Press "Enter" to skip to content

6. A. Smitin kapital və təkrar istehsal haqqinda təlimi

Göründüyü kimi, 1920-ci illərin sonlarında hüquq fakültəsi əməkdaşlarının elmi yaradıcılıq fəaliyyəti də məhsuldar idi. Bu isə fakültənin gələcək inkişaf perspektivləri barədə nikbinliklə danışmağa hər cür əsaslar verirdi. Lakin əvvəlki fəsildə də göstərdiyimiz kimi, 1930-cu ilin əvvəllərində universitetin bağlanması məsələsi meydana çıxdı. Bu isə öz təsirini hüquq fakültəsinin fəaliyyətinə də labüdən göstərirdi.
1930-cu il yanvarın sonlarında universitetin yenidən təşkil edilməsi layihəsi hazırlandı və həmin layihə fevralın 1-də Xalq Maarif Komissarlığının kollegiyasında müzakirə olundu. Layihənin hazırlanmasının gedişində fakültələrin funksiyaları, onların hər birinin məqsədləri daha dəqiq müəyyənləşdirilmiş, yeni fakültələrin, məsələn, iqtisad fakültəsinin təşkili nəzərdə tutulmuş, yeni tədris planı da hazırlanmışdı. İqtisad fakültəsində əvvəlcə hüquq fakültəsinin inzibati-təsərrüfat şöbəsini ayırıb yeni fakültəyə birləşdirmək hesabına üç semestr – ikinci, üçüncü və beşinci semestrlər açmaq planlaşdırılmışdı. Birinci semestr açılmayacaqdı, çünki ikinci dərəcəli məktəblərdə və texnikumlarda yalnız 1930-cu ilin yayında buraxılış olmalı idi.
Hüquq fakültəsinin özünə gəlincə isə onu iki şöbədən – sovet aparatı üçün kadrlar hazırlayan inzibati şöbədən və sırf hüquqşünaslar hazırlayan məhkəmə şöbəsindən ibarət tərkibdə təşkil etmək nəzərdə tutulmuşdu. Hüquq fakültəsində təhsil müddəti 6-7 semestr, yəni 3-3,5 il müəyyən edilmişdi.
Lakin bu planlar yarımçıq qaldı. Proseslər işi universitetin bağlanmasına doğru aparırdı. Yuxarı direktiv orqanlar elm və təhsil ocaqlarının fəaliyyətini sırf təsərrüfat maraqlarına tabe etmək planını var gücləri ilə reallaşdırmağa çalışırdılar. Bu istiqamətdə ilk addım 1930-cu il fevralın sonlarında atıldı. Fasiləsiz istehsal təliminin təşkili, ali məktəblərin və texnikumların tədris işinə təsərrüfat orqanlarının həlledici təsirinin təmin edilməsi, müəssisələrlə tədris ocaqlarının üzvi əlaqəsinin yaradılması və bu tədris ocaqlarının məzunlarından daha səmərəli istifadə olunması üçün Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il fevralın 25-də «Ali məktəblərin və texnikumların idarələrə və təsərrüfat orqanlarına təhkim edilməsi haqqında» qərar qəbul etmişdi. Qərara görə, universitetin bir sıra fakültələri müvafiq təsərrüfat orqanlarına təhkim edilməli idi. Məsələn, ADU-nun tibb fakültəsi Xalq Səhiyyə Komissarlığına və Bakı Səhiyyə Şöbəsinə, pedaqoji fakültə Xalq Maarif Komissarlığına təhkim edilirdi. Hüquq fakültəsi isə konkret olaraq heç bir yerə təhkim olunmamışdı. O, iqtisad fakültəsi ilə birlikdə ixtisaslaşmadan asılı olaraq praktikanı və kontraktasiyanı bütün idarələrdə və müəssisələrdə təşkil etməli idi.
1930-cu il fevralın 20-də AK(b)P MK-nın Rəyasət Heyəti universitetin yenidən təşkil edilməsi haqqında rektorun məruzəsini dinləmiş və bu məruzə əsasında da ADU-nun yenidən təşkilinin geniş layihəsi hazırlanmışdı. Bu layihə ADU-nun tam şəkildə saxlanmasını, hətta bir qədər də inkişaf etdirilməsini təklif edirdi. Orada fakültələrə hətta geniş hüquqların, məsələn, şöbələrə, bölmələrə və ixtisaslara bölünmək hüququnun verilməsi də nəzərdə tutulurdu. Lakin respublika Dövlət Plan Komitəsi sosial-mədəniyyət bölməsinin 11 aprel 1930-cu il tarixli müşavirəsində bu layihə müzakirə olunarkən fakültələrə həsr edilmiş bölmə sənəddən silinmişdi. Bunun səbəbi belə təqdim edilirdi: «ADU-nun əsaslı surətdə yenidən təşkil edilməsi nəzərdə tutulduğuna görə ayrı-ayrı fakültələrin müstəqil ali məktəblər kimi ayrılması».
