritos, ərəb ləhcəsində Məsih) adlandırdığı xilaskar İbrahim nəslindən gəlməli, Davud peyğəmbərin soyunu davam etdirəcək yəhudi şahı olmalıydı.

Yəhudilərin Babil əsirliyi pers şahı II Kirin Babili istila etməsinə qədər davam etdi. Kir yəhudilərə geri, Fələstinə dönməyə icazə verdi. Yəhudilərin bir qismi Fələstinə dönüb Yahva məbədini bərpa etdi. O zaman bir qisim yəhudi Kiri xilaskar elan eləsələr də sonradan gələn yəhudi peyğəmbərləri onu xilaskar kimi qəbul etmədilər.

Yeni ideologiyaya görə, Maşiah gəldiyi zaman yer kürəsində ədalət bərpa olunacaq, xilaskar təkcə yəhudilərin deyil, bütün insanların hökmdarı olacaqdı. Bundan sonra onlarla yalançı Məsihlər meydana çıxsa da yəhudi dini liderləri onları qəbul etməkdən imtina etdi.

Bakirədən doğulan uşaq
Roma şəhərinin təməlinin atılmasından təqribən 750 il sonra, Fələstinin Vifleem şəhərində bir uşaq doğuldu. Uşağın anası Məryəmin bakirə olduğu iddia edilirdi.

Məryəm yəhudi peyğəmbəri Zəkəriyyənin tərbiyəsi altında Yahva məbədində böyümüşdü. O anadan əlil doğulmuşdu və sol qıçından axsayırdı. Məryəm abırlı və yəhudi qanunlarına sözsüz tabe olan, məbədə gələn ianələrlə dolanan yetim bir qızdı. Amma bir gün Zəkəriyyə peyğəmbər Məryəmin hamilə olduğunu sezdi. Məryəm bakirə olduğunu və Tanrının işıq şəklində bətninə girdiyini bildirdi.

Zəkəriyyə Məryəmə inanır. Amma yəhudi qanunlarına görə zina etmiş qadın daş-qalaq olunmalıydı. Buna görə də peyğəmbər onu Yusif adlı yaşlı bir kişi ilə evləndirdi və onları Yerusəlimdən uzaqlaşdırdı. Bir neçə aydan sonra Vifleemdə İsa Məsih doğuldu. Onun doğulduğu gecə göydə planetlərin bir sırada düzüldüyü xəbəri verilir. Məsih yəhudilərin Misir əsirliyindən qurtuluşu bayram etdiyi gün,-pasxa bayramı-axşam doğulub.

Rəvayətə görə Məsihin doğulması xəbərini alan Şərq müdrikləri (maqlar) onun arxasınca gələrək uşağı Misirə aparırlar. Burda bir müddət qaldıqdan sonra Yusif və Məryəm İsa ilə geri, Fələstinə dönürlər və onlar Nazaretdə yerləşirlər. Bu müddətdə artıq Məryəmin yeni uşaqları dünyaya gəlmişdi. (İsanın 6 qardaşı olub).

Yəhya peyğəmbərin şahidliyi
Eramızın təqribən 28-ci ilində Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbər yəhudi şahı İrodun zülmünə qarşı mübarizə aparır və yəhudiləri müqəddəs hesab olunan İordan çayında suya çəkərək, (xristianların xaç suyuna çəkmək ayini burdan yaranıb), onları saflaşdırdığını iddia edir və bildirirdi ki, tezliklə Maşiah (Məsih) zühur edəcək. Buna görə də yəhudilər xilaskarın qarşısında saf və təmiz durmalıdırlar. Artıq həmin dönəmdə Zəkəriyyə peyğəmbər ölmüşdü və bakirə Məryəmi demək olar ki, heç kim xatırlamırdı.

Yəhyanın növbəyə duran insanları suya çəkdiyi günlərin birində hardasa 30 yaşlı bir gəncin ona doğru gəldiyini görür. Yəhya əlindəki işi saxlayıb İsaya «Mən sənin əlinlə təmizlənməliyəm, sən isə mənə gəlmisən?»,- deyir. Bunun cavabında İsa «Bütün həqiqətləri gerçəkləşdirməliyəm»,- deyir və Yəhyanın əli ilə saflıq suyuna çəkilir. Bu hadisədən qısa müddət sonra yəhudi şahı İrod Yəhyanı həbs edərək başını kəsdirir. Amma Yəhyanın lənətinə tuş olan İrod özü də qısa zaman içində ölür və yəhudi taxtı boş qalır.

