Press "Enter" to skip to content

Izahlı lüğt 3cü cild

5148. İmam Rza (ə): «Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.»( Biharul-Ənvar, c. 92, səh. 19, hədis 18

Min bir gecə 3-cü cild

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как слушать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 382,05 ₽
Ваш доход с одной покупки друга: 38,20 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Длительность: 14 ч. 03 мин. 17 сек.
  • Жанр:м ифы / легенды / эпосРедактировать

Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir. “1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur. Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar. “1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir.

Подробная информация

Возрастное ограничение: 0+ Дата выхода на ЛитРес: 09 февраля 2023 Длительность: 14 ч. 03 мин. 17 сек.

Чтец: Правообладатель: Аудиокитаб ООО

«Min bir gecə 3-cü cild» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.

Izahlı lüğt 3cü cild

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan dilinin izahlı lüğəti: III cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Izahlı lüğt 3cü cild

«Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil. Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın? Bəlkə onlar (ilahi cəzadan) qorxalar.»( Nəhcül-Bəlağə, hikmət 113

5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.»( Nəhcül-Bəlağə, hikmət 5

5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).»( Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11

5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.»( Tənbihul Xəvatir, c. 78, səh.52

5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.»( Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20

5105. İmam Kazim (ə): «Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.»( Tənbihul-xəvatir, c. 1, səh. 250

1484. Fəqih kimdir?

5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca, olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz. Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.»( əl-Kafi, c. 2, səh. 55, hədis 3

5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi? Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan, Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.»( Zumər, ayə 9

5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi. Kişi dedi: Fəqihlər bunu demirlər. Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi? Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.»( Biharul-Ənvar, c.71, səh. 327, hədis 22

5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.»( Ğurərul-hikəm, hədis 8462

5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.»( Ğurərul-hikəm, hədis 6975

1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.

5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.»( Ğurərul-hikəm, hədis 1278

5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.»( Ğurərul-hikəm, hədis 8561

5113.İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.»( Ğurərul-hikəm, hədis 9207

1486. Fəqihin dünyadan köçməsi.

5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.»( Biharul-Ənvar, c.6, səh. 242, hədis 64

5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.»(Müstədrəkul-vəsail, c. 2, səh. 475, hədis 2502)

325 Düşünmək
1487. Düşünmək.

«Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.»( Tənbihul-xəvatir, c.1, səh. 284

5116. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.»( Ğurərul-hikəm, hədis 4800
5117. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.»( əl-Kafi, c. 3, səh. 242, hədis 2

5118. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.»( Məaniul Əxbar, səh. 43, hədis 1

5119. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.»( İbrahim, ayə 27
5120. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.»( Biharul-Ənvar, c. 6, səh. 228, hədis 29

5121. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.»( Tənbihul-xəvatir, c. 2, səh. 225

5122. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.»( əl-Kafi, c. 3, səh. 241, hədis 15

5123. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.»( əl-Kafi, c. 3, səh. 236, hədis 4

1488. Düşünmək kimi ibadət yoxdur.

5124. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.»( Əmali-Tusi, səh. 28, hədis 31

5125. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.»( Nəhcül-Bəlağə, xütbə 20.

5126. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.»( Səvabul-Əmal, səh. 55, hədis 1-

Maidə, ayə 32 )
1489. Düşüncəni saflaşdıran şeylər.
5127. İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.»( Əmali-Səduq, səh. 28, hədis4

5128. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?»( Kənzul-Ummal, hədis 39887

1490. Düşünülməsi qadağan olan şeylər.

5129. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.»( Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 293, hədis 6

5130. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.»( Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 565, hədis 4934

5131. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.»( Nisa, ayə 93)
1491. Qəbr.

5132. Allahın Peyğəmbəri (s): «Qəbr axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq.»( Kənzul-Ummal, hədis 39952

5133. Allahın Peyğəmbəri (s): «Axirətin ədalətinin ilk mərhələsi məşhur və ya adsız-sansız, tanınmayan qəbrlərdir.»( Kənzul-Ummal, hədis 39895

5134. Allahın Peyğəmbəri (s): «Elə bir mənzərə görmədim ki, qəbrdən daha qorxulu olsun.»( Maidə, ayə 29

5135. İmam Əli (ə): «Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.»( Səvabul-Əmal, səh. 328, hədis 9

