Press "Enter" to skip to content

Ismayıl musayev nə üçün sumqayıt

Ancaq bu dəfə mən onun Sumqayıt hadisələrinin istintaqındakı rolundan yazacam. O ilk dəfə müəmmalı şəkildə məhz Sumqayıt hadisələrinin istintaqında peyda olub. Qəribədir ki, Krasnodardan Bakıya gələn kimi dərhal birbaşa Moskvanın nəzarətində olan “Sumqayıt prosesi”ndə dövlət ittihamının müdafiəsi məhz ona tapşırılır. Halbuki, Sumqayıt hadisələrinin səhəri gün şəhərin prokuroru İsmət Qayıbov cinayət işi açmışdı. Amma Moskvadan gələnlər onu işdən kənarlaşdırdılar. Sonra işə prokuror kimi Azərbaycana yenicə gəlmiş Aslan İsmayılov təyin olundu. Nə üçün axı Moskva A.İsmayılova İ.Qayıbovdan və yaxud da Sumqayıtı və ölkəni daha yaxşı tanıyan bir başqasından daha çox etibar edirdi? Halbuki, Sumqayıtın prokuroru kimi İ.Qayıbov şəraitə daha yaxından bələd idi və istintaqa daha çox xeyir verə bilərdi. Bu sualın cavabı təbii ki, qaranlıq deyil. O, Sovet Moskvasının daha etibarlı adamı kimi seçilmişdi. Həm də məhkəmə prosesi göstərir ki, onun missiyası işi dərindən araşdırmamaq, kölgədə qalan şəxslərin və hadisələrin araşdırılmasında dərinə getməmək, təşkilatçıları axtarmamaq, Qorbaçovun, Moskvanın və erməni diasporunun tələbini yerinə yetirmək. Bəs Qorbaçov nə tələb edirdi: istintaqı “xuliqan elementlərin işi” kimi tez bağlamağı.

Ismayıl musayev nə üçün sumqayıt

“Günəşin doğuşundan da, batışından da zövq alıram”

Bu gün Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytnant İlham İsmayılın doğum günüdür.

İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.

1995-ci ildə MTN sistemindən istefa verərək ictimai-siyasi fəaliyyətlə məşğul olub.

60 illik yubileyini qeydən polkovnik-leytnant Modern.az-ın suallarını cavablandıb. Onunla müsahibəni təqdim edirik:

– İlham müəllim, Qarabağda, Tərtərin Sarıcalı kəndində doğulub boya-başa çatan biri kimi 60 ilik ömrə nələri sığışdırdınız, nələr hələ də yaşanmamış qalıb?

– Yaşanmamışlar var, amma sığışdıra bilmədiklərim lap çoxdur. Yəqin ki, siz elə-belə çəkmədiniz Sarcalı kəndinin adını. Sarıcalı tarixi kənddir. Qarabağ Xanlığını əsasını qoyan Pənahəli xan Sarıcalının, onun tayfasının kəndidir. Bu gün təəssüf ki, ömrümə sığışdıra bilmədiklərimin ən başında Qarabağın özü gəlir, Şuşa gəlir, Pənaəhəli xan Sarıcalının qurduğu xanlığı, torpaqlarımızı qoruya bilmədiyimiz gəlir. Yerdə qalan şəxsi mənada hər şey ola bilər ki, nəyisə olsun, nəyisə olmasın. İnsanlar çox vaxt maddi sərvət uğrunda mübarizə aparırlar. Mənim mübarizəm həmişə mənəvi olub. Yeri gələndə maddiyyatdan imtina etməyi də bacarmışam. Mənim olan maddiyyat bəs edib mənə.

– Mənəvi mübarizədə necə, həmişə qalib ola bilmisinizmi?

– Yox, deməzdim qalib gəlmişəm mənəvi mübarizədə. Ola bilsin ki, mənim vəzifədən imtina etməyim, haqsızlığa, ədalətsizliyə etiraz olaraq istefa verməyim cəmiyyət üçün birmənalı qarşılanmasın. Bilirsiniz, deyirlər, adamın ömrünün bir hissəsini Allah yazır, o biri hissəsini də insan özü yazır. Elə bilirəm ki, mən haradasa, Allahın yazdığını pozdum. Yerdə qalan hər nə varsa, onun günahı da savabı da mənimdir. Allaha da şükürlər olsun ki, bizi yola verir. Çünki çox çətindir, belə şəraitdə, bu şəkildə 22 il işləməmək çox çətindir.

– Bakı Dövlət Universitetinin jurnaslitika fakültəsini bitirmisiniz. Bəs sizi jurnalistikadan “çekist”liyə, o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə aparan yol necə açıldı qarşınızda?

– Mən bunu kitabımda da yazmışam. Universiteti bitirib təyinatla rayona getmişdim. Təyinat yerim Bərdənin “Kommunist yolu” qəzeti idi. Mənə dedilər ki, “iş yoxdur, gözləməlisən”. Elə oldu ki, məni birbaşa raykoma işə götürdülər. 3 ay keçməmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları gəlib baxdılar və “KQB” məktəbində oxumağı təklif etdilər. Mən razılaşdım. Sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1 illik Minsk Ali Kursunu oxudum. Daha sonra Gəncədə baş əməliyyat müvəkkili oldum. 1988-ci ildən bizim bütün işimiz Qarabağ məsələsinə istiqamətləndi. Mən 1982-ci ildə işə götürülmüşəm. Sovet hökumətinin dövründə həmin illərdəki sakitlik pozuldu. O pozulandır ki, bu günə qədər də davam edir. İstər işlədiyim, xidmət etdiyim, istəsə də işsiz qaldığım müddətdə elə bilirəm ki, cəbhə, döyüş, vuruş olmasa da, mənəvi cəhətdən o vuruş hər gün, hər an var, faktiki olaraq o əzabı, çətinliyi yaşayırıq.

– Sarıcalı ilə bağlı xatirələriniz maraqlıdır. Yəqin bütün uşaqlığınız orda keçib.

– Bəli, 17 yaşıma qədər Sarıcalıda yaşamışam. Kəndimiz düz Tərtərçayın sahilindədir. O qədər xatirələrim var ki. Həm də uşaqlıq xatirələri nə ola bilər ki. Hamısı məktəblə bağlıdır. Kəndimiz balaca idi. Kənddəki məktəb 8 illik idi. Oranı bitirib 3 kilometr aralıda yerləşən məktəbə 9-cu sinfi oxumağa getmişəm. 10-cu sinfi isə rayon mərkəzində oxumuşam. O da təxminən 10 kilometr aralı idi evimizdən. Qışın günündə getmək-gəlmək. Bunların içərisində piyada gedib-gəlmək də vardı, maşınla da gedib-gəlmək də. Bütün bunların hamısı mənim üçün ən şirin xatirlərdir. Ümumiyyətlə, keçmişim çox işıqlıdır. Bugünkü çətinliklərin qarşısında o vaxtkı çətinliklər çox gözəl günlərdir. Mənim kitabımın başlığı da belədir ki, “keçmişin işığında yaşayıram daha çox, nəninki gələcəyin”.

– Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmışınız. Nə idi sizi ordan uzaqlaşdıran?Hər şeyi bir anın içində necə kənara ata bildiniz?

– Mən 1995-ci ilin sentyabrında işimdən imtina etdim və istefa verdim. Mən o vaxta qədər Şəmkirdə, Göyçayda rəis idim, sonra MTN-ə şöbə rəisi gəldim. Və çox çətin dövrə gəldik, Surət Hüseynovun 4 oktyabr qiyamı, 1995-ci ilin mart hadisələri. Bütün bu hadisələrin təhqiqat komissiyasının üzvü olmuşam. O dövrdə nə qədər haqsızlıqlar, ədalətsizliklər görmüşəm. Hələ o dövrü deyirəm. Mən bəzi təkliflərlə, tələblərlə, əmrlərlə razılaşmamışam. Bunun detallarına varmaq istəmirəm. Amma çox gərginliklər yaranıb rəhbərliklə mənim aramda. Nəhayət, o dərəcəyə çatdı ki, raport yazıb istefa verəsi oldum. Çünki o haqsızlıqların birbaşa icraçısı olmaq istəmirdim. Biri var haqsızlığı kənardan seyr edəsən ki, kiməsə haqsızlıq edirlər və sənin ona gücün çatır ya çatmır, bu başqa məsələdir. Amma biri də var adamın özünə deyələr ki, “sən bu haqsızlığı, ədalətsizliyi icra edəcəksən”. Mən onu qəbul eləmədim.

– Nə vaxtsa, sistemdən istefa verdiyiniz üçün peşmanlıq hissi keçirmisinizmi?

– Yox, o peşmanlıq hissini keçirsəydim, 60 yaşıma çatmazdım, çoxdan ölərdim, yəqin ki. Fikirləşsəydim ki, niyə işdən çıxdım, niyə bütün bunlardan imtina etdim, gərək hər şeyi qəbul edəydim, lap böyüyəydim, general olaydım və s. bu mümkün deyil. Bu, mənim sifətimə, ləyaqətimə, əxlaqıma uyğun deyil. Ona görə də ən çətin vəziyyətlərimdə belə, hansı ki, o çətin vəziyyətlər məndən aralanmayıb, bu gün də davam edir, hətta deyərdim ,problemlər pik nöqtəsindədir, mən yenə də peşmanlıq çəkmirəm. Çünki yenə deyirəm, peşmanlıq mənəvi peşmanlıqdır. Fiziki peşmanlıq adamı bir dəfə öldürər, qurtararsan, mənəvi peşmanlıq uzun çəkər və adamı çərlədər, öldürər. Ona görə də mən heç vaxt ona yaxın dura bilməmişəm.

– İstefadan sonra MTN sistemindən hər hansı təkliflər oldumu sizə işlə bağlı?

– Xeyr. Mən elə bir obrazda olmamışam ki, deyələr “gəl də”.

– Pis anlamda qəbul etməyin. Bir mütəxəssis, işin bilicisi olaraq sizə ehtiyac duyublarmı anlamında dedim.

– Yox, qətiyyən və heç vaxt. Görünür orada söhbət işin bilicisi, mütəxəssisi, peşəkarı olmaqdan getmir. Əvvəla, 11 il 3 ay müddətində Eldar Mahmudov rəhbər idisə, “OBXSS” sistemindən çıxmış adam nə bilərdi ki, peşəkar nədir, yaxud necədir? Mümkün deyildi. Əgər işə qayıtmaq mümkün olsaydı belə, işləməyim mümkün olmazdı. Nə mən buna imkan yaratmışam, nə də onlar mənə bu barədə müraciət ediblər. Açığı gözləmirəm də.

– Dediyinizdən belə çıxır ki, keçmiş nazir Eldar Mahmudovla birgə çalışa bilməzdiniz.

– Heç cür mümkün deyildi. Hətta o vaxtın dövrünə qalsaydı, Namiq Abbasov işdən çıxsaydı və Eldar Mahmudov işə gəlsəydi belə mümkün deyildi. Abu-hava deyirlər. Birbaşa özümlə bağlı olmasa da, orada elə bir ab-hava, elitar münasibət vardı əvvəllər. O itib gedəndən, adama “əəə” deyə müraciət etməyə başlayandan sonra o mühitdə işləmək qeyri-mümkün olardı. Hansı ki, bizim sistemdə heç vaxt belə şey görməmişəm. Ona görə, hətta, işçilərin çox hissəsi o müraciətin formasına görə oradan uzaqlaşıblar. Təbii ki, mən də qala bilməzdim.

– İlham müəllim, uzun müddət vəzifədə, sistemdə çalışan bir insan kimi maddi sıxıntılarınızın olmadığını dediniz.

– İşlədiyim müddətdə təbii ki, maddi sıxıntım olmurdu. Ona görə olmurdu ki, yüksək maaş alırdım. Ümumiyyətlə, mən maddi olaraq nə əldə etmişəmsə, Azərbaycanın müstəqilliyinə qədər olub. Azərbaycan müstəqil olandan sonra, hərçənd ki, mən o gün üçün çox çalışmışam, bu gün də çox sevinirəm ki, müstəqil dövlətdə yaşayıram. Mən 34 yaşımdan sonra maddiyyatımı sərf etməklə, satmaqla məşğul olmuşam (gülür). Yeganə qazancım müstəqil Azərbaycan olub.

– Bəs indi necə, övladlarınıza, nəvənizə istədiyiniz həyatı yaşada bilirsinizmi?

– Bir oğlum, bir qızım, üstəlik bir nəvəm də var. Fidan balamın 5 yaşın qeyd etdik bu günlərdə. Xeyr. Nə özümə, nə də övladlarıma istədiyim, arzuladığım həyatı yaşada bilməmişəm . Onların hərəsinin də öz yolu olub. Oğlum xaricdə yaşayır, qızım ailəlidir. Başqa xüsusi təmtərağımız yoxdur. Ümumiyyətlə, problemlərdən çox danışmaq istəmirəm.

– Maraqlıdır, işləmirsiz, hansısa sahədən gəliriniz də yoxdur. Bəs gündəlik tələbatlarınızı necə ödəyirsiniz, ailənizi necə təmin edirsiniz?

– Jurnalistikaya qayıtmışam. Yazıram, hərdən qonorar verirlər. Bir də ki, hərbi xidmət dövründə xəsarət almışam. O xəsarətə görə II qrup əlilliyim var. Çox cüzi təqaüd alıram. Ticarətdən də başım çıxmır, heç bir ticarət işi də görə bilmirəm ki, məşğul olam. Bir də dostlar sağ olsun darda qoymurlar.