Azərbaycan SSR Dövlət Plan Komitəsinin 1930-cu il aprelin 15-də keçirilmiş müşavirəsinin protokolunda isə qeyd olunurdu ki, «ayrı-ayrı fakültələr institutlar kimi ayrılmaqla universitet əsaslı surətdə yenidən təşkil ediləcəyi üçün I bölmə («fakültələr üzrə» bölmə) oradan köhnəlmiş bölmə kimi çıxarılsın».
Beləliklə, 1930-cu ilin aprelində artıq bəlli oldu ki, universitet bağlanacaq və onun ayrı-ayrı fakültələri əsasında müvafiq profilli ali məktəblər təşkil ediləcək. Halbuki ADU-nun ləğvi məsələsi Dövlət Plan Komitəsinin 15 aprel müşavirəsinə qədər hətta gündəlikdə də dayanmamışdı.
Universitetin ləğvinə aparan yoldakı həlledici addım Dövlət Plan Komitəsi Rəyasət Heyətinin 21 aprel 1930-cu il tarixli iclasında qəbul olunmuş «Bəzi tədris müəssisələrinin bu tədris müəssisələrinin məhsulunun istehlakçısı olan idarələrin ixtiyarına verilməsi haqqında» qərar oldu. Sənəddə bunlar nəzərdə tutulmuşdu: ADU-nun tibb fakültəsi Xalq Səhiyyə Komissarlığına verilərək Azərbaycan Tibb İnstitutuna çevrilsin; ADU-nun pedaqoji fakültəsi Ali Pedaqoji İnstituta çevrilsin; pedaqoji institut müəllimlərin hazırlanması və yenidən hazırlanması üçün Ali Pedaqoji İnstitutun nəzdində şöbəyə çevrilsin; ADU-nun hüquq və iqtisad fakültələri isə bu məsələ ittifaq miqyasında həll olunana qədər Xalq Maarif Komissarlığının ixtiyarında saxlanılsın.
1930-cu il mayın 5-də Xalq Komissarları Sovetinin iclasında «Ali məktəblərin və texnikumların yenidən təşkil edilməsi və onların təsərrüfat orqanlarına təhkim olunması haqqında» qərar qəbul olundu. Dövlət Plan Komitəsinin təqdimatı ilə qəbul olunmuş bu qərar universitetin yenidən təşkili prosesini sentyabrın 1-dək başa çatdırmağı tələb edirdi. Sənədə görə, ADU-nun hüquq fakültəsi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sərəncamına verilməklə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutuna çevrilməli idi.
Nəhayət, Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il iyunun 19-da «Azərbaycan SSR ali məktəblərini və ali texniki məktəblərini yenidən təşkil etmək və rayonlaşdırmaq, onları müvafiq təsərrüfat orqanlarının və xalq komissarlıqlarının ixtiyarına vermək haqqında» yekun qərar qəbul etdi. Bununla da universitet müstəqil institutlara ayrıldı və onun mövcudluğuna son qoyuldu. Elə həmin ilin iyununda ADU-nun hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu (SDQHİ) yaradıldı və o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ixtiyarına verildi. Hüquq fakültəsi tarixinin universitet mərhələsinin birinci hissəsi belə yekunlaşdı.
Hüquq fakültəsinin 1930-cu ildən 1941-ci ildə yenidən ADU-nun tərkibinə qaytarılana qədərki dövr tarixi barədə danışarkən bircə onu söyləmək olar ki, hüquq fakültəsi o dövrdə öz müstəqilliyini və sırf elm-tədris ocağı funksiyasını itirmiş və partiya-sovet orqanlarının əsasən ideoloji və inzibati-təsərrüfat kadrları hazırlayan əlavəsinə çevrilmişdi. Bu isə o dövrdə cəmiyyətin həyatının istisnasız olaraq bütün sahələrində həyata keçirilən total dövlətləşdirmə siyasətinin acı nəticəsi idi. İş hətta o yerə çatmışdı ki, hüquq fakültəsinin bazasında yaradılmış instituta da elmlə, təhsil və tədrislə qətiyyən bağlı olmayan şəxslər, daha dəqiq desək, dövlət adamları, siyasi xadimlər, inzibatçılar və aparatçılar başçılıq edirdilər. Belə ki, Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru vəzifəsinə hüquq elmindən və ümumiyyətlə, elmi-pedaqoji fəaliyyətdən çox uzaq olan bir şəxs – o vaxtın görkəmli sovet dövlət xadimi B.M.Talıblı təyin olunmuşdu.
Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun bir elm-tədris ocağı kimi heç bir müstəqilliyi də yox idi. O, yalnız yuxarılardan, yəni AK(b)P MK-dan, Xalq Komissarları Sovetindən, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsindən gələn göstəriş və direktivləri, əmr və təlimatları yerinə yetirməyə məcbur idi. İnstitutda həyata keçirilən elmi-tədqiqat işlərinin bütün istiqamətləri və tematikası da ali dövlət və hökumət orqanları tərəfindən müəyyənləşdirilirdi ki, bu da son nəticədə ciddi çətinliklər törədirdi. Bu baxımdan heç də təsadüfi deyil ki, SDQHİ-nin mövcud olduğu və fəaliyyət göstərdiyi 3 il ərzində burada birbaşa hüquq elminin inkişafına xidmət edən heç bir nəzərəçarpacaq və fundamental elmi-tədqiqat işi aparılmamış, heç bir namizədlik və doktorluq dissertasiyası müdafiə edilməmiş, hətta heç bir monoqrafiya, kitab, dərslik də yazılmamışdı. İnstitut sırf hüquqşünaslar – məhkəmə, prokurorluq, ədliyyə işçiləri, elmi kadrlar yox, əsasən inzibatçılar, təsərrüfatçılar və aparatçılar hazırlayırdı.
Lakin bütün bunlar Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun bir qurum kimi tamamilə əhəmiyyətsiz olduğunu deməyə əsas vermir və verə də bilməz. Onun mövcudluğunun və fəaliyyətinin faydalı cəhətləri də var idi. Əvvəla, institut yaradılandan sonra ora qəbul artırıldı, yəni instituta cəlb edilən gənclərin sayı inzibati yollarla da olsa, hər halda xeyli çoxalmışdı. İkincisi, kütləvi savadsızlığın və milli kadr defisitinin yaşandığı bir mərhələdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu dövlət aparatı üçün yüzlərlə mütəxəssis və dövlət qulluqçusu yetişdirmişdi. Onların hər halda mütləq əksəriyyəti azərbaycanlılar idi ki, bu da Azərbaycanda həm hüquq elminin gələcək inkişafı, həm də bütövlükdə cəmiyyətin intellektual potensialının yüksəlməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli faktor rolunda çıxış edirdi.
1930-1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu şəklində fəaliyyət göstərən hüquq fakültəsinin tarixindəki növbəti mərhələ 1933-cü ildə xırda institutların ləğv edilməsi ilə başlayır. Belə ki, Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu həmin ildə təşkil olunmuş İctimai-İqtisadi İnstitutun tərkibinə qatıldı və köklü struktur islahatlarına məruz qaldı. Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə və müəllim kontingenti də təbii ki, İctimai-İqtisadi İnstitutun tərkibinə verildi və Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu özünün bu kontingenti ilə birlikdə İctimai-İqtisadi İnstitutun hüquq fakültəsinə çevrildi.
Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun yenidən ayrıca hüquq fakültəsinə çevrilməsi hüquq elmi sahəsində elmi-tədqiqat işlərinin vüsət alacağına inam yaradırdı. Çünki bir tərəfdən, fakültənin profilində, funksiyalarında və tədris planında müvafiq dəyişikliklər edilmiş, o, partiya-sovet orqanlarının əlavəsi olmaqdan qurtulmuşdu, ikinci tərəfdən isə fakültəyə rəhbərlik işi peşəkar hüquqşünasa – hələ 1927-ci ildə ADU-nun şərq fakültəsinin hüquq şöbəsinə müəllim qismində işə cəlb edilmiş görkəmli hüquqşünas-alim, böyük pedaqoq, azərbaycanlı hüquqşünasların ilk dəstəsinin nümayəndəsi, dosent M.Y.Quliyevə həvalə edilmişdi. Məhz fakültə dekanı M.Y.Quliyevin bacarıqlı təşkilatçı və istedadlı pedaqoq kimi fəaliyyətinin nəticəsində hüquq fakültəsinin əvvəlki siması özünə qayıtdı. Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi (B.M.Talıblının Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru kimi fəaliyyəti nəzərə alınmasa) daxil olmuş dosent M.Y.Quliyev İctimai-İqtisadi İnstitutun hüquq fakültəsinə 3 il başçılıq etdi. Onun dekan olduğu müddətdə – 1933-1936-cı illərdə fakültəyə tələbə qəbulu məsələsi qaydaya salındı, kafedraların təşkili işində və elm ocağı kimi fəaliyyətində nizam yaradıldı, elmi-tədqiqat işləri bərpa edilib sürətləndirildi və s.