5136. İmam Sadiq (ə): «Qəbr hər gün söhbət edir və deyir: «Mən qürbət eviyəm, mən tənhalığın eviyəm, mən qurdların eviyəm, mən qəbirəm, mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm.»( əl-Kafi, c.7, səh.276, hədis 2

5137. İmam Kazim (ə) (Çüxurun kənarında belə buyurdu):–«Bir şeyin ki, axırı budur, elə əvəlldən onu ürəyindən çıxarsan daha yaxşıdır. Bir şeyin ki, əvvəli budur, sonundan qorxsan yaxşıdır.»( Nisa, ayə 29

1492. Qəbr sorğu-sualı.

5138. Allahın Peyğəmbəri (s) («Allah iman gətirənləri dünya və axirət həyatında möhkəm və doğru sözlə gücləndirər»( əl-Kafi, c.3, səh. 112, hədis 8

) ayəsi haqda): «Burada, qəbr-də ölülərin sorğu-sualı nəzərdə tutulur.»( Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 95, hədis 5163

5139. «Tənbihul Xəvatir»: «Allahın Peyğəmbəri (s) bir gün əvvəl orada bir şəxsin dəfn olunduğu qəbrin yanından keçirdi və ailəsi ağlayırdı. Buyurdu: «Sizin gözünüzə görünməyən iki rükət adi namaz bu qəbr sahibi üçün bütün dünyanızdan daha əzizdir.»( Hicr, ayə 87

5140. İmam Sadiq (ə): «Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti. Vilayət qəbrin kün-cündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əyər-əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.»( Qəmər ayə17

5141. İmam Sadiq (ə): «Qəbrdə əsil mömin və əsil kafirdən başqa, kimsədən sorğu-sual olunmaz.»( Nəvadir ər-Ravəndi, səh.21-22

5142. İmam Əli (ə): «Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbrdir. Belə işə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat qəbr əzabıdır.»( Təfsir əl-Əyyaşi, c. 1, səh. 6, hədis 11

5143. İmam Əli (ə): «Sizdən əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb, vəhşət içində olar, sözəbaxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındadır.»( Kənzul-Ummal, hədis 4029

5144. İmam Baqir (ə): «Kim namazının rukusunu tam yerinə yetirsə, qəbrdə heç qorxu və vəhşət ona yaxın durmaz.(Biharul-Ənvar, c. 92, səh. 19, hədis 18 )

327 Öldürmək
1494. Adam öldürmək.

«Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»( Nəhcül-Bəlağə, xütbə 147.

5145. Allahın Peyğəmbəri (s): «İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.»( Nəhcül-Bəlağə, məktub 47)

5146. Allahın Peyğəmbəri (s): «Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır.»( Tuhəful-uqul, səh. 150

5147. Allahın Peyğəmbəri (s): «Əgər bütün dünya məhv olsa belə Allahın yanında onun əhəmiyyəti, nahaq yerə tökülən qandan daha azdır.»( əl-Kafi, c. 2, səh. 602, hədis 13

5148. İmam Rza (ə): «Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.»( Biharul-Ənvar, c. 92, səh. 19, hədis 18

1495. Mömini öldürmək.

«Hər kəs qəsdən bir mömini öldürsə, cəzası əbədi qalacağı cəhənnəm ola-caq. Allah ona qəzəb və lənət edər və onunçün böyük bir əzab hazırlamış-dır.»( Məaniul Əxbar, səh. 279

5149. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən sizin aranızda olam və qətlə yetirilənin cənazəsi tapılsın, ancaq qatili məlum olmasın? Əgər göylərin və yerin əhli müsəlman bir kişinin öldürülməsində əlbir olsalar, hər an Allah onların hamısına saysız-hesabsız əzab verər.»( Kənzul-Ummal, hədis 2454

5150. Allahın Peyğəmbəri (s): «Hər kəs özünün bir kəlmə sözü ilə olsa belə, möminin qətlinə kömək edərsə qiyamət günündə alnına «Allahın rəhmətindən naümid (və məhrum)» sözləri yazılmış halda Allahın görüşünə gələr.( Nəhcül-Bəlağə, xütbə 156

5151. İmam Baqir (ə): «Hər kim qəsdən bir mömini öldürsə, Allah-taala bütün günahları ona yazar və qətlə yetirilən günahlardan azad olar. Bu Allah-taalanın sözlərindəndir. Belə ki, O buyurmuşdur: «İstəyirəm ki, mənim və sənin günahlarını çiyinlərinə çəkəsən və cəhənnəm əhlindən ola-san.( Nəhcül-Bəlağə, xütbə 176, Biharul-Ənvar, c. 92, səh. 15, hədis 8)