– Jurnalistlərin ən çox müraciət etdiyi ekspertlərdənsiniz. Mütəmadi olaraq mətbuatda açıqlamalarınız gedir. Gün ərzində telefon zənglərinə cavab vermək, hansısa mözvünu şərh etmək yorucu gəlmir sizə?

– Mən ixtisasca jurnaslit olmasaydım, yorucu gələrdi. Hər bir jurnalistə, təbii ki, söhbət siması olan mətbuatdan, siması olan jurnalistdən, siması olan qəzetdən gedir, açıqlama verirəm. Amma bəzi simasızlardan imtina etmişəm və imtina etməkdə də davam edirəm, mən onları qəbul eləmirəm. Saytın, qəzetin məşhur olub-olmamasından çox, məni, mənə sual verən jurnalistin şəxsiyyəti maraqlandırır. Bu jurnalist öz işini görür, mənə müraciət edirsə, demək mənə hörmət edir. Mənim cavab olaraq ona hörmət etməyim mütləqdir. Əgər o mənə müraciət edibsə, mən də mütləq cavab verməliyəm. Mənim yazımın saytda, qəzetdə çıxması problem deyil. Yəni cəhd edim ki, mütləq mənim yazım getsin, hansısa məsələyə mən də rəy verim və s. Özüm yazanda yazıram. Yenə deyirəm ixtisasca jurnalist olduğumdan irəli gəlir ki, heç vaxt jurnaslitlərin suallarını cavabsız buraxmıram.

– Son olaraq 60 yaşlı İlham İsmayılın özünə arzularını eşitmək istərdik.

– Mənim özümə olan arzularım artıq şəxsilikdən çıxıb. Mən nə karyera, nə də varlanmaq haqqında fikirləşirəm. Mən günəşin çıxmağından da, batmağından da, yağışın yağmağından da, küləyin əsməyindən də zövq alan adamam. Bir baxışdan, bir təbəssümdən də ləzzət olmağı bacarıram. Mən az qala özümü planetin canlı, şüurlu varlığı hesab edirəm. Çalışıram ki, 60-dan sonra günəşin doğuşundan, batışından zövq ala bilim. Yerdə qalan məsələlərin hamısı ictimaidir, Vətənimlə, Qarabağımla bağlıdır.