Bu illərdə fakültənin birinci kursuna hər il 25 tələbə qəbul edilirdi. Tələbələr əsasən ədliyyə orqanlarının təcrübəli işçiləri arasından seçilir və onların peşəkar hüquqşünaslar kimi yetişməsi dekanlıq tərəfindən xüsusi nəzarətə götürülürdü. Hüquq fakültəsində oxuyan tələbələr üçün heç bir məhdudiyyət, o cümlədən yaş məhdudiyyəti qoyulmurdu. Onların hətta təhsildən ayrılmamaqla işlə təminatı məsələsi də dekanlıq tərəfindən tənzimlənirdi. Belə ki, dekanlığın təşəbbüsü və təqdimatı ilə yuxarı kursların daha hazırlıqlı və bacarıqlı tələbələri təhsildən ayrılmamaq şərtilə məhkəmə və ədliyyə orqanlarına məsul vəzifələrə göndərilirdi. Məhz dosent M.Y.Quliyevin fakültəyə rəhbərlik etdiyi vaxtlarda hüquq fakültəsində dərslər ilk dəfə olaraq rus dili ilə yanaşı həm də Azərbaycan dilində keçirilməyə başlamışdı.
O dövrdə Azərbaycan dilində hüquqa dair dərsliklər və dərs vəsaitləri yox idi. Hüquq fakültəsinin dekanlığı bu çətinliyin aradan qaldırılması məsələsinə də xüsusi diqqət yetirirdi. Fakültənin professor-müəllim heyətinin səyləri ilə 3 il ərzində hüquq elminin ən müxtəlif sahələrinə dair 13 dərslik və dərs vəsaiti Azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdu. Bundan əlavə, fakültənin azərbaycanlı müəllimlərinin elmi əsərləri də nəşr olunmuşdu. Dosent M.Y.Quliyevin «Cinayət nədir?», «Sənaye kapitalizmi dövründə cəza siyasəti», M.M.Vəkilovun «Azərbaycanda inqilaba qədər ailə hüququ», «Əxlaq və hüquq», dosent Q.Cəfərovun «Hüquqda normativizm» və «İctimai kənd məhkəmələri» adlı elmi əsərlərinin nəşri bu dövrə aiddir.
Həmin illərdə fakültənin digər müəllimlərinin də əsərləri çap olunmuşdu. Professor N.N.Pçelinin «Azərbaycanda mülkiyyət hüququ məsələsinə dair», dosent B.N.Xatuntsevin «Azərbaycan SSR Konstitusiyası» əsərləri həmin dövrdə işıq üzü görmüşdü.
İctimai-İqtisadi İnstitut bu ad altında 1936-cı ilə qədər fəaliyyət göstərdi və həmin ildən etibarən K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlandırılmağa başlandı. İctimai-İqtisadi İnstitutun Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilməsi ilə əlaqədar olaraq burada bir sıra kadr islahatları da aparılmış, bəzi vəzifələrə yeni şəxslər təyin edilmişdi.
Hüquq fakültəsində də belə dəyişiklik oldu. Belə ki, hələ 1928-ci ildə ADU-nun şərq fakültəsinin hüquq şöbəsinə müəllim kimi işə cəlb edilən dosent Qasım Cəfərov 1936-cı ildə Xalq Təsərrüfatı İnstitutunun hüquq fakültəsinin dekanı seçildi. Beləliklə, Petroqrad Universitetinin hüquq fakültəsinin 1916-cı il məzunu və mülki hüquq üzrə görkəmli alim olan professor Q.Cəfərov müstəqil hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil oldu. Qeyd edək ki, Q.Cəfərov hüquq fakültəsinə qısa fasilələrlə 16 il ərzində – 1936-1952-ci illərdə rəhbərlik edib (1948-ci ildə fakültə dekanı vəzifəsini müvəqqəti olaraq hüquq elmləri namizədi Vahid Qəhrəmanov icra etmişdi).
Hüquq fakültəsinin Azərbaycan Dövlət Universitetindən kənardakı tarixi 1941-ci ilə qədər davam etdi. Əvvəlki fəsildə də qeyd etdiyimiz kimi, 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimlərinin və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən universitetlə birdəfəlik «qovuşdu». Xalq Təsərrüfatı İnstitutu 1944-cü ilin sonlarında bərpa ediləndə hüquq fakültəsi ADU-nun tərkibində saxlanıldı.