5152. İmam Sadiq (ə) («Əgər mömin, qəsdən başqa bir mömini öldürərsə, ona tövbə düşürmü?» sualına verdiyi cavab): «İmanına görə onu öldürmüşsə, tövbə düşmür. Yox əgər qələbə və ya dünya işlərindən birinə görə öldürmüşsə, onun tövbəsi ondan qisas alınmasıdır.»( Biharul-Ənvar, c.92, səh. 186, hədis 2

1496. İntiharın qadağan olunması.

«Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə (olan) alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır.»(Kənzul-Ummal, hədis 2330 )

5153. İmam Baqir (ə): «Mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz.»( Kənzul-Ummal, hədis 2368 )

5154. İmam Sadiq (ə): «Kim bilərəkdən özünü öldürsə, həmişə cəhənnəm odunda olacaq.»( Kənzul-Ummal, hədis 2382

1497. Quran.

«Həqiqətən, biz sənə təkrarlanan yeddi ayəni («Fatihə» surəsini) və böyük Quranı əta etdik.»(Nəhcül-Bəlağə, hikmət 399

«Quranı öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma bir öyüd-nəsihət qəbul edən varmı?»(əd-Dəvat, səh. 220, hədis 600

5155. Allahın Peyğəmbəri (s): «İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun. Çünki şəfaəti qəbul olunan bir şəfaətci, şikayəti qəbul edilən bir şikayətçidir. Kim Qurana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.»(Kənzul-Ummal, hədis 2317

5156. Allahın Peyğəmbəri (s) (Allah tərəfindən) Ona «Tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq» deyilərkən «ondan xilas yolu nədir?» deyə soruşanlara): «Allahın əziz kitabı!. Batilin nə öndən, nə də arxadan ona yol tapa bilmədiyi, öyülən Alim tərəfindən nazil edilmiş bir Kitab. Elmi Qurandan qeyri yerdə axtaran hər kimsəni Allah azdırar.»(Kənzul-Ummal, hədis 2478

5157. Allahın Peyğəmbəri (s): «Quran sizinlə olsun. Onu özünüzə rəhbər edin.»(Kənzul-Ummal, hədis 2850

5158. Allahın Peyğəmbəri (s): «Quranın digər sözlərdən üstünlüyü, Allahın öz yaratdıqlarından üstünlüyü qədərdir.»(Camiul Əxbar, səh. 115, hədis 202

5159. İmam Əli (ə): «Pak olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir.»(əl-Xisal, səh. 7, hədis 21

5160. İmam Əli (ə): «Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Məbada, başqaları Qurana əməl etməkdə sizdən önə keçsinlər.»(əl-Kafi, c. 2, səh. 604, hədis 5

5161. İmam Əli (ə): «Allah-taalanın kitabını öyrənin. Çünki o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Quranı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o ən yaxşı əhvalatdır.»(Kənzul-Ummal, hədis 2347

5162. İmam Səccad (ə): «Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm.»(əl-Kafi, c. 2, səh. 603, hədis 2

1498. Quran həmişə təzədir.

5163. Allahın Peyğəmbəri (s): «Quran elə bir sənətdir ki, onsuz imkanlı olmaq, onunla yoxsul olmaq olmaz.»(Səvabul-Əmal, səh. 283, hədis 1

5164. Allahın Peyğəmbəri (s): «Kimə Quran (onu bilməyin neməti) verilibsə və o, bununla belə başqasına bundan daha çox nemət verildiyini güman etsə, şübhəsiz ki, kiçiyi böyük, böyüyü isə kiçik sanmışdır.»(Fatir, ayə 29

5165. Allahın Peyğəmbəri (s): «Hər kim əcdadlarının və gələcəkdəkilərin, dünyanın əvvəlindən sonuna qədər olan elmi öyrənmək istəyirsə, Quranı tədqiq edib dərindən düşünsün.»(Kənzul-Ummal, hədis 2257

5166. İmam Əli (ə): «Quran nə qədər təkrarlansa və qulaqlara çatsa da, yenə köhnəlməz.»(Kənzul-Ummal, hədis 2441