Ismayıl musayev nə üçün sumqayıt

Dastan bir forma olaraq poetik sistemin mükəmməlliyi, janr məzmunu, mətn fenomenliyi ilə bütöv mədəniyyət hadisəsidir. Bütün etnik-kulturoloji mədəniyyət formaları ibtidaidən orta çağ düşüncəsinə və oradan da günümüzə qədər dinamik bir mənzərəni özündə ehtiva edir. Elmi-nəzəri fikrin dastanşünaslıqla bağlı formalaşdırdığı təsəvvür məsələlərin tipoloji müstəvidə xarakterini, məzmun və mətn tiplərini təhlil faktına çevirməyi aktuallaşdırır. “Şah İsmayıl” kimi fundamental dastan nümunəsinin məhz bu kontekstdə təhlili, arxitektonik sisteminin açıqlanması, mətn mexanizmlərinin aydınlaşması mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, dastan bütöv bir kanonik sistemlə səciyyələnir. Onun genetikasının problem müstəvisində təhlili, simvolik sisteminin işarələdiyi məzmunun aydınlaşması daha ciddi və əsaslandırılmış qənaət üçün gərəkli ola bilər.
“Şah İsmayıl” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən məhəbbət dastanıdır. Dastanın yaranması təqribən XVI-XVII əsrlərə düşür. Şah İsmayılın qəhrəmanlıqları, apardığı mübarizələr, qüdrətli bir dövlət yaratmaq uğrunda mücadiləsi, şair, hökmdar, təriqət şeyxi kimi fəaliyyəti folklorda onun epik obrazının yaranmasına səbəb olub. Şah İsmayılın dastan qəhrəmanı olmasının bir səbəbi dediklərimiz olubsa, digər bir səbəbi Taclıbəyim, Bəhruzə xanımla olan məhəbbət sevdalarının bədiiləşərək dastan süjeti əmələ gətirməsi ilə bağlıdır. Hər bir dastanda olduğu kimi, “Şah İsmayıl” dastanı da maraqlı quruluşa malikdir. Dastanın formalaşmasında əsas prinsiplər qəhrəmanlıq və məhəbbət mövzularıdır. Dastanın qəhrəmanlıq və ya məhəbbət dastanı adlanması süjetin məzmununda hansının üstünlük təşkil etməsindən asılıdır. M.H.Təhmasib dastan quruluşunu 3 hissəyə ayırır. Bura ustadnamə, dastanın özü və duvaqqapma aiddir.
Məhəbbət dastanları adətən ustadnamələrlə başlayır. Ustadnamə ustad sözü, ustad nəsihətidir. Ustadnamə ilə dastan arasında əlaqə birbaşa deyil. Ustadnamə ümumi mətnə giriş olsa da, onun dastanın hadisələri ilə heç bir bağlılığı yoxdur. Lakin onun mahiyyətində ümumi şəkildə etnosun əxlaq və davranış prinsiplərinə saslanan ciddi tərəflər var. Adətən ustadnamələrdən sonra giriş gəlir. Girişdə dastan qəhrəmanı haqqında məlumat verilir, atası kimdir, necə doğulub, harada dünyaya gəlib və s. Bəzi dastanlarda isə xüsusi olaraq başlanğıcda övladsızlıq motivindən istifadə olunur. Yaxud doğulanın göbəkkəsmə kimi öz əmisi qızına nişanlanması və s. hadisələr də dastanda yer alır. Bütün bu təfərrüatlardan sonra dastanın quruluşunu mətnin öz xüsusiyyətlərindən çıxış edərək təyin etmək olar.
“Şah İsmayıl” dastanında da ümumi dastan quruluşuna əsaslanan daxili sistemdən istifadə olunur. Dastan ustadnamə ilə başlayır. Ənənəvi olaraq üç ustadnamədən istifadə olunub. Ustadnamələr arasında dastançı keçid edərək “Ustadlar ustadna¬məni bir deməzlər, iki deyərlər, biz də deyək iki olsun, dostların könlü tox olsun”, “Ustadlar ustadnaməni iki deməyib, üç deyərlər, biz də deyək üç olsun” kimi hazır formalardan istifadə edir. Qeyd etdiyimiz kimi, ustadnamələri həmin hazır formalarla bir yerdə dastanın giriş hissəsi saymaq olar. Dastanda giriş hissə ilə başlayan hissə arasında müəyyən fərqlər var. Giriş hissədə ustadnamələrin dastanın quruluşuna elə bir aidiyyatı görünmür. Ancaq bu üst qatda belədir. Dastan strukturu elə bir mükəmməl janr hadisəsidir ki, onun hər bir elementi bütün vəziyyətlərdə məzmun yaratmaya, fundamental düşüncənin formalaşmasına xidmət edir. Giriş hissə bütün dastanlarda ənənə olaraq qorunur və janrın məzmun vahidi kimi səciyyələnir. Başlanğıc hissə dastanın formalaşmasında birbaşa iştirak edir. “Şah İsmayıl” dastanında da başlanğıcda övladsızlıq motivi bir tərəf kimi özünü göstərir: “Vəzirin tədbiri padşahın ağlına batdı. Elə həmin gün Ədil padşah dövlətini üç qismə böldü. İki qismini fağır-füqəraya payladı. Bundan xeyli keçdi. Bir gün padşahın qapısına bir dərviş gəldi. Padşah ona pay verdi. Dərviş payı almayıb dedi:
– Mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm.
Dərviş bu sözlərdən sonra cibindən bir alma çıxardıb padşaha verib dedi:
– Ey padşah, eşitmişəm övladın olmur. Al bu almanı soy, qabığını qulunluğundan bala doğmayan qəmərnişan madyana ver, özünü də iki qism elə, bir qismini sən ye, bir qismini arvadın yesin. Çox keçməz ki, bir oğlun olar”.
Göründüyü kimi, övladsızlıq motivi burada da bir tərəf kimi boy göstərir və dastanda ümumi məzmunu işarələyən poetik fakta çevrilir. Dastan strukturunda da fiziki-mənəvi təcrübənin modelləşməsi müxtəlifliklərlə, həyat reallıqlarının rəngarəng ifadələri ilə özünü göstərir. Övladsızlıq da xüsusi bir motiv olaraq dastanda məzmun hadisəsi kimi modelləşir. Şah İsmayılın dastanda dünyaya gəlməsi şahın saçını qırxdırarkən ağ saçlarını görməsi, övladsızlığı özünə dərd etməsi, vəzirin tədbiri ilə var-dövlətini fağır-füqəraya paylamasından sonra baş verir. Bu hadisə və buna oxşar hadisələr dastanın başlanğıc hissəsini təşkil edir. Bir növ hadisələrin sonrakı gedişi və inkişafı üçün əsas olur. Qeyd edək ki, işarə etdiyimiz iki quruluş xüsusiyyəti ancaq mürəkkəb dastanlara aiddir.
Məhəbbət dastanlarının təhkiyəsi nağıl təhkiyəsinə yaxın olduğu üçün burada nağıl elementlərindən çox istifadə olunur. Məsələn, “Şah İsmayıl” dastanında qəhrəman dərvişin verdiyi almadan dünyaya gəlir. Deməli, alma təhtəlşüurda qəhrəmanın doğulması üçün vasitədir. Onu da əlavə edək ki, məhəbbət dastanlarında qəhrəmanın qəhrəmanlığının sehrli-magik xüsusiyyəti daşıması almanın sehrli-fantastik və magik əlamətə malik olması ilə bağlıdır. Əgər alma uşaq verə bilirsə, onun gələcək fəaliyyətində də magik rol oynayır. Şah İsmayılın qəhrəman səviyyəsinə gəlib çatmasına qədər təsvir olunan qaranlıq zirzəmidə saxlanması da dastanın quruluş xüsusiyyətlərinə xas olan məxsusi əlamətidir. Şahzadələrin qaranlıq zirzəmilərdə saxlanması adəti, əsasən, qəhrəmanlıq dastanlarına xas olan xüsusiyyətdir. Şah İsmayıl qəhrəman tipi kimi qəhrəmanlıq dastanlarının obrazlarına çox yaxındır. Ona görə də onun qaranlıq zirzəmidə saxlanması xüsusi bir keyfiyyət kimi “Şah İsmayıl” dastanında nəzərə çarpdırılır.
Bu kimi kiçik hissələri nəzərə almaqla “Şah İsmayıl” dastanını aşağıdakı struktur vahidlərinə bölmək olar:
1. Övladsızlıq, möcüzəli doğuluş;
2. Qəhrəmanın təlim-tərbiyəsi;
3. Ov motivi, Şah İsmayılın ova çıxması.
Göstərilən üç hissə Şah İsmayılın fəaliyyətinin birinci dövrünü əhatə edir. Şah İsmayılın birinci və ikinci mərhələlərdən keçməsi onun gələcək fəaliyyəti üçün zəmin hazırlayır. Dastanın süjetinin inkişaf istiqaməti, mətn konstuksiyasının mürəkkəb mexanizmliyi, etnik idrak metodologiyasının universallığı tam aydınlığı ilə müşahidə olunur.
M.H.Təhmasib dastan quruluşundan danışarkən onu aşağıdakı hissələrə ayırır:
1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi;
2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları;
3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə;
4. Müsabiqə və qələbə.
Bizim yuxarıda göstərdiyimiz iki struktur vahidi M.H.Təhmasibin göstərdiyi birinci mərhələyə uyğun gəlir. Şah İsmayılın ova çıxması, ovda ceyran donuna düşmüş Gülzarla rastlaşması, məhəbbətin gücündən ürəyinin getməsi, onların bir-birinə könül verib könül alması da M.H.Təhmasibin ayırdığı ikinci mərhələyə demək olar ki, yaxındır. “Şah İsmayıl” dastanında buta məsələsi olmasa da, nəticə eynidir. Yəni aşiq və məşuq eşq mərəzinə yoluxurlar. Mahiyyəti etibarilə aşiq və məşuqənin buta alması ilə Şah İsmayılın ovda Gülzarla tanış olub onu sevməsi eynilik təşkil edirlər. “Şah İsmayıl” dastanında buta məsələsindən istifadə olunmadığına görə, ov səhnəsi bir formul olaraq qəlibləşir. Burada ov səhnəsi sevib-sevilmək üçün vasitə rolunu oynamışdır. Bu formul türk dastan düşüncəsində bir istiqamətdə zənginlik hadisəsidirsə, digər istiqamətdə “Şah İsmayıl” dastanı üçün poetik düşüncə modelidir.
“Şah İsmayıl” dastanının strukturunda iştirak edən mərhələlərdən biri də səfərə çıxma mərhələsidir. Səfərə yola düşmə butanın ardınca qəhrəmanın səfərə çıxması ilə üst-üstə jüşür. Gülzar Türkmanda Şah İsmayılın yolunu gözləyir. Burada maneə səfərə yola düşmənin ikinci səbəbi kimi də formalaşdırılıb. Ona görə də “Şah İsmayıl” dastanında səfərə yola düşmə ilə qəhrəmanın maneə ilə qarşılaşmasını dastanın dördüncü mərhələsi kimi götürmək olar. M.H.Təhmasibin göstərdiyi “qarşıya çıxan maneələr və onlara qarşı mübarizə” mərhələsini iki yerə ayıraraq “səfərə yola düşmə və maneə ilə qarşılaşma” kimi adlandırmaq olar. Adətən məhəbbət dastanlarının qəhrəmanları səfərə yola düşərkən müxtəlif macəralarla qarşılaşırlar. Belə macəralarla üzləşmə qəhrəmanın psixoloji durumunu, imkanlarını, şəxsiyyət kimi bütövlük səviyyəsini açmağa kömək edir. Məsələn, qəhrəman yolu üzərində ikinci gözəl qıza rast gəlirsə, burada onun öz eşqində möhkəm olduğunun şahidi oluruq. Epik qəhrəmana edilən təkliflər, yəni bu qızlarla evlənmə təklifi aşiqi sınaqdan keçirməyə xidmət edir. Bütün bunlar (təkliflər, maneələr, qarşılaşmalar) daha çox psixoloji təsir funksiyası daşıyır və qəhrəman haqqında dolğun təsəvvür formalaşdırır.
M.H.Təhmasibin “qabağına çıxan maneələrə qarşı mübarizə” dediyi mərhələni “Şah İsmayıl” dastanında epik qəhrəmanın Ərəb Zəngi ilə döyüşü, Ədil şahın Şah İsmayılın gətirdiyi Gülzar xanımı əlindən almaq istəməsi və s. hadisələr maneə olaraq dastanda verilib. Bütün dastanlarda maneə ilə qəhrəman arasında konflikt baş verir və bu konflikt qəhrəmanın xeyrinə həll edilir. “Şah İsmayıl” dastanında da qəhrəmanın gözlərinin çıxarılıb zülmət quyusuna salınması, Xoca Əziz tərəfindən quyudan çıxarılması, ağac altında üç göyərçinin lələyi vasitəsilə gözlərinin sağalması, sonra Şah İsmayılın intiqamını alması maneənin aradan qaldırılmasına kömək edir. Yol maneələrinin müxtəlif şəkildə olmasını M.H.Təhmasib də qeyd edir. Çox zaman yol maneələrinin aradan qaldırılmasında müxtəlif şəxslər iştirak edir. “Şah İsmayıl” dastanında da Şah İsmayıla maneəni aradan qaldırmağa Ərəb Zəngi kömək edir.
M.H.Təhmasibin verdiyi bölgü bütün məhəbbət dastanları üçün qismən qəbul oluna bilər. “Müsabiqə və qələbə” bu dastan üçün keçərli deyil. Dastanda Şah İsmayıl heç bir müsabiqədən, yarışdan keçmir. Qəhrəmanlıq dastanlarında müsabiqə at çapmaq, güləşmək kimi yollarla elçiliyə gələn oğlanların arasında keçirilir. Bu müsabiqə, yarış elçilik motivinin əsas tərkib hissəsidir. Məhəbbət dastanlarındakı aşiqlər deyişmə meydanında öz sazının qüdrətini rəqibə göstərməlidir. “Şah İsmayıl” dastanında isə bu epizodun olmaması dastanın qəhrəmanlıqla məhəbbət arasında dayanan dastan olmasını göstərir. Düzdür, “Şah İsmayıl” dastanında da qələbənin sonda verilməsinin şahidi oluruq. Bu qələbə Şah İsmayılın düşmənin üzərində çaldığı qələbədir.

