Itburnu yemişan zirinc
növün orta, 262 növün isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir.
Itburnu yemişan zirinc
Daha çox (30) Gizlə
Daha çox (137) Gizlə
KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA
20:26 27.02.2021
- Şikayət et
Uzvar içkisinin faydaları
Uzvar quru meyvə, giləmeyvə və baldan hazırlanan alkoholsuz içkidir. Uzvar Ukraynanın milli içkisi hesab olunur. İçkinin adı onun hazırlanma texnologiyasına uyğun olaraq adlandırılmışdır. Bunun səbəbi isə ən çox Ukrayna bölgəsində yaşayanların bu içkidən istifadə etməsidir. Uzvarın hazırlanmasında qurudulmuş gavalı, ərik, alma, armud, albalı, kişmiş, zirinc, yemişan, böyrütkən, moruq, itburnu və s. meyvələrdən istifadə edilir. Onu hazırlamaq üçün istifadə edilən meyvə və ya giləmeyvələri quru halda satış məntəqələrindən almaq mümkündür. Uzvarun hazırlanması zamanı istifadə edilən məhsullar təmizləndikdən sonra onu dəmləmək və ya qaynatmaqla içki əldə etmək mümkündür. Ən dadlı uzvar isə dəmləmə yolu ilə əldə ediləndir. Bu içki ukraynalıların süfrəsini bayram günlərində bəzəyən 12 qidadan biridir. Bu ölkənin adamları yeni ili uzvarla qarşılamağı xoşlayırlar. Qərbi Ukraynada isə uşağın dünyaya gəlişini uzvarla qeyd edirlər. Onlar dünyaya gəlişi uzvarla qeyd edilən uşağın böyüyəndə xoşbəxt olacağına inanırlar.
Ən klassik uzvar aşağıdakı qaydada hazırlanır:
3 litr suya 200 qram quru alma, 200 qram quru armud, 100 qram quru qara gavalı, 100 qram quru albalı, zövqə görə şəkər tozu və ya bal əlavə edilir. Meyvələr əvvəlcədən 1-2 saat suda saxlanılmalıdır.
Quru meyvələr və şəkər əlavə edilmiş su qaynamağa qoyulur və 1-2 dəqiqə qaynadılır. Sonra qazan odun üstündən götürülür və qapağı kip örtülür. Qazan istü dəsmala bükülür və dəmlənməyə qoyulur. Şəkər və bal uzvara soyuduqdan sonra əlavə edilir. Bu içkinin orqanizm üçün daha da faydalı olmasına səbəb olur. Bəzən bu içkiyə darçın, limon, portağal və digər sitrus meyvələri də əlavə edilir. Bu qida əlavələri uzvarun dadını maksimum gözəl həddə çatdırır. İçkinin dadının tam olması üçün onu ən azı 2-3 saat dəmləmək lazımdır. Uzvar soyuq halda qəbul edilən içkilərdəndir.
Uzvarun faydalı xüsusiyyətləri
Uzvar vitamin və mineraıllarla zəngin bir içkidir. O orqanizmə cavanlıq, sağlamlıq və gözəllik bəxş edir. Uzvar orqanizmə müalicəvi və iltihab əleyhinə təsir göstərir. Uzvar ürək-damar, əsəb, mədə-bağırsaq və sidik sistemi xəstəlikləri zamanı çox faydalıdır. O bütün orqanların fəaliyyətinə müsbət təsir göstərir.
Uzvarın hazırlanması zamanı istifadə edilən quru meyvələrin tərkibində olan faydalı maddələr orqanizmə öz təsirini qısa bir zamanda göstərir. Onun tərkibində olan A, C, PP, B1, B2 vitaminləri, enerji, fruktoza beyinin fəaliyyətini artırır, orqanizmdən ağır metal toksinlərinin və şlakların xaic olunmasını sürətləndirir. Uzvarın tərkibində olan pektin və bromelayn piy toxumasının fəaliyyətini sürətləndirməklə onların yanmasına səbəb olur. Tərkibində kişmiş olan uzvar qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır, osteoporozun profilaktikasında böyük rol oynayır. O sinir və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir edir. Onun tərkibində olan şəkər və fruktoza orqanizm tərəfindən asan sorulur.
