Press "Enter" to skip to content

Jalə Əliyeva: Dövlət dili ilə bağlı qanunvericilik sərtləşdirilməlidir

Qeyd edim ki, böyük əksəriyyət də mənimlə bu məsələdə həmrəydir, onlar da mənim təklifimi dəstəkləyiblər. Odur ki, parlamentin növbəti sessiyalarından birində bu məsələyə qayıdılmalı və dövlət dilimizin qoruması ilə bağlı mövcud qanunvericilik təzələnməlidir. İnanın ki, buna çox böyük ehtiyac var. Hara baxırsan, dilimizin bərbad hala salındığını ürəkağrısı ilə müşahidə edirsən. Küçələrdə, reklam lövhələrində və çarxlarında, mediada, telekanallarda bu məsələdə böyük problemlər var. Belə olmaz axı. Bu baxımdan, dövlət dili ilə bağlı qanunvericiliyin müasirləşdirilməsi və sərtləşdirilməsi vacibdir”, – deyə J. Əliyeva sözlərinə əlavə edib.

Xarici tələbələr üçün “Azərbaycan dili” dərsliyinin üçüncü cildi çap olunmuşdur

Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi və ədəbiyyatı kafedrasının müəllimi Səbinə Əliyeva, ingilis dilinin leksikologiyası və tarixi kafedrasının müəllimi Kifayət Hacıyeva və Azərbaycan Diplomatik Akademiyasının müəllimi İradə Vahabovanın həmmüəllifliyi ilə xarici tələbələr üçün nəzərdə tutulmuş “ Azərbaycan dili” dərsliyinin üçüncü cildi çap olunmuşdur.

ADU-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan dilini xarici tələbələrə tədris etməyi nəzərdə tutan bu vəsait Azərbaycan dilini orta səviyyədə bilib, onu daha da inkişaf etdirmək istəyənlər üçündür. Kitabdakı mövzular 7 bölməyə ayrılmışdır. Hər bir bölmə də öz növbəsində 4 dərsi ehtiva edir. Hər bir dərs özündə oxu, şifahi nitq və qrammatika hissələrini birləşdirir. Bu hissələrin hər birində mövzuya uyğun olan bir sıra tapşırıqlar verilmişdir. Bu tapşırıqlar öyrənənlərə Azərbaycan dilində daha mürəkkəb şəkildə təqdim olunmuş mətni oxuyub anlamaqla, daha mürəkkəb qrammatik kateqoriyaları başa düşməklə, onlardan yazılarında və nitqlərində istifadə etməkdə yardımçı olmaqdır. Oxu bölməsində müxtəlif mövzularda mətnlər, mətnlərə aid bir sıra tapşırıqlar yer almışdır. Qrammatika hissəsi qrammatik qaydalardan, qrammatik qaydalara aid nümunələrdən, şifahi şəkildə yerinə yetirilməsi tələb olunan qrammatik tapşırıqlardan ibarətdir. Şifahi nitq bölməsinə dialoq, həm Azərbaycan, həm də xarici ölkə yazıçılarının hekayələri, kinofilmlərdən parçalar, “atalar sözləri” və müxtəlif səpkili tapşırıqlar daxil edilmişdir.

Kitabın redaktoru Azərbaycan Dillər Universitetinin prorektoru, professor Jalə Qəribovadır.

Jalə Əliyeva: Dövlət dili ilə bağlı qanunvericilik sərtləşdirilməlidir

Çox təəssüflər olsun ki, bu gün əksər media quruluşlarında, elmi və bədii ədəbiyyat nümunələrində Azərbaycan dilinin, dövlət dilinin norma və qaydalarına əməl olunmur, bu sahədə vəziyyət ürəkağrıdıcıdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, filoloq Jalə Əliyeva dilə gətirib.

O qeyd edib ki, bu sahədəki vəziyyəti tənzimləmək üçün “Dövlət dili haqqında” mövcud və qüvvədə olan qanun təkmilləşdirilməli və yenilənməlidir.

“Mən bu məsələni dəfələrlə dilə gətirmişəm: istər parlamentin plenar iclaslarında, istərsə də komitəmizin iclaslarında. Bildirmişəm ki, Azərbaycan dilinin, dövlət dilimizin qorunması, onun norma və qaydalarına əməl olunması, bu sahədə vəziyyətin normallaşdırılması üçün mütləq “Dövlət dili haqqında” qanuna qayıdılmalı, o, təkmilləşdirilməli, dövrün tələbləri və reallıqlarına uyğun olaraq, yenilənməlidir. Hətta lazım gələrsə, bu yöndə yeni qanun layihəsi hazırlanaraq, müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır.

Qeyd edim ki, böyük əksəriyyət də mənimlə bu məsələdə həmrəydir, onlar da mənim təklifimi dəstəkləyiblər. Odur ki, parlamentin növbəti sessiyalarından birində bu məsələyə qayıdılmalı və dövlət dilimizin qoruması ilə bağlı mövcud qanunvericilik təzələnməlidir. İnanın ki, buna çox böyük ehtiyac var. Hara baxırsan, dilimizin bərbad hala salındığını ürəkağrısı ilə müşahidə edirsən. Küçələrdə, reklam lövhələrində və çarxlarında, mediada, telekanallarda bu məsələdə böyük problemlər var. Belə olmaz axı. Bu baxımdan, dövlət dili ilə bağlı qanunvericiliyin müasirləşdirilməsi və sərtləşdirilməsi vacibdir”, – deyə J. Əliyeva sözlərinə əlavə edib.

“Azərbaycan dili”ndən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb

“Azərbaycan dili”ndən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb

10 Aprel , 2017 18:12

https://static.report.az/photo/2dbb50b5-1b1f-4116-8b64-17f822889bb0.jpg

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib. DİM-dən “Report”a verilən məlumata görə, imtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.