HÜQUQ FAKÜLTƏSİNİN UNİVERSİTETDƏN KƏNARDA FƏALİYYƏTİ

§6. A.Smitin kapital və təkrar istehsal haqqinda təlimi

A.Smitə görə kapital toplanmış və maddiləşmiş əməkdir. O, kapitalın təhlilini bütün maddi istehsal dairəsinə şamil edirdi. Smitə görə “bütün kapital qənaətin nəticəsidir, kapital qənaətlə artar, israf və pis istifadə ilə azalar”. Kapitalı təbii bir kateqoriya kimi təsvir edən Smit mənfəət gətirən hər bir şeyi kapital hesab edir. Onun fikrincə kapital, istehsala başlamaq və gələcəkdə onu davam etdirmək üçün lazım olan alətlərin, xammalın, yaşayış vasitələrinin və pulun toplanmış ehtiyatıdır. Smitə görə kapital bəşər cəmiyyətinin müəyyən inkişaf mərhələsində meydana gəldikdən sonra o həmişə mövcud olmuşdur və əbədi olaraq mövcud olacaqdır; çünki belə bir ehtiyat olmadan heç bir istehsal mümkün deyil. Fiziokratlar yalnız kənd təsərrüfatında fəaliyyət göstərən kapitalı məhsuldar hesab edirdilərsə, A.Smit bütün növ kapitalı birləşdirir və hamısını məhsuldar hesab edir, o sənaye və ticarət kapitalı arasında mühüm fərq görmür. A.Smitin mühüm xidmətlərindən biri, onun əsas və dövriyyə kapitalı anlayışlarını inkişaf etdirməsi və bu kateqoriyaları tətbiq olunduğu sahədən asılı olmayaraq bütün fəaliyyət göstərən kapitala şamil etməsidir. O, əsas və dövriyyə kapitalı haqda yazmışdır: “Onun kapitalı (yəni sahibkarın kapitalı q.m.) müəyyən bir formada daima ondan uzaqlaşıb və sonra başqa formada ona qayıdır və yalnız bu cür, tədavüllə yaxud daimi mübadilə ilə sahibinə müəyyən mənfəət gətirir. Bu cür kapitalı dövriyyə kapitalı adlandırmaq tamamilə düzgün olar. İkinci tərəfdən, kapital torpağın yaxşılaşdırılmasına, faydalı maşın və alətlərin və ya buna bənzər predmetlərin alınmasına sərf edilə bilər ki, bu da sahibkardan başqasına keçmədən və ya tədavülə daxil olmadan gəlir və ya mənfəət gətirir, ona görə belə kapitalı qanuni olaraq əsas kapital adlandırmaq olar. (A.Smitin əsəri, I cild, səh.232, Moskva 1935). Bu barədə şəhrini davam etdirərək A.Smit yazır: “Fermerin kapitalının torpağı becərmə alətlərinə sərf edilən hissəsi əsas ka­pi­tal, əmək haqqı və fəhlələrin saxlanılmasına sərf edilən hissəsi isə dövriyyə kapitalıdır. İş heyvanlarının qiyməti və ya dəyəri, onun təsərrüfat alətlərinin qiyməti kimi əsas kapital, heyvanların saxlanmasına sərf edilən yem isə, fəhlələrin saxlanmasına sərf edilən vəsait kimi dövriyyə kapitalıdır. Həmçinin iş üçün yox, satış üçün alınan və yemlənən heyvanların qiymət və dəyəri dövriyyə kapitalıdır”, “Tacir kapitalı tamamilə dövriyyə kapitalıdır”. (A.Smitin əsəri, I cild, səh.232, M.1935). A.Smit qeyd edir ki, “əsas kapital ilk olaraq dövriyyə ka­pi­ta­lından meydana gəlib və bu mənbə hesabına daima tamamlanır və ən faydalı maşın və alət, dövriyyə kapitalsız heç nə istehsal edə bilməz. Ona görə istehsalla məşğul olan hər bir sahibkarın kapitalı mütləq iki yerə: əsas və dövriyyə kapitalına bölünür”. (A.Smitin əsəri, I cild, səh.235, 243, M.1935) Beləliklə, Smit dövriyyə kapitalı dedikdə əsasən pulu, qida ehtiyatlarını, xammalı, hazır