İnternetdən gəlir əldə etməyin yolu – onlayn tərcüməçilik
Qeydiyyatla birlikdə, söz başına almaq istədiyiniz ödənişi də sərbəst şəkildə qeyd edirsiniz. Sizin dilinizə və kriteriyalarınıza uyğun işlər isə sizə e-mail vasitəsilə bildirilir və daxil olub işi qəbul etdiyiniz andan tərcümə işi sizin olur.
Kalkulyatorda nə qədər internetim olduğunu necə yoxlaya bilərəm?
Bu onlayn kalkulyatordan istifadə edərək hər hansı endirim tətbiq etdikdən sonra son qiyməti anlaya bilərsiniz.
Kalkulyatorun adı burada
Endirim növünü seçin
Orijinal Qiymət
Endirimdən sonra qiymət
Siz qənaət edin
❤️ tərəfindən hazırlanmışdır
Mündəricat
Endirim kalkulyatoru
Siz endirimli qiymətə məhsul almaqla nə qədər pula qənaət edəcəyinizi müəyyən etmək üçün bu kalkulyatordan istifadə edə bilərsiniz. Bundan əlavə, endirimin nə qədər tətbiq olunduğunu anlamaq üçün də istifadə edilə bilər.
İstehlakçılar bu alətdən bir şeyin nə qədər dəyərli olduğunu anlamaq və qiymətlə bağlı danışıqları asanlaşdırmaq üçün istifadə edə bilərlər. Almaq istədiyiniz endirim kuponunuz varmı? Son qiyməti hesablayarkən 15% endiriminizi nəzərə aldığınızdan əmin olun. Bunlar bu kalkulyatorun faydalı olacağı çoxlu istifadələrdən yalnız ikisidir.
Əgər siz bu cür əməliyyatlarla məşğul olan satıcısınızsa, bu kalkulyatoru qiymət strategiyanızı müəyyən etməkdə faydalı tapa bilərsiniz.
Endirimləri necə hesablamaq olar
Endirimləri hesablamaq üçün aşağıdakı sadə düsturdan istifadə edə bilərsiniz:
endirimli qiymət = ilkin qiymət – (orijinal qiymət * endirim / 100)
Qiymət endirimlərinin növləri
Endirimlər təklif etməyin üstünlüyü
Kütləvi satışlar və ya endirimlər bizneslərin pul itirdiyi təəssüratı yarada bilər, lakin bu belə deyil. Əslində bunun əksi doğrudur. Satışın mağazaya fayda gətirməsinin bir neçə yolu var. Bunlara daxildir:
Məqalə müəllifi
Parmis Kazemi
Parmis, yeni şeylər yazmaq və yaratmaq həvəsi olan bir məzmun yaradıcısıdır. Texnika ilə də çox maraqlanır və yeni şeylər öyrənməyi sevir.
İnternetdən gəlir əldə etməyin yolu – onlayn tərcüməçilik
Bir çoxumuz üçün artıq klişe ifadə halına gəlmiş “internetdən düzgün istifadə etmək lazımdır” cümləsi. Bəs görəsən, bu hörümçək torundan düzgün istifadə etməklə bərabər, müəyyən gəlir əldə etməyin etibarlı bir yolu doğrudan da varmı? Özümün də istifadə etdiyim və az-çox gəlir əldə etdiyim bir yolu sizinlə bu yazımda paylaşmaq istərdim. Ancaq başlanğıcda qeyd edim ki, burada bölüşdüyüm heç bir məlumat hər hansı reklam məqsədlərinə xidmət etmir, öncəki yazılarımda olduğu kimi təcrübələrimi bölüşmə məqsədi daşıyır.
- Düzgün və etibarlı şirkətlə işləmək vacibdir!
Bir sıra freelancer xidmətlərində olduğu kimi, bu kimi xidmətləri internet üzərindən həyata keçirən şirkətlər olur. Elə ən başlanğıcda məsləhət görmək istədiyim bir sayt üzərindən təcrübəmi bölüşmək istərdim: www.translated.net
Bu sayta daxil olduqdan sonra, saytın əslində nə qədər tərcüməçiyə sahib olduğu və geniş əhatə dairəsini dərhal hiss edə bilərsiniz. “Job opportunities” => “Register now” bölməsindən isə asanlıqla üzv ola bilərsiniz. Saytda tərcüməçi kimi işləmək üçün qarşınıza ixtisasca tərcüməçi olmağınız və ya bu sahədə təcrübəli olmağınız kimi tələblər qoyulmur. Qeydiyyat çox sadədir.