İsa özünü Tanrının oğlu elan edir
Yəhya peyğəmbərdən ayrılan Məsih 40 günlük tənhalığa çəkilir və səhraya yollanır. O, səhradan dönəndə artıq Yəhyanı həbs etmişdilər. Ona ilk tapınanlar da elə Yəhyanın şagirdləri olur. Onlar Məsihi tapdıqlarını və onun arxasınca gedəcəklərini bildirirlər. İsa isə ardıcıllarına Davudun soyunun davamçısı olmadığını və Tanrının oğlu olduğunu, hər kəsi xilas etmək üçün gəldiyini bəyan edir.

500 ildən sonra müjdəsini İsayyanın verdiyi xilaskarın gəlməsi tezliklə bütün Nazaretə və Fələstinə yayılır. Məsihi görmək istəyən minlərlə insan onun yanına axın edir. O isə insanları arxasına toplayaraq bir kənddən başqa kəndə, bir şəhərdən başqa şəhərə yönəlir. Hər yerdə Tanrı oğlu olduğunu isbatlamaq üçün möcüzələr göstərir. Hətta ölünü belə diriltməsi, anadangəlmə əlillərə şəfa verməsi haqqında hədislər «Qurani-Kərim»də belə yer alıb.

Amma Məsihin ən böyük möcüzəsi ölünü diriltməsi olmur. Əsl möcüzə Məsihin insanlara söylədiyi sözlərdi, onun moizələrydi. İnsanlar heç bir zaman heç kimdən eşitmədikləri sözləri eşidirdilər.

Dünyanın ilk sosialisti
Məsihin insanlara vəd etdiyi əsas şey bərabərlik və azadlıqdı. Tanrı qarşısında insanların bərabər olduğunu ilk dəfə İsa Məsih söylədi. İnsanlar arasında maddi bərabərliyi də ilk dəfə o tələb etdi.

Məsihin müridi olmaq üçün sərvətin olmamalıydı. Tanrının oğluna yaxın olmaq istəyən hər kəs sərvətini kasıblara paylamalıydı. Bu əsas şərtdi. Bu şərti qəbul etməyənlər Tanrı atanın hüzuruna çıxa bilməzdi. Sərvəti olanlar cənnəti xəyal etməməliydi. Cənnət istəyənlər sərvətlərini paylaşmalı, hər kəsi özündən bilməli, hər kəslə son tikəsini paylaşmalı idi.

Xilaskarın insanlara gətirdiyi xilas yolu buydu.

O, Məsih olaraq heç kimi xilas etmirdi. Hər kəs özünü xilas etməliydi. Hər kəs özünü saflaşdırmalı, Tanrı bəndəsi olan hər kəsi özünün qardaş kimi görməliydi. Şah yoxdu. Yalnız Tanrının mənəvi hakimiyyəti vardı. Tanrının oğlu İsa Məsih yer üzünün mənəvi hökmdarıdır. Lakin heç kimdən üstün deyil, hər kəslə bərabərdir.

Onun moizələrinə görə, insanlar bir-birinə sevgi nümayiş etdirməklə özünü xilas edəcək, sevənlər Tanrı atanın sevgisinə müyəssər olacaqdılar. Məsih özünə arzulamadığını başqasına arzulayanları Tanrı atanın düşməni elan edirdi. Bu şəxslər Tanrı atanın dərgahına çıxa bilməzdilər.

Əslində Məsihin möcüzəsi buydu. Xilaskarın gətirdiyi xilas yolu sosial cəmiyyətdi. O vaxtlar sosial anlayış termini belə yoxdu.

İnqilabçı İsa Məsih
Məsih istedadlı və kütləyə ciddi təsir edə biləcək bir inqilabçıydı. Təsadüfi deyil ki, ondan sonra gələn sosialist ideoloqları yeni bir şey demədilər. Onun ideyaları o vaxt da, indi də bəşərin bir nömrəli problemi olaraq qalmaqdadır.

Məsihi utopist elan etmək olar. Amma Məsihin inqilabi çağırışları o qədər aydın idi ki, insanların bu çağırışa qoşulmamağı imkansızdı. Məsihin məşhur kəlamını yəqin ki hər kəs bilir. «Birisi sizin sağ üzünüzə vurursa, siz sol üzünüzü də ona çevirin». Bu fikri bir çoxları Məsihin zülmə qarşı dözümlü olmağa çağırması kimi dəyərləndirir. Amma əslində Məsih dözümlü olmağa yox, savaşa çağırır.