Tərkibində qara gavalı qurusu olan uzvarda C, PP, A, B qrup vitaminləri, dəmir, sink, mis, yod, maqnium və s. var. Bu uzvar bağırsaq fəaliyyətini sürətləndirməklə orqanizmdən xolesterinin, toksinlərin xaric olmasına səbəb olur. Tərkibində qaysı olan uzvar kalium və maqniumla zəngindir. O qan azlığından, anemiyadan və hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır.
Uzvarun zərərli xüsusiyyətləri
Uzvardan istifadə etməyin orqanizm üçün heç bir zərəri yoxdur. Onun tərkibində olan meyvələrə qarşı allergiyası olanlara uzvar içərkən diqqətli olmaq tövsiyə edilir.
Milli.Az
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
yemişan
1) обычно мн. ч. (твёрдые остроконечные образования у некоторых растений; шипы, иглы. Yemişan tikanları колючки боярышника, nar ağacının tikanları колючки гранатового дерева, qızılgül tikanları шипы розы, ayağına tikan batdı kimin наколол ногу колючкой кто, колючка вонзилась в ногу к ому, кого, чью, əlini tikan cızdı оцарапал руку колючкой; iti tikanlar mənim paltarımı cırırdı острые колючки рвали мою одежду
2) общее название некоторых колючих растений (чертополоха и др. )
3) всякое колющее мелкое остриё. Məftilin tikanları колючки проволоки
4) обычно мн. ч. твердые игольчатые образования у некоторых животных. Kirpinin tikanları колючки ежа
2. кость (рыбы). Balıq tikanları рыбьи кости
◊ tikan olub gözə (gözünə) batmaq вызывать, вызвать зависть у кого-л.; elə bil tikan üstündə oturub будто на иголках сидит; ürəyindən tikan çıxmaq получить полное удовлетворение от чего-л. (от чьей-л. неудачи, поражения, беды)
См. также в других словарях:
- yemişan — is. Qırmızımtıl qara meyvəsi olan kol bitkisi və onun meyvəsi. Yemişan kolu. Yemişan tikanı. Meşələrdə dərməyə yemişan çoxdur. – Kənddən bir qədər uzaqlaşanda çəpərliklər, sonra yol boyu axan kəhriz sularının gizləndiyi böyürtkən, yemişan… … Azərbaycan dilinin izahlı lüğəti
- yemişanlıq — is. Çoxlu yemişan bitən yer. Uşaqlar yemişanlıqda yemişan yığdılar … Azərbaycan dilinin izahlı lüğəti
- giviş — (Şahbuz) yemişan. – Pətəx’ daşda giviş ağacı çoxdu … Azərbaycan dilinin dialektoloji lüğəti
- qaradənə — (Zəngilan) yemişan. – Qaradənə meşədə çoxdu … Azərbaycan dilinin dialektoloji lüğəti
- qareyla — (Gəncə, Şuşa) yemişan. – Uşaxlar getdilər qareyla yeməyə (Gəncə) … Azərbaycan dilinin dialektoloji lüğəti
- za:ru — (Dərbənd) yemişan. – Za:runu yiyəllər də; – Yazuğ uşağ za:runi yiyib, ütgün ulub, qusa qusa qalutdu … Azərbaycan dilinin dialektoloji lüğəti
- otlaq — is. 1. Çoxlu ot bitən və mal qara otarılan yer. Naxırı otlağa buraxmaq. – İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş yavaşca yaylağa. A. S.. Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M. S.. 2. Bax otluq.… … Azərbaycan dilinin izahlı lüğəti
- qızılgöz — is. zool. Qırmızı gözlü kəpənək növü. Ən çox yayılmış tırtıllar yemişan kəpənəyi və qızılgöz adlanan kəpənəklərin tırtıllarıdır ki, bu tırtıllardan sonradan həmin kəpənəklər əmələ gəlir. «Zoologiya» … Azərbaycan dilinin izahlı lüğəti
- şehduran — is. bot. Gülçiçəklilər fəsiləsindən yüksək dağ çəmənlərində bitən bir bitki. Gülçiçəklilər fəsiləsinin bir birindən az fərqlənən cavan növləri vardır. Belə cavan və filogenetik inkişafda olan cinslərə yemişan, gül və itburnu, böyürtkən, qaytarma … Azərbaycan dilinin izahlı lüğəti
- tala — is. Meşədə ağacsız, çılpaq yer, sahə; açıqlıq. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Ç.. Meşə qurtarırkən qarşılarında kiçik bir tala açıldı. Ə. M … Azərbaycan dilinin izahlı lüğəti