5167. İmam Əli (ə): «Ən böyük dərdlərin dərmanı Qurandadır: küfrün, nifaqın, puçluğun və azğınlığın dərdi»(Biharul-Ənvar, c. 92, səh. 17, hədis 18

5168. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) soruşdular: «Bu nə sirdir ki, Quran nə qədər çox oxunub bəhs edildikdə onun təzəliyi və təravəti bir o qədər artır?» Həzrət buyurdu: «Çünki Allah-taala onu yalnız xüsusi bir zaman və xüsusi insanlar üçün yaratmamışdır. Buna görə də hər bir zamanda, hər bir insan üçün qiyamət gününə qədər təzə və təravətlidir.»(Kənzul-Ummal, hədis 4032

1499. Quranı öyrənmək və onu öyrətmək.

5169. Allahın Peyğəmbəri (s): «Sizlərin ən yaxşısı Quranı öyrənən və onu başqalarına öyrədəndir.»(Kənzul-Ummal, hədis 2768

5170. Allahın Peyğəmbəri (s): «Quranı bilən kimsəyə deyiləcək: «Oxu və yuxarı yüksəl. Dünyada oxuduğun kimi tərtillə oxu. Çünki sənin məqamın oxuduğun son bir ayədədir.»(Biharul-Ənvar, c. 92, səh. 190, hədis 2

5171. Allahın Peyğəmbəri (s): «Quranı öyrənmək və onu oxumaq sizinlə olsun.»(Biharul-Ənvar, c. 2, səh. 195, hədis 10

5172. Allahın Peyğəmbəri (s): «Kim bir nəfərə Quran öyrədirsə, onun mövlasıdır. Həmin şəxs onu kimsəsiz, köməksiz qoymamalı və özünü ondan üstün tutmamalıdır.»(Kənzul-Ummal, hədis 2777

)5173. İmam Əli (ə): «Övladın ata üzərindəki hüquqlarından biri də ona yaxşı ad qoyulması, gözəl tərbiyə olunması və Quran öyrədilməsidir.»(Bəqərə, ayə 121

5174. İmam Sadiq (ə): «Layiq olanı budur ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin və ya öyrənərkən vəfat etsin.»(Sad, ayə 29

1500. Quranı əzbərləməyə həvəsləndirmək.

5175. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə, şübhəsiz ki, ən böyük nemətə qarşı hörmətsizlik və naşükrlük etmişdir.»(Tənbihul-Xəvater, c. 2, səh.236

5176. Allahın Peyğəmbəri (s): «Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir.»(Biharul-Ənvar, c. 92, səh. 213, hədis 11

5177. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsənin «filan ayəni unut-muşam» deməsi yaxşı deyil. (Belə deyil) Yadından çıxarılmışdır. Quranı (yaddaşınızda vərəqləyin və) yadınıza salın. Çünki canım əlində olana and olsun ki, Quran insanların sinəsindən, dəvə bəndindən qopandan daha tez qopar.»(Nəhl, ayə 98

5178. Allahın Peyğəmbəri (s): «Quranı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər.»(Təfsir əl-Əyyaşi, c. 2, səh. 270, hədis 68

5179. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin böyükləri və kübarları Quran daşıyanlar və gecəni ibadətdə dirigözlü açanlardır.»(Muzzəmmil, ayə 4

5180. Allahın Peyğəmbəri (s): «Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Quranı əzbər bilənlərdir. Namaz qılmağa, aşkarda və gizlində oruc tutmağa layiq olan da, Quranı əzbər biləndir.»(Nəvadir ər-Ravəndi, səh. 30

5181. Allahın Peyğəmbəri (s): «Quranı qoruyan kimsəyə, ona qarşı sərt rəftar edənə sərt olmaq yaraşmaz. Daxilində Allahın kəlamı olan (ona qarşı) cahilcəsinə rəftar edənlə ağılsız davranmaz.»(Sad, ayə 29

5182. İmam Sadiq (ə): «Qurana əməl edən hafiz, mətləb gətirən mələklər qədər hörmətli və yaxşı əməl sahibi olar.»(Biharul-Ənvar, c. 92, səh. 211, hədis 4

5183. İmam Sadiq (ə): «Kim Quranın bir surəsini unudarsa, həmin surə (cənnətdə) gözəl bir surət və yüksək məqam timsalında qarşısında canlanar. Həmin şəxs onu gördükdə soruşar: «Sən kimsən? Nə qədər gözəlsən! Ey kaş mənim olaydın.» Cavab verilər: «Məni tanımırsan? Mən filan surəyəm. Məni yadından çıxarmasaydın, səni yüksək məkana aparardım.»(əl-Kafi, c. 2, səh. 617, hədis 1