olan, lakin hələ satılmayan əmtəələri nəzərdə tutduğu halda, maşınları və əmək alətlərini, ticarət və sənaye məqsədləri üçün tikilən binaları, torpağı və cəmiyyətin bütün üzvlərinin qabiliyyət və bacarığını əsas kapital kimi nəzərdən keçirir. Əsas kapitalla, dövriyyə kapitalı arasındakı əlaqəni Smit onda görür ki, birincisi, yəni əsas kapital yalnız ikincisinin, yəni, döv­riyyə kapitalının köməyi və iştirakı ilə fəaliyyət göstərə və mənfəət gətirə bilər. Əsas kapital “bir sahibdən digərinə keçmədən yaxud da, sonrakı tədavülsüz gəlir gətirdiyi halda dövriyyə kapitalı daim bir formada gedib, digər formada qayıdaraq” gəlir gətirir. A.Smit kapital yığımına böyük əhəmiyyət vermiş və qeyd etmişdir ki, kapitalistlər özlərinin gəlirlərinin mühüm hissəsinə qənaət edə­rək yığdıqları vəsaitləri istehsalın genişləndirilməsinə sərf edir­lər, fəhlələr üçün əlavə iş yerləri açırlar və son nəticədə cəmiyyətin sərvətinin artırılmasına səbəb olurlar. A.Smit dəfələrlə göstərmişdir ki, yığım millətin sərvətinin artırılması mənbəyidir; yığımla, qənaətlə məşğul olan hər bir insan millətin xeyirxahıdır, hər bir israfçı isə ictimai rifahın düş­mənidir. Smitin fikrincə kapitalist qənaətçilliyi istehsalatda çalışan fəhlələrin təminatı və məhsuldar fəhlələrin sayının çoxaldılmasını nəzərdə tutan fondun artmasına səbəb olur. A.Smit kapital yığımının ölkənin iqtisadi prosesləri ilə sıx əlaqədə olduğunu göstərmişdir. O, ictimai kapitalın təkrar istehsalı prosesini tədqiq edərkən ümumi gəlirlə xalis gəlirin fərqini qeyd etmişdir. Ümumi və xalis gəlir anlayışlarını irəli sürən Smit, ölkənin əhalisinin bütün illik məhsulunu ümumi gəlir, bunun fəhlənin və kapitalistin şəxsi istehlakına gedən hissəsini isə xalis gəlir adlandırır. Smitə görə xalis gəlir – bu milli gəlirdir, il ərzində əməyin yenidən yaratdığı dəyərdir. Burada sovet iqtisadçıları aydın olmayan cəhəti onda görürdülər ki, Smit xalis gəliri şəxsi istehlak fondu kimi şərh edir, onun istehsalın genişləndirilməsinə gedəcək hissəsini yada gətirmir. Lakin Smitin iqtisadi təhlillərinə dərindən diqqət yetirdikdə aydın olur ki, elə Smitin dövründə kapitalistlər öz şəxsi yığımları hesabına nəinki sadə təkrar istehsalı, habelə geniş təkrar istehsalı da həyata keçirə bilmişlər. Onun ideyalarından bəhrələnən kapitalizm cəmiyyəti sonrakı inkişaf dövründə də geniş təkrar istehsalla tərəqqi etmişdir. Smit dəfələrlə qeyd etmişdir ki, ayrıca bir əmtəənin dəyəri və eləcə də illik məhsul – əmək haqqı, mənfəət və renta kimi gəlirdən ibarətdir. İstehsal vasitələrinin dəyərinin keçirilməsi məsələsini Smit belə həll edir; istehsal vasitələrinin dəyəri son nəticədə əmək haqqı, mənfəət və rentada öz əksini tapır. Smitə görə cəmiyyətin illik məhsulunun dəyəri yalnız gəlirlərdən ibarət olur. Beləliklə ictimai kapitalın təkrar istehsalının təhlilində sovet iqtisadçılarına görə sabit kapital A.Smit tərəfindən nəzərdən qaçırılmış olur. İctimai məcmu məhsulun təhlilindən sabit kapitalın çıxarılmasını K.Marks “Smitin ehkamı” adlandırırdı.

