Press "Enter" to skip to content

Həkim-dermatoloq: Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyalardır – MÜSAHİBƏ

Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açır. İslam peyğəmbərinin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşür.

Kərbəla faciəsi niyə və necə baş verib

Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açır. İslam peyğəmbərinin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşür.

İmam Hüseyn “Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir. “ deyərək mübarizəyə qalxır, islam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayanır.

O zamanlar Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlir. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.

İmam “Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır” deyə buyurmuşdur.

Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb edir. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istəyir. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.

Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.

Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz olur və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşür. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşidir. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə toplayır və onlara Mədinəyə qayıtmağı təklif edir. İnsanların bəziləri dağılışır və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam edir.

Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişir. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasına mane olurlar. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istəyir. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir.

Xatırladaq ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qalır. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün tutur və “Bizim kimilər Yezid kimilərə beyət etməz” deyə buyurur. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayanır. Hər iki tərəfdən “Allahu Əkbər” sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı.

Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollanır və özünün son xütbəsini oxuyur. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edilir. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə – Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar.

Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane olur. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında “yox” deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi.

Həkim-dermatoloq: “Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyalardır” – MÜSAHİBƏ

“Bəzi allergenlərdən tam qorunmaq mümkün deyil, onlar ömür boyu qalır” Bakı. 25 may. REPORT.AZ/ Həkim-dermatoloq Leyla Mirzəyevanın “Report”a müsahibəsi: – Fəsil dəyişikliyi insan orqanizmində allergik fəsadlara səbəb olurmu? – Allergik reaksiyalar keçirməyən insan yoxdur. Bu hal hər bir insanda, mütləq bir dəfə də olsa baş verir. Fəsilnən dəyişən allergiyalar bitkilər, ağaclar və otların çiçəkləməsinə qarşı olur. Allergik maddələr-allergenlərin bəziləri aerogen, yəni uçuşan allergiyalardır. Fəsil dəyişdiyi zaman hava isindikcə bəzi bitkilər və ağaclar çiçəkləməyə başlayır və bu zaman aeroallergenlər ifrazolunur, havaya ləçəklər dağılır. Qış aylarında ağaclar çiçəkləmədiyi üçün bu problemlər olmur. Qışdan başqa digər 3 fəsildə fəsil allergiyaları özünü göstərir. Yaz mövsümündə ard-arda dəfələrlə asqırma, burun, göz qaşıntı və sulanması, axıntı, təngnəfəslik, bədəndə müxtəlif səpkilər və ya dəridə qızartılar ola bilər. Bunlar havada uçuşan və gözlə görülə bilməyən mikroskopik maddələrə qarşı olan reaksiyalardır. Qidaya, toz hissəciklərinə, kif göbələklərinə, heyvanların tüklərinə qarşı olan allergiyalar isə fəsillə dəyişmir. Onlar il boyunca mövcud olur. Bu tip allergiyalardan qorunmaq və uzaq durmaq lazımdır. – Allergiya xəstəlikdir yoxsa həyat tərzi. – Allergiya xəstəlikdir. Bəzən ona həyat tərzi deyilir. Çünki allergiyanın qarşısını birdəfəlik almaq mümkün deyil. İnsan allergiya olduğu əşya və ya ərzaqdan uzaq durmalı, onlara toxunmamlı, yeməməlidir. Bizim müalicəmizin məqsədi allerga mənbəyini tapıb, insanı ondan uzaqlaşdırmaqdır. Bəzi allergenlərdən tam qorunmaq mümkün deyil, onlar ömür boyu davam edir. – Xəstəliyin ilkin əlamətləri özünü necə biruzə verir? – Allergik reaksiyaların bir necə tipi var. Birinci tip ən təhlükəlisidir. Bu tip allergiyalar dodağın, göz qapaqlarının şişməsi, bədəndə köpəşləmə (qızarma) və s. əlamətlərlə müşahidə olunur. Allergiya dildə baş verərsə nəfəs darlığı yarana bilər, nəfəs yollarında olsa daralma baş verər, allergik bronxit, astmaya kimi inkişaf edə bilər. Bu allergiya bəzi qidalara və uçuşan allergenlərə qarşı olur. Sonuncu tip allergiyalar narahatlıq verir, qaşınır, amma ciddi fəsadı, həyati təhlükəsi yoxdur. – Qida rejimi allergiyaya nə dərəcədə təsir göstərir? – Əlbəttə ki, qidalanma rejiminin allergiyaya təsiri var. Bəzən allergiya genetika ilə də bağlı olur. Uşaqlarda rast gəlinən allergenlərin 90%-i inək südü, yumurta ağı, buğda, toyuq əti və balıqla bağlıdır. Böyüklərdə özünü göstərən allergiyaların 90% balıq, fıstıq, fındıqla əlaqədar olur. Qida allergiyası yaşa görə dəyişir. Fındıq və fıstıq allergiyaları ömür boyu qalır, digərləri çox vaxt sağalır. Bəzi bitkilər allergik reaksiyaya səbəb olurlar. Məsələr, kivi, banan, tropik meyvələrin hər birində hevein adlı maddə var. Bu maddəyə qarşı allergik reaksiya formalaşır. Hevein lateksin də içində olur. Şarla oynayanda da dəri qızarır, köpür. Belə adamlar lateksli əlcəkdən istifadə etsə də nəticə dəyişməyəcək, yenə allergiya olacaq. Ən öldürücü allergiya lateks allergiyasıdır. Lateks – tropik ölkələrdə yetişən ağacın suyundan hazırlanan südəoxşar maddədir. Lateks rezinə oxşayan maddədir, amma tam rezin deyil. – Azərbaycanda allergiyanın hansı növləri daha çox yayılıb? – Azərbaycanda daha çox allergik kontakt dermotidləri yayılıb. Bu növ allergiya hər hansı bir maddə ilə təmasdan əmələ gəlir. Ən çox rast gəlinən növlərdən biri də övrə allergiyalarıdır. Kəskin və xroniki övrə mövcuddur. Övrə allergiyası zamanı dodağ şişməsi, göz qapaqlarında, bədəndə qızarmalar olur. Dərman, qida ilə bağlı da övrə ola bilər. Elə övrə növü var ki, sadəcə stress və həyəcandan yaranır. Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyadır. Fəsil dəyişəndə insanlarda halsızlıq, yorğunluq, oynaq ağrıları, yuxulamaq, yuxubasma kimi hallar müşahidə olunur. Bunun qarşısı necə almaq olar? – Bu cür hallara bahar yorğunluq sindromu deyilir. Bədəndəki vitamin deposu tükənir. Bunun tək çarəsi vitamin qəbul etməkdir. Allergiyanın müalicəsi ümumi nəzarət, pəhriz, düzgün qidalanma, yuxunun qaydasında olması və lazım gələrsə dərman müalicəsindən asılıdır.

