Jurnalistin vizual nitq mədəniyyəti
Nəsir Əhmədli ( 1 iyul 1942 , Alakol , Tovuz rayonu – 7 iyun 2022 [1] , Bakı ) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. [2]
Nesir Ehmedli – Wikipedia
Nəsir Əhmədli ( 1 iyul 1942 , Alakol , Tovuz rayonu – 7 iyun 2022 [1] , Bakı ) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. [2]
Mündəricat
- 1 Həyatı
- 2 Əmək fəaliyyəti
- 3 Tədqiqat sahəsi
- 4 Mükafatları
- 5 Kitablar
- 6 İstinadlar
- 7 Xarici keçidlər
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur [3] .
Əmək fəaliyyəti
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışır. Tədris etdiyi fənlər: “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində”. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
“Media açarı-2006“-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.
Tədqiqat sahəsi
- Jurnalistin nitq mədəniyyəti
- KİV xaricə siyasi informasiya yayımı sistemində
- Beynəlxalq radio yayımı
- Televiziya jurnalistikası
- Beynəlxalq jurnalistika və s.
Mükafatları
- 2006 – “Media açarı”
- 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı
- 2010 – “Cəsarətli qələm”
- 2010 – Əməkdar jurnalist [4]
- 2011 – BDU-nun Fəxri fərmanı
- 2012 — BDU-nun Fəxri fərmanı
- 2012 – I dərəcəli Ali Media Mükafatı
- 2014 — Mətbuat Şurasının diplomu
- 2016 – Mirzə Cəlil Ali Media Mükafatı
- 2017 – BDU-nun Fəxri fərmanı
- 2019 — III dərəcəli “Əmək” ordeni [5]
- “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı
- Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
- Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: “İşıq”, 1990, 112 s.
- Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: “Yeni nəsil”, 2002, 120 s.
- Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2003, 220 s.
- Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2004, s.
- Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во “Bakı Universiteti”, 2004, с.
- Jurnalistin nitq mədəniyyəti. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2005.
- Korifeylərin portretləri. Bakı: “Nurlan”, 2008, 280 s.
- Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
- “Jurnalistika” ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2010, 24 s.
- Con Milton və onun “Areopagitika” əsəri.Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2011, 120 s.
- Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: “Elm və təhsil”, 2014, 280 s.
- M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
- Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: “Nural-nəşr”, 2020, 45 s.
- Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.
İstinadlar
- ↑ 12Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi. Oxu.az, 2022.
- ↑Əsgər İsmayılov. Nəzmin, nəsrin “itirdiyi” Nəsir Əhməd // Bütöv Azərbaycan (qəzet). № 21 (448). 10.06.2022. S. 4.
- ↑APA TV.“Nəsir Əhmədli doğma kəndində torpağa tapşırıldı” (az.) . Youtube.com. 08.06.2022. 2022-06-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-06-08 .
- ↑”Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. 2021-08-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-08-21 .
- ↑Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [ölü keçid]
Xarici keçidlər
- “Parça yaxşı olmalıdır ki, dərzi yaxşı paltar tiksin”Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- [1] [ölü keçid]
Jurnalistin vizual nitq mədəniyyəti
Fənnin məqsədi: Fənni tədris etməkdə məqsəd tələbələrə nitq və nitq mədəniyyəti anlayışıarının mahiyyətini izah etmək, jurnalist nitqinin adi nitqdən fərqlərini öyrətmək, vizual, audial və audiovizual nitqlərin özəlliklərini anlatmaqdır. Bununla yanaşı, tədris zamanı danışıq texnikasına, ünsiyyət yaratmaq bacarığına, orfoepiya qaydalarına əməl edilməsinə də xüsusi diqqət yetirilir.
Fənnin əhəmiyyəti: Tələbələr nitq mədəniyyətinə yiyələnməklə ədəbi dilin normalarını, nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliyini öyrənirlər.
Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal – mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.
İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.
İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100
B – “Çox yaxşı” – 81-90
C- “Yaxşı”- 71-80
D – “Kafi” – 61-70
E – “Qənaətbəxş” – 51-60
F – “Qeyri-kafi” – 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Jurnalistin vizual nitq mədəniyyəti
5 İyul 2012, 16:23
Bu gün əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədlinin 70 illiyi qeyd olunub. Modern.az xəbər verir ki, fakültədə keçirilən yubiley tədbirində ağsaqqal müəllim Şirməmməd Hüseynov başda olmaqla, digər pedaqoqlar da iştirak ediblər. Yığıncaqda Nəsir müəllimin yaradıcılıq və jurnalist fəaliyyətindən söz açılıb.
Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962-1965-ci illərdə hərbi xidmətdə olub.1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Beynəlxalq jurnalistika kafedrasında çalışır. Jurnalistin nitq mədəniyyəti”, Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, „Xüsusi kurs”, „KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edir. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir,1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. “Jurnalistin nitq mədəniyyəti” kitabına görə, “Media açarı-2006” mükafatına layiq görülüb.
Nəsir Əhmədli bir vaxtlar “Müxalifət” qəzetinin baş redaktoru da olub, sonra könüllü olaraq həmin vəzifədən istefa verib.
Comments are closed, but trackbacks and pingbacks are open.