09.07.2019 662.02 Кб 1 Kipling_The_Jungle Book.doc

19.09.2019 306.69 Кб 1 KIRA_L~1.DOC

08.11.2018 198.66 Кб 0 kit 3.doc

25.09.2019 77.81 Кб 0 kit_shpora.docx

22.11.2019 28.48 Кб 0 Klassicheskaya_mekhanika_i_volnovye_protsessy.docx

14.04.2019 461.31 Кб 5 Klassikler – Adam smith David rikardo vs.doc

15.11.2019 29.26 Кб 2 klin prakt.docx

15.08.2019 115.2 Кб 0 klishe.doc

22.11.2018 108.03 Кб 16 kluchi.doc

22.11.2018 459.26 Кб 0 Klyuchi_6-11_klass.doc

22.11.2018 459.26 Кб 5 Klyuchi_6-11_klass.doc

Ограничение

Для продолжения скачивания необходимо пройти капчу:

İstehsalın təşkili əsasları

Maddi istehsala хas оlan əlamətdir ki, о, cəmiyyətin artmaqda оlan tələbatını inkişaf edərək bdəyə bilər. Bu məsələnin müvəffəqiyyətli həlli istehsalın necə fəaliyyət göstərməsindən çох asılıdır. İstehsallar miqyasca genişləndikdə, оnların, habelə hər birinin struktur bölmələri arasında istehsal əlaqələri sıхlaşır və mürəkkəblik aradır, burada nəticələrin yaхşılaşdırılması çətinləşir. Оdur ki, itstehsalın təşkili məsləsi fоrmalaşmış оlur, belə fəaliyyətə, bu fəaliyyətin nəzəri ehtiyata tələbatı yaranır. Bütün bunlar istehsalın təşkili əsasları iqtisadi şaхə sahə elminin təsbit оlunmasına gətirib çıхarmışlar. İstehsalın təşkili əsasları iqtisadi şaхə elmini şərtləndirən оlur ki, оnun təzahürləri və sualları vardır. Bu sahə elmi yeni bilik dairəsi fоrmula etdiyindən tədris fənni qəbul edilmişdir.

Istehsalın təşkili əsasları fənninin tədris оlunmasının məqsədi-istehsalatda yüksək nailiyyətlər əldə etmək üçün burada fəaliyyət göstərən оbyektiv iqtisadi qanunların meydana çıхma yeni fоrma və metоdları ilə tələbələri silahlandırmaq, оnlarda istehsalat məsələlərinin nəzəri-əməli həllinə dair bilik zənginləşməsi hasil etməkdir.

Istehsalın təşkili əsasları fənninin tədqiqat оbyekti vardır və bu оbyekt istehsaldır. Bu fənnin öyrənilmə metоdu fəlsəfənin dialektik metоdu, metоdоlоji əsas neft və qaz sənayesinin iqtisadiyyatı sahə elmidir. Istehsalın təşkili əsasları fənnin əsas vəzifələri: istehsalın daхili və хarici əlaməti üzrə qurulma qanunauyğunluğunun inkişaf хüsusiyyətlərini dərk edib, оnlara yiyələnməkdən, istehsalın təşkili əsaslarının fоrmula оlunma mənbələrini öyrənməkdən və istehsalın təşkilinin həyata keçirildiyini əsaslandıran göstərici, vasitə və yоlları müəyyənləşdirməkdən ibarətdir. Istehsalın təşkili əsasları fənni digər tədris fənnləri ilə əlaqəli öyrənilməlidir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.