Romalılar ayaqyoluna gedəndə sol əllə ilə silinir, sağ əli istifadə etmədən sol əli yuyurdular. Bu üzdən romalılarda sol əl murdar hesab olunurdu. Bir romalı başqasını sol əli ilə vurardısa, bu ölümcül təhqir idi. Romalını əsarət altında saxladığı şəxs
sol əli vurardısa, ona cavab vermək mümkün deyildi. Çünki Roma vətəndaşı olmayan birinin romalını vurmasının cəzası ölüm idi. Amma romalı birini sağ əli ilə vurardısa, bu həmin romalının qarşısındakını özünə bərabər şəxs hesab etməsi demək idi. Həmin şəxsin romalıya cavab vermək haqqı vardı. Əslində «sol üzünüzü çevirin» deyən Məsih romalılara eyni şəkildə cavab verməyə çağırırdı. Sol yanağa şillə sağ əllə vurula bilər.

Məsihin inqilaba birbaşa çağıran moizələri çoxdur. Matveyin İncilində Məsihin son sözlərindən birini xatırlamaq yetərlidir:«Elə düşünməyin ki, mən dünyaya sülh gətirmək üçün gəlmişəm. Mən qılınc gətirmişəm, sülh deyil. Öz taleyini götürüb mənim arxamca gəlməyənlər mənə layiq deyillər».

Və Məsihin məşhur «Qeysərə Qeysərin payın verin» kəlamı inqilaba açıq çağırışdı.

Məsih çevriliş etməyə cəhd edir
Amma Məsih təkcə inqilaba çağırış etməklə kifayətlənmədi. O, inqilab etməyə cəhd göstərdi. Üç il müddətində sərgərdan gəzən Məsih pasxa bayramı öncəsi Yerusəlimə gəlir və Yahva məbədinə gedir. Dua etdikdən sonra bütün ravvinləri (yəhudi ruhaniləri) məbəddən qovur. Bu faktiki olaraq çevriliş cəhdidir. İsa Məsih bununla yəhudi cəmiyyətində inqilabi çevriliş etməyə çalışır. Onun silahlı dəstələri yoxdur. Onun tək güvəndiyi güc xalqdır. Əzilən və varlıların zülmündən ah-naləsi ərşə dirənən xalq.

Bu inqilab təkcə yəhudizmə qarşı yönəlməyib. Məsihin yəhudizm, ya da yəhudi xalqı problemi də yoxdur. O, bəşəriyyət üçün gəlib. Onun missiyası bəşəriyyəti xilas etməkdir. Baxmayaraq ki, moizələrini yəhudilərin arasında edir, onu yəhudilərin milli problemi maraqlandırmır. O, Yer üzündə Tanrı atanın hökmranlığını bərpa etməlidir və yer üzünə ədalət, bərabərlik və sülh gətirməlidir. Buna görə savaşmalıdır. Son dəfə savaşmalıdır ki, dünyada Tanrı atanın hakimiyyəti bərqərar olsun.

Amma yəhudi xalqı onun arxasınca getmir. Çünki yəhudilər tarix boyunca milli ruhla böyüyür. Maşiah onları xilas etdiyi kimi, yəhudilərin hakimiyyətini dünya üzərində bərqərar etməlidir. O üzdən Məsihin qardaşlıq və bərabərlik ideyası onlara yetmir.

Yəhudi anlaya bilmir ki, onları qul edən romalı ilə necə qardaş ola bilərlər? Ravvinlər isə xalqın böyük bir hissəsinin Məsihə qarşı laqeydliyini görüncə onu həbs edir və Roma hakimi Ponti Pilata yanına aparırlar. Dünyanın ilk sosialist inqilabı bu şəkildə beşiyində boğulur.

Qolqofdan yüksələn səda
Ponti Pilatı yəhudilərin iç məsələsi heç maraqlandırmır. Hanısısa «dəlinin» yəhudi ruhanilərini məbəddən qovması Romanın maraqlarına qəsd deyil. Amma ravvinlərin israrı Pilatı geri çəkilməyə məcbur edir. Hər halda bir yəhudinin çarmıxa çəkilməsi, ya da çəkilməməyi onun üçün heç bir şeyi dəyişdirmir. Əgər ravvinlər israr edirlərsə, özünü yəhudi şahı elan edən zavalı adam çarmıxa çəkiləcək. Buna görə düşünməyə belə dəyməz.

Məsihi iki quldurla Qolqaf çölündə çarmıxa çəkdilər. Ardıcıllarından kimsə yoxdu. Hər kəs, hətta 12 həvarisi belə qorxusundan qaçıb gizlənmişdi. Dar ağacı önündə yalnız iki Məryəm durmuşdu. Onlardan biri artıq qocalan anası, digəri isə Məsihin qarşısına çıxana qədər fahişəlik edən və Məsihin daş-qalaq edilməkdən qurtardığı Məryəm Maqdelina idi.

