Press "Enter" to skip to content

Mək müqaviləsi ilə xidmət müqaviləsinin fərqi nədir

Aksiya müddətləri xaric olmaqla abunəçi tarif paketini istənilən zaman dəyişə bilər.

Tez-tez verilən suallar (FAQ)

Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.

Abunəçi 159 Məlumat Mərkəzinə zəng etməklə İVR sistemi, saytda şəxsi balans bölməsi vasitəsilə və ya operatorun köməyi ilə balansını yoxlaya bilər.

Internet Onlayn ödəmə, ödəniş terminalları (pay point), Müştəri xidmətləri və diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəyə bilərsiniz.

NNTV qoşulma sifarişin daxil olması və qeydə alınmasından sonra abunəçiyə qoşulma haqda vaxtın təyini ilə həyata keçirilir. Müqavilə imzalanaraq abunəçi NNTV xidmətinə qoşulur.

Kanalların yayımında hər hansı bir qüsur və ya digər nasazlıq ortaya çıxarsa, Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşa və ya 159 nömrəsinə müraciət edə bilərsiniz (zəng pulsuzdur). Müraciətiniz qəbul ediləcək və operativ reaksiya göstəriləcək.

Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.

NNTV xidməti üzrə texniki servis pulsuzdur.

NNTV set-top box-un qiyməti 45 AZN təşkil edir.

Aksiya müddətləri xaric olmaqla abunəçi tarif paketini istənilən zaman dəyişə bilər.

Tarif paketini dəyişmək üçün abunəçinin balansında seçilmiş tarifə uyğun məbləğ olmalıdır.

Əmək müqaviləsi ilə xidmət müqaviləsinin fərqi nədir?

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidmət müqaviləsi bağlanılır.

Xidmət müqaviləsi hər hansı xidmətin, işin göstərilməsi məqsədilə sifarişçi və icracı arasında bağlanılan mülki-hüquqi müqavilədir və həmin müqavilələrdən irəli gələn məsələlər mülki qanunvericiliklə tənzimlənir (məsələn, tapşırıq, kirayə, icarə, borc, lizinq, podrat müqaviləsi və s.). Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir.

Əmək müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərində və əmək müqaviləsində nəzərdə tutulan məsələlər əmək qanunvericiliyi ilə tənzimlənir.

Əmək müqaviləsi ilə xidmət müqaviləsi arasındakı əsas fərqlər bunlardır:

• Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğu halda, mülki-hüquqi müqavilələrin, başqa sözlə xidmət müqavilələrinin tərəfləri sifarişçi və icraçıdır.

• Əmək müqaviləsində işçi ilə işəgötürən arasında olan münasibətlər digər prinsiplərlə yanaşı tabeçilik prinsipinə əsaslandığı halda, xidmət müqaviləsi üzrə yaranan münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur.

• Əmək müqaviləsinin əsasını işçinin əmək fəaliyyəti təşkil edirsə, xidmət müqavilələrində isə yerinə yetirilən işin və xidmətin nəticəsi əsasdır.

• Əmək müqaviləsinin bağlanması üçün işçi əmək kitabçasını (məcburi köçkün və qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla), habelə şəxsiyyəti təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslər istisna olmaqla) işəgötürənə təqdim etməli olduğu halda, mülki-hüquqi müqavilələrin bağlanması üçün əmək kitabçasının təqdim edilməsi tələb olunmur. Həmin müqavilənin tərəfi şəxsiyyətini təsdiq edən sənədi və VÖEN-i (əgər varsa) qarşı tərəfə təqdim edir. Xidməti müqavilə imzalayan işçi də mütləq fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməli və onun VÖEN-i olmalıdır.

• Əmək müqaviləsindən fərqli olaraq xidmət müqaviləsi bağlanıldığı halda həmin müqavilədə nəzərdə tutulmayıbsa, işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır.

• Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən olunmuş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin və məzuniyyət haqqının verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətlərin verilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, xidmət müqavilələrində isə icraçı yuxarıda göstərilən təminatlardan yalnız müqavilədə göstərildiyi halda və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ var.

• Əmək müqaviləsi bağlandığı hallarda işçi üçün sosial sığorta haqqları işəgötürən tərəfindən əmək haqqı fondundan (15-22 %), işçiyə hesablanmış əmək haqqından (3-10 %) ödənildiyi halda, xidməti müqavilə üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur.

Əmək müqaviləsi müddətsiz və qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlandığı halda, mülki-hüquqi müqavilələr müddətli və və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlanılır.

• İşçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman işç əmək funksiyasını Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı normasından artıq olmayan iş vaxtında yerinə yetirməlidir. Xidmət müqaviləsinin tərəfi olan şəxs isə eyni vaxtda imkanı çatdığı sayda sifarişçi ilə müqavilə bağlayaraq iş vaxtını özü tənzimləməklə müvafiq iş və xidmətləri həyata keçirə bilər.

• Əmək müqaviləsində işçi ücün fiziki şəxslərdən gəlir vergisi işəgötürən tərəfindən Vergi Məcəlləsində müəyyən edilmiş məbləğlərdə aylıq əmək haqqından asılı olaraq hesablanan gəlir vergisi kimi ödənildiyi halda, xidmət müqaviləsi üzrə verginin ödənilməsi fiziki şəxslərdən gəlir vergisi və ya sadələşdirilmiş vergi üzrə olan ödənişlər əsasında əsasən həyata keçirilir.

Bütün bunlarla yanaşı, istər xidmət müqaviləsində, istərsə də əmək müqaviləsində işçiyə ödənilməli olan aylıq məbləğ göstərilməlidir. Həmin məbləğ göstərilmədikdə və hər hansı bir mübahisə yarandıqda, həmin şəxs faktiki aldığı əmək haqqını və ya xidmət haqqını tələb etmək hüququnu itirir.

Benefisiar.org

Comments are closed, but trackbacks and pingbacks are open.