- Bildiyiniz dillər sizin üçün əlavə üstünlükdür!
Əsas nüans budur ki, siz yalnız milliyətiniz olan xalqın dilinə sənədləri tərcümə edə bilərsiniz. Yəni əgər qeydiyyat zamanı azərbaycanlı olaraq sistemə üzv olmusunuzsa, siz müxtəlif dillərdən yalnız Azərbaycan dilinə tərcümə edə bilərsiniz və əksinə tərcümələr (məsələn, Azərbaycan dilindən Rus dilinə, İngilis dilinə və sair), təəssüf ki, mövcud deyil.
Əslində bloqumda belə bir yazıya yer verməyi qərara aldığım zaman, başlıca məqsədim Azərbaycanda çox da bilinməyən və istifadə olunmayan dillərə vaqe olan şəxslərin dil bacarıqlarından istifadə imkanlarını dəstəkləmək oldu. Burada xüsusilə nəzərimdə tutuduğum dillər, Çin, Yapon, Ərəb, Fars, Koreya və sair dillərdir ki, bu sahədə tələb olduqca, sizə müraciət olunması imkanı artır. Buna görə də, dil seçərkən, yaxşı bildiyiniz bütün dilləri əlavə etməyinizi tövsiyə edərdim.
Çox sadə! Siz qeydiyyatdan keçdikdən sonra, imkan olarsa, TAV proqramını saytdakı təlimatlara uyğun olaraq, şəxsi kompyuterinizə yükləyin. Bu proqram saytda olmasanız belə, kompyuteriniz yanılı olduğu vəziyyətdə sizi avtomatik onlayn göstərəcək. Dil seçimindən əlavə açar sözlər əlavə etməli olacaqsınız ki, qəbul edilən sənədlər növünə görə (tibbi, hüquqi, texniki və s.) sizə yönləndirilə bilsin.
Qeydiyyatla birlikdə, söz başına almaq istədiyiniz ödənişi də sərbəst şəkildə qeyd edirsiniz. Sizin dilinizə və kriteriyalarınıza uyğun işlər isə sizə e-mail vasitəsilə bildirilir və daxil olub işi qəbul etdiyiniz andan tərcümə işi sizin olur.
Deyərdim ki, daimi oxucularım üçün bu başlıq artıq tanışdır. Bugünkü həyatımızda hər bir işdə son tarixlərə diqqət etmək o işi görməkdən daha çox önəmlidir. Təcrübəmdə bu halı yaşamamışam, amma onlayn tərcüməçilikdə davamlı işləmək üçün sənədləri gecikdirməsəniz yaxşı olar.
Əslində işi qəbul etməzdən əvvəl, həcminə və son tarixinə gözucu nəzər yetirərək, işin sizin plana və vaxta uyğun olub-olmadığını dəyərləndirə bilərsiniz.
Mənim freelancer fəaliyyətim üç il bundan əvvəl belə xidmət təklif edən başqa saytlarla başlamışdı və doğrusu, digər saytlardan da az-çox gəlir əldə edə bilmişdim. Ancaq bu mənada qeyd etdiyim sayt həqiqətən təqdirəlayiqdir. Sayt tərcümə olunmuş sənədi sizdən təhvil aldıqdan çox qısa müddət ərzində ödənişinizi təsdiqləyir və belə deyək ki, ödəniş sizin saytdakı hesabınıza yatır.
Digər saytlardan fərqli olaraq, əlavə komissiya tutulmur. Bundan əlavə saytın komandası e-maillərə vaxtında cavab vermək və hər hansı problemlə qarşılaşdığınız zaman, dərhal yardım etməkdə çox həvəslidir. E-maillərimə cavab bir neçə saatı, bəzən isə bir neçə dəqiqəni keçməyib.
- Onlayn tərcüməçilikdən daimi gəlir əldə edə bilərəm?
Bəsit şəkildə cavablandırsaq, xeyr, sizin gəliriniz sadəcə gördüyünüz işə görə olacaq. İşin nə zaman olub, nə zaman olmayacağına isə zəmanət verilmir. Sayt da müştərilərdən sənədləri götürüb sizə yönləndirdiyi üçün, bəzən bir neçə ay iş olmaya bilər, bəzən isə bir ay ərzində bir neçə iş ola bilər. Əlbəttə ki, bu sizin tərcümə etdiyiniz dillərin aktuallığı və müştərilərin belə sənədləri göndərməsindən asılıdır.
