Press "Enter" to skip to content

Kiçik sahibkarlıq

Avropa İttifaqında kiçik və orta sahibkarlıq müəssisələri arasında ÜDM-dəki roluna görə topdan və pərakəndə ticarət xidməti aparıcı rol oynayır

Xankəndi

Məlumdur ki, hökumətin iqtisadi kursunda sahibkarlığın inkişafı əsas prioritet təşkil edir. Bu gün Azərbaycanda iqtisadiyyatının 80%-dən çox hissəsi özəl sektorun hesabına formalaşır. Bu, özlüyündə müsbət faktordır.

İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatda aparıcı rol oynayır. Başqa sözlə desəm, iqtisadi artımın lokomotivini təşkil edir. Bizdə isə dövlətin gördüyü bütün işlərə rəğmən, kiçik və orta sahibkarlıq təəssüf ki, istənilən səviyyədə inkişaf etməyib. Ən böyük mənfi cəhət də məhz budur.

Özü də bu, təkcə maliyyə məsələsiylə bağlı deyil. Ölkədə Sahibkarlığıa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir. Onun xətti ilə sahibkarlara kredit şəklində vəsait ayrılır. Hər il həmin vəsaitin həcmi artırılır. Bu, böyük maliyyə dəstəyidir. Dünyanın heç bir ölkəsində bu cür dəstək yoxdur. Bu günə qədər sahibkarlığın inkişafı üçün Azərbaycan hökuməti milyardlarla vəsait xərcləyib.

Lakin real mənzərə tam ürəkaçan deyil. O mənada ki, kiçik və orta sahibkarlıq istənilən səviyyədə inkişaf etməyib. Kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda payı 50%-dən yuxarı təşkil etməlidir. Buna da ilk növbədə aqrar sektorda nail olmaq lazımdır. Odur ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı prioritet elan edilib.

Bugünlərdə Prezident “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqda Fərman imzalayıb. Bu, ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün tələb olunan müvafiq əlverişli mexanizmlərin təşkili üçün son vaxtlar ardıcıl olaraq atılan addımların davamıdır.

Yeri gəlmişkən, bu məsələ ilk dəfə məhz, ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər silsiləsində özünü göstərmişdi. Xatırladım ki, bu ilin aprelin 11-də dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda Sərancam imzalayıb. Bundan əvvəl isə ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixdə imzaladağı 1138 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” var idi. Elə ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda sərəncam da kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Xəritənin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulan prioritetlərdə əhatə olunan tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi güdürdü. Çünki sözügedən sərəncamda da qeyd olunurdu ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərini təkmilləşdirmək, aqrar sığortanı inkişaf etdirmək və aqrar sahəyə investisiya qoyuluşlarını təşviq etmək məqsədilə qərara alınır. Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı prioritet isə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəfləri müəyyənləşdirmək, kredit zəmanəti fondu yaratmaq kimi məsələlərin həlli imkanına baxmağı tələb edirdi.

Kredit Zəmanət Fondu “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2017-ci il 15 sentyabr tarixli Fərmanına əsasən yaradılıb. Belə bir qurumun təşkil olunmasına çoxdan ehtiyac vardı. Çünki bu, sahibkarlığın aşağı təbəqəsinin inkişafı üçün tələb olunan şərtlətdən biri sayılırdı. Həmin Fərmanda da qeyd edilir ki, Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və ölkə Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs sayılır.

Fondun fəaliyyətinin təmin edilməsi haqda Prezidentin bayaq qeyd etdiyim, yəni 29 noyabr 2017-ci il tarixdə imzaladığı Fərmanla isə sözügedən qurumun Nizamnaməsi ilə strukturu və sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilib.

