Press "Enter" to skip to content

Honorary Alumni

K.Abdullayev onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib. İ.Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onunla bağlı xatirələrini bölüşüb.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Dillər Universitetində dilçi-alim İsmixan Rəhimov adına auditoriya açılıb

Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində bu ali təhsil müəssisəsinin rektoru, Əməkdar elm xadimi, akademik Kamal Abdullayevin təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi-alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılışı olub.

Tədbirdə İ.Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən K.Abdullayev bildirib ki, azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimovun adına auditoriyanın açılması universitet üçün əlamətdar hadisədir. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək.

K.Abdullayev onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib. İ.Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onunla bağlı xatirələrini bölüşüb.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın açılmasını son günlərdə Azərbaycan Dillər Universitetinin rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi dəyərləndirib.

Tədbirdə şair Sabir Mustafa İ.Rəhimova həsr etdiyi şeirlərini oxuyub.

Görkəmli alimin qızı Sevda Rəhimova atasının adını daşıyan auditoriyanın yaradılmasına görə ailəsi adından universitetin rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Sonda İ.Rəhimovun həyat və fəaliyyəti barədə film nümayiş olunub.

İsmixan Rəhimov

Ismikhan Mammad oglu Rahimov was born in 1925 in Baku. In 1943/1946, he studied at the Foreign Languages Faculty of Azerbaijan State Pedagogical Institute, named after Lenin. In 1946, he entered the postgraduate course and since then worked as a teacher at the Foreign Languages Faculty. In 1948 he was sentenced to 25 years of imprisonment for being an active member of the anti-Soviet youth organization, which fought for the independence of Azerbaijan. He was pardoned in May 1955 and released in July 1956. From 1956 to 2004, he worked as a teacher, senior lecturer and Associate Professor at the Azerbaijan University of Languages. In 1959, he defended his thesis and received the degree of Candidate of Philological sciences. More than 10 candidates of science have been trained under his leadership. In different periods he worked as a Head of translation department, Dean of English language faculty.

He is the author of many textbooks, manuals, dictionaries, scientific articles and translations. “Practical Grammar of the English language» by I. Rahimov, published in 1966 in cooperation with T. Hidayatzade (improved version was republished in 2001), dictionaries “English-Azerbaijani” and “Azerbaijani-English”, compiled together with Z. Mirjafarova and Z. Rahimova, are still specialists’ handbooks.

I. Rahimov was the first foreign language expert to be awarded with “Shokhret” Order for his services in the field of education (October 2004).

Ismikhan Rahimov died in 2004.

Ismixan Rehimov – Wikipedia

İsmixan Rəhimov — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet “İldırım” təşkilatının qurucularından biri.

İsmixan Rəhimov
İsmixan Məmməd oğlu Rəhimov
Doğum tarixi 18 sentyabr 1925
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 15 dekabr 2004 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti alim

Mündəricat

İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır. Lakin 1948-ci ildə Sovet rejimi tərəfindən həbs edilən İsmixan Rəhimov Azərbaycan Dövlət Universitetindəki təhsilini sona çatdıra bilməmişdir.

İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə ” İldırım” adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilmişdir: İsmixan Rəhimov 25 il azadlıq, 5il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: “İsmixan Rəhimov antisovet təşkilatın 1945- ci ildə və 1944- cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökümətinin milli siyasətini pisləmiş, “İldırım” adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn ilə birlikdə Azərbaycanı görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda “Burjua millətçi respublika” yaratmaq olmuşdur”.

Mərhum professor Həbib Babayev deyirdi: “O zaman biz tələbə idik. Bu hadisə bizi həyacanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi “Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq “”.

Comments are closed, but trackbacks and pingbacks are open.