1501. Quranı avazla oxumağa həvəsləndirmək.

«Allahın kitabını oxuyan, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyənlər heç vaxt kasad olmayan ticarətə ümid bəsləmişlər.»(Hədid, ayə 16 )

5184. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə Allahı ilə söhbət etmək istəyəndə Quran oxusun.»(Kənzul-Ummal, hədis 4143 )

5185. Allahın Peyğəmbəri (s): «Ürəklər də dəmir kimi pas bağlayar.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Ürəkləri cilalayan nədir?.» Buyurdu: «Quran oxumaq.»(Uyun Əxbar ər-Riza (ə), c. 2, səh. 182, hədis 5

5186. Allahın Peyğəmbəri (s): «Quran oxumaq sənin işin olsun! Çünki Onu oxumaq günahların kəffarəsidir və alovun qarşısında pərdə, əzabdan qorunmağın səbəbidir.»(Biharul-Ənvar, c. 92, səh. 184, hədis 19 )

5187. Allahın Peyğəmbəri (s): «Övladım! Quran oxumaqdan qəflətdə qalma. Çünki Quran qəlbi dirildər və pozğunluq, pis əməl, zülm və günahdan saxlayar.»(Nəhcül-Bəlağənin şərhi, c. 10, səh. 23

1502. Gözəl səslə oxumaq.

5188. Allahın Peyğəmbəri (s): «Hər şeyin bir zivəri var və Quranın zivəri də gözəl səsdir.»(Camiul Əxbar, səh. 130, hədis 254

5189. Allahın Peyğəmbəri (s): «Quranı (xoş) səslərinizlə zinətləndirin.»(Əraf, ayə 240

5190. Allahın Peyğəmbəri (s) («Kim Quranı hamıdan daha gözəl oxuyur?» sualına verdiyi cavabdan):–«Onun Quran oxumağını eşidəndə, səsində Allahdan qorxu və qəzəbi görəsən.»(Kənzul-Ummal, hədis 2472

5191. Allahın Peyğəmbəri (s): «Quranı həzin avazla oxuyun. Çünki o həzin nazil olmuşdur.»(Kənzul-Ummal, hədis 2316)

1503. Tilavətin haqqı.

5192. İmam Sadiq (ə)(«Onlara kitab verdiklərimiz, Kitabı layiq olan şə¬kil¬də oxuyarlar»(Biharul-Ənvar, c. 92, səh. 222, hədis 7

)ayəsi haqda buyurduqlarından): «Ayələrini aydın və qısa-qı¬sa oxuyarlar. Mənalarını anlamağa çalışarlar. Hökm və fərmanlarını tət¬biq edər, vədlərinə ümid bəsləyər, əzabından qorxarlar. Əhvalatlarından ör¬nək götürər, misallardan öyüd alar, əməllərini yerinə yetirər, qada¬ğa¬larından uzaq durarlar. Allaha and olsun ki, Quranı tilavət haqqı, ayələri əzbərləmək, hərfləri və sözlərini ardıcıl oxumaq, surələrini tilavət etmək, onun beş-on cüzvünü təkrarlamaqla deyil. (bəziləri) Hərf və sözlərini əzbərlədilər, hədd və mənaları tərk etdilər. Tilavətin haqqı isə onun ayələri haqda dərin düşünməkdir. Allah-taala buyurur: Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini dərindən düşünəsən.»(Biharul-Ənvar, c.92, səh. 107, hədis 1?, Munyətul-Murid, səh. 369)

1504. Quran oxumağın qaydaları.
1. Ağzı təmizləmək.

5193. Allahın Peyğəmbəri (s): «Quranın keçdiyi yerləri təmizləyin.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Quranın keçdiyi yer haradır.» Buyurdu: «Ağızlarınız.» Ərz olundu: «Nə ilə təmizləyək?» Buyurdu: «Mis-vakla.»(Biharul-Ənvar, c.92, səh. 110, hədis 11

2. Allaha pənah aparmaq.
«Quran oxuyanda, qovulmuş şeytandan Allaha pənah apar.»

5194. İmam Sadiq (ə) (Hər surəni oxumağa başlayanda, «əuzu billahi minəş şeytanir rəcim» demək barədə suala cavabından): «Bəli, şeytanların ən alçağı olan qovulmuş şeytandan Allaha pənah apar.»

