Kgfb müqaviləsini necə ləğv edə bilərəm
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəllənin 34.2-ci maddəsinə görə, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxılması qaydası
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov Trend-ə bildirib ki, bu kateqoriya mülki işlər ümumi məhkəmələrin yurisdiksiyasına aiddir. Ərizə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin yaşayış yeri (daimi qeydiyyatda olduğu) üzrə ümumi məhkəməyə verilir. İşə baxılması müddəti və dövlət rüsumuna gəldikdə isə, qanunvericiliyə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Bu cür iddia ərizələrinə görə 10 manat dövlət rüsumu ödənilir. Belə ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrinə görə 10 manat dövlət rüsumu ödənilir.
Vəkilin sözlərinə görə, bu cür işlər ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər:
“Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Nəzərə almaq lazımdır ki, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı məcburidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini aşağıdakılar təşkil edir:
– psixi qüsurun mövcudluğu;
– şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar;
- psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə;
– digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş-bacı və s.) olması faktı.
Zəruri sübut kimi isə məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir”.
D.Novruzovun sözlərinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Lakin nəzərə almaq lazımdır ki, qanunvericilik ekspertizanın təyini üçün şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olmasını tələb edir. Ekspertizanın təyini üçün tələb olunan kifayət qədər məlumat dedikdə, şəxsin psixi qüsurunun olmasını ehtimal etməyə imkan verən istənilən informasiya başa düşülür:
– tibb müəssisəsinin arayışı;
– psixiatriya dispanserində qeydiyyatda olma barədə arayış;
– xəstəlik tarixçəsindən çıxarış;
– Tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı);
– şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən sübutlar (şahid ifadələri, əvvəllər keçirilmiş məhkəmə-psixiatriya ekspertizalarının rəyləri, istintaq orqanlarının materialları və s.);
Vəkil qeyd edib ki, əgər məhkəmənin mövqeyinə görə ekspertizanın keçirilməsi üçün kifayət qədər məlumat yoxdursa, onda məhkəmə ekspertizanın keçirilməsindən imtina edə bilər. Bu halda işə mahiyyəti üzrə baxılacaq və ərizə rədd ediləcək.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəllənin 34.2-ci maddəsinə görə, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
- Dünyamin Novruzov
- fəaliyyət qabiliyyəti
VERGİLƏR
Bu mövzu ilə bağlı maraq doğuran suallardan biri də budur ki, işəgötürən işçinin müraciəti olmadan əmək müqaviləsini ləğv edə bilərmi? İqtisadçı ekspert Anar Bayramov təcrübədə daha çox rast gəlinən bu kimi suallara aydınlıq gətirir.
Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər:
a)Müəssisə ləğv edildikdə;
Açıqlama: “A” MMC ləğv olunması haqqında dövlət qurumuna müraciət edir. Bu halda, proses Mülki Məcəllənin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Filial və nümayəndəliyin ləğv edilməsi halı müəssisənin ləğv olunması anlamına gəlmir.
b) İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
Açıqlama: İşəgötürənin maliyyə göstəricilərinin zəifləməsi, texnologiyaların tətbiqi və ya müəyyən risklərin qarşının alınması səbəbindən işçilərin sayı və ştatlar ixtisar edilə bilər. İşçilərin sayının ixtisarı dedikdə sırf işçi sayının azalması nəzərdə tutulur.
Misal 1: Ticarət sektorunda fəaliyyət göstərən işəgötürən qərar verir ki, maliyyə göstəricilərinin zəifləməsi səbəbindən kassirlərin sayını 5-dən 3-ə endirsin. Ştatların ixtisar olunması dedikdə konkret vəzifələrin ixtisarı başa düşülməlidir.
Misal 2: “A” MMC qərar verir ki, əməliyyat bölməsini mərkəzləşdirsin və bu səbəbdən regionlarda olan filialların əməliyyat bölməsinin işçilərini ixtisar edir.
Misal 3: Metropoliten rəhbərliyi hesab edir ki, bilet satışının terminallarla həyata keçirilməsi səbəbindən kassir vəzifəsini ixtisar etsin.
c) Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə yaradılan və müvafiq səlahiyyətlərə malik attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
Açıqlama: “A” MMC-nin attestasiya komissiyası qərar verir ki, nəticələri qənaətbəxş olmayan 3 işçi vəzifəsinə uyğun gəlmədiyi üçün onların əmək müqaviləsinə xitam verilsin.
ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
Açıqlama: “A” MMC qərar verir ki, işçi işə 5 gün müddətində üzrsüz səbəbdən işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilsin. Təbii ki, işçinin işə gəlməməsi qaydalara uyğun aktlaşdırılmalıdır.
d) Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
Açıqlama: İşəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq işçini işə qəbul edərkən 3 aydan artıq olmamaq şərti ilə sınaq müddəti müəyyən edə bilər. Əgər işçi sınaq müddətində özünü doğrultmazsa, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verə bilər.
e) Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda;
Açıqlama: Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmçinin, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Dövlət müəssisəsi yaş həddinə çatması səbəbindən işçinin əmək müqaviləsinə xitam verərkən, 70-ci maddənin “e” bəndinə istinad edə bilər.
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.