Press "Enter" to skip to content

70 manatlıq yardım almaq istəyənlərin nəzərinə! Bu sayta daxil olun – VİDEO

Yarıqaranlıq otaq çatışmazlıqların üstünü bağlayır. Beləliklə, həm göstərmək istəmədiklərinizi saxlayarsınız, həm də görmək istəmədiklərinizi görməzsiniz. Bu, həm də xəyal gücünü işlətməyə kömək olar.

Kişini yataqda başdan çıxarmaq üçün. – YOLLARI

Evli olmaq cütlüklərin bir-birinin ağlını başından almağa mane olmur. Əyləncəli saatlar keçirmək hələ də sizin öz əlinizdədir. Bir az yaradıcı təxəyyülünüzü işə salın, bir az da xəyal gücü bəs edər. Hər gün bir-birini görməyə adət edən iki insan, bir-birini uzun müddətdir tanıyan iki bədənin seks həyatının bitdiyinə yəqin ki, siz də əminsiniz. Lakin bunun tam əksi ola bilər. Əgər özünüzə güvənirsinizsə, həyat yoldaşınızı başdan çıxarmağın vaxtıdır. Qadinsayti.az bunun bir neçə yolu ilə sizi tanış edir.

Diqqət yetirməniz lazım olan məqamı unutmayın: ərinizi başdan çıxararkən siz də başdan çıxmalısınız. Yoxsa yalnız onun istəklərini yerinə yetirməyə çalışan oyuncağa dönərsiniz və özü heç xoşbəxt ola bilməyən bir qadın olarsınız.

1. Yarıqaranlıq otaq

Yarıqaranlıq otaq çatışmazlıqların üstünü bağlayır. Beləliklə, həm göstərmək istəmədiklərinizi saxlayarsınız, həm də görmək istəmədiklərinizi görməzsiniz. Bu, həm də xəyal gücünü işlətməyə kömək olar.

2. Gözlərini bağlayın

Yalnız vizual görünüşlə başdan çıxmaya bilər. Xəyal gücü də bir çox şeyi həll edər. Gözlərini bağlayın və ona suallar verin. Bir neçə nümunə: “Hazırda nə geyinmişəm?”, “Nə rəngdir?”, “Toxunmaq istəyirsən?”

Hərəkətə keçən xəyal gücünün ilk tamamlayıcısı toxunuşlardır. Barmaqlarınızın uclarını dırnaqlarınızı hiss etdirəcək şəkildə bədənində gəzdirin. Əgər bu həzzin uzun müddət davam etməsini istəyirsinizsə, ayaqlarının arasını və qarnını ən sona saxlayın. Onun əllərini də öz bədəninizdə gəzdirin. Ancaq bu prosesi tamamilə siz idarə etməlisiniz. Əks halda kişinin toxunuşları ssenarini poza bilər. Siz onu özünüz üçün başdan çıxarmaq istəyirsiniz, dərhal boşalmasını deyil.

4. Özünüzü ona hiss etdirin

Yer üzündə qadın qoxusu ilə müqayisə edilən başqa bir qoxu yoxdur. Qulaqlarınızın arxasına öz qoxunuzu çəkin.

5. Alçaq səslə və yavaş danışın

Normal səsiniz, sürətli danışma gündəlik həyatın səsidir və sanki harasa tələsdiyinizi xatırladır. Alçaq səslə yavaş danışın. Bu, onu başdan çıxaracaq.

6. Onu tərifləyin

Əslində nə istədiyinizin bir əhəmiyyəti yoxdur. Bədənini, performansını, sizə necə həzz verdiyini izah edərək, onu tərifləyin.

Nə istədiyi önəmlidir

Böyük ehtimalla o, onsuz da sizə nələr istədiyini söyləyib. Amma yenə də soruşmağınız onun xoşuna gələcək. Burada əhəmiyyətli olan onun istədiklərinin sizin üçün dözülməz olub-olmamasıdır. Bu cür bir vəziyyətdə “Olar, lakin əvvəlcə. ” deyin və yuxarıda sıraladığımız maddələrdən birini etməyə başlayın. Aile.lent.az

Ailə və Uşaq Baxılıb: 46007 Tarix: 07 oktyabr 2016
f Paylaş

Digər yazılar

Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö

Nişan üzüyünün tarixi

Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d

Kişilərin seksual istəyinin pik nöqtəsi – saat neçədə olur?