Qeyd oluna bilər ki, SKMF vardı və bu mövcud olduğu halda belə bir qurumun yaradılmasına ehtiyac nədən irəli gəlirdi?! Məsələ ondadır ki, SKMF-nin fəaliyyəti deməyə əsas verir ki, ölkədə kiçik və orta sahibkarların mövcud maliyyə resurslarına çıxışı heç də qənaətbəxş deyil və bunu sözügedən kateqoriya üzrə sahibkarlığın ümumi inkişaf səviyyəsi də aşkar şəkildə sübut etməkdədir. Bu da ondan irəli gəlir ki, kiçik və orta sahibkarların kreditləşdirilməsi sahəsində müvafiq təminat, zəmanət olmadığından risk həddi yüksək səviyyədədir. Bəs, bunu kim təmin etməli idi? Təbii ki, dövlət.

Məhz dövlət kiçik və orta sahibkarlığın inkişafı qayğısına qalmalı olduğundan, sərbəst maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması vəzifəsini də həll etməyə məhkum sayılırdı. Nizamnamədə qeyd olunduğu kimi qurumun bütün səhmlərinin ilkin mərhələdə dövlətə məxsus olacağı faktı da bundan irəli gəlir.

O ki qaldı, Fondun təsdiq olunmuş sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarına, sözsüz, bəzi detallar nisbətən ağır və mükəmməl görünməyə bilər. Ancaq biz, iqtisadiyyatın real vəziyyətini, mövcud maliyyə və biznes şəraitini, o cümlədən, bank sistemi və digər əlaqəli sektorlarda durumu da nəzərə almalıyıq. Və bu nöqteyi-nəzərdən, təsbiq olunmuş qayda və şərtləri hələlik məqsədəuyğun hesab etməliyik. Yəni, zaman keçdikcə bunlar dəyişməlidir və dəyişəcəklər.

Ümumiyyətlə, müvafiq inkişaf səviyyəsindən asılı olaraq kreditlərə təminan və faizlərə əsasən subsidiyalaşdırma mexanizmi istər-istəməz təkmilləşdiriləcək. Əsas odur, sözügedən məsələ üzrə zəmanət ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən və bilavasitə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarların öhdəlikləri üzrə veriləcək. Bu isə kiçik və orta sahibkarlığın inkişafı üçün əlavə stimul olacaq. Başqa sözlə desəm, dövlət və hökumət sözügedən kateqoriyadan olan sahibkarların maliyyə resurslarına çıxışlarında tramplin rolunu oynayacaq.

Pərviz Heydərov
AzVision.az üçün

Kiçik sahibkarlıq

Bir sıra ekspertlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarlarının müəyyən olunmadığı barədə məlumatlar yayırlar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verilib. O qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub.

Qeyd edilib ki, KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir. Nazirlər Kabinetinə təqdiqm edilmiş qərar layihəsində “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” sahibkarlıq subyektlərinin hər birinin konkret öhdəlikləri göstərilib.
Layihəyə əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri subyektlər hesab olunur. Amma bu hələlik layihədir.

FED.az “Monitor Konsaltinq Servis” (mks.az) saytına istinadən mikro, kiçik, orta və iri sahibkar meyarlarının meyarlarının layihə formasını təqdim edir.

Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı bir çox normativ sənədlərin qəbulu nəzərdə tutulur. Onlardan ən vacibi vergi ödəyicilərinin böyük maraqla gözlədiyi sahibkarlıq subyektlərinin meyarları ilə bağlıdır. Artıq növbəti ildən sahibkarlıq subyektlərinin 4 kateqoriya üzrə təsnifatı gözlənilir ki, bu da beynəlxalq təcrübəyə uyğundur. mks.az saytı sahibkarlıq subyektlərinin meyarları ilə bağlı hazırlanmış qərar layihəsini əldə edib.