Çarmıxda üç gün dözülməz işgəncə çəkən Məsih üçüncü günün sonunda üzünü göyə tutub fəryad etmişdi: «Eli, Eli, lam a savaxfani». Bu sözlərdən sonra Məsih son nəfəsini vermişdi.

Qəribədir ki, bu sözlər yəhudi dilində deyildi. Ona görə də Məsihin son sözlərini, nə demək istədiyini heç kim anlamadı. Hələ də Məsihin son sözləri anlaşılmaz olaraq qalır. Bəzi xristian alimləri güman edir ki, Məsih onu buraxdığına görə Tanrı ataya üsyan edir. Bəziləri isə düşünürlər ki, Məsih Tanrı atadan onun ruhunu öz dərgahına qəbul etməyi xahiş edib.

Heç kim Məsihin son sözlərinin hansı dildə olduğunu söyləmir və yaxud söyləmək istəmir. Nə qədər qəribə də olsa, Məsihin son sözlərinin son hissəsi bizim dilimizdə olduğu kimi anlaşılır:«Saf ağ fani». Biz bu məsələ üzərində bu yazıda mübahisə açmaq istəməsək də İsa Məsihin son sözlərinin bu günkü Azərbaycan dili ilə eynilik təşkil etməsi faktdır. Ya da birisi doğurdan bu sözlərin hansı dildə olduğunu və hansı mənanı daşıdığını açıqlasın.

Ehtimal etmək olar ki, Məsih bu dili doğulduqdan sonra onu Misirə aparan Şərqli müdriklərdən (maqlardan) öyrənib.

Qeybə çəkilmə
Məsih son nəfəsini verəndən sonra Roma əsgərləri onun cəsədini anasına verdilər. İki Məryəm İsa Məsihi yuyaraq cəsədi mağaradakı daş qəbirə qoyurlar. Qəbirin üzərinə on adamın güclə qaldıra biləcəyi bir daş qoyulur. Və yəhudi adətinə görə üçüncü gün Məryəm ana, Məryəm Maqdelina və iki həvari qəbiri ziyarətə gəldikdə gözlərinə inanmırlar. Qəbirin üzərindəki daş qaldırılmış, cəsəd yoxa çıxmışdı. Mağaradan çıxarkən Məsih onların gözünə görünür və qeybə çəkildiyini, Tanrı atanın dərgahında taxt qurduğunu və qiyamət günündə geri dönüb ona tapınanları xilas edəcəyini bildirir.

Eyni şey bir müddətdən sonra yenidən baş verir. Məsihin tərəfdarlarını davamlı olaraq təqib edən, onları çuğullayan yəhudi məbədinin xidmətçisi Tarslı Pavel bir gün yolla gedərkən Məsih onun qarşısında zühur edir və onun təlimini Romada təbliğ etmək üçün əbədi şəhərə yollanmağı əmr edir. Bundan sonra Tarslı Pavel xristianlığın ən çılğın təbliğatçısına çevrilir və xristianlığın yayılmasında böyük xidmətlər göstərir.

Əlbəttə, İsa Məsihin qeybə çəkilməsi sonradan xristian ideoloqları tərəfindən uydurula bilərdi. Amma qəribədir ki, xilaskarın qeybə çəkilməsi və qiyamət öncəsi geri qayıdaraq imanlı insanları xilas edəcəyi ilə bağlı irəli sürülən iddialar dünyanın bütün aparıcı dinlərinin əsas motivini təşkil edir. Bu gün xristianlar xilaskar olaraq İsa Məsihi, Buddistlər Buddanı, şiələr Mehdi Sahib əz-Zamanı gözləyirlər. Buddizimlə xristianlıq arasında çoxlu paralellər var. Hətta buddistlər İsa Məsihi yenidən dünyaya gəlmiş Budda kimi qəbul edirlər. Bu gün İsa Məsihin Budda məbədlərində Budda paltarında çəkilmiş şəkilləri belə var.

Ən maraqlısı isə şiə məzhəbi ilə xristianlıq arasında olan paralellərdir. Xristianlığın bütün atributları şiəliyin atributları ilə demək olar ki, eynidir. 12 həvari-12 imam, qeybə çəkilmiş xilaskar İsa Məsih- qeybə çəkilmiş 12-ci imam Mehdi Sahib əz-Zaman, xristian totemi olan xaç işarəsi-şiə totemi olan əl işarəsi.