Kəmalə İsmayılova
araşdırmaçı

  • 17 Mart 18:12
  • 658

Aslan İsmayılov “Sumqayıt prosesi”ni ermənilərin planına necə uyğunlaşdırdı – Mürvət Həsənli yazır

Sosial şəbəkələrdə bir tendensiya müşahidə olunmaqdadır: abırsız adamların abrına sığınanları mənəvi terroru! Klassik terrorçular başlarına maska keçirir, sosial şəbəkə terrorçuları isə trolların altında gizlənirlər. Belə trol yığınına rəhbərlik edən və ifrat abırsızlığı ziyalı adamlara qarşı silaha çevirmişlərdən biri də Krasnodar universitetinin uğursuz məzunu Aslan İsmayılovdur. Niyə uğursuz? Ona görə ki, bütün çıxışları hüquqi nihilizm, ziddiyyətlərlə doludur. Abırsızlıq və demaqogiya, faktları öz xeyrinə təhrif etmə, nəhayət, özünün əsl simasını gizlətmək üçün populizmdən geniş istifadə onun ən sevdiyi üsullarıdır. Başa düşür ki, şantaj və qısnamaya, böhtana görə bir gün hüquq-mühafizə orqanları qapısını döyəcəklər. Ona görə də özünü “xalq müdafiəçisi”, “xalq adamı” kimi təqdim etməyə çalışır ki, “ilişəndə” özünü siyasi qurban kimi təqdim edə bilsin. Bu cinayətkar və casusların özlərini sığortalamaq üçün “jurnalist” və yaxud “keşiş”, “din adamı”, “milli azlıq nümayəndəsi”, “hüquq müdafiəçisi” adları altında fəaliyyət göstərməsi nümunələrindən biridir. Biz həm öz ölkəmizin, həm də qardaş Türkiyədə baş verənlərin nümunəsində bunları çox görmüşük. Bütün xalqların folklorunda da cüzi fərqlərlə belə bir atalar sözü var: “Gözəl sözlər pis əməlləri ört-basdır etmək üçündür”. Bu atalar sözü yalançı hüquqşünas, yalançı hüquq müdafiəçısı, saxta vəkil, onun istədiyini verməyənləri sosial şəbəkə vasitəsilə şantaj edən, nəhayət, “yalançı aslan” Allahverdi İsmayılovun tam mahiyyətini ifadə edir.

Aslan İsmayılovun “Sumqayıt prosesi”ndəki missiyası

Ancaq bu dəfə mən onun Sumqayıt hadisələrinin istintaqındakı rolundan yazacam. O ilk dəfə müəmmalı şəkildə məhz Sumqayıt hadisələrinin istintaqında peyda olub. Qəribədir ki, Krasnodardan Bakıya gələn kimi dərhal birbaşa Moskvanın nəzarətində olan “Sumqayıt prosesi”ndə dövlət ittihamının müdafiəsi məhz ona tapşırılır. Halbuki, Sumqayıt hadisələrinin səhəri gün şəhərin prokuroru İsmət Qayıbov cinayət işi açmışdı. Amma Moskvadan gələnlər onu işdən kənarlaşdırdılar. Sonra işə prokuror kimi Azərbaycana yenicə gəlmiş Aslan İsmayılov təyin olundu. Nə üçün axı Moskva A.İsmayılova İ.Qayıbovdan və yaxud da Sumqayıtı və ölkəni daha yaxşı tanıyan bir başqasından daha çox etibar edirdi? Halbuki, Sumqayıtın prokuroru kimi İ.Qayıbov şəraitə daha yaxından bələd idi və istintaqa daha çox xeyir verə bilərdi. Bu sualın cavabı təbii ki, qaranlıq deyil. O, Sovet Moskvasının daha etibarlı adamı kimi seçilmişdi. Həm də məhkəmə prosesi göstərir ki, onun missiyası işi dərindən araşdırmamaq, kölgədə qalan şəxslərin və hadisələrin araşdırılmasında dərinə getməmək, təşkilatçıları axtarmamaq, Qorbaçovun, Moskvanın və erməni diasporunun tələbini yerinə yetirmək. Bəs Qorbaçov nə tələb edirdi: istintaqı “xuliqan elementlərin işi” kimi tez bağlamağı.