Uot 581. 5 İLİsu qoruğu biTKİ ÖRTÜYÜNÜn ekoloji xarakteriSTİkasi
Açar sözlər: qoruq, bitki örtüyü, ekoloji səciyyə.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Res-
publikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə
malikdir. İlisu Dövlət Qoruğu belə ərazilərdəndir.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisi dəniz səviyyəsindən 174-3480
metrədək yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən 3480 metrədək hündür-
lükdə olan ən hündür hissəsi Axvay zirvəsidir. Ən alçaqda yerləşən sahə isə
Alazan çayı hövzəsi yanında olan Alazan (Qanıx) düzənliyində olub, hündür-
lüyü 174 metrdir. Qoruq şimaldan Zaqatala rayonunun ərazisi və Qax Dövlət
Təbiət Yasaqlığı ilə, cənubdan Samux rayonu ərazisi ilə, qərbdən Gürcüstan
respublikası ilə və şərqdən Qax rayonu meşələrinin bərpası və mühafizəsi
torpaq sahələri ilə həmsərhəddir. Qoruğun ərazisi 17381,6 ha ərazini əhatə
edir. İlisu Dövlət Təbiət Qoruğu ərazisində hündürlük fərqi 3306 metrdir [1].
Qoruğun ərazisində sıra dağlar bir-birini əvəz edir. Dağlar yaxşı və zəif inkişaf
etmiş dağlarla əhatə olunmuşdur. Dağlıq ərazidə yer daxili və xarici proses-
lərin daha güclü qarşılıqlı prosesləri baş verir. Dağlar nə qədər sürətlə qal-
xarsa, bir o qədər sürətlə dağılır. Bu süxurların qırıntıları ağırlıq qüvvəsinin
təsiri altında aşağı basılır. Buzlaqlar, dağ çayları və mövsümü axınlar yamac-
ları dəyişdirir, ovur və dağ ətəklərinə aparır. İlisu Dövlət Təbiət Qoruğunun
müasir relyefi neogenin əvvəlində formalaşmışdır. Qoruq ərazisində olan dağ
qolları cənub-qərb istiqamətində mailliyi, yüksək dağlıq ərazidə pilləvari
strukturların üstünlüyü ilə xarakterizə olunur. Çayların axın istiqaməti də
göstərir ki, İlisu Dövlət Təbiət Qoruğunun relyefi cənub-qərbə doğru maillidir.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində əsas iqlim əmələ gətirən amil-
lər aşağıdakılardır: Günəş radiasiyası, atmosfer sirkulyasiyası, relyef. İqlim
əmələ gəlməsində yamacların meylliliyinin və torpaq – bitki örtüyünün də rolu
böyükdür. Yer kürəsində baş verən qlobal istiləşmə qoruğun iqlim göstəricilə-
rində də özünü büruzə verir. Belə ki, son illər atmosfer yağıntılarının azalması
və havanın temperaturunun artması müşahidə olunur.
Qoruq ərazisində aşağıdakı iqlim tipləri formalaşmışdır: dağlıq tundra
iqlimi, qışı rütubətli keçən soyuq iqlim, yağıntıları təxminən bərabər paylanan
mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən
mülayim isti yarımsəhra və quru çöl iqlimi.
Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq
və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və hey-
vanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, tor-
paqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s.
İlk dəfə bu ərazilərin torpaqlarını ekoloji baxımdan qiymətləndirmək
üçün yasaqlıq və qoruq ərazilərində çöl torpaq tədqiqatı işləri aparılmışdır. Çöl
geobotaniki tədqiqatları zamanı aşağıdakı ağac, ot və kol bitkilərinə rast gəlin-
mişdir: Tədqiqatın obyekti vələs, palıd, cökə, ağcaqayın, yabanı gilas, qoz,
şabalıd, alça, əzgil, yemişan, itburnu, gəndalaş, böyürtkən, dəvədabanı, çoban-
yastığı, zoğal, fındıq, qıjıkimilər və s. olmuşdur. Sadalanan bitkilərin yarpaq
və gövdəsindən herbari hazırlanmışdır. Bu zaman bir sıra prinsiplərə istinad
edilmişdir. Belə ki, bitki yığımı zamanı torpaq və iqlim şəraiti, meşənin sıxlığı
nəzərə alınmış, meşənin işıqlanma xarakteri əsas götürülmüşdür.