ABŞ-ın Verciniya Universitetinin alimlərinin qadınların seksual istəklərinin pik nöqtəsi barədə araşdırmaları barədə artıq məlumat vermişdik. Bu məlumatın böyük marağa səbəb olduğunu nəzərə alaraq, oxucularımızı kişiləri

Seksin 12 QIZIL QAYDASI

seksin 12 qızıl qaydasını təqdim edir. Cinsi problemlərin səbəblərini bilsəniz, onları aradan qaldıraraq sağlam cinsi həyata sahib olarsınız. Danışın. Cütlüklərin danışaraq bütün qayğı və qorxuları, kədərli hadisələri, onlar

Kişilər yataqda niyə kök qadın seçir?

Hər bir qadın xəyalında arıq və incə bədən quruluşuna sahib olmağı arzu edir. Bunun üçün günlərlə pəhriz saxlayır. Pəhriz saxlmağın əsas səbəbi isə kişilərdir. Son aparılan araşdırmalar qadınları düşündürür. Çünki kişiləri

Aspirini bu qaydada qəbul edin, hamilə qalın!

Türkiyəli mütəxəssislər aşkar edib ki, aspirin hamiləlik şansını artırır. Bu, 1128 xəstə üzərində aparılan təcrübə zamanı öz təsdiqini tapıb. bildirir ki, Aile. bununla bağlı maraqlı məqamları təqdim edir. Aspirin uzun illərdi

Hamilə qalmaq istəyənlərə 7 MƏSLƏHƏT

Övlad sahibi olmaq hər qadının arzusudur. Xüsusən də yeni ailə quran xanımlar daha tez hamilə qalmaq istəyir. hamilə qalmaq istəyənlərə 7 məsləhət təqdim edir. Çox sevişin. “Bunu nənəm də bilir” deyib keçməyin

Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik tez-tez inkişaf edir

Norvecin Bergen Universiteti alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bi

70 manatlıq yardım almaq istəyənlərin nəzərinə! – Bu sayta daxil olun – VİDEO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.

BAKU.WS xəbər verir ki, “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Köməyə ehtiyacı olanlar bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Yardım etmək istəyənlər isə bu linkə daxil olub ianə edə bilər.

Ərzaq məhsullarının ümumi dəyəri 70 manatdır.

Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?

Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.

Xüsusən yay aylarında hipotoniyası – zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.

Medicina.az hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.

Hər insanın özünün fərdi təzyiq göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.

Əgər hər gün görsəniz ki, təzyiq normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var.

Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.

Aşağı təzyiqin səbəbləri:
– Davamlı stress
– Yuxusuzluq
– Qalxanvari vəzi və hormonal pozulmalar
– B, C, E, maqniy və dəmirin azalması
– Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
– Qan dövranı pozulması
– Damarların tonusunun pisləşməsi
– İrsi, genetik
Əlamətləri:
Təzyiq düşdükdə orqanizm bu simptomları verir:
– Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
– Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
– Ümumi zəiflik və halsızlıq
– Soyuq əl-ayaqlar
– Dərinin avazıması, rəngin qaçması
– Başgicəllənmə
– Zəif ürəkbulanma
Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.

Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər.

Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.

Aşağı təzyiq üçün ideal müalicə düzgün qidalanma, yaxşı yuxu rejimi və aktiv həyat tərzidir. Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur.

Mütəxəssislər bildirir ki, yüksək təzyiqi olan insana idman, qaçış, ağır idman və s. nə qədər təhlükəlidirsə, aşağı təzyiqdə əksinə uzun müddətli qacış, gəzmək, trenajor, üzgüçülük, velosiped, idman çox yaxşı təsir edir.

Aşağı təzyiqdə yüksək təzyiqdə olduğu kimi bir tablet ataraq, vəziyyəti düzəltmək olmur və belə tabletlər yoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur.

Amma evdə əliniz altında olan vasitələrlə təzyiqi normallaşdır maq olur. Aşağı təzyiqi qaldırmaq asandır, nəinki yüksək təzyiqi endirmək.

Təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər. Bu vasitələr heç də hamıya təsir etmir, amma sınaya bilərsiz.

Təzyiq düşəndə kontrast duş almaq da kömək edir. İsti su ilə başlayıb, soyuq su ilə bitirirsiz.

Müalicə məqsədilə yaşıl çay, xüsusi təzyiq qaldırıcı bitki çayları, təzə meyvə şirələri, alma,kök, çuğundur içmək olar.

Müalicə üçün nevroloqa, eləcə də qan göstəriciləri üçün terapevtə müraciət edib, lazım gələrsə damarların vəziyyəti yoxlanılır.

Comments are closed, but trackbacks and pingbacks are open.