Press "Enter" to skip to content

Kamal abdulla yarımçıq lyazma

O hazırda “Yarımçıq əlyazma”nın Yaponiya və Misirdə nəşr prosesində olduğunu bildirib.

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada araşdırma mövzusu olub

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyanın Venesiya şəhərində yerləşən Ka Foskari Universitetində araşdırma mövzusu olub. Day.Az Trend-ə istinadən bildirir ki, bu haqda Kamal Abdullaya məktub ünvanlayan həmin universitetin magistrantı Anna Karraro məlumat verib.

Karraro məktubunda bildirib ki, “Yarımçıq əlyazma” romanını elmi rəhbəri Elizabett Raqaqnin vasitəsilə əldə edib və böyük maraqla oxuyub:

“Romanı Elizabett ilə birlikdə Azərbaycan dilində oxumağa başladıq və bu dili çox sevdim. Hətta o qədər çox sevdim ki, magistr işimi bu əsər haqqında yazmaq qərarına gəldim. Dilçilik analizi üçün sizin romanınızı seçdim. Təkcə romanınızdakı əlyazmanın yox, bütövlükdə romanın yarımçıq qalması ideyasını çox bəyəndim. Boğazca Fatmanın etdiklərinə çox güldüm, romanın axırında Şah üçün üzüldüm, kaş Lələ Vəzir daha anlayışlı olaydı! Qorqud necə müdrik adam imiş!Amma axırda Bayandur xanla birgə dəhşətli qərar verirlər. Belə gözəl roman yazdığınız üçün sizə təşəkkür edirəm! Ümid edirəm, bir gün Azərbaycana gəlib sizinlə tanış olacağam”.

Qeyd edək ki, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada iki dəfə – “Sandro Tetti” nəşriyyatı və Mədəniyyət Nazirliyi tərəfindən çap edilib. Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, orta əsrlər mədəniyyətinin bilicisi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.

Kamal abdulla yarımçıq lyazma

Nobel mükafatına namizəd kimi təsdiqlənən yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına oxucu tələbatını nəzərə alan “Mütərcim” nəşriyyatı əsəri təkrar olaraq – ikinci dəfə nəşr edib. Ancaq satışa yenicə çıxarılmasına baxmayaraq, elə ilk günlərdən kitab bazarında aparılan müşahidə “Yarımçıq əlyazma”nın növbəti – üçüncü nəşrini aktuallaşdırıb.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevin Modern.az saytına verdiyi məlumata görə, ilk dəfə 2004-cü ildə dərc olunan “Yarımçıq əlyazma” romanı dərhal tənqidçilərin və ziyalıların diqqətini çəkib. “Son onilliyin əsəri” seçilən və bir çox mükafata layiq görülən roman həm də haqqında ən çox rəy və təhlil yazılan əsər kimi fərqləndirilib.

““Yarımçıq əlyazma” indiyə qədər dünyanın bir çox dillərinə tərcümə edilib, Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya və s. ölkələrdə çap olunub. Roman bir neçə ilkə də imza atıb: Haqqında dünyanın müxtəlif dillərində ümumilikdə 100-dən çox rəy və resenziya yazılıb; Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb; Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da “Yarımçıq əlyazmadır””…

Roman dünyanın müxtəlif ölkələrində məşhur tənqidçi və ədəbiyyat xadimləri tərəfindən yüksək qiymətləndirilib: Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar. Tərcüməçi Aleksandr Tkaçenko isə bildirib ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradı” deyə A.Əliyev qeyd edib.

O hazırda “Yarımçıq əlyazma”nın Yaponiya və Misirdə nəşr prosesində olduğunu bildirib.

Aytən ƏLİYEVA

Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu”

Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu” “Bu əsərdən sonra “Dədə Qorqud”u oxuyanlar təkrar, oxumayanlar isə bu kitabı niyə belə yazdığımı bilmək üçün oxudular”

3 Fevral , 2017 15:57

https://static.report.az/photo/d185d764-e72c-4693-99ab-699536079e5a.jpg

Bakı. 3 fevral. REPORT.AZ/ “Yarımçıq əlyazma” əsərinin başına çox müsibətlər gəldi. Məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev AMEA Alimlər Evində keçirilən görüşdə deyib. Onun sözlərinə görə, bu hadisənin mənəvi zövq verən tərəfi də oldu: “Həmin əsərdən sonra “Dədə Qorqud”u oxuyanlar təkrar, oxumayanlar isə bu kitabı niyə belə yazdığımı bilmək üçün oxudular. Hətta Türkiyə mətbuatında bir alim məqalə yazaraq əsəri “Dədə Qorqud” dastanının tapılan 13-cü boyu kimi təqdim etdi”. “Posmodernist yazıçı olub-olmadığımı bilmirəm. Deyə bilmərəm ki, onun bütün kriteriyalarında varam. Postmodernizmin bir çox kriteriyaları var. Onlardan biri də mətni dəyişmək, sözü fərqli təqdim etməkdir. Mətnlə oynamaq kriteriyasında varam. Amma postmodernizmin mentalitetimizə zidd olan kriteriyalarında yoxam” – K.Abdulla vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.