Ermənilər nə tələb edirdi: birincisi, cəzanın sərt olmasını və azərbaycanlılara da ölüm hökmü verilməsini, ikincisi, elə ittihamın irəli sürülməsinə çalışırdılar ki, günah məhz azərbaycanlıların üzərində qalsın və onlar “azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz” iddiası ilə Dağlıq Qarabağı Azərbaycanda ayırmağa nail olsunlar. Amma iş dərindən araşdırılar və təşkilatçılar üzə çıxardısa, onda ermənilər və Moskvadakı havadarları, onların Qarabağla ilgili planları ifşa olunardı. Odur ki, məhz Aslan İsmayılov prokuror təyin olundu və “işə” başladı. Təşkilatçılar axtarılmadan, qaranlıq məqamlar araşdırılmadan yarımçıq iş Aslan İsmayılov tərəfindən məhkəməyə təqdim olundu.

Bu məqamla bağlı Aslan İsmayılovun ziddiyyətli çıxışları var. Məsələn, kitabında yazır ki, guya o məhkəmədəki çıxışı zamanı işin tam araşdırılmadığını və təşkilatçıların tapılmadığını iddia edib. Amma deyəsən sonralar anlamağa başlayıb ki, məhkəmədəki çıxışını itirməklə anti-milli fəaliyyətini ört-basdır edə bilməyəcək. Axı bütün proses haqda sənədlər ortadadırsa yalnız bir çıxışın oğurlanması (bu barədə konkret aşağıda) ilə hamını aldatmaq olmaz. Mendeleyev cədvəlindəki kimi məlum elementlərə əsasən hələ məlum olmayanların tərkibini müəyyənləşdirmək mümkündür axı. Odur ki, A.İsmayılov yeni müsahibələrində artıq kitabdakı iddialarını təkzib edərək guya ondan işin yarımçıq şəkildə məhkəməyə çıxarılmasını Respublika Prokurorluğunun rəhbərliyi tələb edibmiş. A.İsmayılov bəs deyir və yazırdınız ki, guya ailənizi, özünüzü zərbə altında qoyaraq Qorbaçova, KQB-yə, az qala bütün SSRİ-yə qarşı gedib işi başa çatdırmağı tələb etmisiniz.

Bir tərəfdən iddia edir ki, onun Sumqayıt hadisələri ilə bağlı məhkəmədəki davranışı hüquqa və milli maraqlara uyğun olub, o biri tərəfdən də Turan agentliyinin əməkdaşı Tapdıq Fərhadoğluna (Obyektiv TV) verdiyi müsahibədə o zamankı Baş Prokuror İlyas İsmayılovu günahlandırır, məsuliyyəti onun üzərinə atır: “Mən Baş Prokurorluqda rəhbərliyə (adını çəkməsə də Baş Prokuror İlyas İsmayılov idi) dedim ki, məhkəmədə deyəcəm ki, iş saxtalaşdırılıb, bu iş Azərbaycan xalqına qarşı təxribatdır, təşkilatçılar gizlədilib. Qriqoryana da ölüm hökmü istəyəcəm. Dedilər ki, 15 ildən artıq heç kimə iş vermək olmaz. Mənə Baş Prokurorluğun rəhbərliyi dedi ki, sənin başın xarab olub? Sən DTK-nın, SSRİ Baş Prokurorluğunun əleyhinə çıxış etmək istəyirsən? Mən də dedim ki, yaxşı mən hər şeyi siz deyən kimi edəcəm. Amma məhkəmədə Qriqoryana ölüm hokum istədim”. (Xatrılatma: Sərt cəzalar erməni diasporunun tələbi idi. Mocskvada Əhmədova da onların təzyiqi ilə ölüm hökmü çıxarılmışdı).

(Dəqiqə: 14.30 – 17.30)

Şərh: Əvvəla, A.İsmayılov kitabında yazır ki, bu sözləri məhkəmədə, yekun çıxışında deyib. Amma, Obyektiv TV-yə müsahibədə deyir ki, bunu Baş Prokurorluqda bildirib və ona belə çıxışı qadağan ediblər və o da deyilən kimi edib. Bəs iddia olunan qəhrəmanlıq, kitabda iddia edilən çıxış harada qaldı? Başqa tərəfdən, o Baş Prokurorluqda bu söhbəti kiminlə etdiyini nə üçün gizlədir? Nəhayət, bu fikirləri o konkret olaraq kitabında yazdığı kimi məhkəmədə, yoxsa prokurorluqda səsləndirib?

İkincisi, bir daha işin tam hazır olmadığını iddia etdiyi halda hansı səbəbdən ölüm cəzası da daxil olmaqla hökmlər tələb edirdi?

Çox mühüm bir məqam:
iştirakçılara, əsas içraçıya ölüm hökmü veriləndən sonra təşkilatçıları kimin köməyi ilə axtarmağı “tələb etmişdi”. Bu nə məntiqdir? Bu iddiaya inananlar kimlərdir?

Nəhayət, Aslan İsmayılovun məhkəmədəki mövqeyini sübut edə biləcək mühüm sənədlərdən biri də onun çıxışının stenoqramıdır. Amma artıq qeyd edildiyi kimi, bütün sənədlər toxunulmaz qaldığı halda yalnız Aslan İsmayılovun çıxışı sənədlərin arasından müəmmalı şəkildə yoxa çıxıb.

Aslan İsmayılovun məhkəmədəki çıxışı necə yoxa çıxdı?

Və yaxud dövlət orqanları tapa bilmədiyi halda o istintaq materialların yerini haradan bilirdi?

A.İsmayılovun məhkəmədəki ittiham çıxışı itib. Bu yeganə sənəddir ki, yoxa çıxıb. A.İsmayılovun bu sənədin yoxa çıxmasında iştirakı olduğunu ciddi əsaslar var. Əvvəla, o kitabında və başqa çıxışlarında həmin çıxışa istinad edib özünü qəhrəman kimi göstərməyə çalışsa da indiyə qədər bir dəfə də həmin çıxışı dərc etmək haqda Respublika Prokurorluğuna müraciət etməyib və bunu tələb kimi qoymayıb. Deməli, hansısa səbəbdən bu barədə danışmaqdan çəkinir. Axı həmin sənədi işin arasından kiminsə yardımı ilə götürmüş olmalıdır. Bu məsələnin üstünə getməklə öz tərəfdaşını zərbə altına qoymuş olardı. İkincisi, Aslan İsmayılov dəfələrlə bəyan edib ki, dövlət orqanları istintaq materiallarını uzun müddət tapa bilmirdilər və güman edirdilər ki, onlar Moskvaya aparılıb. Məhz Aslan İsmayılov onlara deyib ki, materialları Sumqayıt prokurorluğunun zirzəmisində axtarsınlar. Deməli, Aslan İsmayılov materialların harada olduğunu bilirmiş. Bəs niyə 22 ildən sonra bu məsələni qaldırmaqda israrlı oldu. Axı 22 il idi ki, onu Sumqayıt hadisələrinin istintaqında antimilli mövqe tutmaqda ittiham edirdilər. Ona görə ki, o artıq sənədlərə əl yetirə və öz çıxışını oğurlada bilmişdi. Məhz bundan sonra kitab yazıb məhz artıq işin içində olmayan ittiham aktına istinadən özünü “qəhrəman” elan edir. Onun özünə haqq qazandırmaq üçün yeganə istinad nöqtəsi həmin ittiham çıxışıdır. O da ortalıqda yoxdur.

