İstixarə (hacət) namazı necə qılınır
2. Qurani-Kərimlə istixarə etmək.
İstixarə nədir və necə edilir?
Ərəb dilindən tərcümədə istixarə xeyir istəmək mənasını verir. Dini anlamda istixarə – hər hansı şübhəli məsələ barədə qəti qərara gələ bilməyən şəxsin şəriətdə icazə verilmiş üsullarla həmin məsələnini cavabını öyrənmək cəhdidir. İstixarə əsasən, Qurani-kərim, təsbeh və rüqə (püşk) vasitəsilə həyata keçirilir.
İstixarənin bəzi mühüm şərtləri vardır. Əvvəla, haqqında şəriətin dəqiq göstərişi olan məsələ haqqında istixarə edilməz. Yəni bir məsələ barədə Quranda, sünnədə dəqiq hökm varsa və ya müctəhidlər qəti fətva veriblərsə, həmin hökmə və fətvaya əməl etmək lazımdır; burada istixarə yersizdir. İkincisi, haram əməli edib-etməmək barədə istixarə olunmaz. İstixarə iki halal (mübah) yoldan birini seçmək üçün edilir. Üçüncüsü, hər kəsin hər şəraitdə istixarə etməyə haqqı yoxdur. Çünki istixarə edən sanki öz sualının cavabını Allahdan soruşmuş olur. Buna görə də, istixarəni göstərilən şərtlərlə (qaydalar və dualarla) yerinə yetirmək lazımdır. İstixarə edən şəxs mənəvi baxımdan da Allahdan cavab almaq ləyaqətinə sahib olmalıdır. Dördüncüsü, Quranla istixarə edən şəxs müəyyən dərəcədə dini savada malik olmalıdır ki, istixarədə çıxan ayənin mənasını düzgün anlaya bilsin, onun müsbət yoxsa mənfi cavab bildirdiyini ayırd etsin və nəticəni doğru qiymətləndirsin. Nəhayət, daha bir şərt budur ki, eyni məsələ haqqında bir neçə dəfə istixarə etmək düzgün deyil. İstixarədə alınan cavaba qane olmaq və onunla razılaşmaq lazımdır.
İstixarənin caizliyi barədə istər şiə, istərsə də sünni mənbələrində xeyli hədis və rəvayət mövcuddur. İmam Zeynül-abidin, İmam Mühəmməd Baqir, İmam Cəfər Sadiq (ə) kimi din böyüklərinin istixarə etdikləri məlumdur. Hətta İmam Zeynül-abidinin (ə) dualarından ibarət “Səhifətüs-Səccadiyyə”nin 33-cü duası “İstixarə duası” adlanır. Şiə imamlarının istixarə haqqında buyruqları Seyid ibn Tavusun “Fəthül-əbvab”, Əllamə Məclisinin “Biharül-ənvar”, Şeyx Abbas Qumminin “Məfatihül-cinan” kitablarında verilib. Əhli-sünnə mənbələrində bildirilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə Quran surələrini necə öyrədirdisə, istixarəni də o cür öyrədirdi (Səhihül-Buxari, Təhəccüd kitabı, XXV bab, 1162-ci hədis; Tövhid kitabı, X bab, 7390-cı hədis; Sünənüt-Tirmizi, Əbvabül-vitr, XVIII bab, 480-ci hədis; Sünənü İbn Macə, Əbvabü iqamətis-sələvat, 188-ci bab, 1383-cü hədis; Sünənü İbn Macə, Kitabün-nikah, XXVII bab, 3255-ci hədis; Sünənü Əbu Davud, Kitabül-vitr, XXXI bab, 1538-ci hədis və s.).
Milli.Az islam.az-a istinadən bildirir ki, istixarənin qaydalarına gəlincə, bu barədə məlumatlar zəngin və rəngarəngdir. Quranla istixarənin bir neçə növü kitablarda təsvir edilib. Ən sadə üsul belədir: Üç dəfə İxlas surəsi oxuyub, üç dəfə Peyğəmbərə və nəslinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm). Daha sonra Qurani-kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına myraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.
Təsbehlə istixarənin qaydaları da müxtəlifdir. Qaydalardan biri budur ki, Fatihə və Qədr surələrinin hər birini 10 dəfə oxuduqdan sonra dua kitablarında qeyd edilən və “Allahümmə inni əstəxirükə li-ilmikə. ” sözləri ilə başlayan duanı oxuyurlar. Daha sonra təsbeh dənələrindən bir ovuc ayırıb cüt-cüt sayırlar. Axırda tək dənə qalsa, nəticə müsbətdir. Cüt dənə qalsa, mənfidir.