Qərar layihəsinin əsas hissəsini təqdim edirik:

Mikro, kiçik, orta və iri sahibkar meyarları (layihə)

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası

İşçilərinin orta siyahı sayı

İllik gəliri

1 nəfərdən 10 nəfərədək

Kiçik sahibkarlıq

Kiçik və orta sahibkarlıq işgüzar fəaliyyət növü olaraq, hal-hazırda dünyada çox geniş yayılmışdır və getdikcə inkişaf etməkdədir. Bu fəaliyyət növünün geniş yayılması onun bir sıra üstün cəhətləri ilə əlaqədardır. Belə ki, kiçik və orta sahibkarlığın iqtisadiyyatda ən mühüm rollarından biri məhz rəqabət mühitini yaratmaq və onu gücləndirməkdən ibarətdir. Bu müəssisələr iqtisadiyyatda məşğulluğun artırılması və ya yeni iş yerlərinin açılmasına imkan yaradır. Bundan başqa, KOS-lar əhalinin tələbatına daha həssas olduğu üçün bazar konyukturunun dəyişikliklərinə daha çevik və cəld şəkildə reaksiya verə bilirlər. Kiçik və orta sahibkarlığın yüksək inkişafı həmçinin istehsal vasitələrinin daha çox subyekt arasında bölüşdürülməsinə nail olaraq, iqtisadi cəhətdən daha eqalitar cəmiyyət yaratmağa vasitəçi olur.

Dünya təcrübəsində kiçik və orta sahibkarlığın qanunvericilikdəki təsnifatı və göstəriciləri ilə bağlı vahid praktika mövcud deyil

Kiçik və orta sahibkarlıq (KOS) bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın aparıcı qüvvələrindən biridir. Dünya təcrübəsində kiçik və orta sahibkarlığın qanunvericilikdəki təsnifatı və göstəriciləri ilə bağlı vahid praktika mövcud deyil. Lakin, Avropa İttifaqı çərçivəsində vahid təsnifat qüvvədədir. Belə ki, illik dövriyyəsi 10 milyon avronu keçməyən və işçilərinni sayı 10-49 nəfər olan müəssisələr kiçik, illik dövriyyəsi 50 milyon avronu keçməyən və işçilərinin sayı 50-249 nəfər olan müəssisələr isə orta müəssisələr sayılır. ABŞ və Çin kimi böyük ölkələrdə kiçik sahibkarlıq müəssisələri müvafiq olaraq, 100 və 1000 nəfər və ya ondan az işçisi olan müəssisələrdir. Türkiyə təsnifatına əsasən, bu müəssisələrin sayı illik dövriyyəsi 5 milyon lira və işçi sayı 50-ni keçməyən müəssisələr və illik dövriyyəsi 25 milyon lira və işçi sayı 50-150 nəfər olan müəssisələr müvafiq olaraq, kiçik və orta müəssisələr hesab olunurlar.

1000 nəfərə düşən KOS sayına görə, Estoniya və Çexiya kimi Şərqi Avropa ölkələri ilk sıralardan birini tutur

Ölkə daxilindəki iqtisadi fəaliyyətdəki əhəmiyyətinə görə, kiçik və orta sahibkarlıq müəssisələri həmçinin mühüm yer tuturlar. İlk əvvəl qeyd etmək lazımdır ki, hər 1000 nəfərə düşən KOS sayına görə, Estoniya və Çexiya kimi Şərqi Avropa ölkələri ilk sıralardan birini tutur. Bu ölkələrdə hər min nəfərə düşən KOS müəssisələrinin sayı müvafiq olaraq 71 və 88-dir. Bu ölkələrdə kiçik və orta sahibkarlığın yüksək inkişafı həmçinin bazar iqtisadiyyatına keçid dövründə həyata keçirilən özəlləşdirmə siyasəti ilə sıx əlaqədardır. Belə ki, bu ölkələrdə həyata keçirilən kiçik-miqyaslı özəlləşdirmə (small-scale privatization) siyasəti ölkədə əsasən ictimai iaşə kimi xidmət fəaliyyəti və kiçik-miqyaslı istehsalla məşğul olan müəssisələr üzrə aparıldığından və həmçinin əhalinin mümkün qədər yüksək iştirakı təmin edildiyindən, KOS subyektlərinin sayı kifayət qədər yüksəkdir.Ümumi daxili məhsuldakı xüsusi çəkisinə görə, Avropa ölkələri arasında İtaliya və Malta öndədir. Burada KOS subyektlərinin əlavə dəyərdəki müvafiq olaraq 80% və 77%-dir. Bundan əlavə, bir çox Avropa ölkələrində də bu rəqəm həmçinin ÜDM-in 50%-dən artığını təşkil edir (Mueller et al, 2015). Bunun əksinə olaraq, Rusiya üçün bu rəqəm ÜDM-in dörddə birindən də aşağıdır. Bu da kiçik və orta sahibkarlıq sektorunun fəallığının zəif olmasından qaynaqlanır. Bundan əlavə, Çexiya, Estoniya, İtaliya, Malta və Portuqaliyanın iş qüvvəsinin təxminən 50%-i bu cür müəssisələr tərəfindən işlə təmin olunur. Fransa, Slovakiya və Finlandiya kimi ölkələrdə isə bu rəqəm daha kiçikdir, bu da KOS müəssisələrinin sayının digər ölkələrlə müqayisədə daha az olmasından qaynaqlanır.

