Press "Enter" to skip to content

Karguzarliq a-dan z-yə

“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.

“AzDoc” “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir

“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burada sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və sair əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imzalanması imkanı da var.

Elektron sənəd dövriyyəsi təşkilat daxilində genişhəcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.

“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan “AzDoc” proqramı, işin səmərəliliyini 25 faiz artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75 faiz azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80 faiz azalır, vaxta qənaət edilir.

Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi arasında memorandumun elektron imzalanması “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.

Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energetika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında “AzDoc” elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.

Karguzarliq a-dan z-yə

“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.

Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “AzDoc” təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burda sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.

Elektron sənəd dövriyyəsi təşkilat daxilində genişhəcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.
“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan “AzDoc” proqramı, işin səmərəliliyini 25% artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.

Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi arasında memorandumun elektron imzalanması “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.

Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energetika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında “AzDoc” elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.

Karguzarliq a-dan z-yə

Mühasibatlıq və insan resursları sahəsində nəşrləri ilə seçilən mks.az saytının yeni “Kargüzarlıq: A-dan Z-yə” kitabı işıq üzü görüb. Kitab praktiki kargüzarlıq sahəsində ölkəmizdə ilk nəşr omaqla, müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Nəşrdə müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.

Kitabın qiyməti 28 manatdır, istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə etmək mümkündür. Sifariş üçün əlaqə vasitələri: (012) 564 86 85, (050) 368 12 72, [email protected] .

Comments are closed, but trackbacks and pingbacks are open.