Püşklə istixarə etmək istəyən şəxs 6 ədəd kağız parçası götürüb, bunların üçünə yazır: “Bismillahir-Rəhmanir-Rəhim. Xiyərətən minəllahil-əzizil-həkim li-fülan ibn fülan, ifəl”. (Rəhman və Rəhim Allahın adı ilə. Filankəsin oğlu filankəs üçün xeyir izzət və hikmət sahibi olan Allahdandır. Bunu et). “Fülan ibn fülan” ifadəsinin yerinə istixarə edən şəxs öz adını yazır. Qalan üç kağıza da eyni duanı yazıb, axırdakı “ifəl” sözünü “la təfəl” (bunu etmə) ifadəsi ilə əvəz edir. Sonra həmin kağızları səccadənin altına qoyub iki rükət istixarə və ya hacət namazı qılır. Namazdan sonra səcdəyə gedib 100 dəfə deyir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh”. Sonra diz üstə oturub bu duanı oxuyur: “Allahümmə xir li fi cəmii ümuri fi yüsrin minkə və afiyəh” (Allahım, bütün işlərimdə mənə öz tərəfindən asanlıq və salamatçılıqla xeyir ver). Püşk kağızlarını qarışdırıb bir-biri götürmək lazımdır. Əgər “bunu et” yazılmış 3 kağız dalbadal çıxsa, deməli, həmin işi etmək məsləhətdir. Əgər 3 dəfə ardıcıl olaraq “bunu etmə” sözü çıxsa, o işdən çəkinmək lazımdır. Əgər kağızlar qarışıq çıxsa, 5 kağızı çəkdikdən sonra nəticəsinə baxırlar; hansı tərəf çoxdursa, ona əməl edirlər.
Dini mənbələrdə “istixarə namazı” adlı namaz növü də qeyd edilib. Hər hansı məsələ barədə qəti qərara gələ bilməyən adam istixarə niyyətilə 2 rükət namaz qılır. Bu namazın qılınma qaydası sübh namazı kimidir. Namazı qılıb qurtardıqdan sonra Həzrət Fatimənin (ə) təsbihatını oxuyub səcdəyə getmək və səcdədə 100 dəfə demək lazımdır: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh”. Bundan sonra Allah insanın qəlbinə həmin çətin vəziyyətdən çıxış yolunu ilham edir. İnsan öz ürəyinin səsinə qulaq asıb, həmin yolu seçməlidir.
Milli.Az
İstixarə (hacət) namazı necə qılınır?
Aleykum salam. İslamda hacət namazı, istixarə namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında, günün istənilən vaxtında qıla bilər.
İstixarə – Uca Allahdan uğur və kömək diləmək deməkdir. Cabir ibn Abdullah (radıyəllahu anhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədər və deyərdi: Sizdən biriniz bir işə başlamaq istədikdə iki rükət namaz qılsın və desin: “Allahummə inni əstəxirukə bi ilmikə və əstəqdirukə bi qudratikə və əsəlukə min fadlikə-l-azim. Fə innəkə təqdiru və lə əqdiru və tə’ləmu və lə ə’ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə’ləmu ənnə həzə-l-əmra xayrun li fi diyni və məaşi və aqibəti əmri fəq-durhu li və yəssirhu li summə barik li fih. Və in kuntə tə’ləmu ənnə həzə-l-əmra şərrun li fi diyni və məaşi və aqibəti əmri fəs-rifhu anni vəs-rifni anhu vəq-dur liyə-l-xeyra heysu kənə summə ərdini bihi”.
“aqibəti əmri” ifadəsinin yerinə “acili əmri və əcilihi” də demək olar.
Duanın mənası: “Ey Allahım! Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Ey Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et və bu işi mənim üçün asnlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəza və qədərinlə) məni məmnun et!”
İstixarə duasının təşəhhüddən sonra salamdan qabaq edilməsi daha yaxşıdır, lakin namazdan sonra da etmək olar. Həmçinin, əzbər bilmirsinizsə, bu duaın namazdan sonra kitabdan da oxumaq olar.
Qeyd edək ki, istixarə namazı bəzi insanların düşündüyü kimi yuxu və ya hər hansı bir əlamət görərək həmin işin uğurlu olacağını bilmək üçün qılınmır. İstixarə sözü xeyir diləməkdir. İstixarə duasının məzmunundan göründüyü kimi insan Uca Allahın həmin işin xeyirli olduğunu bildiyi halda ona nəsib etməsini diləyir. Bəzi insanlar istixarə namazını falçıların etdiyi istixarəyə bənzədirlər. Bu isə doğru deyildir. Çünki, istixarə etməkdə məqsəd dua edərək Allahdan xeyir diləməkdir. Hansısa işə başlamazdan əvvəl istixarə namazı qılmış şəxs bu işi araşdırmalı, başqaları ilə məsləhətləşməli, təcrübəsi olanlardan soruşmalı və qərara gəlməlidir: “. (ehtiyacın olan) işdə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”. (Ali İmran, 159).
Əgər iş alınarsa, bunun o insan üçün xeyirli olmasına ümid edilir. İstixarə namazı qıldıqdan sonra həmin iş alınmayıbsa, bunun daha xeyirli olması hesab olunur, çünki Uca Allah buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz”. (əl-Bəqərə, 216).
İstixarə necə edilir.
İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”. İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. O kəsin ki, paltarı nəcis olar və batini şəklk-şübhə ilə dolu olar, istixarə etməyə layiq deyildir.
İstixarənin növləri:
1.Dua ilə istixarə etmək.