Avropa İttifaqında kiçik və orta sahibkarlıq müəssisələri arasında ÜDM-dəki roluna görə topdan və pərakəndə ticarət xidməti aparıcı rol oynayır

Kiçik və orta sahibkarlığın fəaliyyət göstərdiyi əsas sahələr həmçinin ölkələr üzrə fərqlənir. Belə ki, Avropa İttifaqında kiçik və orta sahibkarlıq müəssisələri arasında ÜDM-dəki roluna görə topdan və pərakəndə ticarət xidməti aparıcı rol oynayır. Kiçik sahibkarlıq üzrə ÜDM-un 22%-i məhz bu fəaliyyət sahəsi tərəfindən təmin olunur. Müvafiq olaraq, kiçik və orta sahibkarlıq məşğulluğunda ən böyük çəkiyə məhz bu sektor malikdir. Ümumi kiçik və orta sahibkarlıq məşğulluğunun 26%-i ticarətlə məşğul olan müəssisələr tərəfindən təmin olunur. Digər əhəmiyyətli sahələr də həmçinin xidmət sahələridir. Tikinti, yaşayış və qida xidmətləri, həmçinin inzibati xidmətlər birlikdə əlavə dəyərin və məşğulluğun müvafiq olaraq 23%-ni və 30%-ni təşkil edirlər. Maraqlıdır ki, emal sənayesi həmçinin kiçik və orta sahbikarlığın iqtisadi fəaliyyətləri arasında ikinci yer tutur. Bu sahənin iri kapital investisiyaları və miqyas iqtisadiyyatı (economy of scale) təsirindən asılılığını nəzərə alsaq, kiçik və orta sahibkarlığın bu məsələlərin öhdəsindən gəlməsi təqdirəlayiqdir.
Türkiyədə KOS həmçinin iqtisadiyyatın əsas dayaq nöqtəsidir. Müəssisələrin 99.9%-i, məşğulluğun 76%-i, məcmu əmək haqqının 53%-i, ümumi əlavə dəyərin 53.3%-i və maddi məhsullara cəmi investisiyaların 53.7%-i məhz kiçik və orta sahibkarlıq tərəfindən təmin olunur.
Türkiyədə kiçik və orta sahibkarlığın ən fəal olduğu sahə pərakəndə və topdan satış, həmçinin Nəqliyyat və Anbar təsərrüfatı və Emal sənayesidir. Ticarətin əməktutumluluğu, emal sənayesinin isə həm əməktutumluluğu, həm də texnologiya tutumluluğu KOS fəaliyyətinin məşğulluğa əhəmiyyətli dərəcədə töhfə verdiyindən və yüksək dəyər yaratmaq imkanlarından xəbər verir. Bundan əlavə, KOS-ın xarici iqtisadi fəaliyyətdəki payı da nəzərəçarpan dərəcədə genişdir. Belə ki, 2012-ci ildə Türkiyənin məcmu ixracının 62%-i kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təmin olunmuşdur. İdxal fəaliyyətinin isə 38%-i bu müəsissələrin payına düşmüşdür.
Xarici ölkələrin təcrübəsində KOS fəaliyyətinin təşviqi istiqamətində bir çox tədbirlər görülür. Bunlardan ən əsası fiskal və maliyyə təşviqidir. Belə ki, KOS subyektləri üçün tətbiq olunan vergilərin sayının azaldılması, bəzi ölkələrdə sadələşdirilmiş vahid vergi dərəcəsinin tətbiq olunması kimi tədbirlər bu müəssisələrin fəaliyyəti üçün geniş şərait yaradır. Bundan əlavə, kredit imkanlarının artırılması, xüsusilə Avropa ölkələrində geniş yayılmış dövlət zəmanətli kreditlərin təqdim edilməsi, vençur kapitalının fəaliyyətinin genişləndirilməsi və biznes-angellərin yaradılması KOS-a maliyyə dəstəyi vasitələrindədir. Digər stimullaşdırma alətlərinə informasiya dəstəyinin verilməsi, kiçik və orta sahibkarlıq müəssisələrinin iri sahibkarlıqla əlaqələrinin gücləndirilməsi üçün biznes inkubatorların və iqtisadi müəssisə klasterlərinin yaradılması, həmçinin kiçik müəssisələrin ixrac fəaliyyətinə dəstək olmaqla, ixrac imkanlarının genişləndirilməsi də daxildir.