Belə nəticəyə gəlinmişdir ki, sahəcə fıstıq üstünlük təşkil etmişdir. Daha
sonra vələs, palıd, ağcaqayın, şam (qarmaqvari) cökə, ardıc növləri yayılmışdır.
Ümumilikdə İlisu Dövlət Təbiət Qoruğu çox zəngin floraya və bitki
örtüyünə malikdir. Ümumi sahəsi 17386,6 ha olan qoruq ərazisinin çox his-
səsinin 14689,9 ha (84,51%) meşə sahəsi, 1420,3 ha (8,17%) qayalıqlar (yar-
ğanlar və sərt yamaclar), 660 ha (3,79%) meşə olmayan sahə və 40,3 (0,23%)
ha isə sututarlı sahə təşkil edir. [2]
Burada meşə ilə örtülü ərazi 13826,2 ha (79,54%) çatır ki, bu da 863,7
ha-nı (4,97%) seyrək meşəliklər və 66 ha-nı dağ çəmənlikləri təşkil edir. Azər-
baycanda yayılan 107 ağac növündən 31-dən çoxuna qoruğun ərazisində rast
gəlinir. Bunların sayca 11-i dominant növdür.
Qoruğun özünəməxsus bitki örtüyü vardır L.İ. Prilipkonun [3] bölgü-
lərinə əsasən qoruq: aşağı dağ qurşağına – 400-1800 m; orta dağ qurşağına-
600-1800 m; yuxarı dağ qurşağına – 800-2000 m (2200) hissələrə aid edilir.
Aşağı dağ qurşaqlarında kollardan Qafqaz vələsi (Carpinus caucasica),
dişli topulqa ( Spiracea crenata), alça (Prunus divaricata), əzgil (Mespilus ger-
manica), zoğal (Cornus mas), yemişan (Grataegus), qaramurdaça (Thelejera-
nia), cökə (Tilia cordata), ellipsvari qarağac (Ulmus elliptica), gəndəlaş (Sam-
bicus nigra), gərməşov (Evenymus latifolia) və s. bitki cinslərinə aid kollar,
ağacşəkilli lian-Yunan güyəməsi (Periploca graeca), hündür mərövcə (Smilax
exselsa), Pastuxov dağ sarmaşığı (Hedera Pastuchovii), meşə üzümü (Vitis
sylvestris), adi doqquzdon (Lonicera caprifilum), ağ əsmə (Clematis vitalba),
həmçinin ot şəkilli lian- adi giləzəhər (Tamus communus) və s. Onlarca çoxil-
lik ot bitkiləri vardır. Aşağı dağ qurşağında antropogen təsir altında meşə-
liklərin kolluqlarla əvəz olunması nəticəsində meşəsiz yamaclarda boz-
qırlaşmış qonur və qəhvəyi torpaqlar inkişaf edir.
Orta dağ qurşaqlarına qalxdıqca kollar nisbətən azalır, onları hündür-
boylu ağac cinsləri əvəz edir və bu qurşağı Qafqaz botanikləri fıstıqlıq qurşağı
adlandırırlar. Şimal yamaclarında fıstıqlıq qurşağı (Fagetum orientalis), cənub
yamaclarda gürcü palıdlığı (Quericetum iberica), hər ikisinin komponenti olan
şərq vələsi (Carpinus orientalis), ağcaqayının bir neçə növü (Acer spdiv), ayı-
döşəyikimilərdən Dryopteris filix-mas, Polystichum lobatum, Phyllitis scolo-
nendrium, Pteridium taurucum, Asplenium trichomanes, Asplenium adiantum-
nigrum, Polypodium vulgare, ot bitkilərindən Festuca drymeia, Galium odora-
ta, Salvia glutinosa, Fragaria vesca və s. geniş yayılmışdır. Dəniz səviyyəsindən
hündürlük azaldıqca kserofit meşələrin təsiri altında karbonatlı gilli, əhəngli və
qumlu süxurlar üzərində qəhvəyi dağ – meşə torpaqlar inkişaf etmişdir.
