Kapsulsuz və pəhrizsiz necə asanlıqla və tez arıqlamaq olar
Çəhrayı sızanaqlar ilə adi arasındakı fərq, alnın və ağızın ortasında görünən qırmızı qabıqlardır. Heç bir halda rozaseyanı adi vasitələrlə müalicə etməyin, əgər bunlar əmələ gəlibsə dərhal həkimə müraciət edin. Məsələn, ümumi sızanaqlara kömək edə bilən laktik turşusu, rozaseya ilə dərini quruda bilər və dərinin qoruyucu səddini ciddi şəkildə zədələyə bilər.
Sızanaq tipini müəyyənləşdirmək və dəriyə uyğun məhsul necə tapmaq olar
Akneyə gəldikdə: bilik gücdür. Akneyə meyilli dərini sakitləşdirmək üçün ən yaxşı yol – dərinizə uyğun inqrediyentlərdən ibarət olan düzgün məhsulların seçilməsidir. Lakin bilməli olduğunuz başqa bir vacib məqam – bir çox insanın düşünmədiyi – fərqli müalicəyə ehtiyacı olan sızanaq tipləridir.
MÜNTƏZƏM SIZANAQLAR
Beləliklə, ilk növbədə sızanaqlar. Ən çox rast gəlinən sızanaq bir saç follikulunun ölü dəri hüceyrələri və sebumu ilə blok olunması zamanı əmələ gəlir. Bu, qara nöqtələr, komedonlar və kistik sızanaqlara (onlardan biz daha sonra danışacağıq) dönə bilən sızanaqlara aparır.
Hormonal sızanaqlar barədə tez-tez eşidirik, amma belə bir tibbi termin yoxdur. Bunlar hormonal dəyişikliklər səbəbiylə ən çox miqdarda sebumun sərbəst buraxılması səbəbindən müntəzəm olaraq əmələ gələn ümumi sızanaqlardır.
Dəriniz təsvirə uyğun gəlirsə, onda ona düzgün qulluq etməyə başlamalısınız. Dərinin həddən artıq qurudulmasının sebumun daha çox ifraz olunmasına səbəb olduğunu xatırlamaq vacibdir, buna görə dərini yüngül məhsullarla nəmləndirməyə çalışın (hialuron turşusu, asiya sentellası tərkibli serumu və ya bir gel özülü məhsullar). AHA, BHA turşularından istifadə edin. Sızanaqları bütün üzünüzə yaya biləcək sərt skrablardan imtina edin.
Cafe Mimi üz üçün pilinq gel aha-turşular
Cafe Mimi geli ölü hüceyrələri aparan qüsursuz təmizləyici vasitədir. AHA-turşular dərini əla təmizləyir, kollageni stimullaşdırır, dərini elastik edir.
KİSTİK SIZANAQLAR
Kistik sızanaqlar dəriyə dərindən nüfuz edən və tıxanan məsamələrin içində oturan bir infeksiyadır. Belə sızanaqların öz qabığı var, qırmızı iltihablı bir görünüşü var. Kistik sızanaqların adi ilə fərqi ondadır ki, onlar bir kist kimi, aradan qaldırıldıqdan sonra yenidən əmələ gələ bilər.
Beləliklə, kistik sızanaqla mübarizədə yenə turşular kömək edəcək: qlikolik, laktik, sitrik və ya salisilik, bu da öz növbəsində antibakterialdır.
Neutrogena Skin Detox Üz üçün Təmizləyici Gil Maskası
Neutrogena Skin Detox gil maskası dərini əla təmizləyir, yağlılığı aparır, məsamələri təmizləyir. Maska qlikol turşusu ilə zəngindir, hansı kı komedonların əmələ gəlməsinin qarşısını alır.
Neutrogena Visibly Clear Sızanaqlara qarşı Təmizləyici Gel
Təmizləyici gel civzə və sızanaqları aradan qaldırır və onların əmələ gəlməsinin qarşısını alır. Gelin tərkibinə daxil olan 2% salisil turşusu sızanaq və dəri piyi qalıqları ilə effektiv şəkildə mübarizə aparır, çirk dolmuş məsamələri təmizləyir və dərinin ölmüş hüceyrələrini məhv edir. Dərinizə özünü təmiz və təravətli hiss etməyə imkan yaradın!
Cafe Mimi Üz üçün Anti-Akne Maska
Qara kömürlü Cafe Mimi maskası anti-bakterolojı təsir göstərir, artıq yağlılığı aparır, iltihabı aparır, aknedən qalan izləri aparır.
GÖBƏLƏKCİK SIZANAQLARI
Növbəti növ göbələkcik sızanaqlarıdır. Ən nadir sızanaq növlərindən biri sayılır. Dermatoloqların fikrincə, göbələk sızanaqları yağ əsaslı məhsulların tez-tez istifadəsi səbəbindən əmələ gəlir və bu da dərimizin qoruyucu səddinin pozulmasına səbəb olur. Belə sızanaqlar salisilik turşusu ilə və ya həkim köməyi ilə müalicə olunur.
ROZASEYA
Sızanaqların ən ağrılı növü çəhrayı sızanaqlardır (və ya rozaseya).
Rozaseya, dəridə iltihab və qızartı deməkdir. Stress, yüksək qızdırma və ya alkoqolun təsiri altında əmələ gələ bilər.
Çəhrayı sızanaqlar ilə adi arasındakı fərq, alnın və ağızın ortasında görünən qırmızı qabıqlardır. Heç bir halda rozaseyanı adi vasitələrlə müalicə etməyin, əgər bunlar əmələ gəlibsə dərhal həkimə müraciət edin. Məsələn, ümumi sızanaqlara kömək edə bilən laktik turşusu, rozaseya ilə dərini quruda bilər və dərinin qoruyucu səddini ciddi şəkildə zədələyə bilər.