Cabir ibni Abdullah deyir: “Rəsullah (s) istixarəni bizə öyrətmişdi. Quranda bizə surə öyrətmiş və buyurmuşdu: “Sizlərdən hər kim bir işə qəsd edərsə, vacib namazdan başqa iki rükət namaz qılsın, sonra desin:
“اللّهمّ انّى استخیرك بعلمك، و استقدرك بقدرك، و اسالك من فضلك العظیم، فانّك تقدر و لا اقدر، و تعلم و لا اعلم، و أنت علاّم الغیوب، اللّهمّ ان كنت تعلم هذا الامر و تسمیّه خیرا لی فی دینى و معاشى و عاقبة امرى فاقدره لی، و یسّره لی، و بارك لی فیه، و ان كنت تعلم انّه شرّ لی فی دینى و معاشى و عاقبة امرى فاصرفه عنّى، و اصرفنى عنه، و اقدر لی الخیر حیث ما كان، و رضّنى به”
2. Qurani-Kərimlə istixarə etmək.
İmam Sadiq (ə) buyurur: “Nə zaman Qurani-Məciddən istixarə etmək istəsən, Bismilləhir-Rahmənir-Rahimdən sonra de:
“اللّهم إن كان فی قضائِكَ و قَدَرِكَ ان تمنّ على شیعة ال محمّد صلّى اللّه علیه و آله بفرج ولیّك و حجّتك على خلقك فاخرج إلینا آیة من كتابك نستدلّ بها على ذلك
Ondan sonra Quranı aç və 6 vərəq say və 7-ci vərəqin 6-cı sətri haqqında olanları düşün”.
3. Kağız parçaları üzərinə yazılar üzrə istixarə.
Kafidə Məsumların (ə) birindən nəql edilir ki, həmin İmam (ə) səhabələrindən birindən soruşur ki, bir işi görmək istəyən zaman və ona görə məsləhətləşməyə bir nəfər tapmayanda nə edirsən?”. Sonra buyurur ki,Allahınla məsləhətləş. Deyir: Necə məsləhətləşim? Hacət və istəyini qəsd et və iki vərəqin birinə “yox” və o birisinə də “hə” yaz. Onları iki gül yumağına qoy. Sonra iki rükət namaz qıl və ətəyinin altına qoy. Sonra de:
“یا اللّه انّى اشاورك فی امرى هذا و أنت خیر مستشار و مشیر، فاشر علىّ بما فیه صلاح و حسن عاقبة”
Sonra əlini ətəyinin altına apar və birini götür. Əgər orada ”hə” olarsa, həmin əməli yerinə yetir, əgər “yox” olarsa, yerinə yetirmə”.
İmam Sadiq (ə) buyurur: “Bir dəfə “Fatihə” və 3 dəfə “İxlas” surəsini oxu. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər. Sonra de:
“ اللّهمّ انّى اسالك بحقّ الحسین و جدّه و أبیه و امّه و اخیه و الائمّة من ذرّیّته ان تصلّى على محمّد و آل محمد و ان تجعل لی الخیرة فی هذه السّبحة و ان ترانى ما هو الاصلح لی فی الدّین و الدّنیا، اللّهمّ ان كان الاصلح لی فی دینى و دنیاى و عاجل امرى و اجله فعل ما انا عازم علیه فامرنى و الاّ فانهنى انّك على كلّ شیء قدیر.
Sonra təsbihdən bir qədər götürüb sayırsan və deyirsən:
“ سُبحانَ اللَّهِ وَ الْحُمْدُ لِلَّهِ، وَ لا الهَ الاَّ اللَّهُ
Həmin tutduğun təsbehin axırına qədər. Əgər təsbehin son dənəsi “Sübhənallah” olarsa, həmin əməli yerinə yetirməməkdə ixtiyar sahibisən. Əgər “Əlhəmdulillah” olarsa, bu əmrdir və yerinə yetirə bilərsən. Əgər “Lə iləhə İlləllah” olarsa, onu yerinə yetirmə”.
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, mən bəzən bir iş görürəm, ancaq sonra peşman oluram. İmam (ə) buyurur: “Bəs niyə istixarə etmirsən?”. Buyurdu: “Sübh namazından sonra əllərini üzünün istiqamətində tutursan, deyirsən: “Allahım sən bilirsən və mən bilmirəm. Sən qeybdən xəbərdarsan, ona görə də Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, mənim iradə və əzmimdədir, xeyir və bərəkət qərar ver. Sonra səcdə et və yüz dəfə de:
“(استخیر اللَّه برحمته، استقدر اللَّه فی عافیة بقدرته
Bundan sonra sənin hacətin gələr. Hər bir halda sənin xeyrin ondadır. Allahı etdiyin şeydə müttəhim etmə”.
Bunu nəzərə almaq lazımdır ki, istixarədə hədəf işini Allaha tapşırmaqdır. Ondan yardım istəyirsən, özünü Allahın qarşısında aciz və ehtiyaclı hesab edirsən.
Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun:
“Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən” (Kəhf-102). Sonra desin: “Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən.”və yuxulasın.
Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin.
Comments are closed, but trackbacks and pingbacks are open.