Üç yüz il zülmətdə
Məsihin edamından sonra ona tapınan yəhudilər Fələstində təqib olunduqlarına görə Romaya üz tutdular. Onlar burda Tarslı Pavelin liderliyi altında Məsihin ideologiyasını təbliğ edirdilər. Çox allahlı Roma üçün yəhudilərin özləri ilə gətirdikləri yeni din çox önəmsiz idi. Amma qullar üçün sosial bərabərlik vəd edən yeni tanrı çox önəmliydi. Ona görə də xristianlığı 300 il müddətində qaranlıq mağaralarda təbliğ edərək yaşadanlar qullar oldu. Çünki Xristos (xilaskar) onlara azadlıq və bərabərlik vəd edirdi.

300 il ərzində dünya tarixi xristianlar haqqında heç bir şey bilmədi. Ancaq eramızın 64-cü ilində Roma imperatoru Neron Troya haqqında poema yazmaq üçün Romanı yandırdıqdan sonra günahı naməlum dini sekta olan xristianların üzərinə ataraq onları arenada vəhşi heyvanlara yedirtmişdi. Bu fakt göstərir ki, hələ eramızın 1-ci əsrində Romada xristian icmaları varmış.

Bu dinin necə və harda yayılması belə qaranlıqdır. Təkcə o məlumdur ki, 4-cü əsrin başlanğıcında Roma imperatoru Konstantin xristian dinini qəbul edəndə 300 il davam edən təqiblərə baxmayaraq Roma imperiyası daxilində xristianlıq kifayət qədər yayılmışdı.

Xristian dininin dövlət dini olmasından sonra İsa Məsihin sosial ideyaları, xristianlığın əsl mahiyyəti unudulmağa başladı. Dünyaya hökm edən yeni dinin artıq özünün ilkin mahiyyətinə aidiyyəti yox idi.

İsa Məsih nəyi dəyişdi?
Dövlət dini olduqdan sonra xristianlığın mahiyyətinin dəyişməsi təbii idi. Çünki İsa Məsihin nəzərdə tutduğu sosial cəmiyyətin yaradılması dövlətin təməli prinsiplərini dağıdırdı. Ona görə də quldarlıq dönəmində Roma kilsəsi xristianlığın yeni təməllərini yaratdı. Bu təməlin İsa Məsihin təlimi ilə heç bir əlaqəsi yoxdu. Kilsə quldar Roma imperiyasının maraqlarına xidmət edən yeni din yaratdı, bu din özünün təcavüzkarlığı və qəsbkarlığı ilə seçilir.

Bəs İmperator Konstantinin xristian dinini qəbul etməsəydi, nə olacaqdı? Əgər nəzərə alsaq ki, İsa Məsihin ideyaları 300 il müddətində təqiblərə baxmayaraq aşağı sosial qruplar tərəfindən yaşadıldı və yayıldı, o zaman əminliklə söyləmək olar ki, xristianlıq Roma İmperiyasının rəsmi dövlət dili olmasaydı, sosial mahiyyəti siyasi mahiyyətə uyğun dəyişikliyə məruz qalmasaydı, İsa Məsih orta əsrlərdə dünya sosialist inqilabını meydana gətirəcəkdi.

İsa Məsihin insanlıq tarixində yaratdığı böyük dəyişiklik də məhz bundan ibarətdir. Məsih dünyaya və insanlıq tarixinə sosial dəyərləri və sosial inqilab anlayışını gətirdi. Məsihin azadlıq və bərabərlik ideyaları onun adı ilə yaranan dində təşəkkül tapmasa da, Məsihin ideyaları dünyanın yenidən qurulması üçün ideya verdi. Bu gün özlərini ateist adlandıran kommunistlər, solçular, liberalizm tərəfdarları məhz İsa Məsihin ardıcıllarıdır.

İsa Məsih vəd olunan xilaskardırmı? Tanrı onu insanları doğru yola gətirmək üçünmü yollamışdı? Bunlarla bağlı mübahisə etmək olar. Amma İsa peyğəmbərin dünyaya sosialist ideyalarını gətirməsi dəqiq faktdır. 700 ildən sonra onun arxasınca gələn Məhəmməd peyğəmbər eyni ideyalar uğurunda savaşacaq və dünyanın ilk sosial dövlətini yaradacaqdı.

  • Teqlər:
  • Böyük insanlar
  • , şəxsiyyətlər
  • , ilk sosialist
  • , inqilabçı
  • , İsa Məsih
  • , İusus Xristos
  • , peyğəmbərin həyatı
  • , peyğəmbər

Comments are closed, but trackbacks and pingbacks are open.