Press "Enter" to skip to content

Kargüzarlıq a-dan z-y

Kitabın üzərində yerləşdirilən CD diskdə müvafiq qanunvericilik aktları və sənəd formaları yerləşdirilib.

“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir

“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.

Trend-i buradan izləyin

“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “AzDoc” təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, burda

Burda sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.

Elektron sənəd dövriyyəsi təşkilat daxilində genişhəcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.

“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan “AzDoc” proqramı, işin səmərəliliyini 25% artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.

Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi arasında memorandumun elektron imzalanması “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.

Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energetika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında “AzDoc” elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.

Kargüzarlıq a-dan z-y

Mühasibatlıq, vergi və HR işi sahəsində ixtisaslaşmış nəşrləri ilə tanınan www.mks.az saytının yeni – “A-dan Z-yə Kargüzarlıq” kitabının ikinci təkmilləşdirilmiş nəşri satışa çıxıb.

FED.az xəbər verir ki, nəfis tərtibata malik, 592 səhifəlik kitabda ilkin olaraq dövlət və özəl təşkilatlarda kargüzarlığın təşkilinə, sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə olan ümumi (sənədin mətni, başlığı, istinad, tarix, viza, qoşma, dərkənar, təsdiq qrifi və sair) və hər bir sənəd növü üzrə (əmr, ərizə, akt, müqavilə, təlimat, xidməti yazı və sair) xüsusi tələblər nəzərdən keçirilib.

Birinci nəşrlə müqayisədə kitabın həcmi 2 dəfə böyüyüb, nəşrə 300 səhifəlik 10 yeni bölmə əlavə olunub.

Kitabda işə qəbul, başqa işə keçirmə, işdən kənarlaşdırma, işdən azad olunma, qısaldımış, natamam və əlavə iş vaxtının sənədləşdirilməsi, bütün növ məzuniyyət və müavinətlərin, xidməti ezamiyyətin rəsmiləşdirilməsi, əmək kitabçalarına yazılışların və düzəlişlərin aparılması, ştat cədvəlinin tərtibi və ona dəyişikliklər edilməsi, kadr sənədlərinin müxtəlif kitablarda (jurnallarda) qeydiyyatı geniş şəkildə şərh olunub, praktikada istifadsəi zəruri olan bütün nümunəvi sənəd formaları verilib.

Kitabda işlərin nomenklatur siyahısının tərtibi, sənədlərin arxivləşdirilməsi, onların dəyərinin ekspertizası, arxiv idarələrinin təhvil verilməsi prosedurları, mühafizəsi və məhvi məsələlərinə ayrıca bölmə həsr olunub.

Günümüzün vacib məsələlərindən olan işgüzar yazışmaların (məktublar, e-mail yazışmaları) qızıl qaydaları, prinsipləri kitabda ayrıca nəzərdən keçirilib.

Kitabın üzərində yerləşdirilən CD diskdə müvafiq qanunvericilik aktları və sənəd formaları yerləşdirilib.

“A-dan Z-yə Kargüzarlıq” kitabını (012) 564 86 85, (050) 368 12 72 telefonlarından, [email protected] elektron ünvanından və saytın Facebook səhifəsindən sifariş vermək mümkündür.

Qeyd edək ki, kitab sifariş əsasında, əlavə xidmət haqqı olmadan ünvana çatdırılır.

QANUNVERİCİLİK

Dövlət başçısı İlham Əliyev “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmana dəyişiklik edib.

Xeberler.az-ın məlumatına görə, dəyişikliklərlə bağlı Prezidentin imzaladığı yeni Fərmanda kargüzarlığı bu Qaydalara uyğun olaraq aparmalı olan təşkilatların siyahısı xeyli genişləndirilib.

Belə ki, 935 nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın adında “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib.

Bu isə onu göstərir ki, kargüzarlığı bu Təlimata uyğun aparmalı olan təşkilatların əhatə dairəsi xeyli genişləndirilib.

Təlimata olan əsas əlavə isə “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı tamamilə yeni bölmədən ibarətdir.

Bu yeni əlavələrdə isə təşkilata kargüzarlığı elektron formada da aparmaq hüququ verilir.

Bu məqsədlə təşkilat xüsusi informasiya sistemi tətbiq etməlidir. Bu informasiya sistemi təşkilatlarda elektron sənədlərlə kargüzarlığın aparılması üçün zəruri funksiyalara malik olmalıdır.

Dəyişikliklərə görə, bu informasiya sistemi aşağıdakı funksiyalara malik olur:

elektron sənədin yaradılması;

rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;

elektron sənədin göndərilməsi;

elektron sənədin həqiqiliyinin yoxlanılması;

elektron sənədin alınmasının təsdiqi;

daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;

elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanılması zamanı kollektiv işin təmin edilməsi;

elektron sənədin icrasına nəzarət;

elektron sənədin axtarışı;

elektron sənədin saxlanılması.

Yeni qaydalara görə elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə cavab verməlidir,

elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməlidir;

elektron sənədin cədvəl, təqdimat, mətn, qrafik və arxivləşdirmə redaktorlarında oxunma və redaktə olunma imkanları olmalıdır;

Yeni Təlimatda həmçinin, Elektron sənədin qəbul edilməsi prosedurası da öz əksini tapıb.

Yeni qaydalar görə, Elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydası aşağıdakı formada həyata keçiriləcək :

-Elektron sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron informasiya daşıyıcılarında onların bu daşıyıcılarda bütövlüyünü yoxlamağa imkan verəcək formada saxlanılmalıdır;

-Eelektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanılması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətdən az olmamalıdır;

Elektron sənədin mühafizəsi isə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə uyğun olaraq təmin olunacaq.

Elektron kargüzarlıqdan əlavə yeni Təlimatda “Qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı” adlı daha bir əlavə də daxil edilib. Burada kargüzarlıq prosesində qeydə alınmayan sənədlərin siyahısı (Reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət cədvəlləri , dəvətnamələr, biletlər, toplantı və konfrans proqramları, təbrik açıqcalar mühasibat sənədləri, müqavilələr, hesab-fakturalar, smetalar və s. ) öz əksini tapıb.

Dəyişikliklərin tam mətnini buradan əldə etmək olar.

Xeberler.az

Comments are closed, but trackbacks and pingbacks are open.