Press "Enter" to skip to content

Jurnalistin vizual nitq mədəniyyəti nəsir əhmədli

7 iyun 2022-ci il . Fakültəmiz növbəti hüznünü yaşayır. Səhərimiz kədərlə açılır. Jurnalistika fakültəsinin ağsaqqal müəllimi, Azərbaycan elminin cəfakeş alimi Nəsir Əhmədli işıqlı dünyayla sağollaşır.

Xankəndi

AzVision.az xəbər verir ki, N.Əhmədli səhər saatlarında dünyasını dəyişib. O, uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi.

Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışıb. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.

Jurnalistin vizual nitq mədəniyyəti nəsir əhmədli

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, əməkdar jurnalist Nəsir Əhmədli vəfait edib.

Day.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışıb. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.

Jurnalistin vizual nitq mədəniyyəti nəsir əhmədli

T ələbələrin yaddaşında

Nəsir Əhmədli zirvəsi

7 iyun 2022-ci il . Fakültəmiz növbəti hüznünü yaşayır. Səhərimiz kədərlə açılır. Jurnalistika fakültəsinin ağsaqqal müəllimi, Azərbaycan elminin cəfakeş alimi Nəsir Əhmədli işıqlı dünyayla sağollaşır.

Nəsir Əhmədli bizə ” Jurnalistin nitq mədəniyyəti” fənnini tədris edirdi . İlk dəfə idi ki , Nəsir müəllimin kitabında “mündəricat” sözünün ” içlik ” kimi yazıldığını görürdüm . Nəsir müəllim ana dilimizin cəfakeşi idi . Fərhad kimi dilimizin inkişafı uğrunda yorulmaq bilmədən savaşır, külüng vururdu .

Nəsir müəllimin bizim qrupa keçdiyi dərslər pandemiya dövrünə təsadüf etdi . Hər dərsi səbirsizliklə gözləyirdim. Vaxtından qabaq onlayn dərsə qoşulurdum . Hər dəfə də Nəsir müəllimi onlayn dərs otağında görürdüm :

– Salam , Əsgər, tələbələr dərsə qoşulmayıb?

– Salam , Nəsir müəllim. Xeyr , dərsin başlamağına hələ xeyli vaxt var .

Nəsir Əhmədli olduqca tələbkar, diqqətli və qayda-qanunu sevən müəllim idi . Bəzən hansısa ifadəni cümlədə doğru işlətməyəndə, sözü düz tələffüz etməyəndə müəllim anında səhvimizi düzəldir, “Çalışın belə səhvə yol verməyin” – deyirdi . İndi də Nəsir müəllimin “Əsgər, oxu “, ” Sözün mahiyyətini anla , vurğunu düz işlət” – sözləri öz səsiylə qulağımda eşidilir .

Dahilərdən biri deyirdi ki , klassika oxumaq istədiyimiz, ancaq oxumadıqlarımızdır. Nəsir Əhmədli dünənlə – klassikaya , sabahla – müasirliyə bağlı müəllim idi .

Onlayn dərslər zamanı Nəsir müəllimin kvadrat yazı masası üzərində qəzetlər, kitablar görünərdi. Gözündə eynək, əlində qələmi ilə dərs qeydlərini aparır, tez-tez masaüstü lampanın işığını yandırıb-söndürürdü. Klassik ədəbiyyat, jurnalistika nümunələrindən misal çəkir, arxaik və dilimizə yeni daxil olan ifadələrin zərgər dəqiqliyi ilə mənasını açıqlay ırdı. Nəsir müəllim, həm də sazlı-sözlü, sözü Allah qatına qaldıran adam idi .

Nəsir Əhmədli 80 il ömür yaşadı. Bu ömrün şirəsini Alakoldan aldı. Bu ömrün şirəsini Bakı Dövlət Universitetində tələbələrinin yolunda intişar etdi .

Ötən ay fakültəmiz Nəsir müəllimin 80 illik yubileyinə cəm oldu . Qəlbə məhrəm sözüylə, cana məlhəm səsiylə halallaşdı, sağollaşdı bizlərlə. Öz ucalığına – Nəsir Əhmədli zirvəsinə çəkilmək üçün .

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

525-ci qəzet.- 2022.- 11 iyun.- S.14.

Comments are closed, but trackbacks and pingbacks are open.