Sızanaqdan əziyyət çəkirsinizsə, təklif etdiyimiz məhsullardan istifadə edə bilərsiniz və ya bir dermatoloqa müraciət edə bilərsiniz.
Sızanaqlar
Sızanaqlar (akne, civzə) – piy vəzilərinin fəaliyyətinin pozulması nəticəsində yaranan papulyoz və ya pustulyoz elementlərdir. Sızanaqlar əsasən yağlı dəridə əmələ gəlir, üz, sinə, çiyin, kürək nahiyəsində lokalizasiya olunur. Onlar dəri səviyyəsindən yüksələn tək və ya çoxsaylı iltihabi səpkilər şəklində olur. Sızanaqların yaranma səbəbini aydınlaşdırmaq üçün dermatoloqun konsultasiyası tələb olunur, ehtiyac yarandıqda MBT və hormonal fon yoxlanılır. Sızanaqlar medikamentoz vasitələr (məlhəm, losyon) və kosmetoloji üsulların (üzün gigiyenik təmizlənməsi, pilinq, fototerapiya, krioterapiya, lazer terapiyası) köməyilə müalicə edilir.
- Sızanaqların yaranma səbəbləri
- Sızanaqların müalicəsi
Sızanaqlar barədə ümumi məlumat
Akne problemi ilə demək olar ki, bütün yeniyetmələr qarşılaşır. Bu kosmetik qüsur gənclərin emosional gərginlik keçirməsinə səbəb olur. Sızanaqların müvəqqəti xarakterli olması ilə əlaqədar onlara bir qədər biganə yanaşmaqla daha düzgün pozisiyanın seçilməsi barədə böyüklərin öyüd-nəsihətləri fayda vermir, çünki məhz bu dövrdə gənc oğlan və qızlar üçün ətrafda olan insanların onların xarici görünüüş haqqında düşüncələri böyük əhəmiyyət kəsb edir. Bu sarsıntılar nəticəsində dermatoloji problem psixoloji problemə çevrilir.
Bəs nə etmək lazımdır? Ömrün cavan çağında qüsurlu dəri səbəbindən məyus olub, hədyaşıdlardan aralanmaqla cəmiyyətdən uzaqlaşmaq? Əksinə, yaxşı əhval-ruhiyyənin düşməni sayılan bu problemlə aktiv şəkildə mübarizə aparilmalıdır. Düzgün müalicə üsulu seçmək üçün sızanaqların yaranma səbəbini dəqiq təyin etmək lazımdır.
Sızanaqların yaranma səbəbləri
Yeniyetmələrdə sızanaqlar (acne juveniles) piy vəzilərinin iltihabı nəticəsində yaranır. Cinsi yetişkənlik dövründə orqanizmdə bir sıra dəyişikliklər baş verir. Bu fonda yodun izafi miqdarı və ya əksinə, A, B qrup vitaminlər və sinkin çatışmazlığı müşahidə edilir. Nəticədə dəri piyində durğunluq yaranır, onun bakterisid xüsusiyyəti zəifləyir. Belə vəziyyət propion bakteriyalar və iltihabın digər törədicilərinin fəaliyyəti üçün əlverişli hesab olunur. Sızanaqlar adətən üz, baş, gövdənin yuxarı hissələrində əmələ gəlir.
Hormonal pozğunluqlar kişi (androgen) və qadın (estrogenlər) cinsi hormonların disbalansı ilə xarakterizə olunur. Pubertat dövrün başa çatması və cinsi hormonların balanslaşmasından sonra sızanaqlar əksər hallarda iz buraxmadan keçib gedir, yalnız arabir hormonal dəyişikliklər zamanı özünü büruzə verir (qadınlarda aybaşıdan əvvəl yarana bilər). Həmçinin sızanaqlar həyəcan və gərginlik hallarında təzahür edə bilər.
Sızanaqların müalicəsi
Sızanaqların yaranma səbəbi aydın olduqda onunla mübarizə aparmaq asanlaşır. Mövcud olan sızanaqların iltihablaşması və yeni elementlərin yaranmasının qarşısını almaq məqsədilə üzə düzgün qulluq olunmalıdır. Sızanağa mexaniki təsir göstərmək – sıxmaq qəti qadağandır, bu yolla dərinin infeksiyalaşması və dərin çapıqların yaranmasına şərait yaranır. Bu qadağa burun-dodaq üçbucağında yerləşən sızanaqlara xüsusilə aiddir, çünki həmin nahiyənin qan dövranı beyin qan dövranı ilə sıx bağlıdır.
A və B qrup vitaminlər, sink preparatlarının istifadəsi müsbət nəticələr verir. Gənclərə qida rasionundan yodla zəngin preparatların çıxarılması məsləhət görülür. Sızanaqlı dəriyə ultrabənövşəyi şüalanma və digər fizioprosedurlar qənaətbəxş təsir edir. Yağlı dəriyə qulluq vasitəsi seçərkən salisil turşusunun spirtli məhlulu, gülümbahar çiçəyinin çövhəri, azelain turşusu və benzoil-peroksiddən ibarət losyonlara üstünlük verilməlidir, yağlı kremlər və yağ əsaslı digər vasitələrin istifadəsi yolverilməzdir. Sızanaqların infeksiyalaşma və iltihablaşması zamanı antibiotiklərin tətbiqi mümkündür.
Sızanaqların düzgün müalicə taktikası dermatoloji problemin yaranma səbəbləri nəzərə alınmaqla yalnız tibbi mütəxəssis tərəfindən tərtib oluna bilər. Bu məqsədlə dermatoloq, endokrinoloq, qastroenteroloq, ginekoloqun əyani konsultasiyası tələb olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.