Bitləri dərmansız necə təmizləməli? – TƏBİİ ÜSULLAR

Bakıda bitlərin yayılması ilə bağlı xəbərlər yayılıb.

Xüsusilə də azyaşlı və ibtidai siniflərdə oxuyan uşaqların bitlənməsi valideynlərin böyük narahatlıqlarına səbəb olur. Bəs bitlənmə nədən yaranır? Onun fəsadları nələrdir? Bit yayılan zaman nə etmək lazımdır? Ailem.az türkiyəli dermatoloq Funda Atamanın bu haqda məsləhətlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, insanda üç fərqli bit növü xəstəlik yarada bilir. Bunlar baş, bədən və qasıq bitidir. Bitlər insanların düşündüyünün əksinə, hoppana və uça bilmir. Üç cüt ayağı olan 2 mm-dən balaca kiçik qanadsız böcəklərdir. İlk zamanlar sirkə kimi bilinən yumurtaların yaranması ilə ortaya çıxır. Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, cib telefonu, qulaqcıq kimi əşyalarla yayıla bilir. Ev heyvanları isə insan biti üçün daşıyıcı deyil: “Bütün dünyada bitlər dərmanlara qarşı müqavimət göstərmələri ilə bilinən bir problemdir. Bit gündə 5 dəfə pəncələrini dəriyə keçirərək qan əmir. Qan əmdikdən sonra gənə kimi şişməsə də, həzm etdiyi qanın təsiri ilə pas rəngi alır. Bitin tüpürcəyi və nəcisinin dəriyə təması qızarıqlıq və qaşıntıya, bəzən də iltihablı yaralara səbəb ola bilir. Dişi bit 1 aylıq həyatının hər bir günündə təxminən 6 ədəd yumurta qoyur. Bitlər yumurtadan ortalama 1 həftədə çıxır. Bit müalicəsinin həftədə bir dəfə təkrarlanmasının səbəbi də budur. Baş biti uşaqlarda daha çox görülür. Baş biti ən çox boyun və qulaq arxası saç dərisində olur. Qız uşaqları daha asan bitlənir”.

Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.

Bitlərin təmizlənmə üsulundan danışan F. Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır: “Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir. Bit su ilə qarşılaşınca nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflic edici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündə bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir. Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar”.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.