Ismət abasov azərbaycan kənd təsərrüfatı
İsmət Abasov dünən FAO-nun Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Toni Alonzo ilə də görüşüb. Onu yeni təyinat münasibətilə təbrik edib. Nazir cənab Toni Alonzonun fəaliyyəti dövründə Azərbaycanla Regional Nümayəndəlik arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Qarşı tərəf isə bu məqsəd üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Ismət abasov azərbaycan kənd təsərrüfatı
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin 4-cü iclası, İƏT-in Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası üzrə Donorların 2-ci Konfransı və Kənd Təsərrüfatı Nazirlərinin 5-ci iclasında iştirak etmək məqsədilə 12-17 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.
Səfər çərçivəsində nazir İsmət Abasov Tükiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında aqrar sahədə qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivlərinin daha da inkişaf etdirilməsi müzakirə edilib.
İsmət Abasov aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu nəzərə çatdırıb. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab edib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 50-dən artıq iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub və bu işlərə artıq start verilib. O, bu proseslərdə Türkiyə Respublikasının şirkətlərinin də iştirakının vacibliyini vurğulayaraq, bunun üçün bütün imkanların mövcudluğunu diqqətə çatdırıb. Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduğunu bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlığın digər sahələrini təmsil edən nazirliklər üçün örnək olacağına əminliyini bildirib. Səfər çərçivəsində nazir İsmət Abasovun İƏT-in digər üzv ölkələrinin kənd təsərrüfatı nazirləri ilə də görüşləri nəzərdə tutulur.
Modern.az
Xankəndi
AzVision.az-ın məlumatına görə nazir dünən FAO Sessiyası çərçivəsində regional konfranslarının sədrləri üçün təşkil olunmuş paralel tədbirdə iştirak edib. O, 2012-ci ilin 17-20 aprel tarixlərində FAO-nun Bakıda keçirilən 28-ci Avropa Regional Konfransının sədri qismində çıxış edərək Bakı Konfransında təsdiq olunmuş altı regional prioritetin FAO-nun 2014-2017-ci illər üzrə Ortamüddətli Planının əsasını təşkil etdiyini vurğulayıb. Həmçinin ölkədə və regional səviyyələrdə strateji planların hazırlanmasında həmin altı regional prioritetə əsaslanmanın vacib olduğunu qeyd edib.
FAO Konfransı Sessiyasının plenar iclasında da çıxış edən İsmət Abasov Azərbaycanın da daxil olduğu FAO-nun Avropa və Mərkəzi Asiya blokunun ən inkişaf etmiş və ən yoxsul ölkələrdən ibarət olmaqla mürəkkəb regionu əhatə etdiyini bildirib. O, bu səbəbdən bu regiona fərdi və hər bir ölkə üzrə səciyyəvi yanaşmanın tətbiq edilməsinin vacib olduğunu deyib. Eyni zamanda, regionun bir sıra ölkələrində əhalinin əksər hissəsinin kənd ərazilərində yaşamasına və gəlirlərinin də əsasən bu sahədən əldə etmələrinə baxmayaraq, iqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatı sahəsində gəlirlərin aşağı səviyyədə olması qeyd edib. Çıxışda FAO-nun əsas diqqəti regionda dövlət tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi vasitəsilə gəlirlərin artırılmasına yönəldilməsi tövsiyə olunub.
İsmət Abasov dünən FAO-nun Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Toni Alonzo ilə də görüşüb. Onu yeni təyinat münasibətilə təbrik edib. Nazir cənab Toni Alonzonun fəaliyyəti dövründə Azərbaycanla Regional Nümayəndəlik arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Qarşı tərəf isə bu məqsəd üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Ismət abasov azərbaycan kənd təsərrüfatı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.