Bir daha təkrar edirəm: sənədlərin yerini hakimiyyət orqanlarına məhz Aslan İsmayılovun deməsi sübut edir ki, o bu sənədlərə istintaq orqanlarından əvvəl çata və kiminsə köməyi ilə ona əl gəzdirə bilib.

Ancaq onun antimilli mövqe tutaraq adamlara ifrat cəza tələb etməsi, işi Moskvanın göstərişi ilə tez bağlamağa çalışması, bununla da təşkilatçıları ört-basdır etməsi prosesin gedişində aydın olur. Bunun üçün ittiham aktının ortalıqda olmasına ehtiyac yoxdur.

Görünür A.İsmayılov Krasnodar Universitetinin üzqarası olduğu üçün əlahəzrət məntiqin onu ifşa edə biləcəyini unudub. Məntiq isə istintaqçı və hüquqşünas üçün çox vacibdir. Bəs məntiq nə deyir: aydındır ki, Aslan İsmayılov tam araşdırılmamış, yarımçıq iş üzrə müttəhimlərə ölüm hökmü də daxil olmaqla yüksək cəzalar istəyib. Bu fakt ittiham aktı olmadan da məlumdur. Bu fakt A.İsmayılovun “mən çıxışımda istintaqın başa çatdırılmadığını dedim” iddiası ilə ziddiyyət təşkil edir.

İstintaqın yarımçıq olması prokurorun məsuliyyətidir, Aslan İsmayılov!

Axı “istintaq tam başa çatmayıb” deməklə, paralel olaraq işdə ittiham olunanlara ən yüksək cəza istəmək bir araya sığmır. Başa çatmamış, tam araşdırılmamış, işin təşkilatçıları tapılmamış icraçılara necə ölüm də daxil olmaqla yüksək cəzalar istəmək olar? Bu hüquqşünas məntiqidirmi? İndiyə qədər bu ölkədə bir hüquqşünas bu adama bunu niyə irad tutmur?

Bu məqamla A.İsmayilovun ikinci məntiqsizliyi və adi hüquqi qaydaları bilməməsi, və yaxud da insanları aldatması üzə çıxır. Yenə onun kitabında qeyd etdiyi “mən ittiham çıxışında işin başa çatmadığını, qaranlıq məslələrin qaldığını və araşdırmanın davam etdirilməsini tələb etmişdim” fikrinə qayıdaq. Hər kəs bilir ki, işi tam araşdırıb başa çatdırmaq, ittiham olunanların günahının dərəcəsini və cəzasının nədən ibarət olduğunu müəyyənləşdirmək məhz prokurorun işidir. Prokuror bütün bunları hazır edib, əmin olduqdan sonra məhkəməyə müraciət edir ki, mən işi tam araşdırmışam və məhkəməyə təqdim etməyə hazıram. Aslan İsmayılov isə prokuror ki, işi məhkəməyə təqdim edib. Məntiqlə o işin tam araşdırıldığına əmin olduğu üçün bunu edib. Bəs indi hansı əsasla əksini iddia edir? Ona daha bir sual ortaya çıxır:əgər iş tam araşdırılmamışdısa nə üçün onu məhkəməyə təqdim etmişdi?

Təşkilatçıları qəsdən gizlətmək üçünmü?

Azərbaycana qarşı məkrli siyasi planları ört-basdır etmək üçünmü? Belə görünür ki, BƏLİ!

Yaxud: işin araşdırılmamış qaranlıq məqamlarını-təşkilatçılarla və b. nə üçün məhkəməyə qədər araşdırmamışdı? Belə çıxmırmı ki, təşkilatçılar da daxil olmaqla qaranlıq məqamları elə Aslan İsmayılov məhkəməyə qədərki istintaqda ört basdır edib? Axı qaranlıq məqamlara və yarımçıq araşdırmaya görə məsuliyyəti məhz prokuror kimi Aslan İsmayılov daşıyırdı. Odur ki, A.İsmayılovun ittiham aktında kitabında yazdığı kimi “işin yarımçıq olması” haqda iddiası o zaman məhkəmədə gülüş doğurardı. Elə indi də qanan adamlarda gülüş doğurur.

A. İsmayılov Sumqayıt hadisələrinin araşdırılması üzərində inhisara nail olmaq istəyir

Əvvəla, o ümid edir ki, heç kim Sumqayıt hadisələri haqda araşdırmaları oxuyub onun antimilli fəaliyyətini üzə çıxarmaq üçün aylarla vaxt sərf etməyəcək. Elə buna görə də belə arxayınlıqla yalanlar danışır. Eyni zamanda onu ifşa edə biləcək adamlara da profilaktlik tədbir kimi hücum edir ki, ifşa olunanda özünü qərəzə məruz qalmış kimi sığortalasın. Bu adam ifşa olunacağından qorxduğu üçün Sumqayıt hadisələrini araşdıranları mənəvi terrora məruz qoyur, bu mövzu ətrafında hakim fikrin yalnız ona məxsus olduğu, onun versiyasının mütləq həqiqət olduğu fikrini formalaşdırmağa çalışır. O bu mühüm tarixi hadisəni təhrif edərək öz şəxsi maraqlarına uyğunlaşdırdığı memuarını elmi əsər kimi təhsil sisteminə daxil etdirməyə çalışsa da buna nail ola bilmir və qeyzlənərək daha sanballı alternativ elmi araşdırmalar aparanlara saxta ittihamlarla hücum edir. Memuarı isə narsizm, özünəvurğunluq elementləri ilə dolu olan özünü tərif, şəxsi problemləri olan adamlara böhtan atılmasından ibarətdir. Həm iddiaların heç biri konkret sənəd və sübutlara söykənmir, yalnız özünün şəxsi mülahizələridir. O Azərbaycan xalqının başına gətirilmiş sonrakı bəlaların başlanğıcı olmuş mühüm tarixi hadisə olan Sumqayıt təxribatı üzərində inhisarına ciddi cəhdlə çalışır, söyüşür, isterika qaldırır. Axı niyə bu qədər canfəşanlıq edir? Deməli, nəyisə ört –basdır etməyə çalışır. Axı inhisarçı olmağa iddia məhz hansısa “arzuolunmaz məqamların” üzə çıxmasının qarşısını almaq üçün ola bilər. Mövzu üzərində inhisar yalnız əsl həqiqətin gizlədilməsinə xidmət edə bilər, üzə çıxmasına deyil.