Ölkədə kiçik sahibkarlıq subyektlərinin çoxu paytaxt Bakıda (56.7%), bu müəssisələrin geniş yayıldığı ikinci və üçüncü ən böyük regionlar Aran (12.7%) və Abşeron (7) iqtisadi rayonlarıdır

Xarici təcrübə ilə müqayisədə Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələri nisbətən yeni sahədir və hələ tam inkişafa nail olmayıb. Ölkədə fəaliyyət göstərən müəssisələrin böyük hissəsi kiçik və orta sahibkarlıq subyektləri olsalar da (92%), bu sektorun ümumi daxili məhsul (ÜDM) və məşğulluqdakı pay çox məhduddur. Belə ki, kiçik və orta sahibkarlıq müəssisələrinin yaratdığı əmtəə və xidmətlərin ÜDM-dəki payı cəmi 3%, məşğulluqdakı payı isə cəmi 8%-dir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Gürcüstanda kiçik sahibkarlığın məşğulluqdakı payı 43%, Ukraynada isə 58%-dir. Ölkədə kiçik sahibkarlıq subyektlərinin çoxu paytaxt Bakıda (56.7%), bu müəssisələrin geniş yayıldığı ikinci və üçüncü ən böyük regionlar Aran (12.7%) və Abşeron (7) iqtisadi rayonlarıdır. İqtisadi fəaliyyət növlərinə gəldikdə isə, müəssisələrin böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri (32%), nəqliyyat və anbar təsərrüfatı (10.3%) kimi xidmət sahələrində, 17.3%-i isə kənd təsərrüfatı sektorunda məşğuldur.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı hələ qənaətbəxş deyil, bu da öz təsirini bazarın fəaliyyətində göstərir. Bunlar da deməyə əsas verir ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün hələ müəyyən yol gedilməli və daha proqressiv tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə artıq mühüm addımlar atılmağa başlansa da, beynəlxalq təcrübədən faydalanaraq, əlavə təşviq mexanizmlərinin ölkə daxilində tətbiq edilməsi də məqsədəuyğun olar.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsətyi Şurasının maliyyə dəstəyi ilə “İqtisadi və Sasial İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən icra edilən “Qeyri-neft sektorunun inkişafı kontekstində kiçik və orta sahibkarlığın dəstəklənməsi və iqtisadi sistemdə rolunun gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.