Yuxarı dağ qurşaqlarında Trautfetter ağcaqayını (Acer trautvetteri),
cənub yamaclarda şərq palıdı (Quercus macranthera), Şimal yamaclarda əyri
tozağacıları (Betula pendula), kolcuq bitkilərindən qaragilə (Vaccinum myr-
tillis), itburnu (Rosa), quru yamaclarda dovşanalması (Cotonneaster), ardıc
(Juniperus) və Brachypodium sylvaticum, Agrostis tenuis, Dactylis glomerata,
Trifolium repens, Doronicum macrohyllum, Senecioplatyphyles, o cümlədən
Urtica, Rumex, Dryopteris, Verbascum cinslərinin növlərindən ibarət hündür
otlar yayılmışdır. Ümumiyyətlə, yuxarı qurşaqdakı mezofil meşələrin altında
qonur dağ meşə torpaqlar əmələ gəlmişdir.
Qoruqda 300-ə qədər ali bitki növü vardır. Qoruq ərazisinin 93%-i
enliyarpaq meşəliklərlə örtülmüşdür. Onlardan əsasən çinar, palıd, vələs, qoz,
şabalıd, ağcaqayın, cökə, göyrüş və s. ağaclar yetişir [4].
Qoruğun ərazisində 300-dən artıq damar – boru sistemli bitki növlərinə
rast gəlmək olar. Onlardan 90-na yaxını ağac-kol bitkiləridir. Qoruğun florası
içərisində 50 növə yaxın endemik, nadir və tükənməkdə olan dərman bitkiləri
Floristik əlaqələrinə görə İlisu Dövlət Təbiət Qoruğunun ərazisi Qafqaz
floristik əyalətinin Baş Qafqaz bitkiliyi rayonuna aid edilir.
Meşələr əsasən gürcü və şərq palıdından, şərq fıstığından və Qafqaz və-
ləsindən ibarətdir. Bunlar həm təmiz, həm də qarışıq meşələr təşkil edir. Bu
meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, alma,
armud kimi ağaclar, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc və s. kimi kol
Qoruq Azərbaycanın cavan qoruğudur. Qoruğun florasını öyrənmək
üçün qarşıya qoyulan məqsədə qoruq florasının tam sistematik tərkibinin
öyrənilməsi, floranın inventarlaşması, həmin növlərin inkişaf xüsusiyyətlərinin
qanunauyğun şəkildə dəyişməsini öyrənmək, nadir, nəsli kəsilmək, sayı azal-
maq qorxusu olan və arealı kiçikləşməkdə olan növləri, o cümlədən Azər-
baycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və eyni zamanda “Qır-
mızı” və “Yaşıl” kitablara tövsiyə olunan bitki və bitki formalarını müəyyən
etməkdən ibarətdir. Bununla yanaşı, ərazidə rast gəlinən nadir, endemik, eləcə
də, digər növlərin ekoloji coğrafi xüsusiyyətlərini öyrənmək, onların botaniki
coğrafi analizini vermək, təsərrüfat əhəmiyyətli, ərzaq və s. olmasını aşkara
çıxarmaq əsas məqsədlərdən biri hesab olunur.
İlk dəfə olaraq İlisu Dövlət Təbiət Qoruğu planlı surətdə tədqiq edi-
lərkən 76 fəsiləyə, 290 cinsə aid olan 500 ali sporlu, çılpaqtoxumlu və çiçəkli
bitki növlərinin yayılması müəyyən edilmişdir ki, bu da Azərbaycan florasının
11,11 %-i təşkil edir [5].
Qoruğun florasında 4 relikt (Taxus baccata, Castanea sativa, Corylus ibe-
rica, Hedera Rastuchovii), 7 nəsli kəsilmək, sayı azalmaq təhlükəsində olan
(Vitas sulvertrtis, Atropa caucasica, iris reticulata, sphalanthera longifolia) və s.
18 nadir növ (Primula juliae, orchis purpurca, sphalanthera rubra, dorog-
lossum, Roza Azerbadzhanica ) və s. aşkar edilmişdir.
Tədqiq edilən növlərdən toplanmış 500 növ bitkilərdən 60 endemik növ
kimi qeyd edilmişdir ki, bunlardan 59-u Qafqaz, biri isə Azərbaycan endemik
növüdür (Roza Azerbaydzhanica) [6].