İki zidd mövqedən biri məlumdursa, artıq ikincini tapmaq çox asandır

A.İsmayılov məhkəmənin hakimi Mənsur İbayevə hücum edir və bəlli olur ki, onların bu işdə mövqeləri bir-birinə zidd olub. Belə olan halda biz A.İsmayılovun məhkəmədəki indi “itmiş çıxışı”nın məzmunu haqda məntiqi nəticə çıxara bilərik. Mənsur İbayevin çıxardığı qərarda deyilir: “işdə qaranlıq məqamlar var. İş tam araşdırılmayıb. İbtidai istintaqa qaytarılsın və araşdırılsın”. (sənədin surəti İbrahim Məmmədovun kitabında var) İbayev eyni zamanda karyerası ilə riskə gedərək ölüm hökmlərini və yüksək cəzaları ləğv edir, başqa, daha yüngül cəzalarla əvəzləyir. Belə olan halda M.İbayevə əks mövqedə durmuş A.İsmayılovun mövqeyini müəyyənləşdirmək məgər çətindir? Məntiqi nəticəyə görə onlar əks mövqelərdə durduqları üçün Aslan İsmayılovun çıxışındakı tələblər Mənsur İbayevin çıxışının tam əksi, yəni belə olub: “işdə qaranlıq məqamlar yoxdur. İş tam aydınlaşdırılıb. Günahlar sübut olunub və cəzalar müəyyənləşdirilib. Ölüm hökmü, Ölüm hökmü və s”. Holms demişkən: “Eto je elementarno Vatson!” İki zidd mövqedən biri məlumdursa, artıq ikincini tapmaq çox asandır. İkinci, məchul mövqe təbii ki, birinci məlum mövqenin güzgüdəki əksidir. Elə deyil, Şerlok Holms, doktor Vatson, komissar Meqre və Martin Lüter Kinq, nəhayət, Allahverən Aslan-beşi birində?

A.İsmayılov riyakardır. O, indi də yardım üçün müraciət etdiyi Eynulla Fətullayev həbsdə olarkən Avropa məhkəməsinə göndərilmiş sənədi Azərbaycan dilinə tərcümə edərək gizli şəkildə müxtəlif instansiyalar ötürür və əvəzində hakimiyyətə yaxın adamlardan ona Milli Məclisə seçilməsinə yardım göstərməyi xahiş edirdi. A.İsmayılov bir dəfə MM-in üzvü Siyavuş Novruzova sataşanda belə məqamlardan biri üzə çıxdı. Siyavuş Novruzov ona cavab verdi: “Aslan İsmayılov əgər susmasan, mənə zəng edib dediyin sözləri Azərsell-dən alıb qəzetdə stenoqramını dərc edəcəm”. Təbii ki, Aslan İsmayılov o gündən Siyavuş Novruzovun ünvanına bir kəlmə də səsləndirməyib. Yəni tələb olunduğu kimi edib: SUSUB! Deməli, üzdə bir, arxada başqalaşmanın ifşasından qorxdu.

Mən onun əsl adının Allahverdi olduğunu, ancaq sonra Krasnodarda adını dəyişib Aslan qoyduğunu öyrənəndə bunun səbəbi haqda düşündüm. İndi başa düşürəm ki, bu hadisə onun mahiyyətini ortaya qoyan nümunələrdən biridir. Bu adama Krasnodarda başa salıblar ki, atasının qoyduğu, müsəlmanların “Allah” adlandırdığı tanrının onun adında əks olunması SSRİ-də, Rusiyada karyera etməsi üçün maneədir. O bu adla dövlət strukturlarında arzusunda olduğu yüksəklərə qalxa bilməyəcək. Həm də Krasnodarda ermənilər çoxdur və Allahverdi adı da onun məhz azərbaycanlı olduğunu büruzə verən aşkar koddur. Ancaq “Aslan” adı tatar, Dağıstanlı, kürd və s. millətlərdə də var. Odur ki, məhz “Aslan” versiyasının üzərində dayanıb. Belə olanda həm milli mənsubiyyət, həm də dini mənsubiyyət məsələlərində manevr imkanları genişlənmiş olur. Bax belə, “Allah verməmiş Aslan”, atasının qoyduğu addan imtina edib.

Adam nə zamansa dostluq etdiyi, çörək kəsdiyi, birgə işlədiyi, ona yaxşılıq etmiş elə bir şəxs qalmayıb ki, ona arxadan zərbə vurmasın. Eynulla Fətullayev və ona çox yaxşılıqlar etmiş İlyas İsmayılov haqda artıq qeyd etdim. Belə adamlar onlar, yüzlərlədir. Hakimiyyətə yaxın adamları məhz hakimiyyətə işləməkdə, “şərə xidmətdə” ittiham edir, işi çətinə düşən kimi 1993-cü ildə Heydər Əliyevi necə müdafiə etməsi haqda hay-küy qaldırıb canını hüquqi deyil, siyasi üsullarla qurtarmağa çalışır. Özünü haqq-ədalət, halal qazanc tərəfdarı kimi təqdim edir, amma 27-28 yaşlı oğlunun sürdüyü, qiyməti 200 mindən artıq olan 009 nömrəli çəhrayı Gelandevageni hansı pullarla aldığını hesabını vermir. (Bura əlavələr edə bilərsiniz. Məsələn, Mazeratti və s.) Məgər Azərbaycanda vəkillik bazarı bu qədər böyükdür ki, orada bu qədər pullar qazanmaq mümkündür? Bəs onda başqa, Aslan kimi savadsız, ziddiyyətli çıxışlar etməyi özünə sığışdırmayan vəkillər niyə onun yarısı qədər qazana bilmirlər. Amma bir məqam da var. O çoxlu pul qazanmağa imkan verə bilər. Bu dövlət orqanlarının və müxtəlif nüfuzlu adamların adından istifadə etməklə aferistlikdir. Eşitdiyimə görə o müştərilərə mühüm dövlət orqanlarında əlaqələrinin olduğunu, ehtiyac yarandıqda e-mail göndərib problemləri çatdıra bildiyini iddia edərək böyük məbləğlər tələb etməkdə mahirdir.

Belə Şeyx Nəsrullahlar çoxdur. Onların biri artıq ifşa olunub. Biz yalançı Şeyx Nəsrullahlara birlikdə yox deməyi bacarmalı, onların qurbanlarını müdafiə etməliyik! Bu hamımızın xeyrinədir!

Comments are closed, but trackbacks and pingbacks are open.