Press "Enter" to skip to content

Azərbaycanla Masarıstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Səfir Jolt Çutoranı iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

BAKIDA KEÇİRİLƏN SƏRGİ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATINA ÖZ TÖHFƏSİNİ VERƏCƏKDİR

Bakı, 7 oktyabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, “Caspian Agro-2009” Beynəlxalq kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sərgisi Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə keçirilir. Bu sərgi Azərbaycanda aqrar sahənin mövcud vəziyyətini, görülmüş işləri, kənd təsərrüfatının dinamik inkişafını əks etdirən bir tədbirdir. Sərgidə bir çox ölkələr milli stendləri ilə iştirak edirlər. Əminəm ki, sərgi gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Həmçinin tədbir çərçivəsində şirkətlər bir-biri ilə əlaqələr yaradacaq, bunun sayəsində biz ixrac potensialımızı da artıracağıq. Beləliklə də, ölkəmiz getdikcə inkişaf edəcək, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları da, neftimiz və qazımız kimi, bütün dünyaya yayılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Masarıstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Nazir İsmət Abasov dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib. Nazir respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edildiyini, “Aqrolizinq” ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalının ilbəil artdığını bildirib.

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan İsmət Abasov hər iki ölkənin aqrar sahədə böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün tərəflərin aiddiyyəti qurumları arasında birbaşa təmasların sayının artırılmasının vacibliyini qeyd edib. Nazir Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktoru tituluna layiq görüldüyü üçün səfir Jolt Çutoraya öz təşəkkürünü bildirib və Kapoşvar Universitetinin senatının bu qərarının iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün zəmin yaradacağını qeyd edib.

Səfir Jolt Çutora cari ilin 30 avqust – 01 sentyabr tarixlərində Macarıstanın Kapoşvar şəhərində “Kapoşvarın VII Damazlıq Günləri” sərgisinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bu tədbirdə təmsil olunmasını xahiş edib. Nazir İsmət Abasov adıçəkilən tədbirdə təmsil olunacağını vəd edib.
Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir Jolt Çutoranı iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Milli.Az

İsmət Abasov: Azərbaycanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracını asanlaşdırmaq üçün ikitərəfli sazişlərin imzalanması zəruridir

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Robbert Qabriyelseni qəbul edib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Robbert Qabriyelseni qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə İ.Abasov Azərbaycan və Niderlandın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu qeyd edib, bu potensialın reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirib. Nazir Azərbaycanın kənd təsərrüfatı məhsullarının, heyvan və bitki mənşəli məhsullarının Avropa İttifaqı (Aİ), o cümlədən Niderlanda ixracının asanlaşdırılması məqsədilə müvafiq olaraq baytarlıq və fitosanitariya sahələrində ikitərəfli sazişlərin imzalanmasının zəruri olduğunu qeyd edib.

Daha sonra İ.Abasov Azərbaycanda aqrar sahənin ümumi inkişaf konsepsiyası, bu sahədə baş verən müsbət artım dinamikası, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahənin inkişafına verilən dəstək barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir son 10 ildə həyata keçirilmiş radikal iqtisadi islahatlar nəticəcəsində Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə edilmiş uğurlar sayəsində regionlarda yaşayan insanların və kənd əhalisinin rifah halının yaxşılaşdığını səfirin diqqətinə çatdırıb.

Görüşdə, həmçinin Dövlət Aqrar Universitetinin magistr, doktorant və müəllim heyətinin Niderlandın aqrar yönümlü təhsil alması imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlı toxumçuluğun və tingçiliyin təşkili sahəsində birgə texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Səfir R.Qabrielsen Azərbaycanın regionda artan rolunun və iqtisadi tərəqqisinin təqdirəlayiq olduğunu, həmçinin hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədilə mövcud imkanların daha yaxından araşdırılmasının vacibliyini qeyd edib və fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.