Bu sahədəki rəqiblərinizi də unutmayın. Sənəd sizdən əvvəl başqasına təhvil verilə və yaxud onun tərəfindən daha tez qəbul oluna bilər. Ona görə də, onlayn tərcüməçilikdən gələ biləcək gəlirə daimi gəlir gözü ilə baxmaq hər şeydən öncə məntiqə sığmaz. İkinci və ya üçüncü məşğuliyyətiniz, deyək!
- Ödənişimi rahat əldə edə bilərəm?
Saytın ən bəyəndiyim cəhəti də ödənişlərdəki operativliyidir. Sizdən tələb olunan hər ayın sonu hesabınızdakı pul miqdarının invoice-nu hazırlamaq və sayta yükləməkdir. Bu barədə saytın özü sizə göstərişlər verəcək. Yüklədikdən sonra, növbəti ayın 5-ə qədər (ümumi qayda belədir), ödəniş sizin bank hesabınıza yatır. Siz bank hesabı olaraq, Avropada, xüsusilə İtaliyada açılmış bank hesabı və ya Azərbaycandakı bank hesabınızı qeyd edə bilərsiniz.
Məsləhətlərimdə hər zaman olduğu kimi, müsbət və faydalı cəhətlərlə yanaşı, mümkün təhlükələri də qeyd etməyi xoşlayıram. Təcrübəmdə bir dəfə Azərbaycanda bankların birində açılmış bank hesabına ödənişimi sifariş etmişdim, ödəniş də olduğu qədər edilmişdi. Təəssüf ki, Azərbaycandakı bank mənə problem çıxardı və İtaliyada yerləşən hüquqi şəxsin hesabından fiziki şəxs olan mənim hesabıma nəyə görə pul köçürüldüyünü sorğuladı, sonda məbləği ödəsə də, müxtəlif komissiyalar və valyuta konvertasiyaları ilə ala biləcəyim məbləği nəzərəçarpacaq həddə, azaldıb verdilər. Sonrakı ödənişlərimi Avropada açılmış bank hesabları üzərindən almağa başladım.
Bu üsul daha rahat və səmərəlidir. Yenə də Azərbaycandakı bank hesabınızla işləməyi düşünürsünüzsə, yaxşı olar ki, mənə də məsləhət görüldüyü kimi, VÖEN açdırasınız və onu sistemə də qeyd edəsiniz. Bu zaman bank vergi ödənilən hissəni çıxaraq ödənişinizi təqdim edəcək.
- Elektron poçtunuzdan aktiv istifadə edin!
Tərcümə işlərini asanlıqla almağınız və təklifdən xəbərdar olmaq üçün elektron poçtunuzu mütəmadi yoxlamağı unutmayın. E-mailiniz olduqca həlledici rol oynayır. Bəzən e-mailimi gec yoxladığım üçün əlimdən qaçırdığım irihəcmli və yaxşı ödənişli tərcümə işləri olub. Bu mənada, poçtunuzu aktiv istifadə etməyiniz tələb olunur.
- Öyrədici fəaliyyətlərdən faydalanın!
Tərcüməçilik sahəsində peşəkarlaşmaq arzusunda olan şəxslər üçün sayt MATECAT sisteminin köməyi ilə, müəyyən bacarıqların öyrədilməsi üçün pulsuz öyrədici fəaliyyətlər də təşkil edir. Özünüzü bu sahədə inkişaf etdirmək və müxtəlif tərcümə proqramlarında işləmək bacarıqlarına yiyələnmək istəyirsinizsə, mütləq bu cəhətlərdən də faydalanın.
Sonda daha bir yazımı oxuduğunuz və diqqətiniz üçün təşəkkürlərimi bildirirəm. Yaxınlarda internetdən düzgün istifadə etməyin başqa bir üsulu olan pulsuz onlayn kurslar barəsində yazımı hazırlayıb bu bloqda dərc edəcəyəm. Ona görə, bloqa üzv olaraq, e-mail bildirişləri ala bilərsiniz. Hər hansı sual və təkliflərinizlə bağlı şərh hissəsində fikrinizi bildirməyi unutmayın.
Comments are closed, but trackbacks and pingbacks are open.