3. Tərtil (aydın və qısa-qısa oxumaq)
«Ona bir qədər (yarısı) artır və Quranı ağır-ağır oxu.»

5195. Allahın Peyğəmbəri (s) (Quranı ağır-ağır oxu» ayəsi barədə): «Quranı aydın və ağır-ağır oxu. Onu ot şitili kimi səpmə və şer kimi tələsik, qırıq-qırıq oxuma. Heyrətamiz yerlərində ləngiyin, qəlbləri onunla doyündürüb hərəkətə gətirin. Bütün səyləriniz surəni başa çatdırmaq olmasın.»

4. Dərindən düşünmək

«Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, ayələrini dərindən düşünsünlər və ağıl sahibləri ondan ibrət alsınlar.»

5196. İmam Əli (ə): «Bilin ki, Quranı düşünmədən oxumağın bir xeyri yoxdur. Bilin ki, fəhmsiz və düşüncəsiz ibadətin də bir xeyri olmaz.»

5197. İmam Sadiq (ə) (Quranı bir gecədə xətm etmək barədə suala cavabından): «Onu bir aydan az müddətə oxumağını istəmirəm.»

5.Qəlbin yumşaqlığı.

«İman gətirənlərin qəlblərinin Allahı xatırlamaq və haqdan nazil olan üçün yumşalma vaxtı gəlib çatmamışdırmı? Bundan əvvəl (səmavi) kitab verilənlər kimi olmasınlar ki, onların gözləmə müddəti uzun müddət çəkdi, qəlbləri sərtləşdi. Onların çoxu fasiq idilər.»

5198. Allahın Peyğəmbəri (s) («İnsanlardan ən gözəl Quran oxuyan kim-dir?» sualına cavabından): «Quran oxumağını eşidəndə, Allahdan qorxduğunu hiss etdiyin.»

5199. «Əyunul-Əxbaril-Rza» (ə): «İmam Rza (ə) Xorasana səfərə çıxarkən gecələr yatağında çox Quran oxuyardı. Cənnət və oddan bəhs edən ayəyə çatdıqda ağlayar, Allahdan cənnət diləyər, oddan Ona pənah aparardı.»

1505. Quranın lənətlədiyi kimsələr.
5200. Allahın Peyğəmbəri (s): «Quranın lənətlədiyi Quran oxuyanlar nə qədər də çoxdur.»

5201. Allahın Peyğəmbəri (s): «Səni (günahlardan) saxlayana qədər Quran oxumusan. Yox əgər saxlamayıbsa, Quran oxumamısan.»

5202. Allahın Peyğəmbəri (s): «Cəhənnəmdə dəmirdən bir dəyirman var və onun başında günahkar qarilər, alimlər üyüdüləcək.»

1506. Qurana qulaq asmaq.
«Quran oxunanda ona qulaq asın və susun ki, bəlkə rəhm oluna-sınız.»
5203. Allahın Peyğəmbəri (s): «Ehey! Kim Allaha müstaqdırsa, Onun sözünə qulaq assın.»

5204. Allahın Peyğəmbəri (s): «Kim Allahın kitabının bir ayəsinə qulaq asarsa, ona ikiqat savab yazılar. Kim Qurandan bir ayə oxusa qiyamət günündə həmin ayə onunçün nura çevrilər.»

5205. İmam Sadiq (ə) (Zurarənin Quran eşidən kimsənin susmasının və qulaq asmağının zərurəti haqda sualına cavabından):–«Bəli, sənin yanında Quran oxunanda, qulaq asıb sakit dayanmağın vacibdir.»

1507. Öz nəzərinə uyğun təfsirdən çəkinmək.

5206. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: Sözümü öz nəzərinə uyğun təfsir edən alim Mənə iman gətirməmişdir.»

5207. Allahın Peyğəmbəri (s): «Dünyadan köçəndən sonra ümmətim üçün ən çox qorxduğum şey, Quranı yanlış yozandır.»

5208. İmam Sadiq (ə): «Kim Quranı nəzərinə uyğun təhlil etsə və təfsiri doğru olsa, ona heç bir əcr çatmaz və əgər səhv olsa, günahı onun boynundadır.»

Comments are closed, but trackbacks and pingbacks are open.