Qoruğun florasında 381 növ (76,2%) mezofil, 109 növ (21,8%) kserofil
və 10 növ (2%) hidrofil növüdür.
Ərazi florasının coğrafi xüsusiyyətlərini araşdırarkən 95 növün aşağı, 22
növün orta, 262 növün isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir.
Qoruğun florasında 31 ağac, 65 kol və kolcuq, 6 lian, 417 ot bitkiləri, o
cümlədən, 320 çox illik, 14 ikillik, 73 birillik növ aşkar edilmişdir.
Qoruq florasında müəyyən edilmiş 500 növün 33-ü qədim, 3-cü dövr 15
adventiv və 106 növü isə arealı məlum olmayan növlərdir.
Qoruq florasında 120 dərman, 157 vitaminli, 76 efir yağlı, 178 bal verən,
45 boyaq, 47 aşı maddəli, 110 bəzək, 120 qida, 65 növü isə yem əhəmiyyətli
növ kimi müəyyənləşdirilmişdir.
Beləliklə, qoruq ərazisində aşağıdakı bitki qruplaşmaları müəyyən edilmişdir.
1. Geniş areallı növlər: palıd, vələs, fıstıq, alma, armud, söyüd və s.
2. Tipik və kütləvi yerli növlər: qaraçöhrə, göyrüş, ağcaqayın, çaytikanı və s.
3. İndikator növlər: palıd, qovaq.
4. Zonanın bitki qrupu üçün səciyyəvi olan növlər: ardıc, dəmirqara, qıjı və s.
5. Nadir, nəsli kəsilməkdə olan növlər: Pastuxov daş sarmaşığı, Qırmızı
tozbaş səhləb, Qafqaz quşsəhləbi, Yuliya novruzgülü və s.
6. Xüsusi əhəmiyyətli növlər (endemik və relikt): Azərbaycan itburnusu,
giləmeyvəli qaraçöhrə, ayı fındığı, Qafqaz xurması, adi şabalıd, Pastuxov daş
Hazırda isə qoruq ərazisində nadir, relikt, nəsli kəsilmək təhlükəsi olan
və s. növlər üzərində müşahidələr aparmaq üçün bir sıra müşahidə mey-
dançaları və təcrübə sahələri salınmışdır.
Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm. 2005, 726 s.
İlisu Dövlət Qoruğu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları. Bakı: Elm,
Прилипко. Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 172 с.
Xəlilov M.Y., Əliyev F.Ş. Azərbaycan Respublikasının meşə ehtiyatı və problemləri /
Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik kon-
fransın tezisləri. Bakı: Elm, 2003, s. 22-26.
Abdullayeva T.A. İlisu Dövlət Qoruğunun florası və onun floristik analizi. B.e.n. …dis.
avtoref. Bakı, 1996, 21 s.
Əsədov K.S., Məmmədov F.M. Azərbaycan meşələrinin endemik və relikt bitkiləri / Təbii
sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik konfransın
tezisləri. Bakı: Elm, 2003, s.44-46.
ЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА РАСТИТЕЛЬНОГО ПОКРОВА
ИЛИСУИНСКОГО ЗАПОВЕДНИКА
Г.Ш.МАМЕДОВ, К.А.ГАФАРБЕЙЛИ
Была изучена экологическая характеристика растительного покрова Илисуин-
ского заповедника. Изучение собранного в ходе полевого исследования гербария из ха-
рактерных для изучаемой местности растений позволило классифицировать их по раз-
личным группам (лекарственные, декоративные, реликтовые, эндемические, редкие и
др.). Наряду с этим было проведено планомерное изучение заповедника. Проведенное
исследование, а также анализ данных различных источников позволили сделать опре-
Ключевые слова: заповедник, растительный покров, экологическая характеристика
ECOLOGICAL DESCRIPTION OF ILISU RESERVE
G.Sh.MAMMADOV, K.G.GAFARBAIYLI
The paper studies the ecological description of the plants of Ilisu Reserve. The purpose
of the article is to show groups of plants (medicinal, decorative, relic, endemic, rare and so on)
by using a herbarium collected during the field practice. Besides, the reserve has been
investigated systematically and some results referring to different sources have been received.
Key words: reserve, ecological characteristics, vegetative cover.
Redaksiyaya daxil oldu: 10.03.2011-ci il.
Çapa imzalandı: 27.05.2011-ci il.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.