Press "Enter" to skip to content

Sizdə qurd xəstəliyinin olamasını bildirən 10 əlamət

Hazırda öd kisəsi əməliyyat olunan minlərlə insan var. Öd əməliyyatından sonrakı dövr çox insanlara maraqlıdır. Nə etməli, ödsüz necə yaşamalı?

Öd kisəsi çıxarıldıqdan sonra necə qidalanmalı – Əməliyyatdan sonrakı dövr

Öd kəskin iltihab və daşı olarsa, mütləq əməliyyatla götürülməlidir. Çox xəstələr artıq yararsız ödü ilə yaşamağa razıdır, nəinki onu kəsib götürmək. Amma bu çox təhlükəlidir və insana problemdən başqa heç nə vermir.

Hazırda öd kisəsi əməliyyat olunan minlərlə insan var. Öd əməliyyatından sonrakı dövr çox insanlara maraqlıdır. Nə etməli, ödsüz necə yaşamalı?

Milli.Az öd kisəsi götürülənlərə rahat yaşamaq üçün və ödsüzlüyə asanlıqla öyrəşmək üçün vacib qaydaları təqdim edir.

1.Əgər ös kisəsi yoxdursa, öd axarlarda toplanır və ordan 12 barmaq bağırsağa ötürülür. Bu da əməliyyatdan sonra kolik, sancı verə bilər. Çünki öd bu dar yolları genişləndirir.

Öd əməliyyatından sonra tez-tez, hər 3 saatdan bir nəsə yemək lazımdır. Belə etməsəz, Oddi sfinkteri sıradan çıxacaq. Bu öd yollarını sıxan hissədir. Yemək arasında uzun fasilələr, ac qalmaq, sfinkterin işini pozur. Bu zaman öd şirəsi birbaşa bağırsağa yığılıb, həzmi və nəcisi pozacaq, diareya yarana bilər. Ona görə ac qalmaq, gec yemək, oruc tutmaq ödü çıxarılanlara olmaz.

2.Həzmi ağır, uzun olan bərk bitki yağları, heyvani yağları, qızardılmış yeməkləri 80% azaldın. Çünki kisə olmadığından ödün yığılması üçün anbar yoxdur və o az hasil olacaq. Məhz öd yağ, piyi parçalayır, bərk yağı xırda damlalara çevirir.

Öd götürüldükdə mədəaltı vəzin hasil etdiyi fermentlər də azalır. Ona görə qəbul olunan iri piy, yağlar daha az qəbul olunmalıdır ki, orqanizm və qaraciyər piylənməsin, lipid mübadiləsi pozulmasın.

3.Şəkəri, şirniyyatı azaldın. Bu qidalar bağırsaqlarda patogen floranı artırır, burdan da disbakterioz yaranır.

Bu qaydalara əməl etmədikdə, öd kisəsi kəsilməsinə baxmayaraq yenə də daşlar yarana bilər.

Öd əməliyyatından sonra fiziki aktivliyi, gəzmək, üzgüçülüyü artırın. Eləcə də psixoloji baxımdan sakit və xeyirxah olun.

Çünki öd kin və nifrətə cavabdeh orqandır. O olmadıqda, sizin nifrət və narazılığınız toplanmağa orqan tapmayacaq və bütün bədənə yayılacaq. /medicina.az

Milli.Az

Sizdə qurd xəstəliyinin olamasını bildirən 10 əlamət

Əvəllər qurd xəstəliyinin kasıb ölkələrdə daha çox olması barədə məlumatlar yayılırdı. Buna səbəb isə onların yaşayış, səhiyyə və sanitariya səviyyəsinin aşağı olması göstərilirdi. Son illərin statistikası isə qurd xəstəliyinin inkişaf etmiş ölkələrdə də yayıldığını qeyd edir. Son illərin araşdırmaları isə Yer kürəsi əhalisinin 50%-nin qurd xəstəliklərindən əziyyət çəkdiyini göstərir.

Amerikanın Merilend ştatının Universitetinin həkimləri insan orqanizmdə on illərlə yaşağıb heç bir patoloji əlamət verməyən qurdlarn olduğunu söyləyirlər.

Mütəxəssislər uzun illər insan bədənində yaşayan parazitlərin yaşadıqları orqanizmə tabe olmalarını isə yaxşı hal dlandırırlar. Mütəxəssislər hətta bəzi orqanzmlərin yüngül və təhlükəsiz qurdlardan xilas olmaq qabiliyyətinin olmasını da qeyd edirlər.

Bağlrsaqların qurd xəstəliklərindən xilas olunması prosesi əksər ölkələrdə tətbiq edilıir. Amma, nə qədər təmizlənsələr də onlardan birdəfəlik xilas olmaq mümkün deyil. Çünki, helmintlər bizim həyatımızın bir parçasına çevriliblər. Yəni siz xüsusi dieta ilə qida qəbul etsəniz də, qidalarınıza nəzarət altında saxlasanız da parazit xəstəliklərinə asanlıqla yoluxa bilərsiniz.

  1. Siz özünüzü yorğun, əzgin və halsız hiss etsəniz sizdə qurd xəstəliyi ola bilər.
  2. Xarici ölkəyə səfər etdiyiniz zaman sizdə ishal baş versə ola bilər.
  3. Qida qəbulundan sonra mədə-bağırsağınızda köpmə baş verərəsə ola bilər.
  4. Sizdə tez-tez qida zəhərlənmləri baş verərsə ola bilər.
  5. Gecələr yuxuda diş qıcanmalar və qəfil oyanmalar qurd xəstəliklərindən ola bilir.
  6. Dəmir defisit anemiya qurd xəstəliklərindən əmələ gələ bilər.
  7. Dəridə qaşınmalar, səpgilər qurd xəstəliklərinin əlamətləri sayılır.
  8. Gec yuxuya getmə qurd xəstəlikləri səbəbindən baş verəı bilir.
  9. Əzələlərdə və oynaqlarda heç bir xəstəlik olmadan baş verən ağrılar qurd xəstəliklərindən əmələ gələ bilir.
  10. Səbəbi bilinməyən qəbizlik və ya ishal qurd xəstəliklərindən meydana çıxa bilir.

Bağırsaq parazitləri

Bu ən çox immun sistemi aşağı düşmüş adamların bağırsaqlarına inkişaf edib çoxalır. Bağırsaq qurdaları həzm sisteminə təsir edir və onun funksiyasını pozur. Bu parazitlərə yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən və sudan yoluxmaq olur.
Sizin yoluxa biləcəyiniz bir-neçə növ parazit var
Trixinella – mikroskopik parazitdir. Qida və ət qəbulu vasitəsilə yoluxur.
Nematod – bu helmentlər Yer kürəsi əhalisinin 740 milyona yaxın insanında var. Əvəllər bu parazitə Amerikanın cənub-şərqində rast gəlinirdi. Bu parazitlərə ayaqyalın gəzən adamlarda rast gəlinir.
Dientamoeba Fragilis – bu ən xırda parazitlərdən hesab edilir və onlar yoğun bağırsaqda yaşayırlar. Mütəxəssislər bu parazitlərin orqanizm hansı yolla daxil olduğunu hələ də tapa bilməyiblər.
Bağırsaqlarda yaşayan parazitlər əksər hallarda heç bir əlamət vermədən uzun illər orada yaşaya bilirlər.
Orqanizmiparazitlərdən necə xilas etməli?
Bir çox dünya öklələrində parazitlərə qarşı mübarizəni ardıcıl olaraq aparırlar. Bu yolla onlardan xilas olmaq daha effektlidir. Bu cür təmizlənmədən sonra 7-10 gün müddətinə bitki dəmləmələri içmək parazitlərdən təmizlənməni daha effektli edir.
Orqanizmi parazitlerdən təmizləmək üçün ən təsirli bitki dəmləmələri yovşandan, kəklikotundan, ayıpəncəsi kökündən, qoz yarpağından,mixəkdən, istiotdan və amar yosunundan hazırlanır. Bu bitkiləriin qarışımını apteklərədən ala bilər və ya super marketlərdən ayrı-ayrı alıb özünüz qarışdırıb dəmləmə hazırlaya bilərsiniz.
Yuxarıda adları sadalanan bitki qarışımının dəmləməsi orqanizmə antibakterial, antiparazit, antimikrob və göbələk əleyhinə təsir göstərir.Qarışım öd ifrazını artıraraq həzmi yaxşılaşdırır parazitləri və parazit yumurtalarını məhv edir. Adları çəkilən bitkilərin dadı kəsin olsa da onun qəbulundan sonra bağırsaq qurdlarının orqanizmdən xaric olunması sübut olunub. Dəmləməni içdikdn sonra xaric olunan qurdların ölçüləri sizi qorxutmasın, çünki onlar ölmüş halda xarıc olunurlar.

Qurdlardan birdəfəlik xilas olmaq mümkündürmü?

Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir.

Televiziyalarda isə qurd tökən bir çox dərmanların reklamını görmək mümkündür.

Bəs qurdlardan düzgün şəkildə necə qurtulmalı?

Medicina.az bildirir ki, bu barədə pediatr-parazitoloq Gülnar Qasımova geniş müsahibə verib:

– Gülnar xanım, qurd xəstəliyinin olub-olmadığını necə anlamaq olar?

– Öncə qeyd edim ki, insan orqanizmində 250 növə yaxın parazit yaşaya bilir. Bu 250 növ parazitdən yalnız 60 növü uşaqlarda müşahidə edilib. Bizim ölkədə bu göstərici 40-45 növdədir. Qurd invaziyalarına yoluxma zamanı hansı şikayətlər meydana gəlir? Həmin insanların dəri və selikli qişalarında avazıma və solğunluq müşahidə edilir. Bəzən üzdə və bədənin müxtəlif nahiyələrində səpkilər, əsasən səhər və bəzən günün müxtəlif saatlarında ağızdan pis qoxunun gəlməsi, göbəkətrafı nahiyədə tutma şəkilli əzab verici ağrılar olur. Eyni zamanda, əzələ ağrılarından, əsasən da aşağı ətraf əzələlərinin ağrımasından şikayət edirlər. İştahsızlıq, ürəkbulanma və bəzən səhər saatlarında qusma, baş ağrısı, çəki və boydan geri qalma, halsızlıq, tərləmə kimi şikayətlər qurd xəstəliklərində müşahidə edilir. Bəzi qurd ivaziyalarında əksinə olaraq daha çox iştahlılıq əsasən də gecə saatlarında baş verir. Normaldan çox iştahlılıq olduğu halda çəkidən geri qalma görünərsə qurddan şübhələnmək olar. Əsasən də uşaqlarda qurd invaziyaları zamanı artıq maye qəbulu istəyi olur. Gecə ağız suyunun qeyri-ixtiyari ifrazı və bəzən diş qıcama kimi əlamətlər qurd xəstəliklərinin əsas əlamətlərindən sayılır. Qurd xəstəlikləri zamanı sinir sistemində müəyyən gərginlik müşahidə edilir ki, bu da yuxuda olan zaman narahatlıq, bəzən də yuxuda ağlama və çox hərəkət etmə kimi əlamətlərlə özünü biruzə verir. Bu zaman bəzən ishal, qəbizlik də müşahidə edilir ki, bu, həzm sisteminin pozulmasından irəli gəlir. Şikayətlərdən biri də sistit və gecə eniurezidir (gecə sidik qaçırma). Bəzi parazitlər anemiyaya səbəb olur (əsasən də dəmir və B12 çatışmazlığı ilə müşahidə edilən qanazlığı).

– Bu qurdların yaranma səbəbləri nədir?

– Parazitlər ibtidailər və helmintlər olaraq 2 əsas qrupa bölünür. İbtidailər insandan-insana keçmir. Əsasən torpaqdan və çiy su içmə zamanı, ən əsası da yaxşı yuyulmamış meyvə və tərəvəzlərdən istifadə edildikdə yoluxma baş verir. Əsasən də yay aylarında dəniz və su hovuzlarından istifadə edildiyi zaman yoluxma baş verir. Bəzi parazitlər dəri vasitəsilə yoluxa bilir ki, bu da əsasən oturaq yerlərdə yalın ayaqla gəzdikdə müşahidə edilir. Helmint əsasən insandan insana yoluxur. Uşaqlar əksərən uşaq bağçalarında və məktəblərdə qurd invaziyalarına yoluxurlar.

– Qurd müalicəsində bahalı dərmanların effekti söyləndiyi kimi daha effektlidir?

– Bəzən qurd müalicəsi zamanı ağır bahalı və uzunmüddətli dərman vasitələrinə əl atılır ki, bu, böyük bir yanlışdır.

– Əksər zaman həkimə müraciət etmədən qurd tökən dərmanlar alınır və içilir. Bu nə dərəcədə doğrudur?

– Hər bir parazitin öz müalicə sxemi var. Bir dərman vasitəsi bütün parazitlərə təsir etməyə bilir. Ona görə analar bəzən analiz etmədən, həkim məsləhəti olmadan özləri dərman alaraq uşaqlara verirlər. Əksər hallarda effektsiz olur. Çünki qurd xəstəliyindən şübhələndikdə öncə onun hansı parazit olduğunu və həqiqətən də yoluxmanın olub-olmadığını dəqiqləşdirmək lazımdır. Qurd invaziyaları zamanı istifadə edilən hər hansı dərman vasitəsi, hətta təbii bitkilərdən hazırlanmış olduğunu belə düşünsək, unutmamalıyıq ki, əgər o dərman vasitəsi bağırsaqda yaşayan bir canlını məhv etmək qabiliyyətinə malikdirsə, demək yüksək toksiki təsirə malik bir dərman preparatıdır. Bəzən qurd invaziyalarına yoluxan insanlarda qaraciyərdə reaktiv dəyişikliklər olur ki, qurd dərmanları verildiyi zaman çox ağır fəsadlara gətirib çıxarır. Anemiyası olan insanlara da bəzi dərmanların istifadəsi məsləhət görülmür.

Ən əsası da bu dərman preparatlarınındigər dərman preparatları ilə yanaşı verilməsi qəti qadağandır (əsasən də ağrıkəsicilər və nevroloji dərmanlarla yanaşı verilməsi qəti qadağandır). Bu çox ağır bir fəsadlara səbəb ola billər. Ona görə qud dərmanlarının həkim məsləhəti olmadan istifadə edilməsi düzgün deyil.

– Müalicədən sonra qurdlar birdəfəlik məhv olur?

– Müalicə müddəti başa çatdıqdan 10 gün sonra təkrar müayinə edilməsi məsləhətdir. Çünki edilən müalicədən 10 gün sonra dərmanın tam effektiv təsiri başa çatır. Yəni ki, dərmanı istifadə etdikdə parazitin məhv olması və ya iflic olmasını düşünsək onun nəcis vasitəsilə çıxması müəyyən müddət ərzində müşahidə edilə bilər. Ancaq bu müddət ərzində diri qalma ehtimalı olmur.

– Ən təhlükəli qurd növü hansıdır? Elə ola bilər ki, qurdlar müalicəsiz öz-özünə təmizlənsin?

– Hər parazitin öz toksiki və reaktiv təsiri var. Ancaq ibtidailərlə (Lyamblya və amob) yoluxma zamanı əlamət vermədiyi müddətdə müalicə edilməsi məsləhət görülmür. Çünki bəzi ibtidailər yoluxma olduğu halda öz özlərinə bağırsaqdan təmizlənə bilərlər. Ancaq helmintlərlə yoluxma zamanı yuxarıda qeyd etdiyim kimi qorxu və vahiməyə düşməyə gərək yoxdur. Çünki qısa müddət ərzində 1, bəzən də 2 dərman vasitəsilə həmin helminti təmizləmək mümkün olur. Ən çox gec təmizlənən və ən çox fəsada malik olan parazitlər lentşəkilli qurdlar və exinokoklardır. Lentşəkilli qurdlara əsasən öküz soliteri və bəzən pişik, donuz soliteriləri aiddir. Çünki bəzən uzunluğu 10 metrə çatır ki, onu müalicə etdiyimiz zamanı bir neçə hissəyə ayrılaraq düşdüyü halda parazitin baş hissəsi düşmədiyi zaman müalicə uzunmüddətli ola bilir. Digər kiçik ölçülü parazitlərdə belə bir narahatlıq müşahidə edilmir.

– Azərbaycanda ən çox hansı qurd yayılıb?

– Bizim ölkədə ən çox yoluxma askarida helmintidir ki, bu parazit 25-45 sm ölçüyə malik olan bir helmintdir. Əsasən nazik bağırsaqda yaşayır. Ancaq qurdun süfrələri qusma, öskürmə zamanı ağciyərə və digər orqanlara düşə bilir.

– Askaridanın müalicəsi necə aparılır?

– Askaridanın müalicəsi zamanı 3 gün müddətində dərman verilir və mütləq şəkildə 2 həftə sonra təkrar verilməsi məsləhət görülür. Çünki verilən dərman preparatı helmintin özünü iflic edir. Süfrələrinə təsir etmədiyi üçün 2 həftə sonra həmin süfrələrdən yeni helmintlər əmələ gəlir. Bu zaman təkrar verdiyimiz dərmanla yeni əmələ gəlmiş helmintləri məhv etmiş oluruq.

– Qurdun olub-olmadığını bilmək üçün hansı analiz verilməlidir? Düzgün analiz qan, yoxsa nəcis vasitəsilə təyin olunur?

– Hər şeydən öncə onu qeyd etmək istərdim ki, qurd invaziyalarına yoluxmadan şübhələndiyimiz zamanı edilən ilk və tək müayinə metodu nəcisdə qurd yumurtalarının təyini analizidir. Qanda parazitlərin yoxlanması tamamilə yanlışdır. Çünki qan analizi bizə nəticə olaraq çox aşağı faizlə düzgün cavab verir ki, əsas da yuxarıda qeyd etdiyim kimi, 250 növ parazitdən yalnız 4 növü yoxlamaq olur. Bu da bizə az və dəqiq olmayan nəticə verir. Ancaq nəcisi düzgün qaydada vermək şərti ilə (ilk olaraq nəcis gün ərzindəki birinci nəcis olmalıdır. İkinci isə nəcis 1-2 saat ərzində müayinə edilən laboratoriyaya gətirilməlidir. Üçüncü isə diqqət edilməli olan prosedur odur ki, əsasən birinci dəfədə analizdə pozitiv göstərici olmadığı zamanı analiz həftədə bir dəfə verilməklə 3 dəfə təkrarlanmalır. Bəzi klinikalarda nəcisdə qurd yumurtalarının təyininin bir çox üsulu vardır ki, bu da bizə bir dəfə verməklə düzgün nəticə əldə edə bilməyə kömək edir.

– Televiziyalarda qurd tökən dərmanların reklamı gedir. Belə dərmanları almaq düzgündür?

– Reklam olunan dərman vasitələri əksər vaxtlarda satılmayan və reklama ehtiyac olunan dərmanlar olur ki, onların istifadə edilməsi tövsiyə edilmir. Bunu şəxsi təcrübəmdə müşahidə etmişəm. Analar o dərmanı verdiyinə baxmayaraq uşaqda heç bir dəyişiklik olmadığını və analiz zamanı bir neçə parazitin olduğunu görürük. Ona görə düzgün diaqnoz və düzgün müalicə və ən əsası da bahalı olmayan xüsusi prosedurlara ehtiyac olmadan uşaqlarımızın gələcəyinə, əsas da sağlamlığına zərər vermədən müalicə edilməsi məsləhət görülür.

– Nəzarətsiz istifadə edilən qurd dərmanlarının hansı fəsadları ola bilər? Müalicə ilə qurdlardan birdəfəlik xilas olmaq mümkündür?

– Qurd invaziyaları uşaqlarda o qədər ağır fəsadlara yol açmaz. Ancaq nəzarətsiz, həkimsiz verilən qurd dərmanları uşaqlarda ciddi və geri dönüşü olmayan fəsadlar törədə bilər. Qurd xəstəlikləri müalicə olunan və müalicə ilə tamamilə təmizlənən xəstəlikdir. Ancaq heç bir müalicə metodu ömürlük qurdlardan qorumaq